12.02.2019

Filologiya elmləri namizədi Vadim Kojinov Hitlerin yəhudilərin “sionizmin canlı təcəssümü” adlandırığı Xaim Veysmanla əlbir olması versiyası üzərində geniş dayanaraq yazır: “Sionizm və nasizm tarixində 1930-1940-cı illərdə həddən artıq müəmmalı uyğunluqlar müşahidə olunmaqdadır”. Yəhudi yazıçısı Yulian Şulmeyster tanınmış sionist xadimlərini “Getsaponun agentləri” adlandıraraq bilidirir ki, “hitlerçilərin öldürdükləri minlərlə yəhudinin qanı onların üstündədir”. Yerussəlimdə çıxan “Herut” yəhudi qəzeti 25 may 1964-cü ildə yazırdı: “Yəhudi Agentliyi rəhbərlərinin, sionist hərəkatı başçılarının susqunluğunu nə ilə izah etmək olar? Niyə onlar səslərini qaldırıb bütün dünyada hay-küy salmadılar? Tarix hələ müəyyənləşdirməlidir ki, satqın Yəhudi Agentliyinin özü nasistlərə kömək etmək üçün yaradılmışdı, ya yox?.. Tarix ədalətli hakimdir və həm Yəhudi Agentliyi rəhbərlərinin, həm də sionist hərəkatı başçılarının cəzasını verəcək!.. İnsanı sarsıdan odur ki, həmin rəhbər və başçılar bu gün də yəhudi, sionist və İsrail idarələrinin başında dayanıblar”. Tədqiqatçı Yulius Madir faşistlərlə əməkdaşlıq etmiş sionist liderlərinin uzun siyahısını çıxarmışdır. Bu siyahı 16 səhifəni əhatə edir! Siyahıdakıların çoxu Hitlerin səyləri sayəsində qurulmuş İsraildə rəhbər postlar və aparıcı vəzifələr tutmuş şəxslərdir. İsraildə az qala milli qəhrəmana çevrilmiş Xaim Veysman, Moşe Şaret, David Ben-Qurion, İsxak Şamir kimi “şanlı” liderlərin adları da həmin siyahıdadır.

Комментариев нет:

Отправить комментарий