29.07.2016

Fətullah Gülənin evini tualet edəcəklər

"Beyaz TV"-nin aparıcısı Latif Şimşək Fətullah Gülənin doğulduğu evin ictimai tualetə çevriləcəyini bildirib.

Latif Şimşək Tvitter hesabında paylaşdığı məlumatda bu məsələ ilə bağlı Ərzurumun Bələdiyyə rəisi Mehmet Sekman ilə görüşdüyünü qeyd edib:
"Ərzurumlu dostlarımdan biri zəng etdi və Gülənin doğulduğu, Korucuk kəndində yerləşən evin Ərzurum Bələdiyyəsi tərəfindən ictimai tualetə çevriləcəyini dedi. Elə bildim ki, zarafat edir. Ancaq Mehmet Sekmanla görüşdüm. O isə "xalqın tələbidir, bu tələblərə cavab verməyə çalışacağıq" dedi.
O, kəndlilərin buna etiraz etməyəcəklərinə inandığını söylədi. /1xeber.com/

Neftlə zəngin Kərkük uğrunda türkmənlərlə kürdlər arasında müharibə başlayır

Artıq uzun müddətdir ki, İraq neftinin 40 fazinin istehsal olunduğu Kərkük ətrafında mübahisələr səngimək bilmir. İraqın Milli Türkmən Partiyasının rəhbəri Asama Adel demişdir ki, Kərkük məsələsi Bağdad ilə Kürdistan hökuməti arasında deyil, türkmənlərlə kürdlər arasında olan məsələdir. İraqın baş naziri Nuri əl-Maliki Kərkükə viziti zamanı Kərkükün İraq şəhəri olaraq qalacağını bildirdi. Lakin onun sözləri kürd ictimaiyyəti tərəfindən etirazla qarşılandı. Kürdlər Kərkükün İraqdan ayrılaraq yeni yaranmış Kürdistana birləşdirilməsini tələb edirlər. Türkmənlər isə Kərkükün onlara məxsus olduğunu bildirirlər və İraq federativ dövlətinin tərkibində Kərkük avtonomiyasının yaranmasında israrlıdırlar.
Kərkük mübahisəsinin uzanması regionun təhlükəsizliyinə neqativ təsir göstərir. Məntəqə tez-tez təfkirçi və kürd terror qruplaşmalarının partlayış, dağıntı və soyğunçuluqla müşayiət olunan hücumlarına məruz qalır.
Hələ Səddam Hüseynin iqtidarı dövründə İraqda separatçı kürd qruplarına, eləcə də KDP və KYB-ə qarşı çox sərt addımlar atıldı. Kürd liderləri Bərzani və Tələbani İraqın mərkəzi hakimiyyətinə qarşı çox böyük qarşıdurmaya gedə bilmirdilər. ABŞ 1993-cü ildə İraqa hərbi müdaxilə edərkən koalisiya qüvvələri PKK-ya hərbi və maddi yardımlar etməyə başladı. Həm Bərzani, həm də Tələbani NATO-nun sevimli dostlarına çevrildilər. ABŞ kürd qrupları ilə danışıqları Türkiyə üzərindən həyata keçirirdi.
2003-cü il ABŞ-ın hərbi müdaxiləsi zamanı kürdlər İraqa növbəti xəyanəti etdilər. Bərzani və Təlabaninin silahlı Peşmərqə birləşmələri İraq ordusuna qarşı vuruşaraq işğalda çox böyük rol oynadılar. PKK-nın idarəedici kadrlarına Avropa ölkələrində önəmli imtiyazlar verildi və maddi yardımlar göstərildi. Almaniyada yaşayan PJAK lideri Rəhman Hacı Əhmədi 2007-ci ilin iyun ayında ABŞ-a rəsmi səfərində Pentaqondan maliyyə və silah dəstəyi istədi.
ABŞ və müttəfiqləri İraqı işğal edən zaman ölkədə müqavimət hərəkatını yatırtmaq üçün də kürdlərdən geniş istifadə etdilər. İşğaldan sonra ABŞ onları lazımi güzəştlər verdi və maddi yardımlar göstərdi. Ağ Ev İraqın şimalında Səddam Hüseyn rejiminə qarşı mübarizə aparmış, rəhbəri Cəlal Tələbani olan İraq Kürdistan Yurdsevərlər Birliyi və rəhbəri Məsud Bərzani olan İraq Kürdüstan Demokrat Partiyasını bir araya gətirərək, Şimali İraq Kürdistan Muxtariyyətinin yaradılması üçün zəmin hazırladı. ABŞ və İsrailin köməyi ilə Cəlal Tələbani İraq prezidentliyinə seçildi. Daha sonra da İraq Konstitusiyasında dəyişiklik olunaraq muxtariyyətin yaradılması qanuniləşdirildi və Məsud Bərzani kürd muxtariyyətinin rəhbəri seçildi. Bərzani Şimali İraqda de-fakto kürd dövləti qurdu. Bundan sonra Qərbin köməyilə İraqın şimalında iki aviasiya bazası da daxil olmaqla hərbi infrastruktur yaradıldı, kürd ordusu və polisi təşəkkül tapdı.
ABŞ ordusu İraqdan çıxarkən hakimiyyətə şiə ərəblərdən olan Malikinin gəlməsi ilə kürdlər üçün işin rəngi dəyişdi. Mərkəzi hakimiyyəti gücləndirmək, Şimali İraqda kürd separatçılığına son vermək istəyən Malikinin təzyiqi ilə prezident Təlabani paytaxt Bağdaddan qaçaraq Kürdistana gəldi və Bərzaniyə sığındı. Heç bir formada kürdlərə güzəştə getmək fikrində olmayan Maliki ABŞ-ın qurduğu qondarma kürd muxtariyyətini sonlandırmaq üçün cəhdlər göstərdi. Bu zaman Ağ Ev NATO üzvü Türkiyənin köməyi ilə sünni kürd qruplarını qanuni hökumətə qarşı döyüşdürdü və bunu sünni-şiə müharibəsi kimi təqdim edərək bölgədə günahsız qanların axıdılmasına bais oldu.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror hadisəsindən sonra ABŞ-ın Yaxın Şərq siyasətində köklü dəyişikliklər meydana çıxdı. Genişləndirilmiş Böyük Yaxın Şərq Projesi şəklində konseptual bir yanaşma ortaya qoyuldu. Layihədə Şimali Afrikadan tutmuş İndoneziya və Mərkəzi Asiyaya qədər ərazidə rejimlərin xarakterini dəyişdirmək, bu regionda müttəfiqlik baxışlarına yenidən baxmaq, yeni siyasi əlaqələr yaratmaq nəzərdə tutulurdu. Bu kontekstdə ABŞ-ın kürdlərlə əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəldiyi, İsrailin İraqdakı kürd administrasiyası, eləcə də müsəlman ölkələrindəki kürd qrupları ilə əlaqələrini hərtərəfli inkişaf etdirdiyi müşahidə olundu. Hələ 1991-ci ildə İsraildə dərc olunmuş “İraq üçün Marşall planı və İsrail iqtisadiyyatı” məqaləsində belə bir fikir irəli sürülmüşdü ki, Amerika İraqa hücum etsə, İsrail iqtisadiyyatında köklü dəyişikliklər meydana çıxacaq. Hələ həmin dövrdə İraqın üç hissəyə bölünməsinin zəruriliyi vurğulanır, bu zaman ölkənin ayrı-ayrı hissələrində yeni infrastrukturların təşkil olunması, eləcə də əsasən amerikalılardan ibarət 70 minədək əsgərin ölkənin təhlükəsizliyini təmin etməyə cəlb olunması təklifi səslənirdi.
Ekspertlər qeyd edirlər ki, İraqda Səddam Hüseyn devriləndən sonra yaranan xaosdan ən çox udan kürdlər olmuşdur. Amerikanlar kürdlər üçün ölkənin şimalında Kürdistan Muxtar Respublikası yaratdılar və İsrail bu dövlətə aktiv şəkildə yardımlar göstərdi. Yeni yaranmış kürd dövlətinin siyasəti büsbütün İsrail tərəfindən yönləndirilməyə başlandı. Kürd dövlətinin rəsmi sənədlərində qeyd olunduğu kimi: “Kürdlər əsaslı şəkildə nəinki İsrail dövlət orqanlarının dəstəyinə, həm də əvvəl Kürdistanda yaşamış, sonra isə İsrailə köçmüş 100 min kürd yəhudisinin köməyinə ümid bəsləyirlər. Qonşu İran və ərəb dövlətlərinin etirazlarına baxmayaraq, İsrail ilə hərtərəfli əməkdaşlıq davam etdiriləcəkdir”.
Məsələ heç də Kürdistan dövlətinin yaradılması ilə başa çatmır, planetar masştabda Böyük Sion İmperiyasının yaradılması üçün kürdlərdən yaşadıqları dövlətləri parçalamaq üçün istifadə etmək planlaşdırılmışdır. Artıq bizim coğrafiyada hansı daşı qaldırsan, altından kürd problemi çıxır. Suriyadakı vətəndaş müharibəsi də kürd problemi ilə sonuclandı. İraq güzgüsündə görünən kürd məsələsi sonradan Suriyaya ixrac olunmağa başladı. İsrail, ABŞ və Qərbin planlarına daxildir ki, Suriya da digər ölkələr kimi parçalansın, orada İraqda olduğu kimi kürd rəhbərliyi hakimiyyətə gəlsin. Bundan sonra zəncirin bir həlqəsi İrana keçirilməlidir. Suriya üçün nəzərdə tutulan “Obruk” planına əsasən xarici müdaxilə olmadan ölkə daxildən çökdürülməlidir. Planı böyük ölçüdə reallaşdırmaq üçün ssenariyə uyğun şəkildə kürd məsələsi ortaya atılmışdır. Bərzaninin kurasiyası ilə İraqda yaşayan kürdlərin Suriya kürdləri ilə sıx birliyinin yaranması üçün şərtlər, şəraitlər ortaya qoyulmuşdur. Bu İsrailin forpostu olan Böyük Kürdistan qurmaq istiqamətində əhəmiyyətli uğur və Şərqdə kürd zolağının yaradılması istiqamətinə doğru atılmış addım sayılır. Böyük Kürdistan qurmaqda məqsəd həm İsraili qorumaq, həm də qoy xalqlar arasında sədd yaratmaqla onları təkləyərək məhv etməkdir. Region ölkələrinə olan hücumlar və dağıntılar məhz uzun illər detalları həyata keçirilən “Şərq Planı”nın məntiqi nəticəsidir. Kürd ssenarisinin davamında Türkiyədə yaşayan kürdləri ayağa qaldırmaq dayanır. Region ölkələrində İsrail tərəfindən kurasiya olunan kürd təşkilatları hələ ki passivlik nümayiş etdirsələr də, münbit şəraitin yaradılmasını gözləyirlər.
