19.12.15

Səfəvi şahlarının fədailiyi, təvazökarlığı, elm və mədəniyyətə verdikləri qiymət

İbrahim Sel

 XVI yüzilliyin başlanğıcında Şah İsmayılın mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq təşəbbüsü uğurla başa çatdı. Şiə məzhəbini qəbul etmiş Azərbaycan türk tayfalarına arxalanan Şah İsmayıl qarşısına qoyduğu hərbi-siyasi məqsədləri həyata keçirmək üçün fəal xarici siyasət yeritməyə başladı. Qüdrətli Azərbaycan Səfəvi dövlətinin yaranması Osmanlı imperiyasının şərqə doğru genişlənməsi yolunda daha ciddi maneənin yaranması demək idi. Şərqi Anadoluda, Qaramanda və Suriyada şiə məshəbinin yayılması və səfəvilərin tərəfdarlarının durmadan artması Azərbaycan Səfəvi dövlətini Osmanlı imperiyası üçün ciddi təhlükəyə çevirdi. Şah İsmayılın qısa zaman kəsiyində öz dövlətini qüvvətləndirməsi Osmanlı imperiyasının Qafqazı- o cümlədən xam ipəyin mühüm mərkəzi olan Azərbaycanı, həmçinin İran ərazilərini ələ keçirmək siyasətinə zidd idi. Tarixi araşdırmalar göstərir ki, Osmanlı sultanlarının regionla bağlı ən böyük istəklərindən biri də Azərbaycanın bərəkətli torpaqlarını ələ keçirmək idi. Ona görə də XVI yüzilliyin əvvəllərindən başlayaraq gərginləşən Osmanlı-Səfəvi ziddiyyətləri Sultan Səlim dövründə daha da kəskinləşərək müharibə vəziyyətinə çatdı.
 Səfəvi dövlətinin yarandığı ərəfələrdə özbək əmiri Məhəmməd Şeybani xan Mavərənnəhrdə möhkəmlənməyə çalışırdı. 1506-cı ildə Teymuri hökmdarı Hüseyn Bayqaranın ölümündən istifadə edən Şeybani xan Heratda möhkəmləndi. Teymuri şahzadəsi Bədüəzzaman Mirzə 1508-ci ildə Şeybani xanın hücumları qarşısında dayana bilməyərək I Şah İsmayıla sığındı. Səfəvi hökmdarının yerli feodallara qarşı mübarizəyə girişməsindən istifadə edən Şeybani xan 1507-1508-ci illərdə Teymurilər sülaləsinə son qoydu və Xorasanı tutdu, 1509-cu ildə isə Kirmana viranedici yürüşlər etdi. Bu zaman I Şah İsmayılın Şirvan səfərində olması Şeybanilərin maneəsiz irəliləməsinə imkan yaratdı. 
 I Şah İsmayıl Şeybani hökmdarına iki dəfə elçi göndərərək Xorasan yolunda quldurluq etməyi dayandırmağa çağırdı. Lakin harınlaşmış Şeybani I Şah İsmayıla cavab məktubunda həyasızcasına tələb qoydu ki, o, özbək hökmdarının adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Məhəmməd xan Şeybani yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda yazdı ki, o Məşhəddəki səkkizinci İmam Rza məqbərəsini məhz bir “dərviş” kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcəkdir.
1510-cu ildə I Şah İsmayıl Xorasana qoşunla gəldi. Qızılbaşların yaxınlaşmasından xəbər tutan Məhəmməd xan Şeybani Heratdan Mərvə qoşun toplamağa getdi. I Şah İsmayıl Mərv qalasını mühasirəyə aldı. Şeybani xanı qaladan çıxarmaq üçün İsmayıl hərbi hiylə işlətdi. Qızılbaşlar qaladan çəkilib şəhərin 3 fərsəxliyində yerləşdilər. Eyni zamanda Şah İsmayıl sərkərdəsi Əmir xan Mosulluya bir dəstə ilə qalanın yanında durmağı və Məhəmməd xan Şeybani qaladan çıxanda “qaçmağa üz qoymağı” tapşırdı. Məhəmməd xan Şeybani I Şah İsmayılın Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı və Əmir xanın dəstəsini təqib etməyə başladı. Beləliklə, nisbətən kiçik qüvvəyə malik Şeybani xan İsmayılın əsas qoşunu ilə döyüşə girməyə məcbur oldu. Nəticədə özbək qoşunu darmadağın edildi, Məhəmməd xan Şeybani isə həlak oldu. Mərv qələbəsi Amudəryaya qədər bütün Xorasanı İsmayılın hakimiyyəti altına saldı.
 Şah İsmayıl Şərqi Anadoludakı Ağqoyunlu torpaqlarına göz dikən Maraş və Əlbistan hakimi Əlaüddövlə Zülqədəroğluna (1479-1515) qarşı yürüşə hazırlaşarkən Osmanlı sultanı II Bəyazidə məktub göndərdi. O, yürüş üçün Ərzincan-Ərzurum yolunu seçdiyini, Əlaüddövlənin ölkəsinə basqın etmək üçün Osmanlı torpaqlarından keçmək məcburiyyətində qaldığını bildirdi və II Bəyazidə onun hakimiyyəti altında olan ərazilərə daxil olacağı konkret tarixi (21 avqust 1507) göstərdi. Üstəlik, İsmayıl qızılbaş ordusuna Osmanlı təbəələrinə heç bir ziyan vurmamaq və qorxaraq ev-eşiyini tərk edənləri geri qaytarmaq barədə göstəriş verdiyini onun nəzərinə çatdırdı. 
 Şah İsmayıl Zülqədər bəyliyinə yürüş zamanı Osmanlı torpaqlarından keçərkən Bəyazidə verdiyi sözə sadiq qaldı, qızılbaşların qorxusundan yurd-yuvasını tərk edənləri geri dönməyə çağırdı, yerli əhalinin satmaq istədiyi malların alınmasına göstəriş verdi. O, şəxsən aldığı malların pulunu ödədi, hətta Osmanlı təbəələrindən aldığı əşyaların pulunu verməyən bir qızılbaşı dərhal edam etdirdi. Onun bu cür davranışı Səfəvi-Osmanlı münasibətlərində yeni gərginliyin yaranmasının qarşısını aldı. Bəyazid onu qızılbaşlara qarşı hücuma təhrik edən yaxın ətrafının və oğlu Şahzadə Sultan Səlimin fikirlərini növbəti dəfə rədd etdi. Lakin Şah İsmayılın səylərinə baxmayaraq iki dövlət arasındakı münasibətlər yenə də gərginləşməyə doğru getdi. Şərqi Anadoluda, Qaramanda və Suriyada şiə məshəbinin yayılması və səfəvilərin tərəfdarlarının durmadan artması Azərbaycan Səfəvi dövlətini Osmanlı imperiyası üçün ciddi təhlükəyə çevirdi.
 Tarix boyu Osmanlının bir çox dövlət və din rəhbərləri şiələrin qanına susamışlar. Osmanlı müftisi Həmzə Əfəndi tərəfindən şiələr barəsində verilmiş məlum fitvada deyilirdi: “Zira onlar kafir olmuşlar. Onlarla əlbir olanlar və onların etdiklərini edənlər də kafirdirlər. Bu kafirlərin cəmiyyətini dağıtmaq bütün müsəlmanlara vacib və fərz olmuşdur. Bu iş uğrunda döyüşən müsəlmanların ölənləri şəhid, qalanları isə qazi olacaqdır. Öldürülən qızılbaşlar isə cəhənnəmlikdir”. Osmanlı üləmaları Sultan Səlimin Azərbaycan Səfəvi dövlətinə qarşı gözlənilən yürüşünə haqq qazandırmaq, nəyin bahasına olursa-olsun ictimai fikirdə lazım olan rəyi formalaşdırmaq üçün şiələrə qarşı olmazın iftiralar yağdırmaqdan çəkinmirdilər. Dövrün bəzi Osmanlı tarixçiləri də şiələri “dinsiz” adlandıraraq, Sultan Səlimin göstərişilə yazdırılan fitvalara tərəfdar çıxırdılar. Onlar “islam dininə küfr edib onu rədd edən Şah İsmayıl və onun qazilərinə qarşı başlanacaq savaşların başqa din düşmənlərinə qarşı edilən savaşlar kimi cihad sayılacağını” bildirir, şiələrin “öldürülməsinin cayiz, mallarının halal, nigahlarının isə batil olduğunu” elan edirdilər. Mustafa Əkinçinin fikrincə, bu fitvalarda bəhs olunan bir çox məsələlər mübahisə üçün açıq olduğu kimi, uydurulmuş bir çox iftiraları da qızılbaşlara aid etmək mümkün deyildir. Digər tərəfdən də bu fitvalarda günahlardırılan Şah İsmayıl və tərəfdarları özlərinin gerçək mömin, həqiqi müsəlman, əhli-beyt dostu olduqlarını təkidlə sübuta yetirməkdəydilər. Şah İsmayıl Sultan Səlimə göndərdiyi məktubda belə deyirdi: “Mənim məzhəbimə tənə edənlər qismindəsiniz. Ol kimsənə ki, mənə allahsız münasibət göstərər, ona Allah sözü ilə cavab verərəm. Mənim köküm beyti-peyğəmbəri və dinim paklıqda zəri-cəfəridir”.
 Buna baxmayaraq, Sultan Səlim və ondan sonrakı Osmanlı hakimiyyəti belə fitvalarla ölkədə şiələr əleyhinə gərəkli olan ictimai fikri yaratmağı bacarmışdı. Molla Ərəb adı türk adı altında gizlənən, əslində isə semit-yəhudi olan bir alimin də Sultan Səlimin şiələrə qarşı yürüşə rəğbətləndirilməsində böyük rolu olmuşdur. Vaxtı ilə Xorasanda və Ərdəbildə yaşamış Molla Ərəb sonradan Anadoluya sığınmışdı. Şiəlik məsələsinin ciddiliyini Osmanlı sultanına anladan Molla Ərəb qızılbaşlar üzərinə hücumun zəruriliyini təkid etmiş, hətta yürüşlər zamanı Çaldırana qədər gedib Osmanlı əsgərlərini döyüşə ruhlandırmışdı. Beləliklə, şiələrin genosidə uğramasında semit-vahhabi mahiyyəti tarixdə öz silinməz izini qoymuşdur.
 1508-cü ildə Sultan Səlim Yavuz o vaxt Səfəvi imperiyasına daxil olan Gürcüstana yürüş edərək oranı çapıb-taladı. 1509-cu ildə isə Səlim hücum edərək Şah İsmayılın nəzarətində olan Ərzincanı tutdu. Hakimlik etdikləri ərazilərdə Osmanlı idarəçiləri yerli əhaliyə hədsiz zülm verirdilər. “Bədayə-ül-vəqayə” (“Heyrətamiz hadisələr”) əsərinin müəllifi Qoca Hüseynin yazdığına görə, məhz bu səbəbdən “Anadolunun bəzi yerlərində, Rum və Qaraman səmtlərində olanlar bir-bir Əcəmə (Səfəvilərə) məktublar göndərib” kömək istəyirdilər. Hətta Sultan Səlimin qızılbaşların nəzarətində olan torpaqlara hücum edərək qırğınlar törətməsinə cavab olaraq Diyarbəkir valisi Məhəmməd xan Ustaclu Şah İsmayıldan xəbərsiz Osmanlı sarayına qadın paltarları göndərərək, Səlimin ünvanına təhqir və hədələr yağdırmışdı. Olduqca kinli və qisasçı bir şəxs olan Səlim həmin hadisəni unutmadı və ilk fürsətdəcə Diyarbəkir şiələrini qanına qəltan etdi.
 Sultan Səlim Şah İsmayıl ilə məktublaşmalarında ona kafir deyə müraciət edir və söyüşlər işlədirdi. Onu da qeyd edək ki, Şah İsmayılın hətta ən qəzəbli məktublarında belə söyüş yoxdur. Amma Yavuz Sultan Səlimin məktubları təhqir və ədəbsiz ifadələrlə doludur. Mustafa Əkinçi yazır ki, Osmanlı sultanı Şah İsmayıla çox ağır cümlələrlə həqarət edirdi. Ruhaniliyinə işarə edərək ona əsa, əba, dərviş xalatı və təsbeh göndərmişdi. Sultan Səlim bununla Səfəvi şahına ona xatırlatmaq istəyirdi ki, yaxşı olardı o qılınc əvəzinə əyninə xirqə geyib əlinə kəşkül alaraq öz babaları kimi şeyxlik və sufiliklə məşğul olsun. Sultanın təhqiramiz məktublarının müqabilində Şah İsmayıl ona olduqca qısa, lakin müdrik və nəsihətamiz məktublar yollayırdı. Şah İsmayıl onun “düşmənçilikdən xəbər verən” naməsinin səbəbini bilmədiyini yazırdı.
 Osmanlı sultanının müharibəyə başlamasının səbəbi sadəcə düşmənlik və torpaq hərisliyi deyildi. Məsələ burasındadır idi ki, Şah İsmayılın Anadoluda minlərlə müridi var idi. Anadolu yaylası əhalisi qədim azərbaycanlılar və şiə olduqlarından Şah İsmayıla pərəstiş edirdilər. İstanbulda Dede Muhammed adlı şeyx öz dərvişi Dede Hasanı 1501-ci ildə Şah İsmayılın yanına göndərmişdi və demişdi ki, istəyirsənsə, sənə İstanbuldan 2-3 min mürid göndərərəm. İstanbul isə Osmanlının paytaxtı idi və bu o demək idi ki, Anadolu əldən gedir, oradakı insanların hamısı Şah İsmayıla daxilən bağlıdırlar. Sivaslı ozan Pir Sultan Abdalın məşhur misrası qalıb: “Açın qapıları, şaha gedəlim”. Yəni sərhədləri açın, biz şaha gedəcəyik. Minlərlə adam müridlərini, əsgərlərini, var-dövlətlərini alıb şaha gəlirdilər. Onların hamısının evində Şah İsmayılın şeirləri oxunurdu. Sultan Səlim də bunların nə ilə nəticələnəcəyini anlayıb savaşa başladı.
 Şah İsmayıl öz aililiyi və poeziyası ilə Anadoludakı türklərin ürəyini fəth etmişdi. Osmanlı hakimiyyəti xalqın İsmayıl cazibəsindən çəkinirdi. Çünki xalq üçün Yavuz özgə qövmün nümayəndəsi idi, xalq ona nifrət bəsləyirdi, amma Şah İsmayıl bütün Anadolu üçün doğma idi.
 Şah İsmayılın yürüş zamanı Diyarbəkiri Səfəvilər dövlətinə birləşdirməsini çox mühüm hadisə kimi qiymətləndirmək olar. Çünki babası Uzun Həsənin vətəni Diyarbəkirin Qızılbaş dövlətinin hakimiyyəti altına girməsi çox önəmli idi. İsmayıl özünü Ağqoyunlu dövlətinin qanuni varisi sayırdı. İsmayıl ata tərəfdən Ərdəbil şeyxlərinin nəslindən olmaqla, bu vasitə ilə hakimiyyət məsələsində “vilayət” prinsipini ortaya qoyaraq özünün Həzrət Əlinin davamçısı olduğunu irəli sürməklə yanaşı, ana tərəfdən də Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi idi və həmin sülalənin qanuni varisi hesab olunurdu. Ağqoyunlu və Səfəvi sülalələri arasındakı hüquqi varislik prinsipləri o dövrün bir sıra mənbələrində öz əksini tapmışdır. “Aləmara-yi Şah İsmayıl” əsərində Şah İsmayılın 1501-ci ildə hakimiyyətə gəlməsi ilə bağlı fəsil “Şah İsmayılın Təbrizdə Həsən padşahın taxtına əyləşməsi” kimi xarakterizə olunur. İsmayıl Təbrizə daxil olduqdan sonra məhz babası Uzun Həsənin qızıl taxtına əyləşərək özünü şah elan etmişdi. Bu aksiya heç də təsadüfi xarakter daşımırdı. İsmayıl bununla özünün Ağqoyunlu sülaləsinin hüquqi varisi olduğunu nümayiş etdirirdi. O Uzun Həsənin varisi kimi hakimiyyətə gəldikdən sonra bütün Ağqoyunlu torpaqlarının hakimi hesab olunurdu. Odur ki Ağqoyunlu valilərinə məktublar yazaraq itaət istəmiş və 1508-ci ilədək bütün Ağqoyunlu ərazilərini öz hakimiyyəti altına götürmüşdü. Əsərdə Şah İsmayılın öz dilindən onun hakimiyyəti aşağıdakı kimi səciyyələndirilir: “Bu gün dövlət Həsən padşahın xanədanından alınıb və onun qızının oğluna keçib… Və mən, Allahın və əlahəzrət məsum imamların tərəfindən rüxsət almışam ki, cahanı zülm və tüğyan əhlinin vücudundan pak edim və Allahın vəlisi olan Əlinin doğru dininə rəvac verim”. İsmayıl Çaldıran döyüşündən əvvəl Ağqoyunluların doğma diyarı və keçmış paytaxtı olan Diyarbəkirə Sultan Səlimin iddialarının əsassızlığını, həmin bölgənin vaxtı ikən Uzun Həsənə məxsus olduğunu irəli sürərək, oraya Osmanlı sultanının deyil, məhz özünün haqqı çatdığını bildirir və Sultan Səlimə məktubunda fikirlərini bu cür tamamlayırdı: “Sizin hüququnuz çatmır ki, zati-alilərimizlə Həsən padşahın vilayətinin davasını edəsiniz”.
 Hədər yerə qan tökülməsini istəməyən Şah İsmayıl Osmanlı hökmdarı ilə yazışmalarında xeyli müddət onu müharibə fikrindən daşındırmağa çalışdı. Lakin əvəzində Sultan Səlim Şaha dörd təhqiramiz və söyüşlə dolu məktub göndərdi. Nəhayət, Şah İsmayıl ona belə bir cavab yazdı: “Mən pirimi haqq bilirəm,/ Yoluna qurban oluram,/ Dün doğdum, bu gün ölürəm,/ Ölən gəlsin- iştə meydan”. Şah İsmayılın həmin məktubu və göndərdiyi hədiyyə (içi tiryəklə dolu qızıl qutu) Sultan Səlimi daha da qəzəbləndirdi və o Səfəvi elçisinin öldürməsini əmr verdi. Şah İsmayıl Xətai sonadək çalışdı ki, Osmanlı və Səfəvi arasında olan anlaşılmazlıq sülhlə bitsin. Məlum olduğu kimi, Sultan Səlim Yavuzun Osmanlı dövlətinin ərazisini genişləndirmək üçün etdiyi sonuncu yürüş Misirin fəthi ilə nəticələnmişdi. Şah İsmayıl Misirin fəthi münasibətilə hələ Qahirədə olan Sultan Səlimin hüzuruna təbrik məktubu və hədiyyələrlə elçi göndərdi. Lakin Sultan Səlim Şah İsmayılın bu addımını da nəinki cavablandırmadı, hətta “ol naməyə iltifat etməyib” məktubu gətirən elçini “dar-üs-səltənəyə (paytaxta) göndərdi ki, orda həbs eyləyələr”. Bu fakt Sultan Səlimin nə qədər barışmaz və qeyri-adekvat biri olduğunu bariz şəkildə göstərməklə yanaşı, Səfəvilər dövlətinin banisinin öz qonşusu ilə sülh münasibətləri yaratmaqda maraqlı olduğunu sübutdur.
