I yazı: Məqsədyönlü, planlaşdırılmış şəkildə hər şey dəyişdiriləcək– İnsanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş, mentaliteti və şüur, insan davranışının təbii və ənənəvi stereotiplərinədək
Oxucuların diqqətinə təklif olunan bu yazı Bəşəriyyətə qarşı açıq-aşkar düşmən qüvvələrin dağıdıcı fəaliyyətini qərəzsiz, obyektiv və dəlil-sübutlu şəkildə işıqlandırır. Fərdi məqsədlər güdən bu qüvvələrin taktiki vəzifələrindən biri, çoxlarına “Yeni Dünya Nizamı” adı altında bəlli olan qlobal idarəçilik və nəzarət sistemi vasitəsilə dünya miqyasında insanların əsarətə alınmasını təşkil edir. Yazımızın bu hissəsi Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, polkovnik Con Kelmanın “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” adlı kitabının materialları əsasında hazırlanmışdır.
Kitabda çox zəngin faktiki material əsasında bu qlobal ideyanın icraçılarının təşkilati-sosium strukturu, cəmiyyətin idarə edilməsi, insanların fərdi və kollektiv şüuruna təsir göstərmək üsulları, insanlarla manipulyasiyanın miqyasları, əhatə dairəsi, Göbbelsin heç yuxusuna belə girməyən aqressiv informasiya-təbliğat fəaliyyətinin metodları açılır, sirli və çağırılmamış gələn dünya hökuməti tərəfindən həyata keçirilən ən aşkar cinayətləri sadalanır.
Təxribatın miqyasları dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət yalnız ictimai səviyyədə həyata keçirilməmiş, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılmışdır. Dəyişdirmək prinsipi bu qüvvələr tərəfindən öz dağıdıcı fəaliyyətlərinin əsası kimi götürmüşdür. Məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə hər şey dəyişdirilir– İnsanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş, insanların mentaliteti və şüuru, insanın davranışının təbii və ənənəvi stereotiplərinədək hər şey dəyişdirilir. Bununla yanaşı müəllif gözə çarpmamağa və cəzasız qalmağa imkan verən əsas qanunauyğunluğu çox dəqiq qeyd edir– bu qanunauyğunluq Bəşəriyyətin düşmənlərinin həyata keçirdikləri dəyişikliklərin tədriciliyi və gözə çarpmamasıdır. Fasiləsiz destruktiv fəaliyyətin Bəşəriyyət üçün törətdiyi neqativ nəticələr uzun illərdən və onilliklərdən sonra özünü büruzə verir.
Kitabın məzmunundan birmənalı nəticə çıxır: “demokratların” və “liberalların” bizi ciddi-cəhdlə daxil etmək istədikləri Qərb cəmiyyəti hazırda özünün bütün sahələrində, eləcə də ilk növbədə siyasi-dövlət quruluşu daxil olmaqla, vahid mərkəz tərəfindən yaradılan, idarə olunan açıq və bağlı (gizlin və məxfi) təşkilatlardan, kütləvi informasiya vasitələrindən və digər strukturlardan ibarət ümumdünya şəbəkəsinin tam nəzarəti altındadır– müəllif bu mərkəzi “Komitet 300” adlandırır. Bu təşkilat Şərq və Asiya cəmiyyətlərinə artıq sözəbaxan “nökər” rolu ayrılmışdır, odur ki, indi bütün dünya onun ayağı altındadır.
Bu kitab Rusiyada və MDB ölkələrində baş verən hadisələrlə bağlı oxucularımız üçün xüsusilə aktualdır, Qərbdə, ümumiyyətlə bütün dünyada vaxtilə səs-küy salmış hadisələrlə hazırda Rusiyada baş verənlər arasında çoxsaylı paralellər, analogiyalar aparmağa imkan verir. Rusiyanın və keçmiş SSRİ ölkələrinin ümumdünya maliyyə-iqtisadi, “demokratik” ideoloji sisteminə “daxil edilməsi” kənardan genişmiqyaslı təsirlərə, insanların şüurunun manipulyasiyasına və “dünya hökumətinin” agentlərinin bizim xalqlarımızı idarə etməsinə yol açdı. Kitab vətənpərvər ruhda olan oxucunun şüurunu müəyyən yüksəkliyə qaldıraraq, müasir dövrdə və yaxın keçmişdə baş verən bir çox hadisələrə və təzahürlərə sistemli və kompleks şəkildə, necə deyərlər, “quşun uçduğu yüksəklikdən” baxmağa imkan verir.
Müəllif öz mövqeyini gizlətmir– Amerikada yurd salan ilk ağdərili sakinlərin ingilis-sakson, protestant, azadlıqsevər və müəyyən dərəcədə hətta qiyamçı ruhu kitaba sirayət etmişdir, bu mənada o, sözsüz ki öz ölkəsinin və xalqının patriotudur. Lakin milli maraqların müdafiəsinə yönəlmiş olan elə həmin bu niyyət onu həm də məhdudlaşdırır: problemə ali, həqiqətən də qlobal səviyyəli baxış müəllif üçün əlçatmaz olmuşdur. Həqiqət isə ondadır ki, tamamilə məxfi Komitet 300-ün (söz düşmüşkən, müəllif onu ali nəzarət orqanı adlandırır– sual meydana çıxır: nəyin və ya kimin nəzarəti?) arxasında həqiqətən də gizlin, qüdrətli və Bəşəriyyətə qarşı son dərəcə düşməncəsinə köklənən qüvvələr mövcuddur. Bu qüvvələr ötəri forma və təşkilati strukturlara bağlı deyildirlər, onlar üçün Komitet 300-ün özü və ona daxil olan, onun nəzarət etdiyi çoxsaylı təşkilatlar da pərdə, onların qeyri-insani planlarının həyata keçirilməsi üçün əlverişli və zamanında yaradılan formadır. Tarix göstərdiyi kimi, bu gizlin qüvvələrin ələkeçməzliyi məhz elə onların dəfələrlə nümayiş etdirilən formanı konkret həyati, tarixi-sosial və digər şəraitlərə münasibətdə asanlıqla dəyişmək qabiliyyətindən ibarətdir.
Gizlin qüvvələrin fəaliyyətinin müasir formalarının, təşkilati strukturlarının təsvir olunmasından və onların fəaliyyətlərinin metodlarından tutmuş, Bəşəriyyətin düşmənləri tərəfindən onun üçün hazırlanan sonrakı inkişaf yolunun uzunmüddətli planlaşdırılmasının və proqramlaşdırmasının müəyyən edilmiş aspektlərinə qədər– sözsüz etiraf edilməlidir ki, bütün bunlar müəllifin xidmətidir. O da dəyərlidir ki, müəllifin söhbəti– bu, Amerika cəmiyyətinin, bütün Qərb dünyasının qalası və mərkəzi oxu olan bir cəmiyyətin daxilindən gələn şahidlikdir.
Kitab bir çox hallarda dərin düşüncələrə, gerçəkliyin yenidən dərk olunmasına təkan verən vəsait kimi qəbul olunur, nəhayət, vətənpərvər və müstəqil düşüncəli insanları fəaliyyətə, dərhal və gecikmədən fəaliyyətə sövq edir, əks təqdirdə həqiqətən də, sabah gec olacaq, çünki sabah bütün Bəşəriyyət üçün açılmaya da bilər.
Beləliklə, Con Kelman dünyanı riqqətə gətirən “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında görün nə yazır:
Kəşfiyyatda kadr zabiti karyeram ərzində mənim ciddi məxfilik səviyyəsi olan sənədlərlə dəfələrlə işləmək imkanım olub, lakin Anqolada zabit-politoloq qismində xidmət etdiyim dövrdə mənə məzmunu qeyri-adi dərəcədə açıq olan tamamilə məxfi bir sıra sənədləri öyrənmək imkanı nəsib oldu. Gördüklərim mənim hiddət və narazılığımı daşırdı, mən bir daha heç vaxt dönmədiyim yola qədəm qoydum – məqsədim Böyük Britaniya və Birləşmiş Ştatların hökumətlərinin nə cür qüvvənin nəzarəti altında olduğunu və idarə etdiyini hamıya göstərmək oldu.
Mən məlum olan bütün gizlin cəmiyyətlərlə – məsələn, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” (BİKİ), Royal Institute for International Affairs (RIIA)), “Beynəlxalq Münasibətlər üzrə Şura” (CFR)), “Bilderberq Klubu” (the Bilderbergers), “Üçtərəfli Komissiya” (Trilaterals), sionistlər (the Zionists), masonluq (Freemasonry), bolşevizm-rozenkreyserlik (Bolshevism-Rosicrucianism), eləcə də bu gizlin cəmiyyətlərin bütün qanadları ilə– yaxşı tanış idim. Kəşfiyyat xidmətinin zabiti olduğum zaman və hətta bundan da əvvəl– tələbə olduğum mərhələdə– Londonda Britaniya muzeyində məşğul olduğum vaxt mən bu cəmiyyətlər, eləcə də bir çox digər təşkilatlar haqqında əl çata biləcək bütün məlumatları eninə və uzununa öyrənmişdim və hesab edirdim ki, amerikalılar bunlar haqda məlumatlı olmalıdırlar.
Lakin 1969-cu ildə Birləşmiş Ştatlara gələndə mənə aydın oldu ki, “Yerussəlimli Müqəddəs İoann Ordeni”, “Roma Klubu”, “Almaniyanın Marşall Fondu” (the German Marshall Fund), “Çini Fondu”, “Dəyirmi Masa”, “Fabian Cəmiyyəti”, “Venesiyanın Qara Aristokratiyası”, “Mont Pelerin Cəmiyyəti”, “Cəhənnəm Tayfası Klubu” və bir çox başqaları haqda burada ya tamamilə xəbərsizdirlər, ya da, ən yaxşı halda, onların əsl funksiyalarını pis anlayır, yaxud da ümumiyyətlə anlamırdılar.
1969-1970-ci illərdə mən, monoqrafiya və maqnitofon yazıları seriyasını buraxmaqla bu vəziyyəti düzəltməyi qərara aldım. Böyük heyrətimə rəğmən tezliklə müşahidə etdim ki, bir çoxları həmin adları təkrarlamağa başlayıb, sanki onlar bütün yazıçı karyeraları dövründə bunları bilirmişlər. Əslində isə onlar məsələnin məğzindən tamamilə bixəbər idilər və bir müddət əvvəl işıq üzü görən bu informasiyanın mənbəyini göstərmək istəmirdilər. Mən özümə bu fikirlə təskinlik verirdim ki, saxtakarlıq– bu, yaltaqlığın ən səmimi formasıdır.
Daimi risk altında olmağıma, mənim və həyat yoldaşımın üzərinə hücumlara, maliyyə itkilərinə, daimi təzyiqlərə, təhdidlərə və şər-böhtana baxmayaraq, mən öz araşdırmalarımı əvvəlki enerji ilə davam etdirirdim. Bütün bunlar mənim diskreditasiya olmağıma yönələn dəqiq işlənmiş və istiqamətləndirilən proqramın bir hissəsi idi, bunu hökumət tərəfindən, üzdəniraq, “Sağçı Xristianlara”, “Şəxsiyyətin Özünü Təsdiq Etməsi Uğrunda Hərəkata”, sağçı ”vətənpərvər” qruplara yeridilən agent və informatorlar həyata keçirirdilər. Bu agentlər iudaizmə qarşı açıq, qorxu bilməyən və qüdrətli qarşıdurma maskası altında fəaliyyət göstərirdi və indi də bunu davam etdirirlər– onlar bizi inandırmaq istəyirlər ki, guya onların əsas düşməni məhz iudaizmdir. Bu agent-informatorlar, Birləşmiş Ştatların bütün ərazisində siyasi, dini konservatorların çox sevib hörmət etdikləri homoseksualistlər qrupunun rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərirlər.
Mənim işimlə bağlı onların böhtan, yalan, nifrət və dezinformasiya proqramları– üstəlik də yaxın vaxtlardan etibarən mənim əziyyətlərimin başqa yazıçıların adına çıxılması– davam edir, zəifləmir, lakin indiyədək hələ istənilən effekt əldə olunmayıb. Mən bundan sonra da öz vəzifəmi yerinə yetirəcəyəm, o vaxta qədər ki. nəhayət, ən yüksək səviyyədə fəaliyyət göstərərək Böyük Britaniya və Birləşmiş Ştatları idarə edən gizli paralel hökumətin üzündən maskanı tamamilə qoparmış olum. Bu kitab– mənim davam etməkdə olan işimin bir hissəsidir.
Bizim çoxumuz yəqin bilir ki, əslində həm daxili, həm də xarici siyasət sahəsində istər siyasi, istərsə də iqtisadi məsələlərlə bağlı qərarları qəbul edən adamlar, heç də bizim hökumətdə işləyən adamlar deyil. Bu hal bir çoxlarını həqiqəti alternativ mətbuatda, o yazıçıların informasiya bülletenlərində axtarmağa sövq edir ki, onlar da mənim kimi Birləşmiş Ştatların ölümcül xəstəliyinin kökünü axtarır, lakin həmişə tapmağa müyəssər olmur. “Axtaran tapar” formulası bu qrupa heç də həmişə şamil edilə bilməzdi. Bizim həqiqətən də aşkar etdiyimiz nə isə varsa, bu da odur ki, insanlar zülmət qaranlıqda yaşayır, böyük əksəriyyət öz ölkəsinin hara hərəkət etməsindən qətiyyən narahat deyil və onlar əmindirlər ki, ölkənin başına heç vaxt pis heç nə gələ bilməz. Əhalinin böyük hissəsində məhz bu cür həyati mövqe tərbiyə olunmuşdur və bu mövqe birbaşa gizlin hökumətin xeyrinə oynayır.
Biz tez-tez eşidirik ki, “onlar” “bu” və ya “başqa bir” işi etdilər. Adama belə gəlir ki, demək olar hər şey, hətta insanın qətlə yetirilməsi də onlar üçün keçilir. “Onlar” vergiləri artırırlar, “onlar” oğullarımızı və qızlarımızı bizim ölkəmizə heç bir fayda verməyən müharibələrdə ölməyə göndərirlər. Zənn etmək olar ki, “onlar” bizim əlimiz çata biləcək, nəzərlərimiz yetişə biləcək əhatə dairəsindən kənardadırlar, “onlara” qarşı nəhayət, konkret hərəkət etməyə cəhd edəndə isə “onlar” kabus kimi barmaqlarımızın arasından sivrilib çıxırlar. Zənn etmək olar ki, “onların” əslində kim olduğunu heç kəs dəqiq söyləyə bilməz. Belə vəziyyət artıq onilliklərdir ki, davam edir. Kitabın gedişində biz bu gizlin “onların” kim olduqlarını müəyyən edəcəyik, bundan sonra isə xalq vəziyyəti necə düzəltməli olduğu barədə qərarı özü verər.
II yazı: Ağ bayraqlı hərbi maşınlarda Bağdada qayıdan 150 000 İraq əsgərini vəhşicəsinə qətlə yetirdilər, cəbhənin başqa hissəsində isə 12 000 İraq əsgərini tutduqları səngərlərdə diri-diri basdırdılar
Beləliklə, Con Kelman 1981-ci ildə "Roma Klubu"nun mövcud olduğunu göstərən monoqrafiya yazır və onun Komitet 300-ün təxribat fəaliyyəti ilə məşğul olan orqanı olduğunu bildirir. Bu, Birləşmiş Ştatlarda həmin təşkilatların hər ikisi haqqında ilk nəşr idi. 1981-ci ildə yazılan həmin məqalədəki proqnozların çoxu artıq həyata keçmişdir: məsələn, tanınmayan siyasətçi Felipe Qonsalesin İspaniyanın Baş naziri postuna təyin olunması, Mitteranın Fransada hakimiyyətə qayıtması, Jiskar D'Esten və Helmut Şmidtin süqutu, İsveç aristokratı və Komitet 300-ün üzvü Olaf Palmenin hakimiyyətə qayıdışı, Reyqanın prezidentliyinin nəticələrinin məhv edilməsi, eləcə də Komitet 300-ün göstərişi ilə həyata keçirilən postindustrial mərhələdə sıfır həddində inkişaf siyasəti çərçivəsində Birləşmiş Ştatlar industriyasının poladəritmə, avtomobil və ev tikintisi kimi sahələrinin iflasa uğradılması.
Palmenin mühüm rolu ondan ibarət idi ki, “Roma Klubu” onu ABŞ-ın Kömrük İdarəsinin SSRİ-yə ixracına qadağa qoyduğu texnologiyaların Sovet İttifaqına göndərilməsi üçün istifadə etmişdi. Eləcə də onun ümumdünya əlaqələri şəbəkəsi də mühüm idi. Belə ki, Palme Vaşinqtonla Tehran arasında gedib-gələn vaxt ümumi diqqəti İranda girovlarla bağlı psevdoböhran üzərində cəmləşdirmək üçün onun əlaqələrindən istifadə olunmuşdu. Axı o, ABŞ-ın suveren birliyini pozmağa və psevdoböhranı Komitet 300-ün təşkilatlarından birinin, daha konkret olsaq, Hollandiyada, Haaqada yerləşən Beynəlxalq Məhkəmənin yurisdiksiyası altına verməyə səy göstərirdi.
Müharibələr, bəlalar və kütləvi qətllərdən sonra yer üzündə qalan insanların əksəriyyətinin əsarət altına alınmasını nəzərdə tutan Allaha və İnsana qarşı sui-qəsd fəaliyyətdədir, gizlin qalmaq üçün xüsusi səy də göstərilmir. Kəşfiyyatçılarda belə bir qayda var: nəyi isə gizlətməyin ən yaxşı üsulu– onu görünən yerə qoymaqdır. Məsələn, 1938-ci ildə Almaniya “Messerşmidt” superqırıcı təyyarəsi haqda informasiyanı gizlətmək istəyəndə, həmin təyyarə Paris Aviasiya Sərgisində nümayiş etdirilmişdi. Məxfi agentlər və cəsuslar məlumat toplamaq, onu ağac koxuşu və kərpic hörgüdəki gizlin yerlər vasitəsilə ötürməklə məşğul olduqları vaxt, onların arxasınca qaçdıqları informasiya düz gözləri qarşısında durmuşdu.
Ali səviyyəli paralel gizlin hökümət qaranlıq zirzəmilərdən və yeraltı gizlinlərdən fəaliyyət göstərmir. Bu hökümət Ağ Evdə, Konqresdə, Dauninq Strit 10 ünvanda və Böyük Britaniyanın Parlamentində göz önündə yerləşmişdir. O, eybəcər cizgiləri, uzun saçları və ondan da uzun dişləri olan bədheybətin nərə çəkib və tüpürcəyini hər tərəfə çiləyərək peyda olduğu “monstrlar” haqda dəhşətli, qəsdən vahimə yaradan filmlər kimidir. Bu filmlər yalniz diqqəti yayındırır, əsl bədheybətlər isə işgüzar kostyumlar geyinir və Kapitolidəki iş yerlərinə limuzinlərdə gedirlər.
Bu insanlar– göz önündədəirlər. Bu insanlar– Dünya Hökümətinin və Yeni Dünya Nizamının nökərləridir. Maşını saxlayan və zorlamaq istədiyi qurbanına onu getdiyi yerə aparmağı təklif edən cani kimi, o da əslində olduğundan fərqli olaraq, zahirən bədheybət təsiri bağışlamır. Əgər o, belə təsir bağışlasaydı, onun gözaltı etdiyi qurban dəhşətdən çığıra-çığıra qaçıb gedərdi. Eyni şey bütün səviyyələrdə hökumətlər üçün də ədalətlidir. Prezident Buş ali səviyyəli paralel hökümətin sadiq nökəri təsiri bağışlamırdı; ancaq onun barəsində yanlış fikrə düşməyin– o, dəhşət filmlərindən olan qorxunc kimi bir bədheybətdir.
Bir anlıq dayanaq və orduların razılaşdırılmış qaydada bir-birindən uzaqlaşdırılması və döyüşdən çıxarılması haqda Cenevrə Konvensiyasına uyğun olaraq ağ bayraqlı hərbi maşınlarda Bağdada qayıdan 150 000 İraq əsgərini vəhşicəsinə qətlə yetirmək barədə prezident Buşun əmrini nəzərdən keçirək. İndi isə ağ bayraq yellətmələrinə baxmayaraq, Amerika təyyarələrinin gülləbaran etdiyi iraqlı əsgərlərin yaşadıqları dəhşəti təsəvvür edin. Cəbhənin başqa bir hissəsində 12 000 İraq əsgəri tutduqları səngərlərdə diri-diri basdırıldılar. Bu, sözün əsl mənasında dəhşətli deyilmi? Prezident Buş belə dəhşətli şəkildə hərəkət etmək barədə əmrləri haradan almışdır? O, bu əmrləri, öz mandatını Komitet 300-dən, eləcə də “Olimpiyaçılar” kimi tanınan təşkilatdan alan “Xarici İşlər üzrə Kral İnstitutundan” (RIIA) almışdır.
İrəlidə biz görəcəyik ki, heç “Olimpiyaçılar” da öz simalarını gizlətmirlər. Onlar tez-tez, yuxarıda haqqında danışılan Paris sərgisi ilə müqayisə edilə biləcək tamaşalar oynayırlar, lakin sui-qəsd axtarışlarından başı xarab olan çudaklar həmin vaxt sui-qəsdləri lazım olan yerdə və lazım olan istiqamətdə axtarmamaqla yalnız vaxt itirirlər. Kraliça II Yelizavetanın Böyük Britaniya Parlamentinin açılışı mərasimini necə yerinə yetirdiyinə diqqət verdinizmi? Orada, hamının gözü önündə, Komitet 300-ün başçısı əyləşir. Siz nə vaxtsa Birləşmiş Ştatların prezidentinin andiçmə mərasimini izləmisinizmi? Orada, haminin gözü önündə, Komitet 300-ün başqa bir üzvü iştirak edir. Bütün problem yalnız insanın nəyi və necə qavramasından ibarətdir.
Hər şeyə qadir olan Komitet 300-ə xidmət edən sui-qəsdçilər axı kimdir? Cəmiyyətimizin ən məlumatlı hissəsi dərk edir ki, sui-qəsd mövcuddur və bu sui-qəsd müxtəlif, məsələn, “İllüminatlar”, “masonluq”, “Dəyirmi Masa”, “Milner Qrupu” kimi adların arxasında gizlənir. “Beynəlxalq Münasibətlər üzrə Şura” və “Üçtərəfli Komissiya” onlarda daxili və xarici siyasətdə xoşlarına gəlməyən bütün hər şeylə assosiasiya yaradır. Bəziləri hətta bunu da bilir ki, “Dəyirmi Masa” Böyük Britaniyanın Vaşinqtondakı səfiri vasitəsilə Birləşmiş Ştatların işlərinə böyük töhvə vermişdir. Problem ondan ibarətdir ki, gözəgörünməz hökümətin üzvlərinin xəyanətkar fəaliyyəti barədə real informasiya əldə etmək çox çətindir.
Xristian İncilindən /4.6./ Osii peyğəmbərin dərin fikrini sitat gətirirmək istəyirəm: “Xalqım Mənim qırılacaq məlumatı az olduğuna görə”. Ola bilsin ki, oxucuların bəzisi Con Kelmanın xarici dövlətlərə yardım qalmaqalını ifşa etdiyi yazısını artıq oxuyub; həmin publikasiyada o, sayı bir legiona bərabər olan sui-qəsdçi təşkilatların bir neçəsinin adını çəkib. Onların son məqsədi ABŞ Konstitusiyasını ləğv etməkdir. “Onların məqsədi Allah tərəfindən onun ölkəsi kimi seçilmiş olan bu ölkəni Qaranlıq Əsrlərdə mövcud olandan da qat-qat ağır vəziyyətə qaytaracaq Dünya Hökümətinin idarə etdiyi allahsız Yeni Dünya Nizamına daxil etməkdir”.
Konkret tarixi misalları, məsələn, İtaliyanın kommunalaşdırılması və deindustriyalaşdırılması cəhdini nəzərdən keçirək. Komitet 300 artıq çoxdan qərar verib ki, dünya gələcəkdə daha yaxşı və daha yığcam olmalıdır– indikindən lap çox yığcam. Onların daha yaxşı dünya ilə bağlı ideyaları bax bundan ibarətdir. Faydasız milyardlarla yeyən– məhdud təbii resursların istehlakçıları– saf-çürük olunmalı və məhv edilməlidir. Sənaye inkişafı isə əhali artımına şərait yaradır, deməli, nəsli artırmaq və torpağı əkmək barədə Həyat Kitabının vəsiyyəti dəyişdirilməlidir.
Bunun mütləq nəticəsi olaraq xristianlığın əsasları dağıdılmalıdır; industrial milli dövlətlər tədricən, lakin dönməz olaraq yox edilməlidir; Komitet 300-ün “artıq əhali” kimi nəzərdən keçirdiyi yüz milyonlarla insan məhv edilməli, eləcə də yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün Komitet 300-ün qlobal planlaşdırması yolunda durmağa cürət edən istənilən lider aradan qaldırılmalıdır.
Komitetin ilk zərbələrindən biri İtaliyaya və Pakistana endirilmişdi. İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilmiş “sıfır inkişafı” və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla “Roma Klubunu” hiddətləndirmiş oldu, çünki “Olimpiyaçılar” bu siyasətin həyata keçirilməsini məhz “Roma Klubuna” tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş nazirə “Xarici İşlər üzrə Kral İnstitutunun” (RIIA) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-ın dövlət katibi, eləcə də Komitet 300-ün üzvü idi. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcək.
Xatırladaq ki, baş nazir Aldo Moro 1978-ci ildə “Qırmızı briqadanın” terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. “Qırmızı briqadanın” üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri bildirmişdilər ki, onlar Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-ın yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiklərindən xəbərdar idilər. Moroya hədə-qorxu gələn Kissincer, əlbəttə, ABŞ-ın xarici siyasətini həyata keçirməkdən çox, zənn etmək olar ki, Komitet 300-ün xarici siyasət şöbəsi olan “Roma Klubunun” təlimatlarına uyğun hərəkət edirdi.
Açıq məhkəmə iclaslarında partlayan bomba effektli ifadələr verən şahid, Moronun yaxın məsləkdaşı Qorrado Gersoni idi. Onun inanılmaz şahidlik ifadələri 1982-ci il noyabrın 10-da İtaliya televiziyası və radiosu ilə verilmiş, eləcə də İtaliyanın bir neçə qəzetində dərc edilmişdi, lakin bu çox vacib informasiya ABŞ-da sadəcə sükuta qərq edilmişdi. Azadlığın qalaları kimi məşhur olan, həmişə hər şey haqda hər şeyi bilən “Vaşinqton Post” və “Nyu-York Tayms” buna kiçicik də olsa əhəmiyyət vermədilər və Gersoninin şahidlik ifadələrindən bircə sətir belə dərc etdirmədilər.
Bu rəzil cinayət haqda Con Kelmanın 1982-ci ildə dərc olunan ifşaedici məqaləsində göstərilirdi ki, Xristian-Demokrat partiyasının loyal üzvü olan Aldo Moro “P-2” mason lojası ilə bağlı olan muzdlu qatillər tərəfindən öldürülmüşdü. Qətlin məqsədi İtaliyanı, ölkənin deindustriyalaşdırılması və əhalisinin əhəmiyyətli surətdə ixtisarı üzrə “Roma Klubunun” təlimatlarına tabe olmağa məcbur etmək idi. Moronun ölkədə tam məşğulluğun təmin olunması, siyasətdə və iqtisadiyyatda gərginliyin aradan qaldırılması yolu ilə İtaliyanın sabitləşdirilməsi üzrə planları kommunistlərə qarşı katolik müxalifəti gücləndirər və Komitet 300-ün əsas məqsədini– Yaxın Şərqdə sabitliyin pozulmasını xeyli çətinləşdirərdi.
Göstəriləndən sui-qəsdçilərin planlarının nə qədər uzaqmənzilli olduğu aydın olur. Onlar heç də beşillik planlar miqyasında düşünmürlər. Aldo Moronun qətlinə hansı qüvvələrin qarışdığını anlamaq üçün Veysqauptun Katolik kilsəsinə münasibətdə etdiyi bəyanatı xatırlamaq lazımdır. Moronun ölümü ilə İtaliyada sabitliyin pozulması üzrə planların qarşısından maneə götürülmüş oldu və indi bildiyimiz kimi, Fars körfəzində başlanan müharibədə sui-qəsdçilərin Yaxın Şərq planlarının həyata keçməsinə imkan yarandı.
III yazı: "Əgər siz ölkənin möhkəmləndirilməsi istiqamətində siyasətinizi davam etdirsəniz, mən sizə və qalan hamıya dəhşətli dərs verəcəm"
Komitet 300 İtaliyanı sınaq poliqonu qismində seçmişdi. İtaliya sui-qəsdçilərin planları üçün mühüm əhəmiyyət kəsb edir, çünki Avropa ölkələri arasında Yaxın Şərq regionuna ən yaxın yerləşən məhz bu ölkədir. İtaliya Yaxın Şərqlə həm iqtisadi, həm də siyasi cəhətdən bağlıdır. İtaliya– Veysqauptun məhv etməyi əmr etdiyi Katolik Kilsəsinin dayağıdır, eləcə də Avropada ən nüfuzlu, qədim “Qara Aristokratiyaya” məxsus olan bəzi oliqarxik ailələrin vətənidir. Moronun ölümü ilə əgər İtaliya zəifləmiş olsaydı, onda bunun Yaxın Şərqdə yaradacağı nəticələr ABŞ-ın bu regionda təsirinin azalmasına gətirərdi. İtaliya başqa bir səbəbdən də əhəmiyyət kəsb edir: bura İran və Livandan Avropaya nəql edilən narkotiklər üçün giriş darvazasıdır. Bu mövzuya biz hələ qayıdacağıq.
1968-ci ildə “Roma Klubu” yaradılandan etibarən müxtəlif siyasi qruplaşmalar İtaliyanın bir neçə hakimiyyətini dəyişmək məqsədi ilə sosializm bayrağı altında birləşirdi. Onların arasında Venesiya və Genuyanın “Qara Aristokratiyası”, “P-2” mason lojası və “Qırmızı briqadalar” var idi, özü də onların hamısı eyni məqsədləri güdürdü. Romada Aldo Moronun “Qırmızı briqadalar” tərəfindən qətlə yetirilməsi işinin istintaqını aparan polis müstəntiqləri bu terrorçu qrupla sıx əməkdaşlıq edən bir neçə çox nüfuzlu italyan ailələrinə çıxdılar. Polis həm də həmin məşhur və nüfuzlu ailələrin ən azı 12 hadisədə öz evlərini və digər daşınmaz əmlaklarını “Qırmızı briqadalara” dayaq nöqtələri təşkil etmək üçün verdikləri haqda dəlil əldə etmişdi.
İtaliya Respublikasının dağıdılmasına Amerikanın “aristokratiyası” da öz töhfəsini vermişdi, və bu işdə prezident Karterin Romadakı rəsmi səfiri Riçard Qardner xüsusi səy föstərmişdi. Qardner o vaxt Bettino Kraksinin- “Roma Klubunun” mühüm üzvü və NATO-da həlledici fiqur- birbaşa nəzarəti altında hərəkət edirdi.
Kraksi sui-qəsdçilərin İtaliya Respublikasını dağıtmaq cəhdlərində həlledici fiqur idi. Onun İtaliyada sabitliyin pozulması işində demək olar ki, müvəffəqiyyət əldə etdiyini biz aşağıda görəcəyik. Sui-qəsdçilər ierarxiyasında fəaliyyət göstərən əsas simalardan biri olan Kraksi boşanma və abortlara icazə verilməsi haqqında qanunları İtaliya parlamentindən keçirə bildi. Bu isə nəticədə, uzaqgedən və dağıdıcı sosial və dini təzahürlər meydana çıxardı. Eyni zamanda da Katolik Kilsəsinə tarixi ərzində endirilən ən güclü zərbələrdən biri oldu, belə ki onun nüfuzunu və nəticə etibarilə italyan millətinin mənəvi dayaqlarını sarsıtdı.
Ronald Reyqan 1980-ci ilin dekabrında prezident seçiləndən sonra “Roma Klubu” və Sosialist İnternasionalının bayrağı altında Vaşinqtonda mühüm görüş baş tutdu. Bu təşkilatların hər ikisi Komitet 300-ə bilavasitə tabedirlər. Gündəliyin əsas məsələsi Reyqanın prezidentliyinin effektivliyini minimuma endirmək üçün vasitə və yolların müəyyən olunmasından ibarət idi. Sui-qəsdçilər birgə plan qəbul etdilər və əgər biz arxaya nəzər yetirsək, tamamilə aydın olacaq ki bu plan çox müvəffəqiyyətlə yerinə yetirilmişdi.
Bu sui-qəsdin möhtəşəmliyi və əhatə dairəsi haqda təsəvvür olsun deyə, burada Komitet 300-ün gələcəkdə dünyanın tabe edilməsi və idarə olunması üçün təyin etdiyi məqsədləri göstərmək lazımdır. Komitet 300-ün ən azı 40 məşhur “filialı” var və biz onların hamısını funksiyalarını göstərməklə birlikdə sadalayacağıq. Sui-qəsdçilərin yeganə bir mərkəzi orqanının bu cür effektiv fəaliyyətini təmin etməyin necə mümkün olduğunu başa düşmək çox asan olacaq. Eynilə Komitet 300-ün, Birləşmiş Ştatların Konstitusiyasında açıq deklarasiya olunduğu kimi, əsasında şəxsiyyətin azadlığı duran sivil tərəqqipərvər dünyanın dayaqlarına qarşı həmlələrinə yer üzündə heç bir hakimiyyətin nə üçün qarşı dura bilmədiyini də asanlıqla anlamaq olacaq.
Gersoninin məhkəmə qarşısında yalnız həqiqəti deyəcəyi barədə and içərək verdiyi şahdlik ifadələri sayəsində İtaliyada və Avropada (ABŞ-da yox) insanlar Aldo Moronun qətlinin arxasında Kissincerin durmuş olduğunu bildilər. Bu faciəvi hadisə Komitet 300-ün öz iradəsini istisnasız olaraq hər bir hakimiyyətə sırımağa qadir olduğunu nümayiş etdirir. Dünyanın ən qüdrətli gizlin cəmiyyətinin (mən burada masonluğu nəzərdə tutmuram) üzvü olan Kissincer Moroya yalnız hədə-qorxu gəlməmişdi, o, İtaliyanın iqtisadi və industrial inkişafı ilə bağlı öz planlarından imtina etməyəcəyi təqdirdə Moronu “məhv edəcəyi” barədə hədələrini həyata da keçirdi.
1982-ci ilin iyun və iyul aylarında Aldo Moronun həyat yoldaşı açıq məhkəmə iclasında verdiyi şahidlik ifadəsində demişdi ki, ərinin qətli onun həyatına ciddi hədələrdən sonra baş vermişdi və bu hədələr onun sözlərinə görə, “ABŞ-dan olan yüksək vəzifəli siyasi fiqur” tərəfindən edilmişdi. Xanım Eleonora Moro, Gersoninin şahidlik ifadəsində dediyi kimi, Kissincerin işlətdiyi cümləni eyniliklə təkrar etdi: “Ya siz öz siyasətinizə son qiyacaqsınız, ya da bu sizə baha oturacaq”. Hakim Gersonini təkrarən məhkəmə qarşısına çağırtdırdı və ondan soruşdu ki, o, xanım Moronun haqqında danışdığı şəxsin adını çəkə bilərmi? Gersoni cavab verdi ki, bəli, əvvəl də bildirdiyi kimi, həmin adam həqiqətən də Henri Kissincerdir.
Gersoni bundan sonra məhkəməyə onu da danışdı ki, Kissincer Moronu İtaliya liderlərinin ABŞ-a rəsmi səfəri zamanı qaldıqları hoteldəki nömrəsində hədələmişdi. NATO-nun üzv-ölkəsi İtaliyanın Baş naziri və Xarici İşlər naziri yüksək ranqlı insandır və belə şəxslər mafiya üslubunda təzyiq, hədələrə məruz qalmamalıdır. O vaxt olduğu kimi, indi də Kissincer “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun xidmətində duran mühüm agent, “Roma Klubu”nun və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın üzvüdür.
Ölkəni üç müharibəyə- Yaxın Şərqdə, Koreyada və Vyetnamda- cəlb etmək yolu ilə Birləşmiş Ştatlarda sabitliyin pozulması planlarında, eləcə də Fars körfəzində aparılan- ABŞ ordusunun Küveyti öz nəzarəti altına qaytarmaq istəyən Komitet 300-ün muzdlu ordusu qismində çıxış etdiyi- müharibədə Kissincerin rolu yaxşı məlumdur. Fars körfəzində aparılan müharibədə İraqın timsalında nümunəvi dərs keçdilər ki, digər kiçik ölkələr öz talelərini müstəqil həll etməyə heç cəhd də etməsinlər!
Kissincer suveren dövlət olan Pakistanın prezidenti mərhum Əli Bhuttonu da hədələyirdi. Bhuttonun “cinayəti” ondan ibarət idi ki, o, öz ölkəsinin atom silahı əldə etməsinə çalışırdı. Müsəlman ölkəsi olaraq Pakistan İsrail təcavüzünün Yaxın Şərqdə daimi təhlükəsini hiss edirdi. 1978-ci ildə Bhutto, “Beynəlxalq Münasibətlər üzrə Şura”nın (BMŞ) Pakistanda təmsilçisi olan general Ziya Ül Həqq tərəfindən soyuqqanlıqla qətlə yetirildi.
Ziya Ül Həqq hakimiyyətə əvvəlcədən planlaşdırılan gəlişi zamanı kütləni ABŞ-ın İslamabaddakı səfirliyini yandırmağa təhrik etdi və bununla BMŞ-ya müstəqil lider olduğunu açıq nümayiş etdirməyə səy göstərdi. Bu həm də xaricdən daha çox yardım cəlb etmək, eləcə də sonradan məlum olduğu kimi, Riçard Helmsi öldürmək üçün edilmışdi. Bundan bir neçə il sonra Ziya Ül Həqqin Əfqanıstanda müharibəyə müdaxiləsi ona həyatı bahasına başa gəldi. Onun “Herkules C-130” təyyarəsi uçuş zolağından qalxandan bir qədər sonra istiqamətləndirilən AET (aşağı elektrik tezliyi) impulsu ilə vuruldu və bunun nəticəsində təyyarə səmada halqa cızdı və yerə çırpıldı.
General Ziya Ül Həqqin aradan qaldırılması barədə Komitet 300-ün əmrini yerinə yetirən “Roma Klubu” vicdan əzabı çəkmədən təyyarədə olan çoxsaylı ABŞ hərbçilərinin həyatını qurban verdi. Briqada generalı Herbert Vassomun başçılıq etdiyi “Müdafiə Kəşfiyyatı Agentliyinin” qrupu da onların arasında idi. General Ziya Ül Həqq Türkiyənin məxfi xidməti tərəfindən təyyarələrdə uçmamaq barədə xəbərdar edilmişdi, belə ki onun təyyarəsinin səmada olarkən partladılacağının planlaşdırıldığı məlum olmuşdu. Bu xəbərdarlığı nəzərə alan Ziya Ül Həqq özünə yaxın bidiyi bir neçə məsləhətçisinə izah etdiyi kimi, Birləşmiş Ştatlardan olan hərbçilər qrupunu da “sığorta müqaviləsi” qismində özü ilə təyyarəyə götürmüşdü.
Ziya Ül Həqqin “C-130” təyyarəsi Pakistanın hərbi bazasından səmaya qalxmazdan bir qədər əvvəl onun təyyarəsi dayanan anqarın yaxınlığında şübhəli yük maşını qeydə alınmışdı. Düspetçer qülləsindən təhlükəsizlik xidmətinə xəbərdarlıq edildi, lakin nə isə etməyə imkan tapana qədər təyyarə artıq səmaya qalxmış, yük maşını isə sürüb getmişdi. Prezidentin təyyarəsi bir neçə dəqiqədən sonra qəfildən Nesterov halqalarını cızmağa başladı, sonra isə yerə çırpıldı və partladı. “C-130”-un etdiyi bu hərəkətlərin izahı yox idi, təyyarə uçuşun təhlükəsizliyi üzrə əla reputasiyaya malik idi, qəzanın səbəblərinin öyrənilməsi üzrə Pakistan-Amerika birgə komissiyası isə pilotların səhvini, hər hansı bir mexaniki və yaxud struktur pozuntular aşkar etməmişdi. Qəfil Nesterov halqası– bu, AET impulsu ilə vurulan təyyarənin necə deyərlər, bəlli “ticarət markasıdır”.
Yüksək amlitudalı radiotezlikləri generasiya edən cihazların Sovet İttifaqında istehsal etmək imkanı olduğu Qərbdə məlum idi və bu məlumat "Kurçatov adına Atom Enerjisi İnstitutu"nun "Elektronların İntensiv Relyativistik Şüalanması" şöbəsində çalışan sovet alimlərinin tədqiqatlarına əsaslanırdı. Həmin mütəxəssislərin arasında Y.A.Vinoqradov və A.A.Ruxadze də var idi. Alimlərin hər ikisi elektron və rentgen lazerləri üzrə ixtisaslaşan "Lebedev adına Fizika İnstitutunda" işləyirdi.
İngiltərədə "Elektronika üzrə beynəlxalq jurnal"da general Ziya Ül Həqqin təyyarəsini vurmaq üçün seçilən metodu təsdiq edən bəzi materiallar dərc edilmişdir. Bundan başqa həmin informasiya kəşfiyyatdan olan iki mənbədən də təsdiq edilmişdi. Eləcə də bəzi faydalı informasiya İngiltərədə çıxan, SSRİ-nin elmi nəşri olan "Soviet Radio Electronics and Communications Systems" ("Sovet radioelektronikası və rabitə sistemləri") qəzetində verilib. Ziya Ül Həqqin qətlə yetirildiyi barədə qətiyyən tərəddüd etmək lazım deyil. Anqarın yaxınlığında görünən yük maşınında şübhəsiz ki, Sovet Hərbi Qüvvələrinin sərəncamında olduğu bəlli olan tipdə AET mobil avadanlığı olmalı idi.
