30.11.2014

А.Г. Дугин - "РАССВЕТНОЕ ПОЗНАНИЕ" ВОСТОЧНОГО ШЕЙХА

1. Путь Посвященного. Великий шейх эзотерического ислама, одна и из самых грандиозных фигур универсального эзотеризма и инициатической доктрины, шейх Шихабоддин Яхья Сохраварди, называемый также "шайх аль-Ишрак" и "шайх аль-мактул" (его последователи вместо слово "мактул", "убиенный" употребляют свлово "шахид", "мученик за веру"), родился в на северо-западе Ирана в 1155 году (549 год хиджры) в провинции Джебал. Эта территория лежит на границе с Азербайджаном, и надо подчеркнуть, что для иранской сакральной географии (доисламского периода и солгасно иранской версии иламского эзотеризма) Азербайджан был "священной землей", к которой были отнесены важнейшие сакральные события зароастрийской традиции и Авесты.

Bəsdir!

Vüqar Məmmədov

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində olan iğtişaşlarla baglı xəbərləri saytlar, televiziyalar və digər KİV məlumat vermir. Versə də, qısa və konkret danışıb keçirlər. Bax, burda pişiyin quyrugu görünməyə başlayır.
Başa düşüləndi.
Üzümü bizim "gülmə-şəkər" müxalifətə tuturam. Mənim dotlugumda müxalifət üzvləri çoxdur. Heç də mənim "gülmə-şəkər" sözümdən inciməsinlər. Adətən belə vəziyyətə bu sözü işlədirlər bizim xalqda.
Müxalifət nədən susur bura çatanda?
Fikir versəz görərsiz ki, Şimali Koreya, Rusiya, Venesuela, İran və s. antiqlobalist dövlətlərdə bu və ya buna oxşar kiçik bir iğtişaşlar baş verən kimi müxalifətin qələmi işə düşür, gecə-gündüz qollarını çırmayıb yazırlar. Dişləri ilə, dırmaqları ilə yazırlar, yorulanda da qələmi ötürürlər ayaq barmaqlarına! Dayanmadan yazırlar, məsələni şişirdib böyük bir bəlaya çevirirlər, dünyanın axırıdır kimi bəzəyib-düzəyirlər. İnsan azadlığı yoxdu, diktatura çoxdu, insanları sürüdürlər, monqol dilində məktəb açmırlar, Rusiya dagaljax, Nemtsov bizim adamdır, Obama elə müsəlmandı və sair və iliaxır bu xüsusda.

29.11.2014

Муфтий: мусульмане Кавказа на Донбассе защищают русских и православие

Помощь ополченцам Донбасса, защищающим русских и русскоязычное население на юго-востоке Украины, оказывают мусульмане из Дагестана, Чечни, Карачаево-Черкесии, Ставрополья и других южных регионов России. Такое заявление в кулуарах III cтавропольского форума Всемирного русского народного собора (ВРНС) сделал муфтий Ставропольского края Мухаммад Рахимов, сообщает РИА «Новости».
«Мусульмане участвуют на стороне ополчения (в противостоянии). Мы помогаем нашим братьям защищать русских там, в восточных областях Украины. Я знаю, что там есть многие ребят, много мусульман из Чечни, Дагестана, Карачаево-Черкесии, Кабардино-Балкарии, даже есть из Ставропольского края», — передает агентство слова Рахимова, который, как отмечается, не назвал конкретных цифр.

Аркадий Ваксберг: Бурные аплодисменты

ОЧЕРК «Судьба прокурора», опубликованный в «ЛГ» 28 октября 1987г., имел счастливую судьбу. В том смысле счастливую, что нашел почти единодушную читательскую поддержку. Разве что два или три письма — от тех, кто когда-то не смог добиться удовлетворения своих просьб у героя очерка, бывшего заместителя Генерального прокурора СССР В. В. Найденова, — содержали и не возражения даже, а просто-напросто непотребную брань без малейшей попытки затруднить себя хоть какой-нибудь аргументацией.
Зато были другие письма — не с возражением, но с сомнением. Да полно, восклицали авторы таких писем, неужто это возможно: прокурор столь высокого ранга, кропотливо делавший карьеру (не в одночасье же он вознесся на вершину многоступенчатой пирамиды!), вдруг бросает вызов сильным мира сего, почти заведомо отдавая себя на заклание?!

Гамбай Мамедов и Гейдар Алиев

Эпизод, имевший место на осенней сессии Вер-
ховного совета, тогдашнего парламента республики. 
Мероприятие было дежурное — подведение итогов 1977
года, утверждение бюджета на следующий год — то ли ре-
шающий, то ли определяющий, уж и не помню, год пяти-
летки. Подуставшие к концу дня депутаты из высокой но-
менклатуры прохаживались в вестибюле Дома политпроса
в ожидании конца государственной рутины. Объявление
председательствующим на вечернем заседании Сулейманом
Рустамом (Народный поэт, председатель Совета старейшин),
что по обсуждаемому вопросу выступило достаточное число
ораторов и можно прекращать прения, депутаты встретили
с нескрываемым воодушевлением. Но тут с места поднялся 
Гамбой Мамедов, бывший прокурор республики, лишенный
должности тремя годами ранее.

