31.08.2013

Mif üstə qurulmuş hegemonluq

Jalə Dənziyeva

Faşist Almaniyasının ideoloqu Alfred Rozenberqin "XX əsrin mifi"  adlı fundamental əməyi var idi. Müəllif  keçən əsrin mifi ilə bağlı nəyi nəzərdə tuturdu deyə bilmərəm, belə ki, Hitlerın "Mənim mübarizəm" kitabından fərqli olaraq azad nəşriyyata buraxılmayıb. Amma iyirminci əsr doğrudan da qlobal miflərlə zəngn idi. Belə miflərdən biri  o olub ki, ABŞ-da böyük imperiya statusuna uyğun olan həqiqətən güclü və ən əsası döyüş qabiliyyətli ordu mövcuddur.
ABŞ-ın və onun ordusunun tarixi meydana çıxdığı gündən miflərdən zəmin tapıb. ABŞ və onun ordusunun yaranması mifologiyanın qatı dumanı ilə örtülüb. Misal üçün ABŞ 4  İyul 1776-cı ildə yox, bundan 10 il sonra müstəqil olub.

30.08.2013

Türk millətçilərindən hicablı birinci xanıma hörmətsizlik

Türkiyə Cümhuriyyətin tarixində ilk dəfə hicablı xanımı olan prezidentin verəcəyi 30 avqust Zəfər Bayramı ziyafətinə “Cühmuriyyət Xalq Partiyası”nın (CHP) ardından “Millətçi Hərəkat Partiyası” (MHP) da qatılmayacağını bildirib.
Profliqanın “Hocam.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Abdullah Gülün xanımı Xeyrunnisa Gülün cümhuriyyət tarixində ilk dəfə hicablı birinci xanım olaraq bayram ziyafətinə qatılacaq səbəbindən CHP orada iştirak etməmək qərarına gəlib.

29.08.2013

Nyu-York polisi məscidləri terror yuvası elan etdi

Nyu-York polis idarəsi şəhər məscidlərini terror təşkilatı kimi səciyyələndirən gizli göstəriş vermişdir. Bu barədə itar-tass.com saytı AR agentliyinin əlinə keçən polis sənədlərinə əsasən xəbər vermişdir. Agentliyin bildirdiyinə görə bu göstərişə uyğun olaraq polis məscidlərə gizli səsyazma qurğusu yerləşdirəcək və informatorlar göndərəcək. Bundan başqa məscidi ziyarət edən istənilən vətəndaş terrorist kimi həbs oluna bilər.
Xatırladaq ki, 2011-ci ildə AR agentliyi jurnalist tədqiqatlarının nəticəsi olan silsilə məqalələr dərc etdikdən sonra Nyu-York hakimiyyət orqanları bir sıra məsələləri etiraf etməli oldular. Onlar bildirdilər ki, doğrudan da polis müsəlman kvartalları, məscid və tələbə cəmiyyətlərini güdməklə məşğul olub, bu işdə onlara Mərkəzi Kəşfiyyat İdarəsinin işçiləri də kömək edib.

Yazıçılar Birliyi Diaspor Komitəsilə birgə sayt açır

Yaxın zamanlarda Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan yeni ədəbi portal fəaliyyətə başlayacaq. Modern.az xəbər verir ki, şərti olaraq dialit.az adlanacaq yeni portalın məqsədi Azərbaycanın xaricdə yaşayan ədəbi, mədəni elm və ictimai xadimlərini bir araya gətirmək, onları vətənlərində daha yaxından tanıtmaq, Azərbaycan və xaricdəki diaspora cəmiyyətləri ilə əlaqələri yaxşılaşdırmaqdır.
Rəsmi status daşıyacaq portalın ideya müəllifi və baş redaktoru, AYB-nin şöbə müdiri Sayman Aruzdur. Elektron dərgi formatında olacaq dialit.az bir sıra mövzular istiqamətində ayrı-ayrı bölmələrə ayrılacaq.   

