07.02.2013

Talış dili və mədəniyyəti

Rafiq Cəlilov

Biz niyə Talış dilini təbliğ edib, onun öyrənilməsini vacib sayırıq?

Talişlar Azərbaycanimizin qədim və aborigen etnosudur. Zatən bunu isbatlamaq, bunu sübut etmək üçün dağa-daşa düşüb Amerika kəşv eləmək lazım deyil. Elə Azərbaycanımızın topoqrafiyasına, dövlət dilinin leksik tərkibinə vicdanla nəzər salmaq kifayətdir. 
Bəs görəsən alimlərimiz, Azərbaycanı tədqiq edən tədqiqatçılarımız bu sadə həqiqəti görmürlərmi? Təbii ki, görürlər və bu həqiqətləri gizlətmək üçün dəriden-qabıqdan çıxırlar. Oxucunun "niyə" sualı verə biləcəyini bilərək bəzi məqamlara aydınlıq gətirmək istərdim. Əvvala onu xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın əksər alimləri, utandırıcı hal olsada, bir siyəsətə qulluq edirlər: "türkün deyilsə, ya ərəbin, ya latının, ya da farsındır".
Lap erməninin, gürcünün də ola bilər, amma Talışın olmamalıdır. Məsələn: Səkinə adı. Hələ sovet dönəmində çap olunan "Adlarımız" kitabından oxuyuruq: "Səkinə ərəblərin sakin sözündən götürülmüş addır". Bəs Səkinənin Talış sözu olub "baş qız" mənasını verdiyini yazsaydılar nə dəyişəcəkdi ki?! Heç nə. Sadəcə "Talışa yasaq" prinsipidir. Və ya qız qalasınn su saxlanc yeri olan "ovdan". Nədənsə bunu da farslara calayırlar. Cənablar, irandilli xalqlar arasında yalnız Talışlar suya "ov" deyirlər. Və yaxud "astronom" sözü-alimlərimiz, dünya alimlərinin heç bir söykənəcəyi olmayan fikrini əsas gətirirlər ki, astronom latın sözüdür. Çox maraqlıdır ki, həmən sözün açmasını bir yana aparıb çıxarda bilmirlər. İndi mən "astronom" sözünün açmasını versəm separatçımı olacam? Təbii ki, yox! Bəs görəsən "astranom" nə deməkdir? Mən "astranom” sözünü üç hecaya bölürəm: Asto-ulduz, rö-yol, nom-ad, vəssalam! Qısaca-"ulduz yolunun adı”-bu qədər sadə.
Zəruri haşiyyə: Bir Kəlbəcərli dostumdan rayonlarının adının mənasını soruşdum, "bilmirəm!" cavabını verdi. Dərinə varmadıq, zatən mənim üçündə Kəlbəcərin nə məna verdiyi elədə önəmli deyildi. Amma iş elə gətirdi ki, Lerikdə bir kəndin yolu barədə soruşdum, həmsöhbətim, ahıl yaşlı bir kişi həmən kəndin yolunu belə xarakterizə etdi: "Çə di roadə kələn bə cərə", yəni ki, "həmən kəndin yolunda kəl də gücə düşər". Onda mən Kəlbəcər sözünün açmasını başa düşdüm, sadəcə sözə fikir vermək lazımdır. Heç bir hərf artırmadan-azaltmadan: Kəl bə cər-kəlin gücə düşdüyü yer. 
Yox, mən bunları yazmaqla heç kəsə qarşı heç bir iradda bildirmirəm, sadəcə olaraq Talış dilinin necə vacib bir dil olduğunu göstərmək istəyirəm. Yenə də sübutmu? Buyurun: Həştarxan. Bildiyimiz kimi Volqa çayı Xəzər dənizinə tökülən yerdə delta əmələ gəlib. Bəs bu deltanın şaxələrini-qollarını saymısızmı? Yox? Amma qədim Talışlar sayıblar və həmin yeri "həstarxon"-"səkkiz arxlı" adlandırıblar, yenə də heç bir hərf artırmadan-azaltmadan biz bu sözün mənasını anlaya bilirik. Bəs bu sözlərin, həmçinin də Savalan, Kaspi, Zərdab, Mardakert, Mərdakan, Xırdalan və daha onlarla, yüzlərlə yer adının dəqiq açmasını versək Azərbaycan qazanmazmı? Təbii ki, qazanar. Biz bunları yazmaqla separatçılıqdan (yeri gəlmişkən, Lənkəranda Separadi kəndi də var, se-üç, para-bölünmüş, di-kənd menasını verir, bunu elə-belə yazdım) çox-çox uzagıq, sadəcə bizim bildiyimiz həqiqətləri sadə Azərbaycan vətəndaşının da, dilindən və dinindən asılı olmayaraq, bilməsini istəyirik.
Hörmətli Oxucunu yormaq istəmirəm, özüm üçün yəqin etdiyim bir həqiqəti ziyalılarımıza, hökumət və dövlət rəsmilərinə çatdırmaq istəyirəm: Talış dilini qorumaq lazımdır, Talış dilinin tədqiqi ilə məşğul olanları həvəsləndirmək lazımdır. Bu Azərbaycanımıza lazımdır, bu gələcək nəsillərə lazımdır. Amma çox təəssüf ki, biz əksinin şahidi oluruq, Talış dilinin tədqiqi ilə məşğul olanları hər vəclə bu yoldan sapındırmaga çalışırlar, sapındıra bilmədiklərini isə şəhid ustad Novruzəli Məmmədov kimi gec təsir edən iynə ilə "susdururlar". Biz müəllimimiz kimi şəhid olmaga hazırıq, ta o vaxtacan biz şəhidlər verəcəyik ki, bu iqtidar bizim Talış dilini tədqiq etməyimizin dövlətimizə-dövlətçiliyimizə heç bir ziyan gətirmədiyini, əksinə, xeyri oldugunu anlasın, başa düşsün.
Yazıya az da olsa dəxli var: 1993-cü ilin əvvəli idi. Bizim qırıcı təyyarələrimiz ermənilərin mövqelərini tez-tez bombalayırdılar. Lakin bombardimana dəqiqələr qalmış ermənilər haranın bombardiman ediləcəyini bilib, xüsusi yerlərdə gizlənirdilər. Əslən Lerikli olan polkovnik Cavadovun (o, Belarusiyada yüksək vəzifəsini buraxıb milli kadr kimi Azərbaycana gəlmişdi və deyəsən yenə də Belarusiyaya qayıdıb və orda müdafiə nazirliyində yüksək vəzifədədir) təklifi ilə ali komandanlıq qırıcıların uçma vaxtının və bombalayacağı ərazinin koordinatlarını aşagı hərbi hissələrə Talışca ötürmək qərarı verdi və bu işin təşkili mənə tapşırıldı. Çox qısa bir vaxtda ermənilər çoxlu sayda canlı itgilər verməyə başladılar. Azərbaycan ordusunun zəfər yürüşü başlamışdı. Artıq qoşunlarımız Xankəndinə çatırdılar və bu vaxt yalançı vətənpərvər-türkçü Əbülfəz Əliyev əmrlərin Talışca verilməsini yasaq etdi. Çox güman ki, Əbülfəz Əliyevin belə qərar verməsinə onun ətrafına yerləşdirilmiş erməniəsillilərin təzyiq-təbliğatları səbəb olmuşdu, hər necə olsa da bu Azərbaycanımıza qarşı bir xəyanət idi ki, acı nəticələrini bu gün də dadırıq...

сeliılovrafıq@mail.ru             Tolışi Sədo

Комментариев нет:

Отправить комментарий