Gizli surətdə ölkədən çıxarılan Bhuttonun yazılı ifadələrinə görə, türmədə olarkən Kissincer ona ciddi hədə-qorxu gəlirdi: "Əgər siz ölkənin möhkəmləndirilməsi istiqamətində siyasətinizi davam etdirsəniz, mən sizə və qalan hamıya dəhşətli dərs verəcəm". Bhutto Pakistanı müasir industrial dövlətə çevirmək məqsədi ilə nüvə energetikası proqramının həyata keçirilməsinə çalışırdı, bununla da Kissincerə və "Roma Klubu"na qarşı çıxmış olurdu. Bu isə Komitet 300-ün nəzərində onun Kissincer vasitəsilə Pakistan hökümətinə ötürdüyü əmrlərə açıq tabe olmamaq demək idi. Kissincerin Bhuttonu hədələməsi sözsüz ki ABŞ-ın rəsmi siyasətinin bir hissəsi deyildi; bu, müasir "İllüminatlar"ın siyasəti idi.
IV yazı: Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür
Nüvə energetikasının bütün dünyada nə üçün bu qədər nifrət qazandığını, "Roma Klubu"nun nüvə energetikasına qarşı müharibə aparmaq üçün yaratdığı və maliyyələşdirdiyi saxta "təbiət-qoruyucu" hərəkatlardan nə üçün istifadə olunduğunu aydın dərk etmək lazımdır. "Üçüncü dünya" ölkələri böyük həcmlərdə ucuz elektrik enerjisi istehsal etməyə imkan verən nüvə enerjisinin köməyi ilə tədricən ABŞ-ın maliyyə yardımından azad olar və öz suverenliyini təsdiq etməyə başlayardı. Atom Elektrik Stansiyalarında istehsal edilən elektrik enerjisi– bu, inkişaf etməkdə olan ölkələri düşdükləri geriqalmış vəziyyətdən çıxarmaq üçün açardır, lakin Komitet 300 onları bundan sonra da həmin vəziyyətdə saxlamaq əmrini verib!
Xarici yardımın azalması Beynəlxalq Valyuta Fondunun (BVF) inkişaf etməkdə olan ölkələrin təbii resursları üzərində nəzarətinin azalması demək olardı. Lakin məhz inkişaf etməkdə olan ölkələrin öz müqəddaratını həqiqi mənada təyin etməsi ideyası "Roma Klubu" və onun üzərində duran Komitet 300 tərəfindən lənətlənmişdir. "Roma Klubu"nun ABŞ-da "postindustrial sıfır inkişafını" nəzərdə tutan planlarına uyğun olaraq Birləşmiş Ştatlarda sənaye istehsalını sarsıtmaq üçün nüvə enerjisinə qarşı hərəkatın ABŞ-da uğurla necə istifadə olunduğunu biz artıq görmüşük.
ABŞ-ın maliyyə yardımından asılılıq xarici ölkələri "Beynəlxalq Münasibətlər üzrə Şura"nın faktiki olaraq quluna çevirir. Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür. Zimbabvenin (keçmiş Rodeziya) lideri Muqabe ölkənin xammal resursları üzərində- nəzərdən keçirdiyimiz halda yüksək keyfiyyətli xrom filizi- xarici nəzarətin həyata keçirilməsinin parlaq nümunəsini təcəssüm etdirir. Zimbabvenin xammal ehtiyatları indi bütünlüklə Lonrho kompaniyasının nəzarəti altındadır. Komitet 300-ün mühüm üzvlərindən biri olan Anqus Ogilvi bu nəhəng konqlomeratı öz xalası qızı (ruscada "kuzina" - əmi, bibi, dayı və ya xala qızı) Kraliça II Yelizavetanın adından idarə edir. ABŞ-ın ayırdığı illik 300 milyon dollar həcmində yardıma baxmayaraq, səfalət və dilənçiliyə qərq olan ölkə əhalisinin vəziyyəti isə getdikcə daha da ağırlaşmaqdadır.
Lonrho Rodeziya (Zimbabve) xromu üzərində inhisara malikdir və ona arzuladığı istənilən qiyməti təyin edə bilər. Lakin Smit rejimi dövründə buna yol verilmirdi və Muqabe hakimiyyətə gələnə qədərki 20 il ərzində qiymətlərin məqbul səviyyəsi saxlanırdı. Yan Smitin 14 illik hakimiyyəti dövründə də bu ölkədə problemlər var idi, lakin o, hakimiyyətdən uzaqlaşdırılandan sonra işsizlik dörd dəfə artdı, indi Zimbabve xaos və faktiki olaraq müflis vəziyyətindədir. Muqabe ABŞ-dan kifayət qədər çox (ildə 300 milyon dollara yaxın) yardım almışdır: bu ona Fransanın məşhur "Mavi sahil" kurort zonasında, Kap Feratda və Monte Karloda üç hotel tikdirməyə imkan verdiyi halda, onun xalqı xəstəliklərdən, işsizlikdən və qida çatışmamazlığından- istənilən etirazı boğan amansız diktatura rejimindən hələ heç danışmırıq- əzab çəkirdi. Bunu ABŞ-dan heç vaxt nə bir sent belə almayan, nə də bunu heç xahiş də etməyən Smit rejimi ilə müqayisə edin. Tamamilə aydındır ki, xarici yardım– bu, Zimbabve və digər Afrika dövlətlərini nəzarət altında saxlamaq üçün çox güclü vasitədir!
Bununla yanaşı, xarici yardım ABŞ vətəndaşlarını qeyri-ixtiyari asılılıqda saxlayır və buna görə də onlar hökümətə ciddi müxalifət yaratmağa qətiyyən qadir deyillər. Devid Rokfellerin xarici yardım haqqında qanun layihəsi 1946-cı ildə qanun qüvvəsini alanda o, nə etdiyini yaxşı bilirdi. Həmin vaxtdan bu qanun ölkənin ən çox nifrət edilən qanunları sırasına daxil olmuşdur,- xüsusilə də dövlət reketi ifşa ediləndən sonra,- çünki onun bahasını sadə xalq ödəməli olur!
Axı necə olur ki, sui-qəsdçilər bütün dünyanın, xüsusilə də ABŞ və Böyük Britaniyanın xirtdəyindən yapışmağa müyəssər olurlar? İnsanlar digərləri ilə müqayisədə daha tez-tez belə bir sual verirlər: "Ayrıca götürülən bir təşkilat istənilən hər bir anda dünyada baş verən hər şeydən necə xəbərdar ola bilər və ümumiyyətlə, o öz nəzarətini necə həyata keçirir?". Polkovnik Con Kelmanın “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında bu və başqa suallara cavab verməyə cəhd edir. Sui-qəsdçilərin müvəffəqiyyətinin qarşısını almağın yeganə real üsulu isə budur: gizlin cəmiyyətlər, eləcə də həmin cəmiyyətlər üçün pərdə rolunu oynayan təşkilatlar, hökümət agentləri, banklar, sığorta kompaniyaları, transmilli korporasiyalar, neft sənayesi, müxtəlif adlar arxasında gizlənmələrinə baxmayaraq Komitet 300-ə -dünyanı ən azı yüz illər ərzində idarə edən ALİ nəzarət orqanına- tabe olan yüz və minlərlə digər təşkilat, fondlar ətrafında açıq diskussiya təşkil olunmalı və onların adları açıqlanmalıdır!
"Beynəlxalq Münasibətlər üzrə Şura" və "Üçtərəfli Komissiya" haqqında onlarla kitab artıq yazılmışdır, buna görə də biz birbaşa "Roma Klubu" və "Almaniya Marşall Fondu" barəsində danışaq. Con Kelman bu təşkilatlar haqqında kitab nəşr etdirdiyi vaxta qədər ABŞ-da onlar haqqında tək-tük adam nə isə eşitmişdi. Kelmanın 1983-cü ildə dərc edilmiş ilk işi olan "Roma Klubu" demək olar ki, heç bir diqqət cəlb etmədi. Məsələdən bixəbər olan insanların əksəriyyəti zənn edirdi ki, "Roma Klubu"– bu, nə isə Katolik Kilsəsinə, "Almaniya Marşall Fondu" isə "Marşall Planına" aidiyyatı olan bir şeydir.
Komitet elə məhz buna görə belə adlar seçir ki, vəziyyəti dolaşığa salsın və diqqəti baş verənlərdən yayındırsın. ABŞ höküməti, əlbəttə, bütün bunlardan xəbərsiz ola bilməz, lakin o özü sui-qəsdin tərkib hissəsi olduğu üçün informasiyanı gizlətməkdən ötrü əlindən gələn hər şeyi etməyə çalışacaq- təki həqiqət işıq üzü görməsin. "Roma Klubu" adlandırılan kitabında yeni, unikal informasiya ilə zəngin mənbə görə bilən yazıçılar yalnız kitab nəşr olunandan bir neçə il sonra tapıldı, onlar bu mövzuda danışmağa və yazmağa başladılar. Onların yazdıqlarından hətta belə təəssürat yaranırdı ki, sanki onlar məsələnin mahiyyətindən çoxdan xəbərdar idilər və ondan əməlli-başlı baş çıxarırdılar.
Bu yazıçılar özləri üçün kəşf etdilər ki, "Roma Klubu" və onun "Almaniya Marşall Fondu" adlı maliyyəçiləri Şimali-Atlantika Müqaviləsi Təşkilatının (NATO) bayrağı altında fəaliyyət göstərən sui-qəsdçilərin yaxşı təşkil olunmuş filiallarıdır, "Roma Klubu"nun funksionerlərinin əksəriyyəti bura NATO-dan gəlib. NATO siyasətinin əsas müddəalarının hamısını "Roma Klubu" hazırlamışdır və məhz "Roma Klubu" Komitet 300-ün görkəmli üzvü lord Karrinqtonun fəaliyyəti sayəsində NATO-nu iki fraksiyaya– siyasi hakimiyyət qrupuna (sollar) və məxsusi olaraq hərbi struktura – parçalaya bilmişdi.
"Roma Klubu" Komitet 300-ün əsas xarici siyasət qurumlarından biri kimi qalmaqda davam edir. Belə qurumlardan bir başqası da "Bilderberq Klubu"dur (Bilderbergerlər). "Bilderberq Klubu" 1968-ci ildə, başlanğıcda Aurelio Peççei özü şəxsən "Morqentau Qrupu"nun özəyini təşkil edənlərlə telefon əlaqəsi saxlayandan sonra yaradılmışdı. Peççei Vahid Dünya Hökümətinin yaradılması planlarına yeni impuls vermək və bu prosesi sürətləndirmək üçün onlara birləşmək çağırışını etdi. Vahid Dünya Hökümətini indi Yeni Dünya Nizamı adlandırırlar, hərçənd mən birinci ada üstünlük verirəm. Çünki bu ad "Yeni Dünya Nizamı" ilə müqayisədə həmin fenomenin mahiyyəti barədə daha dolğun təsəvvür yaradır. Bir də, "Yeni Dünya Nizamı" yalnız qarışıqlıq yaradır, çünki tarixdə artıq bir neçə dəfə "yeni dünya nizamı" olmuşdur, Vahid Dünya Höküməti isə hələ olmayıb.
Birləşmiş Ştatlardan, Fransadan, İsveçrədən, Böyük Britaniya və Yaponiyadan olan "gələcəyin" ən odioz "memarları" Peççeinin çağırışına səs verdi. "Roma Klubu" 1968-ci ildən 1972-ci ilə qədərki dövr ərzində "yeni elmin" alimlərini, qlobalistləri, futuroloqları və müxtəlif çalarlı beynəlmiləlçiləri özündə birləşdirən təşkilata çevrildi. Təşkilatın üzvlərindən birinin dediyi kimi, "biz İosifin alabəzək geyiminə bənzəməyə başladıq". NATO-nun siyasi qanadının qəbul etdiyi doktrinanın əsasını Peççeinin "İnsan keyfiyyətləri" adlı kitabı təşkil etdi.
Aşağıda Peççeinin "İnsan keyfiyyətləri" kitabından bir parça veririk:
"Xristian dünyası özünün birinci minilliyinin sonuna çatandan sonrakı dövrdə ilk dəfədir ki, nə isə naməlum, onların ümumi taleyini tamamilə dəyişdirəcək bir hadisənin mütləq baş verəcəyi ilə bağlı həyəcanlı gözləmə vəziyyətindədir... İnsan, əsl müasir insan olmağın nə demək olduğunu bilmir... İnsan Bədniyyətli Şeytan haqqında nağıl uydurmuşdur, lakin əgər nə vaxtsa bədniyyətli şeytan mövcud olubsa da, BU– ELƏ İNSANIN ÖZÜDÜR... Biz burada insani paradoksla üzləşirik: insan özünün istisnasız qabiliyyətlərinin və nailiyyətlərinin tələsinə, sanki qum bataqlığına düşmüşdür– o, öz qüvvəsini nə qədər çox istifadə edirsə, ona bundan daha çox qüvvə tələb olunur".
"Bəşəriyyətin indiki dərin patoloji və xəstəhal vəziyyətini hər-hansı bir tsiklik böhran və ya hadisələrin təsadüf zənciri ilə izah etməyin axmaqlıq olduğunu biz yorulmaq bilmədən beyinlərə yeritməliyik. Bəşəriyyət yeni texnologiyaların "Pandora qutusunu" açandan etibarən əhali sayının nəzarətsiz artımından, yüksəliş maniyasından, energetik böhranlardan, resursların faktiki və ya potensial çatışmamazlığından, ətraf mühitin çirklənməsindən, nüvə ağılsızlığından və buna bənzər bir çox başqa bəlalardan əzab çəkir".
Bu, elə həmin "Roma Klubu"nun dəstəyi ilə çox-çox sonralar yaradılan "yaşıllar" hərəkatının proqramı ilə tamamilə üst-üstə düşür. Belə ki "yaşılların" təyinatı məhz sənaye inkişafını əngəlləmək və onu geri döndərməkdən ibarətdir.
Peççei üç onillik ərzində "Atlantik İnstitutunun İqtisadi Şurasına" rəhbərlik edib, eyni zamanda da Covanni Aqnelliyə məxsus olan "Fiat Motor Company" kompaniyasının icraçı direktoru olub. Covanni Aqnelli- "Qara Aristokratiya"dan olan qədim italiyan ailəsinin üzvü və Komitet 300-ün ən mühüm üzvlərindən biridir. O, Sovet İttifaqında layihələrin işlənməsində aparıcı rol oynayırdı.
V yazı: Mahiyyət etibarilə söhbət ondan gedirdi ki, "üçüncü dünya" ölkələri öz əhalisinin sayca hansı hissəsini məhv etmək lazım olduğunu öz aralarında qərara almalıdır
"Roma Klubu"– bu, özülü ilə ingilis-amerikan maliyyəçiləri və Avropa "Qara Aristokratiyasına" məxsus olan qədim ailələrin, xüsusilə də London, Venesiya və Genuyanın üzdəniraq "aristokratlarının" ittifaqını təcəssüm etdirən sui-qəsdçilər təşkilatının rəsmi pərdəsidir. Onların dünyanı müvəffəqiyyətlə idarə etməsinin sirri nəzarət edilən iqtisadi enmə və depressiyalar yarada bilməsindən ibarətdir. Qlobal sosial kataklizmləri və iqtisadi depressiyaları Komitet 300 gələcək üçün planlaşdırdığı daha ciddi hadisələr üçün hazırlıq vasitəsi və gələcəkdə paylayacağı "işsizlər üçün müavinətlərin" sözəbaxan alıcıları olacaq böyük insan kütlələrini yaratmağın əsas metodu qismində nəzərdən keçirir.
Komitetin bütün bəşəriyyət üçün nəzərdə tutduğu mühüm qərarların əksəriyyəti, görünür, Polşa aristokratı Feliks E.Dzerjinskinin fəlsəfəsi əsasında işlənib-hazırlanır. Feliks Dzerjinski hesab edirdi ki, insan öz inkişafında heyvandan bir qədər yüksəkdə durur. Britaniyalı kəşfiyyatçı Sidney Reylinin (Sidney Reyli bolşevik inqilabının inkişaf etdiyi dövrdə faktiki olaraq Dzerjinskinin fəaliyyətinə nəzarət edirdi) yaxın dostu olan Dzerjinski içki məçlislərində onunla tez-tez açıq söhbət edirdi. Dzerjinski– bu adam qırmızı terror aparatına rəhbərlik edən həmin o vəhşidir. Növbəti əyyaşlıq məclislərindən birində o, Reyliyə bunları deyib: "İnsan heç bir əhəmiyyət kəsb etmir. Baxın, siz onu acından öldürəndə, görün nə baş verir. O, sağ qalmaq üçün özünün ölmüş həmcinslərini yeyir. İnsan yalnız özünün sağ qalmasında maraqlıdır. Real olan yalnız budur. Spinozanın bütün fəlsəfəsi– bir qucaq zibildir".
"Roma Klubu" özünün fərdi kəşfiyyat agentliklərinə malikdir və bundan da başqa, Devid Rokfellerin nəzarət etdiyi İNTERPOLDAN da informasiya "borc alır". ABŞ-ın kəşfiyyat xidmətlərinin hamısı, eləcə də KQB (Dövlət Təhlükəsizlik Komitəsi) və Mossad (İsrailin kəşfiyyat xidməti) onunla çox sıx əməkdaşlıq edir. Onun təsiri altına düşməyən yeganə kəşfiyyat xidməti ADR-in (Almaniya Demokratik Respublikası) "Ştazi" (STASSY) kəşfiyyat idarəsi idi. "Roma Klubu" həm də yaxşı təşkil olunmuş siyasi və iqtisadi özəl agentliklərə malikdir. Komitet 300-ün daha bir mühüm üzvü Pol Volkeri öz postunda saxlamağı prezident Reyqana məhz onlar əmr etmişdi. Prezident Reyqan Pol Volkeri ABŞ-ın Federal Ehtiyat Sisteminin sədri vəzifəsində saxladı, halbuki namizəd Reyqan söz vermişdi ki, o, Reyqan prezident seçilən kimi Volkeri dərhal vəzifəsindən çıxaracaq.
"Roma Klubu" Karib hövzəsi böhranında öz həlledici rolunu oynadıqdan sonra "Böhranların İdarə Olunması" proqramını ("Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin", FEMA-nın xələfi) prezident Kennediyə sırımağa cəhd etdi. "Tavistok İnsan Münasibətləri İnstitutu"ndan bir neçə alim proqramın məhiyyətini prezidentə izah etmək üçün onunla görüşdü, lakin prezident onların məsləhətlərinin hamısını rədd etdi. Tavistokun nümayəndələri Kennedinin öldürüldüyü il Vaşinqtonda yenidən NASA ilə danışıqlara başladı. Bu dəfə danışıqlar uğurlu oldu. NASA özünün gələcək kosmik proqramının Amerikanın ictimai rəyinə təsirinin qiymətləndirilməsi ilə əlaqədar "Tavistok İnsan Münasibətləri İnstitutu" ilə müqavilə bağladı.
Kontraktın icrası "Stenford Tədqiqat İnstitutu" və "Rend Korporasiya"sına tapşırıldı. Tavistokun, Stenford İnstitutunun və Rendin hazırladığı bu layihənin materiallarının əksəriyyəti işıq üzü görmədi və onlar bu günə qədər də bağlı qalmaqdadır.
1966-cı ildə doktor Anatol Rappaport prezident administrasiyasının marağında olan bir kitab yazdı. Rappaportun bildirdiyi kimi, bu sənədin məqsədi öz faydalılığını çoxdan itirən NASA-nın kosmik proqramına son qoymaqdan ibarət idi. Təfərrüatlara varmasaq, kitabın məğzi bundan ibarət idi- NASA-nın bütün kosmik proqramı zibilliyə atılmalıdır. Belə ki NASA-da həddən artıq çox belə alim toplaşmışdır ki, onlar Amerikaya pis təsir göstərir, çünki onlar raketlərin hərəkət prinsipindən tutmuş, konstruksiyalarının detallarına qədər raketlərin necə işlədiyi haqda məktəb və universitetlərdə məmnuniyyətlə mühazirə oxuyur. Rappaportun izah etdiyi kimi, bütün bunlar gələcəkdə kosmosun tədqiqatı üzrə mütəxəssis olmağı qərara alan bütöv bir yaşlı nəslin meydana çıxmasına gətirəcək və günlərin birində onlar "artıq" insana çevriləcək, çünki 2000-ci il üçün onların bilikləri heç kəsə lazım olmayacaq.
"Roma Klubu" Rappaportun NASA haqqında bu yığcam məruzəsini NATO-ya təqdim edəndən dərhal sonra Komitet-300 hərəkətə keçməyi tələb etdi. NASA-ya qarşı kampaniya keçirmək tapşırığını alan NATO funksioneri- eyni zamanda da "Roma Klubu"nun üzvü- olan adamlar bunlardır: Harland Klivlend, Cozef Sleyter, Kleyborn K.Pell, Uolter C.Levi, Corc MakCi, Uilyam Uots, Robert Ştraus-Hupe (ABŞ-ın NATO-da səfiri) və Donald Leş. 1967-ci ilin mayında "Şimali-Atlantika Assambleyasının Elmi-Texniki Komitəsi" və "Xarici Siyasət Tədqiqat İnstitutu" birlikdə "Transatlantik disbalans və əməkdaşlıq üzrə Konfrans" adlı görüş təşkil etdi. Görüş Fransanın Devill şəhərində Kraliça Yelizavetaya məxsus olan sarayda keçirilmişdi.
Devill konfransının əsas məqsədi ABŞ-da texnoloji və sənaye inkişafına son qoymaq idi. Konfransın materialları iki kitabın əsasını təşkil etdi. Biz onlardan biri, Z.Bjezinskinin "Texnotron era" adlı kitabı haqqında yuxarıda qeyd etmişdik. "Uçurum qarşısında" adlanan ikinci kitabı konfransın sədri Aurelio Peççei yazmışdı. Peççei Bjezinski ilə əsas etibarilə razıdır, lakin əlavə edib ki, ƏGƏR BƏŞƏRİYYƏT VAHİD DÜNYA HÖKÜMƏTİ TƏRƏFİNDƏN İDARƏ OLUNMASA, onda o gələcəkdə xaosa qərq olacaq. Peççei bu planda tələb edirdi ki, Sovet İttifaqına NATO ilə konvergensiya (birləşmə, yaxınlaşma) təklif olunmalıdır və bu konvergensiya Yeni Dünya Nizamında ABŞ-la bərabər partnyorluqla nəticələnəcək. Hər iki millət "böhranların idarə olunması və qlobal planlaşdırmanın" gələcəyi üçün məsuliyyət daşımalı olacaq. "Roma Klubu" ilk "Qlobal Planlaşdırma üzrə Kontraktı" Komitet 300-ün əsas tədqiqat institutlarından biri olan "Massaçusets Texnoloji İnstitutu"na tapşırdı. Cey Forrester və Deniz Midouz layihənin başçıları təyin olundu.
Onların məruzəsinin məğzi nədən ibarət idi? Məruzələr mahiyyət etibarilə, Maltusun və Fon Hayekin moizələrindən fərqlənmirdi, başqa sözlə, yenə də təbii sərvətlərin hamıya bəs etməyəcəyi barədə köhnə məsələ qaldırılırdı. Forrester-Midouz məruzəsi açıq-aşkar başaldatma idi. Məruzədə bu məsələnin üzərindən məqsədyönlü surətdə sükutla keçilirdi ki, öz gücünü dəfələrlə sübut edən insan dühası istənilən vəziyyətdə resursların çatışmamazlığı probleminin həllini tapacaq. TƏBİİ RESURSLARIN YARADILMASI ÜÇÜN SOYUQ TERMONÜVƏ SİNTEZİ ENERJİSİNDƏN –Komitet 300-ün ölümcül düşməni- İSTİFADƏ OLUNA BİLƏR. Məsələn, soyuq termonüvə sintezi enrjisinin köməyi ilə bir kvadrat kilometr boş süxurdan istehsal oluna biləcək alüminium bizim ehtiyaclarımızın 4 il ərzində ödənməsinə kifayət edərdi.
Peççei milli dövlətlərə qarşı öz moizələrinə heç vaxt ara verməyib. O, daim bildirirdi ki, milli dövlətlər bəşəryyətin inkişafı üçün əngəldir və o, daim "kollektiv məsuliyyətə" çağırırdı. Millətçilik insanda xərçəng şişi kimidir– Peççeinin bir neçə mühüm nitqinin mövzusu budur. Onun yaxın dostu Ervin Laslo 1977-ci ildə bu ruhda "Bəşəriyyətin məqsədləri" adlı məruzə yazdı. Bu iş "Roma Klubu"nun tədqiqatlarında mühüm mərhələ oldu. Mahiyyət etibarilə proqram sənədi olan məruzə bütövlükdə sənaye yüksəlişi və urbanizasiyaya qarşı acı kinayəli çıxışlardan ibarətdir. Kissincer bütün bu illər ərzində "Beynəlxalq İşlər üzrə Kral İnstitutu"nun səlahiyyətli nümayəndəsi qismində Moskva ilə sıx əlaqə saxlayırdı. Kissincerin Kremldəki dostları "qlobal modelləşdirmə" haqqında məruzələrlə mütəmadi təmin edilirdi.
"Roma Klubu"nun üzvü Harland Klivlendin "üçüncü dünya" ölkələri ilə bağlı hazırladığı məruzə özü ilə sinizmin son həddini təcəssüm etdirirdi. Klivlend o vaxt Birləşmiş Ştatların NATO-da səfiri idi. Mahiyyət etibarilə məruzədə söhbət bundan gedirdi ki, "üçüncü dünya" ölkələri öz əhalisinin sayca hansı hissəsini məhv etmək lazım olduğunu öz aralarında qərara almalıdır. Bundan bir müddət sonra Peççei yazırdı (Klivlendin məruzəsi əsasında): "Üç nəhəng ölkənin və blokun bütün dünya üzrə apardığı qarşıdurma siyasəti nəticəsində pozulan mövcud iqtisadi nizam gözümüz önündə bütün tikişləri üzrə sökülməkdədir... Xilas edilməli olanların seçilməsinə əl atmaq zərurəti– bu, çox kədərli perspektivdir. Lakin əgər təəssüfümüzə rəğmən hadisələr məhz bu istiqamətdə inkişaf edərsə, belə qərarların qəbul olunması hüququ yalnız bir neçə ölkəyə məxsus olmamalıdır, çünki bu hüquq onlara bütün dünyada aclıqdan əzab çəkənlərin həyatı üzərində qəddar hakimiyyət vermiş olardı".
Komitetin Afrika millətlərinin məqsədyönlü surətdə aclıqla tələf edilməsi siyasəti bundan irəli gəlir və bu siyasətin nəticələri Saxara səhrasından Cənubda yerləşən ölkələrin nümunəsində aydın görünür. Bu, sadəcə olaraq iyrənc sinizm idi, çünki Komitet 300 həyat və ölümə təkbaşına qərar vermək hüququnu artıq öz üzərinə götürüb- Peççei bunu hamıdan yaxşı bilirdi. O, əvvəllər yazdığı "Artımın hədləri" kitabında buna işarə etmişdi. Peççei sənaye və kənd təsərrüfatının tərəqqisini tamamilə inkar edir, bunun əvəzinə bütün dünyanın "Vahid Koordinasiya Şurasına" tabe olmasını tələb edirdi. O, bunu deyərkən, təbii ki, Vahid Dünya Hökümətini təşkil edən "Roma Klubu" və NATO-nun təsisatlarını nəzərdə tuturdu.
Təbii resurslar qlobal planlaşdırma çərçivəsində bölünməlidir. Milli dövlətlər ya "Roma Klubu"nun başçılığını qəbul etməli, ya da meşə qanunları ilə yaşamalı və sağ qalmaq uğrunda mübarizə aparmalıdırlar. İlk "sınaq hadisəsi" ilə bağlı Midouz və Forresterin planları belə idi: 1973-cü il Ərəb-İsrail müharibəsi bütün dünyaya birmənalı surətdə bəlli etməli idi ki, gələcəkdə neft və bu kimi digər təbii resurslar qlobal planlaşdırıcıların- əlbəttə, Komitet 300-ü nəzərdə tutaraq- nəzarəti altına keçməlidir!
"Roma Klubu"nun ehtimal olunan proqramı, geniş planda götürülərsə, özündə Birləşmiş Ştatlarda kontrmədəni hərəkat və adətlərin, məsələn, narkotok və rok, seks və gedonizm, iblisə sitayiş və cadugərlik, "yaşılların hərəkatı" kimi yayılması ilə yanaşı, "postindustrial" ideyaların işlənib-hazırlanmasını ehtiva edir. "Tavistok İnsan Münasibətləri İnstitutu", "Stenford Tədqiqat İnstitutu", "Sosial Münasibətlər İnstitutu", eləcə də tətbiqi sosial psixiatriya sahəsində digər tədqiqat təşkilatlarının ya "Roma Klubu"nda öz nümayəndələri var idi, ya da onlar "Roma Klubu"nun məsləhətçisi qismində çıxış edir və "Dolça Erasının Sui-qəsdi" ideologiyasının rəhbər tutulmasını qəbul etdirmək üçün NATO-nun göstərdiyi səylərdə aparıcı rol oynayırdılar.
VI yazı: Neft və bu kimi digər təbii resurslar yəhudilərin nəzarəti altına keçəcək, sənayenin dağıdılması nəticəsində meydana çıxacaq işsizlər narkomanlara, ya da statistik rəqəmlərə çevriləcək
Hesab edilir ki, “Yeni Dünya Nizamı” ifadəsi dilimizə Fars körfəzində 1991-ci il müharibəsindən sonra düşmüşdür, halbuki Vahid Dünya Höküməti artıq yüz illərdir mövcuddur. Yeni Dünya Nizamı təzə deyil- o bu və ya digər görkəmdə çoxdan mövcud olub və inkişaf edib. Lakin buna baxmayaraq o GƏLƏCƏK İNKİŞAF proqramı kimi qəbul olunur ki, bu da həqiqətə uyğun deyil. YENİ DÜNYA NİZAMI– BU, KEÇMİŞDƏ VƏ İNDİ BAŞ VERƏNLƏRDİR. Qeyd olunduğu kimi, “Vahid Dünya Höküməti” adını daha düzgün hesab etmək lazımdır. Aurelio Peççei öz yaxın dostu Aleksandr Heyqlə söhbət əsnasında etiraf etmişdi ki, özünü “reinkornasiya olunmuş Adam Veysqaupt kimi” hiss edir. Lakin Veysqauptun müasir illüminatları təşkil etmək, onları idarə etmək kimi parlaq qabiliyyəti Peççeidə özünü daha çox büruzə verirdi və bu, Peççeinin NATO-nu necə idarə etməsində, onun qlobal miqyasda siyasətini necə formalaşdırmasında təzahür edirdi.
“Tavistok İnsan Münasibətləri İnstitutu” Peççei ilə konsultasiyalar çağırışını etdi. Konsultasiyalara Mk.Corc Bandi, Houmer Perlmutter və d-r Aleksandr Kinq cəlb olunmuşdu. Peççei Londondan Ağ Evə yollandı, burada o, prezident və onun kabineti ilə görüşdü. Sonra Dövlət Departamentinə vizit baş tutdu və o, dövlət katibi, Dövlət Departamenti və Siyasi Planlaşdırma üzrə Dövlət Şurasının kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşdü. Beləliklə, Birləşmiş Ştatlar höküməti Komitet 300-ün bu ölkə ilə bağlı planlarından lap əvvəldən tam şəkildə xəbərdar idi. Bax elə bu da amerikalıların tez-tez verdikləri “nə üçün hökümətimiz “Roma Klubu”na ölkəmizdə xəyanətkar fəaliyyət həyata keçirməyə imkan verir?” sualına cavabıdır.
Volkerin iqtisadi və monetar siyasəti Böyük Britaniyanın maliyyə naziri, Komitet 300-ün üzvü Ser Cefri Hounun siyasətini təkrar etdirdi. Bu, Böyük Britaniyanın 1812-ci il müharibəsi dövründən etibarən Birləşmiş Ştatları necə idarə etdiyinə və Komitet 300-ün siyasəti vasitəsilə ölkəyə nəzarəti indi necə davam etdirdiyinə nümunə kimi göstərilə bilər.
İllüminatların- "Küləyi ram edən Moria", "Dionis kultu"nun, "İzida kultu"nun, katarların, "İlahiyə xoş gələnlər"in varisləri olan bu gizlin elit qrupun məqsədləri axı nədən ibarətdir? Özlərini həm də "Olimpiyaçılar" adlandıran bu elit qrupun üzvləri qəti əmindirlər ki (onlar həqiqətən də inanırlar ki, öz mövqeləri və qüdrətləri ilə əfsanəvi Olimp allahlarına bərabərdirlər- Olimp allahları özlərini, Lüsifer kimi, bizim əsl Allahımızdan yüksək tuturdu), İlahi hüququ ilə onlara aşağıdakıları etmək həvalə olunmuşdur:
1.Vahid Dünya Hökümətinin- Yeni Dünya Nizamının üsul-idarəsini və onun idarəçiliyi altında birləşmiş Kilsə və pul sistemini qurmaq. Vahid Dünya Hökümətinin öz “kilsəsini” hələ 1920-1930-cu illərdə yaratmağa başladığını çox az adam bilir. Vahid Dünya Höküməti bəşəriyyətin dini inama olan təbii ehtiyacının ödənməsi üçün nəfəslik verməyin vacibliyini anlayır və buna görə də bu inamı özünə sərf edən məcraya yönəltmək üçün “kilsə” təşkilatını təsis etmişdir.
2.Milli özünüdərkin və milli ləyaqətin tam şəkildə dağıdılması.
3.Yalnız özünün yaratdığı din- yuxarıda xatırlatdığımız- istisna olmaqla, dinin, xüsusilə də Xristianlığın dağıdılması.
4.Şüurun idarə edilməsi vasitələrindən, eləcə də Bjezinskinin “texnotronika” adlandırdığının vasitəsilə– bu insanabənzər robotlar və elə bir terror sistemi yaradacaq ki, Feliks Dzerjinskinin qırmızı terroru onunla müqayisədə uşaq oyunu təsiri bağışlayacaq- istisnasız olaraq hər bir insan üzərində nəzarət.
5.“Sıfır səviyyəsində artımı olan postindustrial cəmiyyət” adlandırılan dövrdə sənayenin hər cür inkişafının və nüvə stansiyalarında elektrik enerjisi istehsalının tamamilə dayandırılması. Kompüter sənayesi və xidmət industriyası istisna təşkil edəcək. Birləşmiş Ştatlarda saxlanan sənaye qul əməyi zəngin olan Meksika kimi ölkələrə keçiriləcək. Sənayenin dağıdılması nəticəsində meydana çıxacaq işsizlər ya heroin və yaxud kokain istifadə edən narkomana, ya da bu gün “Qlobal-2000” (Global 2000) adı altında məlum olan məhvetmə statistikasında rəqəmlərə çevriləcək.
6.Narkotiklərin və pornoqrafiyanın leqallaşdırılması.
7.Böyük şəhərlərin əhalisinin Kambocada Pol-Pot rejiminin sınaqdan keçirdiyi ssenari üzrə ixtisarı. Qeyd etmək maraqlı olardı ki, Pol-Pot üçün genosid planı burada, Birləşmiş Ştatlarda, “Roma Klubu”nun tədqiqat mərkəzlərindən birində yaradılmışdı. Bu da maraqlıdır ki, Komitet hazırda polpotçu qatilləri Kambocada yenə də hakimiyyətə gətirmək niyyətindədir.
8.Komitetin faydalı hesab etdiyi elmi-tədqiqat işlərindən başqa qalan bütün elmi fəaliyyətin dayandırılması. Əsas səylər nüvə enerjisinin dinc məqsədlər üçün istifadə olunmasına qarşı yönəldilməlidir. Soyuq termonüvə sintezi üzrə eksperimentlər xüsusi nifrət doğurur, onlar hazırda Komitet və ona tabe olan mətbut tərəfindən hər vasitə ilə diskreditasiya edilir, lağa qoyulur. SOYUQ TERMONÜVƏ SİNTEZİ ƏSASINDA REAKTORLARIN YARADILMASI KOMİTETİN “TƏBİİ RESURSLARIN MƏHDUD OLMASI” KONSEPSİYASINI ALT-ÜST EDƏRDİ. Düzgün istifadə olunarsa, bu cür energetik avadanlıqların köməyi ilə ən adı dağ süxurlarından istənilən maddəni və materialı yaratmaq mümkündür. Soyuq termonüvə sintezi reaktorlarının imkanları həqiqətən də sonsuzdur və onlar bəşəriyyətə elə sərvətlər bəxş edə bilər ki, insanlar bunlar haqqında indi heç uzaqdan-uzağa da təsəvvürə malik deyil.
9.Onların “faydasız yeyənlər” adlandırdıqları 3 milyard adamın 2020-ci il üçün inkişaf etmiş ölkələrdə məhdud müharibələr, “üçüncü dünya” ölkələrində isə aclıq və xəstəliklər yolu ilə məhv edilməsi. Komitet-300 Sayrus Vensə bu genosidi həyata keçirməyin ən yaxşı üsulu haqda məruzə yazmağı tapşırmışdır. “Qlobal 2000 Məruzəsi” (Global 2000 Report) adı altında çıxan bu iş bəyənilmiş və prezident Karterin şəxsində ABŞ höküməti, eləcə də o vaxtkı dövlət katibi Edvin Maskinin şəxsində ABŞ Dövlət Departamenti tərəfindən rəhbər vəsait qismində qəbul olunmuşdur. “Qlobal 2000” məruzəsinə əsasən, təkcə ABŞ-ın əhalisi 2050-ci il üçün 100 milyon nəfərə qədər ixtisar olunmalıdır.
10.Kütləvi işsizlik yaratmaqla millətin mənəvi ruhunu və fəhlə sinfinin mübarizə əzmini qırmaq. “Roma Klubu”nun həyata keçirdiyi “sıfır səviyyəsində artım” siyasəti nəticəsində iş yerləri ixtisar olunduqca mübarizə əzmi qırılan və ruhdan düşən fəhlələr içkiyə və narkotiklərə qurşanacaq. Ölkənin gəncləri rok-musiqi və narkotiklər vasitəsilə mövcud qayda-qanunlara, adət-ənənələrə qarşı qiyama sövq ediləcək, bunun nəticəsində ailənin əsasları sarsıdılacaq və əvvəl-axır dağıdılacaq. Komitet 300 bu məqsədlərə nail olmaq üzrə planın layihəsini hazırlamağı “Tavistok İnsan Münasibətləri İnstitutu”na tapşırıb. Tavistok öz növbəsində bu işi “Stenford Tədqiqat Universiteti”nə tapşırmışdı. Sonradan “Dolça Erasının Sui-qəsdi” adı ilə tanınan həmin plan “Stenford Tədqiqat Universiteti”ndə professor Uillis Harmonun rəhbərliyi altında hazırlanmışdır.
11.Xalqların öz müqəddaratını özlərinin həll etməsinə yol verməmək və bu məqsədlə süni surətdə müxtəlif böhran vəziyyətləri yaratmaq və sonra da həmin böhranları “idarə etmək”. Bu yolla əhali elə bir dərəcədə zəiflədiləcək və onun mübarizə ruhu elə səviyyəyə salınacaq ki, həddən artıq geniş seçim imkanları olan şəraitdə böyük insan kütlələri sadəcə olaraq apatiya halına qərq olacaq. ABŞ-da böhranların idarə olunması üzrə xüsusi agentlik artıq yaradılmışdır. Bu qurum “Fövqəladə Vəziyyətlərin İdarə Olunması üzrə Federal Agentlik” (FEMA) adlanır və onun haqqında geniş ictimaiyyətə də elə ilk dəfə Con Kelman 1980-ci ildə xəbər verib.
12.Yeni kultların yaradılması və artıq fəaliyyət göstərənlərin dəstəklənməsi– bunlara Mik Caqqer kimi çirkin degeneratın “Rollinq Stounz” qrupu (Avropanın “Qara Aristokratiyası” arasında xüsusilə pərəstiş edilən qrupdur) kimi rok-musiqi qanqsterləri, eləcə də “Bitlz”dan tutmuş, Tavistokun yaratdığı rok-qrupların hamısı daxildir. “Britaniya Ost-Hind Kompaniyası”na nökərçilik edən Darbi tərəfindən əsası qoyulan “Xristian fundamentalizmi” kultunun bərqərar olunmasının davam etdirilməsi. Gerçəklikdə bu kult sionist İsrail dövlətinin gücləndirilməsinə yönəldilmiş olacaq. Bu məqsədə “Allahın seçdiyi xalq” əsatiri vasitəsilə kultun tərəfdarlarının yəhudilərlə eyniləşdirilməsi, eləcə də onların yanlış olaraq xristianlığın gücləndirilməsinə xidmət edən xoşniyyətli dini fəaliyyət kimi qəbul etdikləri işlərə əhəmiyyətli həcmdə pul vəsaitlərinin keçirilməsi yolu ilə nail olunacaq.
13.(Bu müddəa qadağan olunduğu üçün qəzet səhifəsinə çıxara bilmərik).
14.“Müsəlman Qardaşları” kimi dini kultların, müxtəlif təriqətli müsəlman fundamentalizminin, sikxizmin yayılmasına yardım etmək, eləcə də Cim Consonun “Semin oğlanları” işində olduğu kimi, qətllər üzrə eksperimentlər keçirmək. Qeyd etmək lazımdır ki, mərhum ayətullah Xomeyni Böyük Britaniya kəşfiyyat xidməti hərbi kəşfiyyatının Mİ-6 adı ilə tanınan altıncı bölməsinin kreaturası idi və bu haqda Con Kelmanın 1985-ci ildə “Əslində İranda nə baş vermişdir” adlı işində məlumat verilir.
15.Mövcud dinlərin, xüsusilə də xristian dininin dayaqlarının sarsıdılması məqsədilə bütün dünyada “dindən azad olma” ideyalarının bərqərar olunması. Bu ideya öz mənbəyini Nikaraquada Samosa rejiminin devrilməsinə gətirən, bu gün isə artıq 25 ildir “vətəndaş müharibəsi” vəziyyətində olan Salvadoru, Kosta-Rikanı və Hondurası dağıdan “iezuit teologiyasında azad olmadan” götürür. Üzdəniraq azadolunma teologiyasını yayan ən fəal təşkilatlardan biri kommunistyönlü “Mariya Knollun Missiyası”dır. Mariya Knollun dörd, necə deyərlər, rahibəsinin bir neçə il əvvəl Salvadorda qətlə yetirilməsinə kütləvi informasiya vasitələrinin ciddi diqqəti də məhz bununla izah olunur.
