31.08.2016

Kəmaləddin Heydərovla Əli Həsənova zərbə - VİDEO

"Fövqəlnazir"in atasının, şöbə müdirinin isə qudasının nurçuların tədbirində çıxışını əks etdirən videolar

Qəzetimizin elektron poçtuna Kəmaləddin Heydərovla Əli Həsənova ciddi zərbə sayıla biləcək iki video göndərilib. Bu videolardan biri “fövqəlnazir”in atası, deputat Fəttah Heydərovla, digər isə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyevlə bağlıdır.
Əldə etdiyimiz məlumatlara görə, 2012-ci ildə youtube.com-a sosial şəbəkəsinə yerləşdirilən bu videolar başqa redaksiyalara da göndərilib. İki il əvvəl youtube.com-a yerləşdirilən videoların indi gündəmə gətirilməsinin səbəbi var. Məsələ burasındadır ki, həmin videolar nurçulara bağlı olan “Çağ” Öyrətim İşlətmələrinin 20 illiyi ilə bağlı tədbirdə çəkilib. Fəttah Heydərov və Səttar Mehbalıyev da həmin tədbirdə iştirak edib və “Çağ” Öyrətim Işlətmələri barədə yüksək fikirlər səsləndirib. Görünür, bu videoları media quruluşlarına göndərən qrup Fəttah Heydərovla Səttar Mehbalıyevin də nurçulara bağlı olması barədə rəy yaratmağa cəhd edir. Bəs niyə Fəttah Heydərovla Səttar Mehbalıyev hədəf seçilib? Ehtimallara görə, bu, məmurlar barədə “nurlu kompramatlar”a daha çox Kəmaləddin Heydərovla Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova yaxın media quruluşlarında yer verilməsi ilə bağlıdır. Qeyd edək ki, Səttar Mehbalıyev Əli Həsənovun qudasıdır. 
Kəmaləddin Heydərovla Əli Həsənovun nəzarətində olan media hansısa deputatın, məmurun, hökumət təmsilçisinin nurçuların tədbirlərində iştirakını həmin şəxslərin bu şəbəkəyə bağlı olmaları ilə izah edir. Görünür, əks cəbhə də bu hücumlara eyni qaydada cavab verməyi məqsədəuyğun sayır. Yəni hansısa məmurun, deputatın nurçuların tədbirində çıxış etməsi onun bu şəbəkəyə aid olması üçün əsas sayılırsa, o zaman niyə Fəttah Heydərovla Səttar Mehbalıyevin “Çağ” Öyrətim İşlətmələrinin tədbirinə qatılmaları və bu təhsil müəssisəsi barədə yüksək fikirlər səsləndirməsi də onlara qarşı “nurçu” ittihamı sürmək üçün əsas hesab edilməsin?

http://www.azadliq.info/43152.html

Əmanətçilərə bəd xəbər: Ehtiyatlı olun!

"Əmanətlərin Sığortalanması Fondu əmanətlərin qaytarılmasına tam təminat deyil. Çünki bu fond dövlət qurumu deyil". Bu sözləri qaynarinfo.az-a bank üzrə ekspert Əkrəm Həsənov fəaliyyətdə olan və bağlanan bankdakı əmanətlərin təhlükəsizliyi haqqında şərh verərəkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, əmanətlərin sığortalanması haqqında qanunda müddəa var ki, dövlət Əmanətlərin Sığortalanması Fondunun öhdəlikləri üçün cavabdeh deyil: "Yəni sabah fond pulu qaytara bilməsə, dövlətin heç bir məsuliyyəti yoxdur. Bu ilin fevralında və indiki vəziyyətdə biz gördük ki, fondda pul yoxdur. Fond sadəcə Mərkəzi Bankdan kredit götürür. Qaytarılan əmanətlər kreditlərin hesabınadır. Bu da sonsuz ola bilməz. Fondun öz pulu yoxdursa, Mərkəzi Bank da hər zaman kredit verməyəcək. Bu baxımdan əmanətçilər başa düşməlidir ki, tam sığortalanma yoxdur. Fond pulu qaytara bilməsə, sadəcə onu bağlayacaqlar". 
Ekspert bildirib ki, bu günə qədər əmanətlərdə elə böyük problem yoxdur: "Çünki bağlanan banklar elə də böyük banklar deyil. Məsələn, böyük bir bank da bağlanmalı idi. Ancaq orda 600 milyon manat əmanət olduğundan bağlamadılar. Bildilər ki, bu əmanəti qaytara bilməyəcəklər. Əmanətlərin Sığortalanması Fondu pulu verə bilməsə, fondun özünü bağlayacaqlar. Banklar da bu gün əmaənətləri qaytarmaq gücündə deyil. Əslində heç qaytarmır. Xırda hissələrlə vz qeyri-müəyyən qaydada qaytarılır. Müştəri var ki, əmanətinin vaxtı apreldə bitib. Ona deyiblər ki, sənin pulunu il yarımdan sonra veriləcək. Əlbətdə ki, belə hallar digər banklarda əmanət saxlayan əmanətçilər üçün təhlükəlidir. Əmanətçilərin Sığortası Fondu bağlanmasa belə, o fond tərəfindən pulun verilməsi üçün bankı bağlamaq lazımdır. Dövlət hər dəfə bunu etmir. Digər tərəfdən bağlanan banklarda konpensasiya edilən əmanətlərlə bağlı da əyintilər var. Qaytarma prosesində dollarla olan əmanətləri milli valyuta, Mərkəzi Bankın kursu ilə qaytarırlar. Bu da müştəriləri qane etmir. Mərkəzi Bankın kursu 1.62 manatdır, amma bazarda ən azı 1.67-dir". 
Əkrəm Həsənov qeyd edib ki, əmanətçilər Əmanətlərin Sığortalanması Fondunun istənilən halda bütün əmanətlərə təminat vermədiyini bilməlidir: "Xarici valyuta ilə müqavilə 3 faizə qədərdisə, bu əmanətlər sığortalanıb. Ondan çoxdursa, sığortlanmıyıb. Ümumiyyətlə əmanətçilər çox ehtiyatlı olmalıdırlar".

Zahid Qaralov: Mən Fətullah Gülənin kitabına ön söz yazmışam

Zahid Qaralov: “O, dünyanın məşhur filosofları ilə müqayisə olunacaq şəxsiyyətdir”

“Azərbaycanda Türkiyə liseylərini bağlamaq barədə təkliflərlə razı deyiləm. Düşünürəm ki, türk liseylərinin imkanlarından daha da yararlanmalıyıq. Olimpiadada iştirak edən və qızıl medallar qazanan şagirdlərin böyük əksəriyyəti türk liseylərini bitirənlərdir. Biz əvvəlcə öz milli orta təhsil sistemini inkişaf etdirməli, sonra kənardan idarə olunan təhsil ocaqları ilə bağlı danışmalıyıq”.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sabiq deputatı Zahid Qaralov bildirib. Z.Qaralova görə, “nurçuluq” deyilən dini təriqətin yaradıcı Səid Nursi və hazırda Amerikada yaşayan Fətullah Güləni türklüyün və ya İslamın düşmənləri kimi təqdim etmək doğru deyil: “Mən Fətullah Gülənin kitabına ön söz yazmışam. O, dünyanın məşhur filosofları ilə müqayisə olunacaq şəxsiyyətdir. Onun dövlətçiliyə nə zərəri ola bilər? Adam təhsili, oxumağı təbliğ edirsə, onu alqışlamaq lazımdır. Düşünürəm ki, Türkiyədə “nurçuluq” adı altında Gülən məktəblərinə qarşı açılan mübarizə Ərdoğan siyasətinin qüsurlu tərəfidir. Şəxsən mən Ərdoğanın bu siyasətini dəstəkləmirəm”.

"Oğrular" Lənkəranskinin qatillərinə ölüm hökmü çıxardılar

Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan "oğruların" iştirakı ilə "sxodka" keçirilib.
Kriminal "sxodkada əsasən Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən gürcü avtoritetləri iştirak ediblər.
Kriminal yığıncaq Lənkəranskinin yaxın dostu Merab Canqveladzenin (Merab Suxumski) rəhbərliyi altında keçirilib.
"Sxodka"da tanınmış "oğrulardan" Merab Baxiya, Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ediblər.
"Sxodka" zamanı Rövşən Lənkəranskinin ölümünün təşkilatçıları və icraçılarına ölüm hökmü çıxarılıb. /ölkə.az/

Bakılı gey: Bizim əsas müştərilərimiz dövlət rəsmiləri və vahhabi mollalardır!

Üzdəniraq anormal ünsür: "Günü-gündən də sıralarımız çoxalır!"