Гамбай Мамедов против Гейдара Алиева

«Хорошо зная положение дел в республике, заявляю, что в достоверности таких достижений, о которых всюду говорят, я сомневаюсь. Я уверен, что все награды присуждались Азербайджану без предварительной проверки действительного положения дел в республике».
Именно это и сказал в 70-е годы прошлого столетия прокурор Республики первому секретарю того времени… Можете представить cебе подобный диалог в наше время?
На памятной сессии Верховного Совета 1978-го года первого секретаря ЦК Компартии Гейдара Алиевича настойчиво называли «отцом нации» и ничего не предвещало проблем, пока Генеральный прокурор и депутат Гамбай Мамедов не попросил возможности высказаться, в чем ему председатель Сулейман Рустам отказал. Тем не менее Г. Мамедов, выйдя на трибуну, заявил, что в качестве прокурора республики многократно докладывал руководству о незаконных действиях в области сельского хозяйства и промышленности, но никаких шагов со стороны властей так и не было предпринято. В попытках довести до сведения соответствующих органов информацию о «приписках», он старался попасть на прием членов бюро ЦК Компартии и Контрольно-Ревизионной Комиссии. Он был недоволен тем, что его никто не желал выслушать:

Hacı Əbdül: Belə insanların boynu vurulmalıdır

"Sovet dövründə pərdə arxasında soyunan müğənnilər indi səhnədə soyunanları tənqid edir"
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün müsahibəsini ixtisarla təqdim edirik

- Uzun müddətdir mətbuatda görünmürsünüz. Hətta müsahibələrinizin birində demisiniz ki, məndən heç kəs müsahibə götürmək istəmir. Sizcə, bu qədər qorxulu adamsınız?
- Bismillahir-rəhmani-rəhim. Məsələ ondadır ki, sözün düzünü dediyimə görə məni dəvət etmirlər. Mən çıxıb bir çox məsələlər barəsində düzünü deyəndə bəziləri narahat olurlar.

- Maraqlıdır, bu gün üçün düzünü demək istədiyiniz nədir? Doğrudanmı, heç kəs cəsarət edib düzünü deyə bilmir?

HACI ƏBDÜLÜN 20 YANVAR FACİƏSİ BARƏDƏ

Camaatı aldada-aldada meydanda saxlayan Nemət Pənahlı oldu

Məscidlər dağıdılır, televiziyalarda müqəddəslər təhqir olunur, məscidlər sökülüb yerlərində sinoqoqlar tikilir

Artıq qanlı 20 Yanvar hadisəsindən düz iyirmi bir il keçir. İyirmi bir qış əvvəl Bakının küləkli və şaxtalı bir qış gecəsində amansız Rus tankları paytaxta soxulub, qadınlara və uşaqlara belə aman vermədən kütləvi qətliam törətdilər. Heç şübhəsiz baltanın sapı özümüzdən idi...
İndi isə baş verənləri müxtəlif istiqamətlərdə şərh edib, yaxın tarixi saxtalaşdırmağa çalışanlar da az deyil. Sözügedən mövzu ətrafında Meydan Hərəkatından başlayaraq məlum hadisəyə qədər öndə olan tanınmış simalardan həmin dövrü bir daha xatırlatmaların, gənc nəslin yaddaşını təzələmələrini istədik. Beləliklə, müsahibimiz “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüldür.

Вагиф Гусейнов - Анатомия распада

Ровно 14 лет тому назад Советский Союз получил первую “черную метку”. В ночь на 20 января 1990 года советские войска ворвались в охваченный беспорядками Баку. В ту же ночь председатель Верховного Совета азербайджанской автономии Нахичевань Сакина Алиева заявила по местному ТВ: наша республика вышла из состава СССР. 
Конечно, никакой “независимой Нахичевани” тогда не получилось. Первый секретарь местного обкома КПСС Джалилов (кстати, по слухам, побочный сын Гейдара Алиева) отрапортовал начальству: спикера заставили подписать декларацию о независимости под дулом пистолета. Вслед за этим злосчастная Сакина Алиева быстро отправилась на пенсию. Но, странным образом, ее слова по ТВ оказались пророческими.
Занимавший во время трагедии пост председателя КГБ Азербайджана Вагиф Гусейнов однажды уже пытался откровенно рассказать о тех событиях. В 1994 году в одной из местных типографий была напечатана его книга о бакинской трагедии. Но после прочтения книги новым президентом Азербайджана Гейдаром Алиевым весь тираж был арестован. С тех пор ставший одним из известных российских аналитиков по Кавказу Вагиф Гусейнов хранил молчание о тех январских днях в Баку. Нарушить его он решил в интервью “МК”.


26.11.2014

Sabiq hakimin məhkəməsində sensasion açıqlamalar

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi noyabrın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirildi.
Virtualaz.org saytının Gəncəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, prosesdə sabiq hakim H.Əliyev sərbəst ifadə verdi. Özü haqda məlumat verən H.Əliyev Perm Dövlət Unuversitetində təhsil aldığını, bir müddət Rusiyada məhkəmə sistemində çalışdığını, 1990-cı illərdə Azərbaycana gəldiyini, 1992-ci ildə Naxçıvan Şəhər Prokurorluğunda işlədiyini, iki dəfə mərhum prezident Heydər Əliyevin qəbulunda olduğunu dedi. Hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu deyən sabiq hakim birdən-birə məhkəmə sədri olmağında da mərhum prezidentin böyük rolunun olduğunu vurğuladı.

Məmməd Həbib - Sizə səslənirəm

Alnımda düşüncə, gözlərimdə qəm,
Kimə nəql eyləyim hekayətimi?
Fəqət ki, bir nəfər tapa bilmirəm
Aparsın yuxarı şikayətimi!

Elə mən burdayam, tək də deyiləm,
Alıb ətrafımı yazıq kiçiklər!
Çarə edəcəkmi görən deyirəm
Bizim dərdimizə şanlı böyüklər?

