19.01.2013

Sındır məni qır məni

Vəfa Mürsəlqızı

Vurulmaq istəyirəm.
Yenə bir otaq olsun,
Kədərdən uzaq olsun,
Yenə mənə bu axşam ,
Xatirən qonaq olsun.

Yenə bir acı söz de,
Arabir küsüm sənlə,
Bir az göz yaşı töküm.
Ülfəti kəsim sənlə,

Həsrət küləkləriylə ,
Sovrulmaq istəyirəm,
Sevdir mənə özünü,
Vurulmaq istəyirəm.


Yenə gəlib yanıma,
Səhər kövrək, utancaq,
Məni kim itirəcək,
Məni kim axtaracaq.

Məni cox sevdiyindən ,
Sındır məni qır məni,
Yersiz qısqanclığınla,
İncit məni, yor məni.

Arabir bu sevgidən ,
Yorulmaq istəyirəm,
Sevdir mənə özünü ,
Vurulmaq istəyirəm.

Комментариев нет:

Отправить комментарий