28.08.2013

"Rusiya Suriyanı əldən versə, onu Xəzərdən də çıxardacaqlar"

Rusiya Geopoitik Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov son Suriya hadisələri ilə bağlı nakanune.ru saytına müsahibə vermişdir. Poltoloq müsahibəsində bildirmişdir ki, kimyəvi silah bəhanədir, amerikanlar Suriyaya soxulmağı iki il yarım qabaq planlaşdırmışdılar. O, bildirmişdir ki, Suriyaya doluşmuş terrorçu qruplaşmalarını da Amerika maliyyəşdirmiş, bununçün nəhəng pullar ayırmışdır. 
"İraqa müdaxilə zamanı da kimyəvi silah bəhanəsi ortaya atıldı, amma sonra təsdiqini tapmadı. Suriyadan sonra növbə İranındır. Sonra isə Rusiyanı Xəzər bölgəsində sıxışdırmağa başlayacaqlar. Rusiya təcili olaraq hərəkətə keçməlidir.

Dildən-dilə düşdüm

Dədəkişi Solğun

Demədimmi?

Təklif eləmə şairə rüşvət, demədimmi?
YAP-dan yol alıb rüşvətə adət, demədimmi?
Yəqin ki, bu təklif ilə sən çox şey umursan?
Amma olamaz bizdə bu  xislət, demədimmi?
Bir ənam üçün zülməti tərif edən əşar...
Olmaz el içində ona hormət, demədimmi?
Xalqın qəminə tüstülənib yanmasa şair,
Şair deyil əsla, ona nifrət demədimmi?

Corc Karlin - Öd və nifrət

Amerikalı yazar və komik Corc Karlinə görə yumor – çox miqdarda ödün, nifrətin, spermanın və söz oyunlarının qarışığından ibarətdir. Öz çıxışlarında o, təkcə dindarları, ortalıq adamlarını, dövləti, allahı və başqalarını tənqid etməyib, eyni zamanda dalına barmaq ediləcək adamların siyahısını da açıqlayıb. İllər keçdikcə Corc lap zəhər tuluğuna dönüb, və yaradıcılığının çiçəklənən dövründə dünyadan köçüb.

Mən sizi əyləndirmək və informasiya vermək üçün gəlmişəm!

… bizə bəxş edilmiş bu həyatla edə biləcəyimiz ən maraqlı şey, olsa-olsa, onu yarıda kəsmək ola bilər! Bəlkə də mən özüm heç bunu bacarmaram. Bəs siz? Ay allah!

Suriya amerikan raketlərini rus "Pançir-S1"-ləri ilə vuracaq

Amerkanın atacağı "Tamaqavk" tipli qanadlı raketlərə qarşı Suriyada etibarlı müdafiə sistemi mövcuddur. telegrafist.org saytı xəbər verir ki, bağlanmış hərbi müqaviləyə əsasən Rusiya Suriyaya onlarla "Pançir-S1” raketdən müdafiə kompleksləri verib. Kompleks 8 kilometr hündürlükdə uçan bütün raketləri vurma qabiliyyətinə malikdir. Dünyada analoqu olmayan bu hərbi maşın elə "Tamaqavk" tipli, həm də aşağıdan uçaraq manevr edən raketlərdən qorunmaq üçün hazırlanıb. Poliqon sınaqları göstərmişdir ki, kompleks 15 metr aşağıdan uçan raketləri də zərərsizləşdirmək gücünə malikdir.

27.08.2013

“Qürbətə üz tutan hər alim özüylə xalqının dəyərlərini də aparır”

Müsahibimiz Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının keçmiş icraçı direktoru, fəlsəfə elmləri doktoru Eliza İsmayılovadır:

– “Beyin axın” ifadəsi bəzi ziyalılar arasında hərdən mübahisəli ifadə kimi müzakirə olunur. Mən öz yazılarımda bunu adətən, “zəka axını” kimi ifadə etmişəm. Demək söhbət insan zəkasının, düşüncəsinin, istedadının və bacarıqlarının bir yerdən başqa yerə getməsindən gedir. Dünyanın siyasi mənzərəsinə nəzər yetirsək görərik ki, bu proses dünyanın güclü dövlətləri tərəfindən həmişə maraq doğuran məsələ kimi nəzarət də olub və çox məharətlə bundan istifadə edib və deyərdim ki, faydalanıblar da. Güclü dövlətlərin maraq dairəsinə düşən kiçik ölkələrdəsə iqtidarlar cəmiyyəti rahat idarə etmək üçün onun düşünən beyinlərini aradan çıxarmaq və cəmiyyəti inkişafdan saxlamaqla öz maraqlarını rahat həyata keçirməkdə bu prosesdən bir üsul, vasitə kimi də yararlanırlar.