Azərbaycanın 22 yaşlı anormal vətandaşı olan və adının mediada çəkilməsini istəməyən üzdəniraq- “gey” aztoday.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, insanlıqdan uzaq düşmüş, cinsi pozğunluğa düçar olmuş azğın "geylərin" Bakıda əsas müştəriləri dövlət rəsmiləri və vahhabi mollalarıdır.
Anormalın sözlərinə görə, çoxları elə hesab edir ki, Azərbaycan müsəlman ölkəsi olduğuna görə burda fəaliyyət göstərmək heç də asan deyil, ancaq əslində bu ideya kökündən yanlışdır.
"Bunu əməli işdə dəfələrlə sübut etmişik. Misal üçün, yaxın qonşu ölkələrdən Gürcüstan və Türkiyədə küçədə ya da hansısa məclisdə lezbiyan, gey, biseksual və transgender (LGBT) olduğunu desən, səninlə söhbət belə etməzlər. Hətta çoxları həmin an ya uzaqlaşar, ya da polis çağırar. Azərbaycanda isə hər kəs söhbət etməyə açıqdır"- deyə murdar işlə məşğul olan pozğun açıqlayıb.
"Ehtiyaclarınızı ödəmək üçün əsasən harada tanış olursunuz?" sualına qarabuğdayı gey belə cavab verdi: "Bizim Bakının bir çox yerlərində kafe və gecə klublarımız var. Müştərilərimiz orda bizimlə tanış olur və onlarla vaxt keçirməyə razılıq veririk. Bildiyiniz kimi hazırda Azərbaycanda bizim 3 təşkilatımız (Gender və Tərəqqi İctimai Birliyi, Nəfəs LGBT və Azad LGBT) və bir saytımız fəaliyyət göstərir, günü-gündən də sıralarımız çoxalır. Düzdür, hər şey eyni cinslərin evlənməyinə hüquqi razılıq verən ölkələrdə olduğu kimi "yağ" kimi getmir, ancaq postsovet ölkələrinin demək olar ki, əksəriyyətində bizim qəbildən olan insanları cəmiyyətdən sıxışdırmağa, deportasiya etməyə çalışırlar. Burda isə belə halların sayı çox azdır".
"Görüşdüyünüz məşhur insanların, ya da məmurların adlarını çəkə bilərsinizmi?" sualı gey üçün heç də gözlənilməz olmadı: "Ad çəkmək düzgün olmazdı. Bu bizim "biznesimizə" xələl gətirər. Ancaq ölkə ictimaiyyəti üçün bir faktı qeyd edim ki, bizim əsas "müştərilərimiz" vahhabi mollalardır. Bakının bir kəndinin (həmin kəndin adını yazmağı etik hesab etmirik- red) əksər mollaları ilə şəxsən özüm əlaqədə olmuşam. Mərc girərək müştəri tapmaq "layihəmiz" də tez-tez öz bəhrəsini verir. Elə bu yaxınlarda vahhabi mollalardan birini yoldan çıxartdım, o da asanlıqla mənimlə "olmağa" razılaşdı. Tanınmış şəxslərlə də "görüşlərimiz" olur. Onlar bizimlə bu "əlaqəni" öz aralarında "eksperiment" adlandırırlar. Bizim üçün isə bunun necə adlandırılmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, ehtiyacımız ödənir". /azl.abna24.com/

30.08.2016

Метательным ножем отомстил за дочь

В Российском городе, отец изнасилованной 14 летней девочки, совершил возмездие над насильником прямо в зале суда. Посчитав вынесенный приговор слишком мягким, возмущенный родитель выхватил из-за пояса три самодельных метательных ножа. Один за другим он метнул их в преступника, словно в какую-то мишень.
Все произошло так быстро, что полицейский конвой, просто не успел среагировать. Все три ножа угодили в цель, причем два из них попали в сердечную область, а третий боевой метательный нож пробил несчастному гортань. Осужденный замертво свалился на месте. Мстителя тут же арестовали прямо в зале сюда. Удовлетворенный содеянным гражданин Каравайкин не сопротивлялся и добровольно отдал еще два метательных ножа.
На вопрос следствия о причинах побудивших совершить его столь дерзкое убийство, тот ответил: «вырастите благоухающий прекрасный цветок, потом посмотрите, как его кто-то затопчет грязными сапогами, и вы поймете мой поступок. Моя дочь дважды пыталась покончить с собой после изнасилования и оба раза ее спасла чистая случайность. Она до сих пор находится на излечении в психиатрической лечебнице, а этому подонку, дали каких-то пять лет общего режима, да еще и условно»
На вопрос о заранее приготовленных орудиях убийства, подследственный ответил, что он предполагал о подобном приговоре, потому, как ему не раз предлагали крупную взятку, за то, чтобы он забрал заявление из полиции, и даже попытались действовать физически, банальным мордобоем, но связаться с бывшим афганцем им дороже встало. Тогда он заранее изготовил по чертежам из интернета пять боевых метательных ножей. После недели интенсивных тренировок, он легко попадал в тыкву с двадцати метров со скоростью один нож в секунду.
По приговору верховного суда, гражданину Каравайкину назначили наказание в виде восьми лет лишения свободы условно и освободили в зале суда. Условное наказание было вынесено решением присяжных заседателей, у большинства которых имелись дочери разных возрастов.

https://www.facebook.com/photo.php?fbid=1253440561354126&set=a.858110674220452.1073741827.100000645831795&type=3&permPage=1

Rövşən Lənkəranskinin ölümündə şok iddia - “Onu kürdlər böyük məbləğə öldürüblər”

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm hökmünə hələ 2013-cü ildə, "kriminal aləmin generalı" Aslan Usoyanın qətlindən sonra qərar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rosbalt.ru" saytı yazıb.
İstanbulda baş vermiş qətl hadisəsi ilə bağlı məlumatı olan mənbələrdən biri "Rosbalt"a bildirib ki, Rövşən Canıyev avqustun 17-də gecə saatlarında İstanbulda hotellərdən birinin restoranında komandasının üzvləri ilə görüşüb. 
"Daha sonra Rövşən hoteldən çıxıb və sürücüsünün olduğu "Range Rover" markalı avtomobilinin arxa oturacağında əyləşib. Avtoritetin maşınını arxadan içərisində bir neçə mühafizəçinin olduğu digər bir avtomobil müşayiət edib. Rövşənin içində olduğu "Range Rover" yerindən tərpənən zaman, arxadakı maşın gözləmə mövqeyini seçib. Məhz bu, həmin maşındakı şəxslərin ölümünün qarşısını alıb.
"Range Rover" gözlənilmədən ağır atəşə tutulub. Atəş açanlar ən azı 3 nəfər olub. Onlar mühafizəçilərin olduğu avtomobili də güllə-baran etmək istəyiblər. Lakin sürücü sürətlə geri sürüb və hadisənin baş verdiyi ərazidən uzaqlaşıb.
Çoxlu güllə yarası almış Rövşən xəstəxanaya çatdırılıb, lakin orada həyatını xilas etmək mümkün olmayıb. Canıyev doğma vətəni Azərbaycanda dəfn olunacaq", - mənbə söyləyib.
Eyni zamanda adıçəkilməyən mənbənin sözlərinə görə, Rövşənin qətlinin təşkilatçıları kürdlər olub: "Onlar daha öncə "Ded Həsən"in ölümündə günahkar bildikləri Lənkəranskidən intiqam almaq istəyiblər. Aydındır ki, bu qətliamı törətmək üçün digər "vorzakon"lar kürdlərə külli miqdarda pul ödəyiblər". /miq.az/

29.08.2016

Gülən məktəblərinin Azərbaycanda açılmasına hansı nazir “hə” demişdir?

