05.01.2013

Oyanışın yolu İmam Hüseyn (ə) məktəbindən keçir

Axundzadə Muhəmmədəli Ruhullah oğlu

Bağışlayan və Rəhm edən Allahın adı ilə!
  Neçə illərdir ki, məlum qüvvələr Azərbaycan Xalqını hal-hazırdakı iqtidarın etdikləri ədalətszilik və cinayətlərə qarşı ayağa qaldırıb öz hüquqların müdafiə etməyə çağırırlar. Və bunu Xalqın oyanış hərakatının istiqamətində atılan addımlar adlandırırlar.
  Bu gün gündəmdə olan məsələlərdən biri də Elşad Abdullayevin yaydığı videolardı. Elşad Abdullayev bu yaxınlarda verdiyi bir müsahibədə “Elə videolar var ki, yaysam xalq ağacları kökündən qoparıb bunları qabağına qatar” demişdi. İndi sual olunur ki ay Elşad Abdullayev əgər videoları yaymaqda məqsədin Xalqın oyanışına görədirsə o zaman hakimiyyəti niyə təhdid edirsən? O biri yaydığın videolar kimi bu videoları da yay. Amma biz bilirik ki, sənin məqsədin heç də Xalqın oyanışına görə deyil. 1. Sənin qardaşın hakimiyyətin yaratdığı mafiya qanunlarının hansısa bəndinə əməl etmədiyindən və ya hər hansı səhfi olduğundan aradan götürülüb, əgər o aradan götürülməsəydi sən bu videoları da yaymayacaqdın. 2. Sən bu sözünlə hakimiyyəti təhdid edirsənki burda da mənfəət güdürsən. 3. Bu sözünlə hakimiyyətin yaratdığı mafiyaya qarşı yeni bir mafiya düzəldə biləcəyini deyirsən.

