29.04.2016

Rus açdığı məktəblər olmasaydı, Azərbaycan indi böyük bir Danabaş kəndi idi!

Fidan Fəradi

Sladkaya Rosiyanın bütün məhsulları nostalji hisslər, gözəl təəssüratlar yaradır insanda. 
Amma çox təəssüf ki rusun açdığı məktəblərdə oxuma-yazma öyrənib, rusun yazdığı kitablardan təhsillənib ziyalı olanlar bu gün rusa lənət oxuyur. Rus mollaların ətəyindən bərk yapışaraq uşağımı "Oxutmuram, əl çəkin!" deyən cahil azərbaycanlılarla böyük mübarizə nəticəsində açdı bu məktəbləri. Məhz ona görədir ki əhalisinin oxuma-yazma, bilmə səviyyəsinə görə Azərbaycan dünyada 2-ci yerə çıxmışdl. Bu orta məktəblər, ali məktəblər olmasaydı, indi böyük bir Danabaş kəndi idi Azərbaycan. 
İndiki müstəqillik dövru ilə SSR dövrünün müəllimlərini müqayisə edək. Valideynin ixtiyarı nə idi müəllimə güldən ağır söz desin. Müəllimin bir şillə vurduğu uşaq məktəbdən qovulacağının qorxusu ilə yaşayırdı ki, filan müəllimi əsəbləşdirmişəm, məni məktəbdən qovacaqlar. Amma indi müəllim qorxur şagirddən. Şagirdlərə və valideynlərə o qədər havadarlıq edilib ki valideyn çox rahat şəkildə məktəbə gəlib, sinifə girib dərsin gedişatını pozub, sinif şagirdlərinin yanında müəllimi təhqir edən sözlər deyə bilir, hətta məktəbdə müəllimi döyə də bilir. Rusun vaxtında bunu edə bilərdimi valideyn? Rus müəllimə hörmət qazandırmışdı cəmiyyətdə.
Niyə keçmişimizə tez arxa çeviririk? Niyə bir vaxtlar əlimizdən tutana arxa çeviririk?
Türkün havasına oynayırıq. Türkü də qoyaq tərəzinin bir gözünə, Rusu da qoyaq o biri gözünə. Hansı daha çox xeyir verib bizə? Türkün özünə xeyri yoxdu, o ki qaldı bizə olsun. Türk, Ərdoğan ordan uzaqdan durub erməniyə, rusa barmaq silkələməkdən başqa bir şey bacarmır. Amma nə zaman Azərbaycanın başı bəlaya düşsə, uzaqdan seyr edir. Guya PKK aktivləşib, Ərdoğanın başı terrora qarışıb. Türkün köməyi sadəcə populist çıxışlarındadır. O çıxışlar da Azərbaycanın əleyhinə yönəlməkdən başqa bir işə xidmət etmir. Türk bizə sadəcə olaraq məne olur. Ortaya çıxıb real kömək etmək istəmir. Kömək edirmiş kimi göstərir özünü.
Və son olaraq deyim ki mən özümü heç vaxt türk hiss etmədim. Mən azəriyəm. Mən Azərbaycanlıyam.
Qarabağ müharibəsində ən böyük düşmən rusu görürlər. Niyə? Yaxşı, qoy olsun rus düşmən. Axı o rayonların çoxu nəinki rusun, heç erməninin hücumu ilə boşaldılmamışdı. Çingiz Mustafayevin çəkdiyi kadrlardan da aydın olur ki, o rayonlar boşaldılanda erməni heç bir həftə ora girməmişdi. Neçə gün heç erməninin xəbəri olmamışdı ki, filan rayon boşaldılıb, əhalisi köçüb. Bu bir faktdır ki, bəzi rayonlara əhali çıxandan bir neçə gün sonra erməni girmişdi. Onu da qorxa-qorxa ki birdən tələ qurarlar. İnsaflı olaq. Bəs axı biz özümüz o Qarabağı düşmən əlindən almağa hazır deyilik. Varlılar kasıbların üstünə atır, kasıblar varlıların üstünə atır Qarabağı almağı. Hamı cəbhədə kasıb balalarının ölməsindən şikayət edir. Deyirlər niyə varlıların balaları ölmədi, niyə kasıbların balaları öldü?
Heç düşündükmü o varlı balalarının cəbhəyə getməməsinin səbəbkarı elə o kasıb uşaqlarının valideynləridir? 
Kasıb əsgərin valideyni nə qədər susduqca, haqqını istəmədikcə, qorxa-qorxa boynunu büküb rüşvət verdikcə o varlı balalarının ataları bir o qədər varlanacaq. Kasıblar qoxduqca onlar varlanacaq, onlar varlandıqca kasıblar qorxacaq. Varlılar öz balalarını öz imkanları çərçivəsində qoruyur, kasıblar da öz imkanları çərçivəsində qoruyur. Lakin kasıbın çərçivəsi varlının çərçivəsindən dəfələrlə kiçik olduğu üçün kasıb balasının qorunma ehtimalı çox kiçik olur.
II Dünya Müharibəsində indi bəyənmədiyimiz rusun dövlət başçısı Stalinin oğlu almanlara əsir düşəndə almanlar Stalinin oğluna qarşılıq ruslara əsir düşən alman generalını istəmişdilər. Stalin əsir düşən əsgər oğlunu alman generalına dəyişməmiş və demişdi ki: “Mən generalı əsgərlə dəyişmərəm”! Bunu bizim istər varlı, istər vəzifəli, istər kasıb vətəndaşımız deyə bilərmi? Nə varlı, nədə kasıb azərbaycanlı deyərmi? Deyə bilməz. İnanmıram ki erməni xalqının arasında da bu sözü deyə biləcək bir insan tapılsın.
Biz rusun ərköyün uşağıyıq. Nə etsək də, rus bizi bağışlayır. Ama hərdənbir tənbeh də edir. Türk isə sadəcə və sadəcə olaraq qonşudur. Biz nə vaxt təcavüz altında olmuşuqsa, Türk həmişə kənardan seyr edib. Osmanlı-Səfəvi dövründən isə heç danışmağa dəyməz.
Azərbaycan Rusiya və Türkiyə münasibətlərində tam neytrallığını qorumalıdır. Onlar özləri bilər, öz aralarında nə baş verirsə, bu onları maraqlandırır sadəcə. Türkiyə dövlətinin öz tarixini saxtalaşdıran, Osmanlı imperiyasının üstünə kölgə salan bir serialı ekrandan yığışdırmağa gücü çatmadı. İndi gəlib erməni ilə, rusla bacaracaq? Ay-hay!

AhlulBayt: «В Азербайджане десятки тысяч ваххабитов»

В Азербайджане уже десятки тысяч ваххабитов и их количество достигло опасного уровня. Об этом сегодня сообщает информационное агентство AhlulBayt, базирующееся в Иране и поддерживающее, как не трудно догадаться, шиитскую ветвь ислама.
Свой анализ издание озаглавило так: «Кто поддерживает ваххабитские движения в Азербайджанской Республике».
Отмечается, что в последние годы существования Советского Союза и в первые годы периода независимости Азербайджана, ваххабиты, которые называли себя «салафитами», закрепились в Азербайджане благодаря финансовой помощи Саудовской Аравии, Кувейта, ОАЭ, Египта и некоторых других арабских стран. Между тем, до распада СССР в Азербайджане не было ни одной ваххабитской общины или даже салафитской группы.
Как утверждает AhlulBayt, шииты составляют не менее 85 процентов от общего мусульманского населения страны. Это означает, что Азербайджан после соседнего Ирана является второй страной с самым большим шиитским населением в сравнении с общей численностью граждан страны.
Возвращаясь к «проблеме ваххабитов», иранское издание утверждает, что их поддержкой в Азербайджане особо отличается Саудовская Аравия. «Многие молодые люди (из Азербайджана) получили образование в Международном исламском университете в Медине, а это - главный образовательный центр ваххабитских клерикалов и миссионеров. И большинство из них в настоящее время активно участвует в религиозных миссиях, продвигая (ваххабизм) в Азербайджане».
Далее издание называет «некоторых из ключевых фигур ваххабитского движения в Азербайджане. Это Гамет Сулейманов, Алихан Мусаев, Виссел Уруджев, Зохраб Шейххалилов, Самен Мухаммедов (имена даны в приближенной к оригиналу транскрипции – haqqin.az). Эти люди, как утверждает AhlulBayt, активны в Интернете и социальных сетях, занимаясь распространением ваххабитского учения под названием «салафизм».
«Практически невозможно получить точную информацию и цифры, касающиеся финансового положения ваххабитов, - пишет далее иранский ресурс. Однако количество людей с густыми бородами и в коротких брюках в крупных торговых центрах Азербайджана показывают, что ваххабиты как класс населения, созданного Саудовской Аравией в Азербайджане, имеют значительный финансовый потенциал в стране».
Предполагается, что ваххабиты в Азербайджане занимаются бизнесом по принципу сети. «Любой ваххабит, который получает от арабских шейхов финансы, должен создать новые рабочие места и для родственников. В то время как многие в Азербайджане страдают от безработицы, ваххабиты являются единственным социальным классом в стране, у которого нет проблем с занятостью».
Именно благодаря финансовым возможностям, ваххабиты оказывают влияние на различные части азербайджанского общества. «Есть сообщения о том, что ваххабиты сумели найти подходы даже к государственным чиновникам, членам парламента, и особенно, к медиа-активистам. Несмотря на то, что вышеупомянутые люди не имеют ваххабитских взглядов, они соблюдают интересы ваххабитских центров (речь прежде всего о Саудовской Аравии)».
Что касается мест с наибольшей концентрацией ваххабитов в Азербайджане, то по мнению AhlulBayt, речь идет о севере Азербайджана, Сумгаите и Баку.
Кроме того, есть данные, что до 1000 ваххабитских боевиков из Азербайджана отправились воевать в Сирию и из-за их большого количества они основали сообщество ваххабитов Азербайджана в этой разрушенной войной стране.
Коснувшись угроз для Азербайджана, аналитики AhlulBayt отмечают, что существует серьезная опасность возвращения большого числа азербайджанских бойцов с сирийских полей сражений. И при этом, как считает иранское издание, ваххабиты начали тактическое, и возможно, даже стратегическое сотрудничество с нурсистами. /haqqin.az/

27.04.2016

Azərbaycan gömrüyündə şok hadisə

Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında Bakıda tranzitləşdirilir...
Xaçmaz Gömrük İdarəsindən “Təzadlar”a daxil olan sensasiya doğuracaq bir fakt əməkdaşlarımız tərəfindən araşdırılarkən dəhşətli faktla rastlaşdıq. Bəs bu fakt nədən ibarətdir?
Daxil olan şikayətdən məlum olurdu ki, 20 gündən artıqdır Samur Gömrük-Keçid Məntəqəsində Azərbycana daxil olan Az-99-XA-965 dövlət nömrə nişanlı yük avtomobili Azərbaycan gömrükçüləri tərəfindən saxlanılır... Yükün mənşəyinə dair sənədlərdən bəlli olur ki, sən demə, 200 min dollarlıq mal 10 ton həcmindədir və guya Dubayda istehsal olunmuş qadın ayaqqabılarıdır. Yük Gürcüstanda yüklənib və Rusiyaya tranzitləşdirilib, yəni Rusiyaya göndərilir. 
Lakin yük avtomobili “STK”da gömrük baxışından keçirilərkən məlum olub ki, əslində, 200 min dollarlıq yük olan qadın ayaqqabıları Türkiyə istehsalıdır. Amma Rusiya ilə Türkiyə arasındakı “soyuq müharibə” diqtə edir ki, bu yük Rusiyaya gedə bilməz. Yükün son təyinatı isə Çeçenistanın olduğu göstərilib.
Beləliklə, ya yük Rusiya ərazisinə keçirilməlidir, yaxud sənədləri saxta olduğundan müsadirə edilməlidir, ya da Türkiyəyə qaytarılmalıdır...
“Səfər” adlı işbaz yükün taleyini necə həll edib?
Beləliklə, məsələ 20 gün imiş ki, həlledilməz olaraq qalırmış... Nəhayət, bu gün Səfər adlı (Naxçıvandandır) monopolist problemi həll etməyi boynuna götürür. Mənbə Xaçmazda bu qalmaqallı yükün taleyini araşdıran əməkdaşımıza bildirib ki, “Səfər sağ olsun, Azərbaycan Gömrük Komitəsində rəhbərlik səviyyəsində danışdı, sonra həmin yükün dəyəri 200 min deyil, 96 min dollar həcmində dəyərləndirilərək sənədlərdə belə yazıldı... Sonra Xaçmaz Gömrük İdarəsinin Azər adlı rəisi ilə sənədləşmə qaydasına salındı... Qərara alındı ki, həmin yük təcili olaraq Bakıya aparılaraq bu gün dərhal Bakı Gömrük İdarəsinin yük həyətində gömrük yoxlamasından keçirilərək açılıb sahibinə verilsin...”.
Hazırda həmin yük maşınının Bakıya çatdığı barədə məlumat var.
*** 
Bəs baş verənlərdən Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevin xəbəri varmı? Bu suala cavab tapmaq üçün əməkdaşımız komitənin Mətbuat Xidməti ilə əlaqə saxladı, xidmətin rəhbəri Natiq Axundovla danışıb onu məlumatlandırdı... Qarşı tərəf məsələ ilə bağlı araşdırma aparıb qısa vaxtda redaksiyamıza məlumat veriləcəyini bildirdi... Lakin bu dəqiqələrədək heç bir məlumat, yəni cavab yoxdur. 
Araşdırmamız davam edir və qarışıq suallara cavab tapmağa çalışırıq. Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.
Həmçinin məsələ ilə bağlı ölkənin Baş Prokuroru Zakir Qaralovun adına rəsmi müraciət və sorğu hazırlanır... /tezadlar.az/

