I təəssürat
Onun şeirləri məndə hərdən çox qəribə, hərdən də heç bir qəribəlik doğurmayan bir ovqat yaradır.Bu iki hissin arasında çırpına-çırpına oxuduğum şeirlərin fikri-konstruktiv mahiyyətinə varmaq istəyirəm. Bilirəm ki, bu tipli şairlərin şeirlərindən söz açmaq o qədər də asan deyil. Gərək belə şeirlərin bəzilərinin düşündüyü kimi bir möcüzə yaratmadığına əmin olasan. Eyni zamanda düşünəsən ki, həm də bu şeirlər sənin hər gün oxuduğun, qulaqlarında misraları, qafiyələri döyənək olmuş şeirlərə də bənzəmir. Bunlar müasir Azərbaycan şeirinin artıq formalaşmaqda olan bir üslubi tendensiyasının ifadəsidirlər.
Bəli, demək istəyirəm ki, Elxan Zal Qaraxanlı müasir şairdir, şeirlərində modern ifadə vasitələri, deyim tərzi, köhnə, ənənəvi təsvir vasitələrindən imtina və ən başlıcası sözün müasir biçimi, seçimi və bunların fikir ardıcıllığına uyarlığı diqqəti cəlb edir. Təbii ki, mən müasir sözünü “modernist” sözü ilə də əvəz edə bilərdim. Lakin “modernist” sözü “müasir” sözünün, anlamının tərkibindədir və mənim fikrimcə, əsl müasir şairlər elə modern şairlərdir.
Nədir Elxan Zal Qaraxanlının şeirlərinin özünəməxsusluğu və tutaq ki, Rasim Qaracadan, Zahir Əzəmətdən, Səlim Babullaoğlundan, Qəşəm Nəcəfzadədən və həmin üslubi tendensiyanın şairlərindən hansı xüsusiyyətləri ilə seçilir bu şair?
Birincisi; Elxan Zal Qaraxanlının şeirlərində müasir Avropa şeirilə Şərq şeirinin sintezi duyulur. Söhbət ondan getmir ki, Elxanın şeirlərində modern Qərb mədəniyyətinin simvolları olan müəyyən adlar xatırlanır Tutaq ki, “Parisin xanımları” ilə “Şirazın gülləri”, “Pikassonun göyərçinləri” ilə Alp Ər Tonqa bir şeirdə bir araya gəlirlər (vaxtilə Asif Ata belə bir “qovuşmanı”-Koroğlu ilə Meri Pikfordun bir araya gəlməsini tənqid hədəfinə çevirsə də), bu, modern şeirin zahiri təcəssümüdür. Amma söhbət ondan gedir ki, Elxan Zal Qaraxanlı iki mədəniyyətin, iki dünyagörüşün poetik modelini yaratmağa səy göstərir. Fikrimizi sübut üçün əvvəlcə Elxanın “Virtual gecə” şeirinə diqqət edək:
Birincisi; Elxan Zal Qaraxanlının şeirlərində müasir Avropa şeirilə Şərq şeirinin sintezi duyulur. Söhbət ondan getmir ki, Elxanın şeirlərində modern Qərb mədəniyyətinin simvolları olan müəyyən adlar xatırlanır Tutaq ki, “Parisin xanımları” ilə “Şirazın gülləri”, “Pikassonun göyərçinləri” ilə Alp Ər Tonqa bir şeirdə bir araya gəlirlər (vaxtilə Asif Ata belə bir “qovuşmanı”-Koroğlu ilə Meri Pikfordun bir araya gəlməsini tənqid hədəfinə çevirsə də), bu, modern şeirin zahiri təcəssümüdür. Amma söhbət ondan gedir ki, Elxan Zal Qaraxanlı iki mədəniyyətin, iki dünyagörüşün poetik modelini yaratmağa səy göstərir. Fikrimizi sübut üçün əvvəlcə Elxanın “Virtual gecə” şeirinə diqqət edək:
bayquş baxışlı gecə
susqun fortopiano.
nə Esxil qapı döymür,
nə Bercerak Sirano.
ulduzlar boşalmada,
ürək dolu, Ay kəsik.
duyğuların dərvişi,
getdi tələm-tələsik.
susqun fortopiano.
nə Esxil qapı döymür,
nə Bercerak Sirano.
ulduzlar boşalmada,
ürək dolu, Ay kəsik.
duyğuların dərvişi,
getdi tələm-tələsik.
Bu şeirdə milliliklə bəşəri çalarlar qovuşur. Amma Elxanın elə şeirləri var ki, Şərq poetik leksikonu şeirin bütün quruluşuna hakim kəsilir və Elxan Mendelsondan, Şopendən danışsa da, Aşıq Qurbaninin, Məstan Günərin, hətta Zirəddin Qafarlının poetik libasında görsənir. Həm də aşıq libasında. Amma o tovuzlu aşıq öz mahnısını sazda yox, gitarada ifadə edir. Tutaq ki, belə oxuyur:
yer düzəltdik çardaqda,
rakı vurduq bardaqda,
can bezəndə bordaqdan,
qucağım yerinmi olur?
rakı vurduq bardaqda,
can bezəndə bordaqdan,
qucağım yerinmi olur?
görüşümüz rusfason,
əvvəl-axır gəlir son,
marş çalanda Mendelson,
oynaşın ərinmi olur?