Həmin dörd rahibə kommunistlərin təxribatçı agentləri idi və onların fəaliyyəti Salvador hökümətinin sənədlərində təfərrüatı ilə əks olunmuşdu. Amerikanın informasiya agentlikləri və mətbuatı Salvador hökümətinin əlində olan və “Mariya Knollun Missiyası”nın rahibələrinin ölkədə əslində nə işlə məşğul olduqlarını sübuta yetirən çoxsaylı sənədləri dərc etdirmək və ya şərh etməkdən qətiyyətlə imtina etdi. Mariya Knoll bir çox ölkələrdə fəaliyyət göstərir, o, Rodeziyada, Mozambikdə, Anqolada və Cənubi Afrikada kommunizmin yayılmasında aparıcı rol oynayıb.
16.Dünya iqtisadiyyatında ümumi böhranın yaradılması və ümumi siyasi xaosun təhrik olunması.
17.ABŞ-ın daxili və xarici siyasətinin bütünlüklə nəzarət altına alınması.
18.Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Valyuta Fondu (BVF), “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB), Dünya Məhkəməsi kimi dövlətüstü təşkilatlara mümkün qədər güclü dəstək verilməsi, eləcə də yerli hakimiyyət orqanlarını nüfuzdan salmaq, onların rolunu tədricən heçə endirmək və ya onları BMT-nin bayrağı altına keçirmək.
19.Bütün hökümətlərə xəyanətkar agentlərin yeridilməsi və ölkələrin suveren bütövlüyünün dağıdılmasına istiqamətlənən fəaliyyətin bu hökümətlərin daxilindən həyata keçirilməsi.
20.Ümumdünya terror aparatının təşkil olunması və terrorçuluq fəaliyyətinin olduğu hər yerdə terrorçularla danışıqların aparılması. Xatırlamaq lazımdır ki, İtaliya və ABŞ hökümətini baş nazir Moronu və general Dosieri oğurlayan “Qırmızı briqadalarla” danışıqlara başlamağın vacibliyinə məhz Benito Kraksi inandırmışdı. Yeri gəlmişkən, general Dosier başına gələnləri yaymamaq barədə əmr almışdır. Əgər o, sükutu pozarsa, şübhəsiz ki, ondan “başqalarına görk olmaq üçün dəhşətli nümunə” edəcəklər– Kissincerin Aldo Moro, Əli Bhutto və general Ziya Ül Həqqlə etdiyinə bənzəyən daha bir “dəhşətli nümunə”!
21.Təhsilin tamamilə və birdəfəlik dağıdılması məqsədi ilə təhsil üzərində nəzarətin qurulması.
VII yazı: Cəmiyyətimiz əyləncə və kütləvi tamaşalara (idman yarışları tipli sonsuz teleşoular) əsaslanan informasiya inqilabını yaşayır ki, bunlar öz-özlüyündə getdikcə daha da “faydasız” olan kütlələr üçün növbəti bir narkotika növüdür
İlk dəfə 1969-cu ildə açıqlanan bu məqsədlərin bir çoxuna ya artıq nail olunub, ya da tezliklə nail olunacaq. Komitet 300-ün proqramında xüsusi maraq doğuran məsələ onun iqtisadi siyasətinin mahiyyətidir. Bu siyasət bütövlükdə Maltusun nəzəriyyəsinə əsaslanıb. Maltus- ingilis kənd rahibinin oğlu, Komitet 300-ün yaradılması üçün model rolunu oynayan “Britaniya Ost-Hind Kompaniyası” sayəsində irəli çıxan və məşhurlaşan bir adamdır.
Maltus bildirirdi ki, bəşəriyyətin inkişafı müəyyən sayda insanın həyatını təmin etməklə bağlı Yerin təbii imkanları ilə müəyyən olunur, özü də həmin say adlanandan sonra Yerin məhdud resursları sürətlə tükənməyə başlayacaq. Əgər bu resurslar istifadə olunarsa, onları əvəz və ya bərpa etmək mümkün olmayacaq. Bundan çıxış edərək Maltus qeyd edir ki, əhali artımını təbii resursların azalması ilə mütənasib olacaq həddə qədər məhdudlaşdırmaq lazımdır. Deməyə ehtiyac yoxdur ki, elita öz varlığını “faydasız yeyənlərin” sayının gur artımı nəticəsində yarana biləcək təhlükəyə məruz qoymayacaq, deməli seçim praktikasına əl atılmalıdır. Əvvəl də göstərdiyim kimi, “seçim” prosesi artıq başlanmışdır və bu proses “Qlobal 2000 Məruzəsi”ndə qələmə alınan metodlar üzrə həyata keçirilir.
Komitet 300-ün iqtisadi planlarının bütün istiqamətləri Maltus və Frederik fon Hayekin kəsişməsinə aparır. Frederik fon Hayek- “Roma Klubu”nun sponsorluq etdiyi növbəti bədbin iqtisadçıdır. Avstriyada doğulan fon Hayek uzun müddət Devid Rokfellerin himayəsi altında olmuş və indi onun nəzəriyyələri ABŞ-da kifayət qədər geniş yayılmışdır. Fon Hayekin nəzəriyyəsinə görə ABŞ iqtisadiyyatının əsasını bunlar təşkil etməlidir: a) şəhər qara bazarları; b) tərtökən əmək sistemini istifadə edən Honkonq tipli kiçik sənaye müəssisələri; v) turist ticarəti; q) möhtəkirlərə tam hərəkət azadlığı verilən və narkotika ticarətinin çiçəklənə bildiyi azad sahibkarlıq zonaları; d) sənaye istehsalının dayandırılması; e) Atom Elektrik Stansiyalarının hamısının bağlanması.
Fon Hayekin ideyaları “Roma Klubu”nun ideyalarına tamamilə uyğun gəlir və görünür, onun Amerikanın sağçı dairələri tərəfindən güclü surətdə dəstəklənməsinin səbəbi də məhz budur. Fon Hayekin mantiyasını indi əyninə yeni, daha gənc iqtisadçı- Ceffri Saks ölçür. Belə ki Fon Hayekin Polşada başladığı işi başa çatdırmaq üçün bura məhz Ceffri Saksı göndərmişdilər. Burada xatırlamaq lazımdır ki, Polşada siyasi sabitliyin pozulmasına gətirən iqtisadi böhranı “Roma Klubu” təşkil etmişdi. Eynilə bu cür, belə deyək, iqtisadi planlaşdırma Rusiyaya da sırınacaq, lakin həmin iqtisadi plan bu ölkədə güclü müxalifətlə qarşılaşacağı təqdirdə qısa zamanda qiymətlərin dotasiya olunduğu köhnə sistem bərpa olunacaq.
Katolik kilsəsinin dağıdılması və sovet işğalçı ordularının qarşısında yolların təmizlənməsi üçün polyak millətçiliyini alət qismində istifadə etməyi “Roma Klubu”na Komitet 300 əmr etmişdir. “Solidarnost” hərəkatı (Həmrəylik) Komitet 300-ün üzvü Zbiqnev Bjezinski tərəfindən yaradılmış, bu “həmkarlar” üçün adı da o, şəxsən özü seçmiş, eləcə də onun funksionerlərini və təşkilatçılarını təyin etmişdi. “Solidarnost” əsla “həmkarlar” hərəkatı deyildir, hərçənd Qdansk gəmi tərsanələrinin fəhlələri bu hərəkata belə bir görüntü verilməsi üçün istifadə edilmişdi. Bu, daha çox Vahid Dünya Hökümətinin gəlişinə hazırlıq üzrə müəyyən tədbirlərin həyata keçirilməsi üçün yaradılan yüksək səviyyəli SİYASİ təşkilat idi.
“Solidarnost” hərəkatının liderlərinin əksəriyyəti Odessadan olan yəhudi-bolşeviklərin sonrakı nəsilləri idi və onlar özlərini əsla kommunizm əleyhdarı kimi göstərmirdilər. Bu fakt Amerika kütləvi informasiya vasitələrinin hərəkata daim belə çox diqqət ayırdıqlarının səbəbini anlamağa imkan verir. Professor Saks bütün prosesi bir addım irəlilədərək, indicə SSRİ-nin diqtəsindən azad olan Polşaya yeni iqtisadi istila təmin etdi. Bundan sonra Polşa Birləşmiş Ştatların iqtisadi qulu olacaq; başqa sözlə, BİRCƏ XOZEYİN DƏYİŞDİ!
Bjezinski öz ölkəsinin gələcəyinin qayğısına qalan hər bir amerikalının mütləq oxumalı olduğu bir kitabın müəllifidir. Bu kitab “Texnotron era” adlanır və “Roma Klubu”nun sifarişi ilə yazılmışdır. Kitab özü ilə Birləşmiş Ştatların idarə olunması üçün istifadə olunacaq üsul və metodlar barədə açıq söhbəti təcəssüm etdirir. Kitabda həm də klonlardan və “robotoidlərdən”, yəni insan kimi davranan və zahirən insana bənzəyən, lakin insan olmayan varlıqlardan bəhs olunur. Bjezinski Komitet 300-ün adından bəyan edir ki, Birləşmiş Ştatlar “əvvəlki heç bir eraya bənzəməyən bir mərhələyə qədəm qoyur; biz asanlıqla diktaturaya keçə bilən texnotron eraya doğru hərəkət edirik”.
Bjezinski sonra deyir ki, cəmiyyətimiz “əyləncə və kütləvi tamaşalara (idman yarışları haqqında sonsuz televerilişlər) əsaslanan informasiya inqilabını yaşayır ki, bunlar öz-özlüyündə getdikcə daha da faydasız olan kütlələr üçün növbəti bir narkotika növüdür”. Bjezinski məgər növbəti görüçü və ya peyğəmbər idi? O, gələcəyi öncədən görə bilirdi? Əlbəttə, yox; sadəcə olaraq onun kitabı Komitet 300-ün “Roma Klubu”na icra üçün ötürdüyü planın vur-tut surəti idi. ABŞ-ın artıq faydasız insan kütlələrinə malik olduğu məgər doğru deyil? Bəli, 30 milyon işsiz və 4 milyon evsiz insanın özü ilə hazırda “faydasız kütlə” və ya ən azı onun nüvəsini təcəssüm etdirdiyini demək mümkündür.
Dinə, Lenin və Marksın zəruriliyini etiraf etdikləri “xalqın tiryəki”nə indi kütləvi idman tamaşaları, hədd-hüdud bilməyən seksual ehtiraslar və rok-musiqi kimi yeni “tiryəkciklər” əlavə olunmuşdur. Bütöv bir nəsil narkoman yetişmişdir. MƏHDUDİYYƏTSİZ SEKSİN TƏBLİĞATI VƏ NARKOMANİYA EPİDEMİYASI İNSANLARI ƏTRAFDA BAŞ VERƏNLƏRDƏN YAYINDIRMAQ MƏQSƏDİNİ GÜDÜR. Bjezinski “Texnotron era”da insan kütlələri haqqında cansız əşya kimi danışır– güman ki Komitet 300-ün nöqteyi-nəzərindən biz məhz elə belə də görünürük. Bjezinski daim bizim, “kütlələrin” üzərində nəzarət həyata keçirilməsinin vacibliyindən danışır.
Kitabın bir yerində o, ürəyini açır:
“Eyni zamanda da şəxsiyyət üzərində sosial və siyasi nəzarət imkanları artacaq. Tezliklə hər bir vətəndaş üzərində demək olar fasiləsiz nəzarət aparmaq imkanı yaranacaq, eləcə də adi informasiya ilə yanaşı, hər bir insanın sağlamlığının vəziyyəti və davranışı haqqında ən konfidensial təfərrüatlar toplanan kompüter fayl-dosyelərin daim təzələnməsini həyata keçirmək mümkün olacaq”.
“Müvafiq dövlət orqanlarının bu fayllara ani çıxış imkanları olacaq. Hakimiyyət informasiyanı nəzarətdə saxlayanların əlində cəmlənəcək. Mövcud dövlət orqanları böhranərəfəsi situasiyaların idarə olunması üzrə idarələrlə əvəz olunacaq. Bu idarələrin vəzifəsi mümkün sosial böhranların qabaqlayıcı şəkildə aşkarlanması və həmin böhranların idarə olunması üzrə proqramların işlənib-hazırlanmasından ibarət olacaqdır”. (Kitabın bu hissəsində ABŞ-ın FEMA agentliyinin strukturu qələmə alınır ki, həmin təşkilat kitab yazılandan çox-çox sonralar meydana çıxmışdı).
“Bütün bünlar gələcək bir neçə onillik üçün tendensiyalar əmələ gətirəcəkdir ki, onlar TEXNOTRON ERAYA– DİKTATURAYA gətirib çıxaracaq və hazırda mövcud olan siyasi prosedurlar o vaxt demək olar tam şəkildə ləğv olunacaqdır. Nəhayət, əsrin (söhbət XX əsrdən gedir- İ.S.) sonlarına yaxın dövrə əgər indidən nəzər salsaq, ŞÜUR ÜZƏRİNDƏ BİOKİMYƏVİ NƏZARƏT, YALNIZ HƏRƏKƏTLƏRİ VƏ DAVRANIŞI BAXIMINDAN DEYİL, HƏM DƏ İNSAN KİMİ FİKİR YÜRÜTMƏYİ BACARAN VARLIQLARIN YARADILMASI DA DAXİL OLMAQLA İNSANLARLA GENETİK MANİPULYASİYALAR ÜÇÜN AÇILAN İMKANLAR BİR SIRA CİDDİ SUALLAR DOĞURA BİLƏR”.
Bjezinski bütün bunları fərdi şəxs qismində deyil, prezident Karterin Milli Məsələlər üzrə Müşaviri, “Roma Klubu”nun aparıcı üzvü, Komitet 300-ün, “Beynəlxalq Münasibətlər üzrə Şura”nın üzvü, eləcə də Polşanın çox qədim “Qara Aristokratiyası”nın üzvü kimi yazırdı. Onun kitabında Amerikanın öz industrial bazasından necə imtina etməli və “tamamilə yeni tarixi era” adlandırdığı dövrə necə qədəm qoymalı olduğu izah olunur.
“Amerikanı unikal edən budur ki, o gələcəyi öz üzərində sınaqdan çıxarır- fərqi yoxdur, bu pop-art, yoxsa LSD olsun. Amerika bu gün– bu, yaradıcı cəmiyyət, qalanları isə şüurlu və ya şüursuz şəkildə onun təqlidçiləridir”. Bjezinski gərək deyəydi ki. Amerika, mahiyyət etibarilə, Komitet 300-ün siyasəti və metodları üçün sınaq poliqonudur; bu siyasət və metodlar birbaşa mövcud nizamın ləğv edilməsinə, Vahid Dünya Hökümətinin– Yeni Dünya Nizamının qurulmasına aparır.
“Texnotron era”nın fəsillərindən birində yeni texnologiyaların öz inkişafı ilə intensiv qarşıdurmaları, eləcə də sosial və beynəlxalq gərginliyi necə kəskinləşdirəcəyi izah olunur. Nə qədər qəribə olsa da, lakin daimi müşahidə altında olduğumuzdan biz artıq indidən güclü gərginlik keçiririk. Bu cür müşahidə mərkəzlərindən biri– Kubada, Lurdes bazasıdır. İkinci belə bir mərkəz– bu, Belçikada, NATO-nun Brüsseldəki mənzil-qərargahında yerləşır. Burada “666” kod nömrəsi altında nəhəng kompüter quraşdırılmışdır. Bu kompüter Bjezinskinin öz kitabında qeyd etdiyi bütün tiplərdən olan informasiyanı yadda saxlamaq, eləcə də ehtiyac yaranarsa məlumat bazasını əlavə bir neçə milyard adam üçün genişləndirmək imkanına malikdir. Lakin, “Qlobal 2000” proqramında nəzərdə tutulan genosid siyasəti hesaba alınarsa, bu resurslarin nə vaxtsa istifadə olunmasına ehtiyacı, görünür, yaranmayacaq.
Bu cür informasiya bazasını ABŞ-da istifadə etmək çox asan olacaq– Bjezinski və onun Komitet 300-dən olan həmkarlarının haqqında danışdıqları müşahidənin təmin olunması üçün sürücülük və yaxud sosial sığorta vəsiqəsinin nömrəsini “666” kompüterinə daxil etmək kifayətdir. Komitet 300 hələ 1981-ci ildə bütün hökümətləri, o cümlədən də SSRİ hökümətini xəbərdar edib ki, “Komitet 300 Yeni Dünya Nizamının bərqərar olunması üzrə hazırlıqlara tam nəzarəti öz üzərinə götürməsə, bu halda xaos başlanacaq. NƏZARƏT BİZİM KOMİTƏ, ELƏCƏ DƏ QLOBAL PLANLAŞDIRMA VƏ BÖHRANLARIN İDARƏ OLUNMASI VASİTƏSİLƏ HƏYATA KEÇİRİLƏCƏKDİR”. Beləliklə, VAHİD DÜNYA HÖKÜMƏTİNİN QURULMASINA HAZIRLIQDA İŞTİRAK ETMƏK ÜÇÜN RUSİYA DA DƏVƏT OLUNMUŞDU.
Lakin artıq 1981-ci ildə sui-qəsdçilərin qlobal planları artıq irəliləmiş hazırlıq mərhələsində idi. Sonrakı 10 ilə nəzər salanda bu planların necə sürətlə həyata keçirildiyini asanlıqla görmək olar. Əgər bu informasiya 1981-ci ildə həyəcan doğururdusa, artıq Amerikanın dağılmasının indiki yekun mərhələsində daha böyük həyəcan doğurur. Əgər qeyri-məhdud maliyyə imkanlarını, bir neçə yüz beyin trestinin və 5.000 nəfər sosial mühəndisin varlığını, informasion məlumat bankının yaradıldığını və dünya hökümətlərinin əksəriyyəti üzərində nəzarət qurulduğunu diqqətə alsaq, onda qarşımızda indiyə qədər görünməmış miqyaslarda problem ortaya çıxır ki, indiki zamanda ayrıca götürülmüş heç bir ölkə onun öhdəsindən gəlməyə qadir deyildir!
“Tez-tez bildirdiyim kimi, bizim hamımızı bu problemin köklərinin Moskvada olduğuna inandırıblar. Güclü və fasiləsiz beyin yuyulması nəticəsində biz həqiqətən də inanmışıq ki, Amerika üçün ən böyük təhlükə kommunizmdən gəlir. Reallıqda isə işlər tamamilə başqa cürdür. Ən böyük təhlükə bizim öz sıralarımızda olan çoxsaylı xəyanətkarlardan gəlir. Konstitusiyamız bizi öz evimizin içində olan düşmənlərimizi aşkar etməyə çağırır. Bizim Düşmənlərimiz– bunlar, Komitet 300-ün ölkəmizin idarəetmə orqanları strukturlarında yüksək vəzifə tutan nökərləridir. Bizi udub həzm etməklə hədələyən zülmətin qarşısını biz məhz Birləşmiş Ştatlarda almağa borcluyuq; daxilimizdə olan həmin sui-qəsdçiləri biz məhz burada aşkar və məhv etməliyik” (Con Kelman).
VIII yazı: Ölkələrə nümunəvi dərs vermək, onları müstəqilliyin, milli özünüdərkin və suveren bütövlüyün inkişaf etdirilməsi ideyalarından imtina etməyə məcbur etmək üçün təxirəsalınmaz tədbirlər görülür
“Roma Klubu” həm də Salvadorda gedən 25 illik müharibənin qızışdırılmasında birbaşa iştirak edib- bu, ABŞ Dövlət Departamentində işləyən Elliot Abrams tərəfindən hazırlanan daha geniş bir planın ayrılmaz tərkib hissəsi idi. Salvador qiyamçılarının, xoşbəxtlikdən, uğursuzluğa düçar olan “son hücumunu” Komitet 300-ün üzvü, Sosialist İnternasionalının lideri və Qərbi Almaniyanın keçmiş kansleri Villi Brandt maliyyələşdirirdı. Komitet 300 Salvadoru Mərkəzi Amerikanı yeni Otuz İllik Müharibə zonasına çevirmək üçün istifadə edirdi. Bu vəzifənin, heç də bəd niyyətli səslənməyən, “And Planı” adı altında yerinə yetirilməsi Kissincerə tapşırılmışdı.
Dövlət sərhədləri sui-qəsdçilərin əməliyyatları üçün maneə təşkil etmir. Məsələn, Villi Brandtın planlaşdırdığı “son hücum” aksiyası, onun o vaxt “Roma Klubu” tərəfindən İspaniyanın baş naziri roluna hazırlanan Felipe Qonsaleslə görüşünün nəticəsində mümkün olmuşdu. Kubada peyda olana qədər Qonsales barədə heç nə bilmirdi. “Roma Klubu” Qonsalesi Salvadorda xüsusi tapşırıqlar üzrə zabit kimi istifadə edirdi və o, general Frankonun ölümündən sonra İspaniyada siyasi hakimiyyətə gələn ilk sosialist oldu.
1980-ci ilin dekabrında Qonsales “Roma Klubu”nun təşkil etdiyi sosialistlərin anti-reyqançı görüşündə iştirak etmək üçün Vaşinqtona gəldi. Qonsalesin Fidel Kastro ilə görüşündə solçu qiyamçı Gilyermo Unqo iştirak edirdi. Gilyermo Unqo Komitet 300-ün bayrağı altında işləyən ən odioz solçu “beyin trestlərindən” biri, Vaşinqtonda yerləşən “Siyasi Tədqiqatlar İnstitutu”nun (STİ) himayəsi altında fəaliyyət göstərirdi. Unqonun fəaliyyəti üzərində bilavasitə rəhbərliyi STİ-nin əməkdaşı həyata keçirirdi. Həmin şəxs Kastro ilə görüşmək üçün Vaşinqtondan Havanaya gedərkən müəmmalı aviaqəzada həlak oldu.
Bir çoxları gözəl bilir ki, həm solçu, həm də sağçı siyasi istiqamətlərin hamısına eyni adamlar tərəfindən nəzarət olunur. Bu, solçu Gilyermo Unqonun Salvador sağçılarının lideri mərhum Napoleon Duarte ilə çoxdan dostluq etməsi faktını izah edir. Salvador qiyamçılarının “son hücumu” məhz Kubada keçirilən həmin görüşdən sonra baş tutdu.
Cənubi Amerika ilə Birləşmiş Ştatların qütbləşməsi Komitet 300-ün Kissincerə həvalə etdiyi xüsusi tapşırıq idi. Malvin müharibəsi (bu, həm də Folklend müharibəsi adlandırılır) və bunun ardınca Argentina hökümətinin devrilməsi, bunun da arxasınca iqtisadi xaos və siyasi özbaşınalıqlar– bütün bunlar Kissincerin, Komitet 300-ün həlledici üzvlərindən biri olan lord Karrinqtonla birlikdə fəaliyyət göstərən köməkçiləri tərəfindən planlaşdırılmışdı.
Komitet 300-ün ABŞ-da əsas mərkəzlərindən biri, Koloradoda yerləşən “Aspen Humanitar Tədqiqatlar İnstitutu” da Argentinada baş verən, həmçinin də İran şahının devrilməsi ilə başa çatan hadisələrin planlaşdırılmasına kömək edib. Latın Amerikasının ABŞ üçün vacib əhəmiyyəti yalnız onun region ölkələri ilə bağlanılan bir çox hərbi müqavilələrlə ölçülmür. Latın Amerikasının əhəmiyyəti həm də ondan irəli gəlir ki, bura Amerika texnologiyaları, ağır maşınqayırma məhsulları üçün potensial olaraq böyük satış bazarıdır, bu bazar zəifləməkdə olan bir çox ABŞ kompaniyalarına yeni impuls verə və ABŞ-da minlərlə yeni iş yeri yarada bilər. Bunun qarşısı nəyin bahasına olursa-olsun alınmalı idi: hətta buna görə otuz illik müharibəyə başlamaq lazım gəlsə də!
Bu nəhəng potensialın pozitiv prizmadan nəzərdən keçirilməsi əvəzinə Komitet 300 onu özünün ABŞ-da postindustrial sıfır səviyyəli artım planlarına təhlükəli hədə hesab etdi. Odur ki Argentinanın timsalında Latın Amerikasının qalan ölkələrinə nümunəvi dərs vermək və onları müstəqilliyin, milli özünüdərkin və suveren bütövlüyün inkişaf etdirilməsi ideyalarından imtina etməyə məcbur etmək üçün təxirəsalınmaz tədbirlər gördü. Latın Amerikasında bir çox ölkələrin sağ qalmaq naminə vəsait əldə etmək üçün yalnız narkotika istehsalına müraciət etməsinin səbəbi də məhz budur. Hətta ola bilsin ki, sui-qəsdçilərin bütün bu işdə əsas məqsədi də elə bu olub!
Amerikalılar bütövlükdə Meksikaya yuxarıdan aşağı baxır və Komitet də buna can atır ki, ABŞ əhalisi bu ölkəyə məhz belə münasibət göstərsin. Meksika özü ilə Amerikada istehsal oluna biləcək hər cür məhsul üçün potensial olaraq çox böyük bazar təcəssüm etdirir ki, bunun sayəsində həm amerikalılar, həm də meksikalılar üçün minlərlə iş yeri açıla bilərdi. ABŞ-ən sənaye müəssisələrinin “sərhəddən cənuba doğru” köçürülməsi və yerli fəhlələrə qul maaşının ödənməsi nə bu, nə də o biri ölkənin maraqlarına uyğun deyil. Bunda yalnız “olimpiyaçılar” maraqlıdır.
Meksika öz nüvə texnologiyalarının böyük hissəsini Argentinadan alırdı, lakin Malvin müharibəsi buna son qoydu. İnkişaf edən ölkələrə nüvə texnologiyalarının ixracının dayandırılacağı barədə qərarı “Roma Klubu” hələ 1986-cı ildə vermişdi. Ucuz elektrik enerjisi istehsal edən Atom Elektrik Stansiyalarına malik olan Meksika “latınamerikalı Almaniya” ola bilərdi. Hadisələrin bu cür inkişafı, İsrail üçün nəzərdə tutulan nüvə texnologiyalarından başqa, hər cür nüvə texnologiyasının ixracını 1991-ci il üçün dayandıran sui-qəsdçilər üçün fəlakət olardı.
Komitet 300 Meksikanın feodal kənd təsərrüfatı ölkəsi kimi qalmasını planlaşdırır, çünki bu, Meksika neftini asanlıqla nəzarət altına almağa və onu qarət etməyə imkan verərdi! Stabil və çiçəklənən Meksika yalnız Birləşmiş Ştatlara xeyirli ola bilər. Lakin sui-qəsdçilər məhz bunun qarşısını almaq istəyir və buna görə onlar onilliklərdir ki, Meksikaya qarşı müxtəlif insinuasiyalar həyata keçirir, şər-böhtan yayır və birbaşa iqtisadi müharibə aparırlar. Keçmiş prezident Lopes Potilio hakimiyyətə gələnə və bankları milliləşdirənə qədər Meksika hər gün 200 milyon dollar itirirdi. Bunu Komitet 300-ün Uoll Stritin bank və broker evlərində əyləşən nümayəndələri təşkil edirdi.
“Əgər ABŞ-a siyasətbazlar yox, dövlətçiliyin qədrini bilən adamlar rəhbərlik etsəydi, biz birgə fəaliyyət göstərə və Vahid Dünya Hökümətinin– Yeni Dünya Nizamının Meksikanın əvvəlki aciz vəziyyətə qaytarılması ilə bağlı planlarının qarşısını ala bilərdik. Əgər biz “Roma Klubu”nun Meksika ilə bağlı planlarını alt-üst edə bilsəydik, bu Komitet 300 üçün şok olardı və o bundan belə tezliklə özünə gələ bilməzdi. “İllüminatlar”ın varisləri yalnız Meksika üçün deyil, həm də ABŞ üçün ciddi təhlükə təşkil edir. Biz Meksikada vətənpərvər qüvvələrlə ümumi dil taparaq ABŞ-da elə bir qüdrətli qüvvəyə çevrilə bilərdik ki, onunla hesablaşmamaq artıq qeyri-mümkün olardı. Lakin bunun üçün güclü liderlər lazimdir ki, hazırda bizdə məhz liderlik çatışmır” (Con Kelman, “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ”).
Komitet 300 öz nəzarəti altında olan təşkilatlar vasitəsilə Reyqanın prezidentliyinin nəticələrini heçə endirə bilmişdi. “Miras Fondu”ndan olan Stüart Batler bu haqda belə demişdi: “Sağçılar 1980-ci ildə qələbə qazandıqlarını düşünürdülər, lakin gerçəklikdə onlar məğlub oldular”. Batler bunu, Reyqan administrasiyasında bütün postların “Miras Fondu”nun təqdimatı ilə “Fabian Cəmiyyəti” tərəfindən təyin edilən adamlar tərəfindən tutulduğunu anlayan sağçıların düşdükləri situasiya ilə bağlı deyirdi. Daha sonra Batler bildirirdi ki, “Miras Fondu” Birləşmiş Ştatlara solçu radikal prinsipləri sırımaq üçün sağçıların ideyalarından istifadə edəcək. Bütün bunlar ABŞ-ın əsas fabianisti və “Miras Fondu”nda bir nömrəli adam olan Ser Piter Vikkers-Hollun prezident seçkilərindən əvvəlki bir il ərzində açıq müzakirə etdiyi radikal ideyalar idi.
Mühafizəkar “beyin trestinə” rəhbərlik etməsinə baxmayaraq Ser Piter Vikkers-Holl fəal fabianist olaraq qalırdı. Silah istehsal edən müəssisələri olan Böyük Britaniynın oliqarxik Vikkerslər ailəsinin üzvü kimi, Ser Piter nüfuz və hakimiyyətə malik idi. Vikkerslər ailəsi Birinci Dünya Müharibəsində hər iki tərəfə, eləcə də Hitler Almaniyada hakimiyyətə gələn dövrdə ona da silah satırdı. Ser Piter Vikkers-Holl üçün rəsmi “örtük” (Əsl fəaliyyəti ört-basdır edən formal vəzifə) “Kaliforniya Universiteti” nəzdində olan “Şəhər və Regional İnkişaf İnstitutu”dur. O, Böyük Britaniya leyboristlərinin lideri və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin uzun müddət ərzində səlahiyyətli nümayəndəsi olub.
Vikkers və Benn– bu şəxslərin hər ikisi beyinlərin yuyulması üzrə dünyanın əsas idarəsi olan “Tavistok İnsan Münasibətləri İnstitutu” ilə sıx əlaqələrə malikdir. Tavistokda keçdiyi hazırlığını Vikkers öz nitqlərində məharətlə istifadə edir. Aşağıdakı nümunəni nəzərdən keçirməyi təklif edirəm:
“İki Amerika vardır. Biri– bu, ağır maşınqayırmaya əsaslanan XIX əsrin cəmiyyətidir. Digəri– köhnə Amerikanın qalıqları əsasında qurulan və böyüməkdə olan postindustrial cəmiyyətdir. Növbəti onillikdə məhz bu iki dünya arasındakı münasibətlərdə yaranacaq böhran sosial və iqtisadi fəlakətlər meydana çıxacaq. Bu iki dünya bir-biri ilə dərin ziddiyyət vəziyyətindədir, onlar birgə yaşaya bilmir. Postindustrial dünya əvvəl-axır digərini yer üzərindən siləcək”. Xatırladım ki, bu nitq 1981-ci ildə edilib və indiki iqtisadiyyatın və sənayenin vəziyyətinə nəzər salanda Ser Piterin öncəgörmələrinin nə dərəcədə dəqiq olduğunu görə bilərik. 1991-ci ildə başlanan iqtisadi enmənin hələ nə qədər davam edəcəyini soruşan amerikanlara da Ser Piterin nitqlərini oxumağı məsləhət görürəm. Onlar bilməlidirlər ki, bu süqut davam edəcək, 1960-70-ci illərdən tanıdığımız həmin Amerika artıq olmayacaq. Həmin Amerika artıq ölüb!
Ser Piter bu nitqi peyğəmbərcəsinə edilən nitq idi. Lakin məsələ ondadır ki, Amerikanın gələcəyini öncədən söyləmək üçün Komitet 300-ün və onun icraedici orqanı olan “Roma Klubu”nun artıq tərtib edilmiş planlarına əsaslanmaq da kifayət edərdi. Ser Piter evfemistik üslublu nitqində nə haqda danışırdı? Bizim adi dilə çevirəndə bu o deməkdir ki, köhnə amerikan həyat tərzi, həqiqi və bütün cəmiyyətin etibarını qazanan konstitusion respublika üsul-idarəsi Yeni Dünya Nizamı ilə əvəzlənməlidir. Bizim tanıdığımız həmin o Amerika ya özü getməli, ya da məhv edilməlidir.
Artıq dediyim kimi, Komitet 300-ün üzvləri tez-tez hamının gözü önündə fəaliyyət göstərir. Bu mənada Ser Piter Vikkers-Holl da istisna təşkil etmir. Onun haradan gəldiyini hamının başa düşməsi üçün o, nitqini belə tamamlamışdı:
“Mən çox xoşbəxtəm ki, “Miras Fondu” və digər bu kimi qruplarla işləmişəm. Həqiqi fabianlar “Yeni sağçıların” köməyi ilə özlərinin bəzi radikal ideyalarını hərəkətə gətirə biləcəklərinə ümid edirlər. Təbliğat 10 ildən çoxdur ki, Böyük Britaniya cəmiyyətinin beyninə sənayenin onu uçuruma dartdığını yeridir. Bütün bunlar doğrudur, lakin bu təbliğatın son nəticəsi əhalinin mənəvi ruh düşgünlüyü oldu” (Tavistokdan olan “yeni elm” üzrə mütəxəssislər məhz elə bunu planlaşdırırdı).
“İqtisadi vəziyyət pisləşdikcə Birləşmiş Ştatlarda da bu hal baş verəcək. Bu (mənəvi ruh düşgünlüyü), insanları ağır seçim etməyə məcbur etmək üçün zəruridir. Əgər gələcək planlaşdırılmasa və yaxud seçicilər tərəqqiyə maneçilik törətsələr, onda elə bir ictimai xaos yaranacaq ki, onun miqyaslarını indi təsəvvür etmək belə qeyri-mümkündür. Şəhər Amerikasının perspektivləri çox kədərlidir. Hələ ki iri şəhərlərlə nə isə etmək imkanı var, şəhər əhalisi ixtisar olunacaq və sənaye bazası sarsılacaq. Nəticədə bu, sosial konvulsiyalar meydana çıxaracaq”.
Ser Piter medium, dahi maq, yoxsa uğurlu rəml atan adi falabaxan-şarlatan idi? Əlbəttə ki yox. Ser Piter, sadəcə olaraq, Komitet 300 və “Roma Klubu”nun Birləşmiş Ştatların bir vaxtlar qüdrətli sənayesinin tədricən öldürülməsini nəzərdə tutan planını səsləndirmişdi. Ser Piterin öz öncəgörməsini söylədiyi vaxtdan ötən on il geriyə nəzər salanda kimsə Komitet 300-ün ABŞ sənayesinin dağıdılması üzrə planlarının reallığa çevrildiyinə şübhə edə bilərmi?
IX yazı: Onların məqsədi bir tərəfdən sənaye fəhlələri, digər tərəfdən isə, necə deyərlər, “kapitalist sinfi” və müdirlər arasında qarşıdurma yaratmaqdır
Doğru deyilmi ki, Ser Piterin öncəgörmələri heyrətamiz dərəcədə dəqiq olmuşdur? Bu, son sözünə qədər həqiqətən də belədir. Qeyd etmək lazımdır ki, Ser Piter Vikkers (ser Piter Vikkers-Hollun qaynatası) “Stenford Tədqiqat İnstitutu”nun “İnsan obrazının dəyişdirilməsi” məruzəsi üzərində işləmişdir və Reyqan administrasiyasına göndərilən 3 000 səhifədən ibarət məsləhətlərin həlledicilərinin əksəriyyəti məhz həmin məruzədən götürülmüşdü. Bundan başqa, Ser Piter Vikkers Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının yüksək vəzifəli zabiti olaraq “Miras Fondu”na çoxlu məxfi informasiya ötürə bilərdi. Komitet 300 və NATO-nun üzvü olan Ser Piter Vikkersin Amerikanın inkişaf istiqamətini köklü surətdə dəyişməli olan sosial proqramın hazırlanmasının NATO tərəfindən “Roma Klubu”na tapşırılmasına da aidiyyatı olub. “Roma Klubu” “Tavistok İnsan Münasibətləri İnstitutu”nun göstərişi ilə “Stenford Tədqiqat İnstitutu”na belə bir proqramın yalnız Amerika üçün deyil, Şimali-Atlantika blokunun bütün üzvləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bütün üzv-ölkələri üçün hazırlanmasını tapşırmışdı.
Ser Piterin protejesi olan Stüart Batlerin prezident Reyqana ötürdüyü 3 000 səhifədən ibarət “məsləhətlərdə”, heç bir şübhə yoxdur ki Böyük Britaniya parlamentinin deputatı və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin bəzi fikirləri də öz əksini tapmışdı. Benn 1980-ci ilin dekabrın 8-də Vaşinqtona toplaşan Sosialist İnternasionalının üzvlərinə bunları demişdi: “Əgər siz Reyqana kredit kollapsının sürətləndirilməsində kömək etsəz, onda Volkerin kredit kollapsı şəraitində qalib gələ bilərsiniz”.
Reyqanın iqtisadi siyasəti şəraitində ssuda-əmanət və bank sahələrinin süqutunun daha da güclənməsi, Batlerin məsləhətlərinin Reyqan administrasiyası tərəfindən qəbul olunduğu və istifadə edildiyi faktını təsdiq edir. Benn “köməklik etsəz” deyəndə, əslində Reyqanın beynini yumaq lazım olduğunu nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, “Miras Fondu”nun əsasını qoyanlardan biri olan fon Hayek, Amerikanın sənaye industriyasının dağıdılması üzrə “Roma Klubu”nun planlarının həyata keçirilməsi işinə başçılığı öz şagirdi Milton Fridmana həvalə etmişdi. İlk növbədə poladtökmə, eləcə də avtomobil və tikinti sahələrinin kollapsını sürətləndirilmək üçün bu planda Reyqan administrasiyasının siyasətindən istifadə olunmalı idi.
Bundan başqa, ABŞ-ın poladtökmə sənayesinin sarsıdılması vəzifəsi həm də Komitet 300-ün, eyni zamanda da Fransa “Qara Aristokratiyası”nın üzvü olan Etyen d'Avignonun qarşısına qoyulmuşdu. Son on ildə işini itirən minlərlə metallurq və gəmi tərsanəsi işçisinin heç olmasa biri çətin ki D'Avignon haqqında eşitmiş olsun. Con Kelman “Economic Review” nəşrinin 1981-ci il aprel nömrəsində d'Avignonun planını tam həcmdə dərc etdirib. “Roma Klubu”nun 1980-ci ilin dekabrında Vaşinqtonda keçirilən həmin taleyüklü toplantısında İrandan bir sirrli adam iştirak edirdi. Aydınlaşdırıldı ki, o, ayətullah Xomeyninin elçisi Bəni Sədr olub.
1980-ci il dekabrın 10-da keçirilən konklavda bir nitq xüsusilə diqqəti cəlb edir. Əsas etibarilə ona görə ki onu Fransua Mitteran– fransız isteblişmenti tərəfindən rədd edilən və hesabdan silinən adam– söyləyirdi. Lakin mənbələr bundan bir qədər əvvəl xəbər vermişdilər ki, Mitteranın arxivdən çıxarılması, tozunun çırpılması və hakimiyyətə qaytarılması üçün artıq iş gedir– Mitteranın dedikləri məhz buna görə üçün çox maraqlı idi:
“Kapitalist sənaye inkişafı azadlıqla bir araya sığmır. Biz buna son qoymalıyıq. XX və XXI əsrin iqtisadi sistemləri insanı əzmək üçün maşınlardan istifadə edəcək və bu ilk növbədə atom enerjisi sahəsində baş verəcək ki, burada artıq əhəmiyyətli nailiyyətlər qazanılmışdır”.
Mitteranın Yelisey sarayına qayıdışı sosializmin əzəmətli triumfu oldu. Bu hal sübut etdi ki, Komitet 300 hadisələrin gedişini və ardıcıllığını öncədən demək üçün artıq kifayət qədər nüfuz və təsir sahibi, sonra isə onları ya zorla, ya da qarşıya qoyulan vəzifələrə çatmaq üçün tələb oluna bilən başqa vasitələrlə həyata keçirməyə qadir olan bir təşkilata çevrilmişdir. Bu hadisə həm də bunu sübut etdi ki, Komitet istənilən müqaviməti qırmağa qadirdir- hətta Parisdə siyasi hakimiyyəti əlində cəmləşdirən qrup tərəfindən tamamilə rədd edilən Mitteranla bağlı vəziyyətdə də.
1980-ci ilin dekabrında Vaşinqtonda baş tutan görüşdə “müşahidəçi statusunda olan” daha bir qrupun nümayəndəsi qismində Con Qrexem iştirak edirdi- o, həm də “Antidiffamasion Liqa”nın İstintaq Komitəsinin rəhbəri İrvin Suall kimi tanınır. “Antidiffamasion Liqa” birbaşa Böyük Britaniya kəşfiyyatının nəzarəti altındadır və onun üç bölməsinin hamısı, yəni Mİ-6 və JİO tərəfindən idarə olunur. Özünün üfunətli fəndlərinin geniş dəstini o, London İst-Endinin çirkab kanallarından götürmüşdür. Suall bu günə qədər də Böyük Britaniyanın yüksək səviyyəli məxfi idarəsi olan SİS-in, Ceyms Bond ruhunda əməliyyatlarla məşğul olan elit xüsusi bölmənin ştatındadır. ADL-in nə gücünü, nə də onun uzun əllərini düzgün qiymətləndirməmək məsləhət görülmür.