Sizə səslənirəm, səs verin mənə!
Haraya hay verin, səsə səs verin!
Havası çatmayan haqq istəyənə
Yaşasın da deyə siz nəfəs verin!

Zaman ilməsində kədər daşları
Mərdana şəxsləri qocalda bilir!
Vətən yüksəltmir ki, vətəndaşları!
Vətəndaş Vətəni ucalda bilir!

Namik Haşimzadə - Qoya son nöqtəni...

Qoya son nöqtəni çün aləmi-imkanə ölüm,
Ulu həqdən yazılıb cümleyi-insanə ölüm.

Onu əsla unudub dövrana aldanmayasan,
əvvəl-axır qonacaq üstünə pərvanə, ölüm.

Nə vara-dövlətə, nə sərvətə bel bağlama gəl,
Məgər allandımı gör mülkü Süleymanə ölüm?

Ölümün sirrini kim tapdı ki, bir sən tapasan?
Vermədi sirrini heç hikməti-Loğmanə ölüm.

Gördülər öldü dönüb insana insan dedilər,
Onu mənus eliyən çünki, o Cananə ölüm.

Ey bəndə çatdı əcəl sən də ölüb getməlisən,
Sanmaki çoxdu uzaq, sənlədi yan-yanə ölüm.

Saməddin Sami - Alışmışam

Dağıdır dərdimi içdikcə bu mey, məst oluram,
Mən bu meyxanələrə xeyli vaxtdır alışmışam.

Görürəm əksini yarın içdikcə badeyi-mey,
Odu peymanələrə xeyli vaxtdır alişmışmışam.

Nə badəsiz nə də mey əhlisiz günüm keçməz,
Mey olan xanələrə xeyli vaxtdır alışmışam.

Oturub dərdləşirəm həmişə dərd əhli ilə,
Dəxi qəmxanələrə xeyli vaxtdır alışmışam.

Harda eşq əhli vardı mən olarla həmqədəhəm.
Dəli-divanələrə xeyli vaxtdır alışmışam.


Hacı Yusif Qulammirzə oglu - Qəsidə

Ey dil, аğzındаn çıxаrtmа bişməmiş bir dаnə söz,
Həll elə beynində əvvəl, sonrа de dürdаnə söz.

Bircə sözlə aqil insan anlayar mətləb nədir,
Min kərə təkrar elə, kar eyləməz nadanə söz.

Hər sözü düzgün tələffüz et, çаlış аrаmlа de,
Düz sаpа mirvаritək, xoş gəlsin hər insаnə söz.

Elm irfаn məclisində çox qısа, аydın dаnış,
Hikmət аç, söhbət elə, yаğtək yаyılsın cаnə söz.

Öz dilində doğmа sözlər söylə, аnlаt fikrini,
Qаtmа gəl bаldаn şirin saf nitqinə bigаnə söz.

Fаydаsız boş-boş dаnışmаqdаnsа susmаq yаxşıdır,
Xoş deyil аriflərə kim söyləyər əfsаnə söz.

Ürəkdə boğulmuş arzular

Hüseyn Vahidi

Ana, uşağın qolundan çəkə-çəkə, küçədən evə aparmaq istəyirdi, Qızcığaz isə, ağlaya-ağlaya, "mənə donduyma al, mən donduyma istiyəm!" deyirdi. Ana qonşuların yanında üzü qızara-qızara uşağı evə apardı. Çuruyub paslanmış qapını işilləyib, həyətə girdilər.
Uşağın ağlamaq səsi evi altına almışdı. Uşaq həyətdə qalıb göz yaşları onun təkəcə yoldaşı oldu.
Ana, otaqdan, gecə yağış yağan zaman içəriyə qoyan qabları həyətə gətirib tavandan daman suları kərdiyə boşaltdı. Qızcığaz, başın həyətdə olan böyük tağara dayayıb, dərin yuxuya cummuşdu.
Qapı döyüldü, ana qapını açmağa getdi, qapını açarkən ərini görüb:
-Ay kişi nə oldu? Yenə qayıtdın?- həzin səslə dedi.
Kişi başını aşağı salıb üzücü səslə,
Üç saatdı, fəhələ meydaninda buna-ona yalvarmaqdan yoruldum, iş yoxuydu -deyib yavaşca içəri girdi.

Kamal Azər - Son saralmış yarpaq

Artıq noyabr ayıdır və payızın bizimlə vidalaşmasına sayılı günlər qalıb. Bu il payız çox gecikdi amma nədənsə getməyə yaman tələsir. Hələ təzə islanmış torpağın gül qoxan ətrini ciyərlərimə çəkməmiş, ətrafa ayrı bir gözəllik qatan xəzəlin üsdündə addımlayaraq onun xışıltısını hiss etməmiş, rəqs edən yağış damcılarının qulağıma sevgi nəğmələrini pıçıldamamış payızla vidalaşmaq istəmirəm. Hər dəfə payız gələndə ürəyim atlanır necə ki, günahsız bir körpənin ən sevdiyi oyuncağı əlinə aldığında üzünə xoş  təbəssüm qonub sevindiyi kimi... Niyə də sevinmiyim? Axı mən payızda gəldiyində itirdiyim uşaqlığımı  yenidən yaşayıram, yenidən dünyaya gəlirəm, yenidən nəfəs alıram, yenidən sevməyi öyrənib dünyaya qanad açıram, insanlara ümidlə baxmağı öyrənirəm. Mənim uşaqlığım olmadı, mən vaxtından tez böyüdüm. Mən həyatı daha tez dərk etməyə başladım. Hər şeydə tələsdim mən. Mən vaxtından əvvəl sevdim...