Rus və Ukraynalılar Suriyaya döyüşməyə gedir

 Suriyaya rus və ukraynalılardan ibarət könüllülər korpus göndəriləcək. Onlar qanuni hökumətə ölkədə qayda-qanunları bərpa etməyə kömək edəcək, terrorçulara qarşı mübarizə aparacaqlar. Bu barədə lenta.ru saytına Ukrayna kəşfiyyatının veteranı, həmin korpusun təşkilatçısı Serqey Razumovskiy xəbər vermişdir
 "Bizə müraciət edənlərin sayı-hesabı yoxdur. Əsasən Rusiya, Belorusiya və Moldaviya vətəndaşlarıdır"- Razumovski bildirmişdir. May ayının ortalarında o videomüraciətlə könüllülərdən ibarət korpus təşkil edəcəyini bildirmişdir. O, bu müraciətdə keçmiş SSRİ hərbi veteranlarına, rus və ukraynalı zabit heyətinə səslənərək, Suriyanın xalqının yanında olmağa və qanuni hökuməti dəstəkləməyə çağırmışdır.

İsrael Şamir öz dövlətinin siyasətinə etiraz etdi

 Tanınmış yəhudi publisist İsrael Şamir öz ölkəsinin siyasətini tənqid edən mövqe ilə çıxış etmişdir. Ru-an.info saytında dərc olunmuş məqaləsində o, yəhudi əsgərlərinin Fələstin xalqına qarşı aqressiyasını pisləmiş, dövləti ikili siyasətdə suçlamışdır. “Fələstinli icazə olmadan, yoxlama postları və axtarış prosedurundan keçmədən heç qonşu kəndə belə gedə bilməz. Bir neçə kilometr kənarda olan dənizə çimməyə getməkdən isə heç söhbət də gedə bilməz. Dövlət guya onlara tam azadlıq verib, amma yaxından baxanda görürsən ki, yaşamaq üçün lazım olan bütün şərait onların əlindən alınıb”.

26.08.2013

Mən sənu unutmadım ki...

Əyyub QİYAS

mən səni unutmadım ki...
səni yuxularıma köçürdüm
yuxusuz gecələrimdə
sənə çox vaxt ayırım deyə...

mən sənu unutmadım ki...
unudan olsaydım
üz-üzə gələndə
onca uzun ayrlıqıdan sonra
ayaqlarım dolaşarmıydı,
gözlərim sevinərmiydi heç...

mən sənu unutmadım ki...
sadəcə səni də
bütün unutduqlarımın arasında

Astara çayı içən var?

TƏHSİLİMİZ: PROBLEMLƏRİMİZ, VƏZİFƏLƏRİMİZ

Pərviz Quluzadə

Silahlı toqquşmalar, müharbələr dövrü bitir-deyirlər. Amma odlu silahları qəbul etməyən “yeni dövürdə”müharibələrin olmayacagını heç kim demir. Çünki müharibələr davam edir. Lakin  bu müharibələri silahlar deyi , beyinlər aparır. Dunya silahlanmanı deyil, intellektual beyinlər “istehsalını” gücləndirir. İndi ən böyuk vəsaitlər məhz bu sahəyə yönəlir...Əslində, Azərbaycanda da bu sahə proritet məsələ hesab edilir.
Təhsilin inkişafı ölkəmizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir və yeni tələblərə cavab verə bilən kadırlardan, təhsilin inkişafından çox aslıdır. Təhsil sahəsində çox önəmli işlər aparılır, islahatlar həyata kecirilir. Bunu heç kim dana bilməz. Amma çox təəssüf ki, yeni kadırların haırlıgı qənaətbəxş səviyyədə deyil. Etiraf etməliyik ki, bu gün gənc kadır kimi məktəbə gondərilən müəllimlərin əksəriyyətinin bilik və bacarıgı çox aşagı səviyyədədir.

