07.08.2012

"Onlardan yaxşı yaz"

Çingiz Abdullayev xatırlayır:

SSRİ vaxtı Mənim 30 min tirajla ilk kitabım çıxdı: «Mavi mələklər». Kitab çox yaxşı satıldı. Biri də qalmadı. Iki həftədən sonra təzədən 100 min tiraj da buraxdılar. Onlar da satıldı. Kitabdan ovaxtkı rəhbərlərə də vermişdim. Əvvəla onu deyim ki, bu kitabdan sonra düz 3 il mənim kitabım çıxmadı. KQB icazə vermədi. Bilirsiniz, o vaxt belə mövzularda, İnterpol və başqa təşkilatlar haqqında ümumiyyətlə yazılmırdı. Cəsarət etmirdilər buna. Mənə gəldikdə isə, çox çətinliklərlə qarşılaşdım. Biləndə ki, siyasi detektiv mövzulu kitab nəşr etdirirəm, Yusifzadənin köməkçisi var idi - polkovnik Abdiyev, o mənə xəbər göndərdi ki, Çingiz bilsin, ölənəcən bu kitab çıxmayacaq. Amma mən sözümün üstündə dayandım və o kitab çıxdı. Əlbəttə, kitabın çıxmasına kömək oldu. İndi burada Azərbaycan Yazıçılar Birliyində katiblikdə işləyən Nazim İbrahimov o vaxt nazir idi və ata-anamın qonşusu idi. O mənə kitabı buraxmaqda çox kömək etdi. 

Amma sizə deyim ki, kitab çıxandan sonra da başımı ağrıtdılar. Məni dərhal Mərkəzi Komitəyə çağırdılar. Orada mədəniyyət şöbəsinin müdiri işləyən Azər Mustafazadə bizim ailənin dostu idi. Məni yanına çağırtdırıb dedi: 
-Bilirsiniz, Moskvanın siyasi dedektiv yazan azərbaycanlılardan xoşu gəlmir. 
-Nə deyirlər ki? 
-Deyirlər ki, qaçaqdan-quldurlardan, müstəntiqdən yazın, siyasi detektivə toxunmayın. Deyirlər ki, nə? Çingiz Abdullayev? Belə ad-soyadla kitab satılacaq Moskvada? Yox bir Mamedov, Abdurrahmanov. Ona deyin ki, qoy gedib bazarda göyərti satsın. Ya da qoy getsin qoyunları ilə məşğul olsun. O, ömründə yazıçı ola bilməz! 
Mən də, cavan, emosional idim, bunu eşidən kimi dedim: 
- Yox, yazacağam! Məni heç kim saxlaya bilməz. Yazacağam, vəssalam.
Azər diqqətlə üzümə baxıb dedi: 
- Çingiz, əgər yazırsansa, onda çalış onlardan yaxşı yaz. Yox, əgər bacarmasan, onda yazma.

Özinkişaf - intellektual klub

Комментариев нет:

Отправить комментарий