ABŞ prezidenti Ronald Reyqan deyirdi: “Kürdlər Yaxın Şərqin barıt çələyidir; nə vaxt istədik, onda da alovlandırırıq”. ABŞ və İsrail artıq Kürd kartından aktiv şəkildə istifadə etməkdədirlər. “İraq Kürdistanı”, “Suriya Kürdistanı”, “İran Kürdistanı”, “Türkiyə Kürdistanı”, “Azərbaycan Kürdistanı”... “Vahid Kürdistan” İsrailin dövlət kimi yaşamasının və təhlükəsizliyinin qarantıdır. İsrail İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sionist qüvvələr tərəfindən Orta Şərq xəritəsində yaradılmış bir dövlətdir. Bu dövlətin ərazisi qonşu ölkələrin torpaqlarını ələ keçirmək nəticəsində bərqərar olmuşdur. Qurulduğu gündən bölgədə sürətlə genişlənmə siyasəti yürütmüşdür. 1930-cu illərdə Fələstində 8 min yəhudi vardısa, 1990-cı ildə bu say 140 minə çatdı. İsrail demoqrafik siyasəti yeridərək özünü gücləndirməklə yanaşı həm də yeni torpaqlar zəbt etməklə ərazisini genişləndirdi. Hərbi təcavüz nəticəsində Qəzza zolağını, İordaniyanın Qüds ərazisini, Qərbi Suriyanı, Suriyaya aid olan Qolan təpələrini, Misirin Sina yarımadasını, Livanın cənubunu işğal etdi. İndi isə narazı region xalqlarından onu sipər kimi qoruyacaq Kürdistan dövləti yaradır. İsrailin verdiyi dəstəklə kürdlər İraqdakı şiə türkmanların torpaqlarını ələ keçirib öz dövlətlərini elan etmişlər və ətraf ölkələrin torpaqlarına göz dikmişlər. İsrailin oyuncağı olan BMT-nin qərarı ilə Yaxın Şərq xəritəsi yenidən cızılmışdır. İsrailin forpostu və qoruyucu sipəri olan böyük kürd regionu qurulmaqdadır. Yeni yaratdığı tampon dövlətdən İsrail Suriya, İraq və İran kimi bölgə ölkələrinə qarşı istifadə etmək niyyətindədir.
Bölgədə çoxmillətli və çoxdinli bir düzənin qurulmasını İsrail özü mövcudluğunun yeganə qarantiyası kimi görür. Yaranacaq yeni durum İsrail dövlətini düşmən əhatəsindən qurtaracaq, bölgədə başqa xalqlarla “əməkdaşlığa” (yeni istismarlara) şərait yaradacaq. Bölgədə uzun sürən qoy-iudey qarşıdurmasına son veriləcək, tarixin dərinliklərindən gələn müsəlman-yəhudi din savaşları arxa plana keçəcək, qoy xalqların başı yeni yaranmış məzhəblərlə müharibələrə qarışacaq.
Qlobal güclərin Yeni Dünya Düzəni siyasəti Yaxın Şərq xəritəsində yeni xalqlara, yeni dövlətlərə, yeni dinlərə zəmin yaradan bir siyasətdir. Məhz bu baxımdan Kürdistan dövləti proyektini sionist nəzarəti altında olan Qərb dövlətləri dəstəkləməkdədir. İsrail bölgədə tək fərqli dövlət olmaqdan qurtulacaq, konfederal bir düzən içərisində özünü daha təhlükəsiz və rahat hiss edəcək, sərfəli çoxmillətli və çoxmədəniyyətli bir ortam yaranacaq.
Həmin siyasətini gerçəkləşdirmək üçün İsrail İraq, Suriya, Türkiyə, İran, eləcə də Azərbaycan ərazilərində yaşayan kürdlərdən istifadə edir və onları qruplaşdırmağa çalışır. Şimali İraq kürd dövlətinin meydana çıxması İsrailin fərqli dinə malik bir dövlət olaraq Yaxın Şərqdə qalması və yaşaya bilməsinin qarantı kimi yeni bir düzənin yaradılmasının zəruriliyi nəticəsində baş vermişdir. Hələ 1960-cı ildən etibarən Mossad lideri Mer Amit tərəfindən İraq dövlətinə müxalif kürdlərə dəstək verilməyə başlandı. İraqdakı kürd liderləri Molla Mustafa Bərzani və Küniran Əli Bəqih Xan ilə gizlicə görüşlər keçirildi. Həmin vaxtdan etibarən İsrail İraq kürdlərini gizlicə silahlandırdı. İsrail hər ay İraq Kürdistanına 50 min dollar yardım göndərirdi. İsrail xarici işlər nazirliyinin 1982-ci ildə yaydığı raportda dövlətin Şimali İraq siyasəti haqqında aydın bilgi verilir. Həmin raportda İraqın bölünməsi və müstəqil Kürdistan dövlətinin yaranmasının vacibliyindən danışılır.
Beləliklə, ABŞ-ın İraqı işğal etməsi və İraqda müstəqil Kürd dövlətinin yaradılması məhz İsrailin yaşaya bilməsi və güclənməsi üçün həyata keçirilmişdir. Bu ABŞ mərkəzli Yaxın Şərq siyasətinin “Yeni Dünya Düzəni” adlanan və hal-hazırda Şərqdə hərbi işğallar formasında həyata keçirilən layihənin tərkib hissəsidir. ABŞ-İsrail cütlüyünün “Yeni Dünya Düzəni” siyasəti nəticəsində İraqın Kərkük-Mosul-Ərbil kimi türkman torpaqları üzərində bərqərar olmuş Kürd dövləti Azərbaycanın və İranın gələcəyinə də təhlükə yaradır. Kürd dövləti gələcəkdə İsrail üçün İrana, eləcə də şiələrə qarşı meydan rolu oynamalıdır.
Çoxetnosluluğu və çoxmədəniyyətliliyi əsas tutan Yeni Dünya Düzəni siyasəti Birinci Dünya Müharibəsindən sonra yaranmış sərhədləri qəbul etmir, o zaman qurulmuş dövlətlərin daha da parçalanmasını, yeni çoxmədəniyyətli siyasi quruluşların meydana çıxmasını planlayır. Elə İsrail dövlətinin varlığı və siyasəti də büsbütün Yeni Dünya Düzəninin qurulmasına hesablanmışdır. Yeni Dünya Düzəni projekti əsasında qurulacaq Yaxın Şərq əslində Böyük İsrail mərkəzli federasiya deməkdir və Qlobal Prediktor müasir beynəlxalq münasibətləri də bu müstəviyə oturtmağa çalışır.
Hal-hazırda müstəqil kürd dövləti məsələsi İsrail xarici siyasətində ən çox müzakirə olunan mövzulardandır. Yəhudi siyasi xadimləri kürdlər haqqında yüksək fikirlər səsləndirirlər. İsrail dövlət rəsmiləri və siyasətçiləri yeni yaranmış Kürdistan dövlətinə böyük ümidlər bəsləyirlər və kürdlər barəsində heyranlıqla danışırlar. İsrailin baş naziri Benyamin Netanyahu müstəqil kürd dövlətinin yaradılmasının məqsədəuyğunluğunu dilə gətirmişdir: “Kürdlər- siyasi mötədilliyini və öz dövlətinə malik olmağa layiqliliyini sübut etmiş döyüşçü xalqdır. Beynəlxalq koalisiya ölkələri regionda kürd dövlətinin ərsəyə gəlməsinə çalışmalıdırlar. Regionda Əl-Kaidə və İŞİD at oynadır, İranın dəstəyi ilə şiələr zorakılıq törədirlər. Belə bir şəraitdə Beynəlxalq koalisiya kürdlərə dəstək verməlidir və onlara öz dövlətlərini qurmağa şərait yaratmalıdır”. 2007-2014-cü illərdə İsrailin prezidenti olmuş Şimon Peres: “Kürdlər artıq demokratik və müstəqil dövlət yaratmışlar”. İsrail xarici işlər naziri Aviqdor Liberman: “İraq gözümüzün qabağında dağılır və müstəqil kürd dövlətinin yaranması qaçılmazdır”. Amerika-İsrail komitəsinin ictimai əlaqələr üzrə icraçı direktoru Morris Amitay: “Kürdlər heç vaxt İsrailə qarşı çıxmayıblar. İsraillilər kürdlərlə olan dostluğu yüksək qiymətləndirirlər”. İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosor: “Kürdlər beynəlxalq qüvvələrin dəstəyini almağa və müstəqil olmağa layiqdirlər”. İsrailin ədliyyə naziri Aelet Şaked: “Ərazisində yaranmış dövlətlərin sərhədlərini yüz illər qabaq avropalıların müəyyənləşdirdiyi Yaxın Şərq gözümüzün qabağında dağılmaqdadır. İsrail üçün ən xeyirli müttəfiq vaxtı ilə yəhudi xalqının çarpışdığı kimi, öz dövləti uğrunda mübarizə aparan kürd xalqıdır. Kürdlər- sülh axtaran demokratik xalqdır. Regionda yaranmış vəziyyət oxşar tarixi, qarşılıqlı hörməti və ümumi siyası maraqları olan iki xalqın yaxınlaşması üçün gözəl şərait yaradır”. Knessetin rusdilli deputatı, “Sionist düşərgəsi” blokunun üzvü Kseniya Svetlova: “İsrail Türkiyədə, eləcə də digər ölkələrdə yaşayan kürdlərlə əlaqələri sürətləndirməlidir. İraqda kürdlərin de-fakto dövlətləri var, Suriyada avtonomiya uğrunda mübarizə gedir. Bu, Yaxın Şərqdə islam ekstremizminə yoluxmayan yeganə qrupdur. Kürdlərin çoxu İsrailə heyranlıqla baxırlar. Onlar hesab edirlər ki, yəhudilərin əcdadı olan Avraam müasir İraq Kürdistanı ərazisində doğulmuş və böyümüşdür. Ümidvaram ki, tezliklə Knessetə İraqdan kürd deputatları qrupunu dəvət edə bilərəm. Xatırladım ki, İsrail kürdlərlə hələ 60-cı illərdən tarixi (eləcə də gizli) əlaqələr saxlayır”. İsrail hərbi müxbiri Alon Ben-Devid: “İraq, Suriya və Türkiyə torpaqlarını əhatə edəcək Kürd dövləti İsrail üçün ideal müttəfiqdir”. Terrorizmin Öyrənilməsi İnformasiya Mərkəzinin direktoru general Ravin Erlix: “Sünni cihadçılarının hərbi təhlükəsi qarşısında İsrailin kürdlərdən başqa güvənəcəyi başqa qüvvə yoxdur. Kürd döyüşçülərinin əməlləri İraq və Suriyanın şimalında kürd dövlətinin yaradılmasının vacibliyinə dəlalət edir”. İsrailin ABŞ-dakı hərbi attaşesi Doktor Lourens a.Franklin: “İsrail kimi Kürdistan da qonşu dövlətlərə nisbətən daha demokratikdir. İsrail kimi Kürdistan da onun məhvinə çalışan düşmənlərlə əhatə olunmuşdur. Kürdistan Qərbə meyllənmişdir. İsrail kimi Kürdistan da bütün dünya ona xəyanət etdiyi halda daxili tarazlığı qoruyur”. İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Avi Dixter: “İsrail İraq kürdlərini müstəqil kürd dövləti yaratmaq məqsədilə dəstəkləyir. Tel-Əviv hələ 1970-ci illərdən bu məqsədi güdür”.