25.08.2013

Günel adında...

Günel Treu

sən məni neylədin,
                       hara itirdin?
mən tapa bilmirəm özüm özümü.
bəlkə yaşamayaq eyni dünyada
bəlkə mən o zaman yığam gözümü...

mən ki yaşamıram yaşamağmı bu
bəs hanı həsrətin bəxtəvər sonu.
 könlümün dayanmır ağrıyan qanı,
qaldıra bilmirəm yerdən dizimi.

çırpınıb min dəfə daşlara dəyib,
ürəyim nə günah bilir, nə eyib.
Yaradan bir azca xəta eyləyib,
tərsinə yazıbdı alın yazımı.


Vəfa Mürsəlqızı - BAĞIŞLA

 Sənin əyləncə tək baxdığın eşqə,
 Mən könül vermişəm, məni bağışla,
 Biliriəm bəlkə də heç gözləmirdin,
 Bir az gec gəlmişəm, məni bağışla.

 Bir az kədər dolu, bir az qəm dolu,
 Mən gözləri dolmuş buludam axı,
 Sən hardan biləydin ümid verəndə,
 Çoxdan çiliklənib ümidim axı.

 Gülüm biz ki, belə danışmaışdıq,
 Eşqin payızıydı kitabımızda,
 Eh, hardan biləydik, nədən biləydik,
 Vurulmaq yox idi hesabımızda.


Paraqraflarda basdırdılar bizi

Ramin Cahangirzadə

Möcüzə

Burnunu ağzını
bir metir əysən
Neynəmək həyatın
bir ucu sənsən

gəl dedim danışaq
burnun düzəlsin
türkcə də konuşdum
dedim güzelsin

sən demə danışıq
möcüzə imiş
möcüzə bizlərə
oldu bir vərdiş


Nəsimi qardaşımızın toyundan

Günün fotosu


Nesimi Abdulovun toyudur. Mubarek olsun. Cemi arzulayan subaylarcun insAllah. —Abgül SüleymanovTural AllahverdiyevRuhul Qudus və Nesimi Abdulov ilə

Feysbuk torpedalarına

İbrahim Sel

 Məncə, azlıqda qalmaq insanı nə məşhur edir, nə də ona əzab verir. Əgər kimsə məni irqçi, homoseksuallara nifrət edən və ya kürd düşməni adlandırsa, mən bunları vecimə almayacam. Tolerantlıq mənlik deyil, tüpürüm tolerantlığa. Mənim işlədiyim saytların da öz spesifikasl var. Aygün Nazpəriyevanın tualet ləvazimatını necə istifadə etməsi oxucu üçün maraqlı deyil, oxucu üçün o maraqlıdır ki, İsrail oğurladığı neftin pulunu nə vaxt verəcək? Mən müstəqillik bayramını qeyd etmirəm, bunu köləlik bayramı adlandırıram, həmin mövzuya dair çoxlu demotivatorlar paylaşmışam. Türkiyə şirkətlərinin Bakıdan qovulmasını tələb edirəm, ölkədə yayılan bir çox xəstəliklərin məhz onların qida məhsullarından gəldiyini dəqiq bilirəm.

Arzu Hüseyn - İçimdə ağlayan şeir

Azıb mənzilini ümid qatarım

Tamam sönməyibdir bu od, bu ocaq.
Bəlkə də bir ara közərəcəyik.
Hələ üşümürük, yanır oduncaq,
Hələ qəlbimizə isti əlcəyik.

Tamam sökülməyib korpülərimiz,
Keçməyə bir ümid yolu var hələ.
Hələ ki yağışdan gizlənirik biz,
Qarşıda leysan var, dolu var hələ!

