31.03.2015

VƏHHABİLİK – SİONİZMƏ XİDMƏT EDƏN TƏRİQƏT

Təməli ingilis müstəmləkə siyasəti ilə qoyulmuş vəhhabilik islam cəmiyyətlərini daxildən gəmirən əqrəbdir

Vəhhabilik barədə müxtəlif mənbələrdə ən müxtəlif məlumatlara rast gəlinir. Bu məlumatların sistemli-məqsədli təhlili isə açıq-aydın göstərir ki, vəhhabilik cərəyanı islam cəmiyyətlərini parçalayıb zəiflətmək, onların vəhdətini pozmaq məqsədilə İslam düşmənləri tərəfindən ortaya atılıb. Maraqlıdır ki, burada düşmənlərin hədəfləri aydın olduğu qədər də, seçimi müstəsna uğurlu olub. Söhbət vəhhabiliyin «ideoloji memar»ı Məhəmməd ibn Əbdül Vəhhab Təmiminin (Nəcdi) şəxsi keyfiyyətlərindən gedir. Bu barədə aşağıda ətraflı söhbət açacam.

30.03.2015

İRANIN ELƏ BİR RƏHBƏRİ VAR Kİ, DÜNYADA TAYI-BƏRABƏRİ YOXDUR

Seyid Həsən Nəsrullahın dünənki çıxışından

1.Bəh-bəh. Ərəblərin güc və qeyrətinə baxın. 1948-ci ildən bəri Filistin qan ağlayır. Harada idi sizin şimşəyiniz?
2.Filistin 1948-ci ildən bəri əziyyət çəkir, Livan isə 1984-dən. Biz sizdən heç bir dəstək görüb, eşitmədik. Nə koalisiya (birləşmək), nə də ki heç nə.
3.Bəziləri iddia edir ki, Yəmən əleyhinə yaranmış ərəb koalisiyası sünniləri mudafiə etmək üçündür. Filistinlilər də sünnüdür, haradadır sizin müdafiəniz?
4.Siz Filistini İsrailə və Amerikaya satdınız. Siz iddia edirsiz ki ərəbləri mudafiə edirsiz? Bəs Filistinlilər ərəb deyil?
5.İsraili heç vaxt gözünüzdə düşmən hesab etməmisiniz. Bu sübut olunub.
6.Yaxşı, gəlin sizi bəhanələrinizi sadalayaq. Deyirsiz ki, Yəmənə hücum etmə səbəbiniz, bu inqilabın Səudiyyə hökümətinə zərər verməsinin qarşısını almaqdır. Budur sizin səbəbiniz?! Bu zarafat deyil, siz bu cür gülünc səbəblərlə muharibə edirsiniz. Sizin dininiz Buşun dinidir?

Elxan Zaman görün nə deyir

Elxan Zaman

Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni...

Ukraynada qanuni seçilmiş Yanukoviçi devirəndə bu olur demokratiyanın qələbəsi, Yəməndə qəsbkar və saxtakarlıqla seçilmiş prezident devrilənde bu olur qanunsuzluq?! Belə riyakarlıqla, ikiüzlülüklə kimə gəlirsiz, kimə gəlmek istəyirsiz, ay demokratiya mübarizləri?! Bəşər Əsəd asqırsın sizin demokratiyanıza, necə ki, asqırıb da...
***
Bu gün bizim kimi kiçik ölkələr mütləq bir birliyin üzvü olmalıdır, yoxsa məhv ediləcək... Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni... Ona görə bizim yerimiz Avrasiya Birliyindədir.
***
Media o qədər yalan və nahaqq danışır ki, insanlar artıq onların doğru məlumatlarına belə şübhə ilə yanaşırlar...  Fikir verirsiniz, ANS-dən tutmuş “Azadlığ”a qədər demək olar ki bütün media quruluşları Suriyadakı terrorçu vahhabiyə “müxalifet”, səud, qətər ve küveyt kimi vahhabi terror qruplaşmasına isə “koalisiya qüvvələri” deyirlər... Sizcə niyə? Niye bunlar terrorizmin dəstəklənməsində, zülmün güclənməsində iştirak edirlər?

TÜRKƏM - DEYƏN BƏYLƏRƏ

Sərdar Şəmsiyev

Sizlərdən birinə yazdığım cavabdır, amma bu hamınıza aiddir

Mən səxsən sizi yox, dalınca düşdüyünüz beyinsiz ideologiyanı tənqid də yox, təhqir edirəm. Çünki geridə qalmış, kif iyi verən ideologiyadır. Belə olmasaydı, öz vətənimizi də axmaq ideologiyanın əlində əsir-yesir edib, ailələri dağıtmaqla məşğul olmazdınız. Siz bambılılar türklüyünüzdən əl çəkmədiyiniz kimi, ləzgi də, talış da, elə qeyriləri də sizdən qeyrətsiz deyillər ki, öz köklərindən imtina etsinlər. İndi siz bambılılara görə bu millətin nümayəndələri bir-biri ilə dəfələrlə evlənib övladlar yetişdiriblərsə, artıq bir neçə nəsil belə qarışıq nikahlardan qanında türk-talış, ləzgi-avar və digər soyların qanlar axan bir fərd özünü ancaq türk hesab edə bilərmi? Edə bilməz, amma AZƏRBAYCANLI hesab edə bilər. Çünki ölkənin adı toplayıcı ad kimi hamımızı birləşdirir. Mərhum Heydər Əliyevin bütün fikirlərini qəbul etməsəm də, onun bu millətin "AZƏRBAYCANLI" adı ilə bağlı fikri ilə tam razıyam. Biz nə Türkiyə, nə Orta Asiya, nə Altay, nə də Orxon-Yenisey türkü deyilik, özü də lap çoxdan, azından Nizami Gəncəvidən də bir az o yandan, çünki məhz o vaxtlardan Türkiyə və qeyri-türkdilli məmləkətlərdən fərqli bir dildə, mədəniyyətdə formalaşmış xalqıq. 