Kürdlər və israillilər arasında “maraqların toqquşmasının müşahidə olunduğunu” və “hər iki xalqın təbii müttəfiqlər” olduğunu Kürdistan Demokratik Partiyasının nümayəndələri də qeyd edirlər: “Təəssüf ki bu vaxta qədər taktiki plan faktoru kürd-yəhudi əlaqələrindəki potensiyanı hərtərəfli şəkildə realizasiya etməyə imkan verməmişdi”. İsrail kəşfiyyatının Yaxın Şərqdəki bir çox terror təşkilatları kimi PKK-nı da dəstəkləməsi ekspertlər tərəfindən dəfələrlə səsləndirilib. İraq kürdləri ilə əlaqələri baş nazir Levi Eşkolun tapşırığı ilə Mossad əməkdaşı David Kimxe həyata keçirirdi. Məhz David Kimxe kürd lideri Mustafa Bərzani ilə görüşdükdən sonra İsrail kürdlərə hərbi yardımlar etməyə başladı. Mustafa Bərzani kürd siyasi xadimi Mahmud Osmanla birlikdə danışıqlar üçün İsrailə səfər etdi. Hərbi dəstək almaqdan əlavə, Mustafa Bərzani İsrail vasitəsilə ABŞ-la da əlaqələr qurmağa çalışdı. ABŞ-ın “The Nyu Maqazine” nəşrinin məlumatına görə, İsrail kəşfiyyatı İraq, Suriya və İranın kürdlər yaşayan rayonlarında aktiv şəkildə iş aparır və həmin dövlətlərin fəaliyyətini destabilizasiya edən gizli əməliyyatları məhz kürdlərin əli ilə həyata keçirir. İsrail instruktorları yeni yaranmış Kürdistan Muxtar Respublikasında kürdlərdən ibarət xüsusi təyinatlı dəstələr hazırlayaraq, onları buradan Suriya və İran ərazilərinə terror əməliyyatları törətməyə yollayırlar. İsrailin İraq Kürdistanında hazırladığı təsir agentləri və təlimatçılar qonşu ölkələrin kürdləri ilə aktiv şəkildə iş aparırlar. Nəşr onu da bildirmişdir ki, İsrail kommandosları kürd dəstələrinin müşayiəti ilə atom obyektlərinin yerləşdiyi məntəqələri öyrənmək üçün İran əraziilərinə soxulurlar. İsrail regionda kürdlərin köməyi ilə agentura şəbəkəsi yaradır, İran, İraq və Suriyada “göz və qulaqlara” malik olur. İsrailin hazırladığı kürd speçnazından İraqda sünni və şiə ruhani liderlərinin öldürülməsi, eləcə də qonşu ölkələrdə kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilir. İsrail ilə əlaqəli olan kürd siyasətçiləri region ölkələrinin müxalifət düşərgələrində sıx şəkildə yer alırlar. İsrail sayı 75 minə yaxın olan Peşmərqə terror qruplaşmasından öz siyasi rəqibləri ilə mübarizədə istifadə etməyi planlayır. Mossad agentləri kürd biznesmenləri adı altında müsəlman ölkələrinə girirlər. İraqın şimalında israilli instruktorların və ordu zabitlərinin fəaliyyət göstərdiklərini, onların kürd hərbçilərinin hazırlanması ilə məşğul olduqlarını İsrailin “Ediot Axronot” qəzeti də yazmışdır. Qəzetin 1 dekabr 2005-ci il tarixdə dərc olunmuş araşdırmasında göstərilir ki, İsrailin elit kəşfiyyat orqanlarının onlarla əməkdaşı Cənubi Kürdistan ərazisindəki gizli bazada kürd həbçilərinə məşqlər keçirlər. Qəzet həmin məşqlərdən fotoşəkillər dərc etmişdir. Məqalədə o da göstərilir ki, İsrail mütəxəssisləri və şirkətləri Kürdistan dövlətinin hərbi, kəşfiyyat və digər infrastrukturlarının yaradılmasında fəal iştirak edirlər. İraqdakı böyük şirkətlərdən birinə Mossadın yüksək rütbəli zabiti başçılıq edir. İsrail şirkətləri Kürdistanın mühim dövlət layihələrini həyata keçirməkdədirlər. Ərbil şəhərində aeroportun tikilməsi, Kürdistan dövlətinin rabitə və kommunikasiya xətlərinin qurulması işlərini də məhz israillilər görmüşlər.
İsrailin İraqa olan marağı ərəb dünyasının vacib məntəqələrindən olan bu ölkədə ictimai-siyasi vəziyyətə nəzarət etmək, antiİsrail təmayüllərin qarşısını almaq, eləcə də ölkənin təbii sərvətlərini ələ keçirmək istəkləri ilə bağlıdır. İşğalçı sionist rejiminin başqa dövlətlərdəki və regionlardakı ictimai hadisələrə müdaxilə etməsinin əsas motivi öz mənfəətinə zərər verə biləcək dəyişikliklərin qarşısını almaq üçün hadisələrə bəri başdan istiqamət verməkdir. İsrail 1960-cı ildən üzü bəri ərəb dünyası ilə bağlı “periferiya doktrinası”nı tətbiq edir. Həmin doktrinaya əsasən, İsrail qeyri-ərəb ölkələri ilə xeyirli münasibətlər qurmalı və region xalqlarının separatçı strukturlarına dəstək verməlidir. İsrail və ABŞ regionda özləri üçün yeni strateji məntəqə yaratmaq istəyindədirlər. Bölgədə kürd zolağı yaratmağı qarşısına məqsəd qoyan tandem İran, İraq, Suriya və Türkiyədə yaşayan kürdləri öz radikal siyasətlərinin əsas oyunçularına çevirib. II Dünya Müharibəsindən sonra Yaxın Şərqin ədalətsiz tərzdə formalaşdırılması və problemin qorxulu hal almasının bu günə qədər davam etməsinin baiskarı məhz İsrail və ABŞ-dır. Kürd xalqı ilə bağlı manipulyasiyalar və “Ərəb Baharı” kimi tanınan dəyişikliklər “Böyük Şərq” proyektinin variasiyasıdır. “Ərəb Baharı”- dünyada siyasi oyun rejissorlarının onlara mane olan ölkələri birbaşa işğal etmək əvəzinə, həmin ölkələrdə daxili dinamikliyi qabağa çıxarmaq üçün hazırladığı yeni bir əməliyyatdır. “Böyük Şərq” proyekti hələ də qüvvədədir, yalnız tətbiq forması dəyişib.
1991-ci ildə 36-cı paraleldən şimalda “təhlükəsizlik zonası”nın yaradılması ilə İraqın şimal ərazilərində amerikanların nəzərdə tutduğu “ikinci İsrail”in təşəkkülü üçün zəmin hazırlandı. “İkinci İsrail” ifadəsinə kürd lideri, Kürdistan Fəhlə Pariyasının (PKK) rəhbəri olmuş Abdulla Ocalanın nitqlərində də rast gəlmək olur. Təsadüfi deyil ki, bir çox İran siyasətçiləri də İsrailin dəstəyi və aktiv iştirakı ilə ərsəyə gələn Kürdistan dövlətini “ikinci İsrail” adlandırırlar. İraq Kürdistanı siyasətçiləri tez-tez belə fikirlər işlədirlər: “Amerikanlar bu vaxta kimi Yaxın Şərqdə cəmi bir demokratik müttəfiqə- İsarilə malik idilər, indi artıq amerikanların ikinci demokratik müttəfiqi var”. Amerikanlar və yəhudilər əlaltıları olan Kürdistan dövlətindən öz maraqları çərçivəsində istifadə edirlər. ABŞ və İsrail yeni yaranmış Kürdistan dövlətinə milli iqtisadiyyatı qurmaqda, demokratik siyasi sistem yaratmaqda və ətraf dövlətlərdən “qorunmaqda” köməklik göstərir. Kürdistan rəsmiləri də sionist dəst-xəttinin və İsrailə muzdurluq etməyin onların dövlətçiliyinə problemlər yaradacağını və kürdləri ətraf xalqlarla üz-üzə qoyacağını anlayaraq öz ağaları ilə daha masştablı şəkildə inteqrasiya olunmağa çalışırlar.
ABŞ-ın İraqı işğalı kürdlərin siyasi və hüquqi status əldə etməsinə qəyyumluq etmiş oldu. Deyilənlərə fakt kimi Suriyada baş verən proseslərlə əlaqədar bu regionda Kürdistan zolağının yaradılması üçün münbit bazanın yaradılmasıdır. Bölgədə baş verən ziddiyyətlərdən istifadə edən Qərb gücləri kürdlərin öz müqəddəratını təyin etmək üçün şərtlər yaratdılar. Bu şərtləri kim, niyə yaratdı kimi sualları başqaları soruşsa da, kürd seqmentinin bu sualı soruşmaq həvəsi yoxdur. İraq kürdləri İsrailə və yəhudilərə heyranlıqla baxmaqdadırlar. Kürd ziyalıları və elitası israilliləri vəsf edir və yamsılayırlar. Kürdistan sakinləri İsraili regionun Avropası sayırlar və öz ölkələrinin İsrailə inteqrasiyasını arzulayırlar. İsraildə 300 minə yaxın kürd yaşayır və onlar iudazm dininə sitayiş etməkdədirlər. 2001-ci ildə İsrail, Almaniya və Hindistan alimlərinin birgə tədqiqatları zamanı yəhudi və kürd xalqlarının eyni kökdən olması üzə çıxarkən Kürdistan əhalisinin sevincinin həddi-hüdudi yox idi. “Allahın seçilmiş xalqı” ilə əmioğlu olmaq xəbəri Kürdistan əhalisinə qol-qanad verib, yeni zəfərlərə və torpaq iddialarına ruhlandırmışdır.