İrvin Suall Ser Piter Holl və digər fabiançılarla sıx kontaktda işləyir. Böyük Britaniya kəşfiyyatı onu öz nəzarəti altına, o, hələ İngiltərənin Oksford Universitetinin Ruskir Labour kollecində- bu həmin kommunistmeylli təhsil mərkəzidir ki, bizə Milneri, Rodsu, Börcesi, MakLini və Kim Filbini vermişdir - təhsil alan vaxt salmışdı. Oksford və Kembric Universitetləri artıq çoxdandır ki, valideynləri Böyük Britaniyanın ali cəmiyyətinin “qaymağı” hesab edilən elitanın oğlan və qızları üçün təhsil müəssisəsidir. İrvin Suall Oksfordda “Gənc Sosialistlər Liqası”na daxil oldu və tezliklə Böyük Britaniya kəşfiyyatı tərəfindən ələ alındı.
İrvin Suall Birləşmiş Ştatlara göndərilmişdi və o, burada ölkənin ən odioz solbaz ideoloqlarından olan Uolter Lipmanın himayəsi altında olub. Lipman “İndustrial Demokratiya Uğrunda Liqa”nın, həmçinin “Tələbələr Demokratik Cəmiyyət Uğrunda” təşkilatın əsasını qoymuşdur və onlara rəhbərlik edir. Hər iki təşkilat döyüşkən solçu təmayüllüdür və onların məqsədi– bir tərəfdən sənaye fəhlələri, digər tərəfdən isə, necə deyərlər, “kapitalist sinfi” və müdirlər arasında qarşıdurma yaratmaqdır. Lipmanın bütün Amerikaya bərqərar olan hər iki layihəsi həmişə Komitet 300-ün strukturunun ayrılmaz tərkib hissəsi, Lipmanın özü isə Komitetin ən mühüm üzvlərindən biri olub.
İrvin Suall Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ilə sıx əlaqələrə malikdir və o, maraqlandığı istənilən şəxs haqqında ABŞ Federal Təhlükəsizlik Bürosundan (FTB) dosye ala bilər. Ədliyyə Nazirliyi İrvin Suallın maraqlandığı hər şeyi istənilən anda ona təqdim etmək barədə göstəriş vermişdir. Suallın əsas fəaliyyəti “sağçı təmayüllü istənilən qrup və şəxsləri nəzər dairəsində saxlamağa” yönəlmişdir. ABŞ-ın Dövlət Departamenti özünün böyük təsirə və geniş əhatəyə malik olan kəşfiyyat idarəsini Suallın xidmətlərinə təqdim etmişdir və bu idarənin qapıları onun üçün həmişə açıqdır.
ABŞ Dövlət Departamenti sağların düşərgəsində özlərini “qorxu-hürküsüz antisemit-mübariz” kimi qələmə verən və bütöv bir təbəqə təşkil edən agentlərə malikdir. Bu informatorlar qrupu dörd liderə malikdir ki, onların üçü adi yəhudi-homoseksualistdir. Qrup artıq iyirmi ildir fəaliyyət göstərir, kəskin anti-yəhudi “qəzetlər” nəşr edir və satışda geniş seçimdə anti-semit ədəbiyyata malikdir. Onun əsas şöbələrindən biri Luiziana ştatında yerləşir. Bu qrupda bir yazıçı var ki, xristian dairələrində onun üçün lap ürəkləri gedir. Bütün qrup və onu dəstəkləyən şəxslər ADL-in müdafiəsi altındadır. İrvin Suall ABSCAM-in (Federal Təhlükəsizlik Bürosunun “Rüşvətxorluğun və Korrupsiyanın Aşkarlanması üzrə Məxfi Təhriketmə Əməliyyatları Sistemi”) əməliyyatlarına əsaslı şəkildə daxil edilmişdir. Bu qrup və hüquq-mühafizə orqanları tərəfindən tez-tez istintaqa köməklik göstərmək və təhriketmə əməliyyatlarını həyata keçirmək üçün cəlb olunub.
Yeni seçilmiş prezident üçün müəyyən edilən kursdan Ronald Reyqanın kənara çıxmaması üçün “Miras Fondu” İrvin Sualla ona “düzəliş vermək” tapşırığını vermişdi- əgər Reyqan kənara çıxmağa başlasa və ya gözlərindən pərdəni atmağa cəhd göstərsəydi, onda Suall bir neçə “xəbərdarlıq atəşi” açmalı idi. İrvin Suall Reyqan administrasiyasında “Miras Fondu”na əl verməyən sağ təmayüllü istənilən müşavirdən yaxa qurtarmağa köməklik edirdi. Reyqan hökümətinin Əmək naziri Rey Donovan belələrinin siyahısına düşdü və ADL-in “çirkin əməliyyatlar şöbəsinin” səyləri ilə əvvəl-axır postundan salındı. İrvin Suallın Donovan haqqında nifrət dolu məktublarını prezidentə çatdıran vasitəçi Ceyms Beyker idi. Ceyms Beykerin özünün də namizədliyi “Miras Fondu”nun məsləhət gördüyü şəxslər siyahısına daxil edilmişdi.
Daha bir mühüm sui-qəsdçi, Mərkəzi Kəşfiyyat İdarəsindən necə deyərlər, “düşmən tərəfə keçən” Filipp Eyci idi. O, Komitet 300-ün üzvü olmadığına baxmayaraq, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın (BMŞ) rəhbərliyi altında Meksikada xüsusi tapşırıqlar üzrə agent kimi fəaliyyət göstərirdi. Məlumat üçün: ABŞ-da baş verən hər şey mütləq “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” tərəfindən sanksiyalaşdırılmalıdır. ABŞ-la Böyük Britaniya arasında, ilk dəfə açıq şəkildə 1938-ci ildə Uinston Çörçill ilə Franklin D.Ruzvelt arasında bağlanan (buna qədər gizlin müqavilələr çox olmuşdu) müqavilə qüvvədədir. Bu müqavilənin şərtlərinə görə, Birləşmiş Ştatların kəşfiyyat idarələri öz üzərlərinə məxfi məlumatları Böyük Britaniya kəşfiyyatına ötürmək barədə öhdəlik götürürdü.
X yazı: Güclü şəxsiyyət təsəvvürü yaradan və milləti "xilas" etmək üçün gözlənilmədən meydana çıxan istənilən ümumilli liderə son dərəcə şübhə ilə yanaşın
Böyük Britaniya və ABŞ arasında mövcud olan, Çörçill və Lord Qalifaksın öyündükləri, "xüsusi münasibətlər" adlandırılanın bünövrə bax bu cürdür. Və məhz həmin bu "xüsusi münasibətlər" ABŞ-ı Böyük Britaniya maraqları, xüsusilə də British Petroleum kompaniyasının maraqları naminə Fars körfəzində İraqa qarşı vuruşmağa məcbur etdi. British Petroleum Komitet 300-ün ən mühüm kompaniyalarından biridir və Kraliça Yelizavetanın ailəsinin bu kompaniyada böyük kapital payı var.
Bütün kəşfiyyat fəaliyyəti 1938-ci ildən etibarən həmin bu birgə xüsusi komanda strukturunun nəzarəti altında həyata keçirilirdi. Filipp Eyci Mərkəzi Kəşfiyyat İdarəsinə "Notr Dam" Universitetini– burada o, iezuit frankmasonluq dairəsinə qəbul olunmuşdu– bitirdikdən sonra daxil olmuşdu. Eyci ilk dəfə diqqəti 1968-ci ildə, Mexiko Universitetində baş verən özbaşınalığın arxasında duran kəşfiyyat xidmətinin zabiti kimi cəlb etdi. Meksikada tələbə özbaşınalığının ən mühüm xüsusiyyətlərindən biri, onun Nyu-Yorkda, Bonnda, Praqada və Qərbi Berlində baş verən tələbə özbaşınalıqları ilə eyni vaxtda baş verməsi idi.
Fəaliyyətin əlaqələndirilməsi üzrə zəngin təcrübəyə və xüsusi kəşfiyyat şəbəkəsinə- İNTERPOL onun tərkib hissəsidir –malik olan Komitet 300 üçün vaxt etibarilə çox dəqiq razılaşdırılmış qlobal aksiyaları işə salmaq, ilk baxışda görünə bilən kimi heç də çətin deyil. Belə aksiyalar tələbə özbaşınalıqları da, suveren (çoxlarının hesab etdikləri kimi) dövlətlərin liderlərinin devrilməsi də ola bilər. Eyci Meksikadan başqa bir hədəfə- Puerto-Riko terrorçu qruplarına keçdi. Bu vaxt o, Kubanın diktatoru Fidel Kastronun səlahiyyətli nümayəndəsi oldu.
Ağlınıza gəlməsin ki, Eyci bütün bu əməliyyatları "qırmızı" agent kimi həyata keçirirdi. Əksinə, bütün bu vaxt ərzində o, Mərkəzi Kəşfiyyat İdarəsinə işləyib. Problemlər, Kubanın DGİ kəşfiyyat xidməti onu "açmağın" öhdəsindən gələndən sonra başlandı. Eyci MKİ-nin agenti qismində öz fəaliyyətini, onun ikiqat agent rolunun üstü açılan vaxta qədər davam etdirdi. Onun ifşa olunmasında sovetlərin Qərbdə ən böyük, Kubada, Lurdesdə yerləşən dinləmə postunun həlledici rolu olmuşdu. Məlumatların ələ keçirilməsi və şifrlərin açılması üzrə 3 000 sovet mütəxəssisi ilə komplektləşdirilən bu baza eyni vaxtda minlərlə elektron siqnalı izləməyə qadirdir. Konqresin üzvləri ilə onların məşuqələri arasında şəxsi telefon danışıqlarının çoxu ələ keçirilmiş və fayda ilə istifadə olunmuşdu.
Bu gün bizə "kommunizmin ölü" olduğunu deyirlərsə də, Birləşmiş Ştatlar demək olar ki onun kandarında əyləşən çox böyük cəsus təşkilatının bağlanması üçün heç nə etməyib. Halbuki Lurdesdəki baza faks və ya elektrik yazı maşınının şüalandırdığı ən zəif "qığılcım" siqnalını da tutmağa qadirdir, özü də bu siqnalın şifrəsini açmaqla yazı maşınında yazılan və ya faksla ötürülən nə varsa, hər şeyi görmək mümkündür. Lurdes bazası Birləşmiş Ştatların ürəyinə sancılmış xəncər kimi qalmaqda davam edir. Onu saxlamaq üçün qətiyyən heç bir səbəb yoxdur. Əgər ABŞ və SSRİ bir-biri ilə həqiqətən də sülh vəziyyətindədirsə, onda belə iri cəsus bazası nəyə gərəkdir? Bütün həqiqət ondan ibarətdir ki, inandırmağa çalışdıqları kimi, bazanın personalının ixtisarı əvəzinə, 1990 və 1991-ci illərdə KQB burada işə əlavə əməkdaş qəbul etmişdir.
Kurt Levinin adı Birləşmiş Ştatlarda yəqin az tanınır. Dekadent "pop-ulduzlardan" və ya Hollivudun son miskin "kəşflərindən" fərqli olaraq, alimlər publikanın diqqətini ya nadir hallarda, ya da ümumiyyətlə cəlb etmir. "Roma Klubu"nun nəzarəti altında Birləşmiş Ştatlarda işləyən yüzlərlə alimin arasında Kurt Levin İrana, Filippinə, Cənubi Afrikaya, Nikaraquaya və Cənubi Koreyaya qarşı xəyanətkar fəaliyyətdə oynadığı rol səbəbindən xüsusi diqqətə layiqdir. İran şahının devrilməsi Robert Andersonun rəhbərlik etdiyi "Aspen İnstitutu"nun nəzarəti altında Kurt Levin və Riçard Falk tərəfindən işlənmiş plan üzrə baş verirdi.
Levin "Zamanın perspektivləri və mənəvi ruh" adlı əsərin müəllifidir. "Roma Klubu"nun bu publikasiyası özü ilə millətin və ayrı-ayrı liderlərin mənəvi ruhunun sındırılması üzrə rəhbəredici vəsaiti təcəssüm etdirir. Budur, bu sənəddən bəzi iqtibaslar:
"Vahimə strategiyası vasitəsilə mənəvi ruhun qırılmasının əsas metodlarından biri aşağıda göstərilən bu taktikaya dəqiqi əməl olunmasından ibarətdir: insanı onun cari vəziyyəti və onu gələcəkdə gözləyə bilənlərlə bağlı qeyri-müəyyən vəziyyətdə saxlamaq lazımdır. Bundan başqa, əgər sərt intizam cəzaları ilə onunla yaxşı davranılacağı barədə vədlər arasında baş verən xüsusi əvəzləmələr yayılan ziddiyyətli xəbərlərlə birlikdə situasiyanın koqnitiv strukturunu qeyri-aydın edirsə, onda insan hər hansı bir konkret planın onu arzu olunan məqsədə yaxınlaşdıracağı və ya əksinə, bu məqsəddən uzaqlaşdıracağı barədə təsəvvürlərini və əminliyini itirir. Belə şəraitdə hətta dəqiq planı və risq etməyə hazır olan şəxslər də nə etmək lasım olduğu ilə əlaqədar meydana çıxan güclü daxili konflikt sayəsində mənəvi cəhətdən iflic vəziyyətə düşmüş olurlar".
"Roma Klubu"nun bu proqramı həm ölkələrə, həm də ayrı-ayrı şəxslərə, xüsusilə bu ölkələrin dövlət rəhbərlərinə münasibətdə tətbiq olunur. Planın ABŞ-da hazırlanmasına rəğmən düşünməyin ki, "Hər halda Amerikada Bəsdirin bu cür işlər baş verə bilməz". Əksinə, bütün bunlar ABŞ-da da, hətta ola da bilsin ki, digər ölkələrlə müqayisədə daha tez-tez baş verir!
Levin–"Roma Klubu" planı bizim hamımızı ruh düşgünlüyünə salmaq məqsədini güdür ki, biz, bizim üçün planlaşdırılan hər şeyi əvvəl-axır dinməzcə qəbul edək. Biz "Roma Klubu"nun əmrlərinə qoyun kimi əməl edəcəyik! Güclü şəxsiyyət təsəvvürü yaradan və milləti "xilas" etmək üçün gözlənilmədən meydana çıxan istənilən liderə son dərəcə şübhə ilə yanaşmaq lazımdır. Xatırlayaq ki, Xomeyni gözlənilmədən İranın xilaskarı kimi peyda olana qədər Böyük Britaniya kəşfiyyatı uzun illər ərzində -xusüsilə də o, Parisdə yaşadığı dövrdə- onu missiyası üçün hazırlayıb. Boris Yeltsin də Mİ-6 -SİS-ın elə həmin ilxısındandır.
"Roma Klubu" Birləşmiş Ştatların "yumşaldılması" barədə Komitet 300-ün tapşırığını yerinə yetirdiyinə əmindir. Bu ölkənin xalqı ilə 45 il ərzində apardığı müharibədən sonra kim tərəddüd edər ki, o həqiqətən də öz tapşırığını yerinə yetirmişdir? Amerikaya nəzər yetirin və siz onların mənəviyyatsızlıq girdabına nə dərəcədə qərq olduqlarını görəcəksiniz. Narkotiklər, pornoqrafiya, rok-"musiqi". Azad seks, ailənin əsaslarının praktiki olaraq tamamilə dağıdılması, lesbiyançılıq, homoseksualizm və nəhayət, anaları tərəfindən dəhşətlə öldürülən milyonlarla günahsız körpə. Abortlarla müqayisədə daha iyrənc başqa bir cinayət varmı?
Birləşmiş Ştatlar daxili süqut astanasında durduğunu və onun yeni Qaranlıq Əsrlərdə olacaq Vahid Dünya Hökümətinin ağuşuna yıxılmağa hazir olduğunu kim inkar edər? Əgər ABŞ ruhi və mənəvi müflisdirsə, əgər onun sənaye bazası dağıdılıbsa, əgər ölkədə 30 milyon işsiz varsa, əgər ABŞ şəhərləri– istənilən ölkə ilə müqayisədə üçqat artıq səviyyədə olan ağla gələn hər cür cinayətlərin dəhşətli klaokasıdırsa, əgər ölkədə 4 milyon evsiz varsa, əgər hökümətdə korrupsiya ucdantutma hamıya sirayət edərək, görünməmiş miqyas alıbsa– KİM BUNU İNKAR EDƏ BİLƏR?
"Roma Klubu" xristian kilsələlərinin parçalanması işində istədiyinə nail olub; "Roma Klubu" sionist İsrail dövləti uğrunda döyüşməyə hazır olan xarizmatik fundamentalistlərdən və yevangelistlərdən ibarət bütöv bir ordunun yaradılması işində istədiyinə nail olub. Fars körfəzində genosid müharibəsinin aparıldığı dövrdə müharibə əleyhdarları onlarla məktub alırdılar. Bu məktublarda soruşurdular ki, "İraqa qarşı ədalətli xristian müharibəsinin" əleyhinə niyə çıxırsınız? İraqa qarşı aparılan müharibənin (Komitet 300-ün müharibəsinin) xristian fundamentalistləri tərəfindən dəstəkləməsinin İncildə deyilmədiyini axı onlara necə başa salmaq olardı? Məgər qırğını başlanmazdan əvvəl Bill Qrexem prezident Buşla birlikdə dua etməmişdilər? Məgər İncil "müharibələr və müharibələr haqqında şayiələr" barədə heç nə demir?
Həmin məktublar da Tavistok İnstitutunun öz işini necə yaxşı gördüyünü göstərir. Xristian fundamentalistləri, necə planlaşdırılıbsa, İsrail dövlətini dəstəkləyən çox güclü qüvvəyə çevriləcək. Necə də kədərlidir- bu gözəl insanlar dərk etmirlər ki, "Roma Klubu" onlarla KOBUD ŞƏKİLDƏ MANİPULYASİYA EDİR, onların rəyləri və inamları ONLARA MƏXSUS DEYİL, Komitet 300-ün ABŞ-ın bütün ərazisinə səpələnən yüzlərlə "beyin mərkəzi" tərəfindən yaradılmışdır. Başqa sözlə, Birləşmiş Ştatlar əhalisinin digər təbəqələri kimi, xristian fundamentalistləri və yevangelistləri də güclü və dəqiq yerinə yetirilən beyin yuyulmasına məruz qalıblar.
Bu gün amerikanlar bir vaxtlar bütün dünyanın paxıllıq obyekti olan Amerika Birləşmiş Ştatlarının və amerikan həyat tərzinin fəlakətə uğramasının şahidi olurlar. Düşünmək sadəlövhlik olardı ki, bu özbaşına baş vermişdir, "zəmanə dəyişir..." tipli köhnə sindromlara burda işləmir. Zaman heç nəyi dəyişmir, bunu İNSANLAR edir. Komitet 300-ün və "Roma Klubu"nun sırf Avropa təşkilatları olduğunu düşünmək yanlışlıqdır. "Roma Klubu" Birləşmiş Ştatlarda çox böyük təsirə və hakimiyyətə malikdir; "Roma Klubu" Vaşinqtonda, Kolumbiya ştatında öz fərdi kapituluna (Vaşinqtonda Kapitoli təpəciyində yerləşən ABŞ Konqresi) malikdir.
Onun lideri senator Kleyborn Pelldir, onun üzvlərindən biri isə Konqresin Energetika üzrə Alt Komitəsinin keçmiş direktoru Frenk M.Potterdir. "Roma Klubu"nun ABŞ-ın energetika sahəsində siyasətini necə sərt nəzarətdə saxladığını və nüvə energetikasına qarşı "yaşıl" müxalifətin haradan peyda olduğunu görmək çətin deyil. Ola bilsin ki Klubun ən böyük nailiyyəti də məhz elə Konqresin ABŞ-da nüvə energetikasının inkişafını ləngitməsidir, çünki bunun nəticəsində ölkə XXI əsrə güclü industrial dövlət kimi qədəm qoya bilməyəcək. Klubun nüvə əleyhinə siyasətinin effektini dayandırılan domna sobalarının, atılıb qalan dəmir yol stansiyalarının, pas atan metallurgiya zavodlarının, çoxdan bağlanan gəmiqayırma tərsanələrinin, eləcə də bütün ölkəyə səpələnən, bir daha bir yerə toplanması artıq mümkün olmayacaq yüksək ixtisaslı və çox qiymətli fəhlə qüvvəsinin sayı ilə ölçmək olar.
"Roma Klubu"nun ABŞ-da digər üzvləri Konqresin Tədqiqat Xidmətində çalışan Uolter A.Han, eləcə də görkəmli iqtisadçılar Ənn Çitem və Duqlas Rossdur. Rossun özünün sözlərinə görə, onun vəzifəsi "ölkəyə bolluq illüziyasından xilas olmağa kömək etmək üçün "Roma Klubu"nun perspektivlərini qanunverici aktlara transformasiya etməkdən ibarət olub".
Ənn Çitem "Konqresin Gələcəyin Məsələləri üzrə Klirinq Palatası" adlı təşkilatın direktoru olub. Bu qadının vəzifəsi Konqresin astrologiyaya və "Yeni era" (New Age) haqqında hər cür çərənləmələrə meylli olan üzvlərinə təsir etməkdən ibarət idi. Bir vaxtlar onun mühazirələrinə 100-dən çoz konqresmen gəlirdi. Ənn Çitem hər gün sessiya keçirir və bu sessiyalarda özünün "okkult təsəvvürləri" əsasında ən müxtəlif astroloji proqnozlar verirdi. Konqresmenlərdən başqa onun sessiyalarına Maykl Uolş, Komitet 300-ün aparıcı üzvü Tornton Bredşou və "Ollsteyd İnşurans" sığorta kompaniyasının baş vitse-prezidenti David Sternlayt da təşrif buyururdu.
XI yazı: Siyasi, iqtisadi və sosial cəhətdən amerikanlar “Roma Klubu”nun planları arasında kəlbətin kimi sıxılmışlar; hər şey sıravi insanlara qarşı köklənib
Komitet 300-ün ən mühüm üzvlərinin bəzisi həm də NATO-nun üzvüdür– bu, yadda saxlamalı olduğumuz faktdır. Komitet 300-ün bu üzvləri çox hallarda eyni vaxtda bir neçə vəzifə tutur. ABŞ-ın NATO-da keçmiş səfiri Harland Klivlend, “Aspen İnstitutunun” direktoru Cozef Sleyter, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Donald Leş, Corc Makgi və Kleyborn Pell eyni vaxtda həm NATO-nun, həm də “Roma Klubu”nun üzvləridir– bu vur-tut yalnız bir neçə misaldır.
Bu şəxslərin adlarını unutmamaq, arzu olarsa onların siyahısını əldə etmək vacibdir ki, həmin adlar televiziya proqramlarında və xəbər verilişlərində peyda olanda onların kim olduqları və nəyin arxasınca getdikləri həmişə yadda olsun. Kəşfiyyatın “modus vivendi”sinə əməl edən Komitetin liderləri televiziyada tez-tez peyda olurlar, adətən ən səmimi və günahsız maska altında. Lakin hər kəs bilməlidir ki, onların əməlləri əsla təmiz deyil.
Komitet 300 öz agentlərini Birləşmiş Ştatların lap ürəyinə yeritmişdir- hökümətə, Konqresə, prezidentin müşavirləri postuna, səfirlər və dövlət katibləri vəzifələrinə. “Roma Klubu” vaxtaşırı iclas və konfranslar keçirir. Bunlar, xətərsiz adlarına baxmayaraq, faktiki olaraq işçi komissiyalara çevrilir; onların hər birinə xüsusi tapşırıqlar verilir və onun yerinə yetirilməsi üçün müddət təyin olunur. Fövqəladə vəziyyətlər olmadıqda Komitet 300 çox dəqiq cədvəl üzrə işləyir.
Komitet 300 “Roma Klubu”nun Birləşmiş Ştatlarda ilk konfransını 1969-cu ildə “Roma Klubunun Assosiasiyası” adı altında çağırmışdı. Növbəti görüş 1970-ci ildə “Riverdeyl Dini Tədqiqatlar Mərkəzi” adı altında baş tutdu; ona Tomas Berni rəhbərlik edirdi. Bunun ardınca 1971-ci ildə Texas ştatının Hyuston şəhərində Vudland Konfransı oldu. O vaxtdan mütəmadi konfranslar hər il Vudlandda keçirilir.
Elə həmin 1971-ci ildə “Energetika və Tikinti üzrə Mitçel Korporasiyası” “Roma Klubu” üçün energetika sahəsində strategiya üzrə görüş təşkil etdi– görüşdə dominant təşkil edən mövzu ABŞ-ın YÜKSƏLİŞİNİ MƏHDUDLAŞDIRMAQ olub. Bütün bu fəaliyyətin kulminasiyası 1980-ci ilin iyulunda baş tutan “Gələcəyin problemləri üzrə birinci qıobal konfrans” oldu. Konfransda 4 000 nəfər sosial məsələlər üzrə mütəxəssis və “beyin mərkəzlərinin” üzvü iştirak edirdi. Onların hamısı ya “Roma Klubu”nun bayrağı altında fəaliyyət göstərən təşkilatları təmsil edən, ya da onlarla sıx əməkdaşlıq edən insanlar idi.
“Gələcəyin problemləri üzrə birinci qlobal konfrans” Ağ Evin xeyir-duasını almışdı. Ağ Ev bu konfransın stenoqramları əsasında özünün “1980-ci illərin problemləri üzrə Ağ Evin Komissiyası” adlandırılan konfransını keçirdi. Konfrans “Roma Klubu”nun siyasətini rəsmi olaraq “ABŞ-ın gələcək siyasətinin istiqaməti qismində” məsləhət gördü və hətta o qədər dərinə getdi ki, Birləşmiş Ştatların iqtisadiyyatını industrial fazadan çıxan iqtisadiyyat kimi müəyyən etdi. Bu, ser Piter Vikkers-Hollun və Zbiqnev Bjezinskinin mövzuları ilə eyni səslənir; bir daha təsdiq edir ki, ABŞ-ın daxili və xarici siyasəti Komitet 300-üç nəzarəti altındadır!
Siyasi, iqtisadi və sosial cəhətdən amerikanlar “Roma Klubu”nun planları arasında kəlbətin kimi sıxılmışlar. Hər şey sıravi insanlara qarşı köklənib. Əgər onlar sağ qalmaq istəyirlərsə, onda hökümətlərini Komitet 300-ün ölümcül ağuşundan çıxarmalıdırlar. Komitet 300 Kalvin Kudric Ağ Ev uğrunda namizədliyini irəli sürən vaxtdan hər seçkidən sonra öz agentlərini hökümətdə həlledici postlara yeridə bilirdi, buna görə də prezident postunu kimin tutacağının heç bir fərqi yox idi. Məsələn, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) təlimatları əsasında fəaliyyət göstərən “Beynəlxalq Münasibətlər üzr Şura” (BMŞ) Franklin D.Ruzveltin dövründən etibarən prezidentliyə namizədlərin hamısını çox böyük diqqətlə saf-çürük edir.
1980-ci il seçkilərində ABŞ-ın ən yüksək dövlət vəzifəsinə namizədlərin hamısı “Beynəlxalq Münasibətlər üzrə Şura” tərəfindən seçilmişdi. Buna görə də secki yarışını kimin udacağının sui-qəsdçilər üçün əhəmiyyəti yox idi. “Miras Fondu” və “Beynəlxalq Münasibətlər üzrə Şura” kimi “troya atlarının” xidmətləri sayəsində yeni administrasiyada bütün həlledici postlara “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun irəli sürdüyü adamlar əyləşdirildi. 1960-cı illərdən həmin vaxta qədər də bu postların bir çoxunu NATO və “Roma Klubu”nun tərəfdarları tuturdu; bunun nəticəsidir ki, bütün həlledici siyasi qərarlar öz üzərində, Komitet 300-ün icraedici orqanları kimi çıxış edən, “Roma Klubu” və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın silinməz möhürünü daşıyır.
1984 və 1988-ci illərin seçkiləri də eyni ilə bu cür, əvvəlcədən hazırlanan ssenari üzrə keçirildi. Dövlət katibi Corc Şults Komitet 300-ün bu vəzifəyə namizəd üçün irəli sürdüyü tələblərə tam uyğun gəlirdi. C.Şults həmişə “Beynəlxalq Münasibətlər üzrə Şura”nın aparıcı rəhbəri Henri Kissincerin kreaturası olub. Üstəlik də, Komitet 300-ün həlledici transmilli kompaniyalarından biri olan ”Bechtel” kompaniyasında C.Şultsun tutduğu mövqe ona elə ölkələrə çıxmaq imkanı verirdi ki, başqa halda həmin ölkələr onu Kissincerlə bağlı adam olmaqda şübhəli hesab edə bilərdi. Karter administrasiyası sui-qəsdçilərin həlledici vəzifələrə irəli çəkilməsi prosesini sürətləndirdi. Karterin seçilməsi ərəfəsində onun seçki kampaniyasının əsas strateqi Hamilton Cordan demişdi ki, əgər Sayrus Vens və ya Z.Bjezinski Karter kabinetində yer alarlarsa, onda o, Cordan istefaya gedəcək. Onlar təyin olundular, lakin Cordan istefaya getmədi.
Karterin Pol Volkerlə bağlı seçimi (faktiki olaraq Volkeri təyin etməyi ona Devid Rokfeller əmr etmişdi) ABŞ iqtisadiyatının “Roma Klubu”nun planına uyğun süqutunun başlanğıcı oldu. Sadə amerikanlılar Vahid Dünya Hökümətinin məqsədlərini güdən çox qüdrətli qüvvələrlə üz-üzə qalıblar. Son 45 il ərzində orada insanlara qarşı viranedici və heydən salan müharibə aparılır, ancaq Amerika xalqı onu müharibə kimi qəbul etmir. Beyinlər metodik surətdə və sistematik qaydada yuyulur, odur ki bununla bağlı heç şübhə də yaranmır. Tavistok İnstitutu bunun üçün bütöv bir sistem yaradıb, sonra da onu işə salıb.
Müqavimət göstərmək üçün yeganə vasitə- sui-qəsdçilərin və onlara pərdə kimi xidmət göstərən çoxsaylı təşkilatların ifşa olunmasıdır. Bizə təcrübəli, dəyərsiz irsimizin müdafiəsi strategiyasını hazırlaya bilən insanlar lazımdır– biz bunu itirsək, onu artıq heç vaxt bərpa edə bilməyəcəyik. Biz sui-qəsdçilərin metodlarını öyrənməliyik– öyrənməli və əks tədbirlər hazırlamalıyıq. Ölkəmizi daxildən yeyən çürümənin qarşısını yalnız dağıdıcı əksfəaliyyət proqramı ala bilər.
Bəziləri qlobal sui-qəsdin mövcud olduğu ilə bağlı ideyanı çətinliklə qavrayır, çünki bir çox yazıçı bundan pul qazanır. Bir başqaları belə bir fəaliyyətin qlobal miqyaslarda uğurla aparıla bilməsinin mümkünlüyünə şübhə edir. Onlar hökümətin dəhşətli bürokratiyasını görür və deyirlər: “Yaxşı, biz nə üçün inanmalıyıq ki, ayrıca bir adam hökümətdən çox iş görə bilər?”. Lakin bu vaxt nəzərə alınmır ki, hökümət özü elə sui-qəsdin bir hissəsidir. Onlar aşkar dəlillər istəyirlər, aşkar dəlil əldə etmək isə çox çətindir.
Belə deyənlər də tapılır: “Hə, nə olsun. Mənim sui-qəsdlə nə işim, mən heç səsverməyə də getmirəm”. Amerika əhalisinin əksər hissəsindən məhz bu cür reaksiyaya nail olmaq istəyirlər. Amerika xalqı apatiya və laqeydlik mərəzinə tutulub– bu, 45 il ərzində xalqa qarşı aparılan müharibənin nəticəsidir. Kurt Levinin kitabında bunun necə edildiyi aydın göstərilib, lakin elmi kitabın mütaliəsini əyləncəli ədəbiyyatdan üstün tutan çoxmu insan tapılar? Bizi necə proqramlaşdırırlarsa, biz də məhz o cür reaksiya veririk. Ruh düşkünlüyünə və apatiya girdabına qərq olan insanlar gözlənilmədən meydana çıxaraq bütün problemlərin həllini vəd edən və cəmiyyətdə etibarlı qayda-qanun yaradılacağına, insanların işlə tam təmin olunacağına, daxili ziddiyyətlərin isə minimuma endiriləcəyinə zəmanət verən dahi adamı alqışlamağa həmişə hazırdırlar. Belə bir diktatoru– o isə məhz diktator olacaq– hamı bağrına basmağa hazır olacaq.
Düşmənimizin KİM olduğunu bilmək– bu, bizim üçün ölüm-dirim məsələsidir. Naməlum düşmənlə döyüşmək mümkün deyil. Bu kitabı hərbi-sahə nizamnaməsi kimi istifadə etmək olar. Onun məzmununu öyrənin və bütün adları yadda saxlayın. Bu fəsildə mən “profilləşdirmə” texnikası barədə tez-tez danışmışam. “Profilləşdirmənin” tam izahı növbəti fəsildə verilir. “Profilləşdirməni” öyrənərkən əldə oluna biləcək ən əsas nəticələrdən biri, onun fərd, partiya qrupu, siyasi birlik və s. səviyyəsində necə asanlıqla həyata keçirilə bulməsindən ibarətdir. Bunun necə asan olduğunu dərk edən kimi sui-qəsd bizə artıq nə isə, bizim anlamaq qabiliyyətimizdən kənar olan bir şey kimi görünməyəcək. Bizə prezident Kennedinin niyə öldürüldüyünü, prezident Reyqanın həyatına niyə qəsd olunduğunu başa düşmək asan olacaq” (Con Kelman, “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ”).
Aşağıda NƏZARƏTİ həyata keçirən təşkilatlar barədə danışacağıq.
Profilləşdirmə- bu, “Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu”nun (BİKİ) əmri ilə 1922-ci ildə işlənib-hazırlanan metoddur. Britaniyanın hərbi mütəxəssisi mayor Con Roulinq Riz Susseks Universitetinin tərkibinə daxil olan “İnsan Münasibətləri üzrə Tavistok İnstitutu”nun nəzdində beyinlərin yuyulması üzrə dünyada ən iri idarənin yaradılması barədə göstəriş aldı. Bu idarə “Britaniya Psixoloji Müharibələr Bürosu”nun nüvəsini təşkil etdi. Con Kelman 1970-ci ildə Birləşmiş Ştatları ilk dəfə Riz və Tavistok kimi adlarla tanış edəndə bu, oxucularda demək olar ki, heç bir maraq doğurmadı. Lakin ötən illər ərzində Kelman Tavistokun fəaliyyətini və onun sui-qəsddə rolunu açdıqca, onun erkən tədqiqatlarına təqlidçilik dəbə minməyə başladı və populyar oldu.
“Britaniya Psixoloji Müharibələr Bürosu” Con R.Rizin Böyük Britaniya ordusundan və hərbi əsirlərdən ibarət olan 80 000 “təcrübə dovşanının” üzərində gördüyü işin –onlar çoxsaylı testlərə məruz qalırdılar– nəticələrindən geniş istifadə etmişdi. Məhz Tavistokun sınadığı metodlar Birləşmiş Ştatları İkinci Dünya Müharibəsinə qoşulmağa və d-r Kurt Levinin rəhbərliyi altında MXİ-ni (Məxfi Xidmət İdarəsi)– MKİ-nin xələfini yaratmağa məcbur etdi. Levin “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi”nin rəhbəri təyin edildi. Almaniyada hərbi zavodlara toxunmadan fəhlələrin yaşadıqları yaşayış kvartallarının genişmiqyaslı bombardmanı üzrə Kral Hərbi-Hava Qüvvələri üçün planın işlənib-hazırlanması bu idarənin fəaliyyətinin nəticəsi idi. Hər iki tərəfdəki hərbi zavodlar beynəlxalq bankirlərə məxsus idi və onlar öz aktivlərinin dağıdılmasını istəmirdilər!
Müharibədən sonra NATO Susseks Universitetinə beyinlərin yuyulması üzrə xüsusi mərkəz təşkil etməyi əmr etdi. Bu mərkəz “Britaniya Psixoloji Müharibələr Bürosu”nun bir hissəsi oldu, lakin indi onun tədqiqatları hərbi yox, mülki sahədə tətbiq olunmağa istiqamətlənirdi.
Mülki vətəndaşların yaşadığı yaşayış kvartallarının genişmiqyaslı bombardmanında məqsəd alman fəhlələrinin mənəvi ruhunu qırmaq idi. Bu bombardmanlar alman hərb maşınının dağıdılması məqsədini güdmürdü. Levin və onun aktuarilər komandası belə bir hədəf-göstərici hesablamışdılar: əgər alman fəhlələrinin evlərinin 65 %-i Kral Hərbi Hava Qüvvələrinin gecə bombardmanları ilə dağıdılarsa, onda mülki əhalinin mənəvi ruhu qırılmış olar. Bu məsələ ilə əlaqədar real işçi sənəd “Prudential Assurance Company” sığorta kompaniyası tərəfindən hazırlanmışdı.
XII yazı: Sosiumun geniş miqyaslarda idarə olunması kütləvi informasiya vasitələrindən istifadə etməklə əldə olunur və dəhşətlər insanın şüuruna televiziya vasitəsilə çatdırılır
Kral Hərbi Hava Qüvvələri Levinin bu planını “bombardmançı” Harrisin komandanlığı altında həyata keçirdi. Bu aksiyanın kulminasiyası Drezdenin dəhşətli bombardmanı oldu– bu vaxt 125 000-dən çox insan, əsas etibarilə qoca, qadın və uşaq həlak oldu. “Bombardmançı” Harrisin Almaniyanın mülki əhalisinə qarşı dəhşətli reydləri haqqında həqiqət İkinci Dünya Müharibəsi qurtarandan çox-çox sonralar da hələ ciddi surətdə məxfi saxlanmaqda idi.
“Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi”nin (ONI) yaradılması ilə nəticələnən layihənin ən xırda detallarına qədər işlənən proqramlarını Tavistok hazırlamışdı. “Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi” ABŞ-ın bir nömrəli kəşfiyyat xidmətidir və Mərkəzi Kəşfiyyat İdarəsi onunla müqayisədə sadəcə cırtdan kimi görünür. ABŞ höküməti Tavistokla milyardlarla dollarlıq kontraktlar bağlamışdır. Pentaqonun ölkənin müdafiəsini təşkil etmək üçün hələ də istifadə etdiyi proqramların böyük hissəsini Tavistokun strateji planlaşdırma üzrə mütəxəssisləri işləyib-hazırlamışlar. Bu, Komitet 300-ün ABŞ-ı, onun idarə və təşkilatlarının əksəriyyətini öz ölümcül ağuşunda necə bərk saxladığının daha bir illüstrasiyasıdır!
Tavistok ABŞ-da 30-dan çox tədqiqat institutunu idarə edir. Tavistokun Birləşmiş Ştatlardakı bu institutlarının bir çoxu nəhəng monstrlara çevrilib, onların təsiri bütün dövlət idarələrinin fəaliyyətinə sirayət edib və istənilən siyasətin müəyyən olunmasında aparıcı gücə çevrilməkdədir. Amerikanın həyat tərzini dağıdan tavistoklulardan biri d-r Aleksandr Kinqdir. O, NATO-nun təsisçi-üzvü, Komitet 300-ün favoriti, eləcə də “Roma Klubu”nun çox görkəmli üzvüdür. “Roma Klubu” d-r Kinqə “Müəllimlərin Milli Assosiasiyası” üzərində nəzarəti ələ almaq, bəzi qanunvericilər və məhkəmə hakimləri ilə sıx əməkdaşlıq vasitəsilə Amerikanın təhsil sistemini alt-üst etmək tapşırığını vermişdir.
“Roma Klubu”nun kreaturası olan “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün (FVFA) ilk sınaq Pensilvaniya ştatı, Harrisburqda, Üçmillik Adadakı Atom Elektrik Satansiyası ətrafında yaranan situasiya oldu. İsterikaçı kütləvi informasiya vasitələri bunu dərhal “qəza” adlandırdılar, halbuki bu qəza yox, “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün məqsədli şəkildə yaradılan test vəziyyəti idi. Bu vəziyyətin davamı KİV tərəfindən qızışdırılan kütləvi qorxu və isterika oldu ki, nəticədə insanlar heç bir təhlükəyə məruz qalmadıqları halda “qəza” rayonundan qaçmağa sövq edildi.
Bu, “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin” uğuru kimi nəzərdən keçirilirdi və nüvə əleyhinə çıxış edən qüvvələrin xeyrinə çoxlu xal verdi. Üçmillik Ada “Roma Klubu” adından çıxış edən “Aspen İnstitutu”nun tam nəzarəti altında olan, səxavətlə maliyyələşdirilən, necə deyərlər, “ətraf mühitin müdafiəçiləri” adlandırılanlar üçün başlanğıc nöqtə oldu. Hadisələrin KİV-də işıqlandırılması üçün imkan CBS telekompaniyasından olan, keçmiş Böyük Britaniya kəşfiyyatçısı Uilyam Paley tərəfindən təmənnasız olaraq təqdim olunmuşdu.
“Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik”– İkinci Dünya Müharibəsi dövründəki “Strateji Bombardmanların Planlaşdırılması Idarəsi”nin təbii varisidir. Tovistoklu sui-qəsdçilərin “böhranların idarə olunması” adlandırdıqlarının nəzəriyyəçisi olan d-r Kurt Levin bu tədqiqatlarda fəal iştirak edirdi. Levinlə Tavistok arasında qırılmaz əlaqə mövcuddur və bu əlaqə son 37 il ərzində izlənilir. Levin “Strateji Bombardmanların Planlaşdırılması Idarəsi”nin metodologiyasını xırda və əhəmiyyətsiz dəyişiklərlə “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün tətbiq etdi. Həmin dəyişiklərdən biri təsir göstərilən obyektin əvəz olunmasından ibarət idi: Almaniyanın əvəzində obyekt Birləşmiş Ştatlar olmuşdu. İkinci Dünya Müharibəsi qurtarandan 45 il sonra da Tavistok barmağını tətikdə saxlamaqda davam edir, lakin silah indi Birləşmiş Ştatlara tuşlanmışdır.