Rusiya - məzlum xalqların son ümid yeri

Rauf Qubadov

Azərbaycanın Rusiya ilə əlaqələrinin iki əsrdən cox tarixi var. Bu illər ərzində Rusiyada təhsil, elm və texnikanin sirlərinə yiyələnmiş çoxlu elm adamlarımız, eləcə də digər sahələrdə dəyərli mutəxəssislərimiz yetişib ərsəyə gəlmişdir. 
Tarix boyu ata-babalarımızın düşünüb Rusiya yolu seçməsinə biz qətiyyən şubhə ilə yanaşmamalıyıq. Dünyada bütün sahələr üzrə birinçi yeri tutan Rusiya ilə əlaqələrimiz getdikçə genişlənməlidir. Eləçə də keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalarla hərtərəfli əlaqələr qurmalıyıq.
Son hadisələr Rusiya prezidenti Putinin haqqın carcısı olduğunu və Rusiyanın dunyada əzilən xalqların müdafiəsinə qalxdığını göstərdi. Putin öz əməlləri ilə sübut etdi ki, məzlum xalqların müdafiəçisidir. O, milli ayrı-seçkiliyin də əleyhinə çıxdı.
Putin açıq şəkildə öz tərəfdaşlaını müdafiə edəcəyini və istənilən yardımı gostərəcəyini bildirdi. Suriya və Yəmən timsalında bunu oz əməlləri ilə gostərdi. Suriyadan başlanan vəhhabi terrorizminin qarşısı da məhz Putinin köməyi ilə alındı.
Putin dünya müsəlmanlarının yaralı yeri olan Fələstin probleminə də öz obyektiv münasibətini nümayiş etdirdi. Onun Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama coğrafiyalarımıza soxularaq qanunsuz dövlət qurmuş İsrail üçün xoş olmadı. Rusiya dövlət başçısı şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirdi. Putin bildirdi: “Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”.

Həmid Herisçidən Əli Əkbərə cavab

HƏMİD HERİSÇİ

Qışdan sağ-salamat çıxdınmı, soyuqları arxada buraxıb baharın ilk ilıq nəfəsini xəstə ciyərlərinə çəkdinmi, hazır ol, əvvəlcə lirik duyğular, hisslər könlünü kövrəldəcək. Növbəti baharın bu şeiriyyatını mən, köhnə tanışlarımın Nardarandakı həyət evində qəfildən, birdən-birə hiss etdim. Küncə bağlanmış ”Boz” adıyla cağırdıqları vəhşi qoyun iti,  kölgəmə tərəf xeyli hürsə də axır tez də öyrəşdi mənə. Birdəfəlik susdu. Bu sakitlik əvvəlcə çox yad, qorxulu göründü mənə. Başımı özümdən ixtiyarsız aşağı sallayıb, ayaqlarım altındakı boz torpağa dikdim gözlərimi. Az sonra yuxarı, səmaya baxanda üzərimdə yanar bir ulduz aşkarlayıb buna bərk diksindim. Ulduzun reallığına bir an inanmadım.
Çox sonra inandım bu ulduzun reallığına. Bu da bəs etdi ki, evə keçib feysbuk “divar”ıma baxıb aşağıdakı lirik statusu həkk edim: “Çox təkləndim. Çox tək qaldım... Hərdən aylarla evdən küçəyə çıxmadım... Bunlar təsirsiz ötmür... Hiss edirəm ki, insanlarla təmas nöqtəsini unutmuşam... Başqalarıyla deyil, elə hey özümlə söhbət edirəm... İnanmıram daha bir başqa insanla nə vaxtsa dost olum. Bunu dərk etmək də ağırdı... Evdə tək-tənha...işdə tək-tənha...küçələrdə tək-tənha... İnsanlarmı məni itirdi, yaxud mən onları? Bilmirəm.

28.03.2015

Demokratiyanın iflası, yoxsa iflasın demokratiyası?

İbrahim Quliyev

Bizdə məsəl var, hər kəs közü öz qabağına çəkər. Buna böyük siyasətdə dövlətlərin marağı deyilir. Məsələn, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları  var” qanadlı ifadəsi Çörçilə məxsusdur. Tetçer isə deyirdi ki, “Siyasətdə dostluq anlayışı mənafe kimi qəbul edilməlidir”. Bütün bunlar böyük evolyusiyanın sonunda bəşəriyyətin gəldiyi yekun qənaətdirmi? 
Bunun son və yaxud yekun qənaət olub-olmadığını bilməsək  də, amma bir həqiqət var ki,  bu gün dünyanın super gücləri dünya idarəetməsində bu prinsipdən çıxış edirlər.  Balaca dövlətlərin hakimiyyət orqanları isə əksinə, közü xalqlarının əlindən alıb, öz qabaqlarına çəkməklə məşğuldurlar. Bu da əslində qlobal idarəetməni həyata keçirənlərə əlavə dəstəvuz verməkdir. “Dünya süfrəsindən kənrda qalan” və  hədsiz var-dövlət hərisi olan ikinci-üçüncü dərəcəli ölkələrin başçılarının yürütdüyü daxili siyasət onları öz xalqlarından ayırmaqla istər-istəməz vassala çevirir, asılı edir.

24.03.2015

FƏRZULLA OCAQLI - Ürəyim yanır gizlicə

Qurban

Eşitdim, sən məni tərif edirsən.
Dediyin sözlərə, dilinə qurban.
Məni bağçanıza dəvət edirsən,
Bağbanına qurban, gülünə qurban.

Cənnət maralısan yoxsa buranın?
Nə dərd-qəmi qulluğunda duranın!
Səni yaradanın, bəzək vuranın
Qələminə qurban, əlinə qurban.

Fərzullayam, düz yazmaqdır sənətim
Ona görə eldə vardır hörmətim.
Bu canım, bu malım, bu da dövlətim-
Hamısı o qara telinə qurban.


İŞİD ABŞ cinayətlərinin izlərini itirir

İraq ABŞ-ın işğalından yenicə azad olduqdan sonra, ölkə ərazisində terror təşkilatları baş qaldırdı. Qonşu Suriyada 2011-ci ildə başlanan terror hərəkatı ölkəni dağıdmağa başladı. Suriya ərazisində ABŞ-ın silah və digər dəstəyi ilə İŞİD terrorçuları Suriya ərazisindən keçərək İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyun ayında işğal etdi. Mosul İŞİD tərəfində işğal edildiyi zamandan bu günə kimi orada olan tarixi abidələr dağıdılır. İŞİD terror təşkilatı İraq ərazisində olan qədim tarixi özündə əks etdirən mədəni abidələrin dağıdılması ilə son günlər dünya mətbuatının diqqətini özünə çəkib. Bunu İŞİD terrorçuları nəyə görə edir? Bu suala cavab isə çoxlarını düşündürür. İŞİD terrorçuları bunu şirk və bidət olduğunu və ona görə dağıdıldığını deyərək, öz vəhhabi ardıcıllarını daha da bu işə həvəsləndirir. Əslində isə bu işin arxasında başqa məqamlar dayanıb. ABŞ İraqı işğal etdiyi dövrdə İraqdan xeyli sayda tarixi-mədəni abidəni oğurlayıb.  ABŞ Hərbi Hava Qüvvələri isə Mesopotamiya dövrünə aid tarixi məkanları və abidələri bombardımana məruz qoyaraq dağıdıb. İraqın və dünyanın tarixi irsi olan bu əvəzedilməz abidələr ABŞ tərəfindən talanaraq aparılıb.