Gülən məktəblərinin Azərbaycanda açılmasına hansı nazir “hə” demişdir? Təhsil eksperti Etibar Əliyev keçmiş təhsil naziri Firidun Cəlilovun Gülən məktəblərinin yaradılması ilə bağlı fikirlərinə münasibət bildirib.
Politika.Az “aznews.az”-a istinadən ekspertin yazısını olduğu kimi təqdim edir:
“Açığı Gülən məktəblərinin yaradılması ilə bağlı Firudin Cəlilovun çaşqınlıq yaradan fikirlərinə münasibət bildirmək istəmirdim. Onun şəxsiyyətinə və milliliyinə böyük hörmət bəslədiyim keçmiş Təhsil naziri Lidiya Rəsulovanın adını bu məsələlərdə hallandırması məni buna vadar etdi. Bu, haqsızlıqdan başqa bir şey deyil.
Məncə hörmətli Firudin müəllim ümumiyyətlə bu mövzuya girişməməli idi. Ancaq nə etməli, girişdi: “Həmin dövrdə bunlar “nurçular” adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim”.
Bundan başqa Firudin Cəlilov publika.az saytına açıqlamasında bildirib ki, nurçuların Azərbaycanda ilk fəaliyyəti xələfi olan sabiq təhsil naziri Lidiya Rəsulovanın dövrünə təsadüf edir: “Mən təhsil naziri olan vaxtı nurçuları yaxına buraxmırdım. Hətta o dövrdə Qafqaz Universiteti açmaq istəyirdilər, ancaq mən buna imkan vermədim. Məndən sonra isə Lidiya Rəsulova təhsil naziri oldu. Onun dövründə nurçular Azərbaycan təhsilində təşkilatlanmağa başladılar. Lidiya xanım bu cür siyasi proseslərdən çox da məlumatlı deyildi. Ona görə də onlar o dövrdə ayaq açmağa başladılar”.
Əlahəzrət fakt nə deyir: 27 noyabr 2012-ci ildə Bakıda “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunub. Deməli ”Çağ” Öyrətim İşlətmələri Şirkəti 1992-ci ildə (2012-20=1992) yaradılıb və həmin vaxt təhsil naziri Firudin Cəlilov idi. Başqa bir fakt: “Sumqayıt Özəl Türk Liseyi – 1992-ci ildən 2014-cü ilə qədər Sumqayıtda fəaliyyət göstərmiş özəl liseydir. Sumqayıt Özəl Türk Liseyi Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyədən gəlmiş Maarifçi özəl şirkət – “Çağ” Öyrətim Şirkəti arasında 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında açılan ikinci təhsil müəssisəsidir”.
Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlayıb. Həmin vaxt Təhsil naziri Lidiya Rəsulova deyil, Firudin Cəlilov idi. Və Ekspert Komissiyasının sədri də Firudin Cəlilovun özü idi.
Yeni Musavat qəzetinin 19 avqust 2016-cı il tarixli sayından: “Sabiq təhsil naziri Firudin Cəlilov isə Misir Mərdanovun prosesdə hər hansı rolunun olduğunu istisna etdi və bildirdi ki, məsələ daha yüksək səviyyədə həll olunub. Orada Misir Mərdanovun heç bir günahı yoxdur”.
Əlahəzrət fakt nə deyir: Elə həmin “Gülüstan” sarayında baş Tutan “Çağ” Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyində Misir Mərdanovun nitqi: “20 ildir ki, ”Çağ” Azərbaycan təhsili üçün bir örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzində ”Çağ” öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir”.
Bu cür məsuliyyətsiz çıxışlar həmin məktəblərin nüfuzunu artırırdı. Və Azərbaycan məktəblərində oxuyan istedadlı uşaqlar həmin şəbəkəyə daxil olan məktəblərə üz tuturdular.
Bu işlərin canlı şahidi kimi onu deyə bilərəm ki, mərhum Lidiya Rəsulovanın vaxtında bu məktəblər xeyli dərəcədə zəifləmişdi. Lidiya xanım onları yaratmamış və Misir Mərdanov kimi heç vaxt öyməmişdir. Kimi suçlamaq istəyirsiniz, suçlayın. Amma vicdanınız olsun, Azərbaycan təhsil tarixinə adını qızıl hərflərlə yazdırmış, indi Haqq dünyasına qovuşmuş Lidiya xanıma böhtan atmayın. Şahidlər var axı…” /politika.az/

Ərdoğan İlham Əliyevə kimlərin adını verib? - Gülən işi-siyahı

Sentyabrın 26-da keçiriləcək olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra prezident İlham Əliyev ciddi kadr islahatlarına başlayacaq. İlk növbədə hakimiyyət Gülən tərəfdları olan məmur və nazirlər istefaya göndəriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, Gülən tərəfdarı olan yüksək ranqlı məmurların siyahısı hazırdı. Bu siyahını Türkiyə prezidenti prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə artıq təqdim edib. Siyahıda 1000-ə yaxın iri və orta çaplı məmur adı var. Gülənçilər nazirliklərdə, dövlət müəssisələrində, Elmlər Akademiyasında, ali məktəblərdə, bank və başqa iri biznes strukurlarında qərarlara təsir edə biləcək postlarda yerləşdirilib. Gülənçilərin sayı Azərbaycanda çox olsa da, onların ən aktivləri ilə bağlı tədbirlər görüləcək. Çünki hakimiyyət Türkiyədə olduğu kimi kütləvi repressiyalara getməyəcək. Sadəcə, müəyyən aktiv təbəqə zərəsizləşdiriləcək - deyə mənbə vurğulayıb.
İstiqlal.az az öncə mötəbər mənbəyə istinadən bildirmişdi ki, Azərbaycanda Gülənçilərin siyahısına mədəniyyət və turizm naziri Əbüfəs Qarayevlə idman və gənclər naziri Azad Rəhimov başçılıq edir: "Gülən tərəfdarları hələ 1994-cü ildə - Gənclər və İdman Nazirliyi yaranandan bu qurumu tam nəzarətə götürə biliblər. O vaxt nazirliyə rəhbərlik edən Ə.Qarayev Gülən tərəfdarlarını qısa zaman kəsiyində rəhbər strukturlara yerləşdirib. Bu sırada hətta nazir müavinləri də var. Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, bu qurumların bazasında Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ancaq Gülən tərəfdarları hər iki nazirliyi nəzarətdə saxlaya bilib. Gülən qrupunun liderlərindən və Ə.Qarayevin ən çox etimad etdiyi müavinlərindən biri olan İntiqam Babayev Gənclər və İdman Nazirliyində statusunu qoruya bildi. Hazırda o nazir müavini postunu tutur".
Mənbə iddiasına görə, bu iki nazirlikdə Gülən qrupu o qədər şaxələnib ki, onları başqa nazirliklərə rahatlıqla transfer edə bilirlər: "Hazırda başqa nazirliklərdə də Gülən tərəfdarları kifayət qədərdir. Hətta keçmiş Gənclər, İdman və Turizm Nazirliyinin kadrları arasında deputat qrupu da var. Gülən camaatının Bakıdakı himayədarları kimi tanınan Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov (Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiridir) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov (hazırda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədridir) da bu qrupun dəstəyi ilə yüksək postlara təyin ediliblər. Onlar işdən çıxarıldıqdan sonra Gülən qrupunun mövqeyi zəifləsə də, seti dağıtmaq mümkün olmadı. Həyat tərzi Gülən camaatı ilə ziddiyyət təşkil edən A.Rəhimov isə qrupun biznes imkanlarından faydalanmağa üstünlük verdi".
Mənbənin məlumatına görə, Bakıda Gülən qrupunun əsas maliyyə işlərini SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov kurasiya edir: "Xaliq Məmmədov Gülən qrupunun əsas maliyyə dayağıdır. Gülən qrupuna məxsus Qafqaz Universiteti Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Ancaq Türkiyə tərəfi məsələnin açıq qaldığını bildirir. Çünki Ali Neft Məktəbinin təsisçisi X.Məmmədovun rəhbəri olduğu Azərbaycan Beynəlxalq Təhsil Mərkəzidir. Bu şəxsin adı Gülən qrupunun Azərbaycandakı əsas simlarından biri kimi hallanır".
Mənbə bildirir ki, böyük ehtimalla Konstitusiya dəyişikliyi ilə bağlı referendium bitdikdən sonra (26 sentyabr) prezident İlham Əliyev hakimiyyətdəki Gülən qrupu ilə bağlı qərarlar veriləcək: "Türkiyədəki məlum hadisələrdən sonra rəsmi Bakı Gülən camaatının Bakıdakı dayaqlarını təhlükə mənbəyi hesab edir. Türkiyə prezidenti Ərdoğan da Gülən camaatının Bakıda çevrilişə cəhd edəcəyi ilə bağlı bəyanat vermişdi". /politika.az/

Böhranın Naxçıvana dəxli yoxdur?!

Böhranın Naxçıvana dəxli yoxdur?! Naxçıvan Muxtar Respublikasının bir çox iqtisadi göstəricilərinə baxanda, elə təsəvvür yaranır ki, iqtisadi böhranın buraya dəxli yoxdur

ÜDM NAXÇIVANDA ARTIB, ÖLKƏ ÜZRƏ İSƏ ...

Məsələn, muxtar respublikada 2016-cı ilin yanvar-iyul aylarında 1 milyard 372 milyon 970 min manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Bu, 2015-ci ilin uyğun dövrü ilə müqayisədə 1.9 faiz çoxdur. Ancaq gələk ölkədə ÜDM-in vəziyyətinə. Bu ilin 6 ayında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz az ÜDM istehsal edilib.
Bu fərqi digər göstəricilərdə də görürük. Muxtar respublikada əsas kapitala 562 milyon 200 min 300 manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəkindən 0.6 faiz çoxdur. Amma ölkə üzrə bu göstərici 30 faiz azalıb.
Azərbaycanda bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2.6, Naxçıvanda isə 5.1 faiz artıb.