26.04.2016

Əmirəl-mö`mininin yetmiş fəziləti

“Məkhul” rəvayət edir ki, bir gün həzrət Əmirəlmö`minin Əli (ə) belə buyurdu: “Peyğəmbərin (s) ən yaxın dostları bilirlər ki, öz aralarında mənim fəzilətlərimə çata biləcək bir kəs yoxdur və mənə yetmiş fəzilət məxsusdur ki, bu məsələdə heç kəs mənə şərik deyil.” Ərz etdim: “Ey Əmirəlmö`minin (ə), məni onlardan agah edin.” Buyurdu: “Həmin fəzilətlər bunlardır:

1. Bir göz qırpımı miqdarında da olsa heç vaxt Allaha şərik qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm. 
2. Heç vaxt şərab içməmişəm. 
3. Allahın Rəsulu (s) körpə ikən məni atamdan alıb özünün həmsüfrəsi, həmdəmi, həmsöhbəti edib. 
4. Mən bütün kişilərdən qabaq İslamı qəbul etdim. 
5. Həzrət Peyğəmbər (s) mənə buyurub: ”Ey Əli! Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundan ibarətdir ki, məndən sonra peyğəmbər gəlməyəcək. 
6. Mən Peyğəmbərdən (s) ayrılan axırıncı kəsəm və onun mübarək bədənini də aramgahına (məzar – red.) mən qoydum. 
7. Həzrət Rəsul (s) hicrət etdiyi gecə öz yatağında məni yatırtdı və əbasını mənim üzərimə atdı. Müşriklər evə hücum edən zaman məni Məhəmməd (s) zənn edib oyatdılar. Mənə dedilər: “Dostun hara gedib? Dedim: “İş dalınca gedib.” Dedilər: “Əgər o qaçsaydı, bu da onunla qaçardı.” 
8. Həzrət Rəsul (s) mənə min bab elm öyrətdi ki, hər bir babdan da min bab açılır. Bunu məndən başqa heç kəsə öyrətməyib. 
9. Həzrət Rəsul (s) mənə deyib : “Ey Əli! Qiyamət günü mənim minbərim bütün peyğəmbərlərin minbərindən yuxarı, sənin minbərinsə bütün vəsilərin minbərindən üstün olacaq.” 
10. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: “Ey Əli! Qiyamət günü mənə əta olunacaq hər bir şeydən sənə də əta edəcəklər.” 
11. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: “Ey Əli! Sən mənim qardaşımsan, mən də sənin. Behiştə daxil olana qədər sənin əlin mənim əlimdə olacaq.” 
12. Allahın Peyğəmbərindən (s) eşitdim ki, belə buyurdu: “Ey Əli! Sənin ümmətimdən ötrü məsəlin Nuhun gəmisi kimidir. Ona minən hər kəs nicat tapar və ondan uzaqlaşan da qərq olar.” 
13. Peyğəmbər (s) əmmaməsini başıma bağladı, düşmənə qalib gəlməyimdən ötrü dua etdi, mən də Allahın izni ilə düşmənə qalib gəldim.
14. Bir dəfə Həzrət Rəsul (s) mənə buyurdu ki, südü qurumuş qoyunun döşünə əl çəkim. Mən ərz etdim: “Ya Rəsuləllah, siz əl çəkiniz.” Buyurdu: “Ey Əli, sənin işin, mənim işimdir.” Mən də əlimi qoyunun döşünə çəkdim. Ondan süd gəlməyə başladı. Ondan həzrət Rəsula (s) içirtdim. Sonra qoca bir arvad gəlib susuzluqdan şikayət etdi. Süddən ona da verdim. Peyğəmbər (s) buyurdu: “Mən Allah-təaladan istədim ki, sənin əlinə bərəkət versin, O da qəbul etdi.”
15. Peyğəmbər (s) mənə vəsiyyət edib buyurdu: “Ey Əli! Səndən başqa mənə heç kəs qüsul verməsin və övrətimi səndən başqa heç kəs örtməsin. Əgər səndən başqa bir kəs mənim övrətimi görsə, hər iki gözü kor olar.” Mən dedim: “Ya Rəsuləllah, bəs sizi necə çevirim?” Buyurdu: “Sənə kömək göstəriləcək.” And olsun Allaha, o Həzrətə (s) qüsul verərkən hansı üzvünü çevirmək istəyirdimsə mənim üçün çevrilirdi. 
16. Mən ona qüsul vermək istəyərkən əynində olan paltarını çıxartmaq istədim. Mənə belə dedilər: “Ey Məhəmmədin vəsisi! Onu çılpaq etmə elə əynindəki köynək qala-qala ona qüsul ver.” And olsun onu (s) peyğəmbərliyə tə`yin edən Allaha, mən onun heç bir övrətinin üzərini açmadan ona qüsul verdim. Allah, bu şərəfi o Həzrətin (s) səhabələri arasında yalnız mənə bəxş etdi.
17. Allah-təala Fatimənin yalnız mənimlə evlənməsinə razı oldu. Məndən qabaq Əbu-Bəkr və Ömər bu barədə Peyğəmbərə (s) müraciət etmiş, lakin rədd cavabı almışdılar. Amma Allah yeddi asimanın fövqündə onu mənə zövcə etdi. Peyğəmbər (s) buyurdu: “Xoş sənin halına, ey Əli! Allah cənnət qadınlarının sərvəri olan Fatiməni sənə zövcə etdi. Fatimə mənim bədənimin bir parçasıdır.” Mən dedim: “Ey Allahın rəsulu! Məgər mən səndən deyiləmmi?” Buyurdu: “Bəli, ya Əli! Sən məndən, mən də səndənəm. Biz səninlə sağ əllə sol əl kimiyik. Mən dünya və axirətdə səninləyəm və sənə ehtiyacım var.”
18. Peyğəmbər (s) mənə buyurdu: “Ey Əli, axirətdə “həmd bayrağı” sənin əlində olacaq və Qiyamət günündə də məxluqatın mənə ən yaxın olanısan. Mən peyğəmbərlərin arasında, sən isə övsiyaların və canişinlərin arasında olacaqsan. Sənin başına nurdan tac qoyulmuş olacaq. Allah məxluqatının əməllərini haqq-hesab edənə qədər yetmiş min mələk sənin yanında olacaq.
19. Peyğəmbər (s) mənə buyurub: ”Tezliklə peyman sındıranlar (nakisin), zülmkarlar (qasitin) və dindən çıxanlarla (mariqin) müharibə edəcəksən. Onlardan səninlə döyüşən hər bir nəfərə görə şiələrindən yüz min nəfərinə şəfaət edəcəksən.” Dedim: “Ey Rəsuləllah, peyman sındıranlar kimlərdir? “ Buyurdu: “Təlhə və Zübeyr. Tezliklə onlar sənə Hicazda bey`ət edib, İraqda isə həmin peymanı sındıracaqlar. Belə etdikləri zaman onlara qarşı vuruş. Çünki sənin onlarla döyüşün yer əhli üçün paklıq və təharətdir.” Dedim: “Zülmkarlar kimlərdir?” Buyurdu: “Müaviyə və yaxınları.” Dedim: “Bəs dindən çıxanlar kimlərdir? “ Buyurdu: “Zus-sədiyyə yoldaşları. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onları öldür. Çünki onların ölümündə yer əhlindən ötrü fərəc və açılış, dindən çıxmışlardan ötrü tə`cili əzab və sənin üçün isə Allah-təala yanında xüsusimükafat var.”
20. Peyğəmbər (s) mənə belə buyurdu: “Sənin ümmətimdən ötrü məsəlin Bəni-İsrailin “Hittə qapısı” kimidir. Sənin vilayətini qəbul edən şəxs Allah-təalanın ona buyurduğu kimi həmin qapıdan daxil olub.”
21. Peyğəmbər (s) belə buyurdu: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Şəhərə onun qapısından başqa bir yerdən daxil olmaq olmaz.” Sonra buyurdu: “Ey Əli! Sən mənimlə bağladığın peymana sadiq qalacaqsan, mənim sünnəmə uyğun döyüşəcəksən, mənim ümmətimsə sənə qarşı çıxacaq.”
22. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Allah-təala Həsən və Hüseyni sənin və Fatimənin nurundan xəlq edib. Bu iki nəfər iki qulaqdan asılmış, hərəkət edən iki sırğaya bənzəyir. Bu iki nəfərin nuru şəhidlərin nurunun yetmiş min qatına bərabərdir. Ey Əli! Allah-təala mənə və`d verib, bu iki nəfərə elə bir kəramət əta edəcək ki, bu cür nuru heç bir peyğəmbərə və rəsuluna əta etməyib.”
23. Peyğəmbər (s) hələ sağlığında öz üzüyünü, zirehini, belbağısını mənə əta etdi. Bütün səhabələrinin yanında, hətta, əmim Abbasın hüzurunda öz qılıncını mənə bağışladı. Allah-təala bütün bunlar vasitəsi ilə məhz məni Peyğəmbər (s) yanında xüsusi imtiyaz sahibi etdi.
24. Allah-təala öz Peyğəmbərinə (s) belə vəhy etdi: Ey mö`minlər! Elə ki, Allahın rəsulu ilə xüsusi söhbət etmək istədiniz, bu söhbətdən qabaq sədəqə verin.
Bu zaman mənim bir dinarım var idi. Onu on dirhəmlə əvəz etdim. Hər dəfə Peyğəmbərlə (s) xüsusi söhbət etmək istəyərkən həmin dirhəmlərin birini sədəqə verirdim. And olsun Allaha, o Həzrətin (s) səhabələrindən heç biri nə məndən əvvəl, nə də məndən sonra bu əməli yerinə yetirdi. Bundan sonra Allah-təala belə vəhy etdi:
Xüsusi söhbət etməzdən qabaq sədəqə verməkdən qorxdunuzmu?! Buna əməl etmədiniz, amma Allah sizi bağışladı.
Məgər, günah etməyən bir kəsdən ötrü bağışlanma varmı?!
25. Allah Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: “Nə qədər ki, mən daxil olmamışam, Behişt bütün peyğəmbərlərə haramdır və nə qədər ki, sən daxil olmamısan bütün vəsi və canişinlərə behiştə getmək haramdır. Ey Əli! Allah mənə sənin barəndə bir bəşarət verib ki, onu məndən öncə heç bir peyğəmbərə verməyib. Həmin bəşarət budur ki, sən bütün övsiyə və canişinlərin sərvəri, Həsən və Hüseyn də bütün behişt cavanlarının sərvəridirlər.”
26. Qardaşım Cə`fər Behiştdə maləklərlə bir yerdə pərvaz edir və Allah onu dürr, yaqut və zəbərcəddən olan iki qanadla zinətləndirib.
27. Əmim Həmzə behişt şəhidlərinin sərvəridir.
28. Peyğəmbər (s) belə buyurdu: “Allah-təala sənin barəndə mənə və`d verib ki, məni peyğəmbər, səni isə mənim vəsim və canişinim etsin. Məndən sonra tezliklə sən mənim ümmətimdən Musanın Fir`ondan gördüklərini görəcəksən. Sən mənimlə görüşənədək bütün bunlara döz və Allahın savabına ümidvar ol. Mən isə, səninlə dostluq edənlə dost, düşmənçilik edənlə düşmənəm.
29. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Ey Əli! Sən Kövsər hovuzunun sahibisən. Səndən başqa onun başqa sahibi yoxdur. Bə`ziləri yanına gəlib səndən su istəyəcək, sən isə onlara belə deyəcəksən: “Yox, heç zərrə qədər də olmaz!” Onlar da üzüqara geri qayıdarlar. Mənim və sənin şiələrin sənə yaxınlaşan zaman isə onlara belə deyəcəksən: “Ləzzətlə və doyunca için.” Onlar içdikcə üzləri ağ və parlaq olar.
30. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Qiyamət günü mənim ümmətim beş dəstədən ibarət olmaqla beş bayraq altında birləşəcəklər. Birinci bayraq altında mənim hüzuruma gələn dəstənin bayraqdarı bu ümmətin fir`onu Müaviyədir. İkinci dəstənin bayraqdarı bu ümmətin “Samiri”si olan Ömər ibn Asdır. Üçüncü dəstənin bayraqdarı bu ümmətin “Casliq”i olan Əbu Musa Əş`əridir. Dördüncü bayraqdar “Əbul-Ə`vər Silmi”dir. Beşinci bayraqdar isə sənsən, ya Əli! Sənin bayraqdar olduğun dəstədə olanların hamısı mö`minlərdir, sən də onların imamı. Həmin vaxt Mütəal-Allah ilk dörd dəstəyə belə buyurur:
Geri dönün və özünüzə nur axtarın. O zaman aralarına qapısının içəri tərəfində rəhmət, bayır tərəfində əzab olan bir sədd çəkilər.
Onlar (içəridə olanlar) mənim şiələrim, mənimlə dostluq edər, Siratdan və rəhmət qapısından qayıdan kəslərlə mənimlə birgə döyüşən kəslərdir. O zaman (səddin bayır tərəfində olanlar) onları çağırıb deyərlər:
Məgər biz sizinlə birlikdə deyildikmi?! Onlara belə cavab verərlər: “Bəli, lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam-xəyallar aldatdı.
Bu gün artıq nə sizdən, nə də kafirlərdən bir fidyə qəbul olunar. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis yerdir!”
Sonra ümmətim və şiələrim daxil olar və su içərlər. Mənim əlimdə bir ağac olar ki, onunla düşmənlərimi yad dəvələri qovan kimi qovaram.”
31. Həzrət Peyğəmbərin (s) belə dediyini eşitdim: “Məsihilərin İsa barədə hədlərini aşdıqları kimi ümmətimin də sənin barəndə ifrata vardıqlarından qorxmasaydım sənin barəndə elə sözlər deyərdim ki, qoy bütün cəmiyyətlər sən keçərkən ayağının altının torpağından şəfa məqsədilə istifadə etsinlər.”
32. Peyğəmbər (s) belə buyurdu: “Mütəal Allah düşmənin qəlbinə qorxu və vahimə salmağa mənə kömək etdi. Onun dərgahından səni də bu cür etməsini və mənə əta buyurduğu hər şeydən sənə də əta etməsini istədim.”
33. Peyğəmbər (s) mənə keçmişdə olanların və Qiyamətə qədər olacaqların hamısını öyrətdi.
34. Məsihilər Peyğəmbərlə (s) mübahisə edərkən Allah-təala bu ayəni nazil etdi: 
Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de “gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağırın, sonra dua edib yalançılara Allahın lə`nət etməsini diləyək!
Bu ayədəki “özümüz” mən və Rəsul idi, “qadınlarımız” Fatimə, “övladlarımız” isə Həsən və Hüseyn idi. Məsihilər bunu görüb mübahilə etməkdən imtina etdilər və Peyğəmbərdən (s) üzr istədilər. And olsun Musaya (ə) Tövratı və Məhəmmədə (s) Furqanı nazil edənə, əgər onlar bizimlə mübahilə etsəydilər, donuz və meymun şəklinə düşərdilər.
35. Həzrət Rəsul (s) belə buyurdu: “Vay olsun səni qətlə yetirənə, ya Əli! O, dünyanın ən bədbəxt adamıdır! O, bədbəxtlərin bədbəxtidir! Allahın ərşi sən qətlə yetirilərkən lərzəyə gələr, ya Əli! Xoş sənin halına ki, siddiqlər, şəhidlər və salehlər zümrəsindənsən.”
36. “Bədr” döyüşü günündə Allahın Rəsulu (s) mənə belə buyurdu: “Ey Əli, get mənim üçün qalaqlanmış xırda daş parçalarından bir ovuc gətir.” Mən gedib bir yerə yığılmış xırda daş parçalarından götürdüm. İyləyib gördüm ki, onlardan müşk iyi gəlir. Onları Həzrət Rəsula (s) verdim. O (s) həmin daş qırıntılarını müşriklərə tərəf atdı. O daşların dördü “Firdovs” cənnətindən, biri şərqdən, biri qərbdən, biri də ərşin dibindən idi. Hər bir daş parçasına görə min mələk bizim köməyimizə gəldi. Mütəal Allah nə bundan öncə, nə də bundan sonra belə bir fəziləti heç kəsə ikram etməmişdir.”