Avrasiya analitik qrupu

28.07.2016

Bir adın iziylə - Təklə

Bilal Alarlı,
filologiya üzrə fəlsəfə doktoru

Təklə coğrafi ad kimi Türk dünyasının tərkibinə daxil olan bir çox ölkələrin ərazisində mövcuddur. Təklələr Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qara dənizin şimal sahilində, Volqa boyu ərazilərdə məskunlaşıblar. Gürcüstanda Ağtəklə və Qaratəklə adlı kəndlər var. Borçalılar həmin kəndlərin adlarını “Təhlə” kimi tələffüz edirlər. Çində, İranda, Suriyada, İordaniyada və digər ölkələrdə də təklələrə rast gəlinir. İraqın Kərkük əyalətində məskunlaşmış təklələr, Mərkəzi Asiyada olduğu kimi, səpələnmiş halda yaşayırlar. Qazaxıstanın Taldu-Kurqan vilayətində Təkəli adlı şəhər var. 
Bu coğrafi adın yayılma arealına Azərbaycanın bir çox rayonları da daxildir. Müxtəlif tarixi və coğrafi mənbələrdə Takla, Takle, Tekle, Tekla, Təklo, Tokle, Teklo, Tekli və sair yazılış variantları bu coğrafi adın ауrı-ауrı xalqların dialekt təsirinə məruz qalmasından irəli gəlir. Bu fakt toponimin tayfa adı olmasını da sübut edir. Təklə tayfasının bır hissəsi Cənubi Azərbaycan ərazisində yaşayır, maldarlıqla məşğul olur, qışı Muğanda, yayı isə Savalan yaylaqlarında keçirir. Minlərlə çay, göl, dağ, yamac, zirvə, yayla, təpə, dərə, bulaq və çöl Təklə adıyla bağlıdır. Masallı rayonunda Təklə dərəsi, Təklə təpəsi, Təklə düzü, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü kimi yer adları mövcuddur. 
Toponimik araşdırmalar Təklə toponimlərinin səlcuq türklərindən olan eyni adlı Təklə türk tayfasının adından alındığını təsdiq edir. Türkmənistanın ən güclü etnik qrupu sayılan təklələrin toxuduğu xalılar, bəslədiyi atlar dünyada məşhurdur. 
Bəzi tədqiqatçılar Təkləni Azərbaycanın yerli tayfası saymırlar. Halbuki son zamanlarda aparılan tədqiqatlar təsdiqləyir ki, türklər Qafqazda və Anadoluda hələ eramızdan çox-çox əvvəllər yaşamışlar. Təklələrin Səfəvilər dövlətinin mədəni həyatında mühüm rol oynamaları isə tarixin maraqlı səhifələridir. Təklə-Təkəli tayfası Səfəvilər xanədanının ən çox etibar etdiyi tayfalardan biri olub. Buna görə də təklələr Səfəvilər imperiyasının müxtəlif ərazilərində məskunlaşıblar. Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak edən Təklə tayfası igid, qorxmaz bir tayfa olub və turk tayfaları arasında mədəni-ticari əlaqələri möhkəmləndirib. Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesinin başa çatması Səfəvilər dövlətinin qurulması ilə bağlıdır. Tarixin bu məqamında milli dövlətin qurulması və xalqın formalaşması prosesi bir-birini tamamlayır . Təklənin, yaxud təkəli tayfasının da daxil olduğu Qızılbaşlar Azərbaycan, Kiçik Asiya və Suriyada yaşamış türkdilli tayfa ittifaqı olmaqla, əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ, qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və sair türkdilli tayfaları birləşdirib. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Türkiyə ərazisində yaşayıblar. Təklə tayfasının Azərbaycanla bağlılığı haqqında müxtəlif mülahizələr var. Bəziləri Təklə tayfasının Azərbaycanın siyasi arenasında fəallaşmasını XVI əsrə, başqa tədqiqatçılar isə XVII əsrdən sonrakı dövrə aid edirlər. 
XIX yüzilliyin axırlarında Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölünürdü: I Təklə, II Təklə, III Təklə, Təklə-mirzəbabalı, Təklə-sofu, Təklə-şatullı, Təklə-abdulla, Təklə-xal, Təklə-axsaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşçalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, əlipənahlı, avdallar, sarxanlı, bulutlu, hacılı, bozçalar, xəlfəqulular və aşıqlı. XVI əsrdə Şah Abbasın tərəfdarları tərəfindən təklə, qədirli, ilxıçı, beydili, qaradağlı, əhmədli və sair türkdilli tayfaların birliyi yaradılıb, həmin birliyə Şahsevənlər adı verilib. 
Göründüyü kimi, Təklə tayfası da həmin birliyə daxil olub. Coğrafiya elmlər doktoru, professor Nadir Məmmədov göstərir ki, təklo - təkləlilər tayfasının Azərbaycana gəlməsi tarixini XI əsrlə bağlamaq mümkündür. Çünki tarixi sənədlər də Səlcuq türklərinin Azərbaycana XI əsrdə gəlməsini təsdiqləyir. XIX əsr mənbələrində qeyd olunduğu kimi təkləlilər Mil və Qarabağ düzənliklərində məskən salıblar. Muğanda da təklələrin sayının artırılmasına aid bir çox sənədlər var . Qarayazı ərazisində olan "Ağ təhlə", "Qara təhlə" kənd adları ilə bağlı xalq yozumları da maraqlıdır. “Kür çayının şərq istiqamətdə axması Qarayazının Borçalı buğumlarından ayrı, "tək"-"tənha" düşməsinə gətirib çıxarıb. Elə bu qədim (Ağ və Qara) Təhlə yaşayış yerləri "təklə", "tənha", "tək" söz birləşmələri Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib, indiki kimi səslənən Ağtəhlə və Qaratəhlə adlarını daşıyır”. Təklə haqqında yazılan kitab və məqalələrdə daha çox İ.P.Petruşevskinin, M.Andreyevin və Q.Qeybullayevin araşdırmalarına istinad edilib. Türkiyədə “Tekle” adlı kitab nəşp olunub. Azərbaycanda da Təklə tayfası və etnotoponimi ilə bağlı araşdırmalar aparılıb. Süleyman Əlisanın “Təklə eli, tərəkəmə dünyası” kitabında təkləlilərin tarixi, dünəni və bu günü tam genişliyi ilə tədqiq olunub. Süleyman Əlisanın yazdığına görə, Azərbaycanda kadusi, oğuz, qıpçaq, alban və bir çox məşhur tayfalar yaşayıb. Belə tayfalardan biri də Təkləli tayfalarıdır. Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək, Qazaxıstanadək ərazilərdə özlərinə yurd-yuva qurublar. Təkləlilər Azərbaycanın da 10-dan artıq rayonunun, o cümlədən cənub bölgəsinin Masallı və Cəlilabad rayonlarının daimi sakinləridir. Süleyman Əlisanın müxtəlif elmi mənbələrə əsaslanaraq apardığı elmi araşdırmanın nəticəsi belədir ki, Təklə (Təkəli) tayfa, etnos adıdır və Qızılbaşların Təkəli tayfası ilə bağlıdır. Qədim Oğuz-Səlcuq türk tayfalarından biri belə adlanırdı. Bu tayfalar İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda, Gürcüstanda, Qazaxıstanda və digər yerlərdə məskunlaşıblar. Bu tayfanın adı Doğu Türküstandakı Təklə-Məkanla əlaqəlidir. Çin ərazisində yerləşən bu səhranın uzunluğu 1000 km, eni isə 420 km-dir. Dünyanın ən tanınmış istirahət mərkəzlərindən olan Türkiyənin Antaliya və Alaniya arasındakı sahil boyu torpaqları Təklə eli kimi tanınır. Təkə eli adına Timurlu müvərrixi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində də rast gəlinir. XIV-XV yüzilliklərdə Üçoxlara tabe olan bəzi boy və oymaqlar Təkə elinə gəlib yerləşiblər. Beləliklə, türkmanlar (Oğuzlar) azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından biri kimi Səlcuqların tərkibində Azərbaycana və Orta Asiyaya gəliblər. Artıq XVI yüzillikdə Sarıq, Yomut və Təkə tayfaları “Təkəli” adı ilə tanınırdılar. Təklə tayfası Azərbaycan Respublikasının bir çox rayonlarında, xüsusən İmişli, Beyləqan, Bərdə, Qobustan, Masallı, Cəlilabad, Ağsu, Kürdəmir, Goranboy, Şamaxı və başqa rayonlarda, buradakı ayrı-ayrı kəndlərdə daha çox məskunlaşıblar. Eyni zamanda bu tayfalara Quzey Azərbaycanın və Gürcüstanın az qala hər guşəsində rast gəlmək mümkündür. Bundan əlavə Dərələyəzdəki “Təhlə düşən” toponimi bir daha isbat edir ki, haqqında söhbət gedən bu yer Ermənistan ərazisində yerləşsə də, azərbaycanlılara məxsusdur.
XIX yüzilliyin axırlarında Azərbaycanda Təklə tayfasının Təklə-Mirzəbaba, Təklə-Sofu, Təklə-Şatullu, Təklə-Abdulla, Təklə-Xol, Təklə-Ağsaqlar, Təklə-Ağamollalar, Boşçalar, Xəlifəqullular, Talıbxanlı, Budaqlı, Ağamalılar, Avdallar, Buludlu, Hacılı, Bozçalar, Aşıqlı və sair tirələri yaşayırdı. Tarixdə təklələr döyüşkən və mübariz tayfa kimi şöhrət tapıb. Heç də təsadüfi deyil ki, XIX yüzillikdə və XX yüzilliyin əvvəllərində təklələrin xələfləri bir çox məşhur hərbçilər, o cümlədən generallar nəsli yetişdirib. Məşhur sərkərdələr nəsli Yadigarovlar, o cümlədən İsrafil bəy Yadigarov, Həsən bəy Yadigarov və başqaları Borçalının Aran bölgəsində məskunlaşan Təklə tayfasındandırlar. Qarabağ xanlığında Təklə tayfasından olan Əlimərdan bəy Təklə, Cahangir bəy Təklə, Əmiralı bəy Əlimərdan bəy oğlu Təklə, Məmmədvəli bəy Təklə və başqa bəylər oba başçıları olublar. Süleyman Əlisa təklələrin Səvəfi xanədanlığındakı mövqeyi haqqında maraqlı məlumatlar verir: “Səfəvilərin 7 sütunundan biri- Təklə-Təkəli tayfası XV yüzillikdə Şah İsmayıl Səfəvinin tərəfinə keçərək Azərbaycana gəlmiş və Qızılbaşlara qoşulmuşdu. Onlar XVI əsrin əvvəllərində Şah I İsmayılın apardığı döyüşlərdə fəal iştirak edib və Səfəvi dövlətinin yaranmasında mühüm rol oynayıblar. Ona görə də Təbriz alındıqdan sonra göstərdikləri xidmətlərə görə Təkəli bəyi Sarı Əli möhürdar, bir qədər sonra isə Təkəli bəyi Burun Sultan Məşhəd əmiri təyin olunmuşdu. Bunlardan başqa Təkəlı Yekan Sultan, Çuxa Sultan, Rəis bəy və Şərafəddin bəy də hələ Şahqulu hadisələrindən öncə Şah İsmayılın yaxın tərəfdarları idilər. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan təklələrin bir hissəsi sonralar mərkəzi hakimiyyətə qarşı çıxdığına görə, 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilib, qalanları Azərbaycanın müxtəlif yerlərinə yayılıblar. Tarixdən məlumdur ki, “Səfəvi dövlətinin yeddi sütunundan biri” sayılan təklələr-təkəlilər 1514-cü ildə Şah İsmayılın Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasından və Osmanlı İmperiyasının Səfəvilər dövlətinin işğalına yönələn siyasətindən narazı idilər. Bu və ya digər səbəblərdən əski Azərbaycan torpaqlarının geri qaytarılmasında Səfəvilər onların gücündən istifadə edə bilərdilər. Məlum olduğu kimi, Səfəvi dövlətinin qurulmasında rumlular mühüm rol oynamışdılar. Nur Əli bəy, Piri bəy və Div Sultan bu tayfanın ən tanınmış bəyləri idi. Şah İsmayılın və onun varislərinin dövründə hakimiyyətdə mühüm vəzifələri tutan bu rumlu bəylərinin yanında Təkəli bəylərinin də xüsusi yeri vardı. İmperiyaya müxalifətdə olan Ustaclılara qarşı mübarizədə böyük igidlik göstərən Burun Sultan Təkəli və Qaraca Sultan Təkəli öldürülsələr də, ustaclılar məğlub oldular. Şah Təhmasib dövründə hakimiyyətə yaxın olan Div Sultanı öldürtdürərək onun vəzifəsini ələ keçirən Çuxa Sultan təkəli bəylərini bir çox vilayətlərə rəhbər təyin etdirərək onlara xan rütbəsi, sultan dərəcəsi verdirdi”.
Süleyman Əlisa daha sonra yazır ki, təklələrin Səfəvi xanədanlığındakı hökmranlığı çox uzun sürmədi. Tezliklə Təkəli Üləma xan şaha qarşı üsyan qaldırdı. Hətta o, osmanlılarla Ferdinandın savaşına qatılıb osmanlı sultanına sədaqətini göstərdi. Səfəvi tarixində bu hadisə “Afəti Təkəli”, yəni Təkəli müsibəti adlanır. Çünki Şah I Təhmasib onların üsyanını amansızlıqla yatırtdı, Üləma xan Osmanlı sultanının himayəsində qaldı. O, fürsət tapan kimi qızılbaşlarla döyüşlər aparırdı. 1534-cü ildə Osmanlı Sultanı Süleyman Azərbaycana hücum edərkən Üləma xan da 10 min qoşunla ona qoşuldu və başda Təbriz olmaqla Azərbaycanın cənub hissəsinin, o cümlədən Təbrizin zəbt olunmasında iştirak etdi. Təkəlilər Səfəvi hökmdarı Şah Abbasın dövründə (1596-1597) öldürücü zərbə aldılar. Dövlət qulluğunda dəyərli yerlər ala bilməyən təkəlilər Amul hakimi məlik Bəhmənin hizmətinə daxil olduqları üçün Şah Abbas onların hamısının öldürülməsi haqqında əmr verdi. Sağ qalan təkəli camaatı ölkənin müxtəlif yelərinə dağılışmaqla canlarını qurtara bildilər. Bütün bunlara baxmayaraq, təkəlilər Səfəvi dövlətinin mədəni-siyasi həyatında mühüm rol oynadılar. Onların içərisindən şairlər, mahir bəstəkarlar çıxıb. Araşdırıcılar Təkəli tayfası ilə “Koroğlu” dastanı arasında bağlılıq görürlər. Həm Osmanlı, həm də Səfəvi imperiyalarında hərəkata başlayan tayfa eyni soykökə malik idi, Təklə-Təkəli tayfasıydı. “Koroğlu” dastanının Təbriz variantında Koroğlu Səfəvi hakimləri ilə deyil, əsasən Osmanlı paşaları, o cümlədən Osmanlı imperiyasına qatılan Dərbənd hakimi, Kürdüstan valisi və digərləri ilə vuruşur. Dastanda Cəlaliləri Səfəvi hakimiyyətinə bağlayan maraqlı faktlar var ki, bunlar Təkə-Türkman və Cəlali tayfalarının eyni soykökə bağlılığını göstərir. Süleyman Əlisanın dastandakı şeir parçalarından gətirdiyi nümunələr olduqca maraqlıdır. Koroğlu öz qoşmalarında fəxrlə deyir: “Təkə-Türkman, Cəlali tək elim var”, “Bolu bəg dutub Eyvəz balını, Deyün Təkəlidən ellərim gəlsin”. Koroğlunun özünü tanıdan türkülərində Yomut tayfasının adına da rast gəlirik: “Əslim gedər Təkə - Türkman - Yomuta”. Başqa bir yerdə Koroğlu öz tayfasının haralı olmasını belə söyləyir: “Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni”, “Ərəb paşa, sənə bir ərz eyləyim, Yerim xəbər alsan Muradbəyliyəm”. Koroğlunun sevimli aşığı Aşıq Cunun da əslən Təklə tayfasından idi. O, gənclik illərindən yaxşı tanıdığı Təkə-Türkman obasına gəlir. Burada qəssab Alının oğlu gənc Eyvazı yüz igidin içindən seçib bəyənir və onu Koroğluya və Nigar xanıma layiq bilir. Beləliklə, demək olar ki, Koroğlu indiki Ağdamın Muradbəyli, Eyvaz Bərdənin Türkmən, Aşıq Cunun isə Ağcabədinin Arasbar kəndlərində dünyaya gəliblər və Təklə tayfasındandırlar. 
Təklələrin təsərrüfat həyatı, mətbəx mədəniyyəti, toy adət-ənənələri tərəkəmə aləminə və prinsiplərinə aydınlıq gətirir. Təklələrin musiqi duyumu, dini inancları ayrıca araşdırılmağa layiqdir. Bütün bunları nəzərə alan Süleyman Əlisa Təklə yazarlarının əsərlərindən bəzi nümunələri, Təklə elinin söz boxçasını kitabına daxil etməklə bu elin inkişaf səviyyəsini açıb göstərir.
Professor Həsənbala Sadıqov yazır ki, Azərbaycanda kəndlilərin oturaq həyata keçmələri Səfəvilər dövründə tamamlanıb. Azərbaycan tərəkəmələri heç vaxt yaşadıqları kəndləri boş qoymurdular. Onların bir hissəsi mal-qaranı, qoyun-quzunu yaylağa aparanda bir qismi də kənddə qalıb əkinçiliklə, təsərrüfatla məşğul olurdular. Ona görə də tərəkəmə təklələr köçəri deyil, köçəri maldarlar idilər. Dünyanın müxtəlif guşələrinə səpələnmiş təkləlilərin qəbiristanlıqları onların həmin yerlərdə yaşadıqlarını əks etdirən daş salnamələrdir.
Tərəkəmələrin həyat tərzi tarixi ədəbiyyatda fərqlidir. Tərəkəmə təkləlilərin yaşadıqları məkanlarda iki yurd yeri və iki qəbiristanlığının olması onların həyat tərzinin müəyyən edilməsində mühüm rol oynayır. Belə ki, köçərilərin getdikləri yer olur, amma geri dönməli yerləri olmur. Tərəkəmə təkləliləri tarix boyu iki yurd yeri arasında hərəkət ediblər və hər iki yurdda öz daş kitabələrini əzizləri ilə birlikdə torpağın sinəsinə sancıblar.