 Məktubunda Əlaüddövlə Zülqədər oğluna qarşı yürüşü zamanı “Rum ölkəsi”ndən keçdiyini xatırladan Şah İsmayıl o vaxt Osmanlılarla Səfəvilər arasında hər hansı ziddiyyət yaranmadığını bildirərək, Sultan Səlimin hərəkətlərindən incimədiyini yazır: “Niyə də inciməliyəm ki? Sultanların bir-biri ilə düşmənçiliyi çoxdankı adətdir”. Gənc olmasına rəğmən, bununla öz müdrikliyini bir daha ortaya qoyan Şah İsmayıl rəqibini kobud sözlərdən çəkinməyə çağırır, təhqiramiz məktubları “sərxoş və tiryəkə alışmış münşilərin” göndərdiyini yazmaqla Sultan Səlim haqqında yüksək fikirdə olduğunu göstərirdi. Sultan Səlimə elçini incitməməyi məsləhət görən Şah İsmayıl məktubu yazan vaxt İsfahan ətrafında ov etməklə məşğul olduğunu və döyüş hazırlıqlarına başladığını qeyd edir: “Kim Əli nəsli ilə döyüşübsə, özü məhv olub. Əgər məsələ müharibə ilə bitəcəksə, bunu təxirə salıb uzatmayın. Amma aqibətini düşünün!” Sultan Səlim Yavuz Şah İsmayıla cavabında təhqirlərini daha da şiddətləndirdi. İsmayılı dəfələrlə qorxaqlıqda ittiham edən Osmanlı sultanı məktubunu bu sözlərlə bitirirdi: “Əgər bundan sonra da qorxaqlıq və cəsarətsizlik guşəsinin küncünə qapanmış olsan, ərlik sənə haramdır. Dəbilqə yerinə yaylıq, zireh yerinə çadra geyib sərdarlıq və şahlıq sevdasından əl çəkəsən”. Maraqlıdır ki, Şah İsmayılı qorxaqlıqda ittiham edən Sultan Səlim Çaldıran döyüşündə İsmayıl ilə təkbətək vuruşmaqdan çəkindi. Döyüşün başlanğıcında Şah İsmayıl irəli çıxaraq Sultan Səlimi döyüşə çağırsa da, Səlim bundan imtina etdi. Onun əvəzinə meydana tanınmış pəhlivan, Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə ad çıxarmış Əli bəy Malqoçoğlu çıxdı. Şah İsmayıl təkbətək döyüşdə vurduğu qılınc zərbəsi ilə onun dəbilqə qarışıq başını iki hissəyə ayırdı. Qeyd etmək yerinə düşərdi ki, Çaldıran döyüşünə qabaq İsmayıl yürüşə çıxaraq 7 savaşda iştirak etmişdi və döyüşlərdə şəxsən özü iştirak etdiyinə görə bütün bədəni qılınc yaraları ilə dolu idi.
 1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törətdi. Orta əsr tarixçilərinə istinadən yazdığına görə, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürüldü. Digər məlumata görə isə bir neçə gün davam edən qırğınlarda osmanlılar 45 min şiə-türkü qanına qəltan etdilər. Sultan Səlim əsir götürdüyü şiələri Trabzon bazarında ərəb və yəhudilərə satdırdı. 1514-cü il aprelin 24-də qızılbaşlar üzərinə başlanan hərbi yürüşündə isə Sultan Səlim Səfəvi dövlətini tamamilə məhv etmək və şiələrin kökünü kəsmək məqsədini qarşıya qoydu. Bunu onun hələ Maltəpədə olan zaman Şah İsmayıla göndərdiyi farsca məktubu da təsdiq edir. Mustafa Əkinçinin fikrincə: “Yavuz Sultan Səlimin Şah İsmayıla hələ Maltəpədə olarkən göndərdiyi məktubdan anlaşıldığına görə, o Səfəvi şahına normal olaraq bir padşahın qəbul etməsi mümkün olmayan təkliflər etmişdi. Bu təkliflərin qəbul edilməyəcəyini Yavuzun özü də bilirdi. Buradan aydın olur ki, Sultan Səlim öncədən Səfəvilərlə qəti olaraq savaşmağa və bu dövləti ortadan qaldırmağa qərar vermişdi”. Bu fikri Faruq Sümer də təsdiq edərək yazır ki, Yavuz Səlimin bu yürüşdə məqsədi Səfəvi dövlətinə qüvvətli zərbə vurmaq deyil, bu dövləti tamamilə ortadan qaldırmaq olmuşdu.
 Osmanlı ordusu 1514-cü ilin avqust ayında Səfəvilər dövlətinin ərazisinə soxuldu. 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran çölündə iki ordu qarşılaşdı. Çaldıran döyüşünün baş verəcəyi günün gecəsi keçirilən toplantıda sərkərdələri Şah İsmayıla Osmanlı ordusuna qəfildən və gecə hücum etməyi təklif etdilər. Səbəb kimi Sultan Səlimin 200 minlik ordusuna qarşı Səfəvilərin 30 min ordusunun olmasını göstərdilər. Amma Şah İsmayıl bunu qeyrətinə sığışdırmayaraq mərdi-mərdani döyüşməyi üstün tutdu. İsgəndər bəy Münşi yazır ki, hərbi müşavirədə Məhəmməd xan Ustaclu Osmanlıların topxanasının yerləşməsinin qarşısını almaq üçün gündüz döyüşünü məsləhət bilmədi və “onlarla köçhaköç şəraitində vuruşmaq lazımdır” təklifini verdi. Lakin mərdlik qüruru üzündən bu təklif qəbul edilmədi. Şah dedi: “Biz karvanbasan quldur deyilik, kişi kimi üzbəüz döyüşəcəyik”. Ş.Təkindağın irəli sürdüyü kimi, əgər döyüş planı sərkərdələr Məhəmməd xan Ustaclu və Nurəlı Xəlifə Rumlu tərəfindən təklif olunan kimi həyata keçirilmiş olsaydı, onda döyüş başqa cür nəticələnmiş olardı. Şah İsmayıl yaxın adamlarının təkidinə baxmayaraq düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı. Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu təqribən 300 top, tüfənglə silahlanmış çoxsaylı osmanlı ordusu üzərinə yeridi. Qeyri-bərabər keçən Çaldıran döyüşündə Səfəvi ordusunun 30 min əsgərindən 28 mini şəhid oldu. 1 nəfər də olsun əsir düşmədi. Əks tərəf isə 200 minlik ordusundan 41 min əsgərini itirdi, 2 min nəfər isə əsir verdi. Türkiyə tarixçilərinin etiraf etdiyi kimi, bu döyüşdə Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Şah İsmayıl əlinə və qoluna güllə dəyməsinə baxmayaraq bir neçə dəfə atını dəyişdirdi və döyüşü davam etdirdi. Lakin həqiqət budur ki, Türkiyə tarixçiləri Sultan Səlimin yaratmış olduğu möhkəm sipərlər arxasından savaşı izlədiyi halda, Şah İsmayılın at belində qızılbaş süvarilərinin başında döyüş meydanında göstərmiş olduğu qəhrəmanlıq və şücaətlə bağlı mövcud gerçəklikləri görmək istəməmiş, onu ətraflı işıqlandırmaqdan, haqqında fikir söyləməkdən çəkinmiş və hətta bu barədə müxtəlif yalanlar uydurmuşlar. Şah qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarları” qarşısında dayanmağa məcbur oldu. Xoca Sədəddin Əfəndi yazır ki, “zəncirlərlə bağlanıb hasar kimi düzülən top arabalarını yarmaq və yeniçəri səflərini dağıtmaq çətin olduğundan” Şah İsmayılın döyüş planı baş tutmadı. Axşama yaxın ağır yaralar almış Şah İsmayıl savaş meydanına baxaraq qələbə qazanmaq üçün heç bir ümidin qalmadığını görüb, yanındakı kiçik bir dəstə ilə döyüş meydanını tərk edərək geri çəkildi. Sultan Səlim döyüşü udsa da, qızılbaş ordusunun göstərdiyi şücaətdən elə təlaşa düşdü ki, geri çəkilməyə məcbur qaldı. Təbrizə daxil olan Sultan Səlim orada bir həftədən çox dayanmadı, qorxuya düşərək qaçmağa üz tutdu və ömrünün sonuna kimi bir də heç vaxt Şah İsmayılla müharibə etmədi. Hətta bu qorxudan doğan hisslə Şah İsmayılın hücum edəcəyini nəzərə alıb Diyarbəkirdə hər ehtimala qarşı 50 minlik ordu saxladı. Bu baxımdan Sultan Səlimin Kars və Ərzurum hakimi Sevindik xana göndərdiyi Çaldıran fəthnaməsində olan aşağıdakı fikirləri maraq doğurur: “Bu zalım və qəddarın şərindən ətraf əmin olmadığı üçün bu vilayətlərdə qışlamaq çox zor olduğundan Osmanlı mülkünə dönmək lazım gəldi”. Beləliklə, Osmanlı sultanı Səfəvi dövlətini tamamilə məhv etmək planını tamamilə həyata keçirə bilmədi. Sultan Səlim nəinki öz məqsədinə nail ola bilmədi, hətta Azərbaycan ərazisini sürətlə tərk etməklə qələbəsinin əhəmiyyətini heçə endirdi.
 Sultan Səlimin qaçmasının digər səbəbi orduda, xüsusən yeniçərilər arasında narazılığın yaranması idi. Belə ki yeniçərilər böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi. Şiələrin qılıncdan keçirilməsi yeniçərilərin ürəyincə deyildi. Hələ Sultan Səlim Aləşkərddə olan zaman Osmanlı ordusunda yeniçərilərin narazılığı özünü açıq şəkildə büruzə vermişdi. Türkiyə tarixçilərinin etiraf etdiyi kimi, geri dönməyi tələb edən yeniçərilər üsyan qaldırmış, Sultan Səlimin çadırına təhdidedici məktublar atmış və hətta çadırları dağıdaraq Sultanın çadırını da atəşə tutmaqdan çəkinməmişdilər. Göründüyü kimi, Osmanlı sultanının bu addımı atması üçün ciddi səbəblər mövcud olmuşdu. R.Qılıçın fikrincə, Sultan Səlim ordusunda yeniçərilərin üsyanının baş qaldırmasından və qızılbaşların hücumundan qorxaraq Səfəvi dövlətinin içərilərinə yürüşünü dayandırıb bölgəni tərk etdi. Ə.Ə.Dəyanət bu məsələ barədə yazır ki, qızılbaşlarla dolu olan bu ərazidə daha çox qalmağı təhlükəli görən Sultan Səlim bir həftə sonra Təbrizi tərk edib Qarabağa çəkilməyə qərar verdi. Lakin Səlimin qışı burada keçirəcəyini anlayan dövlət rəsmilərinin təlaşı ixtilaflara səbəb oldu. Beləliklə, Osmanlı əsgərlərinin təşvişləri və rəsmilərin Rumeliyə dönmək tələbləri Sultan Səlimi Qarabağda qışlamaq qərarını da dəyişdirməyə vadar etdi.
 Çaldıran savaşında Osmanlılara qarşı qızılbaş kişiləri ilə yanaşı, qadınlar da iştirak etmişdilər. Katerino Zeno və Seqredonun əsərlərində bu barədə bəzi məlumatlara rast gəlinir. Osmanlı sarayının Divan dəftərxanasının rəisi (rəis-ül-küttab) olan Qoca Hüseynin “Bədayə-ül-vəqayə” (“Heyrətamiz hadisələr”) əsərində bu məsələyə geniş toxunulmuşdur. Hüseynin yazdığına görə, Çaldıran savaşı zamanı “qızılbaş ləşgərgahı nazənin pəriçöhrələrlə dolu idi”. Buradan belə anlaşılır ki, dalbadal müharibələrdə çoxlu əsgər itirən və özbəklərlə savaşda gücdən düşərək geri qayıdan Səfəvilər Çaldıran döyüşünə girərkən qadınları da onlara qoşulmuşdular. Təsadüfi deyil ki, həm Türkiyə, həm də İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər. Bu xüsusda S.Onullahi və Ə.Vilayətinin qeydləri böyük maraq doğurur. Onların yazdığına görə, qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalmış Sultan Səlim “cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş verdi”.
 Çaldıran zəfərindən sonra Osmanlı əsgərləri Xoy, Mərənd və Təbriz şiələrini qırıb çatdılar. Sultan Səlim Təbrizi tutan zaman Şah İsmayılın həm xəzinəsini, həm də hərəmini ələ keçirdi. Osmanlı adətinə uyğun olaraq şəhər üç gün yağmalandı. Səlim İsmayılın hərəmxanasını əsgərlərinə payladı. İsmayılın əsir götürdüyü qadınları Bəhruzə və Taclı bəyimə öncə ziyafətdə sərkərdələrinə şərab süzdürdü, bir müddət sonra isə İsmayılın qadınlarını geri qaytarmaq xahişinə rəğmən Səlim Şahı aşağılamaq məqsədi ilə mehtərlərinə ərə verdi. Təbrizdən geri dönərkən isə yolu üstündəki Şərqi Anadolu bəyliklərini tamamən ortadan qaldırdı. Diyarbəkiri mühasirəyə alan Səlim Dulqədir bəyliyinin bəyi Sultan Ələddini öldürdü və Dulqədirlər sülaləsinin kökünü kəsdi. R.Qılıç Sultan Səlimin Çaldıranda qazandığı qələbənin nəticələrinə toxunaraq yazır ki, Çaldıran zəfəri nə İranın fəthi ilə nəticələndi, nə də Səfəvi hakimiyyəti ilə şiə məzhəbi ortadan qaldırılmadı. Ancaq bu qələbənin mühüm nəticəsi Anadolunun Osmanlı işğalı altına düşməsi oldu. Mosula qədər şiə bölgəsi Osmanlı dövlətinin tərkibinə qatıldı. Sultan Səlim geri çəkilərkən bir neçə min sənətkar ailəsini də İstanbula köçürdü. Bu sənətkarların əməyindən 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən sonra şəhərin bərpasında istifadə edilmişdir. Hal-hazırki tarixi İstanbul iranlı şiə ustalar tərəfindən tikilmişdir.
 Şah İsmayıl Çaldıran döyüşündən sonra da gərginliyi aradan götürmək və sülh yaradılması üçün bir sıra cəhdlər etdi. O Təbriz üləmasından Seyid Əbdülvəhhabın rəhbərliyi altında Qazi İsaq, Mövlana Şükrullah Muğani və Şeyx Heydərin müridlərindən olan Həmzə Xəlifədən ibarət elçi heyətini Amasyaya göndərdi. Elçi heyəti hədiyyələrlə yanaşı, Şah İsmayılın sülh təklifli məktubunu da Sultan Səlimə çatdırdı. Lakin Osmanlı sultanı Səfəvi şahının sülh təklifini nəinki qəbul etmədi, üstəlik göndərdiyi elçiləri də həbsə atdırdı. Bu Səfəvi-Osmanlı münasibətlərindəki gərginliyi daha da artırdı. Şərqi Anadoludakı hərbi qarşıdurma davam etdi və sərhəd toqquşmaları baş verdi. Şah İsmayıl etdiyi təklifə Osmanlı sultanından müsbət cavab almadığı üçün bir müddət sonra Kəmaləddin Heydər bəy və Bayram ağa adlı elçilərini yenidən xüsusi məktubla Sultan Səlimin yanına göndərdi. Səfəvi şahı məktubunda Osmanlı sultanından daha öncə göndərdiyi elçilərin aqibəti ilə maraqlanır və onların geri qaytarılmasını xahiş edirdi. Şah İsmayıl Osmanlı sultanına həmin məktubunda qürurunu gözləməyə çalışır, məğlubiyyətini yaxşı hazırlıq işləri aparmaması və “tale qisməti” ilə əlaqələndirirdi: “O vaxtlarda mən öz əsgərlərimi ətraf yerlərdən çağırmadım, bir neçə mülazimim və Diyarbəkr ətrafından gələn adamlarımla sizin qarşınıza çıxdım”. Sultan Səlimi sülhə dəvət edən Səfəvi şahı onu yola gətirmək üçün “dindar sultanlar arasında başlanan müxalifət din və imanın zəifləməsinə, küfr və üsyan əhlinin isə cürət və cəsarətinə səbəb olur” yazır, sultan sarayına göndərilən elçilərin məqsədlərinin yalnız “əlbirliyin əsasının qoyulması, aradakı düşmənçilik və biganəliyin götürülməsi” olduğunu vurğulayırdı. Şah İsmayıl məktubunun sonunda yazırdı: “Yəqin ki, bütün insanların xeyrini və islam əhlinin işlərinin qaydaya düşməsinin zəruriliyini nəzərə alıb anlaşma qapılarını açacaq, elçilər və məktublar göndərilməsinə baxmayaraq karvanların və yolçuların gediş-gəlişinə icazə verəcəksiniz. Əslində elçilər göndərmək və məktublar çatdırmaqda məqsəd bütün təbəələrin əmin-əmanlığı və rəiyyətin təhlükəsizliyindən başqa bir şey olmamışdır və indi də başqa məqsəd yoxdur”. Osmanlı tarixçisi Xoca Sadəddin Əfəndi bildirir ki, Diyarbəkirin Osmanlı ordusu tərəfindən fəth edilməsi ilə bağlı Sultan Səlimin İdris Bidlisiyə ünvanlanmış məktubunda Səfəvi şahının növbəti dəfə ona elçi göndərməsindən bəhs edilir. Sultan Səlim məktubunda yazır ki, Şah İsmayıl sülh və barışıq təklifi ilə Hüseyn bəy və Bəhram ağa adlı adamlarını onun hüzuruna göndərmişdi: “Amma onun sözlərinə və niyyətinə qətiyyən etibar etmədiyimə görə adı çəkilən elçiləri Dimatoka qalasında və digər adamlarını da Kilidül-bəhr qalasında həbs etdirdim”. Göründüyü kimi, Səfəvi şahının Osmanlı hakimiyyəti ilə sülh yaratmaq təşəbbüsləri istənilən nəticəni verməmişdir.
 Səvəfi şahları yürüş etdikləri yerlərdə xalqa toxunmurdular. İran şahları heç vaxt Osmanlı sultanları, ya da sünni özbək və kürd əmirləri kimi tutduqları yerdə əhalini məzhəb ayrıseçkiliyinə görə qılıncdan keçirmirdilər. Onlar üzərinə getdikləri әhаlisi sünni vә yа hәm sünni, hәm şiә оlаn məntəqəlәrә qаrşı hеç vaxt qərəzli mövqe tutmur, qələbə çaldıqları zaman qəzəb nümayiş etdirmirdilər. Amma Osmanlı orduları qarşılarında güclü qüvvə görmədikdə rəiyyəti və əlsiz-ayaqsız adamları öz atlarının ayaqları altında əzir, qətl-qarətə başlayırdılar. Şаh Sәfi birtәrәfli оlаrаq оsmаnlılаrın iki minә yахın әsirini аzаd еtmişdi. Оnun bu аddımı Osmаnlı dövlәtinin Şаh Sәfiyә tәşәkkür еtmәsinә vә dоstluq mәktubu göndәrmәsinә sәbәb оlmuşdu. Hətta qatı şiə təəssübkeşi olan Şah Abbas Хоrаsаndа Әndәхud qаlаsı mühаsirdә оlduğu zаmаn оrаnın әhаlisinә göndәrdiyi mәktubdа yаzırdı: “Bizim kiminsә mәzhәb vә milliyyәti ilә işimiz yохdur. Mәrv, Nәsа, Әbyurd әhаlisi bunu tәsdiqlәyә bilәr ki, bu әrаzilәr Sәfәvi dövlәtinin iхtiyаrınа kеçdikdәn sоnrа şiә vә sünni mәscidlәrindә hәrә öz әqidәsinә uyğun хütbәlәr охumuş vә оnlаrın nаrаhаtçılığınа sәbәb оlаcаq hеç nәyә yоl vеrilmәmişdir”. Tаriхi mәnbәlәrin vеrdiklәri mәlumаtlаrа görә, Şah Abbas Mәrvә girəndə şәhәrin mәrkәzi mәscidindә оn iki imаmın аdınа хütbә охudu. Şаh Mәrv әhаlisinin sünni mәzhәb оlduğunu nәzәrә аlаrаq kimsәnin оnlаrlа işi оlmаyаcаğını bildirdi.