Ələddin Əzimov - Bu gecənin havasına

Bu da belə

Bürkülü bir gecə idi,
Sorma halım necə idi?
Od yağırdı dam-daşdan
Bu Muğan gecəsi.
Elə bil batmışdı
Dünyanın səsi.
Arada it zingiltisi eşidilirdi
Lap yavaşdan.
Yarasalar belə çəkilmişdi yuvasına.
Nə sirrdirsə, heç kim
Uyğunlaşa bilmirdi
Bu gecənin havasına.
Sanki
Kilid vurulmuşdu
Küləyin qapısına.

Qəribə bir gecə idi,
Bilmirəm saat neçə idi?
Yuxu aparmırdı məni də.

25.11.2014

Şeyin oğlu


Var bu adla insan, sox gözünə şeyin oğlu,
Axtar tap yeni bir ad özünə şeyin oğlu.
Beynində daş, əlində daş gəzdin sən nə üçün, 
Atdın kiməsə, dəydi ölünə şeyin oğlu.
Mömin qanı yemdi, o alimin bunu bilsin, 
Versə yeni fətva, sıx döşünə şeyin oğlu.
Mömin başına versə ənam, al bir həvəslə
Göyə tullanaraq get, evinə şeyin oğlu.
Dilləri kəs, qəlblər deməli Allahu Əkbər
Onun batili güldü üzünə şeyin oğlu.

Günnur Məmmədov

24.11.2014

Dostluq hədiyyəsi

Hacı Yusif Qulammirzə Oğlu

Ey oğul, pərvanətək can atma çox dövran üçün, 
Kim ona meylin salarsa, qul olar şeytan üçün.

Hamının qəlbində istək var, məhəbbət, eşq var, 
Amma hər kəs qurban etməz canını canan üçün.

Hər sevən, hər sızlayıb ah-vay edən aşiq deyil, 
Aşiq öz ömrün verər cananına bir an üçün.

Bizdən əvvəl də gedənlər şad olub, kam almadı, 
Binəvalar tökdülər göz yaşların ümman üçün.

Yer üzündə haqq-ədalət axtaranlar gördülər,
Zülm edənlər baş kəsib qanlar tökür ad-san üçün.

Qəlbi pak insanların baxsan üzü bir rəngdədir, 
Amma üzlər var deyərsən yaxşıdır yorğan üçün.

Sadiq ol, Rəbbindən özgə heç kimə bel bağlama,
Mərd ölər, amma əl açmaz kimsəyə dərman üçün.

Xaliqin nemətlərin saymaq belə mümkün deyil, 
Gör sənin Tanrın nələr xəlq eyləyib insan üçün.

Verdiyi nemətlərindən sən də az-çox dadmısan,
Bəs nə əmal sən edibsən ol gözəl Rəhman üçün?!

Elm, ədəb sahibləri elmi Xudadan aldılar, 
Gördülər mənalı mətləblər açıb Quran üçün.

Sən də get arif olanlardan soruş dünya nədir,
Sonra öz var-dövlətindən sərf elə ehsan üçün.

Düşmə şöhrət arxasınca, Xaliqindən bərk yapış, 
Boş burax dünya ipin, cəhd eylə çox iman üçün.

Bir səfər var qarşıda, oğlum, gedənlər gəlməyir, 
Yusifin də vaxtıdır, hazırlaşıb hicran üçün.

23.11.2014

Тотальная мировая информационная война. Сталин, как гений информационной войны.

Отрывок из книги Георгия Сидорова «Тайный проект вождя»

Из архивов КГБ известно, что тотальная информационная война с Советским Союзом началась с 1943 года. Здесь официальные данные. С 1943 года на Западе были организованы информационные спецотделы по изменению сознания наших граждан.
Тайными же обществами, теми, которые построили западную цивилизацию, такая война против России велась всю её историю. Иосиф Виссарионович прекрасно знал, что затевается на Западе и чем всегда были заняты закордонные тайные общества. Знал он и ещё одну немаловажную деталь: лучшая защита – нападение. Поэтому сразу после своего прихода к власти в 1924 году, Сталин создаёт на базе советских спецслужб свой информационный отдел для борьбы с западной пропагандой. И что не маловажно, он сам его возглавляет.

22.11.2014

Азербайджан или Курд-байджан?

Исследование кланов, дерущихся за власть в Азербайджане, весьма любопытное занятие. Несмотря на все попытки Баку представить страну, как мононациональный монолит, здесь в борьбе за власть в смертельной схватке сошлись тюркские, курдские и татские кланы.
Одним из самых агрессивных в продвижении к власти оказался курдский клан. Небольшая по численности курдская диаспора в Азербайджане сумела весьма успешно проникнуть во власть и, наряду с другим меньшинством – татами, о чем мы уже писали, в значительной степени взять государство под свой контроль.
И все это в ситуации, когда курды долгое время в Азербайджане считались дискриминируемым меньшинством. На самом же деле на фоне всей этой битвы кланов, дискриминируемым меньшинством оказались коренные народы этой земли – лезгины, талыши, аварцы и цахуры.

21.11.2014

В ШТАТАХ РАЗГОРАЕТСЯ ГРАНДИОЗНЫЙ СКАНДАЛ


При проверке военных американских баз, где расположены ядерные арсеналы, вскрылись такие факты, что даже непонятно, может ли Америка вообще называться великой ядерной державой и учить других правилам безопасности.
В ответ на многочисленные вопросы прессы и представителей общественности - в Пентагоне пытались отшутиться. Но, по словам журналистов, это было бы смешно - если бы не было так страшно.