Azıb mənzilini ümid qatarım.
Yarımçıq yolların bitəcəyi var.
Ayrılsaq özümü hara aparım?
Ünvan tapılmır ki itəndə yollar.


Mehriban Əliyevanın namizədliyi məsələsi yenidən gündəmdə

Bu dəfə Hacı Əbdülün təşkilatı birinci xanımın namizədliyini irəli sürür

“Vətən Naminə Xalq Birliyi” (VNXB) Hərəkatı builki prezident seçkilərində Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb.
“Turan”ın məlumatına görə, bəyanat müəllifləri namizədlikləri qeydə alınan prezidentliyə iddialıların bəzilərini şəxsi keyfiyyətlərinə, bəzilərini həmin namizədi əhatə edən qüvvələrin xalq arasında nüfuzunu itirmələrinə görə prezident olmağa layiq görmürlər. Hərəkat prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın tələblərinə cavab verə biləcəklərinə şübhə etdiyini bildirir.

24.08.2013

Günün fotosu

Günün adamı

ÖMRÜN İŞIQ İLLƏRİ

İsmixan Kazımov

Keçdi ömür, keçdi gün
Geri dönməz keçən gün
Ayaqyalın köynəkçək
Gizlinpaç oynayardıq
Hanı o gün, hardadı?
Qəlbim yenə ordadı.
O günündən bu günə
İçimdəki xatirə
Sızıldayıb ağlayır
Məni ora çağırır

Unutmaqçün yaşamağı öyrənirəm

İntiqam Yaşar

Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Dar qəfəsdə hey vurnuxdum, hey vurnuxdum....
Bir qarışlıq bu hüdudsuz dünyam ki var,
bu ucundan o ucuna, o ucundan bu ucuna,
Milyon kərə gəlib-çıxdım.
Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Alına da bilməzdi heç,
Ürək dedi, ağıl dedi. Ağıl dedi, ürək dedi.
Mən çox dedim nə faydası?!
 Bircə kərə fələk dedi.
Yaşamaqçün unutmağa cəhd etsəm də, alınmadı.
Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş.
Sevinirəm.
Çünki, indi səbəbi var yaşamağın.
Həm də ayrı ləzzəti var,

Gecə yarısı dəniz qırağında

Mirzə İskəndərov

Gecə saat on ikiyə iyirmi iki dəqiqə qalmış bilgisayarımı söndürməyə hazırlaşırdım ki, mobil telefonuma zəng gəldi. Stulu arxaya verib ayağa durdum. Telefonun olduğu stola yaxınlaşaraq soyuqqanlıqla cavab verdim.
Alo.
Qaqaş, sən yavaş-yavaş çıx dükan qabağına.
Yaxşı.
Zəng edən Vaqif dayı idi. O, evimizin təmiri üçün dəniz qırağından qum gətirəcəkdi. Mən onunla gedəcəyimi söyləmişdim. Buna etiraz etmədiyi üçün çox razı qaldım.
Nənəmə gedəcəyimi xəbər verdim və tələsik həyətə çıxıb başmağımı geyindim. Darvazanın qapısını açmağa tələsirdim ki, birdən nə isə yadıma düşdü. Evə tərəf addımlayaraq bibimqızını çağırdım. O, çölə çıxanda mən ona:
Qonaq otağından telefonumu ver, – dedim.
Yaxşı.

23.08.2013

Əli Əmirov - YETİM ŞEİRLƏRİM


Bu sevginin günahı nə, dərdi nə?
Yetim qaldı aramızda, deyəsən. 
Qəbahətmi, sahib durmaq eşqinə?
Əlac yox bu bəlamıza, deyəsən.

Mən yazdığım şeirlər də yetimdir, 

İçin çəkib, anasını soraqlar. 
Vallah-billah, dünya ölüm-itimdir,
İnsaf elə, analıq et, nə olar?

Sığarmı qanuna həddi eşqimin? 

Qanun qarşısını ala bilərmi? 
Qanunsuz doğulmuş şeirlərimin, 
Qanuni anası ola bilərmi?