37. Həzrət Rəsul (s) öz səhabələri arasında Qur`anda mövcud olan “Nasix və Mənsux”, “möhkəm və mütəşabih” və “xüsusi və ümumi” kimi ayələrin elmini yalnız mənə öyrətdi. O həzrət (s) mənə belə buyurdu: “Ey Əli! Allah-təala mənə tapşırıb ki, səni özümə yaxın edim, uzaqlaşdırmayım, sənə öyrədim və səndən əsirgəməyim. Layiqdir ki, mən öz Pərvərdigarımın əmrinə itaət edim və layiqdir ki, sən də eşidəsən və yadda saxlayasan.”
38. Həzrət Rəsul (s) məni iş dalınca göndərdi və məndən ötrü dua etdi. Daha sonra məni özündən sonra baş verəcək bütün hadisələrdən agah etdi. Həzrətin (s) səhabələrindən biri bunu görüb paxıllıq üzündən belə dedi: “Əgər Məhəmməd öz əmisi oğlunu peyğəmbər etmək qüdrətində olsaydı, mütləq bunu edərdi!” Allah-təala öz Peyğəmbərinin (s) dili ilə məni həmin səhabənin bu sözündən agah etməklə şərəfləndirdi.
39. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: “Məni sevdiyini iddia edib Əliyə düşmən olan hər kəs yalançıdır. Mənə bəslənən məhəbbətlə yanaşı Əliyə də bəslənən məhəbbət yalnız mö`minlərin qəlbində yer tutar. Ey Əli, Mütəal Allah məni və səni sevənləri Behiştə daxil olacaq dəstələrin ən öndə gedəni qərar verib. Eyni zamanda mənə də, sənə də düşmən olanları bu ümmətdən Cəhənnəm atəşinə daxil olacaq dəstənin ən birincisi qərar verib.
40. Həzrət Peyğəmbər (s) döyüşlərin birində məni su gətirməkdən ötrü bir quyuya tərəf göndərdi. Lakin orada su olmadığından əliboş geri qayıdıb bu barədə Həzrətə (s) xəbər verdim. Həzrət (s) buyurdu: “Ey Əli, quyudan mənə bir az torpaq gətir.” Mən gedib oradan bir ovuc torpaq gətirdim. Həzrət (s) həmin torpağa nəsə dedi və məndən o torpağı aparıb yenidən quyuya tökməyimi istədi. Mən torpağı quyuya tökdüm. Birdən quyudan su qaynamağa başladı və quyu çox qısa bir müddətdə su ilə doldu. Qayıdıb məsələni Həzrətə (s) bildirdim. O buyurdu: “Müvəffəq oldun, ya Əli! Məhz sənin bərəkətinə quyudan su qaynadı.” Bu şərəf Peyğəmbərin (s) səhabələri arasında yalnız mənə aid idi.
41. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: «Xoş sənin halına, ya Əli! Cəbrail mənim yanıma gəlib dedi: “Ey Məhəmməd! Mütəal Allah sənin səhabələrinə nəzər salıb əmin oğlu, kürəkənin Əlini (ə) sənin ən yaxşı dostun və köməkçin olduğunu gördü. Onu sənin vəsin və Allah tərəfindən olan hüccət qərar verdi.”»
42. Həzrət Rəsulun (s) belə dediyini eşitdim: “Xoş sənin halına, ey Əli! Sənin behiştdəki sarayın mənim sarayımla üzbəüzdür. Sən behişt əhli arasında mənə (camaatdan və peyğəmbərlərdən) ən yaxını, İlliyyinin (Beşitin ən üstün yeri – red.) ən uca yenində də mənimlə yanaşısan.” Dedim: “Ya Rəsuləllah, İlliyyinin ən uca yeri nədir?” Buyurdu: “Ağ və parlaq gövhərdən ibarət olan, yetmiş  qapıcığı olan günbəz. Ey Əli! Sən və mən hər ikimiz həmin günbəzin altında olacağıq.”
43. Peyğəmbər (s) buyurdu: “Mütəal Allah mənim məhəbbətimi mö`minlərin qəlbində yerləşdirdi. Eləcə də, ya Əli, Allah sənin də məhəbbətini mö`minlərin qəlbində yerləşdirdi. Mənə və sənə olan kini münafiqlərin qəlbində yerləşdirdi. Sənə təqvalı mö`mindən başqa məhəbbət, kafir münafiqdən başqa nifrət bəsləyən olmaz.”
44. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: “Ya Əli, sənə ərəblərdən yalnız atası mə`lum olmayanlar, əcəmdən yalnız alçaq və bədbəxtlər, qadınlardan yalnız rəzil və acıdillilər düşmən olar.”
45. Bir gün mənim gözlərim ağrayırdı. Həzrət Rəsul (s) məni çağırtdırdı. Ağzının suyundan mənim gözlərimə sürtüb belə dua etdi: “İlahi, onun qızdırmasını soyuqluq, soyuqluğunu da hərarətlə əvəz et.” And olsun Allaha! Ondan sonra indiyə qədər bir dəfə də olsun göz ağrısına tutulmamışam.
46. Həzrət Rəsul (s) bütün səhabələrinə və əlillərinə evlərinin məscidə açılan qapılarını bağlatdırdı. Yalnız mənim evimin qapısını Allahın göstərişinə əsasən açıq qalmasını buyurdu. Bu fəzilət yalnız mənə nəsib oldu.
47. Həzrət Rəsul (s) mənə vəsiyyət edib onun borclarını və üzərinə götürdüyü bə`zi öhdəlikləri yerinə yetirməyi mənə tapşırdı. Mən dedim: “Ya Rəsuləllah, axı mənim heç bir şeyim yoxdur?!” Həzrət (s) buyurdu: “Allah bu işdə sənə kömək edəcək.” Doğrudan da, Allah-təala Həzrətin (s) bütün və`dlərini və borclu olduğu səksən mini (dinar, yaxud dirhəmi) çox asanlıqla verməyə mənə kömək göstərdi.
48. Bir gün Allahın Rəsulu bizə gəldi. Biz artıq üç gün idi ki, heç bir şey yemirdik. Həzrət (s) buyurdu:
–Ya Əli, yeməyə bir şeyin var?
–And olsun sənə risalət verənə ki, üç gündür nə mən, nə Fatimə, nə də iki övladımız bir şey yeyirik.
–Ey Fatimə, evin içinə get gör bir şey tapırsan?
Fatimə (ə) ona dedi:
–Elə indicə evdən gəlirəm. Heç bir şey yoxdur.
Mən dedim:
–Ya Rəsuləllah, istəyirsinizsə mən gedim.
Həzrət (s) buyurdu: 
–Allahın adı ilə get.
Mən içəri getdim. Birdən bir tabağın içində təzə xurma və bir yekə kasa xörək gördüm. Onu həzrət Rəsulun (s) qarşısına gətirdim. Həzrət (s) buyurdu: 
–Ey Əli, bu yeməyi gətirən bir kəsi gördünmü?
Dedim:
–Bəli.
Buyurdu:
–Necə idi?
Dedim:
–Qırmızı, yaşıl və sarı idi.
Buyurdu: 
–Bunlar Cəbrailin dürr və yaqutla bəzənmiş qanadlarında olan xətlərin rəngidir.
Biz hamımız xörəkdən doyunca yedik. Lakin, ondan azacıq da olsa azalmadı. Mütəal Allah bununla bizə o həzrətin (s) səhabələri arasında kəramət və şərəf nəsib etdi.
49. Mütəal Allah Öz Peyğəmbərinə (s) peyğəmbərlik  bəxş etməklə ona kəramət əta etdi. Peyğəmbər (s) də özünün vəsi və canişini etməklə mənə kəramət bəxş etdi. Deməli, məni sevib mənimlə dost olan kəs Qiyamət günü peyğəmbərlərlə məhşur olacaq.
50. Həzrət Rəsul (s) “Bəraət” ayəsini (Məkkə müşriklərinə çatacaq xəbər) Əbubəkrin vasitəsi ilə göndərmişdi. Əbubəkr gedən kimi Cəbrail nazil olub dedi: “Ey Məhəmməd, bu işi yalnız ya sən özün, ya da özündən olan bir nəfər yerinə yetirməlidir.” O həzrət də (s) məni öz dəvəsinə mindirib Əbubəkrin dalınca göndərdi. Mən “Zülhüleyfə” adlanan yerdə Əbubəkrə çatdım. “Bəraət” ayələrini ondan aldım. Allah mənə bu fəziləti də əta etmişdir.
51. Peyğəmbər (s) məni Qədir günü bütün insanlardan ötrü imam tə`yin edərək buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
52. Bir gün Peyğəmbər (s) mənə belə buyurdu: “Ey Əli, istəyirsənmi Cəbrailin mənə öyrətdiyi sözləri sənə də öyrədim?” Dedim: “Bəli.”
Buyurdu:
Ey heç bir şeyi olmayanlara ruzi bəxş edən, ey yoxsullara rəhm edən, ey eşidənlərin ən yaxşısı, ey görənlərin ən yaxşısı, ey mehribanların mehribanı, mənə rəhm et və mənə ruzi əta et
53. Bizdən olan Qaim (ə) zühur etməyincə Allah-təala dünyanı sona çatdırmaz. Qaim (ə) zühur edib bizim düşmənlərimizi qətlə yetirər, bütləri və səlibləri sındırar, döyüş sona yetər, camaat arasında bərabər bölgü aparar, onlarla ədalət əsasında rəftar edər.
54. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Ey Əli, tezliklə Bəni-Üməyyə nəsli sənə lə`nət göndərəcək və mələklər onların hər bir lə`nətinə görə özlərinə min lə`nət göndərər. Qaim (ə) zühur edən zaman isə onlara qırx il lə`nət göndərər.”
55. Allahın Rəsulu (s) mənə buyurdu: “Tezliklə mənim ümmətin sənin barəndə fitnəyə düşər və deyərlər: “Allahın Rəsulu (s) özündən sonra heç bir mal qoyub getməyib. Bəs onda Əliyə (ə) nə barədə vəsiyyət edib?” Məgər, Allahın nazil etdiyi kitab onun özündən sonra hər şeydən üstün deyilmi? And olsun məni haqq olaraq göndərənə ki, əgər, ya Əli, bu kitabı sən səhih və doğru-düzgün şəkildə cəm etməsən, səndən başqa heç kəs bu işi yerinə yetirə bilməz.”
56. Allah mənə elə bir xüsusiyyət əta etmişdir ki, bunu yalnız Öz övliyalarına və müti bəndələrinə əta edir. Məni Məhəmmədin (s) varisi qərar verdi. (Əlini Mədinəyə tərəf uzadıb işarə edib buyurur:) Hər kəsin xoşu gəlir gəlsin, hər kəsin də xoşu gəlmir gəlməsin.
57. Döyüşlərin birində Həzrət Peyğəmbər (s) susuz qalmışdı. Mənə dedi: “Ey Əli! O qayanın yanına get və ona de ki, məni Allahın rəsulu göndərib, mənim üçün su axıt.” And olsun onu peyğəmbər olaraq göndərən Allaha! Elə ki Peyğəmbərin (s) sözünü daşa çatdırdım, daş üzərində inək döşünə bənzər çıxıntılar əmələ gəldi və onlardan su axmağa başladı. Bunu görüb tez Peyğəmbərin (s) yanına gəlib onu məsələdən agah etdim. Həzrət (s) buyurdu: “Ey Əli, get o sudan gətir.” Hamı gəlib qabını su ilə doldurdu. Heyvanlarını suladılar, özləri də doyunca içdilər və dəstəmaz aldılar. Mütəal Allah bu işi mənim vasitəmlə həyata keçirdi.
58. Döyüşlərin birində həzrət Rəsul (s) susuz qalmışdı. Məndən bir qab gətirməyimi istədi. Mən qabı gətirəndən sonra Həzrət (s) sağ əlini və mənim əlimi qabın içinə saldı və dedi: “Qayna!” Bu zaman barmaqlarımızın arasından su axmağa başladı və qab doldu.
59. Həzrət Rəsul (s) məni “Xeybər” qalasına tərəf göndərdi. Ora çatanda qalanın divarlarının bağlı olduğunu gördüm. Onu şiddətlə tərpədib yerindən qopardım və qırx addımlıq məsafəyə tulladım. Qalaya daxil oldum. Mərhəb (yəhudi pəhləvanı – red.) mənimlə döyüşmək üçün üzərimə cümdu. Mən ona həmlə edib yeri onun qanı ilə suvardım. Məndən öncə Peyğəmbər (s) özünün iki səhabəsini (Əbubəkr və Öməri) Xeybərin fəthindən ötrü göndərmişdi. Lakin o iki nəfər başaşağı və utana- utana bir halda qayıtmışdı.
60. Mən min nəfər döyüşçüyə bərabər olan Əmr ibn Əbdəvədi öldürmüşəm.
61. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: “Sənin ümmətim arasındakı məsəlin “Qul huvəllahu əhəd” kimidir. Səni səmimi qəlblə sevən kəs Qur`anın üçdə birini oxuyan şəxs kimidir. Hər kəs səni səmimi qəlbdən sevərək dili ilə də sənə kömək yetirərsə, Qur`anın ikidə birini oxumuş şəxs kimidir. Hər kəs də səni səmimi qəlbdən sevib dili və əli ilə sənə kömək etsə, bütün Qur`anı oxumuş şəxs kimidir.
62. Mən baş verən bütün mühüm hadisələr və döyüşlər zamanı həzrət Peyğəmbərlə (s) bir yerdə olmuşam.
63. Mən heç vaxt döyüşdən qaçmamışam, döyüşdə heç vaxt məğlub olmamışam və mənimlə döyüşə girən hər kəsi qanına qəltan etmişəm.
64. Həzrət Peyğəmbərə (s) Behiştin qızardılmış toyuğu gətiriləndə mən Allahdan istədim ki, Həzrətin (s) yanında ən sevimli məxluqlarına da həmin təamdan yeməyi nəsib etsin. Həmin toyuqdan yemək mənə nəsib oldu.
65. Bir gün məsciddə namaz qılırdım. Bir fəqir gəlib ona bir şey verməyimi istədi. Mən rüku halında idim. Barmağımda olan üzüyü ona uzatdım. Mütəal-Allah da mənim barəmdə bu ayəni nazil etdi:
Həqiqətən, sizin vəliniz Allah, Onun Rəsulu və namaz qılıb rüku halında zəkat verən mö`minlərdir.
66. Allah-təala Məhəmməd (s) ümmətindən yalnız məndən ötrü günəş batdıqdan sonra onu təkrarən geriyə qaytarıb.
67. Peyğəmbər (s) göstəriş vermişdir ki, mən həm sağlığımda, həm də dünyadan göçəndən sonra “əmirəlmö`minin” ləqəbi ilə çağrılım. Bu xüsusiyyət məndən başqa heç kəsə aid edilməmişdir.
68. Peyğəmbər (s) buyurub: ” Ey Əli, Qiyamət günü ilahi ərşin altından bir səs yayılar ki, “Peyğəmbərlərin sərvəri haradadır?” O zaman mən ayağa qalxaram. Bu zaman yenidən səs gələr: “Canişin və övsiyaların sərvəri haradadır? “ Bu dəfə sən ayağa qalxarsan. Behiştin və Behişt xəzinələrinin nəzarətçisi olan Rizvan adlı mələk Behitşin açarlarını, Cəhənnəmin nəzarətçisi olan Malik adlı mələk də Cəhənnəmin açarlarını mənim yanıma gətirər və deyərlər: “Allah-təala bizə göstəriş verib ki, bu açarları sənə təhvil verək və onu da çatdıraq ki, bu açarları Əliyə (ə) verəsən. Sən isə, ey Əli, Cənnət və Cəhənnəm əhlini tə`yin edəcəksən.”
69. Həzrət Rəsul (s) mənə belə buyurdu: “Əgər sən olmasaydın mö`minlər münafiqlərdən seçilməzdi.”
70. Peyğəmbər (s) oturdu. Məni, Fatiməni (ə) Həsəni (ə) və Hüseyni (ə) çağırıb yanında əyləşdirdi. Sonra öz əbasını beşimizin də üzərinə saldı. Allah-təala bu ayəni nazil etdi:
Həqiqətən, Allah iradə edir ki, siz əhli-beytdən bütün çirkinlikləri uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.
Cəbrail (ə) Peyğəmbərə (s) dedi: Onda Rəsuləllah buyurdu: “Ey Məhəmməd, mən də sizdənəm” Bizim altıncımız da Cəbraildir.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

