Страницы

04.10.2012

Pərviz Sadıqov. Uşaq gördüm...


Uşaq gördüm...
Anasının əlindən tutmuş şüşə arxasında görünən vitrinlərə tərəf çəkir onu, həvəslə, inadla, nisgillə... Ordakı oyuncaqı əlinə alıb sevinmək ümidiylə...


Uşaq gördüm...
Ona hədiyyə edilmiş qəfəsi açıb alabəzək quşu havaya buraxır. Sevinclə, fərəhlə, qəhrəmanmış kimi gözlərindəki məğrurluqla... Təşəkkür belə istəmədən etdiyi təmənnasız xilaskarlıq instinkiylə...

Uşaq gördüm...
Gündəliyini məktəb çantasının ən gizli guşəsinə qoyur. Evə çatanda çantasını çarpayının altına atır. Həyatının ən böyük qorxusunu dəf etmək üçün apardığı gizli savaşla, mübarizliklə... Gizlətdiyi günahlarıyla...

Uşaq gördüm...
Qonşu qapıda satılan şirniyyatlara ağzının suyunu axıda axıda baxır. Əlinə imkan keçsə də birini yesə... Axşam satıcının piştaxtanı yığışdıranda yerə düşüb yaddan çıxan şokoladına baxır... VİCDAN nədir bilməz ki... Qaçaraq yaddan çıxan şokoladı götürüb qonşunun qapısını döyür. “yaddan çıxarmısız, dayı” deyib NƏFSini öldürür... Həsrətlə...

Uşaq gördüm...
Məhəllədən köçən dostunun dalınca baxdığı qəhərlə. Ağlamamaq üçün başını dik tutduyu qürurla...

Uşaq gördüm...
Böyümüşdü...
Bir də baxdım...
Uşaq gördüm...
...güzgüdə.

Комментариев нет:

Отправить комментарий