xalqcebhesi.az

Rusiya Sovet ərzağı buraxmağa başladı

Rusiyanın yeni dövlət strategiyası çərçivəsində ərzaq məhsullarının tərkibi ilə bağlı nəzarət gücləndirilir. Ntv.ru saytının məlumatına əsasən, Rusiya Elmlər Akademiyası Sovet dövrünün məşhur QOST-una (malların sertifikasiyası üzrə regional standart) uğyun olan milli standartlar işləyib hazırlamaqdadır. Mütəxəssislər bildirirlər ki, müasir dövrün texniki şəraitlərində standartlar gözlənilmir, nəticədə ərzağın tərkibi ilə bağlı müxtəlif manipulyasiyalar etmək mümkün olur. Məsələn, QOST-un olmaması ucbatından konfetlərə və süd məhsullarına palma yağı qatılmağa başlanmışdır. Və yaxud bir çox ərzaq məhsullarına gec xarab olmaları üçün antibiotiklər vurulur. Yeni milli standartlar həmin neqativ halları aradan qaldıracaq. 
Artıq Rusiya zavodlarında istehsal olunan yağların tərkibi hər gün laboratoriyada yoxlamadan keçir. Standarta uyğun olmayan partiyalar zay elan olunur və həmin məhsul istehsalatdan yığışdırılır. Bundan sonra Rusiya laboratoriyaları tərkibinə toksiki maddələrin qatılmaması məqsədilə ölkədə istehsal olunan ərzaq məhsullarına tam nəzarət edəcəklər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkə ərazisində GMO məhsulların qadağan olunması barədə qərar imzalamışdır. Qanuna uyğun olaraq, GMO məhsulların həm Rusiya ərazisində yetişdirilməsi və çoxaldılması, həm də xaricdən gətirilməsi qadağan edilir.

SOCAR-ın Türkiyədəki bölmələrində həbs və istefalar

"Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, eyni zamanda S.Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.
Bundan başqa, holdinqin və onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur. Ümumilikdə 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.
"Petkim Petrokimya Holding A. Ş."-nin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.
Qeyd edək ki, A.Məmmədov eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəridir.
SOCAR "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib. SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev "APA-Economics"ə açıqlamasında deyib ki, "SOCAR Turkey Energy" şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: "Onlardan birinin şikayəti əsasında "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb". /apa.tv/

27.07.2016

İsrail Hərbi Hava Qüvvələri Rus dronunu vura bilmədi

İsrail Hərbi Hava Qüvvələri ağır uğursuzluq ilə üzləşmişlər. İsrailin "Al-Monitor" portalına əsasən rusvesna.su saytının verdiyi xəbərə görə, ÇAXAL hərbçiləri hava məkənana daxil olan naməlum pilotsuz təyyarəni vurmağa nə qədər cəhd göstərsələr də, heç bir nəticə əldə etməmişlər. 
17 iyulda Qolan təpələri istiqamətindən hava sərhədlərini pozan pilotsuz təyyarə İsrail ərazisinə daxil olmuşdur. ÇAXAL-ın Hərbi Hava Qüvvələri pilotsuz təyyarəni vurmaq üçün 2 ədəd amerikan istehsalı olan "Petriot" raketi buraxsa da, raketlər hədəfə dəyməmişdir. Bundan sonra görə havaya qırıcı təyyarə qaldırılmış, lakin onun atdığı raket də dronu vura bilməmişdir. Beləliklə, İsrail ordusunun dronu məhv etmək cəhdləri uğursuz alınmışdır.
Dron İsrail ərazisi üzərində yarım saat uçaraq çəkilişlər aparmış, sonra isə Suriya istiqamətində gözdən itmişdir. İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli məmuru bildirmişdir ki, hadisəni araşdırmaq üçün təhqiqat qrupu yaradılmışdır. İsrail hərbçiləri güman edirlər ki, pilotsuz təyyarə Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus olmuşdur. Uçuşda məqsədin Qolan təpələri zonasında mövqe tutmuş İsrail ordusu haqda kəşfiyyat məlumatları toplamaq olduğu ehtimal edilir.

