10.02.2013

Rövşən Lənkəranski ilə bağlı şok faktlar

Rusiyanın məşhur avtoriteti “Ded Xasan” ləqəbli Aslan Usoyanın ölümündə əsas şübhəli olaraq bilinən və fevralın 5-də güllələnməsi xəbəri yayılan azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin öldüyü bildirilir. “Qafqazinfo”nun “Prime Crime” saytına istinadən verdiyi xəbərə görə, İstanbulda aldığı güllə yarasından 38 yaşlı Lənkəranski vəfat edib.
Türkiyə mətbuatı da azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsi barədə yazıb. “Hurriyet”in verdiyi xəbərə görə, rus mafiyası Aslan Usoyanı öldürdükdən sonra Lənkəranskinin Türkiyədə gizləndiyini aşkara çıxarıb və onun öldürülməsi üçün İstanbula 5-6 nəfərdən ibarət sui-qəsdi icra edəcək qrup göndərib. İstanbulda mühafizəçiləri ilə dolaşsa da, Canıyev İstanbul küçələrindən birində güllələnib.

Türkiyə təhlükəsizlik qüvvələri isə İstanbulda baş tutan sui-qəsdlə bağlı heç bir məlumat verməyib. Məlumata görə, Rusiya təhlükəsizlik qüvvələri yaxın günlərdə Türkiyəyə rəsmi müraciət edərək, Canıyevin cəsədinin Rusiyaya təhvil verməsini tələb edəcək.

Fəzail Ağamalı: “Rövşən ölməyib”

Bu arada Canıyevlə bağlı ilginc xəbər ortaya çıxıb. Musavat.com-un apardığı araşdırma zamanı məlum olub ki, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur.
Bu xəbəri təsdiqləyən F. Ağamalı deyib ki, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb: "Dəqiqləşdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".

Sui-qəsdin təfərrüatları

Rövşən Lənkəranskiyə sui-qəsdin təfərrüatları bəlli olub. Aznews.az-ın xəbərinə görə, Rusiya mətbuatı “qanuni oğru”nun İstanbulda killer tərəfindən vurulduğunu və əvvəlcə xəstəxanaya aparıldığını yazıb: “Hadisə fevralın 1-dən 2-ə keçən gecə baş verib.O, əvvəlcə xəstəxanaya aparılıb və daha sonra ölümü barədə məlumat yayılıb. Lənkəranskini böyük bir mühafizəçi ordusu müşayət edib, ancaq killer avtomatik silahdan atəş açaraq Lənkəranskini və mühafizəçilərindən birini yaralayıb”.
Bundan başqa Əhməd Evloyevin də eyni zamanda, ancaq Moskvada güllələndiyi bildirilir: “Killerlər Evloyevin maşınına hücum edib, “qanuni oğru” çiynindən və ayağından yaralanıb”.
Hüquq-mühafizə orqanlarındakı mənbə R.Lənkəranskiyə sui-qəsdin Ded Xasanın ölümü ilə bağlı qisas məqsədi daşımaması versiyasını da irəli sürüb. Sui-qəsdin Merab Cvanqeladzenin (Suxumski) sifarişi ilə törədildiyi istisna edilmir.
«İzvestiə» qəzeti isə xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yazır ki, hadisə Ded Xasanın ölümü ilə birbaşa olmasa da, dolayısı ilə bağlıdır: “Rövşənlə Ded Xasanın münaqişəsi olub. Onların Rusiya ilə yanaşı, digər ölkələrlə bağlı bölüşdürmək istədikləri çox şey var idi. Maraqların toqquşduğu əsas obyektlərdən biri də Ukrayna olub. Ded Xasanı Rövşən Lənkəranskinin müstəqil mövqeyi həmişə narahat edib. Azərbaycanlı “qanuni oğru”lar əvvəlcə Ded Xasana bağlı olsalar da, sonradan R.Lənkəranskiyə tərəfdar çıxıblar”.
Ded Xasanın ölümünə görə barəsində ölüm hökmü çıxarılanlar arasında R.Lənkəranski və Rüfət Nəsibovla yanaşı “Cama” ləqəblu digər azərbaycanlı “qanuni oğru”nun da olduğu bildirlir: “Ancaq R.Nəsibovun cəsədi tapılmayıb, bundan başqa azərbaycanlı “qanuni oğru”lar qətl xəbərini istisna edib”.
R.Lənkəranskiyə sui-qəsdin məhz İstanbulda törədilməsi də müzakirə mövzusudur: “Ded Xasanın tərəfdarları çətin ki, İstanbula killer göndərsin. Məsələ burasındadır ki, Türkiyə Ded Xasanın əbədi düşməni Merab Cvanqeladzenin ikinci vətəni hesab edilir. Əvvəllər Merab Lənkərnaski ilə dost olmayıb. Bunun səbəbi isə R.Lənkəranskinin Merab Cvanqeladzenin qardaşı Levonla mübahisə etməsi olub. Ancaq sonra tərəflər barışıblar və Dubayda “taclandırma” üçün “sxodka” keçirilib. Rövşənin Ded Xasanın ölümündən sonra Türkiyəyə getdiyi bildirilir ki, orada özünü təhlükəsizlikdə hiss edib. Vaxtaşırı olaraq Gürcüstandan olan “qanuni orğu”lar - İrakli Kaliçiva və Koba Avlediani ilə görüşüb. Onların hər ikisi Meraba yaxın adamlardır”.
Hüquq-mühafizə orqanlarındakı mənbələr belə hesab edir ki, M.Cvanqeladze planı əvvəlcədən qurub: “Rövşənlə barışaraq onun əli ilə Moskvada əbədi düşməni Ded Xasanı aradan götürüb. Daha sonra isə Lənkəranskiyə qarşı sui-qəsd əmri verərək özünün Ded Xasandan sonra onun tərəfdarlarına loyal münasibətini sərgiləyib”.