ÖLKƏ ÜZRƏ MƏNFİ, NAXÇIVANDA İSƏ MÜSBƏT SALDO

Naxçıvanda ölkə üzrə göstəricilərdən fərqi olaraq, xarici ticarətdə müsbət saldo yaranıb. Bu ilin yanvar-iyulunda muxtar respublikada 240 milyon 931 min 800 dollar həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 2.2 faiz artaraq 217 milyon 654 min 500 dollar olub. İdxal isə 20.2 faiz azalaraq 23 milyon 277 min 300 dollar təşkil edib. Nəticədə 194 milyon dollardan artıq müsbət saldo yaranıb.
Ölkə üzrə isə idxal da, ixrac da azalıb, nəticədə 167 milyon 466 min ABŞ dolları dəyərində mənfi saldo yaranıb./politika.az/

"Ehtiyacın varsa götür, Ehtiyacın yoxdursa gətir"


Əziz dostlar, Biləcəri qəsəbəsində istifadəyə verilmiş "Ehtiyacın varsa götür, Ehtiyacın yoxdursa gətir" xeyriyyə kampaniyasına dəstək olaq.
Evlərinizdə geyinmədiyiniz geyimləri və uşaqlarınızın artıq olan geyimlərini gətirməklə hanısa imkansız ailələrin üzlərində sevinc bəxş edin.
Bir də məktəb ilinin açılışı ilə əlaqədar olaraq ehtiyaclı ailələrə dəftər, qələm, pozan, karandaş və məktəb ləvazimatları lazımdır. Hərəmiz bir neçəsini ehsan etsək, hansısa ailəyə yardım etmiş olarıq.
Ümidvaram ki, bu yardımda bizə dəstək olacaqsız. Hacı Eminlə əlaqə saxlaya bilərsiz.

Ünvan Biləcəri qəsəbəsi.
əlaqə tel: (055) 721 10 98 (Hacı Emin Abdulla)

28.08.2016

Gülən Socar-ı necə ələ keçirmək istəmişdi - Bakıdakı “gülənçilər” məhəlləsi

Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra, Fətullah Gülən təriqəti ilə bağlı, təxminən 40 illik mübahisələrə son qoyuldu. Bu cəhdlə Gülən dini təriqətinin əsl mahiyyəti və siyasi hədəfləri üzə çıxdı. Sübut olundu ki, bu təriqətin din və təhsil adları altında pərdələnmiş, zahirən təqdirəlayiq fəaliyyətləri əslində konkret siyasi hədəflərə xidmət edir, təşkilat, bu hədəflərə çatmaq yolunda hətta silahlı çevriliş vasitəsini də məqbul hesab edir. Bundan daha təhlükəlisi isə Gülən hərəkatının Türkiyənin bütün dövlət və qeyri-dövlət strukturlarına, o cümlədən hərb sisteminə, dövləti yönətənlərin ən yaxın ətrafına necə ustalıqla sızdığının üzə çıxması oldu. Məlum oldu ki, ONLAR HƏR YERDƏ VARLAR, PUSQUDADIRLAR, ÇOX TƏHLÜKƏLİDİRLƏR!
Türkiyədə 15 iyul çevrilişi ilə üzə çıxan bu dəhşətli gerçəklər, istər-istəməz Gülən Hərəkatının fəaliyyətdə olduğu digər ölkələri, o cümlədən Azərbaycanı da ciddi düşündürdü. İlk dəfə 1993-cü ildə Azərbaycana ayaq basan bu təhlükəli örgütün, 2014-cü ilə qədər Azərbaycanda artıq 21 liseyi, bir gimnaziyası, bir universiteti, Naxçıvanda fəaliyyət göstərən 3 liseyi və çoxsaylı hazırlıq kursları var idi. Bundan başqa, iqtisadi sektorda da “gülənçilərin” çox ciddi pay və söz sahibinə çevrilə bildikləri heç bir şübhə doğurmur və konkret faktlarla öz təsdiqini tapır. Məsələn, bu günlərdə zərərçəkmiş qismində İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsində ifadə verən iş adamı Hüseyn Böyükfıratın “FETÖ-nün Türkiyədən sonra ikinci ən güclü olduğu ölkə Azərbaycandır” deyərək, “gülənçilərin” Bakıda onu necə sıxışdırması haqda sadaladığı faktlar son dərəcə ibrətamizdir. “Azərbaycanda bu quruluşun çox geniş fəaliyyəti var. Dünyada bəlkə də ən güclü olduqları ikinci ölkə Azərbaycandır. Bu camaat məndən pul istədi. Onların etdiyi xidmətlə bağlı “Bir müsəlman olaraq sizə kömək edərəm, ancaq sizin tələbləriniz buna uyğun deyil, “sizinlə heç bir əlaqəm ola bilməz” dedim. Məni şəxsən Fetullah Gülən xəbərdar etdi, xəbər göndərdi. Fətullah Gülən 2003-cü ildə Azərbaycana girişimə qadağa qoydurdu” – deyə Büyükfirat qeyd edib.
Bütün bunlar, 15 iyul çevriliş cəhdinin üzə çıxardığı dəhşətli gerçəklər fonunda Azərbaycanı böyük bir sual işarəsi ilə üz-üzə qoyur: Gülən təhlükəsi nə qədər ciddi olub və hazırda bu təhlükə qalmaqdadırmı?
“AzPolitika” bu suala müəyyən qədər aydınlıq gətirmək üçün keçmiş təhlükəsizlik əməkdaşı, professor Rövşən Novruzoğluna müraciət edib. R.Novruzoğlu təhlükəsizlik eksperti olmaqla yanaşı vaxtilə Gülən hərəkatını, onun tarixini və qarşısına qoyduğu hədəfləri, Azərbaycana gəlişini və burdakı fəaliyyətini dərindən araşdırmış birisidir.

- Azərbaycanda təxminən nə qədər gülənçi var və onlar hansı sahədə güclüdürlər?
- FETÖ-nün Türkiyədə etdiyi cəhdləri Azərbaycanda təkrarlamaq gücü varmı?
- Fətullah Gülən SOCAR-ı ələ keçirmək üçün hansı cəhdləri edib və bu məqsədinə nə dərəcədə nail olub? SOCAR-da Gülənçi şəbəkə varmı?
- Bakıda əsasən “gülənçilər”in yaşadığı məhəllə harda yerləşir və sairə…

Bütün bu sualların cavabı ilə R.Novruzoğlunun yaxın günlərdə “AzPolitika”da yayımlanacaq “Fətullah Gülən SOCAR-ı ram edə bildimi?” sərlövhəli yazısında tanış ola biləcəksiniz. /politika.az/

27.08.2016

NURÇULAR HANSI MƏMURA NƏ QƏDƏR PUL VERİR?