"Əbülfəz Qaradağda Gevorkovun agenti idi"

“Şəxsən mən Əbülfəz Əliyevin DTK sədrinə “Mən gələcəkdə də şanlı DTK-da işimi davam etdirəcəyəm” yazdıqdan sonra Eldəniz Əliyevin Ə.Elçibəyin agent olmadığını deməsinə inanmıram”.

Araz Əlizadə eks-prezident Əbülfəz Elçibəyin və onun ətrafındakı bəzi insanların DTK agenti olduğunu bildirib. O, agentlər sırasında Nemət Pənahlının və Fəzail Ağamalının adını çəkib.

Əbülfəz Elçibəy prezident seçiləndə, mən “İstiqlal” qəzetinin redaktoru idim. Ona açıq məktub yazdim ki, "Bəy, mənə qarşı Xalq Cəbhəsindəki qaragüruhunla mübarizə aparanda şayiə yayırdın ki, mən KQB agentiyəm. İndi sən prezidentsən, səndən çox xahiş edirəm ki, dosyemi aç.

20 yanvar faciəsi haqda əsl həqiqətlər

Filologiya elmləri namizədi, Azərbaycan Sosial Demokrat Partiyasının ilk sədri Zərdüşt Əlizadənin “İkinci respublikanın sonu” kitabından bir hissə

 20 yanvar günü axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orada gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi. Daha sonra Əbülfəz Lahıca gedir və orada bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi tövsiyə edir.
 İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər.
 Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi.
 20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı.

20 Yanvar qırğını haqda həqiqətlər

Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harada olduğunu bilmirəm.

133 nəfərin ölümünə, 744 nəfərin yaralanmasına, 4 insanın isə itkin düşməsinə səbəb olmuş 20 Yanvar qırğını Azərbaycan xalqının ötən əsrdə üzləşdiyi ən böyük faciələrdən biri idi. 
Yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıda baş verənlər həmin günə kimi "şanlı ordumuz" adlandırdığımız Qızıl Ordunun iç üzünü açdı, meydan hadisələrində populist vədlərlə xalqa yalanlar danışanların bəyanatlarının boğazdan yuxarı olduğunu, habelə milli azadlıq hərəkatı fəallarının bir sıra taktiki gedişlərdə strateji tupikə salındığını göstərdi.

Bəlalarımızın baiskarı: Elçibəy

 Nadir Ağayev

I hissə: Xalq milli azadlıq uğrunda mübarizə aparırdı, AXC üzvləri isə yeni təlimatlar almaq üçün Moskvaya uçurdu 

 Hazırda xalq arasında və hətta mətbuatda da bəzən məlumatlar yayılır ki, guya Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı Əbülfəz Əliyev olmuşdur. Axı, belə deyil. AXC-ni ərsəyə gətirənlər Zərdüşt Əlizadə, Leyla Yunus, Tofiq Qasımov, Canbaxış Ümidov, Hikmət Hacızadə, Mirbaba Babayev və başqaları olmuşlar. AXC-nin proqram və nizamnaməsinin ilk layihəsini də Z.Əlizadə ilə L.Yunus yazmışlar. Sonralar isə AXC-yə Əbülfəz Əliyevin rəhbərlik etdiyi “Varlıq” cəmiyyəti birləşmişdi. “Varlıq” təşkilatının mənşəyi barədə şübhəli məqamlar vardır və müxtəlif versiyalar söylənilir.

Astara... çox qəribə abidə...

Günün fotosu

Major balalar

ЕDUАRD LIMОNОV

Mənim fikrimcə Rusiyаnın mütləq bədbəхtliyi оndаn ibаrətdir ki, Bоrоvikоv və yа Mаlахоv kimi аilələr və s. kübаrzаdələr оnun qаn dаmаrlаrını sоrur, əmir. Həttа ən kiçik şəhərlərin də öz Miхаlkоvlаrı vаrdır. Minlərlə bu cür аilə göbələk kimi аrtıb törəyərək özlərinin gеniş şəbəkələrini yаrаdırlаr. 
Minlərlə bu cür аilə göbələk kimi аrtıb törəyərək özlərinin gеniş şəbəkələrini yаrаdırlаr. Оnlаr еlə özlərinə bаb insаnlаrlа еvlənir, qız vеrib, qız аlırlаr. Məsələn, Miхаlkоvlаr, iki qаrdаşın ikisi də sоvеtlər vахtındа dədələri Stеpаnın sаyəsində iş bаşındа idilər, dеmоkrаtiyа vахtındа dа sudа bаtmаdılаr.