20.11.2014

Никита Вятчанин - Гражданин Царских Небес


Я - гражданин Царских Небес
Я был убит – и вот я воскрес
Первым лучом новой зари
Криком в остывшей груди

В дуло экрана шепчут: «Умри!
Только из тени не выходи!»
В выжженном поле прожитых лет
Я рождался на свет


19.11.2014

Peyvənd olunan 20 uşaq öldü

Suriyanın İdlib şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaqlara yardım fondu və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi kampaniyada peyvənd olunan uşaqlardan ən azı 20-si ölüb.
Publika.az xəbər verir ki, müxaliflər tərəfində müvəqqəti hökumətin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İdlibin başqa-başqa bölgələrində ÜST və UNİCEF-in dəstəyi ilə qızılca xəstəliyi əleyhinə kampaniya keçirilib. Kampaniya çərçivəsində 1-5 yaş uşaqlar peyvənd olunub. Nəticədə, ən azı, 20 uşaq peyvənd vurulandan 15 dəqiqə sonra vəfat edib.
Ölüm hadisələrinin səbəbinin laboratoriya analizlərindən sonra açıqlanacağı bildirilib.
Səhiyyə nazirliyinin sosial şəbəkələrdə yayımladığı açıqlamaya görə, müxaliflərin nəzarətindəki İdlibin Maaret eb-Numan rayonunda həyata keçirilən qızılca peyvəndi kampaniyası çərçivəsində ölüm və zəhərlənmə hadisələri baş verib.

AZƏRBAYCANSAYAĞI GEDİŞ, YOXSA...

Prokurorluq orqanlarından istefa vermiş tanınmış hüquqşünas Mobil İsmayılov ilə müsahibə

...Onun ömür yoluna hüquqşünaslıq yazılıb. Elə arzusu da belə olub. 37 il prokurorluq orqanlarında işlədi. Onun prokurorluqda keçdiyi yol ilk növbədə həyatı və insanları daha yaxından tanımaq baxımından böyük məktəbə çevrilmişdir. Prokurorluqda keçilən çətin və məsuliyyətli yol, geniş dünyagörüşü və zəngin həyat təcrübəsi onu yaradıcılığa gətirən başlıca amil olmuşdur. O, gənc yaşlarından həyatın burulğanlarında  möhkəmlənmiş və mətinləşmişdi. O, həm də artıq yetkin qələm sahibidir. Onda cəmiyyətdə baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyllərini düzgün dəyərləndirmək bacarığı vardır. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət  onun səciyyəvi xüsusiyyətləridir. 
O, çox keşməkeşli həyat yolu keçib. Həyat onu sıxıb, sınaqlara çəkib, ancaq o, heç vaxt sınmayıb, əyilməyib.

Prokurorluğun ən önəmli isimlərindən biri getdi

Bu günlərdə tanınmış prokuror, sayılıb-seçilən peşəkar hüquqşünas, axırıncı iş yeri Bakı şəhər prokurorluğu olan, yaxın dostum Mobil İsmayılovun öz raportu əsasında prokurorluq orqanlarından getməsi xəbərini eşitdim. Bu məlumat şübhəsiz ki, ovqatıma çox pis təsir etdi. Çox təəssüfləndim... 
Şərəfli, ibrətamiz həyat yolu keçən, ləyaqət və fədakarlıq nümunəsi olan, öz peşəsinin vurğunu, dövlətçiliyə sədaqətli, sözün əsl mənasında müdrik şəxsiyyət Mobil İsmayılov görəsən niyə bu addımı atıb? Bu sualın cavabını çözələyə-çözələyə xəyalım yaxın keçmişə getdi...
...Onu 2001-ci ildən tanıyıram. Yenicə Şirvan şəhərinə (o vaxtlar Əli Bayramlı adlanırdı) prokuror təyin olunmuşdu. Xidməti fəaliyyətimlə əlaqədar tez-tez həmin şəhərə getməli olurdum.

İŞİD və vəhhabilik haqqında

Heç kimdən gizli deyil ki, İŞİD sələfi əqidəsindəndir. Amma Azərbaycandakı bəzi sələfilər İŞİD terror qruplaşmasının üzvlərini sələfi-vəhhabi deyil, xəvaric adlandırırlar. Hətta onları təkfirçi adlandıran vəhhabilər də var. Bu da təbii məsələdir ki, iz itirmək üçün irəli sürülmüş aldadıcı fikirlərdir. Bütün bunlar da eyni zamanda İŞİD-ə getmək üçün yollar açır desək, bəlkə də yanılmarıq. Dəfələrlə şahidi olmuşuq ki, vəhhabi olan birisi özünün vəhhabi olduğunu inkar edib. Elə məhz İŞİD kimi. İŞİD-çilər də özlərinə müsəlman, həqiqi əhli-sünnə olduğunu deyirlər. Amma dünyada amansız zülmlər etməklə, qanlı faciələr törətməklə, baş kəsməklə məşğuldurlar. Bəs, görəsən, onlar kimlərdir, onlara qarşı hansı mübarizələri etmək lazımdır və bu iş kimlərin boynuna düşür?
Bu suallara cavab tapmaq üçün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. H.Ş.Həsənli məsələ ilə bağlı islamazeri.az-a açıqlamasında bildirib ki, vəhhabi təriqəti bütün dünyada var.

16.11.2014

Fazil Mustafa deyir ki, təriqətlərin əleyhinədir, amma təriqətçilik edir


Kiminsə hansısa təriqətə aid olaraq hər-hansı ayini yerinə yetirməsi digərlərinin hisslərinə və hüquqlarına toxunmursa, o qəbul edilən olmalıdır. Kimsə sinə döyürsə və digərlərinə sinə döymədiyi üçün zor tətbiq etmirsə, bu onun hüququdur. Kiminsə bu ayinə görə onu təhqir etməsi və onu geridəqalan hesab etməsi qəbuledilməzdir. Odur ki, F. Mustafanın kimlərisə nurçuluğu tənqid etməsinə görə təhqir etməsi qətiyyən yolverilməzdir.

