07.08.2012

Gözlərini əkdim sətirlərimə

 Kiyan Xiyav

  rəsədxana


 Ulduz bilgini deyiləm
 Səni sevmklə ancaq
 eşqin rəsədxanasıdır xəyalım .
 əndamını göy qübbəsi görürəm burdan
 gözlərin ulduzlar xəritələri
 və döşlərin sankı nücumi cədvəllər .

 ahey .  .  .  !  ahey .  .  .!
 səndəki möcüzələri ,
 hankı tanrı sıraya salmış ,  sevgilim ?  !  ,
 söylə qurbanı olum !

  haqqqımmı ya yox 

 bu səsin ,  bu nəfəsinlə
 bu rəngin ,  bu ahənginlə
 səni sevmək mənim haqqqımmı ya yox  ?  !

 bir kərə basdım bağrıma xəyalını
 gözlərini əkdim sətirlərimə
 və bağlandım dodağına kökündən .
 artıq incimə ,  darılma
 daha qopara bilməyəcəksən özünü məndən !

 böylə doluysa ürəyim sevdandan
 böylə yatıb - oyanarkən ,
 səni böyrümdə görürsəm ,
 eşqi dəstan etmək haqqqımmı ya yox  ?  !

 mən bu misraları sənə yağdırdım artıq
 bir top qumaş bədənin tək
 ağ kağızlar üstündə .
 hələ söyləyəcəklərim bitən deyil
 cavab göndər:
 mən böylə bir erkək dəliqanlı
 sən böylə bir dadlı qadın ,  duzlu qız ,
 mən böylə bir gecə kimi
 yoxsul ,  qara şairsəm
 sən böylə bir ay kimi
 telli ,  pullu bir gəlin ,
 səni sevmək mənim haqqımmı ya yox ?  !

 bir toxum da bir toxumdur

 dağa bir daş da bir daşdır
 dənizlərə bir gəmi də bir gəmi
 budaqlara bir salxım da bir saçaq
 bir ev bir ölkədir demək ....

 bir toxumla bir zəmi salmaq olar ;
 gənc ulduzlar zəmisi.
 və bir yarpaq göyərməsi bir bahar ....

 bir yaş tütün ,
 bir yoldaşı kefləndirməyə yetər
 və bir qələmin bir dəlilik dansı ,
 bütün şairləri yerindən oynadar .

 əlim - beynim gərək deyil ,  sevgilim !
 ağır işlərdən yenilmişlər bunlar .
 təki şair ürəyimi,
 bütün insanlığa pay ver!

 bu əlimə dəyməz aldığım aylıq
 birisinin bir günlüyünü görər ki.
 dostluq hələ sürsün deyə
 qardaşlıq hələ sürsün ,
 bu bir əl uzanmasıdır bütün dünyaya .
 yoxsa bir bakirə oğlan iyidir
 sunulmaq istəyən qəhbə qadınlara .

 heç bir şeyim yox artıq
 təki şair ürəyimi ,
 böyük insanlığa pay ver ,  sevgilim !
 bir də könül
 insanlara suçlu olarsa bir gün ,
 sənin ipək əllərinlə əzilsin istərdim ....

 beş açılan bir qürbətçi səsi belə ,
 gecəyə bir səsdir .
 və duyğu var
 anatomi bilgisidir axsaqlara ;
 sənə verdiyim ürəyə hay ver ,  gülüm
 ürəyimi
 böyük insanlığa pay ver!

Комментариев нет:

Отправить комментарий