Məhəmməd Baxış - Statuslar

İqlimimiz toylar üçün çox əlverişlidi.
Deyirəm sağ ol, deyir məndə saatı 7 qəpikdi, rahat danış.
23 il öncə bu gün Ağdamın işğalı ilə Azərbaycanda makler sənətinin intibah dövrü başlandı.
O qədər gözəl yağış yağır ki, adamın romantik status yazası gəlir.
Təhsil sistemimizdə iki şey çatmır: 1.təhsil; 2.sistem.
İstini hiss eləmirəm, əriyib hisslərim.
Dövlət səviyyəsində istidən bişirəm.
Üzümdə saqqal olanda "qğardaş" deyə müraciət edirlər. Üzümü qırxan kimi oluram "проста гагаш".
Bu gün komunal borclarımızın hamısını eyni vaxta ödəmişəm, əlim ayağım əsir.
Bu istidə ediləcək ən gözəl şey, sərin yerdə oturub istidən şikayətlənməkdir.
Azərbaycanda kitab oxumağa ayrılan vaxt günlük 15 saniyəymiş. O da kitabla şəkil çəkdirmə vaxtıdı yəqin.
Yagışlı havalardan şikayətlənənlər, bilirəm peşmansız.
Elə bilirlər məktəbi qurtaran kimi azad və firavan həyata başlayacaqlar.
Evdə təkəm, ocağın üstündə soyumuş çay, stolun üstündə bir-iki kitab və çörək qırıntıları, çöldə yenicə başlamış xırda yağış. Deyəsən şair oluram istəmədən.
Gəl Qubaya sənə payızı göstərim.
-Mənə bir cümləylə yalnızlığını anlat. +Üz vərirəm, astar istəyənim yoxdu.
Salam xanım, sizin televizorda da Fener Galatasaraya uduzub?
Biz dərsdən qaçanda sumkamızı götürüb qaçardıq, qaqaş müəlliməsini götürüb qaçıb.
Artıq ikinci dəfədi, dönərlə ayran sifariş edirəm, amma ayran əvəzinə kola gətirirlər. Hep İsrail oyunları bunlar. Yenə masonların diqqət mərkəzindəyəm.
Xoşbəxtlik bəzən pensiyasını yenicə almış bir nənəylə bazarlığa getməkdi.
"Sizi görüm Eurovisinda qalib gələsiz" deyib, qaçasan ölkədən.
Alça şəkili paylaşanları Allaha tapşırıram.
"Parçala məni, Eynsteyn". Atom.
"Səndən 1 dənədir" sertifikatının saxta səmimiyətindənsə, "əə sən niyə ölmürsəne?" deyən dost daha səmimidir.
"28 mall" belə gəldi, "Gənclik mall" belə getdi. Qurban olaram öz rayonmuza. Diməli çıxasa köynə avtovoğzalı dalına ora ucuzduğdu, orda tapmadun, duşəse bir az aşağaya birjaya. Orda sənə dicağlar ki "xalolu, al apar xoşua gəlməsə gətirəsə degşaruğ". Ya da satici dost-tanışdandırsa, səmimiyyətiniz vasa, dicağ "ərə ne nazdasane?, dədün-babun bele sey görüb, al apa geydə".
Oxudugum kıtabın ortalarına gəldiyimdə, barmagımı arasına qoyub oxuduqum səhifələrlə qalan səhifələrin qalınlıgını qarşılaşdırmasam, rahat olmuram.
Nurlan kimi iş yoldaşıyla mənə hər gün "1 aprel"di. Adamda mizah Allah vergisidi elə bil.
Bir ayrılıq, bir qrip heç biri olmayaydı.
Mitinqdə: - İstefa!! İstefa!! Rədd olsun hakimiyyət!! Rədd olsun rejim!! 1 gün sonra: - Rəyis, Allah haqqı çöreg almaga çıxmısdım. Yolum ordan kecirdi.
Gələcəyə qoydugum tək investisiya toylara atdığım pullardı.
Pozitiv statuslarımın hamısını qarnım tox olanda yazmışam.
"Çocuklarınızın yarın söz sahibi olmasını istiyorsanız, daha bugünden onlara iyi kitaplar hediye ediniz". Hz. Ali
İstənilən böhran vəziyyətinin müsbət yönü odur ku, sən bu zaman kəsiyinde yanında olanları, həmçinin olmayanları və olmuş kimi görünənləri tanıyırsan. Atdığın yanlış addımları bilirsən, bu yanlışlarını sənə göstərən həqiqi dostlarını, yanlışlarının səbəblərini və yaxud səbəbkarlarını görürsən. Böhran dalğa kimidi, mütləq çəkilir. Çəkilərkən isə özüylə çox şey aparır. Apardıqları isə gərəksiz olanlardı, səndən tutunanlar sənlə qalır.
Kitab oxumağa bir az gec başlamışam, 22 yaşımda. Ona görə də oxuduğum kitabların sayı elə də çox deyil. Amma həyatımda verdiyim ən düzgün seçimlərdəndi. Və ən sevdiyim məşguliyyətimdi.
Oxuduğun kitabı göstər, deyim sən kimsən.
Yenə tarix boyu "ov ovluyub quş quşluyan" (quş quşlamaq da nədisə?) oğuz cigidlərinin yurdunda bayram havası var. Yenə balaca oğuzcuğların papaqlarına qoz qoyanda olacaq, qoz qoymayan da. Yenə on səkkizini doldurmuş, şir dərisindən makasin geyinib, pələng dişindən təsbeh tutmuş oğuz ərənləri tində pakrışka yandırıb Basatın Təpəgözü neprav çıxartdığı temanı açacaglar. Yenə özü ahu, saçı qarğu olan qlamurka oğuzkalar marketdən aldığı şəkərburalarla selfi çəkib "necə bişirmişəm?" yazıb oğustagramda boy göstərəcəklər. Yenə şərabdan icib məst olan, antirikot sümüyünü şaqqıldadan oğuz bəyləri badə qaldirib, Dədəm Qorquda tost deyəcəklər. Dədəm Qorqud da yeni gəlib Anadolu diyarından, yenə onun yumurtası qaradonlu kafərlərin yumurtasını sındırcağ, qollarını yerə vuracagğ... Yenə oğuz elinə bayram gəlib... Bayramınız mübarəhh.

Rusiya komandası Olimpiya oyunlardan kənarlaşdırılmayacaq

Beynəlxalq idman tədbirləri açıq ifadə olunmuş siyasi xarakteristikaya malikdirlər- hər yığma komanda öz ölkəsini təmsil edir, stadiona öz ölkəsinin himni altında çıxır, qələbə əldə edilən zaman isə həmin ölkənin reytinqi qalxır. Başqa sözlə, Cozef Nayın təbirincə desək, idman "yumşaq güc" alətidir. O cümlədən, yarışın keçirildiyi ölkə sanballı şəkildə öz imicini yüksəldə bilir. Misal kimi, Soçidə keçirilən Qış Olimpiya oyunlarını göstərmək olar.
Ona görə də, idmançılar da siyasətçilər kimi tərəfdaşların və düşmənlərin diqqət mərkəzində olur. Təsadüfi deyildir ki, dopinq qalmaqalı məhz Rusiya idmançıları ətrafında qaldırılmşdır, halbuki həmin dərmanları yarışlarda iştirak edən bütün ölkələrin professionalları qəbul edirlər. Qərbə Rusiya Federasiyasının imicinə zərbə vurmaq lazımdır, belə ki tətbiq olunan sanksiyalar heç bir gözlənilən effekti vermədi, Moskvanı siyasi və iqtisadi təzyiq nəticəsində geri çəkilməyə vadar etmək mümkün olmadı.
Qeyd etmək yerinə düşərdi ki, dopinq qalmaqalı ilə bağlı ilk məqalə may ayında "Nyu-York Tayms" nəşrində işıq üzü görmüşdür. Həmin mətbu orqanı sifarişli materialların tribunası kimi tanınmışdır, odur ki, sifarişçinin kim olduğunu təyin etmək heç də çətin deyil.
Əgər bir çox başqa məsələlərlə bağla Rusiya öz suveren mövqeyini qorumaq hüququna malikdirsə, beynəlxalq təşkilatlarla bağlı məsələdə konsessusa nail olmaq və mahir diplomatik iş aparmaq lazım gəlir. Ancaq bunu hər dəfə effektiv etmək alınmır (iş təkcə Rusiya ilə bitmir, məsələn, son zamanlar BMT-də ənənəvi ailə dəyərlərinə zərbə vurmaq məqsədilə sodomitlərin müdafiəsi müşahidə olunur). Ancaq əksər hallarda son söz yenə də ayrı-ayrı şəxsiyyətlərdən asılı olur.
Dopinq qalmaqalı ilə bağlı məsələdə son nöqtəni Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax qoymuşdur. O bu posti 2013-cü ildən tutur.
Ruo-de Janeyrodakı yarışmalardan Rusiya Olimpiya yığma komandası kənarlaşdırılmayacaqdır. Ayrı-ayrı idmançılarla bağlı qərarları isə bundan sonra profil federasiyaları qəbul edəcək. Tomas Bux özü bu cür yanaşmanı idmançıları "təmiz" və dopinqlilərə ayırma adlandırmışdır və birincilər haqlı olduqlarını sübut etmək şansı qazanmışlar.
Düzdür, nəticədə Rusiya yığma komandasının texniki heyəti azalacaq, amma siyasi mesaj üçün məkan- himn, bayraq və idmanın müxtəif növləri üzrə qələbə qazanmaq imkanı saxlanılacaq.
Ola bilsin ki, bəziləri Baxın bu hərəkətlərində Rusiyayönümlü mövqe görürlər, belə ki Bax ABŞ-ın siyasi sifarişinə qarşı getmişdir. Amma Bax əslində böyük idmanın ənənələrini və oturuşmuş mexanizmlərini qorumağa çalışır.
Bəli, siyasətdə olduğu ki, idmanda da müxtəlif qalmaqallar baş verir. Olimpiada və ya başqa dünya yarışmaları tarixində belə hallar yetərincədir. Ancaq idmançıların qaydaları pozması məsələsi qaldırılırsa, tərəfkeşlik tutmadan və obyektiv yanaşılmalıdır. Əks təqdirdə müəyyən bir lobbi öz məqsədinə bir dəfə nail oldusa (Qərbin bütün hüququ isə presedentlər əsasında formalaşıb), qeyri-idman maraqları güdərək başqa ölkələrdən olan idmançılara qarşı diskreditasiya praktikasını təkrarlamağa başlayacaq.

Marek Qlinka                             katehon.com

26.07.2016

Azərbaycan əsilli yəhudi “krallarının” 300 milyon dollara başa gələn obyekti əllərindən alınır

Moskvanın cənubunda inşa edilmiş və Rusiya paytaxtının beş ən yaxşı ticarət-əyləncə kompleksindən biri olan “Columbus” Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirovların əllərindən alınır. virtualaz.org xəbər verir ki, obyekt “Qazprombank”ın mülkiyyətinə keçə bilər. Buna səbəb Manaşirov qardaşlarının “Qazprombank”dan götürdükləri və obyektin tikintisinə sərf etdikləri krediti qaytarmaqda çətinlik çəkməsidir. Qardaşlardan Roman hazırda həbsdədir, Solomon isə İsrailə qaçıb. Onların adları “Forbes”in daşınmaz əmlak kralları siyahısındadır.
Rusiya mənbələri xəbər verir ki, hazırda obyektin icarəçilərinin işləri yaxşı getmir. Böhrana görə bütün daşınmaz əmlak sahiblərinin gəlirləri azalıb. Manaşirov qardaşları isə üstəlik cinayət təqibi ilə üzləşdiklərindən işləri daha qəlizdir.
Moskvanın Kirovqrad küçəsində yerləşən, sahəsi 277 min kvadratmetr olan “Columbus” ticarət-əylənə kompleksinin tikintisi üçün “Qazprombank”dan 300 milyon dollar kredit götürülüb. Əvəzində obyekt girov qoyulub. Kreditin götürülməsi Dövlət Dumasının deputatı İldar Samiyevin dəstəyi sayəsində mümkün olub. Məlumatlara görə bunun əvəzində deputat obyektə şərikdir. Bildirilir ki, kreditin qaytarılmasında fasilələr yaranır və bank məhkəməyə müraciət edərək obyektin mülkiyyət hüququnu almağa hazırlaşır.
Roman Manaşirov Rusiya İstintaq Komitəsinin müstəntiqlərinə iri məbləğdə rüşvət verdiyi üçün həbs olunub. O, rüşvəti Azərbaycandan olan digər yəhudi milyoner Januko Rafailovun həbsdən buraxılması üçün vermişdi. Rafailov isə Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs olunub. O, Telman İsmayılovun keçmiş ortağıdır. Eləcə də Manaşirov qardaşları 90-cı illərin ortalarında T.İsmayılovla ortaq olublar. Qardaşlardan digəri Solomon isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin bu günlərdə onların işi üzrə yeni nüanslar ortaya çıxıb. Məlum olub ki, Manaşirov qardaşları “Şakro Molodoy” ləqəbli avtoritet, kriminal aləmin “kralı” Zaxari Kalaşovla əlbirdir.
“Şakro” Manaşirovların “krışası” olub və onların qruplaşmasının güc qanadını təşkil edib. Manaşirovlar əvvəlcə hüquq-mühafizə orqanlarındakı güclü əlaqələri hesabına biznesmenlərə problemlər yaradıb, sonra bu problemləri “həll edib”, yəni iş adamlarından rüşvət alaraq hüquq-mühafizə orqanlarındakı adamlarına çatdırıb. Qurban müqavimət göstərəndə işə “Şakro” qarışıb. “Şakro”nun həbsindən sonra Rusiya İstintaq Komitəsinin 3 yüksək rütbəli əməkdaşı da həbs olunub. Bu yeni dəlillərin ortaya çıxmasından sonra Manaşirov qardaşlarına qarşı daha ağır maddə-mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq ittihamı irəli sürüləcək.