23.03.2015

Ələddin Əzimov - Nura doğru

Tənhalıq

At, 
At məni.
Adaların birində,
Qərib küçələrin tinində.
Unut,
Unut məni.
Poz,
Poz beynindən
Ötüb keçənləri,
Mənim tör-töküntülərimi.
Sil,
Sil əmizlə ürəyini.
Onsuz da tənhayam
Bir yolluq tənhalaşım.
Minlərlə, 
Milyonlarla insanlara
Qaynıyıb-qarışım.

MANATA GİZLİ MƏKTUB

Şirin Xanım Kərimbəyli Şadiman

Deyirəm ki, vallahi-billahi bu dünyada inanmaqdan pis şey yoxdur. Kiməsə, nəyəsə ürəkdən inanasan, sonra o sənin inamını qəfildən vura yerə …Bütün ümidlərini itirəsən bir anın içində! Necə ki, MANAT, sən bizim ümidləri bir gecənin içində atdın ayaqlar altına. Cənab manat, mən biz deyəndə kasıb-kusub təbəqəni nəzərdə tuturam. Elə o kasıb-kusubdan biri də mən özüməm. İnanıb sənə bir-iki manat dala atmışdım yaman günüm üçün… bir də eşitdim ki, kəlləni qoymusan yerə. Mən onda xəbər tutdum ki, artıq gec idi, başına gələnlərdən tez hali olanlar necə deyərlər başının çarəsini qılmışdı. Manat hüzuruna ərz edim ki, verdiyin faizə aldanıb elə kasıb-kusub da sənin qapını döyürdü. Yoxsa varlının, imkanlının nə dərdinə qalıb ki, səninlə para bölüşsün? Etiraf edək ki, imkanlı adamların içində də sənin pulundan yararlananlar  var idi.

21 Azər hərəkatının uzaqvuran artilleriyası

İbrahim Quliyev

Cəfər Məmməd Kavianın anadan olmasının 120 illiyi münasibəti ilə

O, ömrü cəmi bir il çəkmiş, şöhrəti və nüfuzu isə təxminən 70 illik bir tarixi aşıb keçərək, bu gün də şərəf və qürur yerimiz olan Azərbaycan Demokratik Firqəsinin qurduğu hökumətin əsas liderlərindən biri olsa da, haqqında çox az yaılıb. Yaşadığı və mübarizə apardığı ölkənin saytlarını nə qədər axtarsaq da, onun haqqında, demək olar ki, heç bir tutarlı informasiya əldə edə bilmədik. Doğulduğu regionun - Mərəndin tanınmış şəxslərinə aid bloqlarda isə, onun mübarizə yolunu yox, həyatının ayrı-ayrı epizodlarını işıqlandıran bir-iki rabitəsiz informasia gördük. Halbuki o, dünyanın ən mürəkkəb dövründə Azərbaycan haqqı uğrunda mübarizə meydanına atılmışdı, millətin dövlətçilik idealını gerçəkləşdirmək üçün həyatını riskə qoymuşdu, xalqın dil, mədəniyyət özgürlüyünü özünə qaytaranlar sırasında birincilərdən olmuşdu, şah qoşunları ilə qeyri-bərabər döyüşə rəhbərlik etmişdi, bir sözlə, ömrü mübarizələrdə keçmişdi...    

17.03.2015

MTN radikallara qarşı daha bir əməliyyat keçirdi, “Ləzgi” məscidinin imamı həbs olundu

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Bakıda radikallara qarşı daha bir məxfi əməliyyat keçirib. Virtualaz.org saytı dini etiqad azadlıqlarının monitorinqi üzrə ixtisaslaşmış Norveç təşkilatı “Forum-18”-ə istinadən xəbər verir ki, təxminən fevralın sonlarında-martın əvvəllərində İçərişəhərdəki Aşurbəy-“Ləzgi” məscidinin imamı Mübariz Qarayev də daxil olmaqla 5 vəhhabi saxlanılıb.
Məlumata görə, onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin MTN bu həbs əməliyyatına dair hər hansı şərh verməkdən imtina edib. Bununla belə təşkilata məlum olub ki, saxlanılanlara qarşı qadağan olunmuş dini ədəbiyyat yaymaq ittihamı irəli sürülüb.
Virtualaz.org saytı istisna etmir ki, Mübariz Qarayev və digərləri həmçinin radikalların İŞİD sıralarında döyüşməyə göndərilməsini təşkil etmək ittihamı ilə üzləşə bilərlər. Çünki neçə vaxtdır söhbətlər gedirdi ki, Azərbaycandan İŞİD sıralarına qoşulanların bir çoxu məhz “Ləzgi” məscidi icmasının üzvləri olublar.

Putin itirildi və tapıldı

Məmməd Süleymanov

Bir neçə günün içində Rusiya prezidenti həm İslam dinini qəbul etdi, həm üçüncü övlad atası oldu, həm sağalmaz xəstəliyə tutuldu, həm hərbçilər tərəfindən devrildi, həm də öldü...
Üstündən daha bir neçə gün keçdi - Putin qayıtdı. O, İslam dinini qəbul etməyib, üçüncü övlad atası olmayıb, sağalmaz xəstəliyi yoxdur, hərbi çevriliş nəticəsində devrilməyib və nəhayət, ölməyib.
Şayiə şayiənin belində... Dezinformasiya dezinformasiya ilə bəhsə girib. Saxtalıqlar bir-birinə dil göstərir. Bu yaxınlara qədər “Kim informasiyaya sahibdirsə, o da qalibdir” deyirdilər. İndi isə elə görünür ki, dünyanı şayiələrlə idarə etmək konsepsiyası çiçəklənir və toxum verir.

Əflatun Amaşov Elnur Aslanova niyə «biət» etmək istəyib?

Mətbuat Şurasının sədri Əli Həsənovun xəstələnməsi xəbərini yaydıqdan sonra admnistrasiyasının keçmiş rəsmisindən onu himayə etməsini istəyib

Mətbuat Şurasının sədri Əflatun Amaşovun bir müddət əvvəl Elnur Aslanovun qəbuluna gedərək, ona «biət» etməyə hazır olduğunu dediyi məlum olub. Bu barədə JAM.AZ-a məlumat verən etibarlı mənbənn sözlərinə görə, Amaşovun belə bir addım atmasının səbəbi həmin dönəmdə Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, hazırda prezidentin sözügedən məsələlər üzrə müşaviri Əli Həsənovun xəstələnməsi ilə bağlı xəbərin yayılması olub.
Mənbə israrla bildirir ki, həmin xəbərin yayılmasından sonra özünə yeni himayəçi axtaran QHT sədri təcili olaraq, o dönəmin ən güclü və sözügeçən fiqruru olaraq tanınan Elnur Aslanova üz tutub. Onun himayəsi altında olmaq istədiyini və bütün tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu çatdırıb. JAM.AZ-a verilən məlumata görə, iki dəfə görüş imkanı qazanmış Amaşovu hər dəfəsində «baxarıq» deyilərək, qapı göstərilib.

