10.03.2014

Şəhid Sеyid Muhəmməd Sadiq Sədrinin çıxışından bir parça


Amerikanın son illər, daha doğrusu 10 ildə yaratdığı faktı təsdiqləyən kifayət qədər məlumat var. "Gizli Müdaxilə Qüvvələri" adlandırılan bu qoşunlar Mehdinin (ə.f) zühurunu qabaqcadan hiss etdikləri üçündür. Başqa bir şey üçün deyil! Bu səbəbdən Körfəz Müharibəsi baş verdi. Qeyd edin! ONLAR MEHDİNİN (Ə.F) ZÜHURUNU QABAQLAMAQ ÜÇÜN KÖRFƏZ ƏTRAFI ƏRAZİLƏRƏ ÖZ ORDULARINI DOLDURA BİLƏRLƏR.
Heç bir şübhə yoxdur ki, Mehdi (ə.f) ilə bağlı Amerikanın Pentaqonda geniş sənədləri var. Amerika Mehdini (ə.f) ələ keçirə biləcək bütün növ məlumatlara malikdir. Onlar deyirlər ki bu sənəddə yalnız onun şəkli yoxdu. Təbii ki, orada ola bilməz. Heç bir şübhə yoxdur ki, Siyahi Analiz Kompüterlərində İmam Mehdinin (ə.f) zühurunu izləyirlər. Sosial dəyişikliyin ən vacib mümkünlüyü müsəlman şərqini əhatə edə bilər. Əlbəttə, bütün bu şeylər bu vəziyyətdə qaranlıqdır. Beləliklə, ilahi hikmətlə Mehdinin (ə.f) zühur vaxtı gizlədilib. Mehdinin (ə.f) zühuru bilinməyən bir sirr ilə ALLAH tərəfindən saxlanılır.*(90-cı illərin sonları)

Seyid Əl Sədrin (r.ə) öldürülmədən (şəhid olmadan) öncə nitqinə gələk. Bu bir xəbərdarlıqdır. Daha doğrusu deyə bilərəm ki, bu bir neçə ildən sonra Amerikanın İraq işğalı haqqında qabaqcadan xəbər idi. Nitqində o açıq şəkildə Amerikanın İraqa hücum etməsini və İraqı işğal etməsinin əsl səbəbini bildirir. Səbəb hər hansı kütləvi qırğın silahi, ya da nüvə silahını zərərləşdirmək deyil, İraqda demokratiya və azadlığı yaymaq deyil, Hz.Mehdinin (ə.f) zühurundan öncə Yaxın Şərqi ələ keçirməkdir!!! Bu çıxış 90-cı illərin sonunda olmuşdur ki, 1999-cu il 19 Fevralda isə artıq Seyyidi şəhid etdilər. Hal-hazırda gördüyünüz kimi Yaxın Şərqdə demək olar bütün müsəlman ölkələri sionist Amerikanın tabeçiliyi altındadır, yalnız 3 ölkə müstəqil idarə edilir: Livan, Suriya və İran. Bunlardan da artıq Suriyada Amerika fitnəni sala bilib ki, hal hazırda orada müharibə gedir, Livana da, İrana da dünya hər cür adla təzyiq və sankisiya edir. Budur həqiqət! Biz gündə fərəc düasını oxuyuruq, amma Ağanı (ə.f) tanımayıb və onun yolunu qəlbən gözləmirik. Amma düşmənlərimiz Onu (ə.f) bizdən yaxşı tanıyır və qorxur, ona görə hər cür yolla Ağanın zühurundan əvvəl hər şeyi öz əllərinə keçirmək istəyirlər! Amma Allahın son Höccətinin (ə.f) qabağında heç kəs dayana bilməyəcək! 
Az qalıb Müsəlmanlar...

Huseynçi

Комментариев нет:

Отправить комментарий