Страницы

16.06.2011


ÇİN POLİSİ 46 HAMİLƏ QADINI HƏBS ELƏYİB


Buna səbəb onların cinayətkar şəbəkə yaratması olub


FaktXeber.com-un verdiyi məlumata görə, Çinin Xançjou şəhərində xırda oğurluqla məşğul olan 46 hamilə qadından ibarət qrup həbs edilib.
20-40 yaşları arasında olan qadınlar Çin polisinin bir çox hallarda hamilə və südəmər körpəsi olan anaları həbs eləmədiklərindən yararlanaraq, rahat oğurluq eləmək üçün müntəzəm olaraq hamilə qalırmışlar. Hətta tutulanlardan biri 10 il ərzində 8 dəfə hamilə qalıbmış. Cinayətkarlar uzun müddət iş tapa bilmədiklərindən ailələrinə kömək eləmək üçün bu yola əl atdığını deyiblər. Onlar həmçinin uşaqlarını doğma şəhərlərində valideynlərinin yanında qoyaraq Xançjouya «qazanc» dalınca gəldiklərini bildiriblər.
Qeyd edək ki, hər ay məişət texnikaları, geyim dükanları və supermarketlərdə təqribən 300-400 xırda oğurluq edən qrup barədə cinayət işi qaldırılıb.

Комментариев нет:

Отправить комментарий