24.04.2016

İran, Xəzər Dənizi ilə Okeanı birləşdirir!

Bu layihə uzun illərdir İranın gündəmində idi, lakin Avropa və Amerika hər zaman buna qarşı çıxırdı. Çünki İranın yeni bir gəlir qaynağı əldə etməsini istəmirdilər. Rusiya isə bu layihəni hər zaman dəstəkləyən ölkələrdən biri olmuşdur. İran bu layihəyə 8 milyard pul ayıracaq. Nəzərinizə çattırım ki, Azərbaycanda bacarıqsız hökümət bir tək mənasız Avropa Olimpiyadasına 8 milyard pul xərclədi halbuki, həmin o pulla böyük işlər görmək olardı. İran isə 8 milyard xərcləyəcək, amma gələcəkdə 8 milyarddan qat-qat daha çox pul qazanmış olacaq. 
İran bu layihə ilə yeni bir gəlir qaynağı əldə etmiş olacaq. 
Belə ki, Xəzər dənizinə sərhədi olan ölkələr Fars körfəzinə və Okeana çıxa bilmələri üçün İran ərazisindən keçəcəklər və nəticədə bu da İranın gəlirlərini artıracaq. 
Lakin İran dövləti burada sırf öz maraqlarını düşünmür. Bu layihə baş verərsə, burada təkcə İran yox, həmçinin Azərbaycan, Rusiya,Türkmənistan, Qazaxıstan, bir sözlə Xəzərə girişi olan bütün ölkələr bu layihədən qazanclı çıxmış olacaqlar.
Bu layihədən sonra Azərbaycan gəmiləri Fars körfəzindən keçərək Okeana rahat şəkildə çıxa bilərlər. 
Həmçinin bu layihədən sonra Xəzərin çirkli suyu da təmizlənmiş olacaq. Türkiyə, Səudiyyə Ərəbistanı bu layihəyə qarşı çıxan ölkələrdəndir. Çünki hər iki ölkənin rəhbərləri Amerika yönlü olduqlarına görə ağaları nə desə, onu da edirlər.
Lakin artıq layihə hazırdır. Böyük ehtimalla yaxın zamanlarda təməl atma mərasimi olacaq. 
Xeyirli, Ugurlu Olsun!

https://www.facebook.com/TatNation1/photos/a.1452023448411609.1073741827.1452016605078960/1710735085873776/?type=3&theater

Kamışlı’da PYD'ye bağlı güçler, 60 Suriye askerini esir aldı

Suriye’nin kuzeyindeki Rojava bölgesine bağlı Kamışlı kentinde, PYD’ye bağlı Rojava güvenlik güçleri ile Suriye ordusu arasında yaşanan çatışmalar bugün de devam etti. Rojava güvenlik güçleri Suriye ordusundan 60 kişiyi esir alırken, çıkan çatışmalarda Rojava güvenlik güçleri üyesi 3 kişi öldü, 4 kişi yaralandı.
Haseke iline bağlı Kamışlı kentinde dün öğle saatlerinde PYD’ye bağlı Rojava güvenlik güçleri ile Suriye ordusu ve orduya yakın ulusal savunma kuvvetleri (NDF) arasında yaşanan çatışmalar bugün de devam etti. Çatışmaların sona ermesi için bazı Arap aşiretleri ve kentin önde gelenleri devreye girerken, girişimler sonuçsuz kaldı. Ateşkes girişimlerinin başarısızlıkla sonuçlanmasıyla çatışmalar öğlen saatlerinde yeniden başladı.
Asayiş üyeleri ile Suriye ordusu arasında çatışmalar cezaevi çevresi ve Haretey mahallesinde yoğunlaşırken, Rojava güvenlik üyeleri cezaevini kuşatarak orduya bağlı 60 kişiyi esir aldı. Ağır silahların kullanıldığı çatışmalarda Rojava güçlerinden 3 kişi, ordudan ise 9 kişi  ölürken, bazı sivillerin de çatışma ortasında kaldığı öğrenildi.
Çatışmaların yoğunlaşması üzerine ordu Haseke ve Deyr ez-Zor kentinden takviye ekipler gönderirken, asayiş güçleri ise Derik ve çevre kentlerden takviye ekipler gönderdi. /tr.sputniknews.com/