Vahhabilər makiyaj edir, qadın paltarı geyinib döyüşdən qaçırlar

İraq ordusu üzü makiyajlı, gözü sürməli "döyüşçülər"i tutub

Analitik.az xəbər verir ki, İraq ordusu tərəfindən qadın paltarında qaçan İŞİD-çilər tutulub. Xarici mətbuatın məlumatına görə, Baakubə şəhərində İraq hərbçiləri arvad qiyafəsində 20 İŞİD-çini tutub.
İŞİD-çilər qadın paltarı geyinib, üzlərinə makiyaj çəkirlər. Onların bəziləri saqqallarını da qırxır, qırxmayanlar da var, ancaq üzlərinə makiyaj edərək, gözlərinə sürmə və yanaqlarına da rumyana çəkirlər.
İlkin məlumatlara görə qadın paltarı geyinmiş İŞİD-çilər Tikrit şəhərində döyüşməkdən can qurtarmaq üçün qaçırlar. Qeyd edək ki, martın 11-də İraq ordu qüvvələri Tikritə girərək şəhəri İŞİD-dən geri alıb. Bundan sonra qorxuya düşən İŞİD-çilər arvad paltarı geyinməklə döyüş meydanından qaçırlar.
Hərbçilər tərəfindən tutulan arvad-İŞİD-çilər polis nəzarətinə verilib.

Access Bank xalqın başına oyun açır

Elçin Babayev: «Mən aldığım krediti köhnə kursla geri ödəmək istədikdə hədələdilər ki, əmlakını əlindən alarıq»

Ucar rayonu M.F. Axundov küçəsi ev 14-də yaşayan Babayev Elçin Dadaş AccessBankın yerli filialından şikayətçi düşüb. JAM.AZ-a göndərdiyi yazılı müraciətində o bildirib ki, bankın Ucar filialı onu aldatmaq istəyir. 
Elçin Babayev yazır ki, 09.04.2014-cü il tarixdə bankdan 10.000 manat kredit götürüb. Pulu vaxtlı-vaxtında ödəyir. Lakin problemə səbəb olan amil pulu götürdüyü dövrün kursuna uyğun geri ödəmək istəməsidir. «Onlar mənə dedilər ki, əgər bunu edərsəm, cərimə edəcəklər, əmlakımı əlimdən alacaqlar. Mən Ali Məhkəmənin hakimi Əsəd Mirzəyevin 03.03.2015-ci il tarixdə mətbuatda etdiyi açıqlamasından çıxarışın surətini ərizəmə əlavə edib Access Bankın Ucar filialına göndərib, bunu nəzərə alıb kredit müqaviləsinin bağlanıldığı tarixə olan dolların kursu ilə kredit borcumu ödəməyimə razı olmalarını onlardan xahiş etdim. Müraciətimə rəsmi cavab verməyən bank rəhbərliyi mənə şifahi xəbərdarlıq etdilər ki, buna görə sənə cərimələr tətbiq ediləcək və girov qoyulmuş əmlakını müsadirə etdirəcəyik. Ancaq Access Bankın Ucar filialına etdiyim 2 yazılı müraciətimə indiyə qədər rəsmi cavab verilməyib ki, bu qanunsuzluq faktıdır».

3 ton heroini Azərbaycan ərazisindən keçirən narkotacir türkiyəli imiş

Tbilisi məhkəməsi çoxtonluq maye heroinin daşınmasında təqsirli bilinən Türkiyə vətəndaşının barəsində qiyabi hökm çıxarıb. Narkotik maddə yük maşınında yerləşdirilmiş 93 çəlləkdə olub.
Axtarışda olan Türkiyə vətəndaşı Bayram Coşkun ömürlük həbs cəzasına məhkum edilib. “Novosti-Qruziya” xəbər verib.
Eyni zamanda onun tərəfdaşları – Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu bəraət alıblar.
Cinayət materiallarından məlum olub ki, 2014-cü il iyulun 12-də gürcü polislər yük maşınına baxış zamanı hər biri 30 litrlik 93 çəllək aşkar ediblər. Onların içində maye heroin olub. Çəkisi 2,79 ton təşkil edən yükün dəyəri 93 milyon ABŞ dolları təşkil edib.
Narkotik vasitənin olduğu avtomobil İran, Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə Moldovaya gedirmiş. Sənədlərdə maşında maye sabunun olduğu göstərilib.

Vüqar Rəhimzadənin ARDNŞ planı

"İki Sahil" qəzetinin baş redaktoru mətbuat xidmətinin rəhbəri olmaq üçün şirkət rəhbərliyi haqqında kompromatlar yaydırıb

«İki sahil» qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü, keçmiş deputat Vüqar Rəhimzadə ilə bağlı olduqca maraqlı məlumat yayılıb. JAM.AZ-ın əldə etdiyi bilgilərə görə, Rəhimzadə uzun müddət ARDNŞ-in mətbuat xidmətinin rəhbəri olmaq üçün çalışıb. Hətta bununla bağlı həyata keçirmək istədiyi plan da olub. Lakin sonda alınmayıb.
Həmin məlumatlara görə, Vüqar Rəhimzadə əlindəki imkanlardan istifadə edərək, ARDNŞ haqqında kompromat materialları mətbuata çıxararaq, şirkət haqqında məlumatlar yaydırıb. Hətta bir müddət əvvəl ilk dəfə gündəmə gətirilən SOCAR rəhbərliyi ilə bağlı məsələ də məhz MŞ rəsmisinin sayəsində ortaya çıxarılıb.
JAM.AZ-a daxil olan məlumatlarda deyilir ki, Vüqar Rəhimzadə təkcə məlumatları yaymaqla deyil, həm də yayımlanmış materialları toplayaraq, onları ARDNŞ rəhbərliyinə də göndərərək, özünü ona şirin satmağa çalışıb. Və bununla ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nəzirməmməd Quliyevin işləyə bilmədiyi barədə rəy yaratmağa çalışıb. Lakin işini sonadək apara bilməyib.

16.03.2015

Союз шиитов и христиан — фактор борьбы с террором на Ближнем Востоке


Недавнее сообщение об успехе спецслужб Ирака при аресте двух высокопоставленных главарей террористической группировки «Исламское государство» (IS), один из которых является гражданином США, а другой — гражданином Израиля, вынудило обратиться к целой серии шагов на Ближнем Востоке, в процессе которых выявлялась новая геополитическая конфигурация региона. Учитывая текущие реалии Сирии и Ирака, поимка двух преступников, связанных с IS, но защищенных паспортами США и Израиля — это успех спецслужб не только шиитского правительства Ирака, но и соседнего Ирана.