15.11.2014

Saməddin Sami - Nəyi gözəldi?

Ağlıma gəlməyən başıma gəldi,
Ayrılıq həsrəti qəlbimi dəldi.
Çoxları deyir ki dünya gözəldi,
De: harası gözəldi, nəyi gözəldi!?

Vaxtsız əcəl öz havasın çalırsa,
Bir cavan ömrünu nakam alırsa,
Bir quru nişanə məzar qalırsa,
De: harası gözəldi, nəyi gözəldi!?

Xoş baxır üzünə naqis insanın,
Quzu tək mələdir şirin, aslanın.
Astarı üzündən baha dünyanın,
De: harası gözəldi, nəyi gözəldi.


İmarət Cəlilqızı - GURULTU (esse)


Bu gün bərkdən düşünəcəm. Acığa!..Lap bərkdən düşünəcəm.
Bu gün üzümə baxanlar dik atılacaq yerindən. Bəziləri qulaqlarını tutacaq, bəziləri çaşqınlıqdan əli ilə ağzını qapayacaq, kimisi sanki çılpaqmış kimi qollarına bürünmək istəyəcək, kimisi təlaşla ətrafına boylanıb "qamış"ı axtaracaq...
(Bəziləri də dərindən nəfəs alacaq və gülümsəyib göz vuracaq mənə. Və əl uzadıb sanki düymə axtaracaqlar ki, bursunlar, bir az da bərkdən düşünüm...)
...Bərkdən düşünəcəm bu gün...
Gücüm yetdiyi qədər bərkdən...Gözlərinizi yumun...

Телефонная памятка для современных подпольщиков

Чтобы понимать что спецслужбы могут знать, объясним происходящие процессы... Когда вы вставляете СИМ-карту в телефон, она авторизуется у оператора мобильной связи. Оператор получает номер СИМ-карты и серийный номер телефона - IMEI. В базе хранятся данные о звонках: с какой СИМ-карты и с какого телефона совершались звонки. Также оператор может знать собственника СИМ-карты, если это контрактный номер, если вы предоставляли свои паспортные данные или в других случаях.
Далее... Смартфоны, iPADы, планшеты с ОС Андроид - настоящие предатели. Они выдают точное месторасположение телефона, там ведь навигатор установлен. Смартфоны - это подслушивающее за вами устройство. Пррограммное обеспечение с широкими возможностями может записывать звук с микрофона в любое время.

Рекомендации:
1. Самая распространённая ошибка подпольщиков: когда телефонный номер засветился, меняют СИМ-карту в том же телефоне и думают что их разговор не слушают. Это ошибка. Спецслужбы ставят на прослушку телефон и все СИМ-карты, которые в нём используются. Замена СИМ-карты без замены телефона ничего не даст.

13.11.2014

Швейцарское издание: Горские евреи из Азербайджана — негласные короли рынка недвижимости России

Негласные короли недвижимости России — миллионеры и миллиардеры азербайджанской диаспоры Москвы, являются выходцами из маленького еврейского поселения Красная Слобода в Азербайджане, где живут горские евреи. Об этом, как передает азербайджанская служба «Радио Свобода», пишет швейцарское издание «Neue Zuercher Zeitung».
Население Красной Слободы со временем сокращается и теперь достигло 3000 человек, пишет издание, отметив, что это достаточно закрытая от внешнего мира община, а новые поколения предпочитают уезжать на заработки в Россию, Израиль, Европу и США. «Однако этот небольшой азербайджанский городок, похоже, стал кузницей предпринимателей: российское издание журнала Forbes окрестило недавно Зараха Илиева и Года Нисанова королями недвижимости в России. Их компании зарабатывают в год на аренде до 780 млн. долларов США. Оба предприниматели выросли в Красной Слободе. В Москве им принадлежат роскошная гостиница „Украина” и гигантский торговый центр „Европейский”», - говорится в статье.

Hz. Məhəmmədin doğulduğu ev sökülür

Məkkədə İslam peygəmbəri Həzrəti Məhəmmədin (s.a.s) doğulduğu evin yerində Səudiyyə Ərəbistan rəhbərliyi kral sarayı inşa etmək istəyir.
Məlumatına görə, bu barədə İngiltərənin "Independent" qəzeti iddia edib ki, peygəmbərin Meraca getdiyini işarələyən 500 illik sütunlar yıxılıb.
Qəzet yazır ki, Səudiyyə rəhbərliyi Kəbənin içində olduğu Məscidi-Haramın genişlənməsi layihəsi çərçivəsində kral sarayı inşa etmək istəyir. Və kral sarayının inşa ediləcəyi yer isə peygəmbərin doğulduğu evin ərazisidir.
Genişlənmə layihəsi çərçivəsində indiyə kimi yüzlərlə tarixi bina və abidə yox edilib.
ABŞ-ın Gulf İnstitutu lüks otellər, binalar və ticarət mərkəzləriinin inşa edilə bilməsi üçün Məkkədəki min illik tarixi binaların və abidələrin 95 faizinin məhv edilləcəyinə diqqət çəkib.