23.04.2016

БАСТРЫКИН ПРИЗВАЛ ПУТИНА ПЕРЕСМОТРЕТЬ ПРИНЦИПЫ ГОСПОЛИТИКИ РОССИИ И ОТКАЗАТЬСЯ ОТ ЛИБЕРАЛИЗМА

Председатель Следственного комитета РФ Александр Бастрыкин призвал пересмотреть принципы государственной политики России. Один из ключевых силовиков предлагает отказаться от «игры в лжедемократию, следуя псевдолиберальным ценностям». Масштабные изменения в законодательстве должны превратить страну в нелиберальную демократию. Апрельские тезисы Бастрыкина были озвучены в статье, специально написанной для еженедельника «Коммерсант-Власть».
Схожие предложения неоднократно высказывались различными силовиками и представителями патриотически настроенной части российской элиты, однако глава Следственного комитета наиболее активен на этом направлении в публичной сфере. В частности, именно он выступал главным проводником идет отказа от преимущества международного права над национальным. /my-disain.ru/

Petisiya ələsalması

Fidan Fəradi

Görəsən bu petisiya səsverməsi üçün hər müəssisədə incidirlər insanları? Görəsən hər yerdə məcburi say qoyurlar kompüterdən başı çıxan işçilərin boynuna? Mən axı özümə cavabdehəm. Və özüm də səs vermişəm. Başqasını necə məcbur edə bilərəm? Hər kəs özü öz istəyi ilə səs verməlidir. Digər tərəfdən, hər kəsin öz iş yeri var. Mən onları necə məcbur edim ki mənim iş yerimin adından səs vesin? 
Hər evin wifi-da cəmi bir səs verilə bilər, yalnız smartfon telefonlardan səs verilə bilər. Mən indi qapı qapı düşüb səs verməliyəm? Adama deyərlərki, "get işinlə məşqul ol, sənə nə, biz səs veririk ya səs vermirik". İşdə, məktəbdə məgər hamı smartfon telefon işlədir məgər? 
1+6=7 səs yığmışam, biri öz səsim, digər 6 nəfər də yuxarı sinif şagirdlərim. Bundan başqa əlimdən heç nə gəlmir. Əslində mənim özümü belə məcbur etməyə haqları yoxdu heç kimin. Azad demoktarik ölkəyik axı biz, ölkə prezidentinin dediyi kimi.
Digər tərəfdən də, keçən il Xocalıya səs verək petisiyası da vardı. Nə oldu nəticəsi? Xocalı soyqırımı Amerika parlamentində müzakirəyə çıxarıldı?.. Yox. Çıxarılmadı...
İndi guya Amerikada baxacaqlar Qarabağ məsələsinə? HEÇ VAXT! 
Amerika rusu görəndə dalına təpik vurulmuş küçük kimi zingildəyə-zingildəyə qaçır. Amerikada o cəsarət yoxdu ki bura, rusun ərazisinə burnunu soxsun. Ara yerdə bizi ələ salırlar petisiya məsələsi ilə.

ABŞ Suriyada kürdlərdən 120 hektar torpaq aldı

Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərinin 120 hektardan çox ərazisi ABŞ-ın “Demokratik ittifaq” hərbi partiyasına ikinci aviasiya bazasının tikilməsi üçün satılıb.
Yerli mənbələr bildirirlər ki, ABŞ torpağı real dəyərindən 3 dəfə aşağı qiymətə alıb.
Amerikalı hərbçilər hərbi bazanı Kobaninin cənub hissəsindəki Sehbet kəndində tikəcəklər. Hərbi baza üçün daha bir ərazi Sehbetdən 20 kilometr aralıdakı Harab İşk kəndində alınıb.
Bu, Suriyanın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə tikiləcək sayca üçüncü ABŞ bazası olacaq. Yeni hərbi baza Türkiyə sərhədindən cəmisi 21 kilometr aralıqda yerləşəcək. /modern.az/

Türk iş adamının pritona çevirdiyi otellər – «Deluxe» və «Shah Palace»-da nə baş verir?

Bakıda türk iş adamı Ali Altınterimin icarəyə işlətdiyi «Deluxe» otelini pritona çevirməsi barədə xəbər vermişdik. Yayılan məlumatlara görə, şəhərin Nərimanov rayonu, Həsən Əliyev 119 ünvanında yerləşən otelin əxlaqsızlıq yuvası kimi istifadə olunduğu bildirilir. «İş adamı daha çox müştəri cəlb etmək məqsədi ilə bütün otelçilik qaydalarını ayaq altına alıb. Otelə təşrif buyuran müştərilərdən və onlarla gələn xanımlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmir.
Bundan başqa türkiyəli iş adamı vergidən yayınmaq üçün bütün biznes planlarını azərbaycanlı bir xanımın adı ilə həyata keçirir. Paytaxtın mərkəzi hissəsində yerləşən 36 otaqdan ibarət bu lüks otel sabiq təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirova məxsusdur. Otel türkiyəli iş adamına aylıq 25 min manat qarşılığında kirayə verilib. Allahverdi Dəmirov paytaxtda saysız-hesabsız mülklərə sahibdir. Təkcə “Texnikabank” ASC-nin 4,9 faiz səhmləri sabiq nazirin xalası oğluna məxsusdur. Allahverdi Dəmirov əvvəllər Misir Mərdanovun dəstəyi ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəhbəri olub.
Həmin vaxtlarda o, nazirliyin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb. Onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı. Onu da qeyd edək ki, Ali Altınterim bundan əvvəl “Ramada Plaza Gəncə”, “Ambassador Hotel Baku”, “The Crown Hotel”, “Ramada Baku”, “Shah Palace”, “Sirvan Hotel”, “Sakit gol”, “Sheki Palace” kimi otellərdə çalışıb». Gundelik-baku.com olaraq bu məlumatın izinə düşdük və qısa araşdırma apardıq.
Araşdırmalar nəticəsində öyrəndik ki, türk iş adamının icarə əsasında işlətdiyi «Deluxe» oteli paytaxtın elit təbəqəsinin istirahəti üçün nəzərdə tutulub: «Otelin fəaliyyətini kənardan müşahidə edəndə məlum olur ki, bura gün ərzində imkanlı şəxslər gəlir. Özü də həmin şəxslər tək yox, gənc xanımlarla bura təşrif buyururlar. Şəhərin ən bahalı yerlərindən birində yerləşən bu oteldə müştərilər özləri ilə gətirdikləri gənc xanımlarla əyləncə dolu anlar keçirirlər. Bu səbəbdən «Deluxe» artıq otel formatından çıxıb və daha çox əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir». Araşdırmalar nəticəsində onu da öyrəndik ki, sözügedən oteldə qiymətlər elə də ucuz deyil. Məsələn, müştəri burada 3 saat, yaxud daha çox qalmaq istəyirsə, o zaman 150 manat ödəməlidir. Əgər otaq səhərə kimi sifariş edilirsə, onda qiymət 300-400 manat arasında dəyişir. Deyilənə görə, oteldən heç vaxt müştəri əskik olmur.
Başqa bir məlumatda isə bildirilir ki, türk iş adamı Ali Altınterimin bundan əvvəl işlətdiyi, İçərişəhərdə yerləşən «Shah Palace» oteli də priton kimi fəaliyyət göstərir: «Türk iş adamı hansı obyekti icarəyə götürürsə, oranı dərhal gənc bəy və xanımların ixtiyarına verir. Elə buna görədir ki, həm «Deluxe», həm də «Shah Palace» otelləri paytaxtın ən məşhur əxlaqsızlıq yuvasına çevriliblər». Ən dəhşətlisi isə odur ki, türk iş adamı MTN-nin həbs olunmuş generalı Akif Çovdarovla yaxın münasibətlərə malik olub. Deyilənə görə, generalın şantaj mənbəyinə çevrilən otellərin arasında «Deluxe» və «Shah Palace» otellərinin də adı var. Bu faktla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. /serhed.info/

22.04.2016

İsraillə əməkdaşlıq bizimçün fəxr deyil, üz qarasıdı!


İsrail səfirliyinin ştatnı FB təbliğatçıları fəaliyyətdədir. Özlərini Azərbaycanlılara sevdirmək üçün dəridən-qabıqdan çıxırlar.

1) Mütləq deyildi İsrailin şirkətinə mobil operatorluğunu versinlər, Azercell də Netaşa verildi, amma Netaş da adı türk, özü yəhudilərin şirkətidir. Bakcell-in direktoru Macarıstandan qovulmuş Mossadın polkovnikidi, orda da mobil operatorun direktoru idi.
2) Nefti mütləq deyildi İsrailə sataq, müsəlman dünyasının sifətinə tüpürmüş olduq. Beləliklə biz müsəlman qardaşları üçün düşmənlərinin dostuna çevrilmişik, hətta nökərinə!
3) "İsrail dünyada yaxın əməkdaşlıq apardığı yeganə müsəlman ölkəsi Azərbaycandı"- bu fəxr deyil bizim üçün, bu üzümüzün qarasıdı.
4) BMT-nin qətnamələri əmr deyil, məsləhət xarakterli sənəddir. Sədrindən asılı deyil onun qəbul edilməsi, hətta RF də olsaydı, qətnamə qəbul olunacaqdı. Bu cümlə çox avam adamlarçün yazılıb. Əlbəttə, müəllif azəribaycanlıları lap avam və savadsız hesab edir.
5) İsrailin o vaxt bizə satdığı silahlar standartlara uyğun gəlməyən silahlardı, indi də anbarlarda yatıb qalıb. Bu da büdcədən pulların silinməsi üçün bir maxinasiya idi. Muharibədə belə silahlar cox istifadə olunmur. Məsələn, Spayk PTK-nın 300 min dollar qiyməti var. Bir snaryadın qiyməti 30 min dollardır.
6) Nəinki İsrail, Qarabağın müstəqilliyini hətta Ermənistanın özü də tanımır, heç bir dövlət də tanımır. Bu da (5) axmaqlara yönəlmiş cümlədir.
7) Prezident yəhudilərə verdiyi pulların yarısını da versəydi, yəhudi lobbisi (əslində ABŞ-ı idarə edənlər onlardır) ştatların çoxunda Azərbaycanı reklam edəcəkdi. Yəhudi lobbisi onun qara gözlərinə aşıq deyil, Azərbaycan xalqının malına, neftinə aşiqdi ki, onu ora-bura lazımsız yerlərə ancaq avtoritar-unitar prezident xərcləyə bilir.
8) Yüzlərlə, minlərlə müsəlman şəhidlərimizi demir bu yəhudi maygülü, bir Alberti isə tez-tez deyirlər. Yəhudi investorlar investor deyil, onlar Azərbaycanın sahibləridir, prezident də öz yaxınları ilə onların tərəfindən təyin edilmiş menecerdir sadəcə. Özbaşına olsaydı, çoxdan Rusiyanın qoltuğu altına girib, rus muzdluları ilə Qarabağı almışdı. Pul da çatardı. Amma pul onun deyil, İsrailindir. Nökər hara, müstəqillik hara?

https://www.facebook.com/ali.mamadov.7?fref=photo


İsraillə əməkdaşlıq bizimçün fəxr deyil, üz qarasıdı

İsrail səfirliyinin ştatnı FB təbliğatçıları fəaliyyətdədir. Özlərini Azərbaycanlılara sevdirmək üçün dəridən-qabıqdan çıxırlar.

1) Mütləq deyildi İsrailin şirkətinə mobil operatorluğunu versinlər, Azercell də Netaşa verildi, amma Netaş da adı türk, özü yəhudilərin şirkətidir. Bakcell-in direktoru Macarıstandan qovulmuş Mossadın polkovnikidi, orda da mobil operatorun direktoru idi.
2) Nefti mütləq deyildi İsrailə sataq, müsəlman dünyasının sifətinə tüpürmüş olduq. Beləliklə biz müsəlman qardaşları üçün düşmənlərinin dostuna çevrilmişik, hətta nökərinə!
3) "İsrail dünyada yaxın əməkdaşlıq apardığı yeganə müsəlman ölkəsi Azərbaycandı"- bu fəxr deyil bizim üçün, bu üzümüzün qarasıdı.
4) BMT-nin qətnamələri əmr deyil, məsləhət xarakterli sənəddir. Sədrindən asılı deyil onun qəbul edilməsi, hətta RF də olsaydı, qətnamə qəbul olunacaqdı. Bu cümlə çox avam adamlarçün yazılıb. Əlbəttə, müəllif azəribaycanlıları lap avam və savadsız hesab edir.
5) İsrailin o vaxt bizə satdığı silahlar standartlara uyğun gəlməyən silahlardı, indi də anbarlarda yatıb qalıb. Bu da büdcədən pulların silinməsi üçün bir maxinasiya idi. Muharibədə belə silahlar cox istifadə olunmur. Məsələn, Spayk PTK-nın 300 min dollar qiyməti var. Bir snaryadın qiyməti 30 min dollardır.
6) Nəinki İsrail, Qarabağın müstəqilliyini hətta Ermənistanın özü də tanımır, heç bir dövlət də tanımır. Bu da (5) axmaqlara yönəlmiş cümlədir.
7) Prezident yəhudilərə verdiyi pulların yarısını da versəydi, yəhudi lobbisi (əslində ABŞ-ı idarə edənlər onlardır) ştatların çoxunda Azərbaycanı reklam edəcəkdi. Yəhudi lobbisi onun qara gözlərinə aşıq deyil, Azərbaycan xalqının malına, neftinə aşiqdi ki, onu ora-bura lazımsız yerlərə ancaq avtoritar-unitar prezident xərcləyə bilir.
8) Yüzlərlə, minlərlə müsəlman şəhidlərimizi demir bu yəhudi maygülü, bir Alberti isə tez-tez deyirlər. Yəhudi investorlar investor deyil, onlar Azərbaycanın sahibləridir, prezident də öz yaxınları ilə onların tərəfindən təyin edilmiş menecerdir sadəcə. Özbaşına olsaydı, çoxdan Rusiyanın qoltuğu altına girib, rus muzdluları ilə Qarabağı almışdı. Pul da çatardı. Amma pul onun deyil, İsrailindir. Nökər hara, müstəqillik hara?

https://www.facebook.com/ali.mamadov.7?fref=photo

21.04.2016

Seks-cihad: İŞİD 9 yaşlı qızlarla seksə icazə verdi!