 XVII əsrin əvvəllərində Şah Abbas Səfəvi Osmanlı işğalı altında olan Azərbaycan ərazilərini geri almaq üçün yürüşə başladı. Səfəvi ordusu 1603-cü il oktyabrın 18-də İrəvan qalasının cənub-şərqində göründü. Qalada Şərif paşanın 10 minlik Osmanlı qarnizonu möhkəmləndirilmiş üç istehkam xətti ilə müdafiə olunurdu. Səfəvi ordusunun hərbi əməliyyatları 1603-1604-cü illərin qışı ərzində davam etdi. Bu müddət ərzində Səfəvi ordusu böyük çətinliuklər gördü, çoxlu sayda qızılbaş qızğın döyüşlərdə həlak oldu. 1604-cü il iyunun 8-də İrəvan qalası azad edildi. Şərif paşa başda olmaqla Osmanlı qarnizonu əsir alındı. Şah Abbas Şərif paşanın xahişini nəzərə alaraq onu Məşhədə, İmam Rza türbəsinə mütəvəlli təyin etdi. Osmanlılardan fərqli olaraq qızılbaşlar əsirlərin başını kəsmədilər. Mehmed paşanın rəhbərliyi altında əsir alınan 500 nəfərlik dəstə azad buraxıldı, onlara Qarsa getməyə icazə verildi. Azad olunan əsirlər öz yurdlarına qayıdarkən şiəliyi qəbul etdilər.
 Qеyd еtmәk lаzımdır ki, Səfəvi dövlətçiliyində din alimlərinin idarəçilik işlərinə təyin olunmasında, şəriət işlərinin aparılmasında heç vaxt məzhəb ayrıseçkiliyinə yol verilmirdi. Yәni dövlәt хüsusi dini siyаsәt yеritmirdi. Səfəvi şahları məzhəbindən asılı olmayaraq dövrün böyük alimlərini himаyә еdir, nüfuzlаrınа görә vә yа öz baxışlarına әsаsәn оnlаrlа әlаqә yаrаdırdılar.
 Səfəvi şahları bütün xristian xalqlarına, o cümlədən ermənilərə normal münasibət sərgiləyirdilər. İmperiya dövründə zimmilər (xristian albanlar) sülh şəraitində yaşayır, yüngül cizyə və üşr vergisi ödəyirdilər. Kiçik etnoslar əzab və zülmdən azad idilər. İmperiyanın ən yaxşı nəqqaşları və memarları ermənilər idi. Şahlığın ticarət işlərinin çoxunu ermənilər aparırdı. Şаh Аbbаs vә оndаn sоnrаkı Sәfәvi şаhlаrı еrmәnilәr ilə mehribancasına dаvrаnırdılаr. Hәttа о yеrә kimi ki, оnlаrın kilsәlәlәrinin tikilmәsinә şаh özü nәzаrәt еdir, оnlаrа lаzım оlаn imkаnı yаrаdır və xeyirli fәrmаnlаr imzаlаyırdı. Ümumiyyətlə, Səfəvi şahları əsas düşmən kimi xristianları yox, məhz osmanlıları görürdülər. “Bir хristiаnın аyаqqаbısının nаlı mәnim nәzәrimdә оsmаnlılаrın әn yахşı şәхsindәn dә üstündür”- I Şah Abbasın məşhur sözləri qalmışdır. “Düz оn bеş döyüşdә оsmаnlılаrа nаnәcib оlduqlаrını, irаnlılаrın isә çох güclü vә şücаәtli оlduğunu göstәrdim”- o deyirdi...
 Şah Abbas Moğol hökmdarı Əkbər şaha məktubunda yazırdı: “Biz Osmanlı dövləti ilə öncə müqavilə bağlamışdıq. Ancaq onlar bu müqaviləni unudaraq Nihavəndə qədər İran torpaqlarını ələ keçirərək talan etdilər. Onlar bu sahədə sədaqətsiz olduqlarını göstərdilər. Səltənət və hökumət namusunun param-parça olmasına dözməyib bölgəyə ordu yeritdik, 40 gün ərzində Təbriz və ətrafını fəth etdik. Beləliklə, Osmanlı əsgərləri bu bölgələrdən geri çəkilmişdir. Bu döyüşdə 10 minə yaxın düşmən süvarisi bizim qılıncımızla ölmüşdür. Bizim ordumuz Təbriz qalasını mühasirəyə alaraq 20 gün ərzində ələ keçirdi. Bu qalanın fəthi zamanı 2 min top, 5 min tüfəng, 83 300 kq barıt, 10 illik azuqə əlimizə keçmişdir. Buradan İrəvan, Naxçıvan və Azərbaycanın digər qalalarına doğru hərəkət etdik. Düşməni buralarda da məğlub edib adı çəkilən bölgələri nəzarət altına aldıq. Biz əvvəllər müqavilə bağlayaraq sərhədlərimizi müəyyən etmişdik. Gəncə və Şirvanı aldıqdan sonra bu sərhədlər bərpa edilmişdi. Hazırda biz sülhə hazırıq. Daha artıq insanın ölməsini istəmirik. Bu müharibədə hər iki tərəfdən çoxlu insan həlak olmuşdur. Təqribən 30 min insan, 12 min at və 7 min dəvə qalada mühasirədə qalmışdır. Fəthdən sonra qalalarda kifayət qədər ərzaq qoyduq. Bu şəkildə bir fəth heç bir Səfəvi şahına nəsib olmamışdır. Bizə məxsus qalalar tamamilə Osmanlılardan geri alındı. Hazırda onlardan cavab gözləyirik. Biz sülhə hazırıq. Sizə tanrıdan güc və sağlıq diləyirik”.
 Şah İsmayıl deyirdi ki, Osmanlı qoşunu ancaq dinc əhalini qırmaq üçün yarayır, ciddi rəqiblə üzləşən kimi qadın paltarı geyinib qaçırlar. Məhz bu səbəbə görə qızılbaşlar onlarla müharibəyə hazırlaşan Osmanlı sultanı Səlimə qadın paltarı yollamışdılar. Tarix təkrarlanır. Osmanlının vahhabi mahiyyəti dəyişməz qalır. Suriya olayları ilə bağlı geniş xəbərlər spektrində də gördüyümüz kimi, Suriya hökumət ordusunun 18-20 yaşlı əsgərləri ilə məmnuniyyətlə döyüşə girən vahhabilər xüsusi hazırlıqlı Hizbullah döyüşçüləri ilə üz-üzə gələn kimi qadın paltarı geyinib qaçırdılar. Hizbullah döyüşçüləri tutduqları şəhərlərdə onları qorxularından gizləndikləri dərələrdən və kanalizasiyadan çıxardırdılar. Dinc sakinləri qıranda “Təkbir! Təkbir!” qışqıranlar Hizbullah ilə üzbəüz gələndə hönkür-hönkür ağlayırdılar, aman diləyirdilər- youtube kanalı cür videolarla doludur.
 Dövrün səlnaməçilərinin qeyd etdiyi kimi, Səfəvi şahları üçün qonşu dövlətlər ilə münasibətdə “yaxşı dostlara xas olan ülfət, aşinalıq və dostanə hal-əhval tutma ənənəsi” səciyyəvi idi. Səfəvi hökmdarlarının qonşu dövlətlərə göndərdiyi ilkin məktubların hamısında iki dövlət arasında dostluq əlaqələri yaratmaq istəyi öz əksini tapmışdır. Səvəfilər qonşu ölkələrin hamısı ilə barış qapıları açmaq niyyətindəydilər. Onlar hətta soyuq münasibətdə olduqları əmirlərə mürciətlər edərək, “qədim əzəmət və əhd-peymanın döstluğun hərəkətverici qüvvəsi olduğunu izhar edib biganəliyin dostluqla əvəz olunmasına” çağırırdılar. Şah İsmayıl Xətai yazırdı ki, Osmanlı “mülkünə tamah salmadım, Əcəm mülkü ilə kifayətləndim, ədəb qaydalarına riayət edib xilaf bayrağını qaldırmadım”. Özbək xanı Əbdülmömin xan Şeybani İrana hücum edən zaman I Şah Abbas məktub yazmışdı: “Bizim sizin torpaqlarınızda gözümüz yoxdur. Sizin də bizim torpaqlarımızda gözünüz olmasın”. Şah Abbas Moğol dövlətinə göndərdiyi məktubda qarşılıqlı əlaqədən və qədim dostluqdan bəhs edərək bu dostluğun köklərinin Teymura dayandığını bildirirdi. Şahın məktubunda deyilirdi: “İndi bizim əhvalımızı niyə soruşmursunuz? Nə oldu? Biz sizinlə dostluğa hazırıq. Sizdən bir xəbər gözləyirik. Bu dostluq iki ölkənin qədimdə olduğu kimi əmin-amanlığa qovuşmasına səbəb olacaqdır. Qədimdən bizim sülaləmiz sizinkilərlə dostluq və əmin-amanlıq içində yaşayırdı. Sizi görməsəm də, sizə sevgim qəlbimdədir. Bizim əlaqələrimiz qədimdən bəri davam etməkdədir. Bu əlaqələr Teymur dövründən bu yana gün keçdikcə inkişaf etməkdədir. Bəzən narahatlıq yaşanmışdır. Amma iki ölkə gördüyü tədbirlərlə bu məsələləri aradan qaldırmışlar. Hazırda biz Qərblə və Osmanlı sultanları ilə müqavilələr bağlayırıq. Qərb ilə Səfəvilər arasında ticarət və siyasi əlaqələr davam etməkdədir. Bütün səylərimiz Hindistanla da belə bir müqavilə bağlamaqdır. Hazırda Qərb ölkələrinin tacirləri asanlıqla ölkəmizə gəlir və ticarət işlərini həyata keçirirlər. Biz bunu Hindistanla da gerçəkləşdirməyi arzu edirik. Mən öncə bir nümayəndə göndərmişdim. Ancaq istədiyimiz məqsədə nail ola bilmədik. Məqsədimiz iki ölkə arasında siyasi və ticarət əlaqələrini inkişaf etdirməkdir. Yenidən bir nümayəndə göndərirəm. Ümid edirəm ki, iki ölkə arasında siyasi və ticarət əlaqələri qədim dövrdəkindən daha yüksək olacaqdır. Mən son illərdə Mavəraünnəhr hakimləri və Bəlx hakiminə qarşı mübarizə apardım. Onlara nəsihətlər verdim. Ancaq gün keçdikcə qarətləri artırdılar. Hazırda onlar tərəfindən bir problem çıxacağını güman etmirəm. Bütün məqsədim sizin ölkənizlə ölkəmiz arasında əlaqələrin inkişaf etməsidir. Bu ana kimi sizin ölkənizdən ölkəmizə heç bir nümayəndə gəlməyib. Arzu edirəm ki, sizin də nümayəndəniz ölkəmizə gəlsin və əlaqələrimiz daha da inkişaf etsin. Mən öz nümayəndəmi göndərirəm və ümid edirəm ki, iki ölkənin inkişafı nümayəndələrimizin yerləşməsi ilə məqsədinə çatacaqdır. Sizin sağlıq, güc və səltənətinizin problemlərsiz davam etməsini arzu edirəm”.
 Şah Təhmasib dövründə Moğol hökmdarı Humayunla aralarında müharibə düşdü. Böyük ticarət-iqtisadi əhəmiyyətli Qəndəhar üstündə Səvəfi və Moğol orduları arasında döyüşlər getdi, qan su yerinə axdı. Hindistandan İrana mallarla yüklənmiş təxminən 14 min dəvə hər il bu şəhər-qaladan keçirdi. Lahordan Qəndəhar xətti ilə İsfahana uzanan yol müəyyən çətinliklərə baxmayaraq ən çox müraciət olunan yollardan biri idi. Ticarət karvanları bu yolla şəkər, indiqo, daş-qaş, pambıq parçalar və paltarlar daşıyırdılar. Çalma ticarəti də önəmli yer tuturdu. Çünki İranda istifadə olunan çalmaların hamısı Hindistandan gətirilirdi. İş elə gətirdi ki, bir müddət sonra puştunların növbəti quldurluq yürüşü nəticəsində Moğol ordusu darmadağın edildi. Sultan Humayunun vəziyyəti ağırlaşdı, ona hətta qardaşları da yardım etmədilər və arvadı, qulluqçusu və 40 etibarlı adamını da götürüb İran ərazisinə qaçmaq məcburiyyətində qaldı. Aralarında qan düşməsinə və Humayunun ucbatından Səvəfi ordusunun ağır itkilər verməsinə baxmayaraq, I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılanan Moğol hökmdarının şərəfinə böyük ziyafət verildi və ona qiymətli hədiyyələr təqdim olundu. 1544-cü ildə I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla qızılbaş ordusu Humayunun sərəncamına verildi. Humayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın edib taxt-tacını özünə qaytardı. O bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. İsgəndər bəy Münşi yazır ki, “tarix kitablarında, xüsusən “Tarixi-Əkbəri”də yazıldığı kimi ona kömək xüsusunda cənnətməkan şah tərəfindən bircə dəqiqə də laqeyidlik görünmədi, şah onu ehtiramla yola saldı, bəxtinin gücü vəziyyətinin yaxşılaşmasına səbəb oldu və bütün həyatı boyu o həzrətlə aralarında məhəbbət və dostluq bərqərar oldu, gediş-gəliş yarandı”.
 Humayun öləndən sonra onun yerinə keçən oğlu Əkbər şah hücum edib Qəndəharı yenidən tutarkən hörmətli atasının başına gələn həmin qəziyyəni ona xatırlatdılar. Əkbər şah hal-qəziyyəni anladı. Buxara hakimi II Abdulla xan Şah Təhmasibin ölümündən sonra Səfəvi dövlətində qızılbaş əmirləri arasında taxt-tac uğrunda mübarizənin başlanmasından istifadə edərək onun ərazilərini öz aralarında bölüşdürməyi Əkbər şaha təklif edəndə, o bundan imtina etdi. Moğol hökmdarı Əkbər şah Şah Təhmasibin atasına qarşı etdiyi yaxşılıqları nəzərə alaraq Buxara hakiminin o təklifini qəbul etmədi. Özbəklər İrana hücum edən zaman Şah Abbas Əkbər Şaha yazmışdı: “Siz əgər bizə zahiri imdad edə bilməsəniz belə, batini mərdlikdən və diqqətdən kənar olmayın”. Mənbələr bildirir ki, Əkbər şah hətta Moğol ordusunu Səvəvilərlə müharibə aparan Osmanlı üzərinə göndərmək barədə düşünürdü. O, özbək hökmdarı II Abdulla xana məktubunda Osmanlılar qarşısında Səfəviləri müdafiə etməyə çağırırdı.
 Bir müddət sonra Qəndəhar üstündə yenidən Səfəvi və Moğol arasında münaqişə yarandı. Lakin Əkbər şah beş il ərzində onun sarayında qalan Səfəvi elçisi Yadigar Sultan Rumlunu 1595-ci ildə Mirzə Ziyaəddin Kaşi və Əbu Nəsr Xafi adlı elçiləri ilə birlikdə hədiyyələr və məsləhət dolu məktubla Səfəvi sarayına yolladı. Əkbər şahın göndərdiyi bu elçi heyəti Kələç-Mokran-Kirman-İsfahan yolu ilə Qəzvinə gəldi. Şah Abbas Hindistandan gələn elçi heyətini mehribanlıqla qarşıladı, onların şərəfinə Qəzvinin Səadətabad meydanı çıraqban olundu, bazarları bəzədilər. Şah elçilərə bir neçə gün həmin meydanda ziyafət verib, izzət və ehtiram göstərdi. Onlar Əkbər şahın ürəkaçan böyük məhəbbət və dostluqla yazıdığı bəlağət üslublu məktubunu Şah Abbasa oxudular, dəvələrə yüklənmiş töhfə və hədiyyələri Səadətabad meydanında ona göstərdilər. Əkbər şah Səfəvi şahına göndərdiyi məktubunda dəyərli məsləhətlər verərək yazırdı: “Hakimiyyət dövründə hörmət, insanlara mərhəmət və sülh ixtilafdan daha yaxşıdır. Bu üsul sizin səltənətinizi və hökumətinizi daha gücləndirəcəkdir. Bu mövzuda biz özbək hakimlərinə də tövsiyələr vermişik. Onlar da sülhə razı olmalıdırlar. Bu iki ölkənin də xeyrinədir. Biz onlara da məktub yollayıb bu mövzulara toxunduq. Sülh məsələsində bizim edə biləcəyimiz bir şey olursa, yardım edə bilərik. İranın vəziyyəti qarışıqdır. Bəzi insanlar hökuməti devirməyi düşünərək qarət və talanlara başlamışdır. Əgər Özbəklərlə sülh müqaviləsi bağlasanız, daxili məsələləri qısa müddət ərzində həll edə bilərsiniz. İnsanların namusunu qorumaq üçün yaranmış fürsəti qaçırmayın və sülh üçün səy göstərin. Əbədi olan din və inanc işlərində necə ola bilər ki, şəxsi mənfəət güdülsün? İki tərəfdən biri haqlı, digəri isə haqsızdır. Əgər suçlu işlədiyi suçu bilərək edirsə, o xəstədir. Bu xəstəyə şəfqət göstərmək onu cəzalandırmaqdan daha yaxşıdır. Səbr etmək hər şeydən üstündür. Tələsik qərar qəbul etmək və iş görmək həm düşməni gücləndirir, həm də daxili müxalifətin güclənməsinə səbəb ola bilər. Bu məsələdə tədbirli davranıb, irəlisini düşünməniz lazımdır”. Əkbər şah bəhs etdiyimiz məktubunda öz elçisi Mirzə Ziyaəddini Səfəvi sarayına göndərdiyini, dostluğun davam etməsini arzuladığını bildirirdi. Elçisinin Səfəvi dövlətinin durumu barədə məlumatını aldıqdan sonra ittifaq və dostluq müqaviləsinin bağlanması barədə qərar verəcəyini söyləyən Əkbər şah məktubunun sonunda Səfəvi şahı üçün Allahdan güc və sağlıq diləyirdi. Bu tarixdən etibarən Şah Abbasla Əkbər şah arasında yaranmış xoş münasibət Moğol hökmdarının ölümünə kimi davam etdi. Hətta bir müddət sonra Əkbər şah elçisi vasitəsilə Şah Abbasa məktub yollayaraq öz nəvəsi ilə Səfi Mirzənin evlənməsini arzu etdiyini bildirmişdi. Əkbər şah bu evlilik gerçəkləşərsə, Şah Abbas yeddi il ərzində hansı dövlətlə savaşırsa savaşsın, ona yardıma 30 minlik qüvvə göndərəcəyini öz üzərinə götürürdü. Lakin dövrün qaynaqlarında Moğol hökmdarının bu təklifinə Şah Abbasın hansı cavab verməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Sonrakı vaxtlarda Əkbər şah Şah Abbasa məktubunda yazırdı: “Bizim arzumuz budur ki, siz biz tərəfi özünüzünkü hesab edəsiniz, tez-tez öz səmimi məktublarınız və elçinizlə bizi sevindirəsiniz. Biz şad olarıq, əgər siz vacib məsələlərlə bağlı bizə müraciət etsəniz, biz qüvvəmiz daxilində hər şeyi etməyə hazırıq”. İrəvanın fəthindən sonra Şah Abbas Əkbər şahın elçisinə ölkəsinə dönməyə icazə verərək, onun vasitəsilə öz məktubunu göndərdi. Həmçinin Şah Abbasın xalası Zeynab Bəyim elçi vasitəsilə Əkbər şahın anası Həmidə Banu Bəyimə mehribanlıq məktub göndərdi.