22.08.2013

Lahıc

Bağışlayın günahımı

Ələddin Əzimov

Gəl çıxaq
Dəniz sahilinə.
Gəzə-gəzə
Dənizdən danışaq.
Neçə illər uzunu
Ürəyimə xal salan
Sənsizlikdən danışaq.
Qayğısız qağayılar
Ötsün başımız üstdən.
Günlər kimi,
İllər kimi.
İstəyirəm o zamanlar olan təki
Heç olmasa bircə anlıq
Titrəsin qəlbimin simi.

Bir intahar hekayəsi

Adil Mirseyid

tətiyi qapıya bağlı silahla
özünü öldürən bir adamın təbəssümü
necə olar bilirsənmi
hər halda şərab qoxumaz
o adamın ölümünü görən kiçik quşcığaz
bir daha qəfəsdə nəğmə oxumaz
sağlığında nə çarələr düşünüb tapırdı adam
gözü yaşlı bir qadının üzünü güldürmək üçün
bir sahil qəsəbəsindən yola çıxdı
bir gün özünü öldürmək üçün
indi gözü yaşlı qadın yalnız qalacaq
qəfəsdəki quşcığaza qasılıb ən
məsum halıyla
mətbəxdə oturub yaşıl çay içir

Soruşmayın

Türkan Urmulu

Soruşmayın
Səsszilikdir yanlız bu hikayənin adı
Məndən də çarəsizdir çünkü
əlindən siqarası düşməyən
o ucaboylu adamın
kədərli sevdası

soruşmayın
sonsuzluqdur yanlız bu hikayənin adı
məndən də çarəsizdir çünkü
gözlərinin hüznünə dalıb getdiyim
o çılğın
o yorğun
o sevda soylu adamın
sehirli sevdası

DÖRD DİVAR ARASINDA TƏK QADINLAR AĞLAYAR

Xatirə Xatun

Yeri-göyü yandırar qəlbinin odu-ahı,
Taleyin qarğışımı, yoxsa ki öz günahı?
Gecələr göz yaşıyla oyaq açar sabahı,
Sübhə qədər göz yaşı yanağını dağlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."

Saçının sığalı yox,dodağının öpüşü,
Yarımçıqdı,sönükdü qəhqəhəsi,gülüşü,
Bağlıdı qəlb qapısı--yox çıxışı,girişi
Bir ölən məhəbbətin matəmini saxlayar--
,,Dörd divar arasında tək qadınlar ağlayar..."


Xəzər Süleymanlı - Küləklər

Küləyə söylədim ki, səndən hər axşam, səhər
Mənə gətirsin xəbər.
Bir səhər oyanarkən,
Bir də gecə yuxusuz, xəyalınla baş-başa, həsrətinlə yanarkən.

Küləyə söylədim ki,tələsməsin, dayansın,
Mənə görə yubansın.
Dedim varaq götürüm,yazım tez üç-dörd sətir,
Sevgilimə sən yetir.
Mənim ürək sözümü apar, bir xəbər gətir.
Məni ümüdləndirən,
Yaşamağa güc verən,
Sevgilimdən bir xəbər,
Ya bu gecə, ya səhər.