  Mən burda bircə Elşad Abdullayevin adını çəkdim. Amma Elşad kimi öz mənfəətlərinə görə hakimiyyətə qarşı olanlar bəs qədərdi Azərbaycanda.
  Amma bunlar heç də Azərbaycan Xalqının oyanışına təsir göstərməz.
  Bu gün Azərbaycan Xalqın o şəxslər, o çıxışlar oyada bilər ki, öz mənfəətlərinə göz yumub, milli mənəvi dəyərləri qorumaq uğrunda , pak niyyətlə Allahın onlara verdiyi canların əllərində tutub Xalqımızın səadəti və hüquqların bərpa olunması uğrunda mübarizə aparsınlar.
  Görürük ki, İslami oyanış hərəkatı və Ərəb baharı başlamamışdan qabağ Misirdə Ət-Təhdir, Bəhreyndə Lölö meydanları Müsəlman Xalqların etiraz simvollarına çevrilməmişdən öncə Azərbaycanlı bir ruhani, alim, həkim Hacı Mövsüm Səmədov 12 dəqiqəlik çıxışı ilə ilk oyanış dalğasının startın verdi. Hacı Mövsüm Səmədov Xalqa müraciət etdikdə Azərbaycan Xalqını Müsəlman və Əhli-Beyt davamçıları adlandıraraq bu zülmün qarşısında oyanmağa çağırdı. Amma bu oyanış Hacı Mövsüm tərəfdən yeni bir üslubda Azərbaycan Xalqına təqdim olundu. O, çıxışında Xalqımıza tarixi oxuyarkən xüsusən Kərbəla hadisəsin, İmam Hüseyn (ə) və Yezid hakimiyyətinin dövrünün sərgüzəştlərinə nəzər etdikdə onları sadəcə 1400 il bundan qabaq olduğu hadisə kimi qələmə vermək əvəzinə o, hadisələri öz zəmanələriylə uyğunlaşdırıb zəmanənin yezidlərin tanıyıb, onların zülmün Xalqa çatdırıb və bu zülmlə mübarizəyə qalxmağına çağırış etdi. Və həqiqətən bu 12 dəqiqəlik çıxış qərbyönümlü qüvvələr tərəfindən Hacı Mövsümün çıxışından öncə və sonra, iqtidarın əleyhinə olan açıqlamalardan, wikilieksdə yazılanlardan və Elşad Abdullayev kimilərin yaydığı filmlərdən qat-qat üstün, Xalqımıza xüsusən də İnanclı kəsimə öz təsirin göstərdi. Belə ki, bu çıxışdan sonra minlərlə inanclı və onlarla Ruhani Hacı Mövsümün çıxışının müdafiəsinə qalxdılar. Hacı Zülfüqar kimi ruhanilər: “Hacı Mövsüm tək deyil bizlər onunlayıq, onu tək görməyin” deyə hakimiyyəti səslədilər. Və onlarla Xalqın mənafeyini güdən hüquq müdafiəçiləri Hacı Mövsümün haqq söylədiyini dedilər. Xüsusən Azərbaycan Xalqı onları Ağsaqqal, islamçı və ziyalı kimi tanıyan şəxslər Hacı Əlikram, Hacı Gündüz, Ruhullah Axundzadə və şəhid Hacı Vaqif kimilər hər bir zamanda haqqı söylədikləri kimi Hacı Mövsümün də haqq olmasını vurğulayaraq onlar da öz çıxışlarında Xalqı zülmün qarşısında oyanmağa çağırdılar.
  Sizcə bu günə qədər davam edən oyanış dalğasına nə səbəb oldu ? Yeganə cavab budur. İqtidarın Xalqın dininə və hicabına əl uzatması.
  Bu hərəkatda inanclı kəsimlər arasında səliqə fərqlərinə baxmayaraq bütün qüvvələr bir məqsədə doğru addım atdılar. Buna əsas Hicab məhbusu Hacı Abgül, Hacı Tale və sair ruhanilərimizin Xalqımızın oyanış hərəkatı istiqamətində etdikləri dəyərli çıxışlara işarə etmək olar. Hacı Abgül və digər mübariz ruhani qardaşlarımızın zəhmətlərinə əsasən Azərbaycanın çoxlu şəhərlərində geniş və müqavimət ruhiyyəsində olan müxtəlif növ aksiyalara start verildi. Bu günə qədər davam edən bu hərəkatların və aksiyaların yeganə səbəbi Xalqımızın İmam Hüseyn (ə) məktəbinə qayıdışı adlandırmaq olar.
  Bu gün Azərbaycanda İmam Hüseyn (ə) məktəbindən dalğalanan oyanışın qarşısın almaq istəyən qüvvələr iki növdür. 1. Özlərini iqtidara müxalif kimi qələmə verib, İslamdan qorxan qərbyönümlü qüvvələr. 2. Bütün telekanalları, Qafqaz ruhanilər idarəsini, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsini, özlərini din xadimləri adlandırıb məcidlərdə sifarişli xütbələr oxuyanları və ilaxırları səfərbər edən iqtidar.
  Tarixi yaxşı mütaliə etdikdə, bütün azad və sağlam inqilabların İmam Hüseyn (ə) məktəbindən dalğalandığını görürük. Buna misal Hind inqilabının Rəhbəri Mhatma Qandininin Hindistan xalqına müraciət edərək söylədiyi : “ İngilis barbarlığının işğalının, vəhşiliyinin sonunu tezləşdirməyin yolu , yəni Hindistanın müstəqilliyi “İmam Hüseyn” fəlsəfəsi ilə əldə oluna bilər. Biz şəhid olsaq da balalarımız azad və müstəqil olacaqlar” cümləsidi.
  Xalqımızın mənafeyi üçün çalışan bütün həqiqi dindar, ruhani və ziyalılara üzümü tutub deyirəm: “Azərbaycan Xalqının oyanışının yeganə yolu yalnız İmam Hüseyn (ə) məktəbini xalqımıza düzgün çatdırmaqla və onu zəmanəmizlə tətbiq etməklə mümkündür”.

m-axundzade.blogspot.com

Комментариев нет:

Отправить комментарий