Страницы

13.06.2021

Ser Xelford Con Makkinder 1904-cü ildə Kral Coğrafi Cəmiyyətinin iclasında etdiyi “Tarixin coğrafi oxu” məruzəsində Xartlənd konsepsiyasını təqdim etdi. Xartlənd adını o Avrasiya kontinentinin Şimal Buzlu okeanından Mərkəzi Avrasiyanin axarsız baseyninə kimi 15 milyon kvadrat kilometr sahəni əhatə edən, “Yerin mərkəzi” və ya “Dünyanın ürəyi” sayılan geniş məkana vermişdi. “Kim Xartəndə sahiblənəcək, dünyanın ağası o olacaq” – Makkinder bəyan etdi... Xartləndi dövrələyən və dənizlərə çıxışı olan torpaqlar Rimlənd adlandırılmışdır ki, bu ad da həmin 2 quru məkanda geopolitik prinsip düşmənçiliyindən bəhs edən Nikolas Con Spaykmen tərəfindən ortaya atılmışdır. Keçən əsrdə görkəmli geopolitiklərin qeyd etdiyi kimi, Rimləndin dominasiya və üstünlüyünün axırı çatıb. Bu bir çox səbəblərdən baş verir, amma geopolitiklər quru yol infrastrukturunun inkişafından yazırdılar ki, dəniz yolundan daha sərfəlidir... Bütün bunlar Xartləndi qeyri-adi geopolitik perspektivlə təmin edir, amma bunu reallıqda həyata keçirmək üçün Xartlənddə məskunlaşmış xalqlar gərək vəhdətə gəlsinlər. Bu vəhdətin ilk addımı Gömrük İttifaqının, ardınca isə Avrasiya Birliyinin yaradılması oldu. Bu təşkilatların üzvləri mal daşınması, kapital, işçi qüvvəsi sahəsində əhəmiyyətli dərəcədə iqtisadi üstünlüklər qazanırlar, amma həyata keçirilənlər kifayət dərəcədə deyildir... Xartləndi təşkil edən ölkələrin iqtisadi inteqrasiyası şübhəsiz ki vacibdir, amma öz coğrafi mövqeyinin üstünlüklərini tam əldə etmək üçün heç də kifayət deyildir. Bir-birindən iqtisadi cəhətcə müstəqil olmaqla bu ölkələr əsas konkurent olan Rimləndin dağıdıcı düşmən təsiri təhlükəsinə məruz qalırlar. Rimlənd indi də bütün gücünü işə salır ki, bizim aramızda təfriqə yaratsın, qurduğumuz strukturları dağıtsın. Bizə daim təlqin edirlər ki, guya Avrasiya Birliyi qeyr-effektivdir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faydasızdır, Rusiyadan heç kimə kömək gəlməz və s. Qlobal döyüşü udmaq üçün siyasi inteqrasiya, qərarların qəbul edilməsi üzrə vahid mərkəz lazımdır və bunda qərəzkar və təhlükəli nəsə yoxdur. Məsələn, ABŞ-ı götürək: formal olaraq ayrı-ayrı ştat-dövlətlərdən təşkil olunub, amma onlarda bu dövlət-ştatların öz səlahiyyətlərinin bir hissəsini verdiyi federal mərkəz var. Uzağa getməmək üçün Rusiya və Belorusiya dövlətlərinin müttəfiqliyinə baxmaq lazımdır; burda da ümumi hakimiyyət orqanları vardır- Ali Dövlət Soveti, Parlament Məclisi, Nazirlər Soveti və Daimi Komitet. Aydındır ki, indiki halında bu müttəfiq dövlətçilik reallıqdan da çox butafor xarakter daşıyır, amma siyasi iradə ortaya qoyularsa hökmən işlək hala gələcək. Belə konsepsiyanı Avrasiya Birliyinə də aid etmək olar. Qoy müttəfiq dövlətlər əvvəl kifayət qədər ləng olsunlar, amma heçdənsə bu yaxşıdır. Siyasətçilər nə qədər istəyirlər çoxvektorluluqla oynaya bilərlər, iki stulda birdən, hətta daha çox stola oturmağa çalışarlar, amma bu heç nəyə gətirib çıxarmayacaq. Bizim ölkələrin dünyanın ürək hissəsində qərarlaşan coğrafi mövqeyi özü, bizi məcbur edir ki, bir-birimizə can ataq, biz-birimizə arxa duraq. Ki mənfur ayparanın- Rimləndin axırıncı hücumuna sinə gərək və yeni epoxanın- Avrasiya dövranının gəldiyini elan edək.

Aleksandr Krasnoqorski, “Avrasiyaçılıq əvvəl-axır qələbə çalacaq”

Комментариев нет:

Отправить комментарий