Millət vəkili Rövşən Lənkəranski ilə görüşündən danışdı

"Rövşənin xətrini çox istəyirəm, onunla dəfələrlə görüşlərimiz olub" 

“Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı Rövşənə hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”.
Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı "qanuni oğru" Rövşən Lənkəranski ilə bağlı açıqlamasında deyib. Moderator.az  azvision.az-a istinadən açıqlamanı təqdim edir.

8 модных сочетаний галстука и рубашки, о которых должен знать настоящий джентльмен!

Каждый мужчина, который хочет, чтобы на него обращали внимание представительницы прекрасного пола, должен хорошо выглядеть. Необязательно надевать очень дорогие вещи с последних показов мод, достаточно опрятной, чистой, поглаженной одежды и ты будешь выглядеть великолепно. Научиться правильно сочетать рубашку и галстук должен каждый мужчина, который желает, чтобы его считали джентльменом. Мы предлагаем тебе обратить внимание на эти восемь сочетаний, которые станут настоящим попаданием в яблочко.

1. Главное правило при сочетании рубашки и галстука: последний всегда должен быть темнее рубашки. Если ты будешь придерживаться этой нормы, то в твоем образе уже будет 50 % успеха.

Это самый смертельный яд на земле! И с ним ты сталкиваешься ежедневно...

Думаешь, самый страшный яд на земле - паучий, змеиный или скорпионий? На самом деле есть вещи более ужасные, и ты удивишься, когда узнаешь, что это.
Современный человек сталкивается с большой опасностью, которую таят в себе неконтролируемые потоки информации. Очень сложно ограничить или уменьшить ее поступление, информация повсюду и она оказывает очень сильное воздействие на человеческий организм.
Ты, наверное, уже слышал о том, как влияют различные слова и мысли на воду. Если нет, то скажу, что в свое время научно-популярный фильм «Вода» произвел большой фурор. В нём показали, что от любого звука меняется структура молекулы воды. Если это было что-то положительное, она становилась похожа на красивую снежинку, если отрицательное, приобретала хаотическую форму.

Dostunun arvadını alan Azərbaycanlı İŞİD-çi nələri açıqladı?

Türkiyədə bir neçə ay əvvəl bir jandarma zabitini və bir polis əməkdaşını qətlə yetirməkdə ittiham olunaraq həbs edilən Azərbaycan vətəndaşı, İŞİD terror qruplaşmasının üzvü Fuad Mövsümovun polisə verdiyi ifadənin şok detalları yayılıb.
Fuad Mövsümov daha iki İŞİD-çi ilə birlikdə Hatay bölgəsindən kirayələdikləri taksi ilə İstanbula gedərkən Niğdenin Ulukışla qəsəbəsi yaxınlığında avtomobili jandarma və polis əməkdaşları saxlayıb.
Təhlükəsizlik qüvvələrinin əməkdaşları avtomobildə axtarış aparmaq istərkən İŞİD-çilər onlara atəş açıb. Nəticədə bir jandarma zabiti və bir polis həlak olub. İŞİD-çilər həbs ediliblər. Onların məhkəməsinin yaxın vaxtlarda başlayacağı gözlənilir. Lakin təhlükəsizlik amilləri üzündən prosesin harada keçirilməsinə hələ qərar verilməyib.
Fuad Mövsümovun polisə verdiyi ifadənin mətbuata sızmış fraqmentinə görə, həmin İŞİD-çinin iki arvadı var. Onlardan biri ilə Azərbaycanda qanuni nikahla evlənib, digəri isə Suriyada döyüşməyə gedən dostunun Türkiyədə qalan arvadıdır və İŞİD-çi onu dini nikahla alıb.

14.03.2015

Aliyə Əsədova - ÜŞÜYƏN SÜMÜKLƏR

Gücüm varmış
indi bilmədiklərimin
dərdinə qalmağa,
Bir bilsən ki
dərd necə üşüyür.
İndi gəzmək istədim-
yer var yaxşı ki ,
addımbaşı dərdləri
ayaqlamağa.

Şarf,əlcək istədin
yarımçıq yuxumda,
Son dəfə üşüyən 
barmaqların
necədi indi?
Narahatsan?
Əti didib yeyən
qanı içib sovuran
yer var-

Abdulla Məmməd - Gedək

Dəyərli dostum, şair-filoloq Elnur Rəsuloğlu Əliyevə

Bu dəyirman dərd üyüdür,
Ver əlini çıxıb gedək.
Ögəyləşən doğmaların
Əllərini sıxıb gedək.

Haram kalan, halal talan
Pərdələyir haqqı yalan.
Həqiqəti düzdə qalan
Doğruları yığıb gedək.

Tərəzinin gözü əyri,
Söz verənin sözü əyri...
Düz dünyanın düzü əyri,
Əyilmədən çıxıb gedək.


TƏBRİZ - “ŞƏRQİN PAYTAXTI”


Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Manna dövründə Sanqbitu adlanırdı. Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi. Beləliklə ,Təbriz şəhərinin üç min illik tarixi vardır.

Qəzənfər Ağayev ilə kollec direktorunun həbsi arasında nə əlaqə var?

Bu ilin fevral ayında Astara Pedaqoji kollecinin direktoru Əlihəsən Həmzəyev rüşvət alarkən həbs olunması xəbəri yəqin ki, oxucuların yadındadır. Bu barədə Baş Prokurorluğun rəsmi məlumatından əlavə ortada olduqca çoxlu şayiələr dolaşmaqdadır. Öncə rəsmi məlumatı bir daha nəzərinizə çatdırırıq:
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikada təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Ermənistanlı Aslan Aslanovun Şəmkirdə çıxardığı oyunlar

Fevral olaylarından biri də Lamiyə məsələsidir. Mətbuatdan bəlli olduğu kimi Şəmkir Rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı namus məsələsinə görə qətlə yetirən Lamiyə Quliyeva nəhayət azadlığa buraxıldı. Bu olay mətbuatda eninə-uzununa işıqlandırıldı. İki məqam isə diqqəti daha çox çəkdi.
Birinci məqam odur ki, Aslan Aslanov oğlunun qisasını almaq üçün onlarla vəzifəli şəxsi Lamiyənin və onun nişanlısı olmuş Vüqarın üzünə durquzdurub. Onlar - məhkəmə hakimlərindən tutmuş polis rəislərinədək, az qala 100-dən artıq şəxs naqq-nahaq olmasından asılı olmayaraq bu gənclərin və onların yaxınlarının üzünə duraraq onların şərlənib uzun müddətə həbs olunmasına şərait yaradıblar. Çap olunanlardan bəlli olan budur ki, 3 nəfər onlara olunan bütün təzyiqlərə baxmayaraq bu üzədurmada, nahaqqı müdafiə etmə əməliyyatında iştirak etməyib. Bunlardan biri həmin vaxt Şəmkir rayonunun prokuror təyin edilmiş şəxsdir.