Mərhum Marqaret Mid hava bombardmanlarının meydana çıxardığı stresə alman və yapon əhalisinin reaksiyasının öyrənilməsi ilə bağlı Tavistokun bayrağı altında fəal tədqiqatlar aparırdı. D-r İrvinq Yanus layihədə assosiyasiya olunmuş professor qismində iştirak edir, layihə üzərində ümumi rəhbərliyi isə Böyük Britaniya ordusunun briqada generalı rütbəsinədək yüksəldilən d-r Con Roulinq Riz həyata keçirirdi. Tədqiqatın nəticələri “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyə” ötürülmüşdü. İrvinq Yanusun məruzəsi “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin” siyasətinin formalaşmasına böyük təsir göstərdi. Yanus bundan bir müddət sonra həmin tədqiqatın nəticələrini müəllifi olduğu “HAVA MÜHARİBƏSİ VƏ STRESS” kitabında istifadə etmişdi. “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” Üçmillik Adada baş verən böhran zamanı demək olar ki bütövlüklə bu kitabdakı ideyalar üzrə hərəkət edirdi. Yanusun fikri həqiqətən də sadə idi: süni şəkildə böhranlar seriyasını yaratmaq və Levinin terror taktikasına əməl edərək, əhali ilə manipulyasiya etmək– insanlar onlardan nə tələb olunursa, məhz elə də hərəkət edəcəklər.
Bu eksperiment yerinə yetirilərkən Levin nə isə yeni bir şey aşkar etdi: sosiumun geniş miqyaslarda idarə olunması kütləvi informasiya vasitələrindən istifadə etməklə əldə olunur və nüvə müharibəsinin dəhşətləri bu vaxt insanın şüuruna televiziya vasitəsilə çatdırılır. Müəyyən edilmişdi ki, nüvə müharibəsinin dəhşətlərinin dramatikləşdirilməsi üçün qadın jurnalları çox effektlidir. Yanus test keçirdi. Arkanzas ştatının senatoru Deyli Bampersin xanımı Betti Bampers bu testin gedişində “Makkolz” jurnalına bu məsələ barədə məqalə “yazırdı”.
Məqalə “Makkolz” jurnalının 1983-cü il yanvar nömrəsində dərc olunmuşdu. Faktiki olaraq məqaləni missis Bampers yazmamışdı, onun üçün həmin məqalə, bu səpgidə materiallar üzrə ixtisaslaşan tavistoklu bir qrup yazıçı tərəfindən hazırlanmışdı. Publikasiya özlüyündə həqiqəti əks etdirməyən, təhrif olunmuş faktlar, insinuasiyalar, tam şəkildə yalançı ilkin məlumatlara əsaslanan ehtimal və mülahizələrdən ibarət idi. Bampersin məqaləsi Tavistokun çox yaxşı mənimsədiyi psixoloji manipulyasiyanın tipik nümunəsi idi. “Makkolz” jurnalının oxucusu olan heç bir lediyə nüvə maharibəsinin bənzədiyi dəhşətli hadisələrin təsirindən qaçmaq mümkün olmamışdı.
Komitet 300-ün sərəncamında nəhəng bürokratik aparat mövcuddur ki, buna özəl biznesdən tutmuş, hökümət liderlərinə qədər çox geniş spektrdə şəxslərə, təşkilatlara rəhbərlik edən yüzlərlə beyin mərkəzi və rəsmi idarə daxildir. “Almaniya Marşall Fondu”ndan başlayaraq, onlardan bəzilərinin adlarını sadalayacağıq. Onun üzvlərinin sırasına (həmin şəxslər həm də NATO və “Roma Klubu”nun üzvüdür) “Chase Manhattan Bank”dan Devid Rokfeller kimi simalar daxildir. Nüfuzlu “Hanover Trust and Finance Corporation” kompaniyasından Qabriel Heyq. “Ford Fondu”ndan Milton Kats. Sosialist İnternasionalının lideri, KQB-nin agenti və Komitet 300-ün üzvü Villi Brandt. “Avtomobol Sənayesinin Birləşmiş Fəhlələri” Həmkarlarının İcraedici Şurasının sədri İrvinq Blüstoun. Şahzadə Filippin və “Roma Klubu”nun patronajlığı altında fəaliyyət göstərən “Vəhşi Təbiətin Ümumdünya Fondu”nun Amerika şöbəsinin prezidenti Rassel Treyn. CBS proqramlarının prodüsseri Elizabet Midcli. “Russel Sage Foundation” Fondunun direktoru B.R.Gifford. “Aspen İnstitutu”ndan Gvido Qoldman, Komitet 300-ün ekstraordinar üzvü mərhum Averel Harriman , “Karnegi Fondu”ndan Tomas L.Hyüz, “Massaçusets Texnoloji İnstitutu”nun “ümumdünya dinamikasından” Dennis Midouz və Cey Forrester.
Komitet 300 150 ildən artıq mövcud olsa da, o öz indiki formasını təxminən 1897-ci ildə almışdır. O əmrlərini həmişə başqa, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” (BİKİ) kimi pərdə-təşkilatlar vasitəsilə verib. Avropanın işlərinin hansı isə bir super təşkilat tərəfindən idarə edilməli olduğu qərara alınanda BİKİ “Tavistok İnstitutu”nun əsasını qoydu və o da öz növbəsində, NATO-nu yaratdı. NATO beş il ərzində “Almaniya Marşall Fondu” tərəfindən maliyyələşdirilirdi. Komitet 300-ün xarici siyasət orqanı olan “Bilderberq Klubu”nun ən mühüm üzvü çox guman ki Cozef Rettinger olub. Deyilənə görə, “Bilderberq Klubu”nun əsasını qoyan və onun təşkilatçısı məhz Cozef Rettinger olmuşdur. “Bilderberq Klubu”nun hər il keçirilən görüşləri sui-qəsdlərin izi ilə gedən ovçular üçün bir neçə onillik ərzində valehedici tədbir olub.
Rettinger yaxşı təlim keçmiş iezuit rahibi və 33-cü dərəcəli frankmason idi. “Vaşinqton Post” qəzeti üzərində nəzarəti ələ keçirmək məqsədi ilə öz ərinin qətlində şübhəli bilinən missis Ketrin Meyer Qrexem də “Roma Klubu”nun görkəmli üzvü idi. ABŞ-ın ən iri sığorta kompaniyalarından biri, Böyük Britaniyanın Kraliçası Yelizavetanın ailəsi ilə birbaşa bağlı olan “Renk” korporasiyasının tərkibində aparıcı kompaniya sayılan “Həyatın Sığortalanması üzrə Nyu-York Kompaniyası”ndan Pol G.Hoffman da “Bilderberq Klubu”nun görkəmli üzvü olub. “Bilderberq Klubu”nun və “Roma Klubu”nun əsasını qoyan üzvləri arasında, müharibədən sonrakı Almaniyanı siyasi xəritədən silməyə çalışan şəxs –Con C.Makkloy, eləcə də siyahıda sonuncu olsa da, mühümlüyünə görə sonuncu olmayan “Karnegi Korporasiyasından” Ceyms A. Perkinsin də adları vardır.
Seçilmişlərin necə də möhtəşəm kastasıdır! Və buna baxmayaraq yenə də qəribədir ki, son vaxta qədər həqiqi kəşfiyyat xidmətlərindən başqa bu təşkilat haqqında yalnız tək-tük adamın xəbəri var idi. Bu mühüm personaların və onların təmsil etdikləri korporasiyaların, televiziya stansiyalarının, qəzetlərin, sığorta kompaniyalarının, bankların malik olduqları hakimiyyət ən azı iki Avropa ölkəsinin nüfuz və hakimiyyətinə uyğundur və bu, Komitet 300-ün hər yerə sirayət edən və hər şeyi əhatə edən maraqlarının hələ yalnız kiçicik bir hissəsidir.
Yuxarıda göstərilən siyahıda Riçard Qardnerin adı xatırladılmayıb. O, çox tez Komitet 300-ün üzvü olsa da, Romaya xüsusi missiya ilə göndərilmişdi. Qardner Venesiya “Qara Aristokratiyası”nın ən qədim ailələrindən birinin nümayəndəsi ilə evlənməklə Venesiyanın Ağ Evə birbaşa çıxışını təmin etmiş oldu. Mərhum Averell Harriman da Komitetlə Kreml və Ağ Ev arasında birbaşa vasitəçi idi; Harrimanın ölümündən sonra bu funksiya Kissincerə keçdi.
“Roma Klubu”– bu, Komitet 300-ün həqiqətən də qorxunc və çox qüdrətli orqanıdır. Zahirən onun əsas hədəfi ABŞ olsa da, bu qrupun fəaliyyəti Komitet 300-ün başqa orqanları ilə kəsişir, onun amerikalı üzvləri isə Yaponiya və Almaniyadakı “problemlər” üzərində tez-tez işləyirlər.
XIII yazı: Bu gün insanlar təsəvvür etmirlər ki, özlərininki hesab etdikləri rəy faktiki olaraq beyin mərkəzləri və institutlarında yaradılmışdır- KİV-lərin üzərimizə yağdırdıqları informasiya selində bizlərdən heç birimiz öz rəyinə malik olmaq azadlığına malik deyilik
“Nyu-York ştatının müşahidə və identifikasiyası sistemi” məlumatları bütün hüquq-mühafizə orqanlarına və ştatın dövlət idarələrinə təqdim edir. Bu sistem həm kriminal, həm də sosial sahə ilə bağlı fərdi məlumatlara sürətli çıxışı və onların qorunub-saxlanmasını təmin edir. Bu, Komitet 300-ün tipik layihəsidir. Həmin bu “Sistemlərin İnkişafı Korporasiyası”nın apardığı işlərin tam araşdırılmasının zəruriliyi artıq yetişmişdir, lakin indi məqsəd bu deyil. Bir şey aydindır: “Korporasiya” ABŞ konstitusiyası ilə zəmanət verilən hüquq və azadlıqların qorunmasını qarşısına məqsəd kimi qoymur. “Korporasiyanın” Santa-Barbarada, Robert Hatçinsin “Parfenonu” ilə lap yanaşı yerləşməsi necə də əlverişlidir. “Roma Klubu”nun bu idarəsinin dərc etdirdiyi bəzi nəşrlərin siyahısı budur:
“Center Magazine” (“Mərkəz Jurnalı”), “Counterspy” (“Əkskəşfiyyatçı”), “Coventry” (“Koventri”), “Covert Action Information Bulletin” (“Gizlin Əməliyyatların İnformasiya Bülleteni”), “Dissent” (“Parçalanma”, “Dissidentlik”). “Human Relations” (“İnsan Münasibətləri”), “Idustrial Research” (“İndustrial Tədqiqatlar”), “Inquiry” (“Tədqiqat”, “Araşdırma”), “Mother Jones” (“Couns Ana”), “One” (“Tənha”), “Progressive” (“Tərəqqipərvər”), “Raconteur” (“Hekayəçi”), “The New Republic” (“Yeni Respublika), “Working Papers for a New Society” (“Yeni Cəmiyyət Haqqında İşçi Qeydlər”).
Bu, “Roma Klubu”nun bayrağı altında dərc edilən nəşrlərin heç də tam siyahısı deyil. Əslində bu cür nəşrlər yüzlərlədir, praktiki olaraq hər bir təşkilat öz mətbu orqanını təsis edir. “Tavistok İnstitutu” və “Roma Klubu” tərəfindən idarə olunan təşkilatların sayının çox böyük olduğu nəzərə alınarsa, biz burada yalnız natamam siyahı dərc etdirə bilərik. Ən vacib fondlar və beyin mərkəzləri, o cümlədən də ordu beyin mərkəzlərinin bəziləri haqqında aşağıdakı siyahılarda məlumat verilir.
Amerika ordusunun Komitet 300-ün beyin mərkəzləri ilə birlikdə “Yeni Hərbi Taktika” ilə bağlı tədqiqatlara necə dərin cəlb olunduğu Amerika cəmiyyətinə bəlli olsa, o dəhşətə gələrdi. Amerikalılar bilmirlər ki, Komitet 300 1946-cı ildə “Roma Klubu”na beyin mərkəzlərinin inkişafının davam etdirilməsini əmr etmişdir, çünki onlar Komitetin fəlsəfəsini bərqərar etmək üçün özü-özlüyündə yeni vasitədir. Bu beyin mərkəzlərinin Amerikan hərbiçilərinə göstərdiyi təsir (məhz 1959-cu ildən, onlar gözlənilmədən sürətlə çoxalmağa başlayandan sonra) həqiqətən də dəhşətə gətirir. Şübhə yoxdur ki, onlar XX əsrin sonları üçün bu ölkənin cari idarəsində daha böyük rol oynayacaq.
“MONT PELERİN CƏMİYYƏTİ”. Mont Pelerin özü ilə elə bir iqtisadi fond təcəssüm etdirir ki, onun təyinatı yanlış iqtisadi nəzəriyyyələrin yayılmasından və qərb dünyası iqtisadçılarının bu fondun vaxtaşırı ortaya atdığı modellərə əməl etməsi üçün onlara təsir göstərməkdən ibarətdir. Fon Hayek və Milton Fridman bu fondun çox görkəmli praktikləridir.
“HUVER İNSTİTUTU”. Başlanğıcında kommunizmlə mübarizə üçün yaradılan institut tədricən, lakin dönməz olaraq sosializmə tərəf döndü. Onun illik büdcəsi 2 milyon dollardır və bu vəsait Komitet 300-ün bayrağı altında fəaliyyət göstərən kompaniyalar tərəfindən verilir. İnstitut indi diqqətini “sülh dəyişiklikləri” üzərində cəmləyib, əsas diqqəti silahlanma və ABŞ-ın daxili problemləri üzərində nəzarətə yönəldir. Kütləvi informasiya vasitələrində mühafizəkar mövqe tələb olunanda institut tez-tez baxışlarından istifadə edilən “mühafizəkar” təşkilat kimi təqdim olunur. Lakin “Huver İnstitutu” heç də belə deyildir və 1953-cü ildə onun üzərində nəzarət “Roma Klubu” ilə sıx bağlı olan qrupun sərəncamına keçəndən sonra institut Vahid Dünya Hökümətinin – Yeni Dünya Nizamının “arzuolunan” siyasətinin ruporuna çevrilmişdir.
“MİRAS FONDU”. Əsası pivə maqnatı Cozef Kurs tərəfindən mühafizəkar beyin mərkəzi kimi qoyulan fond tezliklə “Roma Klubu”nun rəhbərliyi altında fəaliyyət göstərən fabiançı Ser Piter Vikkers-Holl, Stüart Batler, Stiven Eyzli, Robert Moss və Fridrix Fon Hayekin nəzarəti altına keçdi. Bu idarə britaniyalı leyboristlərin lideri Entoni Vedjvud Bennin “Reyqanın tetçerləşdirilməsi” əmrinin yerinə yetirilməsində əsas rol oynamışdı. “Miras Fondu” sözsüz ki mühafizəkar təşkilat deyil, hərçənd zaman-zaman belə təəssürat yarada bilər.
“İNSANIN İMKANLARININ TƏDQİQAT İDARƏSİ” (HUMRO). Bu, “psixotexnologiyalar” sahəsində işləyən hərbi-tədqiqat idarəsidir. Personalının böyük hissəsi Tavistokda hazırlıq keçmişdir. “Psixotexnologiya” əsgərlərin motivasiyası, ordunun döyüş ruhu və rəqibin istifadə etdiyi musiqi kimi sahələri əhatə edir. Corc Oruellin “1984” adlı kitabında yazdıqlarının faktiki olaraq böyük hissəsi heyrətamiz şəkildə HUMRO-nun öyrətdiklərinə oxşayır. 1969-cu ildə Komitet 300 bu mühüm idarə üzərində nəzarəti ələ aldı və onu “Roma Klubu”nun bayrağı altında fəaliyyət göstərən özəl qeyri-kommersiya təşkilatına çevirdi. Bu, insanın davrınışının tədqiqatı üzrə ABŞ-da ən iri qrupdur.
Onun fəaliyyət göstərdiyi sahələrdən biri kiçik qrupların stress vəziyyətlərində öyrənilməsidir. HUMRO hərbiçilərə öyrədir ki, əsgər sadəcə öz silah-sursatının davamıdır; bu ideya ABŞ ordusunda çox geniş tətbiq olunan “insan-silah” və “insan keyfiyyətlərinin idarə olunması” sistemlərinin işlənib-hazırlanmasına böyük təsir göstərmişdir. HUMRO ordunun davranışına çox güclü təsirə malikdir. Onun insan şüurunun sarsıdılması üzrə metodları birbaşa Tavistokdan gəlir. Ehtimal olunur ki, HUMRO-nun tətbiqi psixologiya kursları hərbi rəhbərlərə insanı silah kimi işləməyə necə məcbur etməyi öyrətməlidir. İraqla müharibədə əsgərlərin öz səhra nizamnamələrini veclərinə almayaraq, 12 000 İraq əsgərini diri-diri basdırmaları faktı bunun bariz nümunəsidir.
Beyinlərin yuyulmasının bu növü dəhşətli dərəcədə təhlükəlidir, çünki bu gün o orduya tətbiq edilir. Ordu onu münlərlə “düşmən” əsgərini vəhşicəsinə öldürmək üçün tətbiq edir, sabah isə orduya deyiləcək ki, “düşmən” hökümətin siyasətinə qarşı olan mülki əhali qruplarıdır. Amerika- artıq indi beyinləri yuyulmuş düşüncəsiz qoyun sürüsüdür, ancaq demə, HUMRO şüurun sarsıdılması və onun idarə olunması işini bir addım da irəlilədə bilər. HUMRO– bu, Tavistokun qiymətli əlavəsidir və HUMRO-nun bir çox məsləhəti Fars körfəzində aparılan müharibədə istifadə olunmuşdu. Bu, özlərini amansız və əzazil qatil kimi aparan Amerika əsgərlərinin, amerikalı döyüşçünün ənənəvi konsepsiyasına qətiyyən uyğun olmayan davranışının izahını əhəmiyyətli dərəcədə asanlaşdırır.
“TƏDQİQAT VƏ ANALİTİK KORPORASİYA”. “1984” kitabı ruhunda HUMRO-nun ekizi olan bu təşkilat Virciniya ştatının Maklin şəhərində yerləşir. Əsası 1948-ci ildə qoyulmuşdur. Komitet 300-ün nəzarəti altına 1961-ci ildə, o “Cons Hopkins Universitetinin” bir hissəsi olan vaxt keçmişdir. Korporasiya 600-dən çox layihə, o cümlədən də zəncilərin orduya inteqrasiyası, nüvə silahının taktiki istifadəsi, psixoloji müharibələrin aparılması və əhali kütlələrinin idarə olunması proqramları üzrə işlər aparmışdır.
Əlbəttə, iri beyin mərkəzləri hələ çoxdur və gedişatda biz onları nəzərdən keçirəcəyik. Beyin mərkəzlərinin əslində gördükləri işlə dövlət və ictimai siyasətə çevrilən proqramlar arasında əməkdaşlığın ən mühüm sahələrindən biri “pollsterlər” (pollsters)– ictimai rəyin öyrənilməsi üzrə kompaniyalardır. Sui-qəsdçilərə lazım olan ictimai rəyi məhz bu kompaniyalar formalaşdırır. CBS, NBC, ABC telekompaniyaları, “Nyu-York Tayms”, “Vaşinqton Post” qəzetləri daim seçicilərə təsir göstərir. Bu səylərin əhəmiyyətli hissəsi “İctimai Rəyin Tədqiqatı Milli Mərkəz” tərəfindən əlaqələndirilir. Bizim çoxumuzu heyrətə gətirəcək ki, bu mərkəzdə bütün millət üçün psixoloji şablon işlənib hazırlanmışdır.
Əldə olunan məlumatlar müqayisəli qiymətləndirilmə üçün “Gellap Poll” və “Yankeloviç, Skelli və Uayt” kompaniyalarının kompüterlərinə daxil edilir. Qəzetlərdən oxuduğumuzun və ya televiziyadan gördüklərimizin bir çoxu əvvəl ictimai rəyin öyrənilməsi üzrə kompaniyalar tərəfindən süzgəcdən keçirilir. BİZ YALNIZ “POLLSTERLƏRİN” BİZƏ OXUMAĞA VƏ GÖRMƏYƏ İCAZƏ VERDİKLƏRİNİ OXUYUR VƏ GÖRÜRÜK. Bu, “ictimai rəyin formalaşdırılması” adlanır. Bu cür sosial təsirin mahiyyəti, bütövlükdə cəmiyyətin Komitet 300-ün hazırladığı SİYASİ DİREKTİVLƏRƏ necə reaksiya verdiyini öyrənməkdən ibarətdir. Bizi “hədəfə alınan əhali qrupları” adlandırır, “pollsterlər” isə “Axşam xəbərlərində” verilənlərə müqavimət dərəcəsini qiymətləndirirlər. Aşağıda bu yalançı praktikanın necə işə salındığını və buna görə kimin məsuliyyət daşıdığını göstərəcəyik.
Bütün bunlar Tavistokda çox böyük dəqiqliklə hazırlanan ictimai rəyin formalaşdırılması prosesinin bir hissəsidir. Bu gün insanlar hesab edirlər ki, onlar yaxşı məlumatlıdırlar. Ancaq onlar təsəvvür belə etmirlər ki, onların özlərininki hesab etdikləri rəy faktiki olaraq Amerikanın beyin mərkəzləri və institutlarında yaradılmışdır, KİV və “pollsterlərin” üzərimizə yağdırdıqları informasiya selində bizlərdən heç birimiz öz rəyinə malik olmaq azadlığına malik deyilik.
İctimai rəyin formalaşdırılmasının incəsənətə çevrilməsi məhz elə ABŞ İkinci Dünya Müharibəsinə daxil olduğu ərəfədə baş vermişdi. Heç özlərini əməlli-başlı tanımayan amerikalıları Almaniya və Yaponiyaya təhlükəli, qarşıları mütləq alınmalı olan düşmən kimi baxmağa məcbur etdilər. Müəyyən mənada bu düzgün idi və məhz bu, idarə olunan təfəkkürü daha da təhlükəli edir, çünki insanlara verilən İNFORMASİYANIN nəticəsində Almaniya və Yaponiya həqiqətən də düşmən oldu. Lap bu yaxınlarda amerikalıları İraqı təhlükə mənbəyi, Səddam Hüseyni isə Birləşmiş Ştatların şəxsi düşməni kimi qəbul etməyə məcbur edəndə, dünya ictimaiyyəti şüura təsir etmə prosesinin necə yaxşı işlədiyini gördü.
Şüura belə təsir etmə prosesi texniki cəhətdən “təsir göstərilməli olan şəxslərin hiss orqanlarına çatan xəbər” kimi qələmə alınır. Ən hörmətli “pollsterlərdən” biri, Komitet 300-ün üzvü, “Yankeloviç, Skelli və Uayt” kompaniyasında çalışan Daniel Yankeloviçdir. Yankeloviç öz tələbələrinə qürurla bildirir ki, “ictimai rəy sorğusu”– bu, ictimai rəylə manipulyasiya alətidir, hərçənd bu məsələdə o, orijinal deyil. Yankeloviç bu ideyanı Con Neysbitin, “Roma Klubu” tərəfindən sifariş edilən “TENDENSİYALAR HAQQINDA MƏRUZƏ” (“Trend Report”) kitabından əxz etmişdir.
Neysbit bu kitabda Komitet 300 üçün arzuolunan ictimai rəyin formalaşdırılması üçün istifadə olunan bütün metodları qələmə alır. İctimai rəyin formalaşdırılması– bu, OLİMPİYAÇILARIN tacında olan brilliantdır. Başqa sözlə, onların əmrlərinə müntəzir olan minlərlə sosioloq və “yeni elm” üzrə mütəxəssisin, onların sərəncamında olan kütləvi informasiya vasitələrinin köməyi ilə ümumiyyətlə istənilən məsələ ilə bağlı YENİ ictimai rəyi bütün dünyada haradasa ikicə həftə ərzində yaymaq olar.
Onların nökəri Corc Buşa İraqda müharibə başlamaq əmr ediləndə məhz elə bu da baş vermişdi. İki həftə ərzində təkçə ABŞ yox, həm də demək olar bütün dünya İraqa və onun prezidenti Səddam Hüseynə qarşı kökləndirildi. Bu dirijorlar və kütləvi informasiya vasitələrindəki manipulyatorlar birbaşa “Roma Klubu”nun, “Roma Klubu” isə öz növbəsində Komitet 300-ün tabeçiliyindədir. Komitet 300-ün yuxarı başında isə, bir-biri ilə sıx bağlı olan minlərlə korporasiyadan - onlar heç vaxt vergi ödəmir və heç kimin qarşısında hesabat vermirlər; onlar bizim gündəlik həyatımızı demək olar bütünlüklə idarə edən fondlar vasitəsilə özlərinin tədqiqat idarələrini maliyyələşdirirlər– ibarət olan nəhəng şəbəkəni idarə edən İngiltərə Kraliçası əyləşir.
XIV yazı: Beynimiz elə bir dərəcədə yuyulmuşdur ki biz bir millət olaraq hökumətimizin çıxardığı istənilən qeyri-qanuni aktı demək olar sorğu-sualsız qəbul edirik
Özünün bir-biri ilə qarşılıqlı surətdə bağlı olan kompaniyaları, sığorta biznesi, bankları, maliyyə korporasiyaları, neft şirkətləri, qəzetləri, jurnalları, radio və televiziyası ilə birlikdə Nəhəng Aparat Amerikanı və qalan bütün dünyanı sözün əsl mənasında yəhərləyib minmişdir. Vaşinqtonda bir siyasətçi belə yoxdur ki, bu və ya digər formada ona məxsus olmasın. Sollar onu “imperializm” adlandıraraq tənqid edir və bu həqiqətən də belədir, lakin sağları idarə edən adamlar elə solları da idarə edir. Odur ki, sollar bizdən heç də çox azad deyillər!
Şüura təsir göstərilməsi ilə məşğul olan alimlər “sosial mühəndislər” və ya “yeni sosial elmin mütəxəssisləri” adlandırılır. Onlar bizim gördüklərimizə, eşitdiklərimizə və oxuduqlarımıza əhəmiyyətli dərəcədə təsir göstərir. Sosial mühəndislərin köhnə məktəbini Kurt K.Levin, professor Hedli Kantril, Marqaret Miz, professor Dervin Kartrayt və professor Lipsit təmsil edirdi. Bu adamlar Con Roulinq Rizlə birlikdə “Tavistok İnstitutu”nda “yeni elm üzrə mütəxəssislərin” nüvəsini təşkil edirdilər.
İkinci Dünya Müharibəsi dövründə yüz nəfərdən çox tədqiqatçı Kurt Levinin rəhbərliyi altında qul kimi işləyərək Es-Es-Çi Reynxard Heydrixin metodlarının surətini çıxarırdı. ABŞ Məxfi Xidmət İdarəsi (MXİ) Heydrixin metodologiyası əsasında yaradılmışdı və bu idarə, artıq bildiyimiz kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xələfi olub. Bütün bunların mahiyyəti ondan ibarətdir ki, Böyük Britaniya və ABŞ bizi Yeni Dünya Nizamına gətirmək üçün mexanizmə artıq malikdirlər və bu mexanizm 1946-cı ildən mövcuddur. Hər il yalnız yeni-yeni təkmilləşdirmələr əlavə olunur.
İndiyə qədər görünməmiş nəzarət mexanizmi və şəbəkəsini məhz Komitet 300 yaratmışdır. Bizi itaətdə saxlamaq üçün zəncir və ip gərək deyil. Baş verə biləcəklərin qarşısında qorxu hissimiz, bizi bağlayıb saxlamaq üçün tələb olunan fiziki vasitələrdən qat-qat effektlidir. Amerikanlar kimi bizim beyinlərimizi yuyublar ki, konstitusiya ilə verilən silah gəzdirmək hüququmuzdan imtina edək; BMT-yə xarici siyasətimiz, BVF-yə isə vergi və monetar siyasətimiz üzərində nəzarət etməyə icazə verək; prezidentin qanunu pozmasına, başqa ölkəyə hücum etməsinə və onun dövlət başçısını oğurlamasına göz yumaq. Bir sözlə, beynimiz elə bir dərəcədə yuyulmuşdur ki biz bir millət olaraq hökümətimizin çıxardığı istənilən qeyri-qanuni aktı demək olar sorğu-sualsız həzm etməyə hazırıq və belə də edirik.
Con Kelman: “Mənə gəlincə isə, bilirəm ki, biz ölkəmizi Komitetin istibdadından qoparmaq üçün tezliklə döyüşməli olacağıq, əks təqdirdə biz onu həmişəlik itirəcəyik. Lakin iş buna çatanda əlinə silah alan çoxmu olacaq? 1776-cı ildə Kral III Georqa qarşı əhalinin yalnız 3 %-i əlinə silah almışdı. Bu gün 3 % qətiyyən bəs etməyəcək. Biz özümüzün dalana salınmağımıza imkan verməməliyik! Çünki hər yerə sirayət edən təzyiqə sadəcə, tab gətirməyib təslim olmağımız və həyati dərəcədə vacib məsələlərin əksəriyyətinin həllindən ümumiyyətlə qaçmağımız üçün bizi çox mürəkkəb problemlərlə toqquşdurub, şüurumuzla manipulysiya edənlər bizim üçün məhz bunu planlaşdırırlar.
Biz Komitet 300-ə daxil olanların adlarını çəkəcəyik. Lakin bundan əvvəl Komitet 300-ün nəzarəti altında olan mühüm idarə, kompaniya və bankların hamısının qarşılıqlı sıx və mürəkkəb əlaqəsini nəzərdən keçirmək vacibdir. Biz onları dəqiq müəyyən etməliyik, çünki kimin yaşayacağı, kimin isə “faydasız yeyən” kimi məhv ediləcəyi, Allaha harada dua edəcəyimiz, nə geyinməli və nəyi yeməli oduğumuz barədə qərarı məhz həmin adamlar verir. Bjezinskiyə görə, innən belə və həmişəlik olaraq biz ildə 365 gün ərzində saatbasaat sayıq müşahidə altında olmalıyıq.
İldən-ilə daha çox insan anlayır ki, bizə daxildən xəyanət ediblər. Bunu daha çox sayda vətəndaşımızın anlaması yaxşı haldır, çünki biz bəşəriyyətin düşmənlərini yalnız BİLİK (knowledge)– bu söz isə İNAM (belief) sözündən əmələ gəlib - sayəsində məğlub edə bilərik. Bizim diqqətimizi Kreml kabusu ilə yayındırdıqları vaxt ərzində “troyan atı” Vaşinqtonda mövqe tutmuşdur. Bu gün azad insanları hədələyən ən böyük təhlükə Moskvadan yox, Vaşinqtondan gəlir. Əvvəl DAXİLİ DÜŞMƏNİ dağıtmalıyıq və biz yalnız bundan sonra kommunizmi, onu müşayiət edən bütün “izmlərlə” birlikdə, yer üzündən silmək məqsədilə hücum təşkil etmək üçün kifayət qədər güclü olacağıq.
Karter administrasiyası iqtisadiyyatımızın və hərbi qüdrətimizin dağıdılmasını sürətləndirdi; hərbi qüdrətimizin dağıdılması “Roma Klubu” və “Lüsis Trastın” (Lucis Trust) üzvü Robert S.Maknamara tərəfindən başlanmışdı. Öz vədlərinə xilaf çıxan Reyqan Karterin qurtardığı yerdən başlayaraq industrial bazamızın dağıdılmasını davam etdirdi. Müdafiə potensialımızı tələb olunan səviyyədə saxlamaq vacib olsa da, industrial bazamız zəif olduğundan bunu edə bilmirik; yaxşı inkişaf etmiş hərbi-sənaye kompleksi olmadan biz həyatqabiliyyətli müdafiə sisteminə malik ola bilmərik. Komitet 300 bunu anlayır və 1953-cü ildən postindustrial sıfır həddində artım siyasətini işə salmışdır. Hazırda bu siyasət tam çiçəklənən dövründədir.
“Roma Klubu” sayəsində bizim texnoloji potensialımız Yaponiya və Almaniya səviyyəsindən aşağı düşmüşdür bu həmin ölkələrdir ki, İkinci Dünya Müharibəsində biz onların üzərində sanki qələbə çalmışıq. Bəs bu necə baş vermişdir? D-r Aleksandr Kinq tipli insanlar və ağlımızın kor edilmiş vəzyyətdə olması üzündən təhsil və hazırlıq sistemimizin dağıdıldığını vaxtında dərk edə bilmədik. Kor olmağımızın nəticəsidir ki, özümüzü dünyanın industrial ölkələri sırasında saxlamaq üçün kifayət edəcək sayda mühəndis və alim artıq hazırlamırıq. Amerikada çox az insanın tanıdığı bir adam olan d-r Kinqin sayəsində ABŞ-da təhsil 1786-cı ildən bu yana ən aşağı səviyyədədir. “Ali Təhsil İnstitutu”nun statistikası göstərir ki, hazırda ABŞ-da yuxarı sinif şagirdləri arasında mütaliə və yazı yazmaq bacarığı 1786-cı ildəki uşaqlara nisbətən AŞAĞIDIR.
İndi qarşılaşdığımız hal yalnız müstəqilliyimizin və millətmizin əsasının deyil, bundan qat-qat pis – ruhumuzun itirilməsinin mümkün olmasıdır. Respublikamızın üzərində qurulduğu dayaqların ardıcıl dağıdılması boşluq yaradır, hər cür okkulist və satanistlər öz mənəvi surroqatları ilə bu boşluğu doldurmağa cumublar. Bu həqiqəti dərk etmək və qiymətləndirmək çətindir, çünki bütün bunlar GÖZLƏNİLMƏDƏN baş verməyib. Əgər gözlənilməz təlatüm, mədəni və dini şok yaşamış olsaydıq, onda bu bizi silkələyib apatiyadan çıxarardı” (Con Kelman, “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ”.
Lakin hər şey tədriçən baş verir– fabiançılğın mahiyyəti məhz bundadır– və bu həyacan təbili vurmağa imkan vermir. Amerikalıların böyük əksəriyyəti qələmə alınan bütün bunlarda MOTİVASİYA görə bilmədiyindən bunu dərk edə bilmir və ona görə də sui-qəsdə barmaqarası, çox vaxt da ironiya ilə baxırlar. İnsanların hər gün onlara təqdim olunan yüzlərlə imkandan özləri üçün ən sərfəlisini seçməli olduqları vəziyyətə salınması yolu ilə ölkədə dolaşıq situasiya yaradılmışdır. Biz gəlib elə bir vəziyyətə çatmışıq ki, motivasiya kifayət qədər aydın ifadə olunmasa, istənilən informasiya rədd ediləcəkdir.
“Bu, sui-qəsd zəncirində eyni zamanda həm zəif, həm də güclü halqadır. İnsanların əksəriyyəti aydın motivləri hiss olunmayan hər şeyi rədd edir. Buna görə də sui-qəsdçilər özlərini tam təhlükəsizlikdə hiss edir və dövlətçiliyimizin, eləcə də şəxsi həyatımızın üzərinə yeriyən böhrana işarə edən hər kəsi gülüş hədəfinə çevirirlər. Lakin əgər həqiqəti kifayət qədər çox sayda insana çatsa, onda şüurun motivasion qapanması zəifləyəcək və əvvəl-axır kənara atılacaqdır. Bu ona görə baş verəcək ki, getdikcə daha çox adam həqiqəti biləcək, geniş yayılan “Amerikada bu mümkün deyil” bəhanəsi isə öz qüvvəsini itirəcəkdir.
Komitet 300 ümidlərini insanların ləng reaksiyasına bağlayır, bu reaksiyanı özünün yaratdığı hadisələrə istiqamətləndirir. Nə qədər ki, millətlər buna indi olduğu kimi reaksiya verəcəyik, o bundan peşiman olmayacaq. Yaradılan böhranlara reaksiya sui-qəsdçilərin aşkara çıxarılması, onların planlarının ifşa edilməsi yolu ilə ADEKVAT cavablara çevirməli və bunu elə edilməlidir ki, hər şey ictimaiyyətə bəlli olsun. “Roma Klubu” BARBARLIĞA KEÇİDİ artıq həyata keçirmişdir. Nə vaxtsa “bizi göylərə qaldıracaqlarını” gözləmək əvəzinə, onlar bizi “YENİ QARANLIQ ZƏMANƏNİN” məhbuslarına çevirmək məqsədlərinə çatana qədər, biz Komitet 300-ü dayandırmalıyıq. Ümidləri Allaha bağlamaq lazım deyil, ÖZÜMÜZƏ ÜMİD ETMƏLİYİK. Biz zəruri olan işləri görməliyik.
Con Kelmanın öz kitabında təqdim etdiyi informasiyanın hamısı qətiyyən heç bir şübhə doğurmayan kəşfiyyat mənbələrinə əsaslanır və uzun illər ərzində aparılan təhqiqatlar nəticəsində əldə olunmuşdur. Burada heç nə şişirdilmir. Hər şey tamamilə dəqiqdir və faktlarla təsdiq olunub. Odur ki, düşmənlərin bütün bunların guya “dezinformasiya” olduğu ilə bağlı insinuasiyalarına aldanmayın. Son iki onillik ərzində Kelmanın təqdim etdiyi informasiya çox dəqiq olmuş və onlar bir çox sirrli hadisəni izah etməyə imkan vermişdir. Ümid edirəm ki, bizim də millətimizi hədəfə alan sui-qəsdçi qüvvələr bu kitab sayəsində daha yaxşı, daha aydın, daha geniş dərk olunacaq. Bu ümid artıq həyata keçir, çünki getdikcə daha çox gənc insan ƏSLİNDƏ nəyin baş verdiyi ilə bağlı suallara cavab və həqiqəti axtarmağa başlayır. İnsanlara dərk etmək çətindir ki, bu sui-qəsdçilər realdır və onların əllərində olan hakimiyyət mənim və bir çox başqa yazıçıların bu haqda yazdığımız qədərdir.
Bir çoxları sual edir ki, bizim hakimiyyət bu dəhşətli sivilizasiyanı kənarlaşdırmaq üçün niyə heç nə etmir? Çətinlik ondan ibarətdir ki, hakimiyyətin özü problemin, sui-qəsdin BİR HİSSƏSİDİR və bu Buşun hakimiyyəti dövründə olduğu qədər aydın heç yerdə və heç vaxt özünü büruzə verməmişdi. Əlbəttə, prezident Buş Komitet 300-ün dünya xalqları üçün hansı qəsddə durduğunu dəqiq bilir. BUŞ ONA İŞLƏYİR. Müxalifətçilər isə belə deyirlər: “Bizə elə gəlirdi ki, hökümətlə mübarizə aparırıq”. Bu, əlbəttə, belədir, lakin hökümətin arxasında elə qüdrətli və elə geniş əhatəli qüvvə durmuşdur ki, kəşfiyyat xidmətləri “Olimpiyaçılar” haqqında hətta pıçıltı ilə danışmağa belə cəsarət etmirlər.
XV yazı: Artıq nəticə göz qabağındadır- boşanma halları ittiham doğurmur, özünəqəsdlər sürətlə artsa da heç kəsi heyrətləndirmir, seksual biabırçılıqlar adi təzahürlər olub və az-cox kəskin heç bir etiraza səbəb olmur
Komitet 300-ün varlığının sübutu, ona məxsus olan və onun idarə etdiyi çoxsaylı güclü təşkilatların mövcud olmasıdır. Burada həmin idarələrin ən mühümlərinin bəziləri sadalanmışdır. Onların hamısının üzərində BÜTÜN BEYİN MƏRKƏZLƏRİ VƏ TƏDQİQAT İDARƏLƏRİNİN ANASI– yüzlərlə “filialdan” ibarət geniş şəbəkəsi ilə birlikdə “TAVİSTOK İNSAN MÜNASİBƏTLƏRİ İNSTİTUTU” durur.
“STENFORD TƏDQİQAT İNSTİTUTU” (STİ) 1946-cı ildə “Tavistok İnsan Münasibətləri İnstitutu” tərəfindən yaradılmışdır. Stenford Mərkəzi Robert O.Andersona və onun ARCO neft kompaniyasına kömək etmək üçün yaradılmışdı. Komitet 300-ün Şimali Alyaska nefti üzərində mülkiyyət hüququnu əldə etməsini Anderson təmin etmişdi. Mahiyyət etibarilə, bu iş Andersonun “Aspen İnstitutu” üçün həddindən artıq böyük idi, buna görə də yeni mərkəzin yaradılmasına ehtiyac meydana çıxdı və bu yaradıldı. Həmin yeni mərkəz “Stenford Tədqiqat İnstitutu” idi. Alyaska öz hüquqlarını 900 milyon dollara satmışdı ki, bu Komitet 300 üçün nisbətən elə də böyük məbləğ deyildi. Alyaskanın qubernatorunu kömək və konsultasiya almaq üçün STİ-yə cəlb etdilər. Bu təsadüfün yox, dəqiq planlaşdırmanın və dərin təsiretmənin nəticəsi idi.
Qubernatorun kömək haqqında çağırışına cavab olaraq “Stenford Tədqiqat İnstitutu”nun 3 əməkdaşı Alyaskada idarə təşkil etdi, onlar burada Alyaska ştatının katibi və ştatın Planlaşdırma İdarəsinin rəhbəri ilə görüşdü. STİ komandasına başçılıq edən Frensis Qrixan qubernatoru inandıra bildi ki, STİ zəngin neft yatağının istismarı problemini etibarlı şəkildə həll edəcək. Təbii ki, Qrixan bu söhbətlərdə Komitet 300 və ya “Roma Klubu” barədə heç nə deməmişdi. Qrixan bir aydan da az bir müddət ərzində sayı yüz nəfərlərlə olan iqtisadçılardan, alim-neftçilərdən və “yeni elm” üzrə mütəxəssislərdən ibarət komanda yığdı. STİ-nin qubernatora məruzəsi 88 səhifədən ibarət idi.
Alyaskanın qanunverici məclisi bu təklifi praktiki olaraq dəyişiksiz qəbul etdi. Qrixan həqiqətən də Komitet 300 üçün əhəmiyyətli dərəcədə çox iş görmüşdür. Azdan başlayaraq, STİ 4 000 nəfər ştatı və 160 milyon dollardan çox büdcəsi olan bir idarəyə qədər böyüdü. Onun prezidenti Çarlz A.Anderson vəzifədə olduğu dövrdə bu böyümənin şahidi idi. STİ-nin “Sosial Siyasətin Öyrənilməsi üzrə Mərkəzinin” direktoru professor Uillis Harmon da bunun şahidi olmuşdu. Bu Mərkəzdə yüzlərlə “yeni elmlər üzrə mütəxəssis” çalışırdı, özü də həlledici əməkdaşların əksəriyyəti bura Tavistokun London filialından keçirilmişdi. Onlardan biri Böyük Britaniya kəşfiyyatının agenti David Sarnoff idi. O, 25 il ərzində Harmon və onun komandası ilə sıx bağlı olub. Sarnoff Susseksdəki baş institutun müəyyən mənada “keşikçi iti” kimi bir şey idi.