25.07.2016

Gülənin azərbaycanlı məmurlara ödədiyi milyonluq rüşvətin sənədi yayıldı

"Gülən camaatı"nın lideri Fətullah Gülənin Azərbaycandakı “paralel quruluş”un üzvü olan dövlət adamlarına rüşvət verməsini əks etdirən sənəd internetdə yayılıb.
Virtualaz.org-un ANS TV-yə istinadən verdiyi məlumata görə, yayılan sənəddə "Gülən camaatı"nın Azərbaycandakı üzvlərindən əldə etdiyi qazancı bir yerə topladığı qeyd edilib. Yığılan pulların böyük bir qisminin həmin ölkələrdə fəaliyyət gösrətən Gülən təşkilatları ilə əməkdaşlıq edən şəxslərə ödənildiyi də sənəddə əks olunub.
Sənəddə həmçinin qeyd edilib ki, Fətullah Gülən onun mənafelərinə xidmət edən azərbaycanlı dövlət adamlarına rüşvət verib.
Bütün bunlar "Gülən camaatı"na üzv olan bir şəxsin Fətullah Gülənə göndərdiyi məktubda qeyd olunub.

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır

Rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov 15 iyul olayı ilə bağlı maraqlı fikirlərlə çıxış etmişdir.
Politoloq deyir: “Qiyamdan sonra özünün ilk mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan elədi ki, dövlət çevrilişinə cəhd 1999-cu ildən ABŞ-da yaşayan imam Fətulla Gülənlə bağlıdır. Bununla da o, qiyamın təşəbbüsçüsünü və onun havadarını birbaşa göstərmiş oldu. Ərdoğanın sözlərinə görə, qiyama cəhdi Birləşmiş Ştatların geosiyasi maraqları çərçivəsində hərəkət edən türkiyəli hərbçilərin kiçik bir hissəsi həyata keçirib. Bunun ardınca baş nazir Binəli Yıldırım bəyan elədi ki, qiyamın başında ABŞ-da hərbi təhsil almış və orda dəfələrlə hərbi hazırlıq keçmiş Türkiyə HHQ komandanı, general Özdemir durub. Bu bəyanat Ankara və İstanbulda dövlət çevrilişi cəhdinin əsas siyasi yekunudur”- analitik vurğulayıb.
Onun əminliyinə görə, qiyam cəhdinin Ankara-Moskva münasibətlərinin istiləşməyə başladığı dövrə düşməsi də təsadüfi deyil və Qərbin Rusiya-Türkiyə yaxınlaşmasına cavabıdır. “15 iyul çevriliş cəhdi ilə bağlı Ərdoğanın zəng elədiyi ilk dünya lideri Rusiya prezidenti Vladimir Putin oldu. Bu jest olduqca əlamətdar olmaqla özlüyündə çox şey deyir. Yeri gəlmişkən, Türkiyədə baş verənləri ilk olaraq dövlət çevrilişinə cəhd adlandıranlardan biri Azərbaycan prezidenti İlham Əliyev idi. Belə görünür, Türkiyə üçün indi əsas oriyentir məhz Rusiya olacaq, ABŞ yox. Şəxsən mən buna çox sevinərdim. Mən artıq çoxdan- 2013-cü ildən Qara dəniz-Qafqaz regionunda Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması ideyasını təbliğ edirəm. Və bunu həm şifahi, həm də yazılı şəkildə elmi konfranslarda və elmi-publisistik məqalələrdə qeyd edirəm”,- deyə Oleq Kuznetsov vesti.az-dakı müəllif məqaləsində bildirir.
Ekspertə görə, belə bir hərbi-siyasi blokun yaradılması zərurəti indi artıq onun bütün potensial iştirakçıları, ilk növbədə də Türkiyə üçün daha aydın görünür: “Mənim əvvəllər öz mahiyyətinə görə ağılsız və mümkünsüz görünən, haqqında ”belə bir şey mümkün deyil, çünki heç vaxt mümkün deyil" deyilən tezisim getdikcə daha da həyat qabiliyyətli olur"- təhlilçi ardınca qeyd edib. 
Onun fikrincə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. “Hər halda, ən azından Qara dəniz-Qafqaz regionu üçün belə bir gözlənti var”- tarixçi-ekspert əlavə edib.
Türkiyə-Rusiya yaxınlaşması və ya Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması sözsüz ki, Qarabağ məsələsinə də birbaşa təsir edən amildir və münaqişə ətrafında yeni, unikal bir situasiyanın formalaşmasına gətirə bilər. Qarabağ müstəvisində Türkiyə-Rusiya yaxınlaşması ikitərəfli əlaqələr qaydaya düşəndən dərhal sonra özünü göstərməyə başlayıb. Təsadüfi deyil ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvan səfəri ilə bağlı belə bir məlumat yayılmışdı ki, Moskva Ankaranın da prosesə qatılmasına isti yanaşır.
Lavrovun İrəvan səfərindən cəmi bir neçə gün sonra isə Kremlin danışan dillərindən hesab olunan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlama vermişdi. Azərbaycan telekanallarından birinə verdiyi müsahibədə o demişdi: “Əgər Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq. Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Maraqlıdır ki, təxminən eyni vaxtda Kremlin başqa bir danışan dili, Avrasiya Hərəkatı təşkilatının rəhbəri və eyni adlı ideyanın əsas müəllifi, politoloq, Rusiya Dövlət Duması sədrinin məsləhətçisi Aleksandr Duqin Türkiyədə olmuşdu və həmişə anti-Türkiyə mövqeyi ilə fərqlənən bu şəxs də qardaş ölkə haqda pozitiv sözlər və Qarabağ məsələsinə dolaysıyla aidiyyəti olan fikirlər səsləndirmişdi.
Türkiyədə hakim və müxalif partiyalardan olan bir sıra siyasətçilərlə görüşdən sonra Duqin jurnalistlər üçün mətbuat konfransı təşkil edərək, orada regional proseslərdə Ankaranın rolunu yüksək dəyərləndirmiş, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin pozulmasında ABŞ-ı günahlandırmışdı. “Vaşinqton öz müttəfiqlərindən heç birinin ərazi bütövlüyünü təmin etmək iqtidarında deyil. Əksinə, bu ölkələrdə xaos, bölünmə yaşanır. Belə bir ssenari Türkiyə üçün də yazılıb”- Duqin Türkiyədə demişdi. /musavat.com/

Məhəmməd Nardaranlı - Olaram

Ya Əli zikr eliyən kəslərə qurban olaram,
Ağama küfr edə kim- mən ona düşman olaram

Mən Əli Aşiqiyəm, məndə o Şahım kimi hər
Məzluma yar olaram, zalimə tufan olaram.

Desəler dan Əlini, yoxsa səni öldürərik,
Danmaram mən Ağamı, qanıma qəltan olaram.

Eşid ey ziddi Əli, ölsəm əgər şahım üçün,
Buna çox fəxr edərəm, sanma ki peşman olaram.

Buyurub Həzrət Əli: Sevsə bizi bir kəs əgər,
Ruzi Məhşərdə onun dərdinə dərman olaram.

Mənə məhşərdə şəfa eyləməsən, ey Ağacan,
Ağlayıb sızlayaram, halı pərişan olaram.

Deyiləm şair, Əli can, yazıram şeyri qəzəl,
Sən Dua etsən əgər yaxşı Qəzəlxan olaram.

Əlinin aşiqiyəm, vardı Muhəmməd ümidim,
Çağırar Şahım Əli, qəbrinə mehman olaram.

23.07.2016

Elnur Aslanov Azərbaycan nurçularının mənəvi atasıdır

“Nurçular və 5-ci kolonun üzvləri bu gün birləşərək Azərbaycana, prezidentə xəyanət etməklə məşğuldular”. Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.  Partiya sərdinin sözlərinə görə,  Azərbaycandakı nurçuların rəhbəri Prezident Aparatının eks-şöbə müdiri Elnur Aslanovdur.
“Elnur Aslanov Azərbaycan nurçularının mənəvi atasıdır. Aslanov bu şəbəkınin rəhbəri olub. Öz adamlarını dövlət strukturlarına yerləşdirib. Bu insanlar Azərbaycana müxtəlif yollarla təzyiq ediblər. Bunlar Azərbaycanda ən çox təhsil sahəsinə sirayət ediblər. Məqsədləri savadlı gənclərimizin beynini yeməkdir. Bunların icra hakimiyytlərində də adamları var. Onların prinsiplərindən biri də odur ki, vəzifəyə sahib ola bilməyəndə pul verib vəzifəyə keçirlər. Hətta Fətullah Gülənin bu işləri həyata keçirmək üçün fondu da var. Nurçuların əsas hədəfi insanları incitmək, prezidentin tapşırıqlarını sabotaj etməkdir. Mən bu sözləri deyərəkən özümə qarşı təzyiqlər görmüşəm. Elnur Aslanov haqda deyəndə məni qınayırdılar. Amma göründüyü kimi mənim dediklərim doğru oldu. Siz təsəvvür edin, hadisələr yaşandıqdan 2 gün sonra Elnur Aslanovun anası Rəbiyyət Aslanova ANS telekanalında efirə çıxdı. Rəbiyyət Aslanova etdiyi qanunsuzluqlara görə işindən kənarlaşdırılıb. Nurçularla mübarizə aparmaq hər bir vətəndaşın işidir. Bunlarla hamı mübarizə aparmalıdır. Prezidentə dəstək lazımdır. Bu gün ölkədə yaşanan problemlərin hamısını nurçular və 5-ci kolon üzvləri törədir. İlham Əliyev dəfələrlə deyib ki, mənə ictimaiyyətin köməyi lazımdır. Partiyalar mətbuat bu məsələdə sayıq olmalıdır. Bu gün bizim partiyaların daxilində də nurçular var. Gürdüyünüz kimi ölkəni qarışdırmaq istəyən qüvvələr konstitusiyada nəzərdə tutulmuş dəyişikləri sərt tənqid edərək Azərbaycanda qarşıdurma salmaq istəyirlər. Biz buna imkan verməməliyik. Ölkənin əsas müxalifət partiyası hazırda bizik. 90 min üzvümüz var, bütün üzvlərimiz haqda məlumatlıyıq. Amma digər partiyalar belə deyil. Çoxu agent, xəyanətkar yığınıdır. Bir şey olan kimi qaçırlar xarici dövlətə, orada ölkəmizə qarşı təbliğata başlayırlar. İctimaiyyət araşdırma aparmalıdır. Görək bu nurçular daha hansı sahədə var. Birini mən deyim, Elnur Aslanovun bacanağı bu gün Təhsil Nazirliyində yüksək vəzifələrdən birini tutur. Təbii ki, hazırda E.Aslanovun qohumu hazırda Azərbaycana xidmət etmir. Amma hamımız Azərbaycan və onun atributu olan 1-ci şəxsə xidmət etməliyik”. /moderator.az/

22.07.2016

Bəxtiyar Ruşin - IM SAVDO BƏ KULƏ ŞE

Eşğı-tənu otəşe,
Dılım damande vəşe,
Im savdo bə kulə şe,
Zilisə peqət mıni!

