05.10.2012

Vasif Əlihüseyn - Xaçmaz da bir gün

Ədəbiyyatla bağlı verilişlər və müsabiqələr həm internet saytlarımızda, həm də efirlərimizdə yer almaqdadı. Bir gənc yazar olaraq, buna çox sevinirəm. Çünki, bu tədbirlərdə ədəbiyyata gəlməkdə çaba göstərən biz gənc yazarlara da, qayğı göstərilir. Söz yox, bu mühitdə də, iki şeirimi qəzetdə dərc etmək üçün telefonunun konturuna kimi aldırmış sonra da, ədəbi tədbirlərdə gənclərə qayğıdan danışan “xalturşik” şairlərimizdə var...
Bakı Slavyan Universitetində yaradılımış “Yaradıcılıq” fakulitəsi gəncləri bir yerə toplamağı başardı. Onların arasında hətta şeir çaxnaşması belə sala bildi.

Bu yaxınlarda fakulitəmizin “facebook” səhifəsində, Xaçmaz rayonun regional kanalı olan, RTV- kanalının “Yeni səhifə” adlı ədəbiyyat verilişinə dəvət aldıq. Biz sentyabrın 30-u günorta saatlarında, orda olmalıydıq. Dostlarla saat 10:30- da “Beynəlxalq avtovağzal”da görüş təyin etdik.
Müəyyən olunmuş vaxtda ilk olaraq mən sonra, Fərid Hüseyn gəldi. Uşaqları gözləyənəcən Fəridlə bir az ədəbiyyatdan, köşə yazılarımızdan, hansı mətbu orqanlarda çıxışımızdan bir-birimizə məlumat verdik. Çox keçmədi, bir-birinin ardınca yazar dostlarımız Yetim Qacar, Ramil Əhməd, Tural Balabəyli və xanım yazarlarımızdan Sahibə Rəşid və Günel Eyvazlı da gəldi.
Biz vaxt itirmədən Xaçmaz rayonuna gedən avtobuza əyləşdik. Yazar dostumuz Şəhriyar Del Gərani isə, axşamdan Xaçmaza yola düşmüşdü. Biz çox rahat şəkildə iki saat yol getdik. Yol boyu son zamanlar gündəmdə baş verən, bəzi hadislərlə bağlı müakirələr etdik...
Biz Xaçmaz rayonunun “avtovağzalına” çatdıqda, Fərid verilişin aparıcısı, bizim gənc yazar dostumuz Sərdar Tağıyevlə telefon əlaqəsi yaradaraq, artıq burda olduğumuzu dedi. Çox geçmədi, RTV-kanalının çəkiliş heyyətində çalışan gənc yazar Cəfər Talıb gəldi. Bizə bələdçilik edərək, RTV-kanalına apardı. Sonra, verilişi çəkmək üçün Xaçmaz rayonunda yerləşən “Xalçaçılıq” muzeyinə getik.
“Yeni səhifə” verilişinin çəkilişlərini həyata keçirdikdən sonra, muzeyin həm içində, həm də qarşısında ki, parkda şəkil çəkdirdik. Fürsətdən istifadə edib, şəhərlə də tanış olmaq istədik. Tələbə yoldaşımız Sərdar Tağıyev bizə, şəhər barədə məlumat verdi. Biz birlikdə rayonun mərkəzində yerləşən “Şəxsiyyətlər” parkıyla tanış olduq. Parkda görkəmli elm xadinlərinin, şair və yazıçıların heykəlləri çox böyük ustalıqla yarandğının şahidi olduq. Burda həmçinin M. F. Axundov adına kitabxanayla da tanış olduq. Həmin gün axşamüstü Sərdar və Cəfər bizi yola saldı və biz axşam saaatlarında Bakıya çatdıq. Verilişi izləmək istəyənlər internetdə RTV.az yazıb videolarla tanış ola bilərlər.



Комментариев нет:

Отправить комментарий