“Stenford Tədqiqat İnstitutu” (STİ) bildirir ki, İsrail və ərəblərin, Cənubi Afrika və Liviyanın sifarişlərini yerinə yetirərkən işləmək üçün qəbul etdiyi layihələrə mənəvi cəhətdən qiymət vermir. Lakin təsəvvür etmək asandır ki, bu cür münasibət ona xarici hökümətlərlə dayanıqlı gizlin əlaqələri uğurla qurmağa imkan verir və Mərkəzi Kəşfiyyat İdarəsi bunun çox faydalı olduğuna inanır. STİ-nun nümayəndəsi Gipson Cim Ridcuey “BAĞLI KORPORASİYA” adlı kitabında “Stenford Tədqiqat İnstitutu”nin ayrı-seçkilik qoymayan belə mövqeyini tərifləyir. “Federal Kontraktların Tədqiqat Mərkəzinin siyahılarına daxil edilməsə də, STİ bu gün özü ilə “Rend Korporasiyası” və “Hudzon İnstitutu” korporasiyalarını geridə qoyan çox iri hərbi beyin mərkəzini təcəssüm etdirir. STİ-nin xüsusi bölmələri arasında kimyəvi və bakterioloji müharibələrin aparılması üzrə eksperimental mərkəzlər də vardır.
“Stenfor Tədqiqat İnstitutu”nun fəaliyyətinin ən təhlükəli növlərindən biri mülki əhalinin qiyamlarının yatırılması üzrə əməliyyatlardır- hökümət “1984” kitabının ruhunda olan məhz bu cür işləri artıq öz vətəndaşlarına qarşı istifadə edir. ABŞ höküməti bu cür çox mübahisəli “tədqiqatlara” görə STİ-yə hər il milyonlarla dollar ödəyir. STİ-də kimyəvi silahlarla keçirilən eksperimentlərə qarşı tələbə etirazlarından sonra “Stenford Tədqiqat İnstitutu” özünü 25 milyon dollara özəl qrupa “satdı”. Əlbəttə, reallıqda heç nə dəyişməyib- STİ Tavistokun layihəsi olaraq qalmaqda davam edir və hələ də Komitet 300-ün mülkiyyətidir. Lakin sadəlövh insanlar deyəsən, bu cür, heç bir əhəmiyyət kəsb etməyən kosmetik dayişikliklərlə qane olub.
1958-ci ildə nə isə tamamilə yeni bir şey peyda oldu. Müdafiə Nazirliyinin kontraktlı sifarişlərini yerinə yetirən agentlik– “Ən Yeni Tədqiqatlar və Məhsullar İdarəsi” (ARPA) tamamilə məxfi bir təkliflə STİ-yə müraciət etdi. Pentaqonun nümayəndəsi Con Foster “Stenford Tədqiqat İnstitutu”na ABŞ-ın “texnoloji sürprizlərdən” müdafiəsi proqramını işləyib hazırlamağı təklif etdi. Fosterin yaratmaq istədiyi proqramda ətraf mühitin özü bu şəraitdə silaha çevrilməli idi. Başqa sözlə, o, vulkan püskürməsi və ya zəlzələ yarada biləcək xüsusi mərmilərə yiyələnmək istəyirdi. Bundan başqa, o, həm də potensial rəqiblərin davranışlarının mümkün modellərinin tədqiq olunmasını, eləcə də yeni silah növlərinin istehsalında istifadə oluna biləcək yeni mineralların və metalların yaradılmasını planlaşdırırdı. Layihə STİ-də “Şeyki” kod adı altında qəbul edilmişdi.
“Şeyki”nin çox böyük elektron beyini bir çox komandaları yerinə yetirə bilirdi. Layihənin kompüterləri STİ üçün İBM kompaniyası tərəfindən xüsusi konstruksiya əsasında yığılmışdı. “İnsanın genişləndirilməsi” (“Human Augmentation”) adı alan işin üzərində 28 alim çalışırdı. İBM-in kompüterləri hətta analoqlu məsələləri də həll edə bilirdi; kompüter onunla işləyən alimləri tanıya və onları identifikasiya etməyi bacarırdı. Bu maşının “tətbiq edə bildiyi xüsusu işləri” təsəvvür etmək, onları qələmə almaqdan asandır. “TEXNOTRON ERA” kitabını yazanda Bjezinski nə dediyini yaxşı bilirdi.
Ölkə daxilində meydana çıxan situasiyalarda hərbi texnologiyaların tətbiq olunmasına cəhd edən STİ, sayı onlarla olan mülki konsultativ firma ilə sıx əməkdaşlıq edir. Bu həmişə baş tutmur, lakin texnologiyalar təkmilləşdikcə, Bjezinskinin qələmə aldığı kimi, hər yerə sirayət edən müşahidənin perspektivləri reallığa çevrilir. O ARTIQ MÖVCUDDUR VƏ İSTİFADƏ OLUNUR, HƏRÇƏND ZAMAN-ZAMAN ONUN XIRDA XƏTALARINA DÜZƏLİŞ VERMƏK LAZIM GƏLİR. Bu cür mülki konsultativ firmalardan biri Virciniya ştatında yerləşən “Şriver Makki Assoşieyts of Maklin” şirkəti idi. Ona “Titan”, “Tor”, “Atlas” və “Minitman” raketlərini işləyib-hazırlayan “Hərbi-Hava Qüvvələri Sistemı İdarəsinin” keçmiş şefi, istefada olan general Bernard A.Şriver rəhbərlik edirdi.
A.Şriverin yaratdığı konsorsiuma “Lokxid”, “Emerson Elektrik”, “Nortrop”, “Kontrol Deyta”, “Reyteon” və “Şəhər Sistemləri üzrə Partnyorlar” adlı TRW daxil oldular. Konsorsium nə kimi məqsədlər güdürdü? Onun məqsədi sosial və psixoloji səciyyəli “şəhər problemlərini” müasir elektron sistemlərdən istifadə etməklə hərbi texnologiyaların köməyi ilə həll etmək idi. Qeyd etmək maraqlıdır ki, “Urban System Associates” ilə müştərək işin nəticəsində TRW kredit informasiyasının toplanması üzrə ən iri kompaniyaya çevrildi.
Bütün bunlar onu göstərir ki, ABŞ artıq TOTAL NƏZARƏT şəraitində yaşayır və bu Komitet 300-ün hələ ilk tələbidir. Hər bir fərd üzərində total nəzarət olmadan heç bir diktatura, xüsusilə də qlobal diktatura öz funksiyasını yerinə yetirə bilməz! “Stenford Tədqiqat İnstitutu” Komitet 300-ün həlledici tədqiqat təşkilatı olmağa real şəkildə hazırlaşırdı.
1980-ci illərdə STİ-nin həm hərbi, həm də mülki sahələrdə tətbiq olunmaq üçün nəzərdə tutulan kontraktlarının 60 %-i “gələcəyə” həsr olunurdu. Onun əsas müştəriləri Müdafiə Nazirliyinin “Müdafiə Tədqiqatları və Texnikası Direktorluğu”, “Davranış Haqqında Elmlərin Tədqiqatların İidarə Olunmasına Tətbiqi” mövzusu üzrə işləyən “Aerokosmik Tədqiqatlar İdarəsi”, Prezidentin İcra İdarəsi, “Elm və Texnika üzrə İdarə”, ABŞ-ın Səhiyyə Nazirliyi idi. STİ Səhiyyə Nazirliyi adından “ESDEA-da nümunələr. I fəsil, mütaliənin təkmilləşdirilməsi testləri” proqramını həyata keçirirdi. STİ-nin digər müştəriləri ABŞ-ın Energetika Nazirliyi, ABŞ Əmək Nazirliyi, Nəqliyyat Nazirliyi və Milli Elm Fondu (NSF) idi. Milli Elm Fondu üçün işlənib-hazırlanan və “Gələcəyin qiymətləndirilməsi və beynəlxalq problemlər” adlandırılan məqalə xüsusilə vacib əhəmiyyət kəsb edirdi.
Londondakı “Tavistok İnstitutu”nun rəhbərliyi altında Stenford mərkəzi “Biznesdə cəsusluq proqramı” adlandırılan geniş əhatəli və qorxunc sistem hazırlamışdır. ABŞ-da və bütün dünyada 600-dən çox kompaniya onun abunəçisi olmuşdur. Proqram “Yaponiyanın beynəlxalq işgüzar münasibətləri”, “Qeyri-sabitlik dövründə istehlakın marketinqi”, “Beynəlxalq terrorizmin artmaqda olan təhlükəsi”, “Qida məhsullarının sensor qiymətləndirilməsi”, “Pul köçürmələrinin elektron sistemi”, “Elektron-optik ötürücülər”, “Tədqiqatların planlaşdırılması metodu”, “ABŞ-ın Müdafiə Sənayesi və kapital mənbələri” kimi tədqiqat mövzularını əhatə edir. Komitet 300-ün “Bextel Korporeyşn”, “Hüllet Pakkard”, TRW, “Bank of Amerika”, “Şell”, RCA, “Blyth”, “Eastman Dillon”, “Saga Foods Corporation”, “Makdonell Duqlas”, “Kroun Zellerbax”, “Uells Farqo Bank” və “Kayzer İndastriz” kimi həlledici kompaniyaları da bu proqramın müştəriləri olmuşdu.
Lakin STİ-nin Birləşmiş Ştatların inkişaf istiqamətini dəyişmək yolu ilə sosial, mənəvi və dini cəhətdən çox böyük ziyan vura biləcək ən qorxunc proqramlarından biri, “Stenford Tədqiqat İnstitutu”nun “Çarlz F.Katterinq Fondu” tərəfindən hazırlanan “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” proqramıdır. 319 səhifədən ibarət olan məruzə Tavistokun və 23 yüksək nəzarətçinin, o cümlədən də B.F.Skiner, Marqaret Mid, Ervin Laslo və Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının yüksək vəzifəli zabiti ser Cefri Vikkersin nəzarəti altında 14 nəfər “yeni elm” üzrə alim-mütəxəssis tərəfindən yazılmışdı. Xatırlatmaq lazımdır ki, Cefri Vikkersin kürəkəni ser Piter Vikkers-Holl, necə deyərlər, mühafizəkar “Miras Fondu”nun təsisçi-üzvüdür. 1981-ci ilin yanvarında Reyqan administrasiyasına ötürülən 3 000 səhifədən ibarət “məsləhətlərin” böyük qismi Uillis Harmonun “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” proqramından götürülən materiallara əsaslanırdı.
Bu məruzəni oxuyanda dəhşətə gəlirsən, çünki Amerikanın dəyişdirilməsi proqramıdır və indiyə qədər məlum olan heç nəyə bənzəmir. Millət dəyişikliklərə proqramlaşdırılmalı və planlaşdırılan bu cür dəyişikliklərə elə bir dərəcədə adət etməlidir ki, həqiqətən də çox dərin dəyişikliklər artıq nəzərə çarpmayacaq, nəzərə çarpsa da bu çox cüzi hiss olunacaq. “DOLÇA SUİ-QƏSDİ” (“THE AQUARIAN CONSPIRACY”– Uillis Harmonun texniki işinin kitab variantının adıdır) yazılan vaxtdan biz üzüaşağı elə bir sürətlə yuvarlanırıq ki, bu gün boşanma halları artıq ittiham doğurmur, özünəqəsdlər sürətlə artsa da demək olar heç kəsi heyrətləndirmir, özünə hörmət edən cəmiyyətdə haqqında danışılması vulqarlıq hesab olunan sosial normalardan sapmalar və seksual biabırçılıqlar adi təzahürlər olub və az-cox kəskin heç bir etiraza səbəb olmur.
“Bir millət olaraq biz “İnsan obrazının dəyişdirilməsi” proqramının amerikan həyat tərzimizi köklü surətdə necə dəyişdirdiyini görə bilmədik. Biz “Uoterqeyt sindromu” ilə sarsıdılmış vəziyyətdə idik. Niksonun ucuz yoldan ötən adam olduğu barədə eşidəndə, Erl Uorrenin mafioz dostları ilə birlikdə Nikson üçün tikdirdikləri əla evdə onun bu damlarla oturub-durduğundan xəbər tutanda biz bir müddət şok və ümidsiz vəziyyətdə idik. “Gələcək təlatümlər” və xəbər başlıqları şüurumuza həddindən çox təsir göstərəndə biz çaş-baş vəziyyətə düşürük; ya da hər gün üzləşdiyimiz seçmək imkanının çox geniş spektri bizi o qədər çaşdırır ki, artıq düzgün seçim etmək iqtidarında olmuruq” (Con Kelman).
XVI yazı: Kütləvi informasiya vasitələri əxlaqsız müğənnini bütün ölkəyə nümunə göstərir, dekadent musiqi qruplarının ağlasığmaz səs-küyünə, ağılsız səhnə hərəkətlərinə, geyimlərinə və nitq biabırçılıqlarına saatlarla efir vaxtı həsr olunur
Hamısından pis isə odur ki, yüksək vəzifəli dövlət adamları arasında cinayətlər və Vyetnam müharibəsinin faciələri barədə şok faktlar haqqında informasiya uçqunundan sonra Amerika cəmiyyəti, görünür, artıq həqiqəti heç bilmək də istəmir. Belə bir reaksiya Uillis Harmonun işində təfərrüatı ilə qələmə alınmışdır. Qısası, necə proqramlaşdırılmışdırsa, Amerika milləti məhz o cür də reaksiya verirdi. “Bundan da daha pisi odur ki, həqiqəti qəbul etmək istəməməklə biz bir addım da irəli gedirik: istəyirik ki, hökümət özü bizi həqiqətdən təcrid etsin. Biz Reyqan və Buş administrasiyalarının korrupsioner üfunətini qalın məzar torpaq qatı altında dəfn etmək istəyərdik. Biz, “İran–kontras işi (və ya qalmaqalı)” adı alan cinayətin açılmasını istəmirdik. Biz prezidentə 1980-ci il oktyabrın 20-23 tarixlərində harada olduğu haqqında bizə yalan danışmasına izn veririk. Lakin əslində bu cinayətlər öz əhatəsinə görə Niksonun prezident postunda olduğu dövrdə törətdiklərini qat-qat üstələyirdi. Dağın yamacı ilə əyləcsiz-filansız sürətlə aşağı yuvarlandığımızı biz bir millət olaraq anlayırıqmı? Xeyr, biz bunu anlamırıq. Məsələ də elə ondadır ki, özəl, yaxşı təşkil olunmuş “kiçik hökümətin” Ağ Evdə bir-birinin ardınca cinayət törətdiyini (bunlar millətin qəlbini yaralayan və respublika üsul-idarəsinin üzərində qurulduğu dayaqları məhv edən cinayətlərdir- İ.S.) xalqa çatdırmağa borclu olan adamların özləri bizə belə söhbətlərlə ictimaiyyəti narahat etməməyi məsləhət görür. “Bütün bu qondarma mülahizələr haqqında biz həqiqətən də heç nə bilmək istəmirik” –standart cavab bax bu cürdür” (Con Kelman).
Ölkənin ali seçkili şəxsi BMT-nin normalarını Birləşmiş Ştatların Konstitusiyasından açıq-açığına yüksək tutduğu vaxt- bu, impiçmentə layiq pozuntudur, - əksəriyyət bunu “normal hal” kimi qəbul edir. Konqres müharibə elan etmədən ölkənin ali vəzifəli şəxsi müharibə başladığı vaxt (kütləvi informasiya vasitələri bu faktı hiss etdilər) amerikalılar həqiqətin gözünə cəsarətlə baxmaq əvəzinə, yenə də onlara nə yedizdirirlərsə, onu da qəbul edirlər.
Prezidentimizin qabaqcadan düşündüyü və planlaşdırdığına uyğun olaraq Fars körfəzində müharibə başlayanda Amerika xəbərlərin üzərinə qoyulan çox amansız senzuradan xoşbəxt olmaqla yanaşı, həm də onu bütün qəlbi ilə qəbul etdi. Çünki səmimi olaraq hesab edirdilər ki, senzura “müharibəni aparmaq üçün faydalıdır”. ABŞ prezidenti yalan danışırdı, Eypril Qlaspi yalan danışırdı, Dövlət Departamenti yalan danışırdı. Onlar deyirdilər ki, müharibə özünü doğruldur, çünki Səddam Hüseynə Küveyti rahat qoyması barədə xəbərdarlıq edilmişdi. Qlaspinin Dövlət Departamentinə göndərdiyi teleqramlar nəhayət, dərc olunanda Birləşmiş Ştatların senatorları bir-birinin ardınca çıxış edərək, fahişə Qlaspini müdafiə etməyi tələb etdilər. Əhəmiyyəti yoxdur ki, bunlar həm demokratlar, həm də respublikaçılar idi. Amerika xalqı onlara rəzil yalanlarına görə cəzadan qaçmağa imkan verdi.
Amerika xalqının belə münasibəti zəminində Uillis Harmonun və onun alimlər komandasının ən vəhşi arzuları da reallığa çevrilir. Bir vaxtlar qüdrətli xalqın özünəhörmət və özünəqiymət hissinin alt-üst olunması işində əldə etdiyi uğurunu bayram edən “Tavistok İnstitutu” kef edirdi. Dedilər ki, Fars körfəzində müharibəni udmuşuq. Lakin amerikalıların əksəriyyəti hələ hiss etməyib ki, qələbə onlara millətin özünəhörmət və şərəfi bahasına başa gəlib. Onlar (millətin özünəhörməti və şərəfi) Küveytin və İraqın kimsəsiz səhralarında amansızcasına və mənasız surətdə qırılan İraq əsgərlərinin cəsədləri ilə yanaşı çürüyüb yox olmaqdadır. Amerika öz sözünün üstündə dura bilmədi, halbuki Cenevrə Konvensiyasına uyğun olaraq buna sadiq qalmalı və Küveyt və Bəsrədən geri çəkilən İraq əsgərlərinə hücum etməməli idi. Nəzarətçilər soruşurdular: “Siz nə istəyirsiniz, qələbə, yoxsa özünəhörmət? Sizdə həm bu, həm də o biri ola bilməz”.
Yüz il əvvəl belə bir şey baş verə bilməzdi, indi isə baş verib və tam laqeydliklə müşayiət olunur. Amerika Tavistokun bu millətə qarşı apardığı hər yerə sirayət edən genişmiqyaslı müharibəsində duruş gətirə bilmədi. “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi” tərəfindən sındırılan almanlar kimi, amerikalıların bir çoxumuz dözmədi və millət keçmişin totalitar rejimlərinin yalnız arzulaya bildiyi bir şeyə çevrildi. Onlar deyərdilər: “Budur, dünyanın həqiqəti bilmək istəməyən böyük millətlərindən biri. Bizə bundan sonra təbliğat idarələri gərək deyil. Bizə bu millətdən həqiqəti gizlətmək üçün səy göstərmək lazım deyil, onlar həqiqəti öz istəkləri ilə rədd edir. Bu- boş millətdir”.
Təfəkkürlü amerikalılar da ertiraf edirlər ki, Amerika Birləşmiş Ştatları Respublikası cinayətkat təşkilatların yığnağına çevrilmişdir; tarix göstərir ki, bunlar– totalitarizmin başlanğıcınin əlamətləridir. Amerikanın 1991-ci ilin sonlarında mövcud olduğu daimi dəyişikliklər arenası bax bu cürdür. Sadə amerikalı ölməyə proqramlaşdırılmış, çürüməkdə olan cəmiyyətdə- gələcəyi olmayan cəmiyyətdə yaşayır. O, 4 milyon evsiz, 30 milyon işsiz, hətta qətlə yetirilmiş 15 milyon körpə (abortların nəticəsində) barədə xəbərlərdən heç diksinmir də. Onlar- “dolça erasının tullantılarıdır”. Bu sui-qəsd o qədər iyrəncdir ki, çoxları onunla üzbəüz gələndə onun varlığına inana bilmir və bu hadisələri rasionalcasına “zəmanə dəyişir...” kimi izah edirlər.
“Tavistok İnstitutu” və Uillis Harmon ABŞ-da məhz elə bu cür reaksiya proqramlaşdırır. Amerika ideallarının dağıdılması etiraz doğurmur. Axı xalqın ruhi və intellektual potensialı sarsıdılmışdır! Prezident Buş 1991-ci il mayın 27-də çox dərin bir bəyanatla çıxış etdi, lakin siyasi şərhçilər onun mahiyyətini, görünür, düzgün izah etməmişdi: “Amerika siyasətinin mənəvi tərəfi bizdən elə bir dünyanın mənəvi kursu ilə getməyi tələb edir ki, burada pisliklər arasında ən az pis olanı seçilir. Yalnız ağ və qara rənglərə bölünməyən real dünya məhz elə budur. Burada mənəvi dəyərlər çox azdır”.
Ağ Evə nə vaxtsa sahib olanlar arasında, yəqin, ən qorxunc adam olan prezidentdən daha nə gözləmək olardı?
Onun bu sözləri üzərində düşünün və bunu edərkən onun 12 000 iraqlı əsgəri diri-diri basdırmağı əmr etdiyini xatırlayın. Onun bu sözləri üzərində düşünün və davam edən müharibəni və İraq xalqının genosidə məruz edilməsini xatırlayın. Prezident Buş Səddam Hüseyni məmnunluq hissi ilə “zəmanəmizin Hitleri” kimi xarakterizə edib. O, öz sözlərini təsdiq etmək üçün az-çox həqiqətə uyğun olan bir dəlil belə gətirmədi. Buna, sadəcə, ehtiyac yox idi. Prezident Buş bəyanatla çıxış etdi– biz də sorğu-sualsız bunu qəbul etdik. Bu haqda həqiqəti nəzərə alaraq düşünün– axı o, əmrləri gizlin olaraq Komitet 300-dən alsa da, bütün bunları Amerika xalqının adından edirdi!
Lakin ən əsası fikir süzgəcinizdən bax bunu keçirin: prezident Buş və onun himayədarları özlərini o qədər cəzasız hiss edirlər ki, Amerika xalqı üzərində öz qorxunc nəzarətlərini artıq gizlətməyə və ya bununla əlaqədar nə isə uydurmağa belə lüzum görmürlər. Onun bəyanatından birbaşa belə çıxır ki, əgər onu (və Amerika xalqını) idarə edənlər lazım bilərsə, onda o, bizim liderimiz həqiqət, şərəf və ləyaqətlə hər cür kompromisə gedəcək. 1991-ci il mayın 27-də Birləşmiş Ştatların prezidenti Konstitusiyanın bütün prinsiplərini ləğv etdi və cəsarətlə elan etdi ki, o, daha Konstitusiya ilə bağlı deyil. Bu, “Tavistok İnstitutu”nun və 1945-ci ildə hədəfə aldığı alman fəhlələrinin yaşayış kvartalları əvəzinə, 1946-cı ildən başlanan və bu günə qədər də davam edən müharibədə Amerika xalqının qəlbini hədəfə alan “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi”nin böyük zəfəridir.
“Stenford Tədqiqat Mərkəzi” millətin dəyişdirilməsi məqsədilə ona gücləndirilmiş təzyiqi altmışıncı illərin əvvəllərindən göstərməyə başlamışdır. STİ-nin hücumunun gücü və qüdrəti artırdı. Amerika kanallarına baxın və siz STİ-nin qələbəsini əyani şəkildə görəcəksiniz: ən intim seksual təfərrüatlar mövzusunda tok-şoular, biabırçılığın, rok-n-rolun və narkotiklərin hökmranlıq etdikləri xüsusi telekanallar. Bir vaxtlar Con Ueytin kumir olduğu yerdə amerikalılar indi insanın (və ümumiyyətlə, insanınmı?) süni apologiyası olan Maykl Cekson adlı qəhraman kimi qəbul edilən insan parodiyasını görürlər. O, Amerikanın milyonlarla evinin televiziya ekranlarında fırlanır, əl-ayaq atır, donquldanır və ciyildəyir.
Kütləvi informasiya vasitələri ərəgetmə və boşanma ilə bağlı bütöv bir serialdan keçən qadın haqqında bütün ölkəyə car çəkir. Hamam üzü görməyən narkomanların və dekadent rok-qrupların bu və ya digərınə, onların ağlasığmaz səs-küyünə, ağılsız səhnə hərəkətlərinə, geyimlərinə və nitq biabırçılıqlarına saatlarla efir vaxtı həsr olunur. Bəzi səhnələri pornoqrafiyaya yaxınlaşan köpük tamaşalar artıq heç bir şərh doğurmur. Altmışıncı illərdə amerikalılar buna dözmürdülər, indi isə bu normal hal kimi qəbul olunur. Amerikalılar “Tavistok İnstitutu”nun “gələcəyin şokları” adlandırdığı proqramın təsirinə məruz qalıblar, özü də həmin gələcək ARTIQ GƏLMİŞDİR. Həmin bu daimi mədəni şoklar amerikalıların hissiyatını o dərəcədə kütləşdirib ki, buna istənilən etiraz faydasız hərəkət hesab olunur və o səbəbdən məntiqi olaraq fikir yaranır ki, etiraz etməyin heç bir mənası yoxdur.
1986-cı ildə Komitet 300 təzyiqi artırmağı əmr etdi. ABŞ-ın süqutunun sürəti kifayət qədər böyük deyildi. ABŞ Kamboca qəssablarının, Kambocanın 2 milyon vətəndaşını öldürdüklərini özləri etiraf edən cinayətkar Pol-Pot rejiminin “tanınması” prosesini başladı. 1991-ci ildə təkər tam dövrəsini vurdu. Vaşinqton xəyanətkarlarına inanmağa proqramlaşdırılan dost xalqın üzərinə Birləşmiş Ştatlar müharibə ilə getdi. Amerika İraq kimi azsaylı millətin prezidenti Səddam Hüseyni HEÇ BİR AZDAN-ÇOXDAN DA HƏQİQƏT OLMAYAN hər cür günahda ittiham edirdi. ABŞ əsgərləri onların övladlarını qətlə yetirir və şikəst edirdi. Onları aclıq və hər cür xəstəliklərin gətirdiyi ölümün pəncəsinə saldılar.
Eyni vaxtda da Amerika Buşun Komitet 300-dən olan emissarlarını Kambocaya, Komitet 300-ün şəhər əhalisinin kəskin ixtisarı (depopulyasiya) eksperimentinə qurban verilən 2 MİLYON KAMBOCALINI KÜTLƏVİ SURƏTDƏ QIRAN CİNAYƏTKARLARI tanımağa göndərdi. Eyni şey artıq o qədər də uzaq olmayan gələcəkdə Birləşmiş Ştatların böyük şəhərlərində də baş verəcək. İndi Buş və onun Komitet 300-ə tabe olan administrasiyası faktiki olaraq bunu deyir: “İnsanlar, dinləyin, axı siz məndən nə istəyirsiniz? Mən sizə deyirdimmi ki, hətta lap polpotçu qatillərlə bir yasdığa baş qoymaq lazım gəlsə belə, harada lazım bilsəm, orada kompromisslərə gedəcəm. ODUR Kİ – MƏNİM BUDLARIMI ÖPÜN”.
Cəmiyyətin dəyişdirilməsi məqsədilə ona edilən təzyiq öz pik həddinə çatacaq və onda biz elə bir səhnələrin şahidi olacağıq ki, bunları əvvəllər qeyri-mümkün hesab edərdik. Sarsıdılan, çaş-baş qalan Amerika reaksiya verəcək, lakin çox zəif. Sadə Amerika vətəndaşını heç azadlığa qəsd edən ən sonuncu təhlükə də qətiyyən narahat etmir– bu, personal kompüter kartlarıdır. Uillis Harmonun “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” kitabındakı ideyaları dərk etmək əksəriyyət üçün həddən artıq mürəkkəbdir, buna görə də onları daha anlaşılan etmək üçün Merilin Ferqüsonun xidmətinə müraciət etdilər. “Dolça Erası” adı altında səhnədə striptiz-şoular keçirilir, “Dolça Bürcünün Şəfəqi” (“The Dawning of the Age of the Aquarius”) mahnısı isə hit-paradların yuxarı sətirlərini tutub və bütün dünyanı dolaşdı.
XVII yazı: Tarixə həsr olunan kitabların mahiyyəti son nəticədə hadisələrin, əsasən, hökmran sinfin və ya müharibədə zəfər çalanların nöqteyi-nəzərindən qələmə alınmasıdır
Onları tam yayandan sonra fərdi kompüter kartları bizi adət etdiyimiz ətraf mühitdən məhrum edəcək. Aşağıda isə görəcəyik ki, ətraf mühit anlayışı qəbul edildiyi mənadan qat-qat böyük əhəmiyyət kəsb edir. Birləşmiş Ştatlar dünyada hələ heç bir millətin almadığı çox güclü mənəvi zədə almışdır və baş verə biləcək ən pis hadisələr hələ qarşıdadır.
Hər şey Tavistokun sərəncam verdiyi kimi və stenfordlu “sosioloqların” planlarına uyğin baş verir. Zəmanə dəyişmir– onu dəyişdirirlər. Bütün dəyişiklər əvvəlcədən planlaşdırılmışdır və çox dəqiq ölçülüb-biçilən fəaliyyət nəticəsində baş verir. Əvvəl biz yavaş-yavaş dəyişirdik, lakin indi dəyişmənin sürəti artır. Birləşmiş Ştatlar “bir Allahın altında olan bir millətdən” müxtəlif allahların altında olan çoxdilli konqlomerata çevrilir. ABŞ artıq “bir Allahın altında olan bir millət deyildir”. ABŞ Konstitusiyasının əsasları məğlubiyyətə düçar olub.
Onların əcdadları bir dildə danışır, eyni bir dinə- Xristian dininə sitayiş edir və ümumi idealları rəhbər tuturdu. Onların mühitində yadlar yox idi; bu bir müddət sonra, ölkəni bir sıra millətə, mədəniyyətə və inanca parçalamaq cəhdi kimi gəldi. Əgər siz buna şübhə edirsinizsə, onda şənbə günü Nyu-Yorkun İst Saydındı və ya Los-Ancelesin Vest Saydında gəzintiyə çıxmağınız və ətrafa diqqət yetməyiniz kifayətdir. Birləşmiş Ştatlar bir ümumi hökümət sistemi altında birgə yaşamağa çalışan bir neçə millət olmuşdur. Komitet 300-ün başçısının xalası oğlu Franklin Delano Ruzvelt immiqrasiyanın şlüzlarını geniş açanda mədəni təlatüm böyük çaşqınlıq və dolaşıqlıq doğurdu, nəticədə “vahid millət” konsepsiyası pozulmuş oldu. “Roma Klubu” və NATO vəziyyəti daha da ağırlaşdırdı. Əgər sizin əziziniz “sizin özünüz kimi” deyilsə, deməli “öz yaxınını sev” formulu artıq işləmir.
ABŞ Konstitusiyasını yaradanların gələcək nəsillərə bəyan etdikləri həqiqətlər onların özləri üçün birmənalı və aşkar idi. Lakin növbəti nəsillərin də bunları birmənalı və aşkar həqiqət kimi qəbul edib, bunlara mütləq əməl edəcəklərinə əmin olmadıqlarından ONLAR BU HƏQİQƏTLƏRİ TƏFƏRRÜATI İLƏ TÖVSİF ETMƏYİ QƏRARA ALIBLAR. GÖRÜNÜR, ONLAR ÖZLƏRİNİN ƏMƏL ETDİKLƏRİ HƏQİQƏTLƏRİN NƏ ZAMANSA ÖZ MÜTLƏQLƏYİNİ İTİRƏCƏYİNDƏN QORXURMUŞLAR. “Tavistok İnsan Münasibətləri İnstitutu” ABŞ Konstitusiyasını yaradanları belə bərk qorxudan zəmanənin gəlməsi üçün əllərindən gələni əsirgəmədilər. Bu zəmanə Buşun gəlişi ilə, ondakı “mənəvi dəyərlərin yoxluğu” və Komitet 300-ün Yeni Dünya Nizamı ilə gəldi.
Bu, Amerikaya sırınan sosial dəyişikliklər konsepsiyasının tərkib hissəsidir. Bu konsepsiya, Harmonun və “Roma Klubu”nun sözlərinə görə, amerikalılar üçün ciddi psixoloji zədə və getdikcə artan təzyiq demək olacaq. Tavistok, “Roma Klubu”, NATO yaradılan dövrdən ABŞ-da başlanan ictimai özbaşınalıqlar, həmin dəyişiklərə nail olunana qədər davam edəcək. Millət fərdlərdən ibarətdir və fərdlərdə olduğu kimi, bütöv millətin də müəyyən psixoloji həddi vardır ki, ondan sonra fərdin və ya millətin gücündən asılı olmayaraq, dəyişiklik artıq mümkün deyil.
Bu psixoloji həqiqət alman fəhlələrinin yaşayış kvartallarını “doymaq həddinin son nöqtəsinədək” bombardman etməyi məsləhət görən “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi” tərəfindən etibarlı surətdə təsdiq olunmuşdur. Əvvəl də xatırladılan kimi, bu layihə “Prudenşial İnşurans Kompani” sığorta şirkətinin bayrağı altında hazırlanırdı və bu gün heç kəs şübhə etmir ki, Almaniya məhz bu əməliyyatın nəticəsində məğlubiyyətə düçar olmuşdu. Bu layihə üzərində çalışan alimlərin bir çoxu hazırda ya Amerikanın “doymaq həddinin son nöqtəsinədək” bombardman edilməsi üzrə işləməkdə davam edir, ya da məkrli metodlarını öz davamçılarına ötürüb.
Onların özlərindən sonra qoyduqları miras bu faktda təzahür edir- bir millət amerikanlar yollarını özləri itirməyib. Müstəqillik Deklarasiyasının müəlliflərinin amerikanları iki yüz ildən çox bir müddət ərzində apardıqları yoldan onları məqsədyönlü surətdə sapdırıblar. Qısası, onlar öz tarixi köklərindən əlaqəni itiriblər. Onlar Müstəqillik Deklarasiyası və Birləşmiş Ştatlar Konstitusiyası banilərinin mirasindan istifadə edərək amerikalıların bir çox nəsillərini millətin irəliyə hərəkətinə ruhlandıran inamı itiriblər. Bu nə qədər acı olsa da, onların öz yolumuzu itirməyi həqiqət axtarışında olan hər bir kəsə aydındır.
Buş və onda olan “mənəvi dəyərlər yoxluğunun” rəhbərliyi altında amerikanların itmiş bir millət olaraq hara süründüyü məlum deyil və bu özünü fərdlərin əhvali-ruhiyyəsində büruzə verir. Onlar öz süqutları və əsarət altına alınmaları üçün Komitet 300-lə əməkdaşlıq edirlər. Bəziləri bunu hiss edir və ağır narahatlıq keçirir. Onların tanış olduqları sui-qəsd nəzəriyyələri, görünür, onlara hər şeyi sonacan açmağa imkan vermir. Bu ona görə belədir ki, onlar Sui-Qəsdçilər İerarxiyası– Komitet 300 barədə heç nə bilmirlər.
Qətiyyən baş verməməli olan nəyin isə baş verdiyini hiss edən və bundan dərin narahatlıq keçirən bu qəlblər yenə də problemləri həll etmək üçün öz güclərini bir yumruqda birləşdirə bilmir, qaranlıqda axtarışlarını davam etdirirlər. Onlar gələcəyi görməyə can atır, lakin gələcək sürüşüb onlardan uzaqlaşır. Amerika arzusu ilğıma çevrilir. Onlar öz inamlarını dinə yönəldir, lakin bu inamı ƏMƏLLƏ möhkəmləndirmək üçün heç bir addım atmırlar. Avropalıların Qara Əsrlərin ən qorxunc dövründə yaşadıqları intibahı amerikalılar heç vaxt yaşamayıblar. Avropalılar özlərində dəyişmək ruhunu qətiyyətli ƏMƏLLƏRİ ilə oyatmışdılar və bunun nəticəsi şərəfli İntibah oldu.
Onları bu nəticəyə istiqamətləndirən düşmən 1980-ci ildə Birləşmiş Ştatlara elə güclü zərbə endirməyi qərara aldı ki, Amerikanın intibahı artıq mümkün olmasın. Kimdir bu düşmən? Həmin düşmən– simasız “onlar” deyil. Düşmən Komitet 300, “Roma Klubu”, NATO və onların Tavistok tərəfindən idarə olunan filialları, beyin mərkəzləri və tədqiqat təşkilatları timsalında dəqiq müəyyən edilmişdir. “Onlar” və ya “düşmən” kəlmələrini istifadə etməyə ehtiyac yoxdur, bu kəlmələrdən yalnız mətnin qısaldılması üçün istifadə etmək olar. BİZ HƏM “ONLARIN” KİM OLDUĞLARINI, HƏM DƏ DÜŞMƏNİN KİM OLDUĞUNU BİLİRİK. Özünün ABŞ-ın şərq sahillərinin liberal isteblişmentinin “aristokratları”, bankları, sığorta kompaniyaları, nəhəng korporasiyaları, fondları, kommunikasiya şəbəkələri və onların başında duran SUİ-QƏSDÇİLƏR İERARXİYASI ilə birlikdə Komitet 300– DÜŞMƏN BAX, BUDUR.
Bu qüvvə bolşevik inqilabını həyata keçirdi və Rusiyada terror şahlığını qurdu, Birinci və İkinci dünya müharibələrini, Koreyada müharibəni, Vyetnamda müharibəni təhrik etdi, Rodeziyada, Cənubi Afrikada, Nikaraquada və Filippində böhranlar təşkil etdi. Bir vaxtlar dünyanın ən qüdrətli industrial fövqəldövləti olan ABŞ-ın iqtisadiyyatının istiqamətləndirilən süqutunu və ölkənin tam deindustrializasiyasını bu gizlin fövqəlhökümət həyata keçirmişdir.
Bu gün Amerikanı döyüşün qızğın çağında qəfil yuxuya gedən əsgərə bənzətmək olar. Amerikalılar sadəcə olaraq yuxuya getdi və özlərini həddən ziyadə çox seçim imkanları ilə əmələ gətirilən apatiyaya qərq etməyə imkan verdilər. Bu dəyişikliklər onları əhatə edən mühiti transformasiyaya uğradır, müqavimət göstərmək üçün iradədən məhrum edir– onlar get-gedə süstləşir apatik olur və ən nəhayət, döyüşün qızğın çağında yuxu aparır.
Bu cür vəziyyət üçün texniki termin var. Bu termin “dərin sirayət edən uzunmüddətli gərginlik” adlanır. Böyük insan qruplarına dərin sirayət edən uzunmüddətli gərginlik vasitəsilə təsir göstərmək sənəti (və ya incəsənəti) “Tavistok İnstitutu” və onun Amerikadakı törəmə təşkilatları- “Stenford Tədqiqat İnstitutu”, “Rend Korporeyşn” və bir də ABŞ-da fəaliyyət göstərən ən azı 150 tədqiqat idarəsi tərəfindən işlənib-hazırlanmışdır.
Müharibə aparmağın bu iblisanə üsullarını işləyib-hazırlayan alim D-r Kurt Levin orta amerikalı vətənpərvəri müxtəlif sui-qəsd nəzəriyyələrinə mübtəla olaraq dəli olmağa məcbur etməklə onda inamsızlıq, təhlükə, tənhalıq və hətta qorxu hisslərini meydana gətirmişdir. Bu əhvali-ruhiyyə həmin vətənpərvərdə “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” konsepsiyasının doğurduğu ictimai düşkünlük və çürümənin səbəblərini axtarmağa cəhd edib, lakin bunu heç cür tapa bilmədikcə meydana çıxır. O, arzuolunmaz və həyata keçməsini mümkün hesab etmədiyi, lakin buna baxmayaraq getdikcə daha intensivləşən sosial, mənəvi, iqtisadi və siyasi dəyişiklikləri nə öyrənib-tanıya, nə də xüsusilə onlara qarşı durmaq iqtidarında deyil.
D-r Levinin adı isteblişment tarixinə həsr olunan heç bir kitabda yoxdur. Belə kitabların mahiyyəti isə son nəticədə hadisələrin, əsasən, hökmran sinfin və ya müharibədə zəfər çalanların nöqteyi-nəzərindən qələmə alınmasıdır. Buna görə də mən bu adı sizə qürur hissi ilə təqdim edirəm. Yuxarıda qeyd olunduğu kimi, d-r Levin “Tavistok İnstitutu”nun bayrağı altında “Harvard Psixoloji Klinikası”nı və “Sosial Tədqiqatlar İnstitutu”nu təşkil etmişdir. Bi iki təşkilatın adı onların əsl məqsədlərini açmır. Bu, 1827-ci ildə qəbul olunan “Pul nişanları və pul kəsən idarə haqqında” qanunvericilikdə islahatlarla bağlı utanc gətirən “Bill” (Konstitusiyaya əlavə kimi nəzərdə tutlan qanun layihəsi) barədə hadisəni xatırladır. “Bill”in adı kifayət qədər xətərsiz idi və ya xətərsiz səslənirdi– onun arxasında duranlar qəsdən məhz belə bir ad seçmişdilər. Senator Con Şerman həmin “Bill” vasitəsilə milləti beynəlxalq bankirlərin əlinə vermiş oldu. Ehtimal olunur ki, Şerman “Bill”i “özü onu heç oxumadan” irəli itələyirdi. Artıq bildiyimiz kimi, “Bill”in əsl məqsədi yalnız gümüş yox, istənilən başqa pul nişanları və xırda pulların da dövriyyəsinə icazə verməklə vicdansız bankirlərə bizim millətin krediti üzərində hüdudsuz hakimiyyət verməkdən ibarət idi; ABŞ Konstitusiyasındakı birmənalı ifadələr bankirləri bu hakimiyyətdən aydın və dəqiq şəkildə məhrum edirdi.
Kurt Levin “Tavistok İnstitutu”na “Roma Klubu”na və NATO-ya Amerika üzərində elə bir hüdudsuz hakimiyyət vermişdir ki, bu cür hakimiyyətə heç bir təşkilat, birlik və ya cəmiyyətin hüququ olmamalıdır. Bu idarələr uzurpasiya etdikləri hakimiyyətdən sui-qəsdçilərin planlarına və niyyətlərinə qarşı millətin müqavimətini dağıtmaq, xalqı Amerika İnqilabının bəhrələrindən məhrum etmək və Vahid Dünya Hökümətinin hakimiyyəti altında birbaşa Yenu Qaranlıq Əsrlərə aparan yola yönəltmək üçün istifadə ediblər.