Keçən günlərdə açıqladığımız faktlarla sübuta yetirmişdik ki, əslində Azərbaycanda müxtəlif təriqətlərin gələcəyə hesablanmış təhlükə mənbəyi, gələcəkdə partlaması nəzərdə tutulan basdırılmış minalar olduğu hər kəsə məlumdur. Hətta bildirmişdik ki, bu barədə dövlətin başında oturan mübarək simalarmıza da məlumatlıdır. Amma buna baxmayaraq vətənimiz müstəqil olandan bəri ayrı-ayrı dini cərəyanların rahat-rahat hərəkət edə bildiyi bir poliqonu xatırladır.
Təbii ki, bunun başlıca günahkarı və səbəbkarı məhz mövcud iqtidardır. Məhz YAP hakimiyyəti dönəmində Azərbaycanda onlarla təhlükəli təriqət özünə yer tapıb, möhkəmlənib, formalaşıb və bügünkü təhlükə həddinə qədər böyük bir yol keçib.
Hansını misal çəkək: vahhabilərimi, nurçularımı, krişnaidlərimi, «Yehova şahidləri»nimi, baptistlərimi, «Birlik» kilsəsinə tapınanlarımı?.. Bir sözlə, Azərbaycanda bu gün olmayan dini inanc növü qalmayıb. Müxtəlif şirnikləndirici təkliflər və pul qarşılığında özlərinə tərəfdaş toplamağa müəssər olan bu kimi dini cərəyanların yeganə silahı vətəndaşlarımızın maddi sosial rifah halının olduqca aşağı olmasıdır.
Yəni onlar insanlarımızın problemlərindən istifadə edərək öz şəbəkələrini günü gündən genişləndirirlər. Bu istiqamətdə dəfələrlə həyəcan təbilinin çalınması da yetərsizdir. Hətta dövlətin ayrıca cavabdeh strukturu olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsənin dəfələrlə təriqətlərin təhlükə həddinə çatması barədə xəbərdarlıqları da yetərsiz qalır. Bu isə təbii ki, bir TƏBİİ PROSESDİR. Yəni belə də olmalıdır. Çünki Azərbaycandakı təriqətlərinin hər birinin arxalandığı konkret çevrələr, konkret qüvvələr var ki, bu güclər də məhz hakimiyyətin ayrı-ayrı qollarıdır.
Redaksiyamıza açıqlanan faktlarda isə Azərbaycanda az qala 20 ildir ki, fəaliyyət göstərən və açıq-aşkar təhlükə mənbəyi hesab olunan nurçuların iqtidar içindəki haimləri ilə bağlı ilginc məlumatlar yer alıb.
Bildirək ki, DİA.AZ-ı məlumatlandıran şəxs bir zamanlar nurçularla sıx təmasda olub və hətta onların ən etibarlı fiqurlarından biri kimi qələmə verilib. Lakin son altı ay ərzində nurçuların əsl mahiyyətindən xəbər tutan həmsöhbətimiz bizə çox dəhşətli faktları açıqladı: «Azərbaycanda nurçular artıq iki nəsil yetişdiriblər. Bu vətəndaşlarımız Azərbaycan üçün itirilmiş hesab oluna bilər. Çünki onlar nurçular tərəfindən zombiləşdirildiyindən həmin vətəndaşlarımızın Azərbaycana hansısa formada fayda verə biləcəyini güman belə etmək olmaz».
Həmsöhbətimizin əsas vurğuladığı məqam isə Azərbaycanda böyük biznes şəbəkəsinə malik olan və arxalarında böyük siyasi güc olan nurçuların hamiləri ilə bağlı oldu: «Azərbaycanda nurçuların arxasında əsas üç fiqur dayanıb. Onlardan ən əsası Prezident Administrasiyasının rəhbəri Əli Həsənovdur. İkinci əsas adamları baş nazirin müavini, tanınmış yazıçı Elçin Əfəndiyevdir. Üçüncü adamları isə təbii ki, təhsil naziri Misir Mərdanovdur».
Azərbaycanın «yerli qaydalarına» hər zaman riayət edən nurçuların həmin məmurlara çox ciddi pullar qazandırdığını bildirən həmsöhbətimiz onu da bildirdi ki, məhz həmin üç şəxsin hesabına nurçulara «gözün üstündə qaşın var» deyən yoxdur: «Nurçular üçün hər yerdə yaşıl işıqdır. Təsəvvür edin, bir təriqət Azərbaycanda hətta telekanala da sahibdir. Doğrudur, burada Türkiyənin özündə də nurçuların iqtidarda olması önəmli rol oynayıb. Amma istənilən halda bu gün «XəzərTV» kimi telekanalın mövcudluğu Azərbaycanın dövlət müstəqilliyini şübhəyə alan bir faktordur».
Onu da qeyd edək ki, həmsöhbətimiz nurçuların Azərbaycandakı əsas dayaqları ilə bağlı olduqca ilginc faktları redaksiyamıza təqdim edib.
Mənbənin bildirdiyinə görə, baş nazirin müavini Elçin Əfəndiyev, PA-nın şöbə üdiri Əli Həsənov və təhsil naziri Misir Mərdanov bu gün nurçulardan aylıq haqq alırlar: «Onlara hər ay konkret məbləğdə vəsait təqdim olunur. Bu barədə dövlətin müvafiq qurumları qısa müddət içində dəqiq bilgi əldə edə bilər».
Mənbənin sözlərinə görə, nurçular bu vəsaiti hakimiyyət içində lobbiçiliklərinin aparılması məqədilə verirlər: «Əslində bu normal bir haldır. Məsələn, dünyanın hər yerində, hətta ABŞ-da da ayrı-ayrı bu kimi təşkilatlar öz lobbiçiliklərinin yürüdülməsi naminə pul xərcləyir, ayrı-ayrı dövlət adamlarını, deputatları ələ alırlar».
Məlumatlara görə, Elçin Əfəndiyevin başlıca missiyası mədəniyyət sahəsində nurçulara dəstək verməkdən ibarətdir: «Elçin Əfəndiyevin sayəsində bu gün onlar mənədiyyət aləmində əməlli-başlı gücə çevriliblər. Digər istiqamətdə, siyasi baxımdan isə onlara Əli Həsənov arxa durub. Misir Mərdanovun isə hansı səviyyədə nurçulara dəstək verdiyini izahlamağa ehtiyac yoxdur. Hər halda, ay başında çatan haqq öz rolunu oynayıb. Bu gün Azərbaycanın əksər elmli adamları nurçuların süzgəcindən keçib».
Nurçularla bağlı iginc faktlarını açıqlayan mənbəmiz onu da vurğuladı ki, digər təriqətlərin təqib edildiyi halda nurçuların Azərbaycanda azad şəkildə fəaliyyət göstərməsi əslində lobbiçiliklərini düzgün qura bilmələrinin nəticəsidir: «Özbəkistanda, Rusiyada bu təriqət tamamən qadağan edilib. Amma Azərbaycanda günü-gündən çiçəklənir və genişlənirlər. Hər halda, bu onların lobbilərinin fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir».
Araşdırmalarımız davam edir…

dia.az            27-09-2012

Əli Həsənov sayədində hansı Nurçu jurnalistlətə ev verdilər?

Prezident Aparatındakı məmurlardan Nurçulara indiyə kimi dəstək verilməsəydi, Nurçular heç zaman bu qədər inkişaf edə bilməzdilər

Samanyolu TV Azərbaycanda bağlananda Əli Həsənov əl-ayağa düşdü və tez Xəzər TV təsis etdilər. İlk günlərdə medyada belə informasiya yayıldı ki, guya Xəzər TV direktoru azərbaycanlıdır. Özü də Əli Həsənovun qohumu. Amma bu hamısı gözdən pərdə asmaq idi. Əli Həsənovun qohumu düz bir ay Xəzər Tv -yə gözdən pərdə asmaq üçün gəldi. Amma sonra aydın oldu ki, Xəzər TV-ni elə yenə də Azərbaycanda Nurçu liderlərdən sayılan Hüseyin Dinləməz idarə edir. Hüseyn Dinləməzin Əli Həsənovla ailə dostluğu sonra ortaya çıxdı. 
SAM direktoru deyir ki, Nurçuları Prezident Aparatında axtarmayın. Bəs harda axtaraq? Prezident Aparatındakı məmurlardan Nurçulara indiyə kimi dəstək verilməsəydi, Nurçular heç zaman bu qədər inkişaf edə bilməzdilər.
Əli Həsənovun sayəsində dövlət başçısının jurnalistlərə ev vermə proqamında 3 nurçuya ev verdilər. Azərbaycanın əsl vətənpərvər oğullarına, əllərindən qələm düşməyən oğullarına, jurnalistika sahəsində dahilərə ev vermədilər, amma vətən üçün heç nə etməyən, dağlarda gəzib dolaşan, Xəzər TV-də ən gülünc və səviyyəsiz proqram aparıcısı Səbuhiyə 4 otaqlı ev verdilər! Özü də binanın ən yaxşı mənzərəli yerində. Qalan 2 nəfərdən heç danışmaq istəmirəm. Çünki jurnalist adını heç daşımırlar. Xəzər TV-də Hüseyn Dinləməzə çay daşıyanlardır.
Bundan əlavə, Rövnəq Abdullayevin müavini Xaliq Mustafayev çox qatı nurçudur. Həftədə ən azı uc dəfə Huseyn Dinləməz və Ahmet Sanıcla görüşür. Elə təsəvvür yaradıblar ki, guya Nurçuların məktəbləri Rövnəqin nəzarətindəndir. Bu da gözdən pərdə asmaqdır. Nurçular deyirlər ki, Universitet və məktəbləri yenə də istədiyimiz kimi idarə edirik. Rövnəqin dünyadan xəbəri yoxdur. Bəs Nurçuların Rövnəqin müavini Xaliq Mustafayevlə İngiltərədə açdıqları Təhsil Mərkəzindən nə üçün danışmırlar? İngiltərədəki Təhsil Mərkəzi vasitəsi ilə İngiltərənin universitetlərində oxuyan dövlət məmurlarının övladlarını bu təhsil mərkəzində Nurçuluğa dəvət edirlər. İngiltərədəki adı Azərbaycanın olan, amma Nurçular tərəfindən idarə olunan təhsil mərkəzi tam bir ov mərkəzidir. Azərbaycan günləri adı altında həftəlik toplantılar, yemək süfrələri təşkil edilir və gələcəkdə vəzifə tutacaq məmur övladları orda Nurçuluğa dəvət olunur.
Bəs niyə susursunuz, yazın da Kamaləddin Heydərovun oğlu Taleh Heydərov da həmin təhil mərkəzində Nurçuluğa cəlb edilib. Kamaləddin Heydərovdan çoxunun qorxduğu üçün səsini çıxartmır.
Rövnəq Abdullayevin müavininin Nurçu liderlərə iki gün əvvəl dediyi sözü sizlərə yazım. Narahat olmayın, Prezident İlham Əliyev özü mənə tapşıırb ki, sizə dəstək verim. Birbaşa Prezidentə çıxışım var, əslində çox adam bilmir və mən özüm Rövnəq Abdullayev üzərində Prezident tərəfindən nəzarətçiyəm.
Sizcə Xaliq Mustafayevi nurçuların yanında yalan danışmağa və Prezidentin adından istifadə etməyə vadar edən nədir?
Yoxsa Nurçular ona inanmamağa başlayıblar?
Rövnəq Abdullayevin oğlu Çağ Öyrətimdə təhsil aldığı üçün Rövnəq Nurçular üçün bütün imkanları səfərbərlik etmişdir. Azərbaycanda nə problemlə qarşılaşsalar, Rövnəqə zəng edirlər. Nurçu liderlər aralarında danışırlar ki, Rövnəq Abdullayevi şakirt yapa bilmişik (Nurçuluqda ilk Nurçuluğa cəlb olunana şakirt deyirlər).