MƏLAHƏT MÜƏLLIMƏYƏ TƏBRIKLƏR

Lənkəran şəhərindəki 4 saylı Hümanitar təmayüllü tam orta məktəbin müəllimi Tağıyeva Məlahət Hacıbala qızı Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülüb. 

Məlahət müəllimi uzun illərdir ki, pedaqoji sahədə çalışır. Ölkə miqyaslı bir sıra yarışlarda onun şagirdləri ciddi uğurlar qazanıblar.
Bir müddət Lənkəran Gənclər İdarəsinin direktor müavini işləyib, ictimaiyyətçi qadın kimi insan hüquqları ilə bağlı bir sıra layihələrin reallaşmasında fəal iştirak edir. Əslində o, bu addan öncə təşkilatçılığı, yüksək fəallığı və səmimiyyəti ilə təkcə Lənkəranda yox, cənubda çoxlarının fəxrinə çevrilmişdi. Məlahət xanımı bu sevincli günlərində ürəkdən təbrik edir, onu arzularından da uca uğurlara qovuşmağı arzulayırıq. 

“Cənub xəbərləri” qəzetinin kollektivi

13.03.2015

ÇƏRÇİVƏLƏRƏ SIĞMAYAN QADIN

Naidə xanımla tanış olanlara ilk baxışda elə gələr ki, onun heç bir qayğısı, problemi yoxdur. Həmişə gülərüz və mehribandır. Daha yaxından tanışlıqdan sonra isə məlum olur ki, bu insan daim narahat, daim axtarışdadır. Naidə xanımın gördüyü işləri sadəcə sadaladıqda inanmaq olmur ki, bütün bunlar zərif bir qadın işinin nəticəsidir. Onun uğurları az deyil. Elə söhbətə də həmin uğurlardan bəzilərini sadalamaqdan başlamaq istəyirik:
- Masallı rayonun Şərəfə kəndində anadan olub boya-başa çatan, 1985-ci ildən hal-hazıra kimi həmin kənddəki məktəbdə çalışan Naidə Məmmədova özünün ən böyük uğuru 2011- ci ildə ölkə başçısının sərəncamı ilə “ Ən yaxşı müəllim” adını qazanaraq prezident mükafatına layiq görülməsini hesab edir.
- 2003-cü il də Naidə xanım daha bir uğura imza atdı. O, həmin il ölkə üzrə 2 ən yaxşı müəllimdən biri kimi Fransaya göndərildi. Bu layihəyə dünyanın 54-dən artıq ölkəsindən ən yaxşı müəllimlər dəvət edilmişdi. Bir neçə ay davam edən bu təkmilləşmədə Naidə xanımın gələcək fəaliyyətində güclü stimul oldu.
- 2006-cı ildə Təhsil Nazirliyinin bir neçə mərhələli müsabiqələrindən və imtahanından keçərək “Müəllimlərin müəllimi” adını qazandı.

CƏNUBUN ŞAMOSU

İndi onun sorağı təkcə cənubdan yox Rusiyadan tutmuş Türkiyə səhnələrinədək yayılıb

Masallının gənc nəslinin nümayəndələri sırasında yeni istedadlar günbəgün çoxalmaqdadır. Belələrindən biri də Şamo İbayevdir. Bu günkü təqdimatımız da elə onun - Şamo İbayev haqqındadır.
Mahnı dünyasına xalq mahnısı “Gülə-gülə” ilə gələn Şamo elə o vaxtdan da qazandığı uğurlarla səhnəni həmişə “gülə-gülə” tərk edir.
Şamonun qısa tərcümeyi-halı ondan ibarətdir ki, 
Şamo hələ məktəb illərindən Lənkəranda və Cəlilabadda keçirilən mahnı müsabiqələrində səhnəni qalib kimi tərk edib. 

Patrik Bükenen - Kim Allahın tərəfindədir?

Krımın Rusiyaya birləşməsinə həsr edilmiş çıxışında Rusiya prezidenti Vladimir Putin dünya mediasının heç vaxt işıqlandırmadığı məqamlara toxunmuşdu. V.Putin tarixdə baş verən və xatırlanmağa dəyər hadisələrdən danışmışdı. Rusiya lideri Krım torpaqlarında rus qanının axdığını döyüşləri xüsusi ilə vurğulamışdı.
V.Putinə görə, Krım, şahzadə Vladimirin xaç suyuna salındığı qədim Xersonesin yerləşdiyi yerdir. Məhz, Vladimirin provaslavlığı qəbul etməklə böyük mənəvi və ruhi qəhrəmanlığı Rus mədəniyyətinin və sivilizasiyasının inkişafını müəyyən etmişdi. Bu hadisə eyni zamanda Ukrayna, Belarusiya və Rusiya xalqlarını birləşdirən insani dəyərləri də bütünlüklə özündə ehtiva edirdi. KGB-in keçmiş rəhbəri V.Putin dekabr ayında Federal Assambleya qarşısındakı çıxışı zamanı da bu sözlərinə davam edərək Rusiyanın çürüməkdə olan Qərb inancına qarşı müqavimət göstərdiyini elan etdi.

11.03.2015

Telefon satışı ilə məşğul olan mağazaların kredit fırıldağı

Mobil telefonların qiymətləri cibləri "yandırır". Dolların məzənnəsinin manata nisbətdə artması ölkənin mobil bazarına da təsirsiz ötüşmədi. Mobil telefonların satış qiymətləri bu gün nəzərə çarpacaq dərəcədə artıb. Qiymətlərdə bahalaşma, qiymət artımı bazarda bu gün ən çox özünü Apple və Samsunq markalı mobil telefonların satışında özünü göstərir.
Belə ki, dolların kursu yüksələnə qədər ticarət obyektlərində satışda 599 AZN-ə qədər qiyməti düşən son marka İPhone 6 markalı telefon hazırda 1025 AZN və 839 AZN məbləğlərində satılır. Bəzi hallarda isə bu telefonlar daha yüksək məbləğlərə satılır.
AZXEBER.COM-un apardığı araşdırmaya görə, 40 % bahalaşan Samsung Galaxy Not 4 markalı telefonun qiyməti hazırda satış mərkəzlərində 936 AZN məbləğində qoyulub. Bəzi şirkətlərin ticarət obyektlərinin satış nöqtələrində isə bu qiymətlər arasında fərqlər nəzərə çarpır.

Azərbaycanda benzinlə bağlı şok fırıldaq

Yanacaqdoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın kəsilməsi ilə bağlı şikayətlərin sayı artır. Son vaxtlar belə şikayətlər sosial şəbəkələrdə yayılır. İstehlakçıların hüquqlarının müdafiəsi qurumları da belə şikayətlərin artdığını bildirirsələr də, onun qarşısını almaqda aciz olduqlarını qeyd edirlər.
Bəzi YDM-lər yanacağı 10-15% kəsirlər. YDM-lər barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildiriir ki, məntəqələrdə benzin və dizel yanacağı vurularkən 10-15% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının bakına 25-27 litr yanacaq vurulur.
Sosial şəbəkə istifadəçilərdən biri yazır- "YDM-də yanacaq dolduranda 2 litr az vururlar. Məsələn, "Azpetrol”da aparat 10 litr yanacaq vurulduğunu gostərir, maşının "datciki” isə yanacağın cəmi 8 litr artdığını göstərir. Səbəbini soruşanda problemin avtomobildə olduğu bildirilir. Yəni yanacağın az vurulmasını sübut etmək olmur”.