əvvəl-axır gəlir son,
marş çalanda Mendelson,
oynaşın ərinmi olur?
İkincisi; Elxan Zal Qaraxanlının şeirlərində müasir şəhər ritmləri səslənir.O, təbiəti etibarilə kəndçi olsa da,şəhər şairidir. Bu günkü şəhər etikasını, məişət ritmlərini şeirlərində səsləndirən tək-tük şairlərdəndir.Nə qədər qəribə olsa da, deyim ki, o, Bakının Torqovı küçəsindən dünyaya boylanır və Torqovı peyzajı onun şeirlərində dünya şəhərlərinin poetik illüstrasiyasını yaradır.Mənə inanmırsınızsa, onun “Bu gün İzidanı Bakıda gördüm”, “Kefli Bakı”, “İntellektual gecə” və s. şeirlərini oxuyun.
Üçüncüsü: Elxan Zal Qaraxanlı sərbəst şeir ərazisinin adamıdır. Onun hətta hecada yazdığı şeirlər də (savaş şeirləri istisna olmaqla) nəfəs etibarilə sərbəst şeirin müxtəlif modellərini xatırladır.
Üçüncüsü: Elxan Zal Qaraxanlı sərbəst şeir ərazisinin adamıdır. Onun hətta hecada yazdığı şeirlər də (savaş şeirləri istisna olmaqla) nəfəs etibarilə sərbəst şeirin müxtəlif modellərini xatırladır.
II təəssürat
Mənim Elxan Zal Qaraxanlının şeirləri və onun özü ilə tanışlığım 2003-cü ildən başlayır.Onun şeirləri “Azad Yazarlar Ocağı”nın “Yaquar yerişli zaman” adlı almanaxında çap olunmuşdu. Nə az, nə çox-düz 43 şeiri. Şeirlərin yazıldığı ən uzaq tarix 1982-ci ilə, ən yaxın tarix isə 2002-ci ilə aid idi.
Bu şeirlər məndə müxtəlif təəssürat yaratdı. Saz-söz mühitində-Tovuzda doğulan bir insanın bizə əziz olan hecanın qoşma, gəraylı, təcnis bağçasından bircə gül dərməməsi təəccübümə səbəb oldu. Amma onun şeirlərinin bir çoxunda dilimizin şirinliyini, zərifliyini özündə əks etdirən nəfəsi hiss etdim. Mənim üçün heç də təəccüblü görünmədi ki, Elxan öz modern ruhlu şeirlərinin əksəriyyətini hecada yazmışdı.
Ümumiyyətlə, Elxanın 43 şeirini və ondan sonra iki şeir kitabını oxuyub bitirəndən sonra ilk təəssüratımı birinci növ təyini söz birləşməsi ilə ifadə etdim: MÜASİR ŞEİR. Ancaq mən istəmirəm bu kiçik yazıda uzun-uzadı müasir şeir nədir sualına cavab axtaram, sonra həmin lepka ilə Elxanın şeirlərini təhlil edəm. Qısaca deyim ki, müasir şeir hər bir arif oxucunun anlaya, dərk edə biləcəyi şeirdir, dövrün ritmini, zamanın xaosunu, həyatın reallıqlarını əks etdirir (dəxli yoxdur hansı formada). Müasir şeirdə miflə bu günün kosmos möcüzələri, irreallıqla ən real həyat görüntüləri, klassik Məcnunla müasir Leylilər, zaman və zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır və bu DÜNYA obrazında Yer vətəndaşı Şairin öz dünyasını seyr edirsən.
Zanbaq gülüşünə bənzəyir almaların qış yuxusu, quşların səhər nəğməsinin niyyəti zəncinin dişlərindən bəyazdı.
Pişiksiz bir təbəssümdür mənasız adamın ömrü kefli şairlər tox dəvənin gülüşü kimidir.
Zanbaq gülüşünə bənzəyir almaların qış yuxusu, quşların səhər nəğməsinin niyyəti zəncinin dişlərindən bəyazdı.
Pişiksiz bir təbəssümdür mənasız adamın ömrü kefli şairlər tox dəvənin gülüşü kimidir.
Dalğalar kökləyir səhərin udunu
Külək üfüqə çəkir yovşan dadını.
Külək üfüqə çəkir yovşan dadını.