Ardı var          Əjdər Əliyev            dogru.tv

politika.az

Рашадат Бабаев обматерил беременную женщину и ударил ее мужа

В Баку сотрудник дорожной полиции повел себя крайне неуважительно по отношению к водителю.
Как передает baku.ws, сегодня утром на Тбилисском проспекте произошел инцидент.
Молодой человек остановил автомобиль, чтобы высадить свою супругу. Перед ним стоял автомобиль дорожной полиции АР 400. Увидев остановившуюся машину, заместитель начальника Управления дорожной полиции города Баку, командир полка, полковник Рашадат Бабаев вышел из служебного автомобиля, подошел к девушке и в грубой форме потребовал у нее убрать автомобиль, на что девушка попросила подождать минутку, пока она высадиться, так как она находится в положении (беременна). В ответ на просьбу девушки полковник Рашадат Бабаев повел себя крайне неадекватно и обматерил девушку.
Наблюдавший за всем молодой человек - муж девушки, вышел из машины, чтобы заступиться за супругу. Рашадат Бабаев дал парню пощечину, сопроводив свое действие нецензурной бранью. Увидев происходящее, охранник учреждения, напротив которого все происходило, вышел к молодым ребятам на помощь. И так же как и остальные участники получил порцию мата в свой адрес, автором которого являлся все тот же полковник Рашадат Бабаев. И видно, этого полковнику показалось недостаточным, он еще и пнул ногой охранника.
В результате потасовки, устроенной Рашадатом Бабаевым, автомобиль молодых людей забрали на штрафную стоянку. Сотрудники полиции даже не потрудились объяснить причину нарушения.

“Yeni dünya düzəni”nin iflası:Böyük Avropa niyə baş tutmadı?

Fyodr Lukyanov

25 il əvvəl SSRİ-də baş vermiş avqust qiyamı sovet tarixi üzərindən xətt çəkdi. SSRİ ilə birlikdə  keçmiş rəqiblərin “pay bölgüsünə” əsaslanan “yeni dünya düzəni” ideyası da dəfn edildi. SSRİ-nin süqutundan sonra daha heç vaxt yeni dünyanın birgə dizayn edilməsindən söhbət gedə bilməzdi.
Birincisi, Rusiyaya faktik olaraq məğlub olmuş dövlət kimi baxırdılar. Onun sosial-iqtisadi vəziyyətində baş vermiş böyük miqyaslı iflas ağır hərbi məğlubiyyəti xatırladırdı.
İkincisi, Rusiya özü o vaxt qərb cəmiyyəti ilə birgə nəsə hazırlamaq yox, onun normalarını qəbul edərək bu cəmiyyətə qovuşmağa hazır olduğunu bəyan etmişdi. Bu andan etibarən Qərbin söz yiyəsi olma amili mübahisəsiz fakta çevrildi.
Ötən əsrin 80-90-cu illərinin hadisələri köklü dəyişiklik epoxası sayılırdı. Lakin üstündən 25 il ötdükdən sonra bu barədə bəzi şübhələr yaranır. 1940-80-ci illərin qarşıdurması tərəflərin birinin yox olması ilə nəticələndi. Bundan sonra əsas stavka SSRİ ilə qarşıdurma dövründə qərb cəmiyyətinə xidmət edən strukturların bütün planetə yayılmasına edildi. Başqa sözlə desək, Qərbdə “soyuq müharibə” dövründəki dünya idarəçiliyi modelinə yenidən baxmağa hazırlaşmırdılar. İndi sadəcə bu struktura daha iki supergücü tənzimləyən dayaq kimi yox, qlobal dünya hakimiyyətini bərqərar edəcək tək bir dayaq olaraq baxmağa başladılar.
Lakin bir müddət sonra məlum oldu ki, bu praktika artıq işləmir.
Tədricən Rusiyanın problemi yaranamağa başladı. İlkin mərhələdə Moskvanın qərbin demokratik cəmiyyətinə qovuşmaqla bağlı həvəsinə baxmayaraq bu baş vermədi.
Doğrudur, 2000-ci ilin ikinci yarısına qədər ABŞ və Avropa Rusiyanı elə də ciddi əngəl hesab etmirdi. Qərbin fikirncə, Rusiya ya “ağıllanıb” “normal ölkə” relsinə çıxacaq, ya da rəqabətə davam gətirməyib bir beynəlxalq güc faktoru kimi sakitcə sönüb gedəcəkdi.
Bu sxem dünyanın digər yerlərində də fəsad verməyə başladı. NATO-nu qlobal polisə çevirmək cəhdi çox qısamüddətli oldu. 1990-cı illərin sonlarında Yuqoslaviyadan sonra, Əfqanıstan və İraq müharibəsinə qədər artıq alyans parlçalandı. Lakin bunun nəticələri böyük miqyaslı idi: məlum oldu ki, öz proqramını reallaşdırmaq üçün hətta dəfələrlə çöx böyük hərbi gücə sahiblik faktoru da kifayət etmir.
Demokratiyanı yaymaq ideyası Yaxın Şərqin yenidən qurulması ilə bağlı məsələni nəinki kəskinləşdirdi, həmçinin Rusiya və Çin tərəfindən qəzəblə qarşılandı ("rəngli inqilab"lar). O proses Qərb cəmiyyətini də şübhələrə saldı. Məhz “yeni dünya düzəni” ilə bağlı artan böhran kataklizmlərin səbəbinə çevrildi.
2016-cı ilin yayı göstərir ki, bu erroziya layihənin “ürəyinə” – NATO və Avropa İttifaqına, o cümlədən lider dövlət olan ABŞ-a işləyib. NATO-nun vəziyyətinin ağırlığı onun əsas müttəfiqi sayılan Türkiyənin hərəkətlərindən aydın görünür. Prezident Ərdoğan özünü elə aparır ki, sanki NATO ümumiyyətlə mövcud deyil. Alyansın Rusiya ilə rəqib olduğu bir zamanda Ankara Moskva ilə təhlükəsizlik sahəsində hərbi-texniki əlaqələrini gücləndirir.
Moskvanın çevriliş cəhdi ilə bağlı Türkiyəni xəbərdar etməsi barədə informasiyaların nə qədər həqiqət olduğu barədə mühakimə yürütmək çətindir, amma bir şey məlumdur: Türkiyənin tərəfdaşı olan Amerika bunu eləmədi.
“Odun üstünə yağ” tökənlərdən biri də prezidentliyə namizəd Donald Trampdır. Onun “ABŞ NATO-da yalnız alyans qarşısında öhdəliklərini yerinə yetirəcək üzvlərini müdafiə edəcək” bəyanatı avropalı müttəfiqlərini oyatdı.
Qeyd edək ki, ABŞ-ın Avropadakı tərəfdaşlarının passivliyindən narazı olması ilk dəfə deyil. Bu barədə ən müxtəlif səviyyələrdə danışılıb. Tramp sadəcə bunu kəskin formada ortaya qoydu.
Amerika kampaniyası son 25 il ərzində ilk dəfə təcrid elementləri daşıyır: Tramp ABŞ-ın müstəsnalığını “soyuq müharibə” dövründə olduğu kimi interpretasiya etmir. Bu, daha çox ABŞ-a dəxli olmayan məsələlər barədə Vaşinqtonun kənarda qalmasını ehtiva edir.
Avropa İttifaqı da zərbələr alıb. Böyük Britaniyanın birliyi tərk etməsi barədə qərarı tarixi əhəmiyyət daşıyır. Tarixdə ilk dəfə olaraq birlik genişlənmək əvəzinə sıxılacaq. Türkiyə ilə münaqişə, Rusiya ilə qarmaqarışıq münasibətlər, Britaniyanın getməsi – bütün bu təzahürlərin müxtəlif səbəbləri var, lakin bir məsələni ortaya qoyur: Brüsselin mərkəz olduğu Böyük Avropa baş tutmayıb. Halbuki bu mərkəzi 1990-cı illərdə “yeni düzənin” protitipi kimi görürdülər.
İki baş tutmamış çevriliş çəhdi (SSRİ-də 1991-ci il avqust qiyamı və 15 iyul 2016-cı il Türkiyə) arasındakı 25 illik zaman ərzində keçmiş dizaynı yenilməyə cəhd olundu. Bu isə qanunauyğun nəticəyə gətirib çıxartdı:  “Soyuq müharibə”yə oxşar situasiyanın bərpası ilə bağlı məntiq qalib gəldi.
Lakin dünya hər halda çox dəyişib. İndi yeni institutlar artıq Çinin, Rusiyanın və digər regional güclərin təşəbbüsü ilə yaranır.