Masallı Mamedin həyat yolu olduğu kimi

Azərbaycanlı “qanuni oğru”lar Rusiyada azərbaycanlılar haqda “qara”, “fırıldaqçı” və “bazar adamı” kimi fikirləri dəyişdilər – onlar Azərbaycanın adına bir başqa “cəbhədə” çəki, düzən və hörmət gətirdilər…
İnsanlar və talelər hərdən bir-birinə necə də oxşayır… 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan  Bəxtiyar Kərimov (“Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra “Masallı Mammed”kimi məşhurlaşacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib, elə dəyəsən, zəhrimar qaraciyər şişindən… Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız “Masallı Mamed” doğma torpağında Bəxtiyar dünyaya gələn gün dəfn olunub: 21 martda….
1960-cı ilin noyabr ayının 4-də Masallıda  İsgəndər kişinin ailəsində evin ilk uşağı – Məmməd dünyaya gəldi. Ondan sonra bu ailədə daha dörd qardaş da doğulacaqdı. Amma tale və seçdiyi yol onu digərlərindən fərqli olaraq Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda da tanıdacaqdı.

Kadusilər və talışlar: yazılı mənbələrdəki məlumatlar, faktlar, təhriflər və yozumlar

Tofiq Əzizov,
tarixçi-arxeoloq.

I məqalə

Problemin aktuallığı. Azərbaycan tarixinin həllini gözləyən əsas problemlərindən biri də Azərbaycan türklərinin etnogenezi məsələsidir. Hakim konsepsiyaya görə, İranda yaşayan Azərbaycan türklərinin böyük əksəriyyəti 9-13-cü əsrlərdə türkdilli tayfaların gəlişi ilə əlaqədar olaraq ana dilini unutmaq məcburiyyətində qalmış azərilər - talışlar və digər irandilli tayfalardır. İran alimi Əhməd Kəsrəvi tərəfindən irəli sürülmüş və 7 cildlik Azərbaycan tarixinin I cildinin İqrar Əliyev tərəfindən yazılmış XII fəslində də düzgün konsepsiya kimi öz əksini tapmış (Bax: Bakı – 1998, s. 266 - 271 ; Bakı – 2006, s. 288- 293 ) bu səhv konsepsiyaya son vermək üçün, talışların və kadusilərin kim olması sualına da mütləq dəqiq cavab tapılmalıdır.

"Əgər müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır"

Milli.Az Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Trend-ə müsahibəsini təqdim edir.

- Bu gün Azərbaycanda manatın məzənnəsi, bazarda qiymətlərlə bağlı geniş müzakirələr gedir. Siz bu məsələlərə hansı konseptdən yanaşırsınız?
- Mən bu məsələlərə konseptual baxımdan bir neçə istiqamətdən baxıram. Onlardan biri din və adət-ənənələrimizlə bağlıdır. Allahın, Peyğəmbərimizin sevmədiyi şeylərdən biri də israfçılıqdır. Azərbaycanda isə israf və qənaətcillik məsələsi gündəmdə deyil. Bunun kökləri Sovet dönəminə gedib çıxır. Çünki Sovet dönəmində qənaətcillik deyilən bir şey yox idi. İşıq səhərdən axşama kimi yandırılır, su axıdılır, gedir, qazı kim nə qədər istəyir, yandırır, geyimlər də çox ucuz idi. Yəni hər şey ya dövlət hesabına, ya da çox ucuz olduğuna görə bu məsələyə heç kim diqqət yetirmirdi. Qənaət məfhumu nə məktəbdə tədris olunur, nə də ailədə tərbiyə olunurdu. Sovet dönəmi bizim tarixən formalaşmış adət-ənənələrimizi, “ayağını yorğanına görə uzat”, çörək yerə düşəndə götürüb öpmək və kənara qoymaq kimi dəyərlərimizi ortadan apardı.
Mənim nənəm bəy nəslindən olub. Onun mənə qənaət etməklə bağlı öyrətdikləri indi də yadımdadır.


10.03.2015

Десантники из России потребовали от карателей снять всю русскую и советскую символику

Десантники Татарстана обратились к украинским карателям, прислуживающим профашистской оккупационной киевской власти, с настоятельным требованием изъять из своей амуниции советские знамена ВДВ и стереть все эмблемы ВДВ.
Соответствующее обращение к бойцам аромобильных бригад Украины в паблике десантников Набережных Челнов появилось в одной из социальных сетей, сообщают российские СМИ. Согласно полученным от ополчения Новороссии данным, в разгромленных котлах среди трофеев были обнаружены знамена и символика, которую украинские оккупанты нагло используют до сих пор.
«Вы не имеете на это никакого права! Снимите голубые береты и тельники. Их придумал москаль и «русский оккупант» Герой СССР Маргелов В. Ф. Голубые береты, тельники, знамёна ВДВ и эмблемы носят наследники советских воинов, громившие нацистов», - написали в своем обращении к украинским военным российские десантники.

09.03.2015

Dollarla kredit alanlar məhkəməyə müraciət etsin!

Əkrəm Həsənov: “Dollarla ifadə edilmiş kredit müqavilələri Konstitusiyaya və Mülki Məcəlləyə uyğun olaraq, məhkəmə tərəfindən etibarsız sayıla bilər”

Ekspertlər bildirirlər ki, manatın cüzi uğuru müvəqqətidir və üstünlük uzun müddət davam etməyəcək. Əksinə, tezliklə manatın ucuzlaşması qaçılmazdır. Bu isə banklardakı kreditlərlə bağlı narahatlığın aktual olmasını bir daha ortaya qoyur. Ekspertlər problemli kreditlərin artmasından da narahatdırlar.
Ekspert Məhəmməd Talıblı 2010-2015-ci illər üzrə bank resurslarının hərəkətinin analizindən nəticələri açıqlayıb: “2010-cu illə müqayisədə 2015-ci ilin yanvar ayının 31-ə qədər olan dövrdə bankların kredit portfeli 2 dəfə artıb. 2010-cu ildə bu rəqəm 9,1 milyard, 2015-ci ilin yanvarında isə 18,6 milyard manat idi. Amma buna adekvat olaraq, problemli kreditlərin artımı da 2 dəfədən çox olub. Qaytarılmayan problemlərin isə daha çox üstünlük təşkil edildiyi istehlak kreditləri olub.