The Daily Mail xəbər agentliyinin məlumatına əsasən İŞİD terror qruplaşması "müsəlmanlar üçün vacib olan yeni qaydalar"ı açıqlamışdır. Sənəddə 9 yaşlı qızlarla icdivaca girməyə və uşaq yaşlı qullardan istifadə etməyə icazə verilir.
The Daily Mail xəbər agentliyi bildirir ki, İŞİD-in nəzarətində olan Rakka şəhərinin divarlarında maraqlı plakatlar peyda olmuşdur. Həmin plakatlarda terrorçular şəhər sakinlərindən tələb edirlər ki, himayələrində olan körpə qız uşaqlarını İŞİD əsgərlərinin xidmətinə versinlər. Terrorçular öz tələblərini "seks-cihada uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi" ilə əsaslandırmışlar. Plakatda bildirilir ki, öz qızlarını İŞİD əsgərlərinin sərəncamına verməyən sakinlər şəriət qanunlarına uyğun şəkildə cəzalandırılacaqlar.
İraqın Mosul şəhərində isə İŞİD terrorçuları 250 iraqlı qadını qətlə yetirmişlər. REN-TV məlumat verir ki, həmin qadınlar İŞİD döyüşçüləri ilə intim yaxınlıqdan boyun qaçırdıqlarına görə cəzalandırılmışlar. Terrorçular Mosul şəhərinin mərkəzi küşələrində nümayişkəranə şəkildə 250 qadının boynunu qılıncla vurmuşlar. Məlumatda bildirilir ki, son zamanlar İŞİD-çilər tərəfindən iraqlı qadınları oğurlanması və təcavüz edilməsi halları çoxalmışdır. İndiyədək Mosulda 850 qadın İŞİD terrorçularının cinsi təcavüzünə məruz qalaraq öldürülmüşdür.
Xatırladaq ki, İŞİD terrorçuları bu ilin aprel ayında oğurladıqları 175 nəfəri edam etmişlər. Dumeyr şəhərindəki sement zavoduna hücum zamanı isə 300 nəfəri ələ keçirmiş və bir müddət sonra hamısını qətlə yetirmişlər. Bəzi hallarda İŞİD-çilər onlarla intim yaxınlıq etməyə razı olmayan qadınları ailə üzvləri ilə birgə öldürmüşlər. İŞİD dövlətinin nəzarətində olan böyük şəhərlərin hamısında seks-qulların satıldığı bazarlar fəaliyyət göstərir. Bildirilir ki, həmin bazarların fəaliyyətindən İŞİD komandirləri böyük pullar əldə edirlər.

İldırım Şükürzadə. "Lənkəran ziyarətgahları" kitabı barədə

Rəhmli və mərhəmətli Allahın adı ilə. Hibrid söz olan ziyarətgah ərəbcə “ziyarət” və farsca “gah” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “ziyarət yeri” mənasını verir. And yerimiz olan ziyarətgahlar əsasən imam Həzrəti Əli (ə.s), seyid, şeyx və din alimlərinin adı ilə bağlıdır. İnsanların çətin günündə mənəvi dayağına, ümid yerinə çevrilən ziyarətgahlar Allah dərgahında dualarımızın müstəcab olmasında vasitəçilərimizdir. Müqəddəs saydığımız ziyarətgahlar el arasında ocaq, pir, türbə, came və xanəgah adı ilə tanınır. 
Respublikamızın hər bir bölgəsində olduğu kimi, Lənkəran rayonunun ərazisində də çoxlu sayda ziyarətgah vardır. Təkcə doğulub boya-başa çatdığım və yaşadığım Havzava kəndində  bir neçə ocaq və müqəddəs, nəzirli hesab olunan bir neçə yer vardır. 
70 il yaşadığımız (1920-1991) Sovet dönəmində ölkədə ateizm- Allahsızlıq ideologiyasının hökm sürməsinə baxmayaraq insanların ziyarətgahlara gedib nəzir-niyaz qoyması, qurban kəsməsi və digər dini ayinlərin icrasının qarşısını almaq mümkün olmamışdır. Lakin həmin dövrdə müqəddəslər və ziyarətgahlarla bağlı yazılmış kitab və məqalələrdə ateizm tərbiyəsi özünü açıq-aydın göstərirdi. Respublikamız müstəqillik qazandıqdan sonra isə ölkədə vicdan azadlığı elan edilmiş, insanların inancına hörmətlə yanaşılmış, yeni məscidlər tikilmiş, tarixi-dini abidələr təmir və ya bərpa edilmiş, bu qəbildən olan bir çox abidə ölkə və yerli əhəmiyyətli memarlıq abidəsi statusunu almış, müqəddəslər və ziyarətgahlarımız haqqında kitab və məqalələr yazılmışdır. Məhz, tarix elmləri doktoru, professor Məşədixanım Nemətin “Azərbaycanda pirlər” (Bakı,1992; 100 səhifə) və yazıçı-publisist Əlisahib Əroğulun “Cəbrayıl ziyarətgahları” (Bakı, 2009; 100 səhifə) kitablarından ruhlanaraq Lənkəran rayonunun  ziyarətgahları barədə kitab yazmaq qərarına gəldim. Bu məqsədlə demək olar ki, rayonun yaşayış məntəqələrini qarış-qarış gəzərək burada olan ziyarətgahları ziyarət etməklə, eyni zamanda onlar haqqında məlumat əldə etdim. Rayonun ziyarətgahlarından yazarkən həmçinin kitablar, qəzet, jurnal məqalələri və informantların köməyindən istifadə  etmişəm. Ziyarətgahlarımız fərqli məkanlarda qəbristanlıq, ev, həyətyanı sahə, meşə və yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərində yerləşir. Lənkəran ziyarətgahları  imam Həzrəti Əli (ə.s), seyid,şeyx, din alimlərinin adı, habelə ələm və qaraağacla bağlıdır. Lənkəran rayonu ərazisində olan ziyarətgahlardan üçü Şeyx Zahid (Şıxəkəran kəndi), Seyid Zeynal (Xolmili) türbələri və Sexəlifə (Cil) ocağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Kitabda Lənkəran rayonunun 63 ziyarətgahı haqqında məlumat verilir. Şam və məşəl yandırılması, qurban kəsilməsi və digər dini ayinlərin icra edilməsi bütün ziyarətgahlara xas olduğu üçün kitabda ziyarətgahlar haqqında  ayrı- ayrılıqda məlumat verərkən bu barədə qeydin verilməməsini məqbul hesab etdik. “Lənkəran ziyarətgahları” kitabının ərsəyə gəlməsində mənə maddi və mənəvi cəhətdən dəstək olmuş hər bir şəxsə öz dərin təşəkkürümü bildirirəm.

ТУРИСТИЧЕСКИЙ КРАХ ТУРЦИИ

«Неделя туризма» в Турции началась грустно. Гостиницы, бары, пляжи, бассейны - тишь и запустение. Турция зависла в тревожном ожидании. «Нам придётся отметить открытие сезона только между собой», — прокомментировал ситуацию турецкий журналист Мехмет Тезкан и подчеркнул четыре ошибки Анкары, из-за которых, по его мнению, туристы других государств избегают отдыхать в Турции. $8 млрд рассчитывала получить Турция в сфере туризма, который является для страны одним из основных источников дохода. Однако феноменальная глупость политиков Анкары, сделавших непростительные ошибки во внешней и внутренней политике, довела Турцию до туристического коллапса. Первый шаг к пропасти Турция сделала, вмешавшись во внутренние дела Сирии, в результате чего в страну хлынуло 2,7 миллиона мигрантов. Контрабандисты ежедневно перевозили по морю сотни беженцев, множество из которых тонуло в водах Эгейского моря, которое назвали «морем смерти». «Вы зашли бы в море, на дне которого лежат мёртвые дети?» — спрашивает Тезкан. Во-вторых, придерживаясь политики открытых дверей, контроль на границе не соблюдался, и на джихадистов закрывали глаза. Результатом стало то, что вот уже как пять лет «Исламское государство» (запрещённая законом РФ, террористическая организация) прижилось и орудует в Турции, проводит теракты, убивая иностранных граждан. Захотят ли туристы приехать в такую страну? Третьей фатальной ошибкой, разорвавшей отношения Турции с Россией, стала атака российского самолета под предлогом нарушения границы, и, вместо того, чтобы просто извиниться, турецкие политики окончательно добили ситуацию, попросив поддержки у НАТО и обвинив в атаке русских. «Мы потеряли русских, благодаря которым у нас был туризм», — пишет Тезкан. И последнее, власти Турции не сделали даже намёка на попытку решить вопрос с Рабочей партией Курдистана (РКП) мирным путем и предотвратить войну. Властьимущие, органы в лице полиции, жандармерии, губернаторов закрыли глаза на то, как в некоторых районах РПК приобретала оружие и взрывчатку. Когда курды перешли к активным действиям, начав копать окопы и строить баррикады на улицах городов, было уже поздно. Разруха и хаос на турецких улицах напоминают хронику времён Второй мировой войны. В этих страшных условиях остается только удивляться, почему в страну не едут туристы. /sknews.ru/