Bimar nıbim navo tı,
Hiç kəsım ni, sıvo tı,
Bıkə bomı dıvo tı;
Bəlonku oqət mıni!

Az piyodəm, tı aspo,
Sıredə bəmı hampo!
Dılım qavər bıtasbo,
Dı səy mu dəqət mıni!

Bəjen mıni vavazon,
Baban mıni ovəyzon,
Pidə nıbu ım ğəzon;
Bəştə dıl eqət mıni!

Vindəş,purə dardim az,
Mande-marde pardim az!
Iştı roədə mardim az;
Dasonsə bıqət mıni!

Ankaranı qana qərq edən pilotdan şok sözlər

15 iyul dövlət çevrilişinə cəhd zamanı paytaxt Ankaranı bombardman edən helikpterin pilotu, kapitan Memduh Qaragöl ifadə verib. Pilot Ankara Quru Aviasiya Komananlığının şöbə müdiri Akif Minbaşı tərəfindən əmr aldığını deyib:

“Akif Minbaşı günorta saatlarında mənə zəng edərək iki ədəd ATAK hücum helikopterinin təhvil verilməsi barədə tapşırıq gəldiyini dedi. Şənbə günü getməyin daha uyğun olacağını söylədim. Lakin polkovnik-leytenant Murad Polad həftə sonu CH-47 helikopterlərinin təhvil-təslim ediləcəyini, bu səbəbdən də helikopterlərin Bodrumun Güvərcinlik rayonunda yerləşən bazaya göndərilməsini tələb etdi. Bundan sonra 16:30-da birliyimizdə olan 3 helikopterdən ikisi havaya qalxdı. Qısa müddət sonra helikopterlərin Güvərcinlik yerinə Ankaranın Təməlli bölgəsinə getməsi barədə əmr gəldi və saat 21.00-da Təməlliyə eniş etdik. Burada bizimlə birlikdə Quru Aviasiya Məktəbi Komandanlığına məxsus təyyarələr gördüm. Polkovnik-leytenant Hakan Ərol ATAK helikopterlərinin Güvərcinliyə gətirilməsi mövzusunda təlimat aldığını dedi. Saat 22.00-da İstanbulda körpülərin bağlanıldığını görüncə, fövqəladə vəziyyət olduğunu anladım. Hakan Ərol Güvərcinliyə yox, Akınçı bazasına getməyimiz lazım olduğunu dedi. Etiraz edincə, “Güvərcinliyə baxaq, sonra Akınçıya gedərik”,- dedi. 23.00-da havaya qalxdıq. Başkənd Universitetinə yaxınlaşdığımız zaman çox yaxın məsafədən bir qırıcı təyyarə keçdi. Onlara verilən əmri radio danışıqlarından eşidirdim. Səsindən tanıdığım polkovnik-leytenant Özcan Qaracan qırıcılara “Onların avtomobilinə “kobra” deməyin, “əqrəb deyin”, polisin əqrəbini vurun, polisləri vurun”, deyəndə inana bilmədim. Yenə səsindən tanıdığım “Sikorski” pilotu, polkovnik-leytenant Xəlil Gürün “Beştəpə və Bəytəpə ətrafındakı polisləri vurun” sözlərini eşitdim. Bir neçə dəqiqə sonra Güvərcinliyə çatdıq. Vəziyyət əvvəlkindən daha fərqli idi. 3 yanacaq tankeri aerodromda gözləyirdi. Digər birliklərdən texnik və pilotlar hava limanına göndərilmişdi. Polkovnik-leytenant Ərdal Başlar məni qarşıladı. “Xoş gəldiniz. Təcili helikopterinizə silah yükləyin” deyincə əsəbiləşdim. “Nə silah? Kim kimi vurur? Heç nədən xəbərim yoxdur”,- dedim. Texnik və pilot yoldaşlarıma “Heç kim buradan ayrılmasın, heç nə etməyin, silah yükləməyin”,- dedim. İçəri keçərkən Malatya vilayətində xidmət edən baş çavuş Volkan Türkqorxmazı və baş çavuş Mustafa Ormantəpəni gördüm. “Nə edirsiniz”, - soruşanda, “Nəsə etməyə çalışırıq. Sonuna qədər mübarizə aparacağıq”,- dedilər. Tabor komandiri polkovnik-leytenant Murad Poladın otağına getdim. Hakan Ərol da otaqda idi. Belində tapança vardı. “Nə baş verir”,- soruşanda hərbi vəziyyət elan edildiyini dedi. Bunun qanuni olub-olmadığını bilmək üçün “Baş Qərargah rəisinin əmri və ya xəbəri varmı” soruşdum. H.Ərol isə baş barmağını qaldırdı və 2 min səhifəlik əmr olduğunu dedi. Mənə oxuya bilmədiyim və anlamadığım bir yazını göstərib, “Bundan sonra sizə verilən bütün əmrləri icra edəcəksiniz. Etməsəniz, lazım olanı edəcəyik”,- dedi. Bu sözləri deyərkən silahına işarə edərək məni təhdid etdi. Bir otağa keçib televiziyanı izlədim. Prezident və baş nazirin açıqlamasını izləyincə çevriliş olduğunu anladım. Dərhal həyat yoldaşıma zəng edib çölə çıxmamağı tapşırdım. Oturarkən helikopterimizin zədə aldığını dedilər. Necə olduğunu anlamadım. Komandamla birgə qonaq otağına keçdik və səhərə qədər orada qaldıq. Səhər 08.30-da yaxınlarımızın yanına getdik. Saat 10.30-da Malatyadan polkovnik-leytenant Adəm İzgü mənə zəng edərək alay komandirimizin helikopterin vəziyyəti barədə məlumat almaq istədiyini, bu səbəbdən Güvərcinliyə getməyimi tapşırdı. Burada bütün komandam ilə həbs olunduq. Çevrilişin qanunsuz olduğunu anladığım üçün polkovnik-leytenant Murad Polad tərəfindən verilən əmrləri yerinə yetirmədim, helikopteri hərbi təchizatla yükləmədim. Bu səbəbdən çevrilişdə iştirakımı qəbul etmirəm. Silahsız vətəndaşa, digər təhlükəsizlik qüvvələrinə, dövlət təşkilatlarına qarşı silah istifadə edilə bilməz”. /politika.az/

Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox

Rusiya və Türkiyə prezidentlərinin görüş tarixi bəlli oldu. Kremlin mətbuat katibi Dmitri Peskov prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun birinci on günlüyündə Rusiya şəhərlərinin birində görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzuları ikitərəfli münasibətlər, regional məsələlər, terrorla mübarizə olacaq.
Qarşıdakı görüşlə bağlı gözlənti iki mühüm özəlliyinə görə region və dünya üçün xüsusi önəm kəsb edir. Bunlardan biri odur ki, Ərdoğanla Putin ötən il noyabrın 24-də baş vermiş "Su 24" insidentindən, münasibətlər qaydaya düşdükdən sonra ilk dəfə bir araya gələcəklər.
İkincisi isə görüş 15 iyul dövlət çevrilişinə cəhd səbəbindən Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətli şəkildə soyuduğu dönəmə təsadüf eləməsi ilə diqqətdə olacaq. Yerli və xarici siyasi şərhçilər qarşıdakı görüşün mümkün nəticələrinə ilk növbədə bu prizmadan yanaşmağa başlayıblar.  
Rusiyalı tanınmış hərbi ekspert, Moskvadakı Plexanov adına İqtisadiyyat Universitetinin Sosiologiya və Politologiya kafedrasının dosenti Aleksandr Perenciyev Ərdoğan-Putin görüşü və onun gözlənilən nəticələrini rusdilli vest.az saytına şərh edib. Onun fikrincə, Ərdoğan hazırda öz ölkəsi ətrafında tamamən başqa bir siyasi konfiqurasiya qurur. "Bu, məhz həmin məqamdır ki, Ankara Moskva ilə ciddi yaxınlaşmaya gedə bilər” - politoloq güman edir.
Ekspert deyib: "İki ölkə arasında münasibətlər hətta Rusiya təyyarəsi vurulanadək olandan da yüksək səviyyəyə qalxa bilər. Baxmayaraq ki, bu, bizim üçün çox xoşagəlməz bir insident oldu, amma indi Türkiyə ilə münasibətlərimiz yüksəliş dövrünü yaşayır- məlum təyyarə insidenti bir növ münasibətlərin möhkəmləyinin sınağı oldu. Biz əlbəttə ki sonsuza kimi türkləri günahlandıra bilərik ki, onlar bizim pilotumuzu vurublar və haqlı da olarıq. Ancaq əgər Türkiyə bizə kömək eləməyə və bir çox məsələlər üzrə müttəfiq olmağa hazırdısa, niyə də olmasın?”
"Hazırda çox maraqlı bir layihə qurulmaqdadır- İran, Rusiya, Türkiyə. Üstəlik, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır. Gələcəkdə Türkiyənin də müşahidəçi statusda üzvlüyünə baxıla bilər. Aydındır ki, bütün bunlar Çinlə razılaşdırılmalıdır. Ancaq əgər belə bir şey baş versə, o zaman hamı görəcək ki, Türkiyə Qərbə qarşı getməsə də, başqa yolla gedəcək”- təhlilçi ardınca vurğulayıb.
Rusiyalı hərbi analitikin qənaətincə, Moskva ilə Ankara arasında münasibətlərin yaxşılaşması tərəflər üçün böyük imkanlar aça bilər: "Rusiya diplomatiyası bundan istifadə eləməyə çalışacaq. Əlbəttə ki, bizim münasibətlərdə problemlər olub və var. Ancaq düşünürəm ki, hamı onların üstündən adlamalıdır. Elə eləmək lazımdır ki, Türkiyə Rusiyanın müttəfiqi olmasa da, onun etibarlı tərəfdaşı olsun. Bu, çox yaxşı olardı. Əminəm ki, avqustun əvvəllərində aparılacaq danışıqlar məhz həmin tərəfdaş əlaqələrin qurulmasına yönələcək. Fikrimcə, Türkiyə Birləşmiş Ştatlardan uzaqlaşmağa başlayacaq. Türklər NATO-dan çıxmasalar da, Alyansın formal üzvü olacaqlar".
Qeyd edək ki, bir sıra digər ekspertlər də hesab edir ki, Türkiyədəki hərbi çevrilişdə "Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın daha da yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün unikal imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər. O sırada Rusiyalı tanınmış tarixçi-analitik, Oleq Kuznetsov bildirib ki, Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox. Onun ehtimalına görə, regionda hətta Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı formalaşa bilər. Ekspertə görə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. /musavat.com/