KOMMUNİSTLƏR STALİNİN XATİRƏSİNİ YAD ETDİLƏR

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi martın 5-də Generalsimus SSR İ.V.Stalinin vəfatının 62-ci ildönümü ilə əlaqədar onun Bakının Zirə qəsəbəsindəki abidəsini ziyarət etmişlər. Abidə önünə Xəzər Rayon Partiya Komitəsinin fəalları, komsomolçular, Zirə, Türkan, Pirallahı qəsəbə sakinləri toplaşmışdı. Tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov çıxış etmişdir. O, demişdir:
-Bu il Böyük Vətən müharibəsində alman faşizmi üzərində sovet xalqının qələbəsinin 70 ili tamam olur. Bu tarixi qələbənin ali baş komandanı və təşkilatçısı generalsimus SSRİ İosif Stalin olmuşdu. Onun əziz xatirəsi təkcə körkəmli şəxsiyyət olmasına görə yox, həm də qüdrətli Sovet Sosialist Respublikaları İttifaqı üçün gördüyü misilsiz işlərə gorə daim yad edilməlidir.

AZƏRBAYCAN KOMMUNİSTLƏRİ STALİNİN ABİDƏSİNİN BƏRPASINDA GÜRCÜSTAN VETERANLARINA KÖMƏK EDƏCƏKLƏR

Gürcüstan veteranların və “Qələbənin varisləri” Beynəlxalq Birliyin nümayəndələri 1952-ci ildə Qori şəhərində qoyulmuş və sonradan antikommunist qüvvələr tərəfindən sökülmüş dahi Stalinin abidəsinin bərpası prosesində birgə iştirak etmək üçün Rusiya və Azərbaycan Kommunist Partiyasına müraciət etmişlər. Bu sözləri mətbuat üçün açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov bildirmişdir. Onun dediyinə görə təmsil etdiyi partiya Gürcüstan veteranları və “Qələbənin varisləri” Beynəlxalq Birliyin Stalinin abidəsinin bərpası təşəbbüsünü bəyənir, onlara hər cür kömək etməyə, o cümlədən maliyyə yardımı göstərməyə hazırdır.
Böyük Vətən Müharibəsində alman faşizm üzərində generalsimus Stalinin misilsiz rəhbərliyi ilə sovet xalqının tarixi qələbəsinin 70 illiyi ərəfəsində bu qüdrətli şəxsiyyətin abidəsinin döğma vətənində bərpası çox böyük əhəmiyyət kəsb edir. – Ədalət Abdinov demişdir. - Bu, həm də sosializm qurucusunun əziz yadigarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, müqəddəs keçmişi qorumaq və işıqlı gələcək haqqında düşünmək deməkdir. 
Xatırladaq ki, Stalinin Dövlət Ev-Muzeyi ərazisində onun abidəsinin bərpası barədə Qori şəhər meri və Veteranlar üzrə Gürcüstan Dövlət Departamentinin qərarı var.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Tural Sahab – Şortikli facebook yazarları

Nə qədər deyirsən, lənət şeytana olmur ki, olmur. Hansı saytı açırsan bunlar, hansı kanala baxırsan bunlar… tək yaradıcılıqları da facebookda paylaşdıqları yarıçılpaq fotoları…
Son zamanlarda əsas müzakirə olunan məsələ qadın və kişi münasibətləri. Müzakirə edən yenə bunlar. Bu cəmiyyətdə başqa mözvü, başqa problem yoxdumu. Bütün günü öz kanallarında şou verlişləri aparanlar, hansısa “qara” günlərimizdə küçələrə çıxıb, torpaqların işğal tarixini soruşurlar gənclərdən. Bilməyəndə də başlayırlar ki, ay gəncləər belə savadsız,  ay elə savadsız. Halbuki, savadsız dedikləri gənclər bunların sayəsində müğənnilərin hansı rəng paltar geydiyini belə bilirlər…
Anadolu türklərinin dilində gözəl bir deyim var “ at izi qarışdı itin izinə”. İndi bizim cəmiyyətimizdə, ədəbiyyatımızda da eyni halldır. Adamın ürəyi yanır gəncliyin uçuruma getdiyini gördükcə.

Məmməd Arazın

Elnur Rəsuloğlu (Əliyev)

Kədərə qərq edib Azərbaycanı
Ağlatdı vəfatı Məmməd Arazın.
Nə qədər dünya var yaşayacaqdır,
Bitsə də, həyatı Məmməd Arazın.

Fırçatək yaratdı min rəng qələmi.
Mizrabtək yaratdı ahəng qələmi.
Həqiqət uğrunda tüfəng qələmi,
Söz oldu sursatı Məmməd Arazın.

İti qələmiylə söz kəsarəti
Qaldırdı ayağa xalqı, milləti.
Fəxri təltiflər yox, xalq məhəbbəti
Oldu mükafatı Məmməd Arazın.


Talış Qadını

Aytən EYVAZON

Qadın insan həyatının əsas bir hissəsidir. Məncə insanın həyatıdır. Həyat özu qadınla bağlıdır. Qadın anadır, nənədir, bacıdır, həyat yoldaşıdır, dostdur və rəfiqədir. Ta qədimdən qadının rolu böyuk olub. Şərqdə qadın gözəllik, incəlik, həyat rəmzi sayılırdı. Azərbaycanın qədim etnoslarından sayılan talışlar da şərq xalqlarından biridirlər. Qədim talış xalqının həm dilində, həm də şifahi ədəbiyyatında qadına aid zəngin nÜmunələr vardır. Qədim talış dilində Ana - "İnə" , "Moə" , Bacı - "Hovə" , Qız - "Kinə", Ağbirçək, Nənə - "Dodo", "Nənə", qadın isə "Jen", "Moynə" olaraq adlanır. Hər biri özundə qədim mənaları gizlədir. Məsələn: İnə - İ - birinci, ilkin, Nə - dişi - bir sözlə, Birinci dişi - Birinci qadın. Həqiqətən Ana talışca İnə - Birinci qadındır. Qız "Kinə" - Ki (kiyə ) - ocaq, Nə - dişi, Ocaqın qadını, qız evin, ocaqın qadını olur, Nənə - qadınların qadını və yaxud İnənin anası və s. Beləliklə qədim talış dilində qadın anlayışı zəngin keçmişə və hörmətə bağlıdır. Talışlarda şifahi ədəbiyyatda "Dodo" anlayışı el obanın böyuk ağbirçəyinə verilən ad olmuşdur. "Dodo" əslində çox nəhənq bir termindir. Bu terminin yaranmasında əsasən zərdüştluk rol oynayıb. "Avesta" kitabına görə Zərdüşt peyğəmbərin anasın adı Dohdo olmuşdur. Bütun bunlar talışın tarix yaddaşında qadın mahiyyətinin yüksək olmasıdır.