Bu uzaqmənzilli məqsədin həyata keçirilməsində d-r Levinin köməkçiləri Riçard Krossman, Erik Trist, H.V.Diks, Uillis Harmon, Çarlz Anderson, Qarner Lindsey, Riçard Prays və U.R.Bayon olub. Bu adlar qəzet səhifələrində heç vaxt çəkilməyib; faktiki olaraq onlar yalnız elmi jurnallarda peyda olublar və buna görə çox az amerikalı bu adamları tanıyır, eləcə də onların ABŞ üçün indiyədək nə etdiklərini və bunu hələ də davam etdirdiklərini təsəvvür belə etmir!
Prezident Ceferson bir dəfə demişdi ki, onun qəzet oxumaqla baş verən hər şeydən xəbərdar olduğunu düşünən adamlara yazığı gəlir. Britaniyalı baş nazir Dizraeli də demək olar eyni şeyi demişdi. Həqiqətən də, hökmdarlar səhnə pərdəsinin arxasından idarə etməkdən əsrlər boyu həzz alıb. İnsan həmişə hökmranlıq etmək arzusunu hiss edib, lakin heç yerdə və heç vaxt bu arzu dövrümüzdə olduğu qədər üstün olmayıb.
XVIII yazı: Mənasız zorakılıqların, silsilə qətllərin, yeniyetmələrin özünəqəsdlərinin sayının sarsıdıcı dərəcədə artması onları əhatə edən yeni mühitin bir hissəsi olmuşdur ki, bu nəfəsə gedən zəhərli hava qədər də təhlükəlidir
Əgər Amerikada demokratiya olsaydı, onda gizlin cəmiyyətlər nəyə lazım ola bilərdi? Əgər onları açıq, demokratik yolla seçilən məmurların rəhbərlik etdiyi sistem idarə etsəydi, ABŞ-ın hər bir kəndində, qəsəbəsində və şəhərində gizlin mason lojasına nə ehtiyac ola bilərdi? Frankmasonluğun bu cür açıq fəaliyyət göstərməsi və eyni zamanda da öz sirlərini belə yaxşı gizlətməsi necə mümkün ola bilər? Biz bu sualı nə Parisdəki “Doqquz Bacı Lojası”ndan Doqquz Naməluma, nə də onların Londondakı “Dörd Tac Lojası”ndakı doqquz həmkarına verə bilmirik. Buna baxmayaraq, həmin 18 adam daha gizlin hökümətin – “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun və davamı olaraq– Komitet 300-ün– bir hissəsini təşkil edir.
Şotland rituallı frankmasonluğun Con Hinkliyə ideoloji cəhətdən təsir edərək, onu prezident Reyqana güllə atmağa sövq etməsi necə baş verə bilərdi? “Müqəddəs İoann İerusalimskinin Cangavərləri”, “Dəyirmi Masa”, “Milner Qrupu” və digər bi kimi gizlin ordenlər sadə amerikalıların nəyinə gərəkdir? Məsələ isə ondadır ki, bunlar “Roma Klubu”, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” vasitəsilə və nəhayət, birbaşaq Sui-Qəsdçilər İerarxiyası– Komitet 300-ün özü tərəfindən həyata keçirilən ümumdünya idarəetmə və nəzarət zəncirinin bir hissəsini təşkil edir. Bu gizlin cəmiyyətlər ona görə lazımdır ki, onların işləri cinayət səciyyəllidir və gizlədilməlidir. Pislik həqiqətin nuruna tab gətirə bilməz.
Polkovnik Con Kelmanın “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında sui-qəsdçilərin, onların idarələrinin, onlar üçün pərdə rolunu oynayan təşkilatlarının və nəşrlərinin demək olar tam siyahısı verilir. “Dolça Sui-qəsdi” 1980-ci ildə çiçəklənən dövründə idi və onun uğurlarını sadə amerikalılar şəxsi və milli həyatlarının bütün aspektlərində görə bilərdilər. Letargiyanın- “dərin sirayət edən uzunmüddətli gərginliyin” birmənalı əlamətləri olan mənasız zorakılıqların, silsilə qətllərin, yeniyetmələrin özünəqəsdlərinin sayının sarsıdıcı dərəcədə artması onları əhatə edən yeni mühitin bir hissəsi olmuşdur ki, bu, nəfəsə gedən zəhərli hava qədər də təhlükəlidir.
Gəlməkdə olan “Dolça Erası” Amerakanı qəfil yaxalamaşdır. Amerikanlar bir millət olaraq onlara sırınan dəyişikliklərə hazır deyildilər. Tavistok, Kurt Levin, Uillis Harmon və Con Roullinq Riz haqqında hansı amerikalı heç olmasa bir dəfə eşidib? Onlar heç Amerikanın siyasi səhnəsində də olmayıblar. Amerikalıların görə biləcəyi- əgər onlar ümumiyyətlə zəhmət çəkib gözlərini aça bilsəydilə– yeganə şey, gələcək təlatümlərə müqavimət qabiliyyətinin azalması olardı, çünki amerikalılar bezib, yorulub və nəhayət, psixoloji şok mərhələsinə daxil olublar ki, bunun ardınca da “dərin sirayət edən uzunmüddətli gərginliyin” tətbiq olunmasının zahiri təzahürü olan genişmiqyaslı ümumi apatiya başlanmalıdır.
“Dolça Erası”nın təyinatı, elə “Tavistok İnstitutu”nun özü tərəfindən ən yaxşı qələmə alınmış və qeyri-sabitliyin yayıması üçün vasitə kimi təsvir olunmuşdur: “Böyük sosial qrupların stressə reaksiyası və cavabı kimi meydana çıxan və aydın təzahür edən üç fazası vardır.
Birinci faza– səthi. Təsirə məruz edilən əhali özünü şüarlarla müdafiə edəcək; bu, böhranın mənbəyini açmır və real qarşıdurma baş vermir– deməli, böhran davam edəcək.
İkinci faza– fraqmentləşmə, bölünmə. Bu, böhran davam edəndə və ictimai qayda-qanun çat verib, dağılan vaxt baş verir.
Bunun ardınca üçüncü faza gəlir– bu vaxt əhali qrupları nəhayət, “özünürealizə” vəziyyətinə daxil olur və süni şəkildə yaradılan böhrandan üz döndərir. Bundan sonra fəal sinoptik idealizm və hər şeydən kənarlaşma ilə müşayiət olunan zəif reaksiya gəlir”.
Bunları kim inkar edər: narkotiklərdən istifadənin sarsıdıcı dərəcədə artdığını- minlərlə yeni narkoman hər gün “krek” (ağır narkotik) istifadə edir; körpələrin öldürülməsinin (abortisid) şoka salan artımını– onların sayı ABŞ silahlı qüvvələrinin hər iki dünya müharibəsi, eləcə də Koreya və Byetnam müharibələrinin hamısında birlikdə verdiyi qurbanların sayını dəfələrlə üstələyir; homoseksualistlərin və lesbiyanların açıq-açığına təqdir edildiyini– onların “hüquqlarının” qorunması üçün hər il getdikcə daha çox qanun qəbul edilir; ABŞ şəhərlərinin yoluxduğu dəhşətli SPİD vərəmini; təhsil sisteminin tam süquta uğramasını; boşanmaların sayının dəhşətə gətirən sayda artmasını; qətl cinayətlərinin qalan bütün dünyanı dəhşətə və etimadsızlığı düçar edən səviyyəsini; iblisanə silsilə qətllər; seksual manyakların küçələrdən oğurladıqları minlərlə uşağın izsiz-soraqsız yoxa çıxmasını; teleekranlarda “icazəli” pornoqrafiya uçqununu- bütün bunlardan sonra kim bu ölkənin böhran keçirdiyini kim dana bilər. Ortastatistik amerikalı isə ona qarşı çıxmağa heç cəhd də etmir və üzünü ondan çevirir.
Ən təmiz niyyətlərlə fəaliyyət göstərən və bu problemlər üzrə ixtisaslaşan insanlar günahın bir hissəsini təhsil sisteminin- ya da belə demək daha düzgün olardı ki, ABŞ-da bu cür adlandırılanın – üzərinə qoyur. Hazırda 9-15 yaş qrupları arasında cinayətkar çoxdur. Onyaşlılar arasında zorlamalar adi haldır. Amerika mütəxəssisləri, müəllimlər ittifaqları, kilsələr ucdantutma deyir ki, bütün bunlar qeyri-mükəmməl təhsil sisteminin nəticəsidir. Təhsildə qiymət göstəricilərinin aşağı düşməsi də buna dəlalət edir. Təhsilin səviyyəsinə görə ABŞ-ın hazırda dünyada 39-cu yeri tutmasına görə mütəxəssislər özlərindən çıxır.
HAL-HAZIRDA BİZ ÖRNƏK KİMİ SIRIDLAN AMERİKA TƏHSİL SİSTEMİ ÖZÜ-ÖZÜNÜ MƏHV ETMƏYƏ PROQRAMLAŞDIRILMIŞDIR. NATO ALEKSANDR KİNQİ AMERİKAYA MƏHZ BUNA GÖRƏ GÖNDƏRMİŞDİ. CASTİS HUQO BLEKƏ MƏHZ BUNU HƏYATA KEÇİRMƏK ƏMR EDİLMİŞDİ. MƏSƏLƏ ONDADIR Kİ, KOMİTET 300, ABŞ HÖKÜMƏTİNİN RAZILIĞI İLƏ AMERİKA, HƏM DƏ DÜNYA ÖLKƏLƏRİ GƏNCLƏRİNİN TƏLƏB OLUNAN SƏVİYYƏDƏ TƏHSİL ALMASINI İSTƏMİR. Frankmasonçu Castis Huqo Blekin, Aleksandr Kinqin, Qunnar Merdalın və onun həyat yoldaşının ABŞ uşaqlarına vermək istədikləri təhsilin mahiyyəti “CİNAYƏT ÖZÜNÜ DOĞRULDUR, MƏQSƏDƏMÜVAFİQLİK İSƏ– HƏR ŞEYDƏN ÜSTÜNDÜR” prinsipindən ibarətdir.
Onlar Amerika övladlarını öyrədirlər ki, Birləşmiş Ştatların qanunları ədalətsiz tətbiq olunur və bu, məhz elə belə də olmalıdır. Amerika uşaqları bu ruhda onilliklər boyudur ki, korrupsiya nümunələrində tərbiyə olunur; Ronald Reyqan və Corc Buş onları bütünlüklə ağuşuna alan tamahın toruna düşdülər. Təhsil sistemi əsla zəifləməyib. Təhsil sistemimiz Kinqin, Blekin və Merdalların rəhbərliyi altında faktiki olaraq böyük nailiyyətlər əldə edib, lakin hər şey bizim ona baxdığımız nöqteyi-nəzərdən asılıdır. Komitet 300 ABŞ təhsil sistemindən VALEH OLUR və həmin təhsil sisteminin bir millimetr də dəyişdirilməsinə imkan verməz.
“Stenford Tədqiqat İnstitutu” və Uillis Harmona görə, artıq 45 ildir ki, Amerika xalqına dərin və hərtərəfli sirayət edən induksiyalaşmış ruhi zədə– təhsil sistemi bunun bir hissəsidir– yetirilir. Lakin cəmiyyətə edilən bu məkrli təzyiqi, daimi ideoloji təsiri və hər gün baş verən beyin yuyulmasını çoxmu insan anlayır? 1950-ci illərdə Nyu-Yorkda baş verən küçə bandalarının sirrli müharibələri– bu fenomen, sui-qəsdçilərin istənilən dağıdıcı elementləri yaratmaq və onları idarə etmək qabiliyyətinin nümunəsidir. Tədqiqatçılar 1980-ci illərdə bu, necə deyərlər, “sosial fenomen” adlandırılan təzahürü idarə edən gizlin rəhbərləri ifşa edən vaxta qədər, həmin bandaların haradan peyda olduğunu heç kəs anlaya bilmirdi.
Küçə bandalarının müharibəsi Stenford tərəfindən cəmiyyəti niyyətli şəkildə sarsıtmaq, təlatüm və narahatlıq meydana çıxarmaq üçün çox böyük dəqiqliklə işlənib-hazırlanmışdı. 1958-ci il üçün artıq 200-dən çox banda var idi. Onları müzikl və Hollivudun “Vestsayd hadisəsi” filmi populyar etmişdi. Bütöv onillik ərzində xəbər başlıqlarından düşməyən bu bandalar bütün cəmiyyətin diqqətini özünə cəlb edəndən sonra, 1966-cı ildə Nyu-Yorkun, Los-Ancelesin, Nyu Cersinin, Filadelfiyanın və Çikaqonun küçələrindən qəfil yox oldu.
Bütöv onillik ərzində davam edən küçə müharibələri dövründə cəmiyyət onlara “Stenford Tədqiqat İnstitutu”nun müvafiq proqramına uyğun şəkildə reaksiya verirdi; cəmiyyət bütövlükdə bu küçə müharibələrini anlaya bilmir və qeyri-adekvat reaksiya veriridi. Həmin küçə müharibələrində “Stenford Tədqiqat İnstitutu”nun sosial injinirinq və beyinlərin yuyulması üzrə eksperimentini görüb-tanıya bilən müdrik insanlar tapılsaydı, onda sui-qəsdin üstü açılardı. Bundan nəticə çıxır ki, ya- az ehtimal olunan izah olsa da- baş verənləri real qiymətləndirə bilən yüksək ixtisaslı mütəxəssis yoxdur, ya da onları hədə-qorxu ilə susmağa məcbur ediblər. Kütləvi informasiya vasitələrinin “Stenford Tədqiqat İnstitutu” ilə əməkdaşlığı amerikan həyat tərzinə “yeni era” (“nyu-eyc”) konsepsiyası ilə yeni hücum gətirdi ki, “yeni elmin” Tavistokdan olan sosial mühəndisləri və mütəxəssisləri bunu əvvəlcədən demişdi.
Sosial dəyişikliklər üçün şəraitin yaradılması vasitəsi kimi, 1989-cu ildə Los-Ancelesdə küçə bandaları arasında müharibələr yenidən (məqsədli olaraq süni şəkildə) təşkil edildi. İlk insidentlərin baş verdiyi bir neçə ay ərzində bandalar törəyib artmağa başladı- Los-Ancelesin İst Saydında əvvəl onlarla, sonra isə yüzlərlə banda peyda oldu. Narkotika pritonları və məhdudiyyət bilməyən fahişəlik baş aldı; narkotika tacirləri küçələrdə hökmranlıq edirdi. Onların yolunda duran hər kəs güllələnirdi. Mətbuatın qaldırdığı haray-həşir bərk və uzunmüddətli idi. Yəni, Stenfordun seçdiyi “əhalinin böyük hədəf qrupu” özünü şüarlarla müdafiə etməyə başlamışdı. Tavistok bunu, hədəfə alınan qrupun böhranın mənbəyini müəyyən edə bilməməsi kimi qələmə alır və birinci faza adlandırırdı.
Qanqster müharibəsinin ikinci fazası “fraqmentləşmə” oldu. Küçə bandalarının fəal olmadığı yerlərdə yaşayan insanlar deyirdilər: “Şükr Allaha, onlar bizə toxunmur”. Lakin etiraf olunub-olunmamasından asılı olmayaraq, böhran davam edir və bununla yanaşı Los-Ancelesdə ictimai qayda-qanun pozulmağa başlayırdı. Tavistokun proqramlaşdırdığı kimi, bandaların müharibəsinin toxunmadığı insanlar “özlərini müdafiə etmək üçün qopdular”, çünki böhranın mənbəyi müəyyən edilməmişdi. Bununla da, necə deyərlər, “qeyri-adekvat adaptasiya” və bölünmə, kənarlaşma prosesi adlandırılan mərhələ başlandı.
Küçə müharibələrinin narkotiklərin yayılmasından başqa bir məqsədi də var idi. Birincisi– məqsəd hədəfə alınan qrupa onların təhlükədə olduğunu göstərmək, başqa sözlə, onlarda təhlükə hissini yaratmaq idi. İkincisi– göstərilməli idi ki, təşkil olunmuş cəmiyyət bu cür zorakılığın qarşısında acizdir. Və üçüncüsü– məqsəd sosial nizamın dağılmaq üzrə olduğu faktının etraf edilməsinə nail olmaq idi. Stenfordun üç fazası yerinə yetiriləndən dərhal sonra, 1960-cı illərdə olduğu kimi, küçə zorakılığının indiki dalğası da necə qəfil və ani baş qaldırıbsa, o cür də yatacaq.
Cəmiyyətin dəyişiklikləri qəbul etməsi üçün- hətta əgər bu dəyişikliklər əhalinin böyük qrupu tərəfindən arzuolunmaz hesab edilirsə də belə- ona təsir edilməsinin parlaq nümunəsi “BİTLZ” “təzahürü” idi. “Bitlz” qrupunu ABŞ-a sosial eksperimentin bir hissəsi kimi gətirmişdilər. Bu bir neçə nəfər, əhalinin böyük qruplarını, onların heç ağıllarına da gətirmədikləri beyin yuyulmasına məruz etməli idi.
Tavistok “Bitlz” qrupunu ABŞ-a gətirib çıxaranda heç kəs bunun arxasınca başlanmalı olan mədəni fəlakətin əhatə genişliyini təsəvvür edə bilməzdi. “Bitlz” “DOLÇA SUİ-QƏSDİNİN” tərkib hissəsi, “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” proqramından (Siyasi tədqiqatlar haqqında Məruzə, rəhbəri Uillis Harmondur) əmələ gələn canlı orqanizm idi.
XIX yazı: Ağır zərb sədalarının iblisanə hay-küyü dinləyicilərin şüurunu elə hala qədər kütləşdirirdi ki, onları istənilən birini yeni narkotikə razı salmaq olardı– yalnız bunu əsas gətirmək kifayət olardı ki, “hamı bunu edir”
“Bitlz” fenomeni gənclərin köhnə sosial sistemə qarşı spontan (əvvəlcədən hazırlanmayan, planlaşdırılmayan) qiyamı deyildi. Bu, əksinə, ələkeçməz sui-qəsdçilərin çox dəqiqliklə hazırladıqları, öz iradəsinin ziddinə şüurunun dəyişdirilməsi planlaşdırılan əhalinin böyük hədəf qrupuna fövqəladə dərəcədə dağıdıcı elementlərin yeridilməsi planı idi. Amerikada “Bitlz” ilə birlikdə “Tavistok”un kəşf etdiyi yeni sözlər və ifadələr dövriyyəyə daxil edildi. Musiqi sədalarına münasibətdə “rok” kəlməsi, “tineycer” (“yeniyetmə”), “kul” (cool- “müsibət”, “kef”), “discovered” (“kəşf edilən”, “aşkar edilən”) və “pop-musiqi” kimi kəlmələr kodlaşdırılmış sözlərdən ibarət leksikonun bir hissəsi, narkotiklərin qəbul edilməsi və istifadə olunması demək idi. Bu sözlər “Bitlz” ilə birlikdə gəldi və “Bitlz” hara gedirdisə, orada peyda olurdu, özü də “tineycerlər” onları dərhal “tapırdılar”. Yeri gəlmişkən, “Tavistok İnsan Münasibətləri İnstitutu”nun səyləri ilə “Bitlz” səhnədə peyda olana qədər “tineycer” sözü heç yerdə istifadə olunmamışdı.
Küçə müharibələri ilə bağlı halda olduğu kimi, kütləvi informasiya vasitələri və ilk növbədə də elektron KİV ilə əməkdaşlıq olmadan bu vəzifəni də həll etmək mümkün olmazdı. Xüsusi rol murdar tip olan Ed Sallivana ayrılmışdı– o, oynamalı olduğu rol üçün sui-qəsdçilər tərəfindən xüsusi olaraq hazırlanmışdı. Əgər mətbuat onların ətrafında əsl ajiotaj qaldırmasaydı, Liverpuldan olan təlxək qrupuna və onların on iki-atonallı “musiqi” sisteminə heç kəs diqqət verməzdi. “On iki-atonallı sistem”– bu, Dionis kultu və Vaal kultu kahinlərinin musiqisindən götürülən, İngiltərənin Kpaliçası və deməli, Komitet 300-ün yaxın dostu Teo Adorno tərəfindən “müasir” təsirə məruz edilən təkrarlanan ağır sədalardan ibarət idi.
“Tavistok” və onun “Stenford Tədqiqat Mərkəzi” xüsusi sözlər yaratdı, bu sözlər sonradan “rok-musiqi” və onu sevənlər arasında ümumi istifadəyə daxil oldu. Dəbə düşən bu sözlər sosiumdan qopan gənclərdən ibarət yeni böyük qrup yaratdı. Sosial injinirinq və sosial təsir vasitəsilə onları inandıra bildilər ki, “Bitlz”– həqiqətən də onların sevimli qrupudur. “Rok-musiqinin” kontekstində yaradılan bütün həlledici sözlər əhalinin yeni hədəf qrupu, yəni amerikalı gənclər üçün nəzərdə tutulmuşdu.
“Bitlz” əla işlədi, daha doğrusu, “Tavistok” və “Stenford” əla işlədilər. “Bitlz” isə sadəcə, “öz dostlarının azacıq köməkliyi ilə” (“with a little help from their friends”), proqramlaşdırılmış robot kimi reaksiya verirdi; “dostların azacıq köməyi”– bu, narkotiklərin qəbul edilməsi və “müsibət” vəziyyətə çatmağı ifadə edən kodlaşdırılmış sözlər idi. “Bitlz” gözə çarpan “yeni tip”– “Tavistok” jarqonunun daha bir ibarəsi oldu. “Yeni tip”, “Bitlz” öz stillərini (ekstravaqant geyim, saç düzümü və danışıq tərzi) yaratmamışdan bir qədər əvvəl meydana çıxmış və yaşlı nəslin hiddətinə səbəb olmuşdu– heyhat, elə bu da planlaşdırılırdı. Bu, Uillis Harmon, onun alim-sosioloqları və gen mühəndisliyi sahəsindən olan mütəxəssisləri tərəfindən hazırlanan, işə salınan “fraqmentləşmə- qeyri-adekvat adaptasiya” prosesinin bir hissəsi idi.
Cəmiyyətimizdə böyük əhali qruplarının beyninin effektli yuyulması işində həlledici rol mətbu və elektron kütləvi informasiya vasitələrinə məxsusdur. 1966-ci ildə kütləvi informasiya vasitələri Loc-Ancelesdə küçə müharibələrini şərh etməyə son qoyan kimi, küçə müharibələri də dayandı. KİV-in onlara diqqəti azaldıqca küçə bandaları dağılışmağa başlayır, sonra isə izsiz-soraqsız yox olurlar. 1966-cı ildə olduğu kimi, problem sadəcə olaraq “tükəndi”. Küçə bandaları cəmiyyətdə qeyri-sabitlik və təhlükə mühitinin yaradılması üzrə öz vəzifələrini yerinə yetirdilər. Eynilə belə bir ssenari “rok” musiqini də gözləyir. Kütləvi informasiya vasitələrinin diqqətindən məhrum ediləndən sonra o dinməzcə tarixdə öz yerini tutacaq.
“Bitlz” qrupunun ardınca- yeri gəlmişkən, onları bir yerə “Tavistok İnstitutu” toplamışdı– başqa “Made in England” rok qrupları da gəlmişdi. “Bitlz” ilə bağlı halda olduğu kimi, onlar üçün də kult səciyyəli “lirikanın” hamısını Teo Adorno yazır və “musiqini” də tam şəkildə özü bəstələyirdi. Dırnaq arasında verdiyim bu gözəl sözləri “bitlomaniya” kontekstində istifadə etmək mənə xoş deyil; bu mənə donuzcasına şəfqətdən çabalayan iki homoseksualist arasında çirkin kontakta münasibətdə yanlış olaraq istifadə olunan “sevgili” sözünü xatırladır. “Rok”u musiqi adlandıranda musiqi necə təhqir olunursa, “rok-lirika” da dil üçün o cür təhqirdir.
“Tavistok” və “Stenford” bunun ardınca Komitet 300-ün onlara sifariş etdiyi işin ikinci fazasını həyata keçirməyə girşdi. Yeni faza Amerikada sosial dəyişiklikləri daha da qızışdırdı. Amerika səhnəsində “Bitlz” hansı sürətlə peyda oldusa, həmin sürətlə də “puç olmuş nəsil” (“beat generation”)– bunlar kodlaşdırılmış sözlərdir, təyinatı ictimai qrupları bölmək və xüsusiləşdirməkdən ibarətdir– meydana çıxdı. KİV indi də diqqətini “puç olmuş nəsil” üzərində fokuslaşdırdı. “Tavistok” əsilli yeni sözlər sanki özbaşına peyda olmuşdu: “bitniklər”, “hippi”, “çiçəklərin övladları”– bu sözlər Amerikanın dilinə möhkəm daxil oldu. “Cəmiyyətdən qopmaq” (və ya fərqlənmək- “drop out”), çirkli cins geyinmək və uzun kirli saçlar populyar oldu. “Puç olmuş nəslin” nümayəndələri özlərini qalan bütün Amerikadan qopartdı. Onlar da, özlərindən daha təmizkar olan “Bitlz” kimi, pis reputasiya qazandılar.
Yeni yaradılan sosial qrup və onun “həyat tərzi” milyonlarla amerikalını öz kultuna çəkdi. Amerikanın gəncləri heç özləri də bunu dərk etmədən radikal inqilaba məruz edildikləri vaxt, böhranın mənbəyini müəyyən etmək imkanı olmayan və deməli, böhranın hər cür narkotiklər, marixuana, bir müddət sonra isə lizergin kislotası kimi təzahürlərinə qeyri-adekvat reaksiya verən yaşlı nəsil acizanə onun yanında idi. İsveçrənin SANDOZ farmasevtik kompaniyasının onlara bəxş etdiyi LSD– kompaniyanın kimyaçılarından biri, Albert Hoffmanın erqotaminin sintezini kəşf etməsi nəticəsində alınan, şüuru dəyişdirən ən güclü narkotiklərdən biri– “olmazın dərəcədə vaxtında” meydana çıxdı. Komitet 300 bu layihəni öz banklarından biri– S.C.Warburg vasitəsilə maliyyələşdirirdi, Amerikaya isə narkotiki filosof Oldos Haksli gətirdi.
Yeni “möcüzə-narkotikanı” Birləşmiş Ştatların bütün ərazisindəki kolleclərdə və “rok” konsertlərdə “sınaq” bağlamalarında sürətlə pulsuz paylamağa başladılar, bunun nəticəsində məhz LSD narkotiklərin geniş yayılmasının katalizatoru oldu. Burada dərhal inadkar sual meydana çıxır: bəs, “Narkotiklərlə Mübarizə İdarəsi” (NMİ) bu vaxt nə ilə məşğul idi? Heç bir mübahisə doğurmayan dolayısı dəlilər var ki, onlar NMİ-nin nə baş verdiyindən xəbərdar olduğunu, lakin ona qarışmamağın əmr edildiyini sübut edir.
Britaniyalı “rok-qruplar” ABŞ-a get-gedə daha çox gəldikcə, rok konsertlər amerikalı gənclərin gündəlik həyatının vacib elementinə çevrilməyə başladı. Bu “konsertlərlə” tandemdə gənclərin narkotika istifadə etməsi də proporsional surətdə artırdı. Ağır zərb sədalarının iblisanə hay-küyü dinləyicilərin şüurunu elə hala qədər kütləşdirirdi ki, onların istənilən birini yeni narkotikanın dadına baxmağa asanlıqla razı salmaq olardı– yalnız bunu əsas gətirmək kifayət olardı ki, “hamı bunu edir”. Əhatə edən həmyaşıdların nümunəsi– bu, çox güclü silahdır! “Yeni mədəniyyətin” işıqlandırılması üçün kütləvi informasiya vasitələrində maksimal dərəcədə mümkün olan geniş yer alındı, özü də sui-qəsdçilər buna heç bir sent də xərcləmədi.
Vətəndaş liderlərin və kilsə xadimlərin bir çoxunun yeni kultla bağlı güclü gileyi onun NƏTİCƏLƏRİNƏ qarşı yönəlmişdi, SƏBƏBLƏRİNƏ qarşı yox. Rok-kultun tənqidçiləri “quru qanun” dövründə edilən eyni səhvlərə yol vermişdi: onlar hüquq-mühafizə orqanlarını, müəllimləri, valideynləri– kimi gəldi tənqid edirdilər, bircə sui-qəsdçiləri yox.
Bütün Amerikada ən murdar narkotika əclaflarından biri Alan Ginzberqdir. Bu Ginzberq bir sent belə xərcləmədən LSD-ni bütün Amerikaya reklam etdi, hərçənd adi şəraitdə televiziyada belə bir reklam milyonlarla dollara başa gələrdi. Narkotiklərin və ilk növbədə də LSD-nin bu havayı reklamı öz pik həddinə altmışıncı illərin sonlarında, KİV-in tamamilə könüllü dəstəyi sayəsində çatdı. Ginzberqin kütləvi reklam kampaniyasının effekti çox dəhşətli idi; Amerika ictimaiyyəti eyni vaxtda bütöv bir sıra “gələcək mədəni şoka” məruz qaldı.
Uçqunabənzər informasiya selinə düşən və həddən ziyadə stimullaşdırmanın (bir daha təkrar etmək istəyirəm ki, bu, “Tavistok”un praktiki vəsaitlərindən əxz edilən “Tavistok” jarqonudur) təsirinə məruz qalan insanlığı bu sel öz ağuşuna aldı. Müəyyən kritik həddə çatandan sonra isə həmin informasiya fövqəldozasını həzm etmək iqtidarında olmayan şüurlar sadəcə, apatiyaya qərq olmağa başladı– yəni, “dərin hərtərəfli sirayət” geniş insan kütlələrini bezdirdi (xirtdəklədi). Ginsberq şair adına iddia edirdi, lakin şair olmağa çalışanların heç biri ondan böyük cəfəngiyyat yazmayıb və çərənləməyib! Ginzberqin qarşısına qoyulan vəzifənin poeziyaya demək olar heç bir aidiyyatı yox idi– onun vəzifəsi əhalinin hədəfə alınan qrupuna yeni submədəniyyəti sırımaq idi.
Ginzberqə köməkçi kimi Norman Meyleri qoşdular. Norman Meyler vaxtını mütəmadi olaraq dəlixanalarda keçirən yazıçılar sortuna aid olan qələm sahibi idi. Meyler Hollivudun solbaz yığıncağının sevimlisi idi və buna görə də onun Ginzberq üçün maksimum televiziya vaxtı almaq sarıdan problemi yox idi. Təbii ki, Meyler zahirən xoşniyyətli bəhanəyə istinad etməli idi– Ginzberqin əsl niyyətini açıq-açığına heç o da təbliğ edə bilməzdi. Buna görə də belə bir manevr həyata keçirilmişdi: Meyler kamera qarşısında Ginzberqlə poeziya və ədəbiyyat haqqında “ciddi” söhbətlər aparırdı.
Rok-qrupların və konsert prodüsserlərinin hamısı Ginzberqdən nümunə götürərək, geniş və havayı televiziya reklamı almaq üçün bu metoddan istifadə etməyə başladı. Bu soxulcanabənzər varlıqlara, onların özlərindən də çirkin əsərlərinə və rəzil ideyalarına havayı efir vaxtı vermək lazım gələndə elektron informasiya vasıtələrinin maqnatları böyük səxavət nümayiş etdirirdilər. Bu eybəcər çirkindilli “albomların” reklamı, mətbu və elektron kütləvi informasiya vasitələrinin səxavətli köməyi olmadan narkotiklərlə ticarət altmışıncı illərin sonları, yetmişinci illərin əvvəllərində olduğu kimi belə sürətlə yayılmaz, çox guman ki bir neçə yerli əhəmiyyətli xırda rayonla məhdudlaşmış olardı.
Ginzberqə bütün ölkəyə translyasiya edilən bir neçə televerilişdə çıxış etmək müəssər oldu. O, bu verilişlərdə incəsənət və musiqi aləmində inkişaf etməkdə olan “yeni ideyalar”, “yeni mədəniyyət” pərdəsi arxasında LSD və marixuananın üstünlüklərini vəsf edirdi. Ginzberqin pərəstişkarları elektron kütləvi informasiya vasitələrindən geri qalmayaraq, Amerikanın bütün ən iri qəzet və jurnallarının “İncəsənət” və “Kübar həyatı” sütunlarında “bu parlaq insan” haqqında qızğın məqalələr yazırdılar. “Dolça Sui-qəsdi”, NATO və “Roma Klubu”ndan olan ilhamvericilərinin heç bir qəpik də xərcləmədikləri belə geniş reklam kampaniyası qəzet, radio və televiziya tarixində indiyədək hələ olmamışdı. Bu, LSD-nin, yalnız azacıq “incəsənət” və “mədəniyyət” pərdəsi ilə örtülmüş, tamamilə pulsuz reklamı idi.
XX yazı: Fasiləsiz şoklar silsiləsindən sonra əhalinin hədəf qrupu elə bir vəziyyətə düşür ki, bundan sonra onun üzvləri dəyişən şəraitdə seçim etmək arzusunda olmur
Ginzberqin ən yaxın dostlarından olan Kenni Lav "Nyu-York Tayms" qəzetində beş səhifdə material dərc etdirdi. "Tavistok"un və "Stenford"un metodologiyası bunu deyir: əgər beyinlərin kifayət qədər yuyulmaması səbəbindən ictimaiyyətin bütövlükdə hələ qəbul edə bilmədiyi nə isə reklam olunmalıdırsa, onda bu məsələnin bütün aspektlərini açan məqalə sifariş etmək lazımdır. Başqa bir metod canlı efirdə televiziya tok-şousunun təşkil olunmasıdır ki, burada ekspertlər qrupu məhsul və ideyaları "müzakirə etmək" adı altında onları reklam edirlər. Şounun iştirakçıları müxtəlif nöqteyi-nəzərlər nümayiş etdirir, tərəfdarlar və əleyhdarlar lehinə və əleyhinə çıxış edirlər. Hər şey qurtaranda isə müzakirə olunan məsələ tamaşaçıların şüuruna möhkəm ilişmiş olur. Yetmişinci illərin əvvəllərində bu metod yenilik idi, bu gün isə çiçəklənən bütün tok-şouların standart praktikasına çevrilmişdir.
Beləlikilə, Kenni Lavın LSD-ni və Ginzberqi tərifləyib göylərə qaldıran beş səhifəlik məqaləsi təxirəsalınmadan “Nyu-York Tayms” qəzetində dərc olundu. Əgər Ginzberq belə bir sahəni qəzetlərin reklam səhifələrində almağa cəhd etsəydi, bu ona 50 000 dollara başa gələrdi. Lakin narahat olmaq üçün Ginzberqin azcıq da olsa səbəbi yox idi; Ginzberq geniş reklamı dostu Kenni Lavın sayəsində tamamilə havayı əldə etdi. Komitet 300-ün nəzarəti altında olan “Nyu-York Tayms” və “Vaşinqton Post” kimi qəzetlərin köməyi ilə bu havayı reklam növü istəniən məsələ üçün tətbiq olunur, xüsusilə də əgər cəmiyyətə dekadent həyat tərzini– narkotika, gedonizm və ümumiyyətlə, Amerika xalqını həqiqi yolundan sapdıra biləcək istənilən şeyi sırımaq lazımdırsa. Ginzberq və LSD ilə bağlı ilk sınaq cəhdindən sonra Komitet 300 cəmiyyətə sırımaq istədiyi ideyalara və onları yayan adamlara yer ayırmaq tələbi ilə ABŞ-ın əsas qəzetlərinə müraciət etməyi adi praktikaya çevirdi.
Bundan da pis olanı budur ki,– və yaxud da yaxşı olanı (bu, artıq, nöqteyi-nəzərdən asılıdır), -Ginzberqin və LSD-nin xeyrinə olan Kenni Lavın havayı reklamını “Yunayted Press” Mətbuat Agentliyi dəstəklədi və “xəbərlər” adı altında onu telekslə ölkənin hər yerindəki yüzlərlə qəzet və jurnala ötürdü. Hətta “Harpers Bazar” və “Taym” kimi sanballı jurnallar da Ginzberqi diqqətə və hörmətə layiq adam kimi təqdim etdi. Əgər belə bir ümummilli reklam Ginzberqə və LSD-ni yayanlara reklam agentlikləri tərəfindən təqdim olunsaydı, onda buna sərf edilən ümumi xərclər 1970-ci illərin qiymətləri ilə ən azı 1 milyon dollar təşkil edərdi. Bu gün isə bu qiymət 15-16 milyon dollardan az olmazdı. Əbəs yerə mütəfəkkirlər kütləvi informasiya vasitələrini “çaqqal” adlandırmırlar.
Komitet 300 haqqında kitab yazmış Con Kelman göstərir ki: “Mən sizə elə bir kütləvi informasiya kanalı tapmağa cəhd etməyi təklif edirəm ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) haqqında materialları onun vasitəsilə ictimaiyyətə çatdırmaq mümkün olsun. Vaxtilə mən belə bir cəhd etmişdim. Mən özündə dünyada ən möhtəşəm fırıldağın inandırıcı dəlillərlə ifşasını əks etdirən məqaləmi bütün iri qəzetlərə, televiziya kanallarına, radiostansiyalara, jurnallara, eləcə də bir neçə tok-şounun aparıcılarına təklif etdim. Onlardan bəziləri ümidverici cavab verirdi– “bizə təqribən bir həftə vaxt verin və biz sizinlə əlaqə saxlayarıq”. Təbii ki, heç kəs mənimlə əlaqə saxlamadı, məqalə isə qəzet və jurnalların səhifələrində dərc olunmadı. Belə təəssürat yaranırdı ki, mənə və işıqlandırmağa cəhd etdiyim problemin üzərinə sükut pərdəsi çəkilmişdir və bu həqiqətən də belə idi”. Budur Amerikada mətbuat azadlığı adlanan ağ yalan!
Kütləvi informasiya vasitələrinin qulaqbatıran isterikası və praktiki olaraq bütün gün ərzində edilən fasiləsiz reklam olmadan rok-musiqi və narkotiklərin hippi-bitnikçi kultu cəmiyyətdə heç vaxt ilişib qala bilməzdi; o marginal sayıqlama səviyyəsində olduğu kimi də qalardı, vəssəlam. “Bitlz” öz cingildəyən gitaraları, əbləh simaları, narkotika dəmli jarqonları və axmaq geyimləri ilə küçə təlxəkləri səviyyəsindən yuxarı heç vaxt qalxa bilməzdilər. Lakin bunun əvəzinə kütləvi informasiya vasitələrində “Bitlz” qrupunun reklamı “doymaq nöqtəsinə” çatır və bunun nəticəsində ABŞ bir-birinin ardınca mədəni şok yaşayırdı.
Beyin mərkəzlərində və tədqiqat institutlarında gizlənən, adları və simaları yalnız çox dar dairəyə bəlli olan adamlar mətbuatın öz rolunu oynamasının qayğısına qaldı. Və əksinə, gələcək mədəni təlatümlərin arxasında duran qüvvələrin gizlin saxlanmasında kütləvi informasiya vasitələrinin mühüm rolu böhranın mənbəyinin heç vaxt aşkarlanmayacağına zəmanət verir. Beləcə, cəmiyyət psixoloji şok və gərginliyin köməyi ilə ağılsız vəziyyətə çatdırılmışdır. “Ağılsız vəziyyətə çatdırılanlar”– bu ifadə “Tavistok”un praktiki vəsaitlərindən əxz edilmişdir. 1921-ci ildə təvazökarlıqla başlayan “Tavistok” 1966-cı ildə Amerikada qüdrətli və dönməz xarakterli mədəni inqilab başlamağa hazır vəziyyətə çatmışdır və həmin inqilab indiyə qədər də qurtarmayıb. “Dolça sui-qəsdi”– bu, həmin inqilabın ayrılmaz tərkib hissəsidir.
Hesab olunurdu ki, bu cür təsirdən sonra ölkə narkotiklərin, “quru qanun” epoxası ilə müqayisə oluna biləcək miqyasda yayılması üçün tamamilə yetişmişdir, özü də bunda çox böyük pulların qazanılması planlaşdırılırdı. Bu da “Dolça sui-qəsdinin” ayrılmaz tərkib hissəsi idi. Narkotiklərin yayıması “Tavistok”un Susseks Universiteti nəzdindəki “Elmi Siyasətin Tədqiqat Mərkəzi”ndə öyrənilən problemlərdən biri idi. Bura “Gələcəyin Şokları Mərkəzi” kimi tanınırdı– bu ad, təyinatı əhalinin bütöv qrupları ilə manipulyasiya etmək, onlarda “gələcəyin şoklarını” yaratmaq olan xüsusi psixologiyanın, “gələcəyə istiqamətlənən psixologiyanın” adıdır. Bura, Tavistokun yaratdığı bir neçə bu cür idarədən birincisi idi.
“Gələcəyin şokları” özü ilə böyük sürətlə baş verən elə hadisələr silsiləsini təcəssüm etdirir ki, bu vaxt insan beyni informasiyanı dərk etmək iqtidarında olmur. Əvvəl də göstərdiyimiz kimi, elm nümayiş etdirmişdir ki, şüur dəyişikliklərin həm kəmiyyətinin, həm də onların təbiətinin dərk olunması cəhətdən dəqiq hüdudlara malikdir. Fasiləsiz şoklar silsiləsindən sonra əhalinin hədəf qrupu elə bir vəziyyətə düşür ki, bundan sonra onun üzvləri dəyişən şəraitdə seçim etmək arzusunda olmur. Onlar apatiyaya qərq olurlar ki, bu vəziyyətin ərəfəsində çoxsaylı mənasız –Los-Ancelesdə küçə müharibələrinə bənzər- zorakılıqlar, silsilə qətllər, zorlamalar və uşaqların oğurlanması kimi cinayətlər baş verir.
Belə qrup asanlıqla idarə olunur və o istənilən əmrlərə müqavimətsiz tabe olacaq ki, bu cür təsirin məqsədi də məhz budur. “Elmi Siyasətin Öyrənilməsi Mərkəzi”nin müəyyən etdiyinə görə, “gələcəyin şokları” özü ilə “insan şüurunun düşünülmüş qərarların qəbul edilməsinə cavabdeh olan hissəsinin həddən artıq gərginləşməsi səbəbindən meydana çıxan fiziki və psixoloji sınmanı təcəssüm etdirir”. Bu– “Tavistok” jarqonudur və “Tavistok”un praktiki vəsaitlərindən əldə edilmişdir.
