Страницы

23.06.2011

Dünya Azərbaycanlı Yazarlar Qurumu dəvət edir


Natəvan klubunda Güney Azərbaycan şairləri Ramin Cahangirzadənin “Daşlar” və Elvar Qulvəndin “Zibil dolusunda ziyafət” kitablarının təqdimat mərasimi keçiriləcəkdir. Dünya Azərbaycanlı Yazarlar Qurumu bütün kitabsevərləri həmin tədbirdə iştirak etməyə çağırır.
                      
 Ramin Cahangirzadə müasir Güney Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Bu imza “Alatoran” oxucularına yaxşı tanışdır, demək olar ki jurnalın hər nömrəsində rəngarəng şeirləri ilə fərqlənə bilirdi. Ramin ona görə sevilir ki, insanın emosional sarsıntılarını, psixoloji təbəddülatlarını nəzm formasına salmağı bacarır. “Daşlar” adlanan kitabında şairin əsasən son illərdə yazdığı şeirləri yer alıb.
 Şair, yazıçi, bir sözlə, əlinə qələm alan ziyalı heç zaman ictimai-siyasi proseslərə laqeyd yanaşmamalı, haqsızlıq, ədalətsizliklə barışmamalı, hər şeydən öncə millətin, vətənin taleyini düşünməli, həmişə özünün haqlı mövqeyini nümayiş etdirməlidir. Güneyli şair Elvar Qulvənd məhz belə yaradıcı şəxslərdəndir. Onun əsərləri ilə yaxından tanış olduqda bir məqamı anlayırsan ki, Elvar bir şair kimi öz vətəninin taleyindən narahat olan adamdır. Kitabda müəllifin zaman-zaman yazdığı nəzm əsərləri toplanıb.
 Qeyd edək ki, “Nurlan” nəşriyyatında çap olunmuş bu kitabların ideya müəllifi və redaktoru Sayman Aruzdur. “Məqsədimiz quzeyli oxucularımızı Güneydəki ədəbi prosesin ayrı-ayrı mərhələləri ilə yaxından tanış etmək, həm də sevimli qələm dostlarımızı minnətdarlıqla bir daha xatırlamaqdır", -deyə Sayman Aruz bildirir.
 Kitablar AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə çap olunmuşdur. Tədbirdə pulsuz kitablar paylanacaqdır. İştirak etməyiniz Bütöv Azərbaycanımıza etdiyiniz hörmət və göstərdiyiniz qayğının göstəricisidir.
            

Yer: AYB-nin Natəvan klubu
Vaxt: ayın 29 - saat 14:00
                                                

Комментариев нет:

Отправить комментарий