10.03.2014

Ayaqqabı insanın ikinci ürəyidir

Qədim sənədlərdən biri də çəkməçilik sənətidir. Əslində bu günləri gənclərin biganə yanaşdığı çəkməçilik, papaqçılıq, dərziçilik və bir neçə bunun kimi sənədlər var ki, unudulmaqdadır. Elə budəfə ki, müsahibimiz 35 ildir ki, bu sənədlə ailəsini dolandıran, atasının çəkməçilik sənətini davam etdirən Aqil Abdullayevdir. Hal-hazırda Bakı şəhərində 28 May metrounun yaxınlığında balaca bir yeri icarəyə götürərək çörək qazanır. Aqil müəllim 1964-cü ildə Cəlilabadad rayonunda anadan olub. Çəkməçilik sənədini öyrənməsini isə belə xatırlayır:
Orta məktəbi oxuyanda həkim olmaq istəyirdim. Amma, sonralar həvəsdən düşdüm. Atam Xalıq kişi rayonda tanınmış çəkməçi idi.
Sonra elə atamdan bu sənəti öyrənməyə başladım. 1982-1984-ci illər hərbi xidmətə yollandım. Hərbi xidmətimi Moskva şəhərində keçmişəm. Orda da bizim 11 nəfərlik tağımımız var idi. Tağımda ancaq sənət bacaran əsgərlər toplanmışdı dərzilər, çəkməçilər, rəssamlar və sair. Ümumiyyətlə bu sənət bizə qandan gəlib. Böyük qardaşımda çəkməçidi, Bakıda 28 May metrosunun yaxınlığında işləyir. 
1990-cı ildə Bakı şəhərinə gəldim.
Rayonda bu sənədlə dolanmaq çətin idi. Çünki, rayon yeridi bir çoxunun pulu olmur və ya ayaqqabısını təmir edirsən nisyə yazdırır bu da sənin axşam evə əliboş getməyinlə nəticələnir. Onları qınamıram rayon yeridi, iş yox, güc yox neyləsin? Ona görə də 1990-cı ildə Bakı şəhərinə gəldim. Bakıda əvvəl Sovetski tərəfdə bir neçə çəkməçilərlə birlikdə işlədim. Bir neçə ildən sonra isə, özüm icarəyə yer götürüb tək işləməyə başladım. Burda da müştərilərim olur ki, imkanı nəyə çatır onu ödəyir. İnsandı neynəsin? Hamımız ehtiyac içindəyik.
Ayaqqabı sözü Ayağın qabı sözündən götürülüb. Ayaqqabı insanın ikinci ürəyidir. Bütün bədənin ağırlığı bunun üzərinə düşür və ona görə də, ayaqqabı nə qədər rahat olarsa, insan yorulmaz. Ümulikdə 35 ildir ki, bu sənətdəyəm.
- Yaxşı çəkməçi olmaq üçün nə qədər vaxt lazımdı adama?
Çəkməçilik sənətinin sirləri çoxdu. İbrahim peyğəmbərin özü çəkməçi olub. Kənardan baxana bu asan görünsədə, amma əslində belə deyil. Bu sənəti öyrənmək üçün insanın özündə də bir az istedad olmalıdır. Mən özüm atamın yanında və bir də Bakıda milliyətcə yəhudi olan bir çəkməçinin yanında üç il şagird olmuşam. Bu sənət elədi ki, işləyə-işləyə öyrənirsən. Mənim bir şagirdim var idi, iki ilə öyrəndi və indi Rusiyada çəkməçi işləyir. 
İndiki gənclərdə bu sənəti öyrənməyə həvəs yoxdu.
Böyük oğlumu çalışdım ki, öyrədəm amma, mənimsəyə bilmədi. İndi şirkətdə işləyir. Kiçik oğlum isə, bu sənəti öyrəndi. İndi 9-cu mikrarayonda çəkməçi işləyir. İndiki gənclərdə bu sənəti öyrənməyə həvəs yoxdu. Baxırlar ki, biri xarici maşında gəzir və fikirləşirlər ki, mən niyə çəkməçi olmalıyam? Gedim böyük işlər görüm yaxşı imkanım olsun. 
-Tanınmış adamlardan kimlər gəlir sizin yanınıza?
Tanınmış adamlardan bir çoxları gəlir yanıma. Amma, vallah çoxunun adları yadımda qalmır. O, gün bir şair var idi gəlmişdi. Adını dedi, unutdum. 
Gündə 8 saat işləyirəm.
Çətindi oturaq sənətdi. Ayaq üstə işləmək mümkün deyil. Gərək oturub işləyəsən. Bu da ayaqlara çox ziyandı. Gündə 8 saat işləyirəm. Ona görə səhərlər çıxıb gəzirəm. Elə burda iş vaxtdı da gündə bir neçə dəfə çıxıb ətrafda gəzirəm ki, ayaqlarım açılsın. Buranı icarəyə götürmüşəm həftənin bütün günləri burda oluram. 
Sonda müsahibizə bizə ayırdığı vaxt üçün təşəkkür edib oradan ayrılırıq.

Vasif Əlihüseyn  axar.az

Комментариев нет:

Отправить комментарий