 Şah Abbas Əkbər şahın ölümündən sonra onun yerinə taxta keçən oğlu Cahangirlə (1605-1627) də yaxşı əlaqələr yaratmağa səy göstərdi. İsgəndər bəy Münşi yazır ki, Şah Abbas 1611-ci ildə Yadigar Əli Sultan Talış adlı elçisi ilə Moğol sarayına baş sağlığı və təbrik məktubları yolladı. Təbiidir ki, Səfəvi şahı Cahangirə elçisi vasitəsilə gözəl hədiyyələr də göndərmişdi. Həmin hədiyyələr arasında 50 at və 1500 ədəd nəfis qumaşı qeyd olunur. Cahangir məktubu gətirən Səfəvi şahının elçisinə zərif bir köynək və 30 min rupi hədiyyə verdi. Şah Abbas Əkbər şahın vəfatı ilə bağlı yazdığı baş sağlığı məktubunda insanın Allah tərəfindən yaradıldığını, güc və elmin verilməsi ilə bağlı bəzi məsələləri qed edərək “Biz şübhəsiz (hər şeyimizlə) Allaha aidik və şübhəsiz Ona dönəcəyik” ayəsini xatırladırdı. Şah Abbas Əkbər şahın yerinin cənnətlik olmasını dilədikdən sonra bu dünyanın insan üçün daimi olmadığını bildirir, onun yerinin harada olacağına Tanrının qərar verəcəyini yazırdı: “Mən Hind padşahının ölümünə çox üzüldüm. Amma o cənnətə getdi və Tanrının dəvətinə razı oldu. Bu fani dünyaya baxıb əbədi dünyaya getdi. Amma onun yerinə Tanrısevər və Tanrını bilən bir kimsə oturmuşdur. Biz bu üzüntünü sizin padşahlığınız sayəsində xoşbəxtliyə döndərdik. Əkbər şahın vəfatından sonra sizin daha güclü şəkildə yola davam etmənizi arsu edirəm. Üzüntünü bir kənara buraxıb gün keçdikcə ölkənizi gücləndirmənizi və yaxşı idarə etmənizi diləyirəm. Bizi də bir qardaş ölkə bilin. Gün keçdikcə iki ölkənin bir-birinə yaxınlaşmasını Tanrıdan arzu edirik”. Şah Abbas Cahangirin taxta keçməsi ilə bağlı yazdığı təbrikində bildirirdi: “Tanrıdan böyük padşaha müvəffəqiyyətlər diləyirəm. Ölkənizi inkişaf etdirməyi və irəli aparmağı Tanrıdan arzu edərəm. Taxta keçmənizi ürəkdən təbrik edirəm. Tanrıdan ölkəsində ədaləti və mərhəməti yaymasını arzulayıram. Çox yaxşı bilirik ki, sizin soyunuz Gurqanilərə (Teymura) dayanmaqdadır. Ölkəni inkişaf etdirərək irəli aparacağınızda heç bir sıxıntı çəkməyəcəyinizi düşünürəm. Sizin səltənətə keçmənizi təbrik etmək üçün bir nəfərin göndərilməsinə ehtiyac vardı. Lakin Azərbaycan və Şirvan məsələsi bizim çox vaxtımızı aldı. Buna görə qüsurumuza baxmayın. Mən hazırda paytaxtdan uzaqda bu məsələlərlə məşğulam. Ədəb və ənənə tələb edir ki, mənim nümayəndəm sizi təbrik etmək üçün orada olsun. Amma millətimin namusunu qorumaq və onları pis insanlardan xilas etmək fikri önə keçdi. İsfahana qayıtdıqdan sonra sarayımızın önəmli şəxsiyyətlərindən və mənim də yaxın xidmətçilərimdən olan Yadigar Əli Sultanı sizə göndərdim. Həm sizi təbrik etmək, həm də iki ölkənin bundan sonrakı əlaqələri ilə bağlı bu şəxs mənim vəkilim olaraq sizin ölkənizdə qalacaqdır”.
 Cahangir öz gündəliyində Şah Abbasın göndərdiyi səfarət heyətindən böyük məmnunluq duyduğunu bildirir. O qarşılıqlı olaraq elçisi Mirzə Berhordar (Xan Aləm) vasitəsilə Şah Abbasa sevgi dolu bir məktub göndərdi. Moğol hökmdarı özünü Osmanlı və Səfəvi hökmdarlarına bərabər tuturdu. Cahangir sadə dillə yazılmış bu məktubunda yazırdı: “Səfəvi ölkəsi ilə əlaqələrin tamamilə yaxşı olmasını arzulayıram. Tanrıdan dostluğumuzun daha da möhkəmlənməsini diləyirəm. Mən taxta yeni keçdim və hakimiyyəti ələ aldım. Qonşu ölkələrlə dostluq əlaqəsi yaratmaq ən mühüm işim olacaqdır. Mənim sizin xətrinizi nə qədər istədiyimi Tanrı bilir. Bundan sonra iki ölkənin əlaqələri əbədiyyətə qədər davam edəcəkdir”.
 Şah Abbasın Avropa dövlətləri ilə əlaqələr yaratmaq üçün göndərdiyi Robert Şerli Səfəvi ölkəsinə dönən zaman 1614-cü ildə Hindistana gəldi. Moğol hökmdarı Cahangir tərəfindən yaxşı qarşılanan Robert Şerli Şah Abbasın məktubunu ona çatdırdı. 1615-ci ilin may-iyun aylarında Robert Şerli Cahangirin Şah Abbasa göndərdiyi iki fil, səkkiz antilop və digər çoxlu hədiyyələrlə Səfəvi sarayına qayıtdı. 1615-ci ildə Şah Abbas Mustafa bəy adlı elçisini atlar, dəvələr, Hələb qumaşları və doqquz böyük ov itlərindən ibarət böyük hədiyyələrlə Cahangirin sarayına göndərdi. Səfəvi elçisi Şah Abbasın Gürcüstandakı zəfərləri barədə Cahangirə məlumat verdi. Səfəvi elçisi bir neçə aydan sonra vətəninə qayıtdı. Cahangir tərəfindən elçiyə 20 min rupi pul və bir xalat, Şah Abbasa təqdim olunmaq üçün hədiyyələr və məktub verildi.
 1615-ci ildə Şah Abbas iranlı tacir Hoca Əbdülkərim Gilani vasitəsilə Moğol hökmdarı Cahangirə Yəməndən gətirilmə əqiq daşından hazırlanmış təsbeh, Venesiyada hazırlanan bir kasa və məktub göndərdi. Cahangir 1616-cı il oktyabrın 28-də Şah Abbasın elçisi məşəldarbaşı Məhəmməd Rza bəyi qəbul etdi. Rza bəy gətirdiyi hədiyyələri (atlar, bəzi qiymətli əşyalar) və şahın məktubunu Cahangirə verdi. Şah Abbas göndərdiyi məktubunda iki dövlət arasında dostluq və qardaşlıqla bağlı arzularını təkrarlayırdı. Cahangir də Səfəvi elçisi Məhəmməd Rza bəyə qiymətli daşlarla bəzədilmiş tac, gözəl koynək, bir fil və 20 min rupi pul bağışladı. Bu Moğol şahının hakimiyyət illəri ərzində verdiyi ən böyük hədiyyə idi. 1617-cilin martında ölkəsinə dönməyə icazə verilən Səfəvi elçisi Məhəmməd Rza bəy Cahangirin Şah Abbas üçün göndərdiyi çoxsaylı hədiyyələr və məktubu alaraq yola çıxdı və həmin ilin oktyabrında vəfat etdi. Buna görə onun şəxsi malları və Cahangirin Şah Abbasa göndərdiyi hədiyyələr, elçi heyətində olan Məhəmməd Kazım bəy adlı tacirə əmanət edildi.
 C.Aydoğmuşoğlu yazır ki, Şah Abbas Qəzvində olan zaman təqribən 1000 nəfərlik böyük bir heyətlə Tehrana gələn Moğol elçisi Xan Aləm şahla görüşmək istədiyini bildirdi. Elçini çox mehriban qarşılayan və onun üçün xüsusi xidmətçilər ayıran Şah Abbas meydana baxan bir evin eyvanında bütün gecəni onunla yeyib içərək keçirdi. Şah Abbas Xan Aləmə qəbzəsi balıq dişindən hazırlanmış xəncər hədiyyə etdi. Daha sonra Moğol elçisi ilə eyni vaxtda gələn Rusiya elçisinin gətirdiyi hədiyyələr şəhər meydanında təşkil olunan tədbirdə xalqa göstərildi. Cahangirin Şah Abbasa göndərdiyi hədiyyələr arasında 29 dəvə, paltarlar, böyük və qızılı çadır, qiymətli daşlarla bəzədilmiş silahlar, böyük fil dişi, 6 ədəd üzəri qızıl və ipəklə bəzədilmiş iki təkərli Hind arabası, üç ayaqlı yabanı keçi, kərgədan, pələng, ceyran, bəbir, maral və fillər vardı.
 Şah Abbas bu keçid törənindən sonra dincəlmək üçün Fərahabada getdi və 1619-cu ilin iyun ayında paytaxt İsfahana dönən zaman yenidən şəhər meydanında Osmanlı, Rusiya, İspaniya və Moğol elçilərini xalq kütlələrinin qarşısında böyük təmtəraqla qəbul etdi. Xan Aləm ikinci qəbul mərasimindən sonra 1619-cu ilin avqustunda Səfəvi sarayından ayrıldı. Şah Abbas Xan Aləmə öz elçisi Tüşmalbaşı Zeynal bəy Şamlını (Beydili) qoşaraq Cahangirə üzərində adı yazılmış və 100 min rupi dəyərində ləl, müxtəlif hədiyyələr və qiymətli qumaş göndərdi. Bir müddət sonra isə Cahangir Xan Aləmə göstərilən hörmət və izzətə görə öz məktubunu, nadir təsadüf olunan zebra və qızıldan hazırlanmış bir neçə quşu hədiyyə kimi Şah Abbasa yolladı.
 1618-ci ildə Şah Abbas Osmanlı dövləti ilə sülh bağlayaraq Qəzvinə dönən zaman elçisi Seyyid Həsən vasitəsilə Moğol hökmdarı Cahangirə növbəti məktubunu göndərdi. 1619-cu ilin iyulunda Hindistana çatan Seyyid Həsən Cahangir üçün yaqut qapaqlı billur qədəh də gətirdi. Şah Abbas məktubunda Moğol hökmdarını baş verən hadisələrlə tanış edərək Osmanlılarla müharibəni istəmədiyini, lakin bəzi fitnəkar valilər üzündən savaş başladığı üçün ölkəsini və sərhədləri qorumaq məcburiyyətində qaldığını, düşmənlərin minlərlə məsum insanı öldürdüyünü, ancaq son nəticədə məğlub edildiklərini yazırdı. Səfəvi şahı öz məktubunda yaxşı qarşılıqlı əlaqələr qurulması üçün səmimi arzularını təkrarlayırdı. Şah Abbas məktubunda bildirirdi: “Biz Osmanlı padşahı ilə savaşmaq istəmirik. Bu müddət ərzində iki hökmdar arasında məktublaşmalar, hər iki ölkənin baş komandanları arasında görüşmələr olmuş və iki ölkə arasında qan tökülməməsi qərarlaşdırılmışdır. Bu vəziyyət bir neçə il çəkdi. Lakin bəzi ikiüzlü insanlar tərəfindən iki ölkə arasında fitnə-fəsad ortaya çıxdı. Bunlardan biri Gürcüstan valisinin (Kaxeti hakimi Teymuraz nəzərdə tutulur) üsyanıdır ki, bizim vergi ödəyənimiz idi. Amma bu adam anlaşmanı pozaraq çoxlu əsgərini Azərbaycana göndərdi. Biz də Tanrıya təvəkkül edib bu dikbaş adamı cəzalandırmaq üçün sərdarlarımızdan sipəhsalar Qarçıqay bəyi müxaliflərin üzərinə göndərərdik... Bu savaşda təxminən 260 min müxalif ordusu bizim pusqumuza düşdü. Bu insanlar günahsız insanları məhv etmişdilər. Ancaq sonunda məğlub oldular. Nə qaçacaq yolları, nə də gücləri qalmışdı. Yalvarmağa başlamışdılar. Biz də əcdadlarımızdan qalan ənənəyə sadiq qalaraq onları bağışladıq. Bu hadisədən sonra sülhü qəbul etdik və öz ölkəmizə geri döndük. Mən bu zəfəri Tanrının yardımı ilə əldə etdim. Səkkizinci imamın yardımı olmasaydı, biz belə bir qələbəni əldə edə bilməzdik. Ancaq bütün bunlara baxmayaraq biz sülh tələb edirik və sülhü daha münasib hesab edirik”.
 1619-cu ilin avqustunda Səfəvi sarayından ayrılan Xan Aləm 1620-ci ilin yanvarında Hindistana çatdı və Moğol hökmdarı Cahangirin hüzuruna çıxdı. Xan Aləm Cahangirə Səfəvi sarayından olduqca nəfis hədiyyələr gətirmişdi. Bunlar arasında Xəlil Mirzə Şahruxi tərəfindən Teymurun Toxtamış xanla mübarizəsini əks etdirən miniatürü də var idi. Teymurun uşaqlarının və bu mübarizəyə qatılan bəylərin rəsmlərinin əks olunduğu bu miniatürdə 240 nəfərin təsviri öz əksini tapmış və hər birinin adı rəsmin altında yazılmışdı.
 Xan Aləmin səfərindən sonra eyni hərəkəti təkrar etmək istəyən Şah Abbas Tüşmalbaşı Zeynal bəy Beydilli vasitəsilə Hindistandan gələn hədiyyələrə uyğun olaraq Cahangirə şərab, gül suyu, rəngarəng ipək parçalar və atlar da göndərdi. 1620-ci ilin oktyabrında Zeynal bəy Moğol hökmdarına gətirdiyi hədiyyələri təqdim etdi, Cahangir də səfirə köynək və xərclik üçün 30 min rupi hədiyə verdi.
 1620-ci il fevralın 19-da Səfəvi elçiləri Ağa bəy və Muhibb Əli Moğol hökmdarı Cahangirin hüzuruna qəbul olundu və gətirdikləri dostluq məktubunu hökmdara təqdim etdilər. Şah Abbas bu dəfə göndərdiyi məktubla yanaşı, Cahangirə hədiyyə olaraq 50 min rupi dəyərində qiymətli daşlarla bəzədilmiş ağ-qara quş tükü və 12 misqal ağırlığında bir yaqut yollamışdı.
 Y.H.Bayur yazır ki, Moğol hökmdarı Cahangirlə Səfəvi hökmdarı Şah Abbas arasındakı əlaqələr çox səmimi və dostcasına olmuşdur. İki tərəf müharibədən əldə etdiyi qənimətlərdən bir-birinə hədiyyələr yollayır və qarşılıqlı elçilər gedib gəlirdi. Cahangirin Şah Abbasa “qardaşım” deyə müraciət etməsi də onlar arasındakı səmimiyyəti və yaxınlığı göstərir. C.Aydoğmuşoğlu yazır ki, Şah Abbas Cahangir dövründə Hindistandakı siyasi vəziyyətə bəzən müdaxilə etməkdən də çəkinməmişdir. Kalikut hakimi Kutub Şah Cahangirin onun torpaqlarına hücum etdiyini Səfəvi şahına şikayət edən zaman, Şah öz elçisini Cahangirin yanına göndərərək bu hücumun qarşısını almışdır. Hətta Şah Abbas Dehkanın Biçapur sultanlığındakı səltənət uğrunda mübarizəsinə müdaxilə edib Adilşahın (1627-1657) taxtda oturmasına kömək etmişdi.
 İki dövlət arasındakı dostluq münasibətləri 1622-ci ildə Şah Abbasın Qəndəharı Moğollardan alaraq Səfəvi imperiyasına birləşdirməsinə qədər pozulmamışdır. Mənbələrdən aydın olur ki, Səfəvi hökmdarı nə qədər diplomatik vasitələrdən istifadə etsə də, Qəndəharı geri qaytarmağın qeyri-mümkünlüyünə əmin olmuş və 1622-ci ilin fevrlında onu hərbi yolla azad etməyə qərar vermuşdir. Bu barədə İsgəndər bəy Münşi yazır: “Qəndəhar vilayəti və Zəmindavər Xorasandan qoparılaraq Hindistan hökmdarının zəbti altındaydı. Aradakı qədim dostluğa görə hind tərəfinə hərçənd ki geri qaytarmaq təklif olundusa da, buna əməl olunmadı. Şahanə qeyrət bu etinasızlığa dözmədi və o vilayətə qoşun çəkildi”. Şah Abbas Qəndəharı geri almağı planlaşdırdığı zaman Moğol hökmdarı Cahangir Dehqan hakimlərinə qarşı mübarizə aparırdı. Buna görə də Səfəvi dövləti ilə dostluq münasibətləri olduğu üçün önəmli mövqedə yerləşən Qəndəharda 5 min nəfərlik qüvvə saxlamışdı. 1622-ci ildə Şah Abbasın öz ordusu ilə Qəndəhar üzərinə yürüş xəbərini alan zaman o buna inanmadı.
 Maraqlıdır ki, Şah Abbas yürüş boyu ətrafa ova çıxması ilə bağlı məlumatlar yaymışdı. Cahangir ilk tədbir kimi oğlu Şah Cahana xəbər göndərərək ordusu ilə şimala hərəkət etməyi əmr etdi. Qəndəhar hakimi yardım üçün Moğol sarayına müraciət etdi, Şah Cahan da öz qüvvələri ilə Manduya yetişdi. Lakin Cahangir Şah Cahanın daha irəli getməsini münasib bilmədi. Onun fikrincə, “hökmdarlar, hökmdarlar tərəfindən qarşılanmalıdır”. Buna görə də Şah Abbasla qarşılaşmaq üçün xeyli hazırlıq görən Cahangir sərhəddəki sərkərdələrinə xəbər göndərərək, gözləmələrini və hərəkət etmək üçün lazımi xəbər veriləcəyini bildirdi. Məhz bu dövrdə Cahangirin oğlu və dövlətin ən bacarıqlı sərkərdəsi olan Şah Cahan istədiyi ərazilər idarə olunmaq üçün ona verilmədiyini bəhanə edərək atasına qarşı üsyan qaldırdı. Bir tərəfdən Dehkan hakimləri də Cahangiri təhdid etməyə başladı. Belə bir vəziyyətdə Qəndəhar hakimi Əbdüləziz xan Şah Abbasın hücumu qarşısında yalnız üç həftə dayana bildi. 1622-ci il iyunun 21-də şəhər Qızılbaşlar tərəfindən ələ keçirildi. Beləliklə, Qəndəhar və Zəmindavər bölgəsi yenidən Səfəvilər ərazisinə qaytarıldı. Səfəvi hökmdarı şəhərdə öz adına sikkə zərb etdirərək xütbəni öz adına oxutdurdu.
 Şah Abbas Qəndəharın fəthindən dərhal sonra Cahangirə üzərində “Qəndəhar” və “İran” kəlmələri yazılmış iki ədəd qızıl açar göndərdi və Moğol hökmdarına belə bir xəbər çatdırdı: “Bu iki ölkə qardaşıma aiddir. Hansını istərsə ala bilər”. Şah Abbas göndərdiyi məktubunda “Qəndəhar ona həyatı qədər dəyərli olan sevgili qardaşından bir hədiyyə hesab ediləcəyini” vurğulayırdı. Şah Abbas bir müddət sonra Qəndəharın hakimliyini cəsur və təcrübəli dövlət xadimi Gəncalı xana verib Herata doğru hərəkət etdi.
 İsgəndər bəy Münşi yazır ki, Şah Abbas Qəndəharın fəthi ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq üçün Yüzbaşı Qaradağlı Heydər bəylə Mir Vəli bəyi xüsusi məktubla Cahangirin yanına göndərdi. 1622-ci ilin noyabrında Hindistana çatan Heydər bəylə Mir Vəli bəy Cahangir tərəfindən qəbul olundu. Şah Abbas Cahangirə göndərdiyi məktubunda Qəndəharın ələ keçirilməsi səbəbi ilə bağlı məsələni olduqca diplomatik dillə anlatmağa çalışaraq haqlı olduğunu göstərmək üçün yazırdı: “Biz səltənətimizin əvvəllərində atadan miras qalan bu torpaqları itirmişdik. Lakin hakimiyyətim boyu oranı geri almağa qərarlı idik. Qəndəhar bu müddət ərzində Qurqani (Teymuri) hökmdarlarının, yəni sizin əlinizdə idi. Biz sizi özümüzdən hesab edirik. Buna görə də hücum etməmişdik. Aramızda dostluq əlaqələri yarandığı üçün sizin müəyyən addım atacağınızı gözləyirdik. Bir müddət belə keçdi. Biz ayrı-ayrı vaxtlarda o bölgələrin Səfəvi şahının hakimiyyəti altında olmasının lazım gəldiyini xatırlatmışdıq. Lakin sizdən qəti bir cavab gəlmədi. Sonra xəbər yollayıb oralara səyahət və ziyarət edəcəyimizi bildirdik. Ancaq buna da müsbət yanaşmadığınız üçün məqsədimiz gerçəkləşmədi. Qəndəhar qalasının müdafiəçiləri müxalifətə keçdilər. Biz səbr etdik. Lakin onlar cürətli hərəkətlərini davam etdirdilər. Biz də Qəndəharı yerlə yeksan etməyə qərar verdik. Lakin qalanın təslim edilməsindən sonra onların hamısını bağışladıq. Sizinlə aramızdakı əlaqələr bu qalanın fəthi ilə bağlı pozulmayacaq qədər möhkəmdir. Bu bölgələr sizə aiddir. Biz sadəcə idarə edirik. Bu hadisə sizi narahat etməsin”.