“Ulaşan” mətbuatın “ilginc” yazıları

Lalə Mehralı

Bəzən elə zamanlar olur ki, yazı yazanda bəzi şeyləri ifadə ilə anlatmaqda çətinlik çəkirik, bizə xas olmayan hər hansı bir vəziyyəti izah etmək üçün başqa dillərdən sözlər, ifadələr istifadə etməli oluruq. Ruscadan, tükcədən, ingiliscədən  sözləri çevirmək mümkün olmayanda, seçim qarşısında qalanda o sözləri dırnaq işarəsi içində vermişəm yazılarımda, bunu doğru hesab edrəm, nəinki başdan ayağa türk sözləri ilə dolu olan məqalə yazmağı. Hər dilin öz qanunları, yazı tərzi, qaydası var, buna əməl etmək də birinci qələm əhlinin – yazıçının, jurnalistin, şairin, müəllimin borcudur.
Keçən dəfə məşhur qələm sahiblərindən birinin yazısında rast gəldim, araşdırdığı məsələ ilə bağlı  dövlət orqanlarından biri ilə əlaqə yaratmağa çalışmış, amma nail ola bilməmişdi və bunu öz yazısında belə ifadə etmişdi: “Çox təəssüflər olsun ki, biz sözügedən quruma ulaşa bilmədik”.
Başına dönüm, qələminə, sözünə niyə hörmət eləmirsən? Niyə ulaşırsan? Nəyə ulaşırsan? Dilimizdə gül kimi “əlaqə saxlamaq”, “əlaqə yaratmaq” ifadələri var, sən niyə türkün sözünə cumursan addımbaşı? Yazanda bilmirsən bu sözün bizim dildə ifadə etdiyi mənanı? O yazının altında yazılan şərhləri oxumursan?
Addımbaşı dedim, çünki o yazıda hər cümlədə bir osmanlı türkcəsində söz işlənmişdi.

Курды переселяются в Азербайджан

Этнический фактор всегда играл значительную роль в многонациональном Азербайджане. Достаточно вспомнить карабахский конфликт, а также время от времени возникающие проблемы с активистами лезгин, талышей и аварцев. Однако в нынешнем году все чаще говорят о курдской угрозе.
Вообще-то говоря, эта тема стала актуальной сразу же после прихода к власти в 1993 году Г.Алиева, при котором в середине 90-х годов произошло переселение нескольких сотен семей курдов из Турции. Тревогу вызывал не сам факт миграции курдов в Азербайджан, а то, что речь шла о боевиках из печально известной террористической организации РПК (Рабочей партии Курдистана), глава которой Абдулла Оджалан был арестован турецкими властями именно по обвинению в организации многочисленных террористических акций, в результате которых погибло около 30 тысяч граждан Турции. Именно из-за переселения курдов в Азербайджан временами возникали трения между руководством Турции и Азербайджана.

Yoldaş Stalinə məktub

"Sosializm qurulmuşdur. Orada insanları məskunlaşdıraq". Boris Slutskiy.

Biz sənin sosializmində məskunlaşdıq.
Biz sənin yaratdığın ölkəni bölüşdük.
Biz sənin qulların və alimlərin tərəfindən tikilmiş zavodlarda milyonlar qazandıq. Biz sənin qurduğun müəssisələri müflis etdik və əldə etdiyimiz pulları qurduğumuz səddin arxasına aparıb özümüzə saraylar tikdik. Minlərlə həqiqi imarətlər. Sənin heç vaxt belə bağların,sarayların olmayıb, çopur eybəcər.
Biz sənin buzqıran və atom gəmilərini satdıq və özümüzə yaxtalar aldıq. Yeri gəlmişkən, bu heç də metafora deyil, bizim bioqrafiyamızdan faktlardır.
Buna görə sənin adın içimizdə göynəyir və qaşınır, və istəyirik ki, sən heç vaxt olmayasan.
Sən bizim nəslin həyatını qorudun. Sən olmasaydın bizim babalarımızı, ulu babalarımızı Brestdən Vladivostoka qədər yerləşən qaz kameralarında boğardılar və bununla da bizim taleyimiz həll edilmiş olardı. Sən rus toxumunu qorumaq üçün onu yerin yeddi qatına yerləşdirdin.

11.11.2014

Dini Komitədəki vəhhabiləri deşifrə etmək

İstər indiki sədrin vaxtında, istərsə də əvvəlki vaxtlarda Dini Komitədə hər zaman vəhhabi barmağının mövcudluğu hiss olunurdu. Fikrimcə təkcə Elşad İsgəndərovun sədrliyi Dini Komitədəki radikal vəhhabilərə zərbə oldu. Bu da onu göstərir ki, digərlərinə nisbətdə Elşad İsgəndərov öz işini yaxşı bacarırdı və öz vəzifəsinin öhdəsindən məharətlə gəlirdi. Zahirdə görünən budur ki, Mübariz Qurbanlının da radikalizmə, İslam adı altında qeyri-ənənəvi cərəyanları Azərbaycanda yaymağa çalışanlara qarşı münasibəti mənfidir.  Amma... Amması budur ki, fikrimcə Mübariz Qurbanlıya pisi yaxşıdan ayıra biləcək mütəxəssis ilahiyyatçılar lazımdır. Təkcə ona görə yox ki, bu mütəxəssislərlə ictimaiyyəti maraqlandıran məsələlərdə məsləhət edilməlidir. Həm də ona görə ki, bu ilahiyyatçılar Dini Komitənin daxilində də “bitərəf məmur” , yaxud “sünni inanclı məmur” kimi fəaliyyət göstərən saqqalsız, kostyumlu, qalstuklu vəhhabiləri deşifrə etsinlər. Əslində  “intelligent” görünüşlü vəhhabilərə hər yerdə, hər statusda rastlaşmaq mümkündür. Belələri qarşımıza  Milli Məclisdə deputat kimi, televiziyada aparıcı kimi, yaxud verilişə dəvət olunan guya ilahiyyatçı ekspert kimi və sair formalarda çıxa bilərlər.