“Россия в глобальной политике» jurnalı
Tərcümə strateq.az-ındır

26.08.2016

ДИПЛОМАТИЯ ДЕЛИКАТЕСОВ

Уже много лет Армения и Азербайджан фактически находятся в состоянии войны между собой, но видимо, это не столь серьезная помеха пользоваться тем хорошим, что есть друг у друга. Это касается не только простых граждан, но и представителей политической элит этих государств.
Как недавно стало известно из хорошо осведомленного источника в Баку, президент Азербайджана Ильхам  Алиев периодически употребляет знаменитый армянский коньяк «Наири», а его очаровательная жена – Мехрибан «ханум» Алиева курит сигареты «Сигарон» армянского производства. Подобные предпочтения четы Алиевых не являются государственной тайной, но все равно, не афишируются. Примечательно, что «вражеские» коньяк и сигареты поставляются в президентскую семью из Москвы.
Его «визави» Серж Саргсян совершенно точно азербайджанский коньяк не пьет. Но в Ереване среди местного политического истеблишмента тоже немало лиц, которые предпочитают знаменитую бакинскую черную икру. Этот деликатес специально для них завозится из соседней Грузии. Также немало тех, кто с удовольствием слушает азербайджанскую музыку дома.
Эти гастрономические пристрастия представителей элиты враждебных государств можно считать курьезом, но данное обстоятельство лишний раз показывает, что на бытовом уровне тесные связи между Арменией и Азербайджаном не смогли разорвать десятилетия «холодной войны». Может быть, настало время для окончательного урегулирования «карабахского конфликта», продолжающийся почти тридцать лет и создания условий для мирного, созидательного сосуществования двух соседских народов?

vokrugnovostei.ru

Bu xalq xərçəngə tutulmur, 150 yaşa qədər yaşayır, 65 yaşlı qadınları dünyaya uşaq gətirir

Sən demə, planetimizdə demək olar ki, heç bir xəstəliyə tutulmayan xoşbəxt xalq yaşayır.
Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bəs bu uzunömürlülüyün sirri nədədir?
Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayı axır. Bu çayın keçdiyi vadi gənclik vahəsi adlanır. Buranın əhalisi bizdən 2 dəfə artıq yaşayır.
Onların həyat devizi belədir: ət yemə, həmişə çalış, çox hərəkət elə, ritmi dəyişmə.
Xunza sakinlərinin yay rasionuna çiy meyvə-tərəvəz, qış rasionuna isə ərik qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Yazı onlar “ac” aylar adlandırırlar, çünki meyvə hələ yoxdur, qış üçün olan xuruş isə tamamilə azalıb. Bu 2-4 ay ərzində xunza ac qalır, öz güclərini gün ərzində yalnız bir dəfə ərikdən çəkilmiş içki içməklə qoruyub saxlayırlar.
Hərdən, ildə 1-2 dəfə – böyük bayramlarda onlar ət yeyirlər. Bu əlbəttə ki, islama görə haram buyrulan nə donuz əti, nə də inəyi müqəddəs hesab edən qonşu Hindistan görə mal əti deyil.
Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir.
Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik “gəzinti”yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar.
Bu cür həyat şəraiti “gənclik vahəsi”nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən forması əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər. /qaziler.az/





























Bakıda “Qul bazarı”nda hamilə qadınlar da iş axtarır

Müxbirimiz qadın “qullarln” dərdli hekayətindən yazır: “Çoxumuz bura ərimizdən xəlvət çıxırıq”

Bakıda təkcə kişilərin deyil, qadınların da “qul bazarı” var. Maştağa kəndində “Xəyal” marketin yaxınlığındakı tinə hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavan olanı da. Hətta hamilə qadın da. Üzlərindən kədər və üzgünlük yağan bu qadınların hər birinin acı həyat hekayəti var.

“Evdə deyirik ki, alverə gedirik”

Qadınların qul bazarı. Qəzetdən gəldiyimi biləndə əksəriyyəti “neynirsiniz bizimlə söhbəti, siz yazmaqla bizim dərd-sərimiz bitəcək?”- deyib yanımdan uzaqlaşdılar. Onlar özlərini tanıtmaqdan, burada olduqlarını söyləməkdən utanırdılar. Ancaq bir neçəsi ilə söhbətləşə bildim. Hər birinin əlində torbaya qoyub qoltuğuna vurduğu köhnə iş paltarı vardı. Onlar deyir ki, əllərindən süpürmək, paltar, qab yumaq, yemək bişirmək, yun çırpmaq, uşaqlara baxmaq, parnikdə işləmək və s. işlər gəlir. Əksəriyyəti Sabunçu, Zabrat və Bakının digər kəndlərindən gəlib “qul bazarı”nda dayanır. Aralarında şəhərdə yaşayanlar da var. Onlar əsasən Maştağa, Nardaran və Bilgəhdə yerləşən evlərdə işləməyə gedirlər.
42 yaşlı Firəngiz adlı qadın 9 ildir “qul bazarı”na ayaq döyür: “Bura toplaşan qadınların çoxu ərindən xəlvət çıxıb işləyir. Ərimiz bilsə ki, ”qul bazarı”na gəlirik, bizi öldürər. Deyirik ki, alverçiliklə məşğul oluruq. Nə edim?! 4 uşaq anasıyam. Ərim də iş tapmır…”.
Sabunçu rayonundan bura gələn 34 yaşlı adını çəkmək istəməyən, üzündən qəm-kədər yağan qadın da yoldaşından xəbərsiz bu məkana üz tutub: “Yoldaşım qəzetdə adımı oxuyub bilsə ki, “qul bazarı”na çıxıram, başımı kəsər. 10 ildən çoxdur ömrümü bu küçədə çürüdürəm. Bu qul bazarına çıxdığımı heç qohum-əqrəba da bilmir. Uşağımı 6 aydı görə bilmirəm. İnternatdadır…”. Bu vaxt həmin qadının gözləri dolur. Danışa bilməyəcəyini deyib, söyüd ağacına söykənib hönkür-hönkür ağlamağa başlayır.

Ölüm-dirim mübarizəsi

Çox keçmir ki, yolun kənarında bahalı avtomobil dayanır. Bütün qadınlar maşını mühasirəyə alır. Stajlı qadınlar cəld maşının salonuna əyləşib, sürücünün təklif etdiyi işlə maraqlanırlar. 7 manata parnikdə işləmək üçün iki qadın razılaşıb yola düşürlər. Elə bu vaxt bir maşın da siqnal verib dayanır. Onlar maşının üstünə şir ovunun üstünə cuman kimi qaçırlar. Ancaq aralarında mübahisə yaranır. Bir-birilərinə söyüş-təhqir yağdırırlar. Müştəri onlara iki nəfərin hər birinə turşu bağlamaq üçün 8 manatdan iş təklif edir. Bir qadın xahiş edir ki, 10 manat verirsə, gəlsin. Digər qadın müştərinin təklif etdiyi məbləğlə razılaşır. Bu zaman bir həngamə qopur ki, gəl görəsən. Az qalır ki, bir-biriləri ilə saçyoldusuna çıxsınlar. Əlbəttə ki, bir tikə çörək üçün. Onlara tamaşa edən ətrafdakı insanlar deyir ki, hər gün bu cür səhnələrin şahididirlər. İş üstündə bir-birilərini öldürməyə belə, hazırdırlar.

“Villa sahibləri bizi işlədib pulumuzu vermirlər”

“Bəzilərindən heç işlədiyinin halal haqqını da ala bilmirsən. Mənim başıma belə bir iş gəlib. Bir nəfər varlı villa sahibinin evində səhərdən axşamadək işlədim. Axırda isə pulumu vermədi. Sürdüyü maşına baxırsan bahalıdır, amma simicdir”. Bunu Naxçıvan bölgəsindən olan 53 yaşlı Firəngiz Əzizova deyir. Firəngiz xala kirayədə yaşayır: “Heç bir yerdən yardım almıram. Pensiya almağa da yaşım çatmır. 6-cı sinifdə oxuyan bir oğlum var. Yoldaşım da rəhmətə gedib. Məcburam gəlib qul kimi işləyib, çörək pulumu çıxaram”.
28 yaşlı Narınc da gözləri dola-dola bunları deyə bildi: “Ayda 80 manat kirayə pulu verirəm. Yoldaşım 2 ildir 6 yaşlı uşağımla məni atıb Rusiyaya gedib. Burada dayanıb iş tapmaqla birtəhər dolanıram. Daha çox parnikdə işləməyə gedirəm. Bəzən elə adama rast gəlirsən ki, yemək də vermədən işlədir. Axırda da pulunun yarısını kəsir”. 
Saatlı rayonundan olan, adını çəkməyən 46 yaşlı qadın da dəbdəbəli evlərdə işləyib, haqsızlıqla üzləşdiyini deyir: “Bizə pis gözlə baxanlar da olur. Allah elələrinin çörəyini kəssin. Kim istəyər ki, ”qul bazarı” nda dayansın?”.