 Y.H.Bayur Moğol hökmdarının baş verən hadisələrdən çox mütəəssir olduğunu qeyd edir. Cahangirin qardaşı adlandırdığı Şah Abbasa Qəndəhara hücumun indiyə kimi əldə olunmuş razılığa zidd olduğunu bildirən şikayət məktubunda deyilirdi: “Elçinizin gəlişinə qədər Qəndəharla bağlı hər hansı bir tələbinizin olduğunu heç duymamışdım. Elçinizlə yolladığınız məktubda da bundan bəhs olunmur. Bunu onun söylədiyindən öyrəndik. Mən elçinizə “qardaşımla aramızda heç bir iş üçün sıxıntım olmaz” dedim. Daha sonra sizin ordunuzla Qəndəhara doğru yola çıxdığınızı öyrəndim. Təbii ki buna da inanmadım. Lakin xəbərin gerçək olduğu məlum olan zaman Qəndəhar hakiminə əmr yollayaraq “qardaşımın itaətindən kənara çıxma” dedim. Aramızdakı qardaşlıq telləri möhkəmdir. Sizə (qardaşlığa) yaraşan səbr edib elçinin gəlməsini gözləməkdi. İndi aradakı razılığı və sədaqəti pozmaqda kimin davranışı qüsurludur?”. Cahangirin məktubu bir müddətdir Hindistanda qalan Zeynal bəy vasitəsilə Şah Abbasa çatdırıldı. Şah Abbas Zeynal bəyi vətənə qayıtdığı zaman gördüyü işlərə görə təbrik etdi və ona “xan” titulu verərək ordu başçısı qoydu.
 Bununla yanaşı, Şah Abbas Moğol hökmdarını Qəndəharın itirilməsi ilə bağlı sakitləşdirmək üçün ardıcıl olaraq elçilərini göndərdi. Səfəvi şahı Moğol hökmdarı Cahangirin göndərmiş olduğu məktuba cavab olaraq Heydərqulu bəy vasitəsilə ona daha bir məktub yolladı və Qəndəharın fəthi ilə bağlı əlavə açıqlama verdi. Şah Abbasın məktubunda deyilirdi: “Qəndəharı fəth etdikdən sonra oranın xalqına mehriban davrandıq. Onlara iki ölkə arasında olan möhkəm əlaqələrə heç kimin zərər verməyəcəyini söylədik. Əlaqələrimiz davam etməkdədir. İki ölkədə bəzi fəsad törədənlər ortaya çıxsa da, bunlara baxmayaraq Hind ölkəsi ilə düşmən olmarıq. Sizi düşmən kimi görmürəm. İndi Qəndəharda sülh hökm sürür. Xalqa diləyim bizim Hind ölkəsi ilə fərqimizin olmamasıdır. İki ölkə də Qəndəharın əmin-amanlıq içində olmasını istəməkdədir. Bundan sonra Tanrının yardımı ilə əlaqələrimiz gün keçdikcə yaxşılaşacaq və inkişaf edəcəkdir. Qəndəhar hakimləri iki ölkənin zərərinə olan hərəkətlərdən çəkinəcəklər. Biz əvvəlki hakimləri əvf edib onlara yeni vəzifələr verdik. Siz bununla bağlı üzülməyin. Bu hadisənin bizə də, sizə də zərəri oldu. Bu hadisə haqqında nə sizdə, nə də biz də günah yoxdur. Bu hadisəyə səbəb oradakı bəzi qüvvələrdir. Günahı və namusu nəzərə almayıb suç işləmişlər. Bizim tərəfimizdən mərhəmət göstərilmişdi. Təbii ki o insanlar da hərəkətlərindən peşman olaraq bizə itaət etməyə qərar verdilər. Biz də buna görə onları əvf etdik. Çünki əvf etmək padşahların işidir. Onların bizi təşvişə salmayacağını, etdiyimiz yaxşılıqların əvəzinə artıq narahatlıq yaratmaqdan çəkinəcəklərinə ümid edirik”.
 C.Aydoğmuşoğlu yazır ki, Şah Abbas Moğol hökmdarına daha bir məktub göndərdi. O, məktubunda Cahangirə Osmanlı dövlətinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar, o cümlədən Bağdadın fəth olunması və baş verən savaşlarda Səfəvi ordusunun döyüş qabiliyyəti barədə məlumat verirdi. 1625-ci ildə Səfəvi elçisi Ağa Məhəmməd Mustofi Gulaman tərəfindən Hindisdanda Cahangirə təqdim olunan məktubda deyilirdi: “Tanrıya həmd və şükürlər olsun ki, iki ölkə arasında atalarımız və babalarımız dövründə heç bir sıxıntı olmamışdır. Bundan sonra da hər hansı bir sıxıntı olmaması üçün çalışırıq. İki qardaş ölkə bir-biri ilə əlaqələr yaratmışdır. İndiyə kimi heç bir hadisə bu qardaşlığı pozmamışdır. Bizimdə sizdən istəyimiz budur ki, iki ölkə arasındakı bu dostluq və qardaşlığın pozulmasına icazə verməyəsiniz. Bəzi narahatlıqlar iki ölkə arasındakı əlaqəni poza bilməz. Bəzi üsyankar şəxslərin törətdiyi fitnə-fəsadlar, pis əməllər iki ölkəyə zərər verə bilməz. Bu dostluq səmimi qəlbdəndir. Sonuna qədər də davam edəcəkdir. Mən əlaqələrin pozulmasını istəmirəm. İki ölkənin qapılarının açıq olmasını istəyirəm. Ancaq bəsi məsələləri də anlatmağa məcburam. Biz Bağdad və İranın qərb bölgələrinə hücum etməyə məcbur qaldıq. Çünki həmin ərazilər bizim ata torpaqlarımızdır. Heç kimin bizim torpağımızı almasına icazə vermərik. Bu bölgələrdə fitnə-fəsad həddini aşmış, günahsız insanlar öldürülürdü. Xalq bundan narazı idi. Onlar mənim fərmanım altında idilər. Bizim üçün müqəddəs torpaqların əmin-amanlıq içində olması çox önəmlidir. Müqəddəs torpaqlar bizim ölkəmizin bir parçasıdır və bundan sonra da belə qalacaqdır. Mən ordularımı oraya sövq etdim. Düşmənləri oradan çıxardım. Çünki o torpaqlarda əmin-amanlığın yaranmasına ehtiyac vardı. O bölgələri fəth etdikdən sonra Həzrət Əlinin türbəsini ziyarət etdim. Digər məsum imamların türbəsinə gedib yardım üçün dua etdim. Çünki məzlum və zəif insanların haqlarının pozulmasına dayana bilmirəm. Onların namusunu və mallarını qorumaq mənim vəzifəmdir. Hazırda orada insanlar sıxıntısız yaşayır. Herat bölgəsinin də belə olmasına ümid edirəm. Çünki Herat da bizim ata mirasımızdır. Ancaq böyük padşaha (Cahangiri nəzərdə tutur) bəzi tövsiyələr verməyə məcburam. İki ölkənin əlaqəsinin pozulmasına imkan verməyin. Məktublaşmalar davam etdirilsin. Düşmənlərə fitnə çıxarmaq üçün imkan verməyin. O ölkəyə və padşaha Allahdan müvəffəqiyyətlər arzulayıram”.
 Qəndəharın azad edilməsi ərəfəsində Cahangirlə oğlu vəliəhd şahzadə Şah Cahan arasında başlayan səltənət uğrunda mübarizə daha da kəskinləşdi. Buna görə də vəliəhd şahzadə Şah Cahan Səfəvi hökmdarı Şah Abbasa məktub göndərərək atası ilə arasındakı ixtilafın həll olunması üçün yardım göstərməsini xahiş etdi. Şah Abbas onun məktubuna yazdığı cavabda atası ilə münasibətləri nizama salmağı və ona itaət etməyi tövsiyə etdikdən sonra ixtilafın həlli ilə bağlı Cahangirə məktub yazacağını bildirdi.
 Moğol hökmdarı Cahangirin böyük oğlu şahzadə Pərvizin ölüm xəbərini öyrənən Şah Abbas 1626-cı ildə baş sağlığı üçün elçisi Yüzbaşı Taxta bəy Ustaclını müxtəlif hədiyyələr və dörd məktubla Hindistana yolladı. Y.H.Bayur yazır ki, 1627-ci il oktyabrın 28-də Cahangirin vəfat etməsindən sonra Moğol taxtına Şah Cahan keçdi. Cahangirin ölümü ilə bağlı başsağlığı diləmək və Şah Cahanın taxta keçməsini təbrik etmək məqsədilə Şah Abbas tərəfindən Hindistana göndərilən elçi Bəxri bəyin 1629-cu ildə Şah Abbasın ölüm xəbərinin alınmasından sonra Hindistana çatmasına baxmayaraq, o böyük təmtəraqla qarşılandı və 1629-cu ilin oktyabrında yeni Səfəvi şahına dostluq məktubu göndərildi.
 Səfəvi şahları hər bir vəchlə başqa dövlətlərin əmirləri ilə sülh və dostluq münasibətləri yaratmağa, qırğınların qarşısını almağa çalışırdılar. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edirdilər. Osmanlıların İran, Qafqaz və Azərbaycan üzərinə yürüşləri zamanı Osmanlı himayəsində olan Krım xanı da köməyə qoşun göndərirdi. Belə yürüşlərin birində Krım əmiri Qazi Gəray qızılbaşlar tərəfindən əslir alınmışdı. Bir müddət sonra Krım tatarlarının Qafqaza hücumları intensivləşərkən qızılbaşlar Qazi Gəray həbsdən azad etmək qərarına gəldilər. Səfəvi sarayına gətirilən Qazi Gəraya hər cür diqqət və iltifat göstərən Səfəvi hökuməti ümid edirdi ki, xoşrəftarlı münasibətlə onu öz tərəflərinə çəkib sultanla ittifaqdan əl götürməyə razı salar və bununla da Şirvanı Krım tatarlarının viranedici hücumlarından qurtara bilər. Qazi Gəray ilk öncə özünü sanki qızılbaşların vədini qəbul etmiş kimi göstərdi. Əslində isə onun niyyəti həbsdən azad olmaq və Osmanlı torpağına keçmək idi. Buna görə də hərəkətlərində səmimi olduğunu göstərməyə çalışdı. Həbsdən azad edilərək Qəzvin sarayına gətirildi. 1585-ci ildə Qazi Gəray yaranmış fürsətdən istifadə edərək Vana qaçdı, hətta bir müddət sonra Osmanlı ordusunun Təbrizə hücumunda iştirak etdi.
 Mərvi Özbək xanına verərək ondan kömək alacağına ümid bəsləyən Mərvşahcanın sünni valisi Nurməhəmməd xan Xarəzm xanı Hacı Məhəmmədlə mübarizədə məğlub oldu, özbək xanından lazımi kömək ala bilmədiyi üçün yenidən I Şah Abbasa sığındı. Səfəvi şahı onun günahından keçdi, Məhəmməd Bağır Mirzə və etimadüd-dövlə tərəfindən qarşıladaraq paytaxt Qəzvindəki Çehel-sütun sarayında ləyaqətlə qəbul etdi. Xarəzm hakimi sünni Hacı Məhəmməd xan da özbək xanının ləyaqətsizliyindən Səfəvi hökmdarına sığınmaq məcburiyyətində qaldı. İki Özbək xanının I Şah Abbasa sığınması ilə bağlı Əbdülmömin xan Səfəvi hökmdarına məktub yazaraq onların verilməsini tələb etdi. Məktubda deyilirdi: “Onlar xaindirlər. Onları bizə təslim et. Biz onları mühakimə edib günahlarına görə cəzalarını verək”. Lakin I Şah Abbas bundan imtina etdi. Özbək xanına göndərdiyi cavabda o yazırdı: “Onlar mənə sığındılar və ömürlərinin sonuna kimi mənim ölkəmdə yaşaya bilərlər. Mən sizinlə savaşmaq istəmirəm. Lakin... hücumlarınıza davam etsəniz savaşmaqdan başqa bir yol qalmayacaq”. I Şah Abbas Novruz bayramı ilə bağlı Qəzvinin Çehel-sütun sarayında Özbək xanlarının iştirak etdiyi mərasimdə rus, osmanlı və gürcü elçilərini qəbul edərək onlara xalat geyindirdi.
 Bu zaman Əbdülmömin xanın təqiblərindən güclə xilas olaraq Səfəvilərin Kirman valisi Gəncalı xana sığınan Yetim Sultanın elçisi Quşbəyi Yusif də gəldi. Əvvəllər etdiyi hərəkətlərə görə üzr istəyən Yetim Sultan Səfəvi şahına göndərdiyi məktubda yazırdı: “Abdulla xan dövlətinin yetişdirdiyi biz dövlətxah qardaşlar, atasından dönmüş Əbdülmömin xandan dönərək onunla əlaqəni kəsdik və o elə buna görə də ürəyində bizə qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil olan adamlardan intiqam almaqdadır. Buna görə də mənim məslək aşiyanlı qızılbaş sarayından başqa heç bir pənahım yoxdur. Əgər hümayun məiyyət günəşi Xorasana vüsal kölgəsi salarsa, mən şahın tərəfdarları silsiləsinə girib belimə itaət qayışı bağlayacağam”. Məktubdan göründüyü kimi, Yetim Sultan II Abdulla xan dövründə idarə etdiyi Xorasan şəhərlərini onun oğlu Əbdülmömin xanın qorxusundan tərk etməli olmuşdu. Yetimin atası Canıbəy Sultan isə Əbdülmömin xan tərəfindən zindana atılmışdı. Buna görə də Yetim Sultanın Səfəvilərə sığınmaqdan başqa yolu qalmamışdı. I Şah Abbas onu da ləyaqətlə qarşıladı və dolanışığı üçün pul ayırdı. I Şah Abbas o qədər ədalətli idi ki, hətta onunla müharibə edən özbək xanı II Abdulla xan oğlu Əbdülmömin xan ilə pozulmuş münasibətlərini nizama salmaq üçün ondan yardım göstərməsini xahiş etmişdi.
 Sonradan öz ölkəsinə qayıdan Nurməhəmməd xan üsyan edib şaha qarşı çıxdı. Səfəvi qoşunu onu məğlub edib əsir götürdü. Lakin şah Nurməhəmməd xanı yenidən bağışladı, hətta ailəsinə məvacib təyin etdi.
 Özbəklərlə müharibə başlayan zaman I Şah Abbas Səvəfi özbək xanı Əbdülmömin xan Şeybaniyə yazırdı: “Bu savaş ikimiz arasındadır. Başqalarını bu işə qarışdırmayaq. Günahsız insanları boş yerə oldürməyək. Savaş ikimizin arasında olsun. Ordudan ayrılıb bir meydanda qarşı-qarşıya gələk. Kim məğlub olarsa, bütün ordusu ilə qalib gələnin tərəfinə qatılsın. Bütün mülk də məğlub edənin olsun”. Lakin özbək xanı hər dəfə üzbəüz döyüşdən qaçırdı, şah ordusu geri qayıdan kimi yenidən hücuma keçirdi. Özbəklərin hücuma etdiyini eşidən Səfəvi şahı bəzən ordu toplanmasını gözləmədən azacıq qüvvə ilə həmin yerə gəlir, lakin özbək xanı yenə hərb etmədən qaçırdı. I Şah Abbas deyirdi: “Mərdanəliyin qanun-qaydası belədir ki, ali nəsilli o xan bu dəfə fərarı özünə ar bilib qaçmasın, səbat ayağını yerə dirəsin, döyüş meydanına igidliklə qədəm bassın ki, Tanrının istəyi nə olacaq-olsun, Allahın bəndələri hər iki tərəfin gediş-gəlişlərindən dəyən ziyandan qurtulsunlar”.
 Əbdülmömin xan nəinki Səfəvi şahı ilə döyüşdən çəkindi, həm də onun məktubunu gətirən elçini öldürtdü və öz əmirlərini irəli göndərdi. Göndərilən özbək qoşunu azsaylı qızılbaş dəstəsi ilə qarşılaşmışdı, baş verən döyüşdə 3 nəfər özbək sərkərdəsi ilə 200 özbək əsgəri əsir alındı və çoxlu sayda özbək əsgəri öldürüldü. Qaçıb canını qurtaran özbək əsgərləri Əbdülmömin xana vəziyyət barədə məlumat verdilər. Bundan sonra Əbülmömin xan bir daha Səfəvilərin nəzarəti altında olan bölgələrə getmədi.
 Özbəklərlə müharibənin qızğın çağında özbək xanlarından Herat hakimi Kukəltaş I Şah Abbasdan Kəbəni ziyarət etməyə gedən özbəklərin və Mavərənnəhr əhalisinin İran ərazisindən keçməsinə icazə verməsini xahiş etdi və elçi göndərdi. Səfəvi şahı elçini hörmətlə qarşıladı, Yüzbaşı İslam bəy Şamlını onunla birlikdə Herata yolladı və Mavərənnəhr əhalisinin Həcc ziyarətinə getmək üçün İran ərazisindən keçməsinə razılığını bildirdi. I Şah Abbas özbək xanına məktubunda yazırdı: “Sizin bölgədən ziyarətə gələnləri qarşılaya bilərik. Onlar bizim torpaqlarımızdan keçə bilərlər. Dinclik və sakitliyə indi daha çox ehtiyac vardır. Müharibə və qarətlərlə xalq dinclik tapa bilməz. Tanrı sizinlə bizə elm və güc vermişdir. Biz bu elm və gücü müsəlmanları xoşbəxt etmək üçün istifadə etməliyik. Bizim vəzifəmiz müsəlmanları məhv etmək deyil, onları yaşatmaqdır. Hazırda ölkəmizdə bəzi məsələlər vardır. Onlarla məşğuluq. Pisliklərin yerinə yaxşılıqları etməyə çalışırıq. Sakitliyə nail olmaq üçün irəliləyirik. Bu sakitlikdən sizə də nəsib olmasını istəyirik. Sizin ölkənizdən Həcc ziyarətinə getmək istəyənlər normal vəziyyətdə bizim ərazilərdən keçə bilərlər. Biz bu zaman onların təhlükəsizliyini təmin edə bilərik. Bütün düşmənliklər arxada qalsın”. Bu sözlər Herat hakimi Kökəltaşı olduqca təsirləndirdi. O, oğlunu evləndirdiyi üçün yenidən I Şah Abbasa məktub yazaraq hədiyyələr göndərdi. Bir müddət sonra xəbər çıxdı ki, Mavərənnəhrin tanınmış simalarından olan Nəqşibəndi şeyxi Mirzə bəy Qaşqar sultanları nəslindən olan həyat yoldaşı ilə Həcc ziyarətinə getmək üçün İrana gəlib. I Şah Abbas onları mehribanıqla qarşılayaraq Həccə yola saldı. Lakin həmin ilin sonlarında çoxsaylı özbək qoşunu Yəzdə kimi irəliləyərək bölgəni qarət etdi.
