Yoldan ötənlər şəhərin mərkəzində, açıq havada toplaşan çoxsaylı adamlara ənənəvi maraqla yaxınlaşıraraq, danışılanlara qulaq verir, daha sonra bire şey anlamadan təccüb içində uzaqlaşırdılar. Çünki qələbəliyin mərkəzində duran sağlam cüssəli gənc “Mən dəliyəm..” deyə ucadan hayqırır, başına toplaşanlar isə maraqla dinləyirdilər. Hamın da əlində “Dəliliyin “D”-şifrəsi” adlı kitab…
Bəli, həmin gün “Qanun” nəşrlər evində yenicə çap olunmuş “Dəliliyin “D”-şifrəsi” adlı şeirlər kitabının təqdimat mərasimi idi. “Mən dəliyəm..” deyə hayqıran da kitabın müəllifi Əsəd Qaraqaplan idi, öz çılğın, dəlisov şeirlərini oxuyurdu.
Qeyd edək ki, kitabda mövzu, üslüb baxımından rəngarəng və çarpıcı nümunələr toplanıb.
“Dəliliyin “D”-şifrəsi” Əsəd Qaraqaplanın sayca dördüncü kitabıdı. Buna qədər müəllifin bir şeir, iki roman kitabı işıq üzü görüb.
QEYD: Fotolar Nigar Köçərli və Günel Xəzələ məxsusdur.
Комментариев нет:
Отправить комментарий