Bu millətlə niyə müharibə aparmaq olmaz

Azərbaycanlılar 4 günlük döyüş ərzində icazə verilməz surətdə ərköyün idilər. Hücum edən tərəfin müdafiə olunan tərəfdən 3 dəfə, Qarabağ kimi mürəkkəb yerdə isə hətta 5-10 dəfə çox qurban verəcəyi bütün dünyada əvvəlcədən qəbul edilən hərbi faktdır. Bütün dünyada, Azərbaycandan başqa. Əgər Azərbaycan ordusu mürəkkəb mövqeləri şturm edir, hətta ordan düşməni vurub çıxarırsa- bu azdır. Həmçinin, düşmən ondan azı ikiqat çox itki verməlidir. Niyə? Çünki azərbaycanlılar belə istəyir. Çünki azərbaycanlıların nə individual, nə də ələxsus kollektiv şüuru həqiqəti onun mürəkkəbliyində, çoxmənalılığında, qeyri-müəyyənliyində qəbul etməyə qadir deyil. Azərbaycanlılar milli şüur səviyyəsinə görə nağıllarla yaşayan körpəni xatırladır. Əgər azacıq uğur qazanıblarsa, deməli artıq sabah Yerevanda olacaqlar. Əgər hardasa uduzublarsa, günah özlərində deyil. Bunu böyük şər qüvvələr edib. Soruşa bilərsiniz bu ərköyünlük nə böyük günahdır ki, bunu xüsusi saf-çürük edirsiz. Cavab: ilk baxışdan məişət məsələsini xatırlatsa da, bu strateji əhəmiyyətli məsələdir. Hitlerin məlum kitabında bir məqam var. Birinci dünya müharibəsi xatirələrindən danışır və Almaniyanın məğlubiyyətini analiz edərkən vurğulayır (konkret sitat deyil, yadımda qalan şəkildə danışıram, ona gör başqa yerdə istifadəsi məqbul deyil): Bizim hərbi propoqandamız başdan ayağa səhv qurulmuşdu. Bizi inandırırdılar ki, düşmənlərimiz qorxaqdır, cılızdır, dərhal qaçır. Həqiqi döyüş şəraitlərində isə biz çox mərd, inadkar, ölümünə döyüşən düşmənlə qarşılaşırdıq və bu əsgərlərimizdə sarsıdıcı dissonans yaradırdı. Özləri koqnitiv dissonans yaşamaqla bərabər, rəsmi propoqandaya da inam qalmırdı. Harda kı rəsmi məlumatlandırma vasitələrinə inam qalmır, orda boşluğu dərhal agentura, xarici kəşfiyyat doldurur, prosesslər idarəolunmaz hal alır, kütləvi panikyorluq başlayır. Aloizıç həmçinin qeyd edirdi ki, müdrik propoqanda düşməni qorxaq, məğlub, cılız yox, qəddar, qaniçən, vəhşi təsvir etməlidir. Ermənilər məhz bunu edirdi. Bütün dünyaya hay-haray çəkmişdilər ki, Qarabağda ikinci soyqırım başlayıb. Bəs azərbaycanlılar nə edirdi!? Bəli. Cılız, qorxaq, axmaq, qaçan düşmənə istehza edirdilər. Bu isə həqiqətdən çox uzaqdır. Ermənilər kifayət qədər inadkar, monolit, döyüşkən ruhlu millətdir, bu ruh möhkəm dini köklərdən qidalanır. Belə düşmənlə tvitterdə, Bakının ücrəngə qurşanmış təhlükəsiz küçələrində yox, real döyüş şəraitlərində qarşılanda, ələxsus əgər şüur əvvəlcədən tez və yüngül qələbəyə köklənibsə, arxayın əhval-ruhiyyə tezliklə 180 dərəcə dəyişir. Bayram, qələbə atmosferini asanlıqla kütləvi isterika, panika, cəbhədə isə nizamın pozulmağı, tərksilah əvəz edir. Müharibələr məhz belə uduzulub və indiyə kimi belə uduzulur. Ölkədə çox qeyri-stabil kütləvi psixologiya formalaşıb. Cəmi üç günə məlum əhval-ruhiyyəyə, hələ formalaşmamış, amma xasiyyətləri sezilməyə başlayan ideologiyaya qurşanmış kütlə erməni ilə müharibəyə tezcə qalxdığı kimi, beləcə yüngüllüklə də ilk cüzi uğursuzluqda panikaya qurşana, dövləti çevirə, hakimiyyətə növbəti elçibəyi gətirə bilər.
***
Cəmi bir neçə günlük, heç iri miqyaslı da olmayan, cəbhənin bir neçə istiqamətində lokal xarakter daşıyan döyüşlər kifayət etdi ki, 23 ildir mülayim diktaturanın güc-bəla ilə əhliləşdirdiyi vəhşi, dağıdıcı elçibəyçi xisləti fontanla fışqıraraq üzə çıxıb beyinləri, infoməkanı, hətta küçələri yenidən ələ keçirsin. O boyda Qarabağda bircə təpə də ələ keçirməmiş kütlə Bakıda erməni ilə kifayətlənməyib, "Bakı, Təbriz, Ankara" hqyqıraraq artıq rusları və farsları da düşmən elan etməyə hazır idi. Dərkinə illər xərclədiyimiz və paylaşdığımız həqiqəti yenidən təkrar edirik: siyasi yük mənasında, şəxsi keyfiyyətlərinə, statusuna görə Heydər Əliyev Elçibəydən dəfələrlə üstün ola bilər, amma ideoloji nöqteyi-nəzərdən əliyevçilik elçibəyçiliyin mülayim formasıdır ki var, nəinki onu qətiyyən inkar va ifşa etmir, əksinə, təməl prinsiplərini nisbətən mülayim, amma daha əsaslı, çoxmüddətli sürətdə yaşadır. Azərbaycan tarixində Elçibəyin rolu cinayətcil sürətdə kiçildilir, tədqiq və ifşa edilmir. Halbuki, miqyas faktorunu nəzərə alsaq, elçibəyçiliyin Azərbaycana vurduğu yekun ziyan nasizmin Almaniyaya vurduğu ziyandan az deyil. Elçibəy təkcə türkçülük, millətçi-demokratiya, xalq cəbhəsi deyil. Elçibəy bütöv paradiqmadır, hansı ki öz cənginə azərbaycanlının hər növ siyasi-mənəvi tələbatlarını alır və yekun nəticədə hətta Elçibəyə şəxsən ikrah edən rusdilli belə bu paradiqmanın bixəbər daşıyıcısı ola bilər. Məhz Elçibəyin tarix interpretasiyası obıvatel üçün mübahisə olunmaz həqiqətdir: "Qarabağı ruslar ermənilərə verdi", "Qarabağı farslar ermənilərə verdi" və s. Yəni, ortastatistik azərbaycanlı xalq cəbhəsinə, Elçibəyə nifrət edə bilər, amma elçibəyçiliyin ideoloji parametrlərinin daşıyıcısıdır və ələxsus taleyüklü tarixi situasiyalarda bu elçibəyçi xüsusiyyətlər özünü daha da güclü biruzə verir. Müharibənin 3-cü günündə "Bakı, Təbriz, Ankara" qışqıran kütlə 13-cü günündə "rus, fars, erməni - bunlar türkün düşməni" qışqıracaq, 23-cü günündə Rusiya və İran səfirliklərini şturm edəcək, 33-cü gündə isə ya İlham Əliyev özü Elçibəyə çevrilməlidir, ya da kütlə onu devirib özü hakimiyyətə yeni Elçibəy gətirəcək.
Avropa siyasətində çoxdanın həqiqəti məlumdur: əgər hardasa uğurla, davamlı döyüşən "anarxist", "sosialist" və s. dəstələri peyda olursa, deməli bütün bunların arxasında müəyyən qərargah durur. Çünki arxa cəbhəsiz, nizamlı ordusuz müharibə mümkün deyil, istənilən "anarxist dəstə" ən qısa müddət ərzində məhvə məhkumdur. Eləcə də elçibəyçilin fenomenal uğurunun səbəbi heç də hansısa şeytani dahilikdə yox, elçibəyçilikdə maraqlı, onu daima qidalandıran, növbəti tarixi sıçrayışa hazırlaşdıran konkret qərargahdadır. Konkret qərargah zabitlərinin adlarını biz heç vaxt bilməyəcəyik, amma arxa cəbhəni yaxşı bilirik.
Elçibəyçilik üçün Qarabağ məqsəd deyil- vasitədir. Əsl məqsəd üçün vasitə. Əsl məqsəd isə Azərbaycanın hesabına, hətta nəticədə Azərbaycan məhv olsa da, regionda İran və Rusiyaya ağır zərbə endirməkdir. Azərbaycan burda "peşkadır". Buna görə Qarabağ məsələsini ən əvvəldən elə cür şəkilləndirmək, konstruksiya etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi asanlıqla Azərbaycan-Rusiya, Azərbaycan-İran qarşıdurmasına keçsin. Bu heç Türkiyənin də səviyyəsi deyil, hərçənd arxa cəbhə missiyasını məhz Türkiyə icra edir. Bu məqsəd naminə yüzlərlə, minlərlə məlum və ağlagəlməz kanallardan təhsil sisteminə, yerli jurnalistikaya, aylıq icarəsi Amsterdam fahişəsinin bir gecəlik məvacibinə bərabər olan siyasətçilərə illər ərzində milyardlarla "səhm" yatırılır. Ki, qoyun kütlə "rus, fars, erməni - bunlar türkün düşməni" qışqırmaqla, qoyun siyasətçi Qarabağın azad olunmağı üçün Rusiyanın dağılmağını arzuladığını (guya ABŞ, Fransa ermənipərəst deyil!) bəyan etməklə bir gecənin içində bütün səhmləri artıqlaması ilə doğrultsun.
Burda Qərbdən savayı ermənilərlə türklərin kooperasiyasını sezmək mümkündür. Hələ rəhmətlik Elmar Hüseynov jurnalında milləti ayıltmağa çalışırdı ki, Türkiyə Azərbaycanın hesabına özünün erməni məsələsini həll edib, ermənilərin tarixi torpaqları indiki Türkiyə ərazisində idi və onlar məhz Anadolu ərazisində dövlətçiliyə iddia edirdilər. İndi də, Ərdoğanın Putindən Azərbaycanın hesabına Suriyanın əvəzini çıxmaq niyyəti ilə yanaşı, münaqişəni alovlandırmaqdakı marağı: erməni ekspansiyasından Türkiyəni sığortalayıb, məhz Azərbaycanı onlara qurban verməkdir. Təsadüf deyil ki, ümumdünya erməni diasporalarının "Azərbaycanın əli ilə bizimlə Türkiyə döyüşür" kampaniyasına Türkiyə rəsmiləri özlərinin bir zəhrimara dərman olmayan dəqiqəbaşı "Azərbaycanı dəstəkləyirik" bəyanatları ilə dolayı dəstək verirdi.
Əgər həqiqət görünən olsaydı, insan nitqinə, ümumiyyətlə sözə ehtiyac olmazdı. Allah ona görə insana söz bəxş edib ki, illüzor görünənlə gizlədilmiş həqiqəti ayırd edə bilsin. Min bir inadla bizə yaratmağa çalışdıqları illüzor mənzərədə "qardaş" Türkiyənin və "müttəfiq" qərbin köməyi ilə ermənilərlə müharibəya başlayırıq, tezliklə "rus və fars" havadarları ilə üzləşib, artıq İran və Rusiya ilə münaqişə edirik. Həqiqətdə isə Qərbin hiyləgər və ağ yırtıcı şeytanı durub qıraqda, Türkiyə, heç bir real kömək göstərməyərək, Azərbaycanı Qarabağa, elçibəyçiləri isə Bakıya hücuma təhrik edir, nəticədə İran və Rusiya böyür-yanlarında başını itirmiş elçibəy plasdarmına reaksiya verməli olur. Azərbaycan qanunauyğun surətdə məğlubiyyətə düçar edilir. Xeyir alan tərəf: Qərb, Türkiyə, Ermənistan. Uduzan tərəf: Azərbaycan, Rusiya, İran. Düzdür, möhtərəm admin ağ yırtıcı şeytanı yaxşı tanıyırsa, hökmən bu dəfə Türkiyənin daxilində millətçi müxalifət hərəkətə gətirilərək, artıq Türkiyənin özü məğlub olan "qardaşların" fonunda Rusiya və İranla münaqişəyə təhrik ediləcək, amma bu nə bizim mövzumuzdur, nə problemimiz.
Sovetdənqalma dövlət idarəçilik sistemi xalq cəbhəsindən aldığı zərbədən sonra birtəhər özünə gələ bildi. İndi isə həmin ehtiyat, ələxsus sovetin tərbiyə etdiyi monolit cəmiyyət yoxdur. Ölkə sosial, dini, demoqrafik, etnik, regional- hər cür daxili ziddiyətlə doludur, daha bir elçibəyçilik təcrübəsi- və şərqin ilk respublikası tarixi yoxluğa qərq olacaq. Ən yaxşı halda bu dəfə özümüzə gələndən sonra Qarabağ və ətraf (artıq) 17 rayonu düşmən işğalından azad etməklə məşğul olacağıq. Dövlət mürəkkəb dilemma qarşısında qalıb. Qarabağ uğrunda kampaniya daxili ciddi sürətdə çalxalandırır. Çalxalanma ənənəvi siyasi institutları paralizə edərək, idarə olunmaz kütləni meydana çıxarır, hansı ki dərhal elçibəyçiliyə qurşanır. Çalxalanmanın müddəti uzandıqca, elçibəyçiliyin şiddəti artır, dağıdıcı effektlər özünü biruzə verməyə başlayır. Qarabağda separat quruluşu devirməli olan dalğa Bakıdakı dövləti devirməyə başlayır. Azərbaycan hal-hazırda iri sakitləşdirici fasilələrlə 5-10 gündən artıq döyüşlər aparmaq iqtidarında deyil. Deməli, Qarabağı hələlik almaq mümkünsüzdür və yaxın tarixi gələcəkdə bu belə qalacaq. Nəyisə dəyişmək üçün dövlətimiz və millətimiz üçün troya atına çevrilmiş elçibəyçiliyi ifşa yox, yerli-dibli məhv etmək lazımdır. Nə qədər ki, bu agentura şəbəkəsi məhv edilməyib, Türkiyəni başa sala bilməmişik ki, bizim sizin alətiniz olmaq fikrimiz yoxdur, istənilən milli başlanğıc fiaskoya məhkumdur.