Metrodan, bulvara doğru saxta eşq seruvənləri

Tural Sahab

Zamanda bir gəzintiyə çıxsaq  ilk insanın, ilk sözündən günümüzə doğru.
Kütlənin inkişaf etdiyini, lakin fərdlərin hər nəsil bir az daha gerilədiyini görəcəyik. Aristoteldən sonra onun kimi biri yaşadımı? – yox. Bəs, Ədəbiyyatda Firdovsi, Nizami meydana çıxdımı?- yox. Bütün imkanlara baxmayaraq tibdə bir İbn- Sina yetişdimi? –yox.
Bir ərəb əfsanəsi idi“  Leyli və Məcnun  ”. Əfsanəydi, ancaq insanlar inanırdı. Demək ki, bir həqiqət payı vardı. Nizami Bərdədə Şirinin daşlara həkk olunan rəsmini görməsəydi yəqin ki,  inanmazdı Fərhadın dağlar yarmasına.

21.08.2013

Саудовская Аравия против СССР и России

Саудовская Аравия против СССР и РоссииГоворя о врагах Советского Союза, вспоминают Соединенные Штаты, Великобританию, другие страны НАТО, но забывают такую страну Востока, как Саудовскую Аравию. И совершенно зря, Эр-Рияд был и продолжает являться врагом России и русского народа.
Советский Союз был порождением великого проекта, который мог привести к созданию нового человечества, символом которого был гигант с лицом мыслителя, могучей рукой забрасывающий в космос шарик спутника. Россия-СССР была первой в мире державой, которая предложила человечеству проект справедливого и разумного общества Будущего, свободного от паразитизма, эксплуатации и угнетения одних людей другими.

Aybəniz Əliyar - Bağışla

Ürəyimin döyündüyü qədər varsan,
Gözlərimin gördüyü qədər gözəlsən.
Ağlımın kəsdiyi qədər real,
Bədənimin sevişə bilmədiyi xəyalsan.
Üzürümdür gözlərimdəki yağışlar,
Səni çox incitmişəm, bağışla...

Pəncərəmi döyən ağacsan,
Budağından beşiyim asılmışdı bir vaxtlar...
Məni unudacağını zənn edib
Sinənə bir hərf cızmışam--- "A",
Səni çox incitmişəm, bağışla...

Ürəyimin içi boyda sevirəm səni,
Beynimin sərhədsiz təxəyyülü qədər.
Bir payız ağacı kimi çılpaqdı hisslərim,

İbn Teymiyyənin soyqırım fətfası qüvvədədir

İlqar Atabəyli

Suriya üzrə fransız kəşfiyyatının əsas mütəxəssislərindən biri Alen Şuenin açıqlamalarına görə Əsəd rejiminin devrilməsi ölkədə əsil fəlakət yarada bilər. Əvvala Əsəd rejimi avtoritar olsa da hakimiyyət Tunisdə, Misirdə, Liviyada, İraqda olduğu kimi bir adamın yaxud bir ailənin əlində cəmləşməyib.
Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir.
Qeyd edək ki, son dövrlərdə əksər insanlar ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Bir İslam təriqəti olan ələvilik sufi-təsəvvüf görüşü üzərində qurulub. Bu gün ayrı-ayrı cərəyanlar kimi təqdim olunan bəktaşilik ələviliyin bir qoludur. Artıq müasir ələvilər son bir neçə yüz ildə Türkiyədə iki cərəyana bölünən ələvi-bəktaşi görüşlərini birləşdirir. O cümlədən qızılbaşlıq ələviliyin orta əsrlərdə geniş yayılmış qolu olub və bu gün təriqətlə (ələviliklə) birləşir.

Паразиты растлевают Европу

Паразиты растлевают ЕвропуВ Европе, которая на полном ходу мчится в ад, в школьной программе обязательными являются порноуроки. Каким образом абсурд становится нормой? Почему общество допускает, чтобы это, в принципе, стало возможным? Сексуальное просвещение с начальных классов – это не только ещё один вариант развращения детей, но и серьёзный удар по детской психике. Не так давно около десяти подростков-шестиклассников были госпитализированы в ходе такого вот урока в Германии, остальные оказались в предобморочном состоянии.
Ещё один подобный случай, но уже с продолжением, случился в той же Германии. Ученице 4 класса стало плохо на порноуроке, и она вышла из класса. За что вскоре пришлось отвечать её родителям в суде: