Страницы

04.10.2012

Cennifer, Rihanna və... Siyasilərimiz meyxana aləmində...

Ötkün

Cennifer gəldi və getdi. Bilirəm ki, qalmayacaqdı, gəlibsə, deməli getməliydi də. Indi Rihanna gəlir, ayın 6 da burda, Bakıda olacaq. Boxçasını doldurub, varıb gedəcək. Şakira da startdadır. Cenifer gəlib, türkün məsəli əsdirə bilir, bəs bu yazıqlar, qurd dəyib? Əsdir ha əsdirəcəklər. Əsdirdikləri şey elə Ceniferinki kimidir. Bir vaxtlar Elton Cons gəldi, düzdü o əsdirmədi, heç kəsdirmədi də, çünkü əsdirməə nəy varmış ki, bədbəxt oğlu bizim Samir Bağırov imiş ki varmış. Bu kəsik bir şeydi...
Amma nə deyəsən, hər gələn az qala bir rayonun illik büdcəsi qədər paranı yığışdırıb aparırlar. Cünifer cəmi 5 mahnı oxuyub, və 28 may Dəniz Neft – Qaz Çıxarma İdarəsinin bütün işçilərinin 5 aylıq maaşı qədər paranı yerləşdirib harasınasa çıxıb gedib. Şakirə də, Rihannə də belə edəcək... heç olmasa pulumuzu aparırlar, aparsınlar, görəsən gedələrimizdən biri tapılıb ha onların yanlarına gedə - yəni yataqlarına girə bilsin və söz-sözü çəkəndə deyək ki, sənət qurban tələb edib, bunlarda özlərini bizim Mamedə qurban veriblər.
Bütün bunlar məni heç maraqlandırmaz. Həmişə belə olub, yen də olacaq. Azərbaycanımızda elə gözəl müğənnilər var ki, onlara sponsorluq edən iş adamlarımız az qala onların bütün nəsillərini “aranjiman” eləsin. Yazıq müğınni bilmir mahnı oxusun, ya sponsurunun boş damarını tutub onu xoş eləsin. Qılığına girsin, parasını yesin, özünə torba toxusun. Iş o yerə çatıb ki, sponsorlar az qala, müğınnilərin kiminlə tərəf müqabili olacaqlarını, kiminlə duet oxuyacaqlarını da müəyyənləşdirirlər. Məlum olur ki, bunlar heç də müğəninin səsinə, sənətinə yox, onun əsdirdiyi ətinə yatırım qoyur ki, bu yatırımın hesabına onlarla yata bilsinlər. Beş kişi ilə bir yerdə yeyib içəndə desinlər ki, bu çörəyə anda olsun, namusum itin olsun onun filan yerində bu boydana xal var və o mənnikdir.
Bu acınacaqlı hal təkcə səhnəmizdə cəryan etmir. Siyasi arena da da sən demə belə hallar mövcuddur. Adam az qala onlara siyasətimizin sponsorlu aktrisası desin.
Bunlarda alınmağı, satılmağı və “oranjiman” olunmağı xoşlayırlar. Məsələ ondadır ki, bu adamlar da siyasi gedişata uyğun olaraq yeniləşə bilirlər. Musiqidə buna yeni “oranjiman” deyilir.
Indi siyasi aləmdə havasat dəyişib. Day bəzi bərkgedən mandatgəzdirən qısatumanlılar ceniferlik edə bilmir. Birinin əsdirməsi axırda onu əsdirmək xəstəliyinə düçar etdi. Sən demə onun bazarkomluğuda varmış və yadıma şair Faiq Balabəylinin, ÖLKƏ BAŞDAN BAŞA BAZARA DÖNÜB, BAZARKOM OTURUB YUXARI BAŞDA misraları düşdü.
Arada təklif vermək keçir könlümdən. Deyirəm gəlin siyasi partiyalar arasında meyxana demək yarışı keçirək. Özü də Siyasi şurada təmsil olunanlar arasında. Təsəvvür edin, ölkənin ən böyük meyxana ustaları YAP a yığışacaq. Yapın sıraları dahada genişlənəcək.
Təsəvvür edin meyxana yarış başlanır elan olunur, indi isə deyişməyə YAP-ın İcraçı Katibinin müavini Mübariz Qurbanlı və Xaiq Partiyasının sədri Pənah Hüseyn gəlir. Mövzu da belədir “Canuyuvu yeyim Cenifer, haraovu deyim Cenifer”. İlk olaraq YAP-çı meyxanaçı dillənir:

Hardan gəlib hara gedirdin,
Gözü, qaşı qara gedirdin
Apxa yanı yara gedirdin
Canuvu yeyim Cenifer,
Harovu deyim Cenifer.

Aldı görə Pənah nə deyir:

Yığışmışıq biz İP dəyik
Siyasi bir klipdəyik. 
Deməyin ki nə gündəyik
Canuvu deyim Cenifer, 
səni necə eleyim, Cenifer!

Sözssüz qalib YAP- çı olacaq. Amma nə etmək olar.
Hələ Rihannaın, Şakirənin də şərəfinə qafiyə açılacaq. Qorxuram, içimizdən biri çıxa Elşa Abdullayev kimi, qafiyə açmaya e, paxırları aça tökə və əlində də çəkilişlər...
Ta Cenifer yox e, lap Boney-M qrupu gələ yenə də bu qovğa unudulmaz.
Gözləyək görək siyasilərimiz sponsurluqdan sonra qafiyəbazdıq edə biləcək? Yaşasın Cenifer, Şakira və onlardan da pis olmayan çılpaq xarakterli müğənni ulduzcuğazlar...

avropa.info

Комментариев нет:

Отправить комментарий