***
İNTERPRETASİYADA BİRİNCİLİK FAKTI HADİSƏLƏRİN SONRAKI GEDİŞAT SƏMTİNİ MÜƏYYƏNLƏŞDİRMƏYƏ QADİRDİR.
Qrant fahişələri meydan sulayır. Gecə-gündüz "ermənipərəst Rusiyaya" lənət yağdırır. Yeri gəlmişkən, bəlkə güləcəksiniz, amma bu sətirləri yazdığım dəqiqələrdə Yerevanda "azərbaycanpərəst Rusiyaya" qarşı Rusiya səfirliyinin qarşısında izdihamlı mitinq gedir. Başa düşənlər üçün bütün hikmət artıq bu faktda gizlidir və onlarçün artıq bura qədər kifayət idi. Amma hələ də başa düşməyənlər var, hətta onlar çoxluqdur. Ona görə dişimizi sıxıb bir az saf-çürük edək. Bütün bu qrant fahişələrinin Qarabağdakı məğlubiyyətə görə min bir üsulla Rusiyanı səbəbkar çıxarmaq cəhdləri uğurlu olmazdı, əgər milli psixologiyada münbit zəminə yatmasaydı.
Azərbaycanlı "Qarabağda erməniyə yox, Rusiyaya uduzmuşuq" deməklə şüurlu, şüursuz, şüaraltı, şüurüstü ÖZÜNÜ SAKİTLƏŞDİRİR. Əgər azərbaycanlını onun bir ovuc erməniyə uduzduğu faktı ilə qarşı-qarşıya qoysan, narahat suallar üzə çıxa bilər. Tezliklə məlum olar ki, bütün günah özümüzdədir. Azərbaycanlı isə hətta Məryəm Ananı özünün ən xırda problemində günahkar çıxarar, amma öz səhvlərini etiraf etməz. Milli xarakterin məhz bu ərköyün xasiyyəti müxtəlif növdə və cilddə siyasi təxribatçılara, agentlərə, qrant fahişələrinə parazit fəaliyyətə imkan yaradır. Həyatda ancaq o şeylərdə qəbahət axtarmaq lazımdır ki, sonradan, tezliklə və yaxud nisbətən gec, birbaşa və yaxud dolayı, amma hökmən, qaçılmaz sürətdə tənəzzülə aparır. Səfeh "Qarabağda erməni ilə yox, rusla döyüşürük" mifi isə azərbaycanlını dolayı tənəzzülə yox, birbaşa və dərhal total darmadağına aparır. Bu göz yumulacaq xırda kapriz deyil. Bu ÖLÜMdür.
İdealda müharibə vaxtı ölkə yarımkomendant rejiminə keçməli idi və "biz ruslarla döyüşürük" deyə çərənləyən bütün bu altayları, erkinləri, fazilləri Bakı şəhərinin komendantı "erməni diversantları" qismində fəvvarələr meydanında ANS-in efirinə canlı yayımla gülləyə düzməli idi.
Hal-hazirda erməni-azəri münaqişəsini Rusiya-Azərbaycan münaqişəsi kimi ən çox qələmə verməyə çalışan heç də milli qrantyeyənlər deyil. Qərbin özü də deyil. Hətta türklər də deyil. ERMƏNİ DİASPORU-dur. Rus dövlətinin prinsipial neytrallığına baxmayaraq, erməni diasporu min bir həyasızlıqla rus ictimai fikrini bu və ya digər formada erməniyönümlü mövqeyə çəkməyə çalışır. Gah Azərbaycan Türkiyənin əlaltısı kimi qələmə verilir, gah NATO-nun, gah İŞİD-in Azərbaycanın tərəfində döyüşmək üçün Qafqaza yollandığı xəbəri yayılır, gah İraq türkmənləri Azərbaycanı dəstəkləyən İŞİD-çilər kimi qələmə verilir və daha nələr nələr. 
Ağıla gələn və ağılasığmaz bütün həmlələrlə. Erməni əsilli politoloqlar, jurnalistlər, ekspertlər RUS efirinə çıxaraq RUSİYALI ictimai xadimlər qismində RUS maraqları nöqtey-nəzərdən Qarabağ məsələsini məhz Azərbaycan-Rusiya qarşıdurması kimi İNTERPRETASİYA edir. Bunun əvəzində sizin azərbaycanlı qoyunlarınız nə edir!? Fuad Abbasov adlı qoyun (və ya şüurlu kriptoerməni təxribatçı?) RUS efirinə çıxıb Azərbaycanı, Rusiya azərbaycanlılarını, Rusiya-Azərbaycan ittifaqını, müştərək rus-azərbaycan maraqlarını müdafiə etmək əvəzinə nə edir? Xeyir, vəziyyətin əxlaqsızlığını heç təsəvvür də edə bilməzsiniz. ƏRDOĞANI müdafi edir! Ərdoğanı, Karl! Təsəvvür edin talış kəndi ilə ləzgi kəndi bir-birini qırıb. Bakı reaksiya verməlidir. Onun reaksiyasından münaqişənin taleyi asılıdır. Bu məqsədlə ANS-də ləzgilərin və talışların iştirakı ilə veriliş təşkil olunur. Ləzgilər bir ağızdan Azərbaycanın maraqlarından, Azərbaycanın atmalı olduğu addımlardan danışır, bundan əlavə, yorulmayaraq talışların Ermənistanın əmri ilə hərəkət etdiklərini vurğulayırlar. Talış isə əlinə mikrofon alaraq bəyan edir ki, əgər azərbaycanlılar vaxtında Sarkisyana qulaq assaydı, bütün bunlar olmazdı. Bununla kifayətlənməyərək, talışların uğursuzluğunda AZƏRBAYCANIN EFİRİNDƏ azərbaycanlıları ittiham atəşinə tutur. Əlinizi ürəyinizə qoyub, təmiz vicdanla cavab verin. Bundan sonra talışlar haqda nə fikirləşərsiniz? Ümumiyyətlə bu cür axmaqlıq və əxlaqsızlığı təsəvvür edirsiniz? Azərbaycanlılar isə nəinki təsəvvür, hətta əməl edir. Fikirləşməyin ki, nəyisə şişirdirik. Fuad Abbasov adlı azərbaycanlının RUSİYAnın BİRİNCİ kanalında rus aparıcının Azərbaycanın Qarabağda Türkiyə ilə əlaqəsini dəqiqləşdirmək, Azərbaycanın Qarabağdakı hərəkətlərinin doğurdan da Rusiyaya qarşı yönəlin-yönəlmədiyini müəyyənləşdirmək üçün verdiyi suala cavabı sözbəsöz bu idi: "PUTİN VAXTINDA ƏRDOĞANIN DANIŞIQLAR TƏLƏBİNƏ CAVAB VERSƏYDİ BUNLAR OLMAZDI... RUSİYA ERMƏNİLƏRİ DƏSTƏKLƏYİR". Əlbəttə ki axmağa bundan artıq danışmağa icazə vermədilər, çünki ERMƏNİ SSENARİSTLƏRin ondan və ümumiyyətlə bütün azərbaycanlılardan istədiyi KONKRET budur. Azərbaycanlıları Rusiyanın və bütün sivil dünyanın gözündə "Kiçik Ərdoğan Türkiyəsi" kimi təsvir etmək azdır, azərbaycanlılar özləri özlərini bu ampluada təqdim etməlidirlər. VƏ AZƏRBAYCANLILAR ERMƏNİLƏRİN SSENARİSİNDƏ ONLARA AYRILAN ROLU NƏİNKİ KÖNÜLLÜ SÜRƏTDƏ, HƏTTA CANLA-BAŞLA İCRA EDİRLƏR. Qarabağ məsələsini "iki Şərqi Avropa respublikasının ərazi münaqişəsi" kontekstində Azərbaycanın xeyrinə həll etmək REALDIR. Amma, inanın, "türkiyə-erməni", "müsəlman-xristian" kontekstində həll etməyə heç kim nəinki imkan verməyəcək, hətta Azərbaycanın darmadağın edilib Fələstinin gününə salınması Qərbin gündəminə gələ bilər.
Putin - Medvedev - Lavrov səviyyəsində Rusiya bütün bunları çox gözəl anlayır, ermənilərin Rusiyanın hesabına öz problemlərini həll etmək cəhdlərini aydın sezir və nümayişkəranə neytrallıqla qarşısını alır. Rus idarəçiləri Azərbaycanın Ermənistandan qat-qat qiymətli olduğunu, Azərbaycanla münaqişədən Rusiyanın da zərər çəkəcəyini bilirlər və buna görə erməni oyunlarından hələlik yaxa çəkə bilirlər. HƏLƏLİK. Çünki ictimai fikir səviyyəsində ermənilər nəinki azərbaycanlıları darmadağın edib, hətta praqmatist rus vətənpərvərlərini də sıxışdırıblar. Hələ bu azmış kimi, azərbaycanlı axmaqlar rusofobluqları, türkiyəçilikləri ilə alova benzin tökür.
Əgər indi Azərbaycana 4 gün döyüşməyə imkan verildisə, bütün faktorları nəzərə alaraq, gələn dəfə başlamağa da imkan verməyə bilərlər. Özgə maraqlarını ayaq altına atmaq olar. Amma azərbaycanlılar Rusiyaya daş atmaqla ilk növbədə öz maraqlarını, müqəddəratlarını, talelərini ayaq altına atır. Öz həyati maraqlarına zidd hərəkət etmək isə dəlilik əlamətidir. Belə millətləri çox yaşatmırlar. Ona görə bu millətlə müharibə aparmaq olmaz. Lələtəpənin alınması ilə başlayan müharibə asanlıqla Baksovetin bombardmanı ilə qurtara bilər.
***
Avropadan tərəqqi, Rusiyadan mədəniyyət, İrandan mənəviyyat öyrənə bilmədiniz, heç olmasa türklərdən millətçilik öyrənin. PKK nə qədər türkləri partlatsa da heç kim Türkiyədə kürdləri təqib etmir, evlərindən, işlərindən qovmur, balkonlardan atmır, başlarını, qulaqlarını kəsmir. Ermənistan Azərbaycanın təbii-coğrafi periferiyasıdır. Xaricdən süni alovlandırma və daxili təxribatçılar olmasaydı, ermənilər də ruslar, ləzgilər, talışlar, kürdlər kimi azərbaycan xalqlarından biri idi. Özləri üçün ayaqqabı düzəldər, televizor təmir edər, biznes qurar, bir-iki erməni nazir də olardı. SOCAR Ermənistanda ən böyük sərmayeçi idi və erməni iqtisadiyyatı bizdən asılı idi. Ermənistan kimdir ki, siz onunla ölümünə müharibə edirsiz!? Ermənilər balaca lobbist millətdir. Onlar üçün qatı millətçilik olmaq, ya olmamaq məsələsidir. Azərbaycan isə kiçik ölkə deyil. 9 milyon külfət - bu artıq Serbiyadır, İsveçrədir, İsveçdir, Portuqaliyadır. Əgər siz doqquz milyonsunuzsa, sizin yaxın qonşularınızın sayı isə 2-5 milyon arasında dəyişirsə, sizə millətçilik yox, xırda qonşuları inteqrasiya edə biləcək geniş platforma lazımdır. Belə halda böyük xalqa xırda lobbist tayfasının xasiyyətlərini nümunə gətirib, onları aşılamaq milləti şikəst etməkdir ki, sözü gedən təxribatçılıq metodu on illərdir sürətlə həyata keçirilir. Normalda isə: Bakı, Gəncə və Sumqayıt erməniləri dövlət qarantiyası altında doğma şəhərlərinə qaytarılmalı, mülki və mənəvi kompensasiya ilə təmin edilməli, Azərbaycanın düşməninin doğma və qardaş erməni xalqı yox (bəli, məhz belə: "doğma və qardaş erməni xalqı"), 15-20 min terrorçu-daşnak olduğu dünyaya bəyan edilməli idi. Ermənilərin Azərbaycan şəhərlərində maneəsiz yaşayışı təbliğ olunmalı, Milli Məclisə 2-3 erməni deputat, nazirlər kabinetinə 1-2 erməni nazir təyin edilməlidir. Sumqayıt hadisələri eynən Xocalı kimi bütöv Azərbaycan xalqının faciəsi qismində qeyd edilməlidir və s. Və ancaq bundan sonra, Azərbaycan ermənilərinin də dəstəyi ilə Qarabağda hansısa hərəkətlərə başlamaq olar. Ancaq belə. Nə qədər ki, sivil dünyanın gözündə Qarabağ müharibəsi daha bir tutsi və xutu tayfalarının növbəti qarşılıqlı qırğını kimi qarşılanır, Azərbaycana irəliləməyə heç kim imkan verməyəcək. Nə qədər ki, Azərbaycan təkcə əraziləri yox, həm də Qarabağ ermənilərini Azərbaycana qaytarmağı məqsəd qoymayıb, 1-2 təpədən sonra Azərbaycan ordusunun qarşısı hökmən alınacaq. Sumqayıt hadisələrinə haqq qazandırmaq, ölü əsgərin başı və qulaqları ilə oynamaq - hər şeydən qabaq bu mənəviyyatsızlıq, mədəniyyətsizlikdir. Bununla düşməni ancaq daha şiddətli müqavimətə sövq edir, sivil dünyanın gözündə ermənilərə haqq qazandırırsınız. Aprelin əvvəlindəki döyüşlər göstərdi ki, azərbaycanlılar nəinki ciddi müharibəyə hazır deyil, heç qələbəyə layiq də deyillər.

https://www.facebook.com/RusiyaDagilacaq/?fref=ts