08.02.2013

Uşaqkən

Aytən Nəsibbəyli

Uşaqkən

nağıllarda ağıllı kəndli
olardıq biz.
Ya ədalətli padşah
ya gözəl şah qızı.
Ozümüz seçərdik
nağılı, rolumuzu.
Fəqət bir gun onlar
"amma"larla "başladı".

Uşaqkən

su damlalarından
rəsmlər çəkərdik biz.
Xəyallarımız kimi

oyundan oyuna
fiqurdan fiqura salardıq onları.
Biz damlaları dağıtdıq.
Xəyallar o uşaqları.

Uşaqkən

kibritdən ev duzəldərdik biz.
"Evsiz uşaqları" bilməzdik amma.
"Evsiz" nədir bilməzdik amma.

Uşaqkən

anamıza inanardıq biz.

Uşaqkən

Uşaqkən böyümək istəyirdik biz.

Комментариев нет:

Отправить комментарий