Kürdlərin amansız intiqam planı

Milli.Az "Kriminalnaya Rossiya"ya istinadən bildirir ki, "Ded Hasan"ın qətlində suçlanan "Rövşən Lənkəranski" hadisədən sonra "ov obyekti"nə çevrilib. "Gəncəli Rufo" kimi tanınan azərbaycanlı "oğru" Rüfət Nəsibovun da Moskvada qətlə yetirilməsinin məhz bu olaylarla bağlı olduğu iddiaları isə günbəgün güclənir.
"Prime Crime" bildirir ki, yanvarın 16-da snayper Aslan Usoyana atəş açanda "Gəncəli Rufo", yəni Rüfət Nəsibov Ukraynada idi. "Ded Hasan" öləndən sonra Nəsibov Moskvaya yollanıb və bu barədə çox az adam bilirdi. Fəqət, Nəsibovun Moskvada olmasını kimsə "Ded Hasan"ın adamlarına xəbər verib.
Yanvarın 28-də Moskvanın Otradnı səmtinə, Nəsibovun kirayədə qaldığı mənzilin yerləşdiyi binaya killerlərin olduğu maşın yan alıb. Onlar Rüfət Nəsibovu güllələyəndən sonra meyiti maşına qoyaraq naməlum istiqamətə aparıblar. Mərhum Rüfət Nəsibovun Hacı Yelsuyev və "Axsaq" ləqəbli azərbaycanlı "oğru" ilə birlikdə Rövşən Canıyevin ən yaxın adamlarından olduqları deyilir.
2012-ci ildə Rüfət və Hacı Birləşmiş Ərəb Əmirliklərində "Rövşən Lənkəranski" ilə Levan Canqveladze arasındakı danışıqlarda iştirak etmişdilər. L.Canqveladze Rusiyanın ən nüfuzlu oğrularından biri Merab Canqveladzenin qardaşıdır. Söhbət zamanı dava qopub, Canqveladze bıçaq çıxararaq Rövşən Canıyevi vurub. "Rosbalt" bildirir ki, şəkərli diabet xəstəsi olan Rövşən Canıyev ağır yaralanmışdı.
Ötən ilin dekabrında isə Canıyev Birləşmiş Ərəb Əmirliklərində "oğru toplantısı" təşkil edərək oraya Merab Canqvelidze, Cemal Mikeladzeni də çağırmışdı. Həmin toplantıda 16 nəfərə "oğru" adı verildi ki, ad alanların arasında Rüfət Nəsibov və Hacı Yelsuyev də vardı. Daha sonra Rusiyaya qayıdan "Cemo" ləqəbli Cemal Mikeladze şayiə yayaraq Avropa ölkələrindən birinə yollandığını dedi. Amma o, əslində Moskva vilayətində idi. Bundan "Ded Hasan"ın adamları xəbər tutdular və fevralın 1-də "Cemo"nu polis həbs etdi. Axtarış zamanı onun üstündən əl qumbarası və narkotik maddələr çıxıb.
"Rosbalt"ın məlumatına görə, "Rövşən Lənkəranski"ni indi "Ded Hasan"ın adamları aradan götürməyə çalışırlar. Bu barədə qərar Moskvanın Yeni Arbat küçəsindəki "Bosfor" restoranında 20 "oğru"nun iştirakı ilə keçirilmiş toplantıda qəbul olunub. Toplantıya Krasnodar diyarında yaşayan "Şike" ləqəbli yezidi kürd "oğru" Şirali Musoyan başçılıq edirdi.
Daha sonra "Ded Hasan"ın çıxışında güllələndiyi "Starıy Faeton" restoranında toplantı olub. Əslən Tbilisidən olan "oğru"ların yığışdıqları toplantının təşkilatçısı "Valera Kurd" ləqəbli "oğru" Valeri Farizov idi. "Ded Hasan"ın qohumları - "Miron" ləqəbli Dmitri Çanutriya və "Timur Sverdlovski" ləqəbli Temir Mirzoyev isə Rövşən Canıyevı öldürəcəklərinə and içdikləri deyiblər.
Rusiyadakı "slavyan oğru"lar hələlik prosesə qatılmayıbar. Ən nüfuzlu "oğru"lardan biri sayılan "Zabava" ləqəbli Aleksey Zabavin Aslan Usoyanın dəfn mərasimində bir neçə adama "oğru" adının verilməsinə etiraz edib, mərasimdən gedib. Onun "Miron" və "Timur Sverdlovski" ilə söyüşdüyü, dava etməyə çalışdığı da deyilir.
Bu arada "Ded Hasan"ın boş qalmış "taxt"ına "Tyurik" ləqəbli Vladimir Tyurinin yiyələnmək istədiyi vurğulanır. "Tyurik"in arvadı Rusiyada iqtidarda olan Vahid Rusiya Partiyasının funksioneri, Dövlət Dumasının deputatı Marina Maksakovadır.

Комментариев нет:

Отправить комментарий