“Biz qocayıq deyə, işləməyə aparmırlar”

Yuxarıda qeyd etdiyim kimi, oradakı qadınlar arasında yaşlıları da vardı. Onlar kənara çəkilib bir tərəfdə dayanmışdılar. 57 yaşlı Səkinə xala deyir ki, qoca olduğu üçün həmişə kənarda qalır: “Mənə deyirlər qocasan, işləyə bilmirsən. 5-10 manat çörəkpulu qazanmaq üçün yenə də gözləyirəm. Bəlkə bir insaflısı çıxdı, mənə də iş təklif etdi. 3 oğlum var, yoldaşım xəstədir. Onlardan xəbərsiz bura gəlirəm”. 
Onunla yanaşı oturan qadınlar da eyni dərdlidir. Deyirlər ki, cavan gəlinləri işləməyə daha çox aparırlar. Elə mən orda olduğum zaman bunun şahidi də oldum. Yolun kənarında dayanan bahalı avtomobil sahibi qadınlara yaxınlaşaraq: “Cavanlardan ikisi gəlib, otursun”- deyərək, əlini yelləyə-yelləyə maşına doğru getdi. Müştəri çıxıb gedəndən sonra, qadınlardan biri mənə yaxınlaşıb dedi ki, həmin 40-45 yaşlı kişi mənim də qul olduğumu zənn edibmiş: “Xahiş etdi ki, yaxşı pul verəcək. Səni də götürüm birlikdə gedək. Ancaq mən ona başa saldım ki, sən bizdən deyilsən”.

“Yoldaşım evdə oturur…”

25 yaşlı hicablı Nərgiz ailəlidir. 2 uşaq anası olan bu xanımın təhsili də yoxdur. Yoldaşının iş tapa bilmədiyini deyir: “2 aydı bu ”qul bazarı”na üz tutmuşam. Yoldaşım hara gedirsə qapılar bağlıdır. Başqa yerdən də kömək yoxdur. Ona görə gəlmişəm bura”. 
Onunla həmyaşıd Günel də ailəlidir. O, deyir ki, iş təklif olunanda birlikdə gedirlər: “Yoldaşım bir gün işləyir, 5 gün işləmir. Uşaqlarımı bağçaya qoymuşam. Yoldaşım evdə oturur. Sabunçuda kirayədə yaşayırıq”.
27 yaşlı adını çəkməyən digər qadın bugünkü günə düşməsini valideynlərinə heç vaxt bağışlamayacağını deyir: “Valideynlərim məni 16 yaşımda ərə verdi, instituta sənəd verməyə qoymadılar. O vaxt oxusaydım, indi rahat yolla çörək pulu qazanardım. Ərim narkomandı. Ayrılmışam. Burda da gizlincə dururam. Çünki ərim bilsə məni öldürər. 2 uşağım üçün yaşayıram…”.
35 yaşlı Sədaqət Zəngilan rayonundan məcburi köçkündür. Hər səhər tezdən bura gəldiyini deyir: “Allah kəssin belə yaşamağı. Uşaqlarımı başlı-başına evdə atıb, gəlirəm qul kimi işləməyə. Kim hara apardı gedirik. Bizimçün fərqi yoxdur. Varlı evi oldu, ya kasıb evi. Etibarlı adamların şəhərdəki bağ evlərinə də gedirik. Hərdənbir yazığı gələn imkanlı adamlar bizi işlədib 20 manat verir ”.
Qadınlara “əmək yarmarkaları haqqında eşitmisinizmi” sualını verəndə onlar təəccüblənərək, bu haqda ilk dəfə məndən eşitdiklərini dedilər. Onlardan onu da öyrəndim ki, “qul bazarı”nda onlara dəyib-toxunan da yoxdur. Günortaya az qalsa da, qadınların çoxu hələ də gözləyirdi. İş üçün müraciət edən olmadığı üçün onlar çox acıqlı idilər, həm də ac idilər. Özləri isə belə deyir: “Özümüzlə heç nə götürmürük. Əgər burda gözləyəndə iş olacaqsa, yemək də olacaq. Yox, əgər iş dalınca getmirsənsə, deməli, yemək də yoxdur, sadəcə aclığa dözməlisən”.

Günay Musayeva, 11 avqust 2010-cu il, “Yeni Müsavat” qəzeti.

Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir: yaxud “ağ atlı həkim”

İnsanov vəzifədə olduğu dövrdə bircə dəfə olsun müsbət rəy qazana bilməyib

Keçmiş səhiyyə naziri Əli İnsanov Nelson Mandela ola bilməyəcək. Korrupsioner eks-nazir olsa-olsa hikkəli, xidmət etdiyi iqtidarın onu cəzalandırmasına görə sınmayan, prinsipial biri kimi tarixdə qala bilər.
Və o da bəllidir ki, Ə.İnsanov həbsdə olmasa və nazir postunda bu gün də qalsaydı, özünə qarşı nifrətin həddi-hüdudu ölçülməzdi. Zamanında medianı aşağılayan, kobud rəftarı ilə seçilən acıdil nazir səhiyyə sistemini ölümcül hala salmışdı. Bəli, Ə.İnsanov elədiyi əməllərin cəzasını yetərincə çəkib və məhkəməsində müxalifət liderlərindən də üzr istəyib. Doğrudur! Lakin… lakin kim zəmanət verə bilər ki Ə.İnsanov həbsdə yox, nazir postunda indi özünü necə aparacaqdı?!
Heç şübhəsiz ki, səhiyyə sahəsinin məhvində işini davam etdirəcək, korrupsiya fontan vuracaq, büdcə talanı, milyonların yeyintisi, xəstəxanalarda ölüm halları, şəxsi mal-mülklərini sayını artırmaq və s… Eynilə indiki səhiyyə naziri Oqtay Şirəliyevdən fərqli bir nazir olacağını gözləmək olmazdı. İctimaiyyət nazir İnsanovu da görüb, məhbus İnsanovu da…
Bu ayrı məsələdir ki, günahlarının yuyulması üçün tövbələr edib, səhvlərini etiraf edib, müxalifətə və mətbuata qarşı hərəkətlərindəki yanlışlığı anlayıb, məhkumluğu dövründə dustaqlara tibbi yardım göstərib, 11 il ərzində hakimiyyətə qarşı qətiyyətli, məğrur və yenilməz dayanıb, əfv yazmaqdan imtina edib və korrupsioner nazir şəxsi keyifyyətlərinə görə müsbət imic formalaşdıra bilib. Bu keyfiyyətləri həbsxanalarda müxtəlif dustaqlarda da tapmaq olar, qanuni oğru dünyasındakı nüfuzlu avtoritetlərdə də.
Ancaq müxalifət partiyalarının canfəşanlığı, dəridən-qabıqdan çıxması anlaşılan deyil. Sabiq nazir az qala liderə çevrilib, sanki azadlıqda olarkən düşərgəni pat vəziyyətindən çıxaracaq. Ömrünün 27 ilini həbsdə keçirən “dünyanın vicdanı” – Mandela ölkəsində ədalət və azadlığın bərqərar edilməsinə üçün aparteid rejiminə qarşı xalqla birgə mübarizə aparmışdı.
Onun təmiz bioqrafiyası, İnsanovdan fərqli olaraq xalq arasında nüfuzu, hörməti var idi və Mandela Cənubi Afrika Respublikasının prezidenti olur, qitənin inkişaf etmiş dövlətinə çevirir. Yəni vəzifə başında ikən ölkəsini talamır, korrupsiyanın çiçəkləndirmir, xalqa zülm etmir. Nazir İnsanov isə səhiyyəni uçuruma aparıb, xalqın narazı hakimiyyətinə xidmət edib, nənki qitənin, dünyanın ən geridəqalmış səhiyyə ölkələri siyahısında Azərbaycanı salmağa nail olub.
Belədirsə müxalifət İnsanovdan niyə qəhrəman düzədir? Müxalifət onun xalqın pullarına sahibləndiyi villalarını, obyektlərini, banklardakı hesablarını unudubmu? O Azərbaycan səhiyyəsinin onurğa sütununu qırıb, ölkə səhiyyəsini bərbad günə qoyub. Məhz korrupsioner fəaliyyətinə görə də həbs olunub. Müxalifət iqtidarın “vurulmuş”, nimdaş siyasətçilərinə bel bağlamaqdan yorulmadımı? Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov və indi də Əli İnsanov…
Təbii ki, İnsanova açılan yeni cinayət işi onun həbsdə saxlanmasına hesablanıb və sabiq nazirin hüquqları pozulub, qondarma ittihamla üzləşib. Onu həbsdə görmək arzusu da yoxdur. Hər halda 11 il cəza çəkmiş eks-nazir evinə getməli, ömrünün ahıl dövrünü ailəsinin yanında istirahət etməklə keçirməlidir. Amma heç bir halda müxalifətin lideri olmağa mənəvi haqqı yoxdur.
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib: ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq və müxalifəti uğursuzluq zolağından çıxaracaq. Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır – Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkib və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur…
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur.
Lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. Əli İnsanov möhkəm və köhnə kişidir, yolundan dönmür, sınmır. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir.
İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. Eləcə də müxalifəti gözləntilərin sonunda məyus edəcəyi istisna deyil.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Allah qapısını açsın!!!

Çingiz Coşqun             cumhuriyyet.az