04.09.2013

Buddanın "Dhammapada" əsərinin təqdimatına dəvətlisiniz


Sizi "Başla Kitab" layihəsi çərçivəsində çap olunan Buddanın "Dhammapada" əsərinin təqdimatına dəvət edirik. 
"Düşmən düşməninə, yaxud nifrətli nifrətliyə nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini etmək iqtidarındadır. Ana, ata, yaxud başqa bir qohum nə edir etsin, doğru yönəlmiş fikir daha yaxşısını etmək iqtidarındadır".
Bu fikirlər Şərq müdrikliyinin ən zəngin xəzinələrindən sayılan "Dhammapada"dandır. Budda (Sidharta Qautama) hesab edir ki, insan düşündüyünə bərabərdir.
Onun fəlakəti də, səadəti də düşüncələrinə bağlıdır. Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan əsər insanı dərin özünütəftişə, özünümüşahidəyə və özünüdərkə səsləyir.
Kitab ingilis və rus dillərindən müqayisəli tərcümə olunub.

Tərcüməçi: Dr.Müşfiq Şükürov
Redaktor: Ümid Əhmədov

Ünvanı tanımayanlar - 16:30-da Xətai metrosunun çıxışında olsunlar. Əlaqə: 055 216 91 90 (Firudin Hasanov)
050 428 80 44 ( Ilkin Hüseynli)

Qiymət: 2 AZN (Təqdimatda Buddanın "Dhammapada"sı ilə yanaşı Vilhelm Reyxin "Dinlə, Kiçik Adam" əsərini birlikdə 4 AZN-ə əldə edə bilərsiniz.)

Комментариев нет:

Отправить комментарий