06.11.2014

Şiə yaraqlısının mediaya məktubu

İbrahim Sel

“Şərq nağılları” silsiləsindən növbəti hekayə

 Dekabrın küləkli axşamlarının birində Amerika səfirliyinin birinci katibi, əslində isə MKİ-nin ölkədəki iqamətgahının rəhbəri Stiven Kelli səfirliyin düzəltdiyi qəbuldan arvadı ilə birlikdə maşınla evə qayıdırdı. Kelli yaşadığı evə daxil olmaq istəyəndə bir neçə şiə inanclısı onu odlu silah ilə qarşılayaraq, güllələdilər. Dövlət orqanları bu aksiyanı bir müddət sirr kimi saxlamağa çalışdılar. Hökumətın apardığı çaşdırıcı kampaniyanın köməyi ilə MKİ-nin buraxdığı şayiə qəribə bir şəkildə müdafiə edildi: MKİ-nin özündə Kellinin düşmənləri var idi və onu məhz onlar öldürmüşlər. Hətta bu gün, qətldən uzun müddət keçdikdən sonra çox az adam həqiqəti bilir...
 Mətbuatda hərə ağzına gələni yazır və günü gündən yeni versiyalar söylənilir. Bu sirr və dolaşıq məsələ barədə biz ilk dəfədir ki, danışmaq istəyirik. Sirr və dolaşıqlığın nəyə görə mövcud olduğunu izah etmək fikrindəyik. Biz həmçinin ilk dəfə təfərrüatı ortaya qoyub bildirmək istəyirik ki, “Sel-info” qəzetinin, hadisədən bir ay qabaq Stiven Kellinin ölkəmizdə MKİ rezidenti olmasını işfa etməsi ilə bizim əməliyyat arasında heç bir əlaqə yoxdur.

Elşad Miriyə deyin ki...

Mahir Şəkərov

Elşad Miriyə deyin ki, bizi yoxdan var edən Allahdır və biz ona qayıdacağıq və etdiklərimizə görə ona cavab verəcəyik. (Bəqərə sürəsi 28)
Elşad Miriyə deyin ki, Allah yanında haqq din İslamdır.(Ali-İmran sürəsi 19)
Elşad Miriyə deyin ki, sonuncu peyğəmbərimizin adı Hz Muhəmmədir. (s) O peyğəmbərlərin ən üstünü və sonuncusudur. (Əhzab sürəsi 40)
Elşad Miriyə deyin ki, Allah Rəsulunun (s) onun da fikirləşdiyi kimi namazı heç vaxt qəza olmayıb. (Əhzab sürəsi 21)
Elşad Miriyə deyin ki, Allah Rəsulu (s) bizim kimi adi insan deyildir.Məgər insan təkcə zahirdən ibarətdir? (Nəcm sürəsi, 3-4-6-8-9-10-13-17)
Elşad Miriyə deyin ki, peyğəmbərə qarşı ədəbsizlik etməsin. (Hucurat sürəsi 1-2)
Elşad Miriyə deyin ki, "Əbəsə" sürəsinin 1-2-3 -cü ayələrinin təfsirini açıq gözlə,bəsirətlə və təəssübkeşlik etmədən, bir daha yenidən, diqqətlə oxusun və peyğəmbərə (s) iftira atmasın. (Ali -İmran sürəsi 7)

05.11.2014

Azərbaycanlı fəallar Moskvadakı aksiyada


4 noyabr Rusiyada Xalq Birliyi Günüdür. Bu il həmin gün Moskvada "Biz birik" adlı kütləvi bayram yürüşü keçirilmişdir. Həmin aksiyada 75 minə yaxın adam iştirak etmişdir. Yürüşdə Rusiyanın əsas dörd parlament partiyalarının təmsilçiləri, regionlardan olan nümayəndələr, ictimai sektordan olan gənc aktivistlərlə yanaşı yanaşı azərbaycanlı fəallar da iştirak etmişlər.
Xalq kütlələləri Puşkin meydanında toplamış, saat 14.00-da isə Tver küçəsi ilə Kreml istiqamətində hərəkətə başlamışlar. Aksiya iştirakçıları "Biz birik", "Biz çoxuq, Vətən bir", "Putin, biz səninləyik!", "Harda bizik, ora da Rusiyadır!" şüarları ilə irəliləyərək, Rusiyanın dövlət siyasətini dəstəklədiklərini bəyan etmişlər. Yürüşün sonunda Rusiya Xalq Cəbhəsinin üzvü, "Opora Rossii" təşkilatının prezidenti Aleksandr Breçalovun açıq elan etdiyi mitinq keçirilmişdir. Mitinqdə SSRİ xalq artisti İosif Kobzon, iki dəfə SSRİ qəhrəmanı, kosmonavt Aleksey Leonov kimi tanınmış şəxsiyyətlər çıxış etmişlər. Mitinqin sonunda təntənəli bayram konserti keçirilmişdir.
Tədbir Rusiyada yaşayan bütün millətlərin nümayəndələri və milli ictimai təşkilatların üzvləri, o cümlədən azərbaycanlı fəalların geniş iştirakı ilə yadda qalmışdır. Aksiyada AzərRosun prezidenti Asif Məhərrəmov, Talış Dirçəliş Təşkilatının sədri İsmayıl Şabanov, Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının Moskva nümayəndəliyinin rəhbəri Qoşqar Əhmədov və digər tanınmış simalar iştirak etmişlər.