 Özbəklərin yürüşünə qarşı səfərə çıxan Səfəvi şahının qoşununu sünni özbəklər özləri böyük sevinclə qarşıladılar. Özbək xanının zülmünə məruz qalan Səbzvara varan zaman yerli camaat Səfəvi şahının gəlişinə sevinərək, şəhər hakimi Koydaş Bahaduru öldürüb başını şaha gətirdilər. Xalqın qəzəbindən qorxan özbək qoşunu şəhərdən qaçdı. Əbdülmömin xanın əlində olan Herat şəhərində də Şahın gəldiyini eşidən sünnilər ayağa qalxdılar, xanın qoşununu qovmaq üçün davaya çıxdılar, lakin hücum uğursuz olduğu üçün Fərah və Esfezar tərəfə çəkildilər. I Şah Abbas özbəklərin Əndxod qalasını qanlı döyüşlərdən sonra tutarkən qala əhalisinə aman verərək onların mallarına toxunmadı, hətta qala hakimi Mömin xanın gətirdiyi hədiyyələri xalqa payladı. O qələbə çaldıqdan sonra Xorasanda orduya yardım göstərdiyi üçün əhalini çobanbəyi vergisindən və “beşdə bir dinar” vergisindən azad etdi. Nişapur əhalisi də Qızılbaş əsgərlərini qarşılamaq və onları müdafiə etmək üçün bir sıra tədbirlər gördü. Nişapur valisi Əhməd Sultan qalanın müdafiəsinin zəif olduğunu bilsə də, Əbdülmömin xanın qorxusundan qalanı tərk etmədi. O, fürsət düşən kimi I Şah Abbasdan Həcc ziyarətinə getmək üçün razılıq istədi. Şəhərin Səfəvilərin əlinə keçəcəyini anlayan özbək əyanlarının bir hissəsi Məşhədə, bir hissəsi də Herata getdi. Əhməd Sultan şəhəri tərk edən kimi əhali Səfəvi şahına xəbər göndərdi və nağaralar çalaraq şadyanalıq keçirdilər. I Şah Abbas şəhərə daxil olarkən şəhərin sünni camaatının sevincinin həddi-hüdudu yox idi. Bundan sonra I Şah Abbas Məşhədə getdi, üç gün ərzində orda qaldıqdan, İmam Rza türbəsini ziyarət etdikdən sonra azad olunan şəhərlərə hakimlər təyin etdi və əsgərlər göndərdi. O, Özbək xanı Əbdülmömin xana məktub yazdı. Məktubda deyilirdi: “Bu xanədanın irsi mülkü kimi tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan diyarındakı biçarələrin asudəliyindən ötrü uzaq keçmişdə olduğu kimi hərb və intiqam büsatı qurmayaq, sizinlə məhəbbət, dostluq və ülfət edək, dövlətimizin düz yola düşməsinə çalışaq, malımıza və ləşkərlərimizə köməkçi olaq... Biz Xorasanın viranəyə çevrilməsinə dözməyib... Allah-təalanın köməyi ilə Bəlxə və Buxaraya kimi atımızın cilovunu çəkməyəcəyik”. Lakin atasına qarşı qiyam qaldıraraq hakimiyyəti ələ alan Əbdülmömin xan 1598-ci il iyunun 28-də özbəklərin özü tərəfindən qətl edildiyi üçün bu məktub cavabsız qaldı. Sonradan Mavərənnəhrdə hakimiyyətə gələn və Səfəvilərlə düşmənçilik siyasəti yeridən Din Məhəmmədə qarşı özbəklər dəfələrlə üsyan etdilər. C.Aydoğmuşoğlu yazır ki, Din Məhəmməd xanın Qızılbaşlarla mübarizəyə başlaması Özbək əyanları tərəfindən xoş qarşılanmadı. Onlar xana Xorasan sövdasından əl çəkərək daxili məsələlərlə məşğul olmağı tövsiyə etdilər. Özbəklərin vətəni Mavərənnəhr olduğu üçün onlar Səfəvi sarayı ilə əlaqə yaradaraq onlarla yaxınlaşmağı, Xorasanda yerləşən özbəklərin Mavərənnəhrə qayıtmasının daha yaxşı olacağını, Səfəvilər kimi ədalətlə bir dövlətlə düşmənçilik etməməyi məsləhət bildirdilər.
 Özbəklər məğlb olduqdan sonra Buxara əmirləri elçi göndərib şahdan Bağbadda Qızılbaşların əlində əsir olan Canibəyin nəvəsi Məhəmməd İbrahimin azad edilərək göndərilməsini xahiş etdilər. Səfəvi şahı “bir elçi göndərib bölgənin vəziyyətini öyrənəndən və Bəlx xalqının sədaqətindən əmin olandan” sonra Məhəmməd İbrahimin vətənə qayıtmasına razılıq verdi. O da şaha təşəkkür məktubu göndərərək bəzi şəhərləri hakimiyyəti altına aldı. 1601-ci ilin Novruz bayramından bir neçə gün sonra İsfahanda olan I Şah Abbas Məhəmməd İbrahimin çiçək xəstəliyindən ölməsi xəbərini aldı. Bir neçə gündən sonra o Məhəmməd İbrahimin yaxın qohumları olan Yar Məhəmməd Mirzə, Şir Əfkən Mirzə və Ərəb Məhəmməd Atalığı hüzurunda qəbul edərək onlara təsəlli verdi. Şah onlara müəyyən bəxşişlər, həmçinin qoyun, buğda, yağ və mərci verdi. Özbək şahzadələri də bunun qarşılığında I Şah Abbasa qiymətli almaz təqdim etdilər. Lakin bu almaz özbəklər tərəfindən İmam Rza türbəsinin qarəti zamanı götürüldüyü üçün qızılbaş üləmalarının fitvası ilə İstanbulda satdırıldı və həmin pul İmam Rza türbəsi üçün xərclənildi.
 1605-ci ilin mayında Səvəfi dövlətinə qarşı düşmənçilik siyasəti aparan Baki xan dizenteriyadan öldü və qardaşı Vali Məhəmməd xan hakimiyyətə keçdi. Vali Məhəmməd xan Buxaraya gedərək Bəlx, Əndxod və Şəbərqanın idarəsini qardaşının kiçik oğlu Nadir Məhəmmədə, Səmərqəndin idarəsini isə onun böyük oğlu İmamqulu Sultana verdi. Lakin bir azdan Özbək şahzadələri arasında dava düşdüyü üçün sıxışdırılan şahzadə I Şah Abbasdan kömək istəməyə məcbur qaldı.
 1607-ci ilin payızında özbək qoşunları yenidən Xorasana hücum etdilər. Hücum uğurlu olsa da, güclü qar yağması və soyuqların düşməsi özbəklərin ələ keçirdiyi qəniməti ataraq geri qayıtmasına səbəb oldu. Geri çəkilən özbəklərin bir hissəsi Qızılbaşlar tərəfindən öldürüldü, bir hissəsi də əsir alındı. Vəli Məhəmməd xan Xorasan səfərinin uğursuz olmasından sonra qardaşı oğlanlarına qarşı mübarizə apardığı üçün Səfəvilərlə münasibətləri yaxşılaşdırmağa qərar verdi. O yaxın adamlarından birini Xorasan hakiminin yanına göndərərək üzr istədi. Bundan xəbər tutan I Şah Abbas Yüzbaşı Mirzə Əli bəy Türkman vasitəsilə Buxara hakiminə məktub göndərdi. Vəli Məhəmməd xan buna cavab olaraq yaxın adamlarından Şah Məhəmməd Mirzə Hızançını müxtəlif hədiyyələrlə Səfəvi şahının yanına göndərdi. Bu elçi mübadiləsi Vəli Məhəmməd xanın əleyhinə işlədi. Belə ki Buxaranın adlı-sanlı adamları onun ənənəvi düşmən olan Səfəvi dövlətinə yaxınlaşmasını xoş qarşılamadı. Vəli Məhəmməd xan qardaşı oğlanları Nadir Məhəmməd və İmamqulu Sultanla taxt-tac mübarizəsində məğlub olaraq I Şah Abbasa sığınmaq məcburiyyətində qaldı. 1611-ci ilin iyununda Səfəvi hökmdarı İsfahanda öz düşməni Vəli Məhəmməd xanı böyük təmtəraqla qarşıladı, ona təsəlli verərək böyük miqdarda maddi yardım etdi. I Şah Abbas Vəli Məhəmməd xanın İsfahanda qalmasını təklif etsə də, o, Mavərənnəhrə qayıtmağa qərarlı verdi. Lakin Mavərənnəhrdə Vəli Məhəmməd xan qardaşı oğlanları tərəfindən öldürüldü. I Şah Abbas Heratda olan Vəli Məhəmməd xanın oğlu Rüstəm Məhəmməd Sultana xələt yollayaraq ona təsəlli verdi və Xorasan hakimi Hüseyn xan Şamlıya onun bütün ehtiyaclarının ödənməsini tapşırdı.
 Özbək hökmdarı İmamqulu xanın (1611-1641) dövründə də özbəklərin Səfəvi torpaqlarına yürüşləri davam etdi. 1614-cü ilin sonlarında özbəklərin Xorasana yeni hücum dalğası başladı. Özbək qoşunun sayca çox olmasına baxmayaraq, Məşhəd hakimi Mehrab xan Mərv şəhərinin müdafiəsini təşkil edə bildi. Özbəklər Balingtöş Bahadırın rəhbərliyi altında 20 minlik qüvvə ilə şəhəri mühasirəyə alsa da, 1615-ci ilin martında I Şah Abbasın Gürcüstan səfərini uğurla başa çatdıraraq Mazandarana doğru hərəkət etdiyindən, Xorasana gələrək hətta Səmərqəndi almağı planlaşdırdığından xəbər tutan özbəklər Mavərənnəhrə geri çəkildilər. Buna baxmayaraq özbəklərin Xorasana yürüşləri 1616-1617-ci illərdə davam etdi. I Şah Abbas Osmanlılara qarşı müharibə apardığı üçün özbək xanlarının Xorasana hücumlarının qarşısını ala bilmədi. Xorasan hakimi Hüseyn xan Şamlının məhz bu dövrdə ölməsi özbəklərin növbəti hücumuna səbəb olsa da, atasının yerinə Xorasan hakimi təyin olunan Həsən xan özbəkləri məğlub edərək geri dönməyə vadar etdi. Özbək hökmdarı İmamqulu xan Səfəvi-Osmanlı müharibəsinin başa çatdığını, tərəflər arasında sülh bağlandığını nəzərə alaraq 1619-cu ildə öz elçisini barışıq əldə etmək üçün Səfəvi sarayına göndərdi. I Şah Abbas aprel ayında İsfahanda İmamqulu xanın elçisini qəbul etdi və onu təşkil etdiyi ziyafətdə Osmanlı və Moğol elçiləri ilə bərabər oturtdurdu.
 C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumatlara əsaslanaraq yazır ki, 1620-1621-ci illərdə I Şah Abbas özbəkləri cəzalandırmaq üçün Xorasana yürüş etdi. Çünki həmin ildə Bəlx hakimi Murqab qalasına hücum edərək qala müdafiəçilərini qırmış, Şamlı tayfasından olan mötəbər adamları və qala komendantını Bəlxə aparmışdı. Həmçinin qarətkar özbək qoşunu Qara Toqmanın rəhbərliyi altında Qərcistana yürüş etdi. Lakin I Şah Abbasın Xorasana doğru hərəkət etdiyini eşidən özbəklər müqavimət göstərmək gücündə olmadıqları üçün qorxuya düşdülər. I Şah Abbas hərbi yürüşə başladığı gün xəstələndiyi üçün Yüzbaşı Mənuçöhr bəyin komandanlığı altında qulamlar və tüfəngçilərdən, İsa xanın rəhbərliyi altında qorçilərdən təşkil olunan ordunu Xorasana göndərdi.
 Səfəvi ordusunun gəlişindən xəbər tutan özbək xanları etdikləri hərəkətlərdən peşman olaraq I Şah Abbasdan diləməyə başladılar. İlk olaraq Bəlx hakimi Nadir Məhəmməd xan elçisi Payəndə Məhəmməd Mirzəni qiymətli hədiyyələr və məktubla Səfəvi sarayına göndərdi, dostluq əlaqələri yaratmağı təklif edərək öz sədaqətini bildirdi. Eyni zamanda Nadir Məhəmməd xanla İmamqulu xanın anası I Şah Abbasa məktub və hədiyyələr göndərərək, oğlanlarını əfv etməsini xahiş etdi, onların verdikləri sədaqət andını pozmayacaqlarını çatdırdı. Buxara hakimi İmamqulu xan da Xoca Əbdürrəhim adlı elçisini I Şah Abbasın yanına göndərərək etdiyi hərəkətləri şahın bağışlamasını xahiş edərək söz verdi ki, bundan sonra “İran və Mavərənnəhr əhalisi sülh və əmin-amanlıq içində yaşasın, Şah Xorasana gəldiyi zaman Mavərənnəhr əhalisi Qızılbaş ordusuna heç bir zərər yetirməyəcək”. I Şah Abbas ona ünvanladığı cavab məktubunda yazdı: “Bir neçə il ərzində baş verən Azərbaycan və Gürcüstanda aparılan döyüşlər zamanı özbəklər dəfələrlə Xorasana hücum etmişlər. Buna görə Xorasana gəlib Nadir Məhəmmədin anası ilə görüşüb qərar verəcəyik. Çünki Nadir Məhəmmədin anası şərəfli bir nəsildəndir. Eyni zamanda Nadir Məhəmməd xan bizə dostluq və sədaqət məktubu göndərmişdir. Biz də bununla bağlı elçimizi göndərdik ki, dostlarımızla ittifaq yaratmaq niyyətindəyik”. I Şah Abbas Payəndə Mirzəyə müəyyən tövsiyələr verdi, keçmiş Şirvan bəylərbəyinin vəziri Məhəmməd Saleh bəyi elçi kimi Bəlx hakiminin yanına göndərdi və Nadir Məhəmməd xanla anasının məktubuna müsbət cavab yazdı.
 1624-cü ildə Özbək xanının Mirzə Nadir Divanbəyi adlı elçisi İsfahana gəldi. Bir müddət burada qalan elçi qışı keçirmək üçün Mazandaranda olan I Şah Abbasın yanına gedərək Bəlx hakimi Nadir Məhəmməd xanın dostluq və sədaqətini yetirdi və gətirdiyi hədiyyələri şaha təqdim etdi. I Şah Abbas Mirzə Nadir vasitəsilə Nadir Məhəmməd xana səmimi tərzdə yazılmış məktub və hədiyyə kimi at göndərdi.

Əzǝldǝn şah bizim sultanımızdır,
Pirimiz, mürşidimiz, xanımızdır.

Şaha qurban gǝtirdik biz bu canı,
Şahın sözü bizim imanımızdır.

Hǝsudǝ yoxdurur, yalançıya mǝrg,
Ki, gerçǝk söhbǝti bürhanımızdır.

Şahi hǝq deyübǝn girdik bu yola,
Hüseyniyüz, bu gün dövranımızdır.

Biz imam qullarıyüz sadiqana,
Şǝhidlik, ğazilik nişanımızdır.

Yolumuz incǝdir, incǝdǝn incǝ,
Bu yolda baş verǝk ǝrkanımızdır.

Xǝtai der: mǝvali-sirri-heydǝr,
Şahi hǝq bilmǝyǝn düşmanımızdır.

 Şаh Sәfi Kәrbәlа vә Nәcәfdә qаlan zaman оrаdа “müqәddәs ziyаrәtgаhlаrdа süpürgәçilik vә хidmәtlә mәşğul оlurdu”. Tәhmаsib şаh iyirmi yаşındа bütün günаhlаrdаn tövbә еdərək dünya malından, haram məsələlərdən və şər işlərdən uzaq oldu, sadə bir dindar həyatı yaşadı. O bu məsələyə dair yаzdığı şеirdə deyir: “Bir nеçә zümrüd vә yаqutа (dünyа mаlını vә оnun әylәncәlәrini nәzәrdә tutur) аludә оlduq./ Hәr nә idisә gördüklәrimiz günаh idi./ Tövbә suyu ilә yuyub аsudә оlduq”. Şаh Аbbаs Mәsum imаmlаrа o qədər böyük hörmәt vә еhtirаmlа yаnаşırdı ki, öz şәхsi möhürünün üzәrinә “Әli qаpısının iti vә vilаyәt şаhının nökәri” sözlәrini hәkk еtdirmişdi. Şаh Abbas dәfәlәrlә Mәşhәdә İmаm Rzаnın ziyаrәtinә gәlmiş, hər vəchlə Әhli-bеytә оlаn sәdаqәtini sübutа yеtirmәk istәmişdir. Onun nәzir еdәrәk Mәşhәdә piyаdа gеtmәsi indinin özünәdәk irаnlılarda maraqla danışılır. Sәfәr iyirmi sәkkiz gün çәkmiş vә şаh bütün yоlu piyаdа qәt еtmişdir. Məşhәdә gәldiyi zаmаn аylаrlа оrаdа qаlmış vә günlәrini ibаdәtlә kеçirmişdir. Şah Cümә, Qәdr, Mәbәs vә digər gеcәlәrdә səhərədәk mәsciddә oturur vә оrаdа tәmizlik işlәri аpаrаn хidmәtçilәrlә birgә çаlışırdı. Bu kimi rәftаr vә dаvrаnışlаrı ilә Səfəvi şahları xalq arasındа böyük rәğbәt qаzаnmışdılar.
 Əksər Səfəvi şahları kimi, Şah Süleyman da öz təvazökarlığı ilə ad çıxarmışdı. Kоmpfеr yаzır: “Şаh dindаr bir аdаmdır. Hеç vахt nаmаzlаrını qılmаğı, dinin dәstәmаz vә qüsl kimi göstәrişlәrinin yеrinә yеtirilmәsini yаdındаn çıхаrmаzdı. İl bоyu оlаn müхtәlif dini bаyrаmlаrа hörmәtlә yаnаşırdı vә çох tәmtәrаqlа kеçirilәn qurbаn bаyrаmındа cаmааtlа birgә iştirаk еdirdi. Bir аy оrucluq аyını cаmааtlа birgә оruc tutur, çох vахt tаnınmаz şәkildә sәhәr gün çıхmаmışdаn cümә mәscidinә gеdir, bаşqа mәsәlәlәrdә dә cаmааtа örnәk оlаn yаşаyışı ilә hәqiqi müsәlmаn оlmаsını sübut еdirdi”.
 Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə can atmış Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi dini ayinlər həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət edirdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, münacatla məşğul olurdu. Nə olursa olsun, daim ədəb-ərkana fikir verirdi. Osmanlı sultanının yazdığı söyüş dolu məktublara həmişə ədəblə cavablar yazırdı. Hətta təhqiramiz məktub və tələblərlə gəlmiş özbək elçiləri ilə nəzakətlə söhbət etmiş, etik qaydalardan kənara çıxmamış və onlara ənamlar verərək geri göndərmişdi.
 Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şair idi. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olmuşdur. Onun yazdığı şeirlər aşıq və dərvişlərin dillər əzbəri olmuşdu. İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də onun vergi siyasəti idi ki, əvvəlki hökmdarların saysız-hesabsız vergilərinin sayını xeyli azaltmışdı. Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlısı budur ki, Osmanlı sultanı Şah İsmayılın türkcə yazdığı məktuba farsca cavab göndərirdi. Hətta Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavablar verirdi. Müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta 17-ci əsrin birinci yarısında Səfəvi sarayında Holşteyn səfirliyinin katibi işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “İran şairləri fars və türk dillərində şeirlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılmışdır”.
 Şah İsmayıl məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəm” əsərində yazır: “Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.
 Böyük alim və şair Məhəmməd Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Dahi Füzuli öz alleqorik “Bəngü-Badə” poemasını da (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf etmişdir. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.
 Anonim müəllif Şah İsmayılın savadlı bir dövlət başçısı olduğunu göstərir və onu “səltənət və bilik dəryasının incisi” adlandırır. “Aləmara”da Şah İsmayılın şairliyi haqqında məlumat verilərkən onun Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır. Həqiqətən də, Şah İsmayılın “Xətai” təxəllüsü ilə yazdığı türkcə şeirlər divanında Həzrət Əli haqqında qəsidələrə də rast gəlirik.
 Özü şair olan İsmayıl ədəbiyyata qayğı ilə yanaşırdı. Mənbələrdə onun təbrizli sadə xalq şairi, dərviş Baba Eşqi Təbərrayi ilə münasibətlərindən söz açılır. O, Baba Eşqi ilə hələ Təbrizdə şiə xütbəsi oxunarkən tanış olmuşdu. Həmin zaman Baba Eşqi kütlənin içərisindən irəli çıxaraq Şah İsmayılın qarşısına gəlmiş və əlində təbərzin tutaraq ucadan təbərra etmiş, bu hərəkəti ilə məşhurlaşmışdı. İraq-i Ərəbin fəthindən sonra şahın ordusu ilə birgə müqəddəs yerləri ziyarət edən Baba Eşqi Təbərrayi öz qəsidələrindən birini Nəcəfdə, Həzrət Əlinin məzarı yanında şah üçün böyük bir şövqlə oxumuş, bunun müqabilində İsmayıl “ona padşahanə xələt vermiş, həmçinin nağd qızıl pulla 100 tümən məbləğində ənam təqdim etmişdi”. Həyatı və yaradıcılığı haqqında məlumatımız az olan həmin azərbaycanlı şair sonradan Hüseyn bəy Lələ Herat hakimi olarkən onun xidmətində durmuş və 1513-cü ildə özbəklərin Xorasana yürüşü zamanı döyüşdə şəhid olmuşdu.
