23.06.2011

İntihar qopuzun


Sayman AruzDərin dənizinə cumduğun sevgi
Dayaz kasa kimi bir gün daşacaq
Sənə qarış-qarş yaxınlaşan qız
Bir gün addım-addım uzaqlaşacaq

Böyüyüb-böyüyüb  ucalacaqsan
Adamlar gözündə kiçiləcəkdir
Bir gün özün boyda sevdiyin insan
Sənin yaddaşından silinəcəkdir

Xəyanət görməyi öyrənəcəksən
Şikayət etmədən sürünəcəksən
Dizlərin ortadan qatdanan zaman
Kəndi qollarına bürünəcəksən

Intihar qopuzun çalacaq əlin
Şəhər çevriləcək gözündə çölə
Sənə dostum deyib, alqışlayanlar
Çıxıb gedəcəklər düşməningilə!


Gücün çatmayacaq çıxıb getməyə
Səni qullanacaq bu qanlı sevda
Yalnız bir kəlməni çığıracaqsan
Fahişə, fahişə, fahişə, faaa...

Sonunda oturub soyuq qanlı sən
Kövrəlib-kövrəlib kiriyəcəksən
Sənin kölgən altda böyüyənlərə
Dönüb baxmağa da ərinəcəksən...

Комментариев нет:

Отправить комментарий