“Dan üzünün qəzəli” adlanın bu şeirdə bir zamanlar bizdə dəbdə olan assosiativ şeirin bir qədər də mürəkkəb bir növü ilə qarşılaşırsan. Vaxtilə bizim gözəl şairlərimizdən biri yazmışdı ki: “Ağ bir zanbaq kimi açıldı səhər” (Ələkbər Salahzadə). Bu tipli gözəl təşbehlərin hesabına altmışıncı illərin poeziyası şeirimizdə dan yerinin açılmasından xəbər verirdi. İllər keçdi, həmin dan yeri yeni rənglərini, şüalarını şeirlərimizə səpələdi. “Dan üzünün qəzəli” də belə yaranır. Elxanın ayrı-ayrı şeirlərindəki qəribə, gözlənilməz təşbehlər, metaforalar da məhz şeirimizin əşya və hadisələrə, dünyada mövcud olan bütün varlıqlara yeni bir prizmadan boylanmağın nəticəsidir.Elxan deyir ki: Reklamların işığında manat-manat yanır bu yaz, Bu dünyada gecə yoxdur, Bundan bəyaz- burada müasir oxucunun heç bir çətinlik çəkməyərək sanki gözlərinin qarşısında canlandıra biləcəyi bir tablo yaranır. Ümumiyyətlə, Elxan Zal Qaraxanlı şeirlərində təbiətlə bağlı lövhələr “rəsm” etməyi çox sevir, daha doğrusu, o, öz hiss və duyğularından təbiətə boylanır. Və baxıb görürük ki: Qaranlıqda zümzümə, söyüdlükdə sığal var. Qübbəli səmanın mavi yuxusu süzülür insanın könlünə rəng-rəng, zəng-zəng. İlahə üzünə bənzəyir səma Tutub dodağıma sıxmağım gəlir. Su üstündə rəqs eləyir,Yarpaqların qışqırığı.
Elxan Zal Qaraxanlının “Savaş ayələri” şeirlər kitabında isə onun şairliyinin başqa bir xüsusiyyəti ilə tanış oldum. “Dan yerinin qəzəli”ni, “ləhləyən işıqlar”ı, “yağışlı sonet”i türk savaş şeirinin ritmi, intonasiyası əvəz edir.
Ruhumuz cəngə varanda,
Ad üstünə ad gələcək.
Qan iyini alan kimi,
Ağzınıza dad gələcək.
Ad üstünə ad gələcək.
Qan iyini alan kimi,
Ağzınıza dad gələcək.
Ərənlər nərə çəkəndə,
Yarağımız pas tökəndə,
Tanrıdağdan, Ötükəndən
Gözlənən imdad gələcək.
Yarağımız pas tökəndə,
Tanrıdağdan, Ötükəndən
Gözlənən imdad gələcək.
Və yaxud:
Yürü, qardaşım, yürü,
Ərin yorulmaz dizi.
Əbədi bir çağırış
cəngə səsləyir bizi.
Ərin yorulmaz dizi.
Əbədi bir çağırış
cəngə səsləyir bizi.
Alplar zamanı gəldi,
Hızlı əsrin başıdı.
Ölümlə ölməzliyin
Sonuncu savaşıdır.
Hızlı əsrin başıdı.
Ölümlə ölməzliyin
Sonuncu savaşıdır.
Elxan bu şeirlərində təsdiq edir ki, türk ruhu yenilməzdir, basılmazdır. Yunis İmrədən üzü bəri bu həqiqət müxtəlif poetik leksikonda səslənib. Türk atlarının nallarından qopan odlu qığılcımlar, savaş və cəng səslərinin yaratdığı qalibiyyət nidası, yalnız türkə məxsus qürur, əzəmət və bahadırlıq təntənəsi, ƏBƏDİLİK iddiası zaman-zaman həmin o ölməz ruhun poetik marşına çevrilib. Elxanın şeirlərində həmin o ruh yaşayır – “Əbədi bir çağırış, cəngə səsləyir bizi”.
Nəhayət, bu yazıda Elxan Zal Qaraxanlının “Torqovı peyzajı” – sonuncu şeirlər kitabının onun poetik istedadının tam göstəricisi olduğunu söyləyirəm. Onun poeziyasının mənzərəsini bütünlüklə tamamlayan, fərdi üslubunun formalaşmağından xəbər verən və öncə qeyd etdiyim MÜASİR ŞEİR anlamına tam cavab verən şeirlər bu kitabda öz əksini tapır. Hər hansı bir ədəbiyyat araşdırıcısı-tənqidçi üçün bu kitab poeziyamızın orijinal bir qütbü (tendensiyası) haqqında söz açmağa yetərlidir. Elə əlli yaşı tamam olan Elxan Zal Qaraxanlı haqqında söhbətimi də həmin kitaba ön söz yazmış Xalq şairi Vaqif Səmədoğlunun bu sözləriylə yazıma nöqtə qoyuram: “Sən əsl şairsən, dilimizə, ədəbiyyatımıza layiq şairsən. Öz üslubu, öz dünyaduyumu, öz sözü olan şairsən. Sənə uğurlar arzulayıram. Nə yaxşı ki, ədəbiyyatımızda sən varsan”.
Комментариев нет:
Отправить комментарий