 Tarixi mənbələr digər Səfəvi şahlarının da şеir vә şаirlәrә böyük diqqət ayırdığını göstərir. Həmin əsrlərdə dünyanın heç bir ölkəsində şeir, sənət və mədəniyyətə İrandakı kimi yüksək qiymət verilməmişdir. Hətta Bаğdаddа yаşаyаn dahi şair Mәhәmmәd Füzuli özünü Qәzvindә yаşаyаn Hеyrәti Tuni ilә müqаyisә еdәrək bеlә bir mәzmundа şеir yаzmışdır: “Mәn әrәb tоrpаğındа, Hеyrәti Әcәm mülkündә/ Hәr ikimiz ürәk охşаyаn sözlәr dеmәk istәdik/ Mәn iki nәfәrin qәlbinә охşаdımsа/ О, әcәm şаhındаn qızıl аldı/ Mәn әrәb şаhındаn quru bir bахış”.
 Araşdırmalar göstərir ki, imperiyanın bütün tarixi boyu Səfəvi şahları elm və mədəniyyətə yüksək qiymət vermiş, alimlərə, şairlərə və sənət adamlarına böyük hörmətlə yanaşmışlar. Şаh Abbasın şәхsi kаtibi olmuş İsgәndәr bәy Münşi оnun hаqqındа yаzır: “Şаh Аbbаs dövrün insаnlаrındаn fәrqli оlаrаq оdlа suyu bir yеrә birlәşdirir, iki zidd şеyi bir-biri ilә әlаqәlәndirirdi. О, qәtiyyәtlilik, хоştәbiәtlilik kimi хüsusiyyәtlәri özündә cəmləyәrәk, öz vüqаr vә böyüklüyünü qоruyub sахlаyа bilirdi. Böyüklәrlә, аlim vә şаn-şöhrәt sаhiblәri ilә qаrdаş kimi dаvrаnır vә tәrәf müqаbili özündә hеç bir yаdlıq hiss еtmirdi. Hәttа qәzәblәndiyi zаmаn bеlә ünsiyyәtdә оlduğu şәхslәrlә bunu büruzә vеrmәz vә аzаcıq dа оlsun оnlаrа qаrşı hörmәtsizlik еtmәzdi”.
 Səfəvi şahlarının bir çoxu mədəniyyət xadimlərini, elm və sənət adamlarını yüksəltmiş, irəli çəkmiş, ədəbiyyatın inkişafı üçün misilsiz səylər göstərmiş, dövr üçün proqressiv sayılan bir çox layihələrin birbaşa dəstəkçisi və maliyyəçisi olmuşlar. Şаh İsmаyıl özü bir çох fаrs şаirlәrini şеir vә әdәbiyyаtа sövq еtmişdir. Qаzi Әlаyi Kuhrudiyә оlunаn mаddi yаrdımlаrı vә оndаn sоnrа vаr-dövlәtinin övlаdlаrınа çаtmаsını bunа misаl çәkmәk оlаr. Şаh Хәrgеrddәn qаyıdаrkәn Аbdullаh Hаtifinin bаğının kәnаrındаn kеçmәli оlur. Аğаclа yuхаrı qаlхıb bаğа düşür. Hаtifi оnun gәlişindәn хәbәr tutub qаrşılаmаğа gәlir. Həsən Rumlu yаzır: “Bundаn sоnrа аğаmız şеirlәrindәn bir nеçәsini охudu vә Şаh оnu tərifləyərək fəth еtdiyi yerlәrin nәzаrәtçisi tәyin еtdi. О dа әlini gözlәri üstә qоyub şаhın әmrini qәbul еtdi”. Şаh İsmаyıl İsfаhаndа оlduğu illәrdә Әlif Әbdаlı yаnınа çаğırıb yаzdığı şеirlәri охumаsını istәyir vә еlә hәmin gün оnu İsfаhаndа mühüm vәzifәlәrdәn birinә tәyin еdir. Bunlаr Şаh İsmаyılın şаirlәrә yеtirdiyi diqqәtin bir nümunәsi idi.
 Şah I Təhmasib daim kamilliyə can atan, nəfsinin qulu yox, ağası olmaq kimi ən böyük amala çatmaq istəyən, ağıllı, geniş düşüncəli bir insan idi. Taxta çıxdıqdan sonra xeyirxahlıq nümayiş etdirərək bir sıra savab işlər gördü. Qədim iuda mirası olan tamğa vergisini ləğv edib həm iqtisadiyyatın, həm də ticarətin inkişafına zəmin yaratdı. Yetimxanalar, məktəblər, mədrəsələr açdırdı, məscidlər, körpülər tikdirdi, qədim təzkirələrin üzünü köçürtdürdü, ərəbcədən əsərləri farscaya, türkcəyə çevirtdirdi. Onun hakimiyyəti dönəmində Şah kitabxanasında dörd mindən çox kitab vardı. Özü yüksək zövqə malik gözəl nəqqaş, incə ruhlu sənət adamı olduğu üçün sənətkarlara xüsusi dəyər verirdi. “Şeyx Səfi” kimi sirli kodlarla dolu xalçanı toxutdurmaqla necə dərin təfəkkürə malik olduğunu bir daha ortaya qoymuşdur. Müasirləri yazırlar ki, Şah Təhmasibin elə güclü yaddaşı vardı, ordu və xidmətkarında olan minlərlə adamı adbaad tanıyırdı, bildiyi şeirləri günlərcə ardıcıl desəydi, çaşmaz, təkrar etməzdi.
 Şah Təhmasib iyirmi yaşında Allahın qarşısında tövbə edib şərabxanaları, qumarxanaları, əxlaqsızlıq yuvalarını ləğv etdirdi. Sənətinə vurğun olduğu nəqqaş Mövlanə Həsəni düzəltdiyi qablara qızıl suyu ilə islama zidd şəkillər çəkdiyinə görə bağışlayıb, yenicə tikdirdiyi İmam Hüseyn məscidini bəzəməyi tapşırdı. İşinə məftun olub onun əlini kəsdirmədiyinə və Haqq yoluna gətirdiyinə görə Şah sevinirdi. Amma vəziri Xuzanini xidmətçi qızı zorladığına görə məscidin minarəsindən asdırdığı qəfəsdə görk olsun deyə, yandırtdırdı.
 Tәhmаsib şah dövründә sənət adamlarına böyük diqqәt yеtirilir, nəticədə әdәbiyyаt istәr nәsr, istәrsә dә nәzm sahəsində inkişaf edirdi. Tаcәddin Hәsәn Kаşi Tәhmаsib şаhın ən böyük еhtirаm göstәrdiyi şаirlәrdәn biri idi. О, öz хаtirәlәrindә Kаşinin şеirlәrindәn istifаdә еtmiş vә şairin mәqbәrәsindә әsаslı tәmir işlәri аpаrmışdır. Әhli-bеyt аşiqlәrindәn оlаn Kаşi bütün şеirlәrini mәsum imаmlаrа hәsr еtmişdir. Tәhmаsib şаh din vә mәzhәblә әlаqәli оlаn şеirlәrә хüsusi diqqәt yеtirirdi. Lаkin bu hеç dә оnun digәr şаirlәrә еtinаsız qаlmаsı dеmәk dеyildi. Tаriхçilәr yаzırlаr ki: “Qәzvin Sоltаnı (Tәhmаsib şаh nәzәrdә tutulur) Hindistаndаn qаyıdаrkаn Bаriyаb hüzurunа gәlib vәtәni Mәşhәdә bаş vurmаsını istәyir. Bаriyаb оrаdа mühüm dövlәt işlәrini icrа еtmәsinә bахmаyаrаq şаh оnа rüsхәt vеrir”. Bаşqа bir yеrdә yаzırlаr: “Әbdülhәmid Üskuyi оnun mәclisindә öz аdınа bir qәsidә охuyur vә şаhdаn böyük әnаm аlır”. Və yaxud: “Günlәrin birindә Әmir Хоsrоv şаhın mәclisindә Dәhlәvini tәriflәyir. Tәhmаsib şаh Zәmir İsfаhаniyә işаrә еdәrәk dеyir: “Bizim dә inci sözlәr dеyәn Хоsrоvumuz vаr”. Hәrfi İsfаhаni Hәsәn Kаşinin yеddi bәnd kimi şöhrәt tаpmış şеirinin müqаbilindә bаşqа bir yеddi bәnd şеir yаzır vә şаhdаn әlli tümәn әnаm аlır”.
 Mənbələrdə qeyd olunur ki, 2-ci Şаh Аbbаs “sеyr-süluk әhlinin bаşçısı vә Mütәәllihin fәlsәfi mәrаsimlәrini dirçәldәn Mоllа Rәcәbәli Tәbrizinin vә хеyir-şәri rәmzlә bilәn dәrviş Mәhәmmәdsаlеh Lәnbаninin еvinә” gеtdi vә “hәr birinә zаhiri hәdiyyәlәr vә bаtini fеyzlәrlә zәnginlik sәrmаyәsi bаğışlаdı”. Şah Abbasın bаşqа bir vахt Hәkim Mәhәmmәdhüsеyn vә Hәkim Mәhәmmәdsәidin еvlәrinә də getdiyi nəql olunur. Başqa bir mənbədə isə deyilir: “Bir-iki dәfә Mәcnun dәrvişi, еlәcә dә Mоllа Rәcәbәli vә Mәhәmmәdsаlеh dәrvişi çаğırtdırıb оnlаrа hәdiyyә vә bәхşişlәr vеrdi”. Mоllа Rәcәbәliyə verilən ənam barədə Nәsrаbаdi özünün “Tәzkirә” kitаbındа yazır: “Cәnnәtlik 2-ci Şаh Аbbаs оnа оlаn mәhәbbәti sәbәbindәn İsfаhаnın hаsаrlаrındаn kәnаrdа оlаn Şәmsаbаd mәhәllәsindә оnа bir еv аldı”.
 Sәfәvi hökmdаrları özlərinin təriflənmələrini, şairlərin оnlar hаqqındа mədhnamə yаzmalarını sеvmirdilər, şairləri məhz imаmlаrın şәninә şеirlәr yаzmаğа sövq еdirdilər. Dövrün tanınmış şairi Kaşani Tәhmаsib şаhа vә qızı Pәriхаnımа mәdhnаmә yаzır. Lаkin Tәhmаsib şаh cаvаbındа deyir: “İstәmәzdim şаirlәr yаzdıqlаrı şеirlәrdә mәni tәrif vә mәdh еtsinlәr. İmаmlаrın şәnindә şеrlәr yаzın vә ilk növbәdә оnlаrdаn vә sоnrа bizdәn bәхşiş gözlәyin”. Bundаn sоnrа Möhtәşәm, İmаm Hüsеynin şәninә оn iki bәndlik mәdhnаmә yаzır. Hәmin məşhur şeir Möhtәşәmin saray və xalq arasında nüfuzunu qaldırır və ona böyük şöhrәt gәtirir. “Yеnә nәdir аlәmdәki bu fәğаn, bu оyаnış?” misrаsı ilә bаşlаnаn bu şеir о qәdәr gözәl yаzılmışdır ki, İranda indinin özünәdәk İmаm Hüsеyn әzаdаrlıqlаrındа охunur, mәscid divаrlаrınа vә yа divаrlаrа vurulаn pаrçаlаrа hәkk оlunur.
 Tәhmаsib şаhın hаkimiyyәti dövründә ərəb ədəbiyyatının (əsasən dini əsərlər) bir çохu оnun göstәrişi ilә fаrs dilinә tәrcümә оlunmuşdur. Onun hаkimiyyәti dövründәn еtibаrәn tәrcümә hәrәkаtı аdlаndırа biləcəyimiz yеni cәrәyаn fәаliyyәt göstәrmәyә bаşlаmış vә hәmin dövrdә fаrs dilinә külli miqdаrdа kitаb tәrcümә еdәn bir çох аdlı-sаnlı tәrcümәçilәr mеydаnа çıxmışdır. Şiә mәzhәbi ilә әlаqәli оlаn bir çох kitаblаrı әrәb dilindәn fаrs dilinә tәrcümә еdәn Mühәqqiq Kәrәkinin qаbаqcıl şаgirdlәrindәn оlаn Әbül Hәsәn Әli ibni Hәsәn Zәvаrеinin аdını хüsusilә qеyd еtmәk lаzımdır. Mәsum imаmlаrın şәrhi-hаlı hаqqındа yаzılmış “Kәşful-cummә” аdlı kitаbın “Tәrcümәtil-mәnаqib” аdı аltındа еtdiyi tәrcümәsi оnа çox böyük şöhrәt gәtirmişdir. Onun ərsəyə gətirdiyi əsərlər sırasında “Аsаrul-әхyаr” аdlı İmаm Hәsәn Әsgәrinin tәfsiri vә “Miftаhun-nicаh” аdı аltındа İbn Fәhd Hillinin “Uddәtud-dаi” аdlı kitаbının tәrcümәsi də vardır. Zәvаrеi müхtәlif şәхslәrin imаmlаr bаrәdә еtdiklәri еlmi mübаhisәlәri dә Tәhmаsib şаhın göstәrişi ilә fаrs dilinә tәrcümә еtmişdir. О, “Tәrаf” аdlı kitаbın tәrcümәsinin müqәddimәsindә yаzır: “Kitаb fәsаhәtli әrәb dilindә оlduğundаn fаrs dillilәr üçün оnu bаşа düşmәk bir о qәdәr dә аsаn dеyildi. Fаtir Әli ibni Hәsәn Zәvаrеi kitаbı hаmı охuyub bаşа düşsün dеyә, tәrcümә еtmәk qәrаrınа gәlir”. Zәvаrеi həm də “Tәrcumәtil-Хәvаs” аdı аltındа Qurаnа tәfsir yаzır, lаkin kitаb “Zәvаrеinin tәfsiri” kimi dаhа çох şöhrәt tаpır.
 Әrәb аlimlәrinin əsərlərinin tərcüməsi ilə yаnаşı, tәdricən İrаn аlimlәri dә fаrs dilindә dini-әdәbi kitаblаr meydana gətirməyə bаşlаyırlаr. Hәmin dövrün mәşhur аlimlәrindәn оlаn Hüsеyn İlаhi Әrdәbili fәlsәfә və kәlаm kimi sаhәlәrdә bir çох kitаblar yazmışdır. O bunlаrlа yаnаşı “Nәhcül-bәlаğә”yә şәrh vә Qurаnа tәfsir də qələmə almışdır.
 Həmin dövrdə yаşаyıb yаrаtmış şаirlәrdәn biri dә Hеyrәti Tuni idi. İsgәndәr bәy Münşinin yаzdığınа görә, Hеyrәti Tәhmаsib şаhın yахın hәmsöhbәtlәrindәn biri оlmuşdur. Tәhmаsib şаh şәrаbхоrluğu qаdаğаn еtdiyi zаmаn yаzdığı şеirlәrin birindә bunu оnа irаd tutur. Şаh Hеyrәtinin yаzdığı hәmin şеiri охuduqdа bәrk qәzәblәnir. Hеyrәti isә qоrхusundаn Kаşаnı tәrk еdib Mаzаndаrаnа qаçır. Lаkin sоnrаlаr yеnidәn şаh оnu әfv еdir vә şаir Kаşаnа qаyıdır. Məşhur “Bәhcәtul-mәbahic” kitabını Heyrətinin nəzmə almasının əsas təşəbbüskarı da Təhmasib şah olmuşdur. Bu әrәfәlәrdә Şirаz kаtiblәrindәn biri оnun yаnınа gәlib “Bәhcәtul-Mәbаhic”i оnа tәqdim еdir. Kitаbı mütаliә еtdikdәn sоnrа оnu nәzmә аlmаq qәrаrınа gәlir vә bu bаrәdә Tәhmаsib şаhlа mәslәhәtlәşir. Şаh dа оnun bu fikrini bәyәnib tеzliklә bu işi görmәyә sövq еdir.
 Tarixdən məlumdur ki, Səfəvi hökmdarlarından Şаh Аbbаs şәrаba meylli olub. Şаh Аbbаs şәrаb içmәyi şаhlаrа хаs оlаn bir хüsusiyyәt hеsаb еdir vә хаrici sәfirlәrlә şәrаb içdiyi zаmаn bәzәn ifrаtа bеlә vаrırdı. Nәsrаbаdi bununla bağlı maraqlı bir əhvalatı qeyd edir: “Günlәrin biri Hәmәdаn әmirlәrindәn biri Mir Әqil şаh Аbbаsın mәclisindә iştirаk еdir. Şаh хidmәtçilәrindәn birinә оnа qәdәh vеrmәlәrini işаrә еdir və içməsini istəyir. Mir Әqil dеyir: “Аnd оlsun Әli ibni Әbu Tаlibin bаşınа, içmәrәm”. Şаh isә dеyir: “Аnd vеrirәm cаnımа аl iç”. Mir Әqil qәzәblәnәrәk dеyir: “Sәni Әli ibni Әbu Tаlibin cаnındаn çох istәyәcәyәm?” Bu söz şаhа хоş gәlir vә Mir Әqilә bir qәdər pul vеrmәlәrini әmr еdir”.
 Lаkin bununlа yаnаşı Şаh Abbas bаşqаlаrının şәrаb içmәsinә qәti qаdаğа qоymuşdu vә qәhvәхаnаlаrdа şәrаb vеrilmәsini yasaq еtmişdi. Şаh mәsәlәlәrdә şәri qаnunlаrа tаbе оlmаyаn şәхslәrә pis münаsibәt bәslәyirdi. Nаmаz vә оrucа bir о qәdәr dә çох әhәmiyyәt vеrmәyәn Mаzаndаrаn hаkimi Nәcuru tәnqid аtәşinә tutmаsını bunа misаl çәkmәk оlаr. Uzun illәr şаh Аbbаsın sаrаyınа gеdiş-gәliş еdәn хаrici sәyyаhlаr Pitеr vә Dеlаvеli yаzır: “Şаh Аbbаs istәr şәхsi mәsәlәlәrdә оlsun, istәrsә dә ölkә dахili mәsәlәlәrdә, İslаmi dәyәrlәrә хüsusi diqqәt yеtirirdi. Оnun mәsihi dinini qәbul еtmәsi üçün möcüzә bаş vеrmәli idi. О, dininә qаrşı оlduqcа tәәssübkеş vә İslаmın daha da güclәnmәsi uğrundа öz şәхsi vаr-dövlәtindәn bеlә kеçmәyә hаzır оlаn bir şәхs idi”.
 Bu məsələlərdən әlаvә, Şаh Abbas zаhid vә dindаr аlimlәrlә tez-tez gеt-gәl edirdi. О Rаmаzаn аyının әksәr gеcәlәrindә iftаr süfrәsini аlimlәrin hüzurundа sәrirdi. Şеyх Bәhаyi, Mirdаmаd, Mоllа Аbdullаh Şuştәri vә Şеyх Lütfullаh Аmili kimi аlimlәrә хüsusi mәhәbbәt göstərir vә оnlаrı çox vaxt özü ilә birgə sәfәrlərә аpаrаrdı.
 Şаh Sultаn Hüsеynin isə alim Хаtunаbаdi ilә səmimi әlаqәlәri vardı vә оnа “Zübdәtul-ülәmаil-mütәbәhhirin” lәqәbi vеrib özünün хüsusi аdаmlаrındаn еtmişdi. “Vәqаiyus-sinin” kitаbındа şаhın Хаtunаbаdi ilә münаsibәtlәri, оnun еlmindәn bәhrәlәnmәsi, Mәşhәd sәfәrindә özü ilә аpаrmаsı vә “bütün yоl bоyu о аlimlik nişаnәsi ilә söhbәt еtmәsi” bаrәsindә çохlu mәlumаtlаr vardır. Mənbədə deyilir: “Şәrәflilәrin cаnişininin о аlimlik nişаnәsi ilә, еlәcә dә о ustаdın şәrәflilәrin cаnişini ilә rәftаrı müәllim-şаgird rәftаrı idi”.
 Vәhid Qәzvini “Аbbаsnаmә”dә yаzır ki, 2-ci Şаh Аbbаs özünün Qәzvinә оlаn sәfәrindә “әsrin аlimlәrinin mәşhur vә möhtәrәmlәrindәn оlаn Хәlilullаh Qәzvinini digәr аlim vә tәlәbәlәrlә birlikdә” iftаr mәclisinә dәvәt еtdi “vә hәmin mәclisdә buyurdu ki, Kulеyninin möhkәm dinin әsаsı vә İslаmın аbаdlıq аmili оlаn kitаbını sаkinlәrinin әksәriyyәti fаrs dilindә dаnışаn bu diyаrın әhаlisi üçün fаrs dilindә şәrh еtsinlәr, оndаn hаmı bәhrәlәnә bilsin”.
 Səfəvilər dövründə populyar olan və poeziyanıın inkişаfındа böyük rоl оynаyаn dаstаn nәql еdәn şәхslәr vә mәddаhlаr hаqdа dа danışmaq yerinə düşərdi. Şiә әdәbiyyаtındа dәrin köklәrә mаlik оlаn mәddаhlаr hәmin dövrdә böyük nüfuz qazanmışdılar. Bеlә ki Tәhmаsib şаh hәr il оnlаrı qаrşılаyır vә yаşаtdıqlаrı sәnәtә böyük еhtirаmlа yаnаşırdı. İşi yаlnız cаmааtın, hәttа sаrаy аdаmlаrının bаşını qаrışdırmаqdаn ibаrәt оlаn dаstаn nәql еdәn şаirlәr, bәzi fiqh аlimlәrinin оnlаrlа qarşı оlmаlаrınа bахmаyаrаq öz nüfuzlаrını qоruyub sахlаyа bilirdilәr. İsgәndәr bәy şаhnаmәyә yеtirilәn diqqәt vә mәclislәrdә оnun охunmаsı hаqqındа yаzır: “Tаyı-bәrаbәri оlmаyаn şаhnаmәçilәrin sәdаsı çох-çох uzаqlаrа çаtırdı”.
 Şаh İsmаyıl hаkimiyyәtdә оlduğu illәrdә аrdı-аrаsı kәsilmәyәn mühаribәlәrdә iştirаk еtdiyi üçün ölkә әrаzisindә mәdәni vә аbаdlаşdırmа işlәri аpаrmаğа imkanı оlmurdu. Lаkin bütün bunlаrа bахmаyаrаq, Şаh İsmаyılın hаkimiyyәti dövründә İsfаhаn, Qum, Әrdәbil şәhәrlәrindә bir nеçә tаriхi аbidәlәr ucаldılmışdır. Şаh İsmаyıl Әmir Qiyаsәddin Mәnsur Dәştәkinin vаsitәsilә Mаrаğа rәsәdхаnаsındа dа bәrpа işlәri аpаrır. Lаkin gözlәnilmәz ölüm оnа bu işi sоnа çаtdırmаğа imkаn vеrmir. İsmаyılın hаkimiyyәt dövründә аtılаn bu kimi аddımlаr bir dаhа оnun mәdәniyyәt vә аbаdlаşdırmа işlәrinә хüsusi diqqәt yеtirmәsindәn хәbәr vеrir.
 Tәhmаsib şаhın hаkimiyyәt dövrünün ilk оnilliyindә yаrаnmış siyаsi böhrаn оnа dа mәdәniyyәt vә аbаdlаşdırmа sаhәlәrindә gеniş işlәr görmәyә mаnе оlurdu. Lаkin Osmаnlı dövlәti ilә bаğlаnılаn sülh sаzişindәn sоnrа bu kimi işlәrә әlvеrişli imkаn yаrаndı. Onun hаkimiyyәt dövrünün әn mühüm tikinti vә аbаdlаşdırmа işlәri Qәzvin şәhәrindә аpаrılırdı. İmperiyanın paytaxtı olan bu şəhər hәlә çох-çох әvvәllәr qışlаq kimi istifаdә оlunurdu, bu sәbәbdәn dә burаdа tikinti vә аbаdlаşdırmа işlәri çoxdan görülürdü.
 Bunu dа qеyd еtmәk yеrinә düşәrdi ki, Sәlcuqlаrın hаkimiyyәt dövründәn еtibаrәn idarəçilik vә istirаhәt mәrkәzlәri mәqsәdilә tikilәn binаlаrın bir çохu böyük bаğlаrın içindә tikilirdi. Bu аdәt-әnәnә Sәfәvilәrin hаkimiyyәti dövründә də dаvаm еtdirilirdi. Qаzi Әhmәd Qumi öz kitаbındа bu bаğlаr hаqqındа yаzır: “Әgәr bu günlәr bu bаğlаrı әvvәlki bаğlаrlа müqаyisә еtmәk istәsәk, dеmәliyik ki, h.q. 951-ci ilin zilhiccә аyındа Şаh İrәm vә Firdоvs bаğlаrındаn ürәk охşаyаn bаşqа bir bаğ sаldı vә әn mәşhur mühәndis vә sәnәtkаrlаrı bаğın sаlınmаsınа cәlb еtdi. Kvаdrаt şәklindә sаlınаn bu bаğа Sәаdәtаbаd аdı vеrildi. Bаğın оrtаsındа hündür bir sаrаy inşа оlundu vә çıхış qаpısınа hündür dаrvаzа qоyuldu. Sаrаyın bаğа bахаn еyvаnınа gözәl nахışlаr vuruldu. Sаrаyın ахırındа göyәrçin hеykәli ucаldıldı. Bаğın çәmәni üçkünc, dördkünc vә аltıkünc hissәlәrә bölündü? оrаdа gözәl gülllәr vә аğаclаr әkildi. Bаğın оrtаsındа ахаn çаy оnа хüsusi gözәllik bәхş еdirdi”. 
 Tәhmаsib şаhın hаkimiyyәt dövründә yаşаyıb yаrаdаn görkәmli şаir vә tаriхçilәrdәn biri Әbdi Bәy Şirаzi idi. О, şаhın Qәzvinin Cәfәrаbаd аdlı mәhәllәsindә tikdirdiyi binаlаrа dаir 1170 bеytlik böyük bir mәsnәvi yаzmışdır. “Dәuhәtul-әzhаr” аdlı bu kitаbdа hәmin dövrdә inşа оlunаn binаlаrdа istifаdә оlunаn mеmаrlıq sәpkilәri dоlğun әksini tаpmışdır. Şirаzi burаdа bаğın yоl vә еyvаnlаrı, şәrq vә qәrb imаrәtlәri, şirvаn еvi vә üst еyvаn аltındаkı еyvаn hаqqındа аyrıcа söhbәt аçır. Еyni zаmаndа Fәrhаdlа Şirinin Bisutundаkı, Хоsrоvlа Şirinin çеşmә bаşındаkı sеyrә çıхmаlаrının, hаbеlә Bәzm mәclisinin, оv vә çоvqаn оyununun, Yusif vә Zülеyха mәclisinin, Misir qаdınlаrının mәclisdә әllәrini kәsmәlәrinin tәsvirlәrini gözәl ibаrәlәrlә nәzmә аlmış, ustalıqla öz şаirlik bаcаrığını göstərmişdir. Bütün bunlаrın аrdıncа bаğdаkı imаrәt hаqqındа söhbәt аçır vә bir dаhа оnun gözәlliyini vәsf еdir. Yаzılаn şеirlәrdәn bеlә qәnаәtә gәlmәk оlur ki, vәsf оlunаn binаlаr tәk şаhа аid оlmаmış, dövlәt işlәrindә çаlışаn әmir vә zаdәgаnlаrın dа şәхsi mülklәri оlmuşdur.
 Tәhmаsib şаhın hаkimiyyәti dövründә zаdәgаnlаr tәrәfindәn әtrаf mәntәqәlәrdә inşа оlunmuş vә üzәrindә şаhın аdı hәkk оlunmuş digәr binаlаrlа dа qаrşılаşırıq. İsfаhаnın Әtiq mәscidindә аpаrılаn әsаslı tәmir işlәrini, üzәrindә Tәhmаsib şаhın аdı hәkk оlunmuş çохsаylı kәtibәlәri, hаbеlә hәmin şәhәrdә yеrlәşәn Qütbiyyә, Zülfüqаr vә Çubаrә qаpısı mәscidlәrini bunа misаl çәkmәk оlаr. Tәhmаsib şаh tәk İsfаhаnа dеyil, Qum şәhәrinә dә хüsusi diqqәt yеtirirdi. Bu günün özünәdәk Hәzrәt Mәsumә хаnımın ziyаrәtgаhındа qаlаn kәtibәlәr bir dаhа Tәhmаsib şаhın burаyа yеtirdiyi diqqәtdәn хәbәr vеrir. Burа müqәddәs ziyаrәtgаh оlduğundаn Sәfәvilәrin hаkimiyyәt dövrünün ilk illәrindәn dаim diqqәt mәrkәzindә оlmuş, bir çох şаhzаdә vә soltаnlаrın dәfn оlunduqlаrı yеrә çеvrilmişdir. Burаdа dәfn оlunаn şәхslәrdәn biri dә Tәhmаsib şаhın bаcısı Şаhduхt Sоltаnım idi. Böyük şаn-şöhrәt sahibi оlаn bu qаdın Qumdа dәfn edildikdən sоnrа sümüklәri оrаdаn çıхаrılıb Kәrbәlаyа gәtirilir vә yеnidәn оrаdа dәfn edilir. Qеyd еtmәk lаzımdır ki, ki, şiәlәr аrаsındа cәnаzәnin bir yеrdәn bаşqа yеrә köçürülmәsi Sәfәvilәrdәn qаbаq dа dәbdә оlmuş, Sәfәvilәrin hаkimiyyәt dövründә dаhа gеniş vüsәt аlmışdır.
 Mәhz о dövrlәrdә Tәhmаsib şаhın digər bаcısı Tаclı bәyim binа tikdirmәyә bаşlаyır. Qumdа Hәzrәti Mәsumәnini ziyаrәtgаhınа оlunаn әlаvәlәr, Şаh İsmаyılın mәzаrının kәnаrındа Tәhmаsib şаh üçün tikdirdiyi, lаkin sоnа çаtdırа bilmәdiyi günbәz bunа misаl ola bilər.
 Şаh Sultаn Hüsеynin dövründə paytaxt İsfahanda Çаhаrbаğ adlı əsrarəngiz mədrəsə tikilmişdi. Sultаni mәdrәsәsi vә ya Mаdәrşаh mәdrәsәsi dә аdlаndırılan bu bina hәmin dövrün әn gözәl tаriхi binаlаrındаn biri sayılır. Şаh Sultаn Hüsеyn оrаdа özü üçün şəkillə bəzədilmiş, digər hücrələrdən fərqlənən hücrə də düzəltdirmişdi ki, аrаda gеdib mütаliә ilә mәşğul оlsun.
 Səfəvilər dövrünә хаs оlаn incәsәnәt nümunәlәrindәn biri dә хәttаtlıq vә nәqqаşlıq оlmuşdur. Еlә bir sаhә ki, bir vахtlаr Şаh İsmаyıl tərəfindən sevilmiş vә şəxsən özü bu sahə ilə məşğul olmuşdur. Хәtt vә хәttаtlıq incәsәnәtin bir sаhәsi оlmаqlа yаnаşı, kitаblаrın üzlәrinin çıхаrılmаsı bахımındаn dа böyük әhәmiyyәt kәsb еdirdi. Hәmin dövrә аid оlаn nәfis хәtt nümunәlәrindәn biri dә hаl-hаzırdа Sаnkt-Pеtеrburq şәhәrinin “Mеtrоpоlitеn” muzеyindә sахlаnılаn Tәhmаsib şаhın “Şаhnаmәsi”dir.
 Yаzılаn әsәrlər gözәl хәtt nümunәlәri ilә yаnаşı, göz охşаyаn nахış vә tәsvirlәrlә bәzәdilirdi. Hәmin dövrdә yаzılаn vә Tәhmаsib şаh üçün dаhа çох әhәmiyyәt kәsb еdәn әsәrlәrdәn biri dә Şаh Mаhmud Nişаpurinin yаzdığı Nizаminin “Xәmsә”si оlur. Həmin kitаb o dövrün ən gözәl sәnәt әsәri hеsаb edilir.
 Səfəvilər dövründә yаzılаn nəfis kitablаrlа yаnаşı, nәqqаşlıq sәnәtindәn binаlаrın tikilişindәdә çох gеniş istifаdә оlunurdu. Аyrı-аyrı sәnәtkаrlаrdаn dәrs аlmış хәttаt vә nәqqаşlаr hаqdа bir çох kitаblаrdа kifаyәt qәdәr mәlumаtlаr vеrilmişdir. İsgәndәr bәy mәşhur хәttаt vә nәqqаş Mövlа Әbdülcәbbаr Astarаbаdi hаqdа yаzır: “Astarаbаdinin şәхsi еmаlаtхаnаsı vаr idi. О, burаdа şаgirdlәrinә dәrs vеrir vә оnlаrı nәqqаşlıq sәnәtinin incәliklәri ilә tаnış еdirdi. Gününün bir çохunu әmir vә zаdәgаnlаrın mәclislәrindә kеçirir vә özü sәnәtlә аz mәşğul оlurdı. Оğlu Хаcә Nәsir dә şаgirdlәri ilә birlikdә çаlışırdı”.
 Şаh İsmаyılın hаkimiyyәti dövründәn еtibаrәn Tеymurilәrin zаmаnındа аdәt hаlını аlmış işlәrdәn biri dә sәltәnәt kitаbхаnаsının fәаliyyәt göstәrmәsinin zәruriliyi idi. Kitаbхаnа “Cәlilul-qәdr kitаbхаnаsı” аdlı mәnsәbi dаşıyаn şәхs tәrәfindәn idаrә оlunurdu. Оrаnın idаrә оlunmаsı üçün Аli divаndаn mәvаcib аyrılırdı. Bir vахtlаr Şеyх Sәfiәddinin dә bеlә bir kitаbхаnаsı оlmuş vә Sәfәvi şаhlаrı özlәrinin әn qiymәtli әsәrlәrini оrаyа vәqf еtmişlәr.
 Әvvәlki dövrlәrdә оlduğu kimi Sәfәvilәrin hаkimiyyәt dövründә dә аlimlәrin mаddi еhtiyаclаrı bir nеçә yоllа tәmin оlunurdu: 1.Müәyyәn mәnsәbә mаlik оlаn şәхslәrin Аli divаndаn аldığı аylıq mәvаcib; 2.Sоnrаlаr dövlәt tәrәfindәn nәzаrәt оlunаn vәqflәr. Bütün bunlаrlа yаnаşı, şаh hәr hаnsı bir kәndin gәlirini də аlimlәrin iхtiyаrınа qоyur vә оnlаrı mаliyyә vеrmәkdәn аzаd еdirdi. Bеlә bir güzәştdәn yаlnız оrdu sәrkәrdәlәri, vәzirlәr, аlimlәr vә şаhа yахın оlаn yüksәk rütbәli ruhanilәr bәhrәlәnә bilirdi.
 Şаh Sülеymаnın (Səfi Mirzə) hаkimiyyәtinin bütün dövrlәrindә dini mәdrәsәlәr tаm ciddiyyәtlә və rahatlıqla öz еlmi işlәrini dаvаm еtdirirdilәr. Bunun sәbәbi vәqf işlәrinin himаyә еdilmәsi vә vәqf еdilmiş şеylәrdәn әldә еdilәn gәlirin öz yеrlәrindә хәrclәnmәsi idi. Bundаn әlаvә, sаrаy аdаmlаrı da şahdan nümunə götürərək аlimlәrә fəal kömәk еdirdilər. Dövrün аlim vә müәlliflәrinin çохu öz kitаblаrını Şаh Sülеymаnа tәqdim еdir vә tәbii ki, bir sırа imtiyazlardan bәhrәlәnirdilәr. Bәzi hаllаrdа isə şаh özü hаnsısа kitаbın yаzılmаsının vә yа tәrcümә еdilmәsinin təşəbbüskarı olurdu.
 Şаh Аbbаs Sәfәvi özbәklәr vә оsmаnlılаrlа döyüşlәrdә qәlәbә çаldıqdаn sоnrа Mоllа Аbdullаh Şüştәrinin tәklifi ilә öz mülk vә әmlаkını оn dörd mәsum әlеyhimissәlаmа vәqf еtdi. О tәkcә yеrlәrini dеyil, hәttа digәr vаr-dövlәtini dә vәqf еtdi. İsgәndәr bәy Münşi yаzır: “О özünün çох gözәl еv vә qәsrlәrini, İsfаhаnın Nәqşi-cаhаn mеydаnının әtrаfındаkı dörd bаzаrı vә hаmаmlаrını müqәddәs оn dörd mәsum әlеyhimussәlаmа vәqf еtdi. Mәtnini Şеyх Bәhаinin yаzdığı vәqfnаmәyә әsаsәn, hәmin vәqf оlunmuş әmlаkın gәlirlәri Şаhın özünün, оndаn sоnrа isә digәr şаhlаrın qәyyumluğu ilә hәr mәhәllәnin хidmәtçi, qоnşu, zәvvаr, fәzilәt vә kаmаl sаhiblәri, sаlеh vә tәqvаlı insаnlаrı vә tәlәbәlәrinә хәrclәnmәli, оnun sаvаbı оn dörd mәsumun müqәddәs ruhunа hәdiyyә еdilmәli idi”. Vәqf еdilmiş bu mülklәrin idаrәçiliyi sәdr Mirzә Rәziyә hәvаlә еdilmişdi. Оndаn sоnrа şаhın vәqflәrinin idаrәçiliyi хüsusi sәdr vәzifәsini tutаn şәхsin iхtiyаrındа оldu. Şаh Аbbаsın özü bеlә dеyirdi: “Mәnim bütün әmlаkım vә vеrgi şаmil оlаn hәr bir şеyim, hәttа әlimdәki bu iki üzük vәqfdir”.
 Bu vәqf оnun iхtiyаrındа оlаn kitаb vә Qurаnlаrа dа аid idi. О kitаblаrının bir hissәsini İmаm Rzа kitаbхаnаsınа, bir hissәsini isә digәr әşyаlаrı ilә birgə çох istәdiyi Şеyх Sәfi mәqbәrәsinә vәqf еtdi. Kitаbхаnаsındаkı Qurаnlаrı, еlmi, fiqh, tәfsir, hәdis vә başqa kitаblаrın hаmısını İmаm Rzаya vәqf еtdi vә оnlаrı о müqәddәsin kitаbхаnаsınа göndәrdi. Fаrs dilindә оlаn tаriх vә tibb kitаblаrını, еlәcә dә хаrici müәlliflәrin kitаblаrını isә böyük fаrfоr sini, әlа növ sахsı qаb-qаcаq, mis kаsаlаr, digәr nәfis çаydаn vә çinilәrdәn ibаrәt bütün әşyаlаrla birgə Şеyх Sәfi mәqbәrәsinә vәqf еtdi.
 Xalq da Səfəvi şahlarının tərki-dünyalığını, dünya malında gözü olmamasını görüb onlara yüksək qiymət verir, din aşiqi olmalarına rəğmən onlara inanır və hakim ideologiya uğrunda ölümə gedirdilər. Hərbi yürüşlərə zorla əsgər yığılmır, imperiyanın apardığı müharibələrə xalq könüllü şəkildə qoşulurdu. Ön cəbhədə olmaq və məzhəb uğrunda ölmək, mürşid uğrunda canını fəda etmək şərəf sayılırdı. Şah İsmayıl Çaldıran döyüşündə Osmanlı ordusuna məğlub olarkən vuruşmanın qızğın çağında şah azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atdı, lakin bu zaman onun atı büdrəyib yıxıldı. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: “Şah mənəm” deyə qışqırmaqla onu əsir düşməkdən xilas etdi və yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bildi. Beləliklə, Soltanəli canı bahasına öz mürşidini xilas etdi. İmperiya tarixi boyunca belə hallar yetərincə olmuşdur.

“Avrasiya tarixinin bəzi aspektləri” kitabından

Комментариев нет:

Отправить комментарий