Həddən artıq yüklənən elektrik şəbəkəsində qoruyucular necə yanıb-sıradan çıxırsa, eyni ilə insanlarda da “qoruyucular” yanır. Tibb hələ indi-indi bu sindromun dərk olunmasına yaxınlaşır, halbuki Con Roulinq Riz bu sahədə eksperimentləri hələ keçən əsrin iyirminci illərində keçirirdi. Müəyyən edilmişdir ki, “qoruyucular” təsir göstərilən hədəf qrupunda “yanmağa” hazırdır və bu qrupun üzvləri daim düşünülmüş seçim etmək zərurətindən qaçmağın vasitəsi qismində narkotik qəbul etməyə başlayır. Amerikalı “bit-nəsil” arasında narkotik bax, buna görə belə sürətlə yayılmışdı. “Bitlz”dan və havayı LSD dozalarından başlanan bir şey, bütün Amerikanı qərq edən narkotika sunamisinə çevrilmişdir.
Narkotika ticarəti Komitet 300-ün ierarxiyasının ən yüksək səviyyələrinin nəzarəti altındadır. Bu ticarətə “Britaniya Ost-Hind Kompaniyası” başlamış və “Hollandiya Ost-Hind Kompaniyası” dərhal ondan nümunə götürmüşdü. Bu kompaniyaların hər ikisinə “300-lər Şurası” nəzarət edirdi. “Britaniya Ost-Hind Kompaniyası”nın üzvləri və səhmdarlarının adlarının siyahısı iki damcı su kimi Debretts perlərinin siyahısına oxşayır. Kompaniya “Çin Daxili Missiya”nı təsis etdi. Missiyanın vəzifəsi çinli kəndlilərdə və ya onların adlandırıldıqları kimi- kulilərdə tiryək çəkmək vərdişini yaratmaq olub. Bu iş tiryək üçün böyük bazar yaratdı və bu bazarı “Britaniya Ost-Hind Kompaniyası” ələ keçirdi.
Komitet 300 “sosial narkotiklərin” Amerikanın gəncləri və Hollivud tusovkası arasında populyarlaşdırılması üçün oxşar tərzdə “Bitlz”ı istifadə etmişdi. Ed Sallivan İngiltərəyə, “Tavistok İnstitutu”nun ABŞ-a səfər edən ilk rok-qrupu ilə tanış olmağa göndərildi. Bundan sonra Sallivan elektron kütləvi informasiya vasitələri üçün qrupun “qablaşdırılması” və “təqdimatı” üzrə strategiyanı işləyib-hazırlamaq üçün Amerikaya qayıtdı. Ed Sallivanla elektron KİV-in tam birgə əməkdaşlığı olmadan publika “Bitlz”a və onların “musiqisinə” heç bir diqqət verməzdi. Bunun əvəzində ameriakanların milli həyatı və Birləşmiş Ştatların ruhunun özü dönməz olaraq dəyişdirildi.
İndi yəqin sizə “Bitlz”ın narkotiklərin yayılması üzrə reklam kampaniyasının nə qədər müvəffəqiyyətli olduğu aydın olur. “Bitlz” üçün musiqinin və mətnlərin Teo Adornonun yazması faktı publikadan cidd-cəhdlə gizlədilirdi. “Bitlz”ın əsas funksiyası “tineycer”lərin (yeniyetmələr) onları “kəşf” etməsini təmin etmək idi. Bundan sonra “bitl musiqisi” aramsız sel kimi onların üzərinə ta o vaxta qədər axırdı ki, bu səslərin xoşlarına gəldiyi haqda onlarda möhkəm əminlik yaranır və bunun nəticəsində onlar həm bu musiqini, həm də onunla bağlı olan hər şeyi qəbul edirdi. Liverpul qrupu onlarla bağlı gözləntiləri tamamilə doğrultdu və “dostlarından gələn kiçicik köməklə” (bu ifadə onların mahnısından götürülmüşdür), başqa sözlə, narkotika adlandırdığımız maddələrin köməkliyi ilə “Tavistok İnstitutu”nun sifariş etdiyi nümunəni dəqiq təkrar edən amerikalı gənclərin bütöv yeni bir sinfini yaratdı.
Tavistok aydın tanınan və narkotiklərin yayılması üzrə fəaliyyət göstərməli olan “yeni tip” yaratdı. “Xristian missionerlərinin” “Çində Daxili Missiya”sı 1960-cı illərdə mövcud olan şəraitdə artıq işə yaramırdı. “Yeni tip”– sosioloji jarqondan əxz edilən ifadədir. Bu, “Bitlz”ın yeni sosial nümunələr yaratmağa müvəffəq olması deməkdir və bu “yeni tipin” əsas məqsədi narkotika istifadəsini, geyim və saç düzümündə yeni zövqləri populyarlaşdırmaq və gündəlik məişət səviyyəsinə çatdırmaq idi. Bütün bunlar gəncləri yaşlı nəsildən radikal surətdə fərqləndirməli idi- “Tavistok” məhz elə bunu planlaşdırılırdı.
Tavistokun tətbiq etdiyi danışıq dilinin məqsədyönlü surətdə bölünməni meydana çıxarmasını qeyd etmək vacibdir. “Tineycerlərin” heç ağlına da gəlməzdi ki, onların can atdıqları bütün qeyri-ənənəvi “dəyərlər” İngiltərənin və Stenfordun beyin mərkəzlərində yaşı ötmüş alimlər tərəfindən böyük dəqiqliklə işlənib-hazırlanmışdır. Özlərinin “müsibət” adətlərinin və ifadələrinin yaşı ötmüş sosioloqlar qrupu tərəfindən xüsusi olaraq yaradıldığını bilsəydilər, onlar sarsılardılar!
XXI yazı: Yaşlı nəsil anlamaq iqtidarında belə deyildi ki, onların övladlarının narkotikə otuzdurulması spontan proses yox, yuxarı dairələrin həyata keçirdikləri məqsədli siyasətin nəticəsi idl!
Narkotiklərin milli miqyasda yayılmasında kütləvi informasiya vasitələrinin rolu fövqəladə dərəcədə mühüm olub və bu hazırda da belədir. Kütləvi informasiya vasitələri küçə bandalarının müharibələrini işıqlandırmağa qəfil son qoyanda həmin bandalar sosial fenomen kimi sadəcə yoxa çıxdılar- ardınca yeni "narkotiklər erası" gəldi. KİV həmişə "yeni meyllərin" katalizatoru qismində çıxış edib və o dövrdə onların diqqəti narkotiklər və onları yayanlar üzərində cəmləşmişdi. "Bitniklər nəsli"- bu, Tavistokun ABŞ-da sosial dəyişikliklərin həyata keçirilməsi səyləri çərçivəsində ixtira etdiyi növbəti bir ifadədir.
Narkotiklərin istifadəsi Amerikada gündəlik həyatın tərkib hissəsinə çevrildi. Tavistokun işləyib-hazırladığı bu proqram milyonlarla gənc amerikalı tərəfindən qəbul edildi və yaşlı nəsil düşünməyə başladı ki, Amerika təbii sosial inqilaba məruz qalıb. Yaşlı nəsil bunu anlamaq iqtidarında deyildi ki, onların övladlarında baş verən dəyişikliklər spontan (hazırlıqsız, planlaşdırılmadan) proses yox, Amerikanın sosial və siyasi həyatını dəyişmək məqsədilə həyata keçirilən sırf süni təsirlərin nəticəsi idl!
“Britaniya Ost-Hind Kompaniyası”nın varisləri narkotiklərin yayılması üzrə öz proqramlarının uğuruna heyran olmuşdular. Onların “himayəyə götürdükləri” (Amerikanın gənc nəsli) lizergin kislotasına (LSD) möhkəmcə “oturmuşdular”. LSD-ni isə Amerika gəncliyinə Oldos Haksli və qüdrətli bankir sülaləsi olan Varburqlar tərəfindən maliyyələşdirilən İsveçrənin hörmətli SANDOZ (farmasevtik) kompaniyası kimi narkoticarət patronları səmimi-qəlbdən təqdim edirdi. Yeni “möcüzə-narkotika” sınaq bağlamalarda bütün rok-konsertlərdə və kolleclərdə pulsuz paylanırdı. Qeyri-ixtiyari sual meydana çıxır, Federal Təhlükəsizlik Bürosu bəs bu vaxt nə işlə məşğul idi?
“Bitlz”ın məqsədi tamamilə aydın oldu. Londonun ali cəmiyyətinə məxsus olan “Britaniya Ost-Hind Kompaniyası”nın varislərinın sərvətlərinə yeni milyardlarla dollar axmağa başlayanda onlar özlərini yəqin, əla hiss edirdilər. “Rok”un (bundan sonra biz bu sözü Adornonun iblisanə bədniyyətli musiqisini qısaca ifadə etmək üçün istifadə edəcəyik) gəlişi ilə narkotiklərin, xüsusilə də marixuananın istifadəsinin dəhşətli artımı qeydə alındı. Narkoticarət bütövlükdə “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin nəzarəti və idarəsi altında işə salındı.
Bu Mərkəzə Liland Bredford, Kennet Damm və Ronald Lippert başçılıq edirdi. İnsanlarda “gələcəyin şoklarını” doğurmaq üçün onların yüksək ixtisaslı rəhbərliyi altında “yeni elmlər” üzrə xeyli mütəxəssis hazırlanmışdı. Bu cür “şoklardan” biri amerikalı tineycerlərdə narkotiklərin istifadəsinin kəskin artması idi. “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin konseptual işlər qismində müxtəlif hökümət agentliklərinə, o cümlədən də “Narkotiklərlə Mübarizə Agentliyi”nə-hərçənd onu “Narkotiklərin Məcburi Tətbiq Olunması Agentliyi” adlandırmaq daha düzgündür- sırıdığı işçi təlimatlar onlara, Reyqan və Buş administrasiyasının guya apardığı “narkotiklərlə dağıdıcı müharibənin”- bunu isə “narkotik müharibə” adlandırmaq daha düzgündür- gedişini diqtə edir.
Bütün bunlar Tavistokun konsepsiyaları əsasında yetişdirilən müxtəlif komitet və şuraların (onlar səmimi olaraq inanırlar ki, bu konsepsiyalar onların özlərinə məxsusdur), eləcə də “daxili hökümətin” Birləşmiş Ştatları idarə etməsi üçün bu gün istifadə olunan metodların prelüdiyası idi. Bu “naməlumlar” ABŞ-da mövcud olan dövlət idarəetmə formasını və həyatın keyfiyyətini həmişəlik dəyişdirəcək qərarlar qəbul edirlər. “Böhranlı adaptasiya” vasitəsilə amerikanlar elə bir dərəcədə dəyişmişlər ki, müasir amerikan cəmiyyətilə əllinci illərin amerikalıları arasında ortaq heç nə artıq qalmamışdır. Bundan başqa, amerikanları əhatə edən mühit dəyişmişdir.
“Bizim dövrümüzdə ətraf mühit haqqında çox danışırlar. Bu vaxt əsas etibarilə yaşıl meşələr, duru çaylar və təmiz hava nəzərdə tutulsa da, bundan heç də az əhəmiyyətli olmayan başqa bir ətraf mühit də mövcuddur, konkret olaraq– narkotik ətraf mühit. Bizim həyat tərzimizin ətraf mühiti zəhərlənmişdir; bizim təfəkkürümüz zəhərlənmişdir. Öz taleyimizi idarə etmək qabiliyyətimiz zəhərlənmişdir. Biz təfəkkürümüzü elə bir dərəcədə zəhərləmiş olan dəyişikliklərlə üzləşmişik ki, ümumiyyətlə nə etmək lazım olduğunu bilmirik. “Dəyişikliklər mühiti” milləti eybəcər hala salır; biz vəziyyətə qətiyyən nəzarət edə bilmirik və bu hal narahatlıq və çaşqınlıq doğurur” (Con Kelman, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, “Sirli dünya”).
Fərdi qərarlar əvəzinə xalq problemlərin həllini qruplar halında axtarır. Problemlərin həlli üçün fərdi resurslardan istifadə olunmur. Bunun əsas səbəbi narkotiklərdən istifadənin kəskin artmasıdır. Bütün bunlar “yeni elmlər” üzrə mütəxəssislərin və “sosial mühəndislərin” işləyib-hazırladıqları niyyətli strategiyanın nəticəsidir və bu xalqın ən zəif cəhətinə- hər kəsin özü haqqında təsəvvürlərinə, bizim öz özümüzü necə qəbul etdiyimizə tuşlanıb. Şüura bu cür təsir ona gətirir ki, xalq kəsilməyə aparılan qoyun sürüsünə bənzəməyə başlayır. Diqqət! Bizə təqdim olunan çoxsaylı variantlar arasında daim seçim etmək zərurəti psixikamızı artıq tükəndirmişdir və biz əvvəl–axır tam apatiyaya qərq olmuşuq.
Geniş xalq kütlələri ilə manipulyasiya edənlər bədniyyətli adamlardır, biz isə bunu heç düşünmürük də. Bu xüsusilə də narkotika ilə ticarətə münasibətdə həqiqətdir və amerikanlar hazırda qüvvədə olan konstitusion dövlət quruluşu formasından imtina etməyə məcbur ediləcəyimiz keçid mərhələsindədirlər. Buş administrasiyası bu istiqamətdə nəhəng addım artıq atmışdır. Hər şeyin məhz bu cür olduğuna dəlalət edən bütün sübutlara baxmayaraq, inadkarcasına “Amerikada bu mümkün deyil” fikirləşən adamlar hələ qalsa da, faktdır ki, BU ARTIQ BAŞ VERMİŞDİR. Aramsız təzyiqlər nəticəsində amerikanlar müqavimət göstərmək iradəsindən tamamilə məhrum olmuşlar. Eynən bizdəki kimi, bəziləri “biz müqavimət göstərəcəyik”,– deyir, lakin real olaraq bunu çox az adam edəcək və onlar həmişə azlıqda olacaqlar.
Narkotiklərlə ticarət bizim ətraf mühiti məkrli surətdə dəyişmişdir. Necə deyərlər, “narkotiklərə qarşı müharibə”– farsdır, onun (müharibənin) miqyasları elədir ki, “Britaniya Ost-Hind Kompaniyası”nın varisləri onu heç hiss də etmirlər. Kompüterləşməyə əlavə olaraq amerikanlarla birgə elə biz də, demək olar total “beyin yuyulmasına” məruz edilmişik– bizə sırınan dəyişikliklərə müqavimət göstərmək qabiliyyətindən tamamilə məhrum olmuşuq. Bütün bunlar daha bir “ətraf mühitin”, hökümətlərin bunsuz öz oyunlarını oynaya bilmədikləri ŞƏXSİYYƏT ÜZƏRİNDƏ NƏZARƏT- bu, həm də şəxsi informasiya üzərində nəzarət adlandırılır- “mühitinin” formalaşdırılması deməkdir.
Məsələ bu yerdədir ki, hökümətin sərəncamında onlar hansı informasiyanın olduğunu öyrənməyə amerikanların, sadə xalqın heç bir imkanı yoxdur. Hökümətin kompüter faylları ictimai nəzarət üçün tamamilə əlçatmazdır. Yəni, biz hələ də kütbeyincəsinə inanırıq ki, şəxsi informasiya toxunulmazdır? Yadda saxlayın– hər bir cəmiyyətdə artıq hüquq-mühafizə orqanlarını nəzarət altında saxlayan zəngin və qüdrətli ailələr var. Düşünməyin ki, bu ailələr bizim haqqımızda nəyi isə öyrənmək istəsələr, bunu edə bilməyəcəklər. Belə ailələr başqaları ilə müqayisədə Komitet 300-də daha çox yer tapan ailələrdir.
Misal üçün, Kissinceri götürün. Onun şəxsi sərəncamında təkcə ABŞ-da yox, eləcə də bütün dünyada yüzlərlə və minlərlə adamın dosyesi var. Biz Kissincerin düşmənləri siyahısında varıqmı? Düşünürsünüz ki, bu sual barmaqdan sovurulub, ya da tavandan götürülüb? Əsla. “P-2” Mason Lojası və “Monte Karlo Komitəsi”ni götürün– onlar minlərlə insanın adı olan siyahılara malik idilər. Yeri gəlmişkən, Kissincer– onların arasındadır. Başqa “özəl” kəşfiyyat xidmətləri də var, məsələn, bir qədər aşağıda rastlaşacağımız İNTEL.
Heroinin Avropaya çatdırılması kanallarından biri Monako knyazlığından keçir. Heroin Korsikadan bərələrlə gəlir ki, yay mövsümündə həmin bərələr Korsika və Monte Karlo arasında lap çox sayda reys edir. Bu vaxt nə yüklər, nə də sərnişinlər qətiyyən heç bir yoxlamaya məruz qalmır. Fransa ilə Monako arasında keşik çəkilən sərhəd olmadığından, narkotiklər, xüsusilə də heroin və yaxud qismən emal edilən tiryək Monakonun açıq sərhədlərindən sel halında keçərək, Fransadakı laboratoriyalara gəlir. Əgər təmiz heroin gəlirsə, onda narkotika birbaşa yayıcılara ötürülür.
Qrimaldi ailəsi artıq bir neçə yüz ildir ki, narkotika qaçaqmalçılığı ilə məşğul olur. Ailənin yaxın tarixində baş verən epizodlardan birinə diqqət yetirək: tamah Knyaz Ranyeni rahat qoymur, o, narkotika qaçaqmalçılığından həddən ziyadə haqq almağa başlayır və üç ciddi xəbərdarlıqdan sonra belə bunu davam etdirir. Buna görə onun həyat yoldaşı Qreys “avtoqəzada” öldürüldü. Onun “Rover”ində əyləc sistemi elə nizamlanmışdı ki, hər dəfə əyləc pedalını basanda sistemdən müəyyən miqdarda yağ axıb gedirdi və beləliklə, avtomobil dağ yolunun kəskin döngələri olan ən təhlükəli hissəsinə çatanda əyləc sistemi artıq işləmirdi və avtomobil tam sürətlə uçuruma düşdü.
Komitet 300-ün agentləri Knyaginya Qreysin öldürülməsi ilə bağlı həqiqəti ört-basdır etmək üçün mümkün olan hər şeyi etdilər. Onun avtomibili bu günə qədər də Fransa polisində saxlanılır, lakin ona hətta yaxınlaşmaq belə qadağandır.
***
Komitet 300-ün nəzarəti altında olan narkotika ticarəti özündə bəşəriyyətə qarşı cinayət ehtiva edir. Lakin “Tavistok İnstitutu”nun illər uzunu fasiləsiz olaraq həyata keçirdiyi bombardmanların təsiri ilə cəmiyyət zəiflədiyindən narkotika ticarətini öhdəsindən gəlməyin mümkün olmadığını, “həddindən artıq böyük problem” hesab edərək, onları əhatə edən dəyişdirilmiş mühiti az və ya çox dərəcədə qəbul etmişik. Bu belə deyil.
“Əgər biz bütöv bir milləti səfərbər edə bildiksə, milyonlarla amerikalı əsgəri qarışmalı olmadığımız müharibədə döyüşmək üçün hazırlayıb Avropaya göndərə bildiksə, əgər biz böyük və güclü dövləti məğlub edə bilmişiksə, onda biz İkinci Dünya Müharibəsinin taktikasından istifadə edərək narkotiklərlə ticarəti də məhv edə bilərik. İkinci Dünya Müharibəsinə müdaxilə edərkən həll edilməli olan təchizat və infrastruktur problemləri hətta bu gün də insanın təsəvvürünü heyran edir. Və bununla belə, o vaxt biz bütün problemləri müvəffəqiyyətlə həll edə bildik. Əgər belədirsə, onda sərəncamımızda daha müasir silah və texnika olduğu halda niyə dəqiq məlum olan, Almaniyadan qat-qat kiçik və daha zəif düşməni məğlub etmək mümkün deyil?” (Con Kelman, “Sirli dünya”).
Narkoticarətin çiçəklənməsinin əsl səbəbi ondan ibarətdir ki, bu, dünyanın ən yüksək vəzifəli ailələrinin nəzarəti altında olan və vasitəsilə astranomik pullar qazanılan koordinasiya olunmuş nəhəng mexanizmin bir hissəsidir.
1930-cu ildə Cənubi Amerikaya qoyulan Böyük Britaniya kapitalının həcmi, onun “dominionlarına” qoyulan kapitalı üstələdi. Böyük Britaniyanın xarici investisiyaları üzrə görkəmli mütəxəssis olan Qrexem bildirirdi ki, Böyük Britaniyanın Cənubi Amerikaya yatırdığı kapitalın həcmi “bir trilyon funt sterlinqi keçmişdir”. Xatırlayın, bu 1930-cu il idi və o vaxt bir trilyon funt sterlinq ağlasığmaz məbləğ idi. Cənubi Amerikaya belə nəhəng investisiyaların qoyuluşunun səbəbi nə idi? Bu investisiya qoyuluşunun yalnız bir səbəbi vardı- narkotiklər!
XXII yazı: Narkotikin xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil etdiyi halda, distribütorlara kiloqramı 20 000 dollara satılır, son istehlakçıya çatanda isə bir kiloqramının qiyməti 50 000 dollara qədər yüksəlir
Böyük Britaniya banklarına nəzarət edən plutokratiya pul cilovlarını əlində tutmuşdu və indi olduğu kimi, o vaxt da özünün çirkli biznesi üçün etibarlı pərdə (örtük) təşkil edirdi. Heç kim heç vaxt onların çirkli əllərindən tuta bilməyib. Əgər iş düzgün getməsə, bu halda həmişə onların günahı öz üzərinə götürən adamları olub və bu indi də belədir. O vaxt da, indi də narkotika ticarəti ilə əlqələr gizlin olub. Böyük Britaniyanın Komitet 300-ə daxil olan "əsl-nəcabətli" ailələrinin üzvlərinin üzərinə heç kim heç vaxt yüngülcə kölgə də sala bilməyib.
Böyük əhəmiyyət kəsb edən məsələ budur ki, bu nəhəng imperiyaya Parlamentin yalnız 15 üzvü nəzarət edirdi; onların içərisində ən görkəmliləri Ser Çarlz Barri və Çemberlenin ailələri idi. Bu maliyyə superlordları əməliyyatları Argentina, Yamayka və Trinidad kimi yerlərdə keçirirdilər ki, buralar narkotika ticarəti sayəsində onlar üçün dibi olmayan qazanc mənbəyinə çevrilmişdi. Britaniyalı plutokratlar quldan azacıq yüksək pul ödəməklə bu ölkələrdə nifrətlə “buyerli” (ruscada “tuzemtsı”) adlandırdıqları adamlar saxlayırdılar. Karib hövzəsi ölkələrində həyata keçirilən narkotika ticarətində çoxları nəhəng varidat toplamışdı.
Plutikratlar “Trinidad Leaseholds Limited” kimi kompaniyaların arxasında gizlənirdilər, lakin onların REAL MƏQSƏDİ həmişə narkotika olub və bu, indi də belədir. Biz heç olmasa bu nümunədə indi də bunu görə bilərik ki, Yamaykanın Ümumi Daxili Məhsulu (ÜDM) demək olar tam həcmdə qanca satışından (qanca– güclü təsirə malik marixuana növü) ibarətdir. Qanca ticarətinin mexanizmi David Rokfeller və Henri Kissincer tərəfindən “Karib hövzəsi təşəbbüsü” adı altında yaradılmışdı.
Çində tiryək ticarəti ilə bağlı əsl həqiqət yaxın vaxtlara qədər tamamilə naməlum idi. Bu hadisə həmişə mümkün qədər məxfi saxlanılırdı. Çinlilərin tiryək çəkməyi nə üçün belə çox sevdiyi anlamağa çalışan ekspertlər belə əldə edilməsi mümkün olan ziddiyətli mənbələrə əsaslanaraq Çində əslində nə baş verdiyindən qətiyyən baş çıxara bilməzdilər. Əksəriyyəti düşünürdü ki, çinli fəhlələr sadəcə olaraq tiryəki bazardan alıb çəkir, ya da sayı minlərlə olan tiryəkxanadan birinə gedir və öz dəhşətli həyatlarını bu yolla müvəqqəti də olsa unudurdular.
Həqiqət isə ondan ibarətdir ki, Çinə tiryəkin gətirilməsində Britaniya inhisara malik idi. Bu, Britaniya hökümətinin RƏSMİ inhisarı və Britaniyanın rəsmi siyasəti idi. Çində həyata keçirilən Hind-Britaniya tiryək ticarəti ən ciddi sirrlərdən biri idi. Onun ətrafında “Hindistan xəzinələri”, Redyar Kiplinqin gözəl qələmə aldığı kimi, Britaniya ordusunun “İmperiyanın” şərəfinə göstərdiyi şücaətlər haqqında boş əfsanələr və hekayələr, eləcə də viktorian İngiltərəsində yüksək cəmiyyətin qonaq otaqları üçün gətirilən Çin çayı yükü ilə okeanlarda şütüyən “çay klipperləri” haqqında nağıllar qoşulurdu. Gerçəklikdə isə Britaniyanın Hindistanı işğal etməsi və Britaniyanın Çində apardığı “Tiryək Müharibələri” Qərb sivilizasiyasının tarixinin ən qaranlıq səhifələrindəndir.
Britaniyanın hökmranlığı dövründə Hindistanın gəlirlərinin demək olar 13 %-i Britaniyanın nəzarəti altında Çində fəaliyyət göstərən tiryək yayıcılarına satılan yüksək keyfiyyətli Banqladeş tiryəkindən əldə olunurdu. Müasir “Bitlz” kimi, “Çin Daxili Missiya”sı tiryəkin kasıb çinli fəhlələr (onlar bu adamları kuli adlandırırdılar) arasında istifadəsini dəbə mindirmək istiqamətində çox böyük iş gördü. Eynilə ABŞ-da narkoman-yeniyetmələr kimi, bu narkomanlar da öz-özünə havadan meydana gəlməmişdi. YADDA SAXLAYIN: HƏM BUNLARİ, HƏM DƏ ONLARI MƏQSƏDYÖNLÜ SURƏTDƏ TƏRBİYƏ ETMİŞDİLƏR. Çində əvvəl tiryək bazarı yaradılmış və bundan sonra bu bazar Banqladeşdə istehsal edilən tiryək ilə doldurulmuşdu. Eyni qaydada ABŞ-da da marixuana və LSD bazarı əvvəl yuxarıda göstərilən metodlarla yaradılmış, sonra da britaniyalı plutokratlar və onların amerikalı qohumları Böyük Britaniya bank isteblişmentinin superlordlarının köməyi ilə bu bazarı tutmuşdular.
Gəlirli narkotika ticarəti– bu, insanların bədbəxtliyində pul qazanmağın ən pis nümunələrindən biridir. Başqa bir nümunə- bu, Rokfellerə məxsus olan, lakin əsas kompaniyaları İsveçrədə, Fransada və Böyük Britaniyada fəaliyyət göstərən və “Amerika Səhiyyə Assosiasiyası” tərəfindən tam şəkildə dəstəklənən farmasevtik kompaniyalar tərəfindən əsas etbarilə ABŞ-da həyata keçirilən narkotiklərin leqal satışıdır. Dopinq və narkotiklərlə aparılan çirkli sövdələşmələrin verdiyi pullar London Sitisindən, eləcə də Honkonqdan, Dubaydan və İsrailin Livana daxil olması sayəsində yaxın vaxtlardan bu ölkədən axır.
Bütün bunları şübhə altına alanlar da tapılacaq. Onlar deyəcəklər: “Faynenşl Tayms” qəzetindəki işgüzar məqalələrə baxın və deməyin ki, bütün bunların narkotika ticarətinə aidiyyatı var”. ƏLBƏTTƏ VAR, lakin düşünməyin ki, İngiltərənin əsl-nəcabətli lordları və lediləri bu faktı reklam edəcəklər. “Britaniya Ost-Hind Kompaniyası”nı xatırlayırsınızmı? Rəsmi olaraq onun bütün biznesi çay ticarətindən ibarət idi!
Londonun “Tayms” qəzetinin Böyük Britaniya publikasına bunu deməyə heç vaxt cəsarəti çatmayıb ki, çay ticarətində NƏHƏNG GƏLİR qazanmaq mümkün deyil. Eyni ilə bu parlaq qəzet Londonun feşenebelli klublarında vaxt keçirən və ya “Kral Vindzor Klubu”nda polo oynayanların cidd-cəhdlə həyata keçirdikləri tiryək ticarəti və yaxud da İmperiyaya xidmət etmək üçün Hindistana yollanan zabit-centlemenlərin öz maaşlarını İSTİSNASIZ olaraq tiryəkə vərdiş etdirilən milyonlarla çinli kulinin dərdi bahasına əldə olunan böyük gəlirlərdən alması haqqında heç kəkələyə də bilməzdi.
Tiçarəti məşhur “Britaniya Ost-Hind Kompaniyası” (bundan sonra BOHiK) həyata keçirirdi. BOHiK-in ABŞ-ın siyasi, dini və iqtisadi işlərinə bezikdirici müdaxiləsi 200 il ərzində dünyaya baha başa gəlib. Kompaniyanın üç yüz üzvü qalan bütün bəşəriyyətdən bir pillə yuxarıda dururdu. Onların qüdrəti elə əzəmətli idi ki, lord Bertran Rassel bununla bağlı belə demişdi: “Allahın göylərdə problemi meydana çıxanda, onlar Allaha da məsləhət verə bilərdi”. Ötən illər ərzində nəyin isə dəyişdiyini ehtimal etməyinə dəyməz. Komitet 300-ün üzvləri EYNİLƏ HƏMİN MÖVQENİ TUTUBLAR və bax buna görə də onlar tez-tez özlərini “Olimpiyaçılar” adlandırırlar.
Bir müddət sonra “Britaniya Ost-Hind Kompaniyası”na Britaniya taxt-taçı, yəni, kral ailəsi də qoşuldu. Taxt-tac, necə deyərlər, “daşınma rüsumları” vasitəsilə, yəni, Kompaniyanın ixracına nəzarət etməklə BOHiK-i Banqladeşdə, eləcə də Hindistanın başqa yerlərində tiryək istehsalı işində istifadə edirdi. Başqa sözlə, taxt-tac dövlət orqanlarında tələb olunan şəkildə qeydiyyata alınan tiryək istehsalçılarından və Çini tiryək ilə təchiz edənlərin hamısından vergi tuturdu.
Ticarətin hələ “qeyri-leqal” olduğu –bu söz tiryək istehsalçılarından daha çox pul qoparmaq üçün istifadə olunurdu- 1896-cı ilə qədər ticarəti dayandırmaq üçün kiçicik belə cəhd də edilmirdi; Hindistandan çox böyük həcmdə tiryək “çay klipperlərində”- yelkənli gəmilər, onların Hindistan və Çindən London birjalarına guya çay daşıdıqları haqda əfsanə və rəvayətlər qoşulmuşdur -daşınmışdı.
Kompaniyanın lordları və lediləri o dərəcədə qudurmuşdilar ki, onlar ABŞ-da Vətəndaş Müharibəsi dövründə bu ölümcül maddəni İttifaqın və Konfederasiyanın ordularına ağrıkəsici vasitə adı altında satmağa da cəhd etmişdilər. Onların planının baş tutacağı təqdirdə nə baş verə biləcəyini təsəvvür etmək çətin deyil! Yüz minlərlə əsgər tiryək dəminə aludə olub döyüş meydanını tərk edərdi. Bir müddət sonra isə “Bitlz” milyonlarla yeniyetmə və gənc insanın narkomana çevrilməsində daha böyük uğur qazandı.
Bədbəxt çinli kulilərə tiryək satışından “Britaniya Ost-Hind Kompaniyası”nın seyflərinə axan nəhəng pul məbləğləri banqladeşli tacirləri, onların britaniyalı nəzarətçilərini və bankirləri piyləndirib azğınlaşdırmışdı. BOHiK-in hətta həmin illərdəki qazancı belə “Ceneral Motors”, “Ford” və “Kraysler” kompaniyalarının çiçəkləndikləri dövrdəki birgə qazancından çox idi. 1960-cı illərdə narkotika istehsalından nəhəng gəlir götürülməsi işi LSD-nin istehsalçısı “Sandos”, valiumun istehsalşısı “Hoffman la Roş” kimi narkotik ölümün “leqal” tacirləri tərəfindən davam etdirilmişdi. “Hoffman la Roş” kompaniyası üçün valiumun xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil edir. Kompaniya məhsulunu distribütorlara kiloqramı 20.000 dollara satır. Valium son istehlakçıya çatanda bir kiloqramının qiyməti 50.000 dollara qədər yüksəlir. ABŞ-da və Avropada valium çox böyük həcmlərdə istifadə olunur. Ola bilsin ki valium dünyada bu növdən olan ən geniş yayılan narkotikdir.
“Hoffman la Roş” eyni şeyi “C” vitamini ilə də edir. Belə ki onun istehsal xərcləri bir kiloqram məhsul üçün bir sentdən də ucuzdur. Vitamin “C” 10.000 % gəlirlə satılır. Avropa İqtisadi Birliyinin qanunlarına zidd olaraq digər istehsalçılarla inhisar sövdələşməsinə girən bu cinayətkar kompaniya ilə bağlı bir araşdırmaçı həyacan təbili vurunda onu İsveçrə-İtaliya sərhəddində tutdular və türməyə saldılar. İsveçrə polisi onun həyat yoldaşını hədə-qorxularla intihara çatdırdı. Onun vəziyyəti haqda məlumat alınandan dərhal sonra o, Böyük Britaniyanın təbəəsi kimi, Böyük Britaniyanın Berndə konsulu tərəfindən xilas olundu; onu azadlığa buraxdılar və ölkədən sürgün etdilər.
O, “Hoffman la Roş” kompaniyasının sirrlərini açmağa cəsarət etdiyinə görə öz həyat yoldaşını və təqaüdünü itirdi. İsveçrəlilər sənaye cəsusluğu haqqında öz qanunlarına çox ciddi əməl edirlər...
İsveçrə dağlarının xizək cığırlı yamacları, gözəl keşikçiləri, bakirə dağları və bahalı saatları ilə bağlı al-əlvan reklam prospektlərini görəndə bütün bunları yada salın. Əsl İsveçrə bütün bunlarda deyil. Əsl İsveçrə- ən iri İsveçrə bankları tərəfindən həyata keçirilən saysız milyardlarla çirkli dollarların yuyulması, Komitet 300-ün bayrağı altında “leqal” narkotika istehsalıdır. İsveçrə- qlobal fəlakət dövründə onların pulları və gövdələri üçün əsas “sığınacaqdır”.
Bu mənfur fəaliyyətlə bağlı istənilən informasiyanın açılması üçün böyük xoşagəlməs hadisələrə düçar qalmaq olar. İsveçrə bunu “sənaye cəsusluğu” kimi nəzərdən keçirir və buna görə beş illik müddətə türmə nəzərdə tutulur. Jurnalistlər üçün daha təhlükəsiz olanı budur ki, İsveçrənin çirkli bank mətbəxinə nəzər salmağa cəhd etmək əvəzinə, onu gözəl təmiz ölkə kimi qəbul etdiyini göstərəsən.
1931-ci ildə Böyük Britaniyanın “Böyük beşlik” adlandırılan kompaniyasını idarə edən direktorlar narkopulların yuyulması işində fəaliyyətləri müqabilində İngiltərənin Peri adına layiq görüldülər. Bu qərarı kim çıxartmışdı və onları bu şərəfə kim layiq görmüşdü? Dünya narkoticarətində həlledici mövqe tutan həmin şəxslərə bu iltifatı İngiltərənin kraliçasının özü göstərmişdi. Bu dəhşətli biznesdə iştirak edən Böyük Britaniya banklarının siyahısı burada göstərilmək üçün çox böyükdür, lakin onlardan ən mühümlərinin bir neçəsinin adını çəkmək lazımdır: Britaniya Yaxın Şərq Bankı, Midland Bank, Milli Vestministr Bankı, Barklayz Bank, Kanada Kral Bankı, Honkonq və Şanxay Bank Korporasiyası, Berinq Qardaşlarının Bankı.
XXIII yazı: Siqaret istehsalında istifadə olunan kağıza əvvəlcə tiryək hopdurulur, siqaret çəkənlər bax buna görə öz vərdişlərinə belə bərk bağlıdırlar
Kommersiya banklarının bir çoxu qulaqlarına qədər narkoticarət çirkabına batıblar. Məsələn, Ser Coselian Hambronun rəhbərlik etdiyi "Hambros" bankını göstərmək olar. Çində tiryək ticarətinin həqiqətən də maraqlı və ətraflı öyrənilməsi üçün Londonda yerləşən "Hindistan Ofisi"nə daxil olmağa imkan əldə etmək vacibdir. Kəşfiyyatda xidmət etməyim sayəsində mənə bura daxil olmaq və sənədlərin səlahiyyətli qoruyucusu, mərhum professor Frederik Uells Uilyamsondan böyük kömək almaq müyəssər oldu. O, "Britaniya Ost-Hind Kompaniyası"nın XVIII və XIX əsrlərdə Hindistanda və Çində apardığı tiryək ticarəti ilə bağlı mənə çoxlu informasiya verdi. Əgər bu sənədləri dərc etdirmək mümkün olsaydı, Avropanın taxt-tac sahibi olan əfilərin başları üzərində necə də tufan qopardı.
Hazırda narkoticarət bu planda bir qədər dəyişmişdir ki, Şimali Amerika bazarının əhəmiyyətli hissəsini o qədər də bahalı olmayan kokain tutmuşdur. 60-cı illərdə Honkoqdan, Livandan və Dubaydan gələn heroin seli ABŞ-ı və Avropanı qərq etmək təhlükəsi yaratmışdı. Bir müddət sonra tələb təklifi üstələyən vaxt kokainə keçmək qərara alındı. Lakin indi, 1991-ci ilin sonlarında əks tendensiya müşahidə olunur; nisbətən aşağı təminatlı təbəqələrdə kokain ağlasığmaz populyarlıq qazanmış olsa da, bu gün birinci yerdə yenə də heroindir.
Deyilənə görə, narkomanları heroin daha çox qane edir; onun təsiri kokainə nisbətən daha güclüdür və daha uzun müddət davam edir, digər tərəfdən, heroin istehsalçılarına beynəlxalq diqqət də Kolumbiya kokain kartellərinə olduğu kimi böyük deyil. Eynilə bu da az ehtimal olunur ki, Çin ordusunun nəzarəti altında olan “Qızıl üçbucaqda” tiryək istehsalına son qoyulması üçün ABŞ real səylər göstərmiş olsun. Əgər hər hansı bir ölkə tiryək ticarətinə mane olmağa çalışsa, ciddi müharibə baş verə bilər. Tiryək ticarətinə ciddi hücum Çinin hərbi müdaxiləsinə səbəb ola bilərdi.
Britaniyalılar bunu bilir; “kökənin” daha böyük hissəsinin kimə çatacağı ilə bağlı təsadüfi deyişmələr nəzərə alınmasa, britaniyalılar Çinlə heç vaxt küsüşmürlər. Böyük Britaniya artıq iki yüz ildən çoxdur ki, Çində tiryək ticarətində iştirak edir. Heç kəs bu dərəcədə axmaq olmayacaq ki, britaniyalı oliqarxların hesablarına milyonlarla və milyardlarla dollar axdığı, eləcə də London və Nyu-York birjalarında birlikdə satılan qızıldan çox qızılın Honkonq bazarında satıldığı bir vaxtda qayığı yırğalasın.
“Qızıl üçbucağın” ərazisindəki təpələrdə çinli və ya birmalı xırda narkotika alverçisi ilə hər hansı bir razılığa gələ biləcəyini səmimi olaraq düşünən insanlar, görünür bütün bunların arxasında nəyin durduğunu qətiyyən təsəvvür etmirlər. Əgər onlar bunu bilsəydilər, onda tiryək ticarətinə son qoyulması barədə heç kəkələməzdilər də. Bu mövzu ətrafında söhbətlər yalnız Çində tiryək ticarətinin miqyasları və xarakteri barədə heç bir məlumatın olmadığını nümayiş etdirir. Böyük Britaniyalı plutokratlar, rus KQB-si, MKİ və ABŞ bankirləri– hamı Çinlə əl-ələ verib işləyir. Kim isə bu ticarəti saxlaya və ya heç olmasa ona xırdaca bir xələl gətirə bilərmi? Bunu təsəvvür etmək absurd olardı.
Heroin nədir və bu gün ona kokainə nisbətən nə üçün daha çox üstünlük verirlər? Bu məsələdə görkəmli nüfuz sahibi olan professor Qalenə görə, heroin– bu, tiryəkdən alınan, hissləri kütləşdirən və uzunmüddətli yuxu doğuran narkotikadir. Narkomanların əksəriyyəti də məhz elə bunu sevir, bu, “Morfeyin ağuşunda olmaq” adlandırılır. İnsana məlum olan qalan bütün narkotiklərə nisbətən tiryək daha tez vərdiş doğurur. Bir çox farmasevtik vasitələrdə müxtəlif dərəcədə tiryək istifadə olunur və hesab edilir ki, siqaret istehsalında istifadə olunan kağıza əvvəlcə tiryək hopdurulur. Siqater çəkənlər bax buna görə öz vərdişlərinə belə bərk bağlıdırlar.
Tiryəkin alındığı lalə toxumu Hindistan Moqollarına lap çoxdan məlum idi. Onlar bunu çayla qarışdırır və çətin həmsöhbətlərə təklif edirdilər. Bu bitki həm də xloroform və digər anestetikləri geniş surətdə əvəz edərək, keçmiş dövrlərin ağrıkəsici vasitəsi kimi istifadə olunurdu. Tiryək viktorian Londonunun feşenebelli klublarının hamısında populyar idi və sirr deyildir ki, Haksli qardaşları onu intensiv istifadə edirdi. Elladanın orfik-dionisiya kultlarının və viktorian cəmiyyətinə daxil olan Ptolomey Misirində Ozaris-Qor kultunun üzvləri, hamı tiryək çəkirdi, çünki “belə qəbul edilmişdi”.
Bizim hansı dünyada yaşamalı olduğumuzla bağlı qərar qəbul etmək üçün 1903-cü ildə “Müqəddəs Ermin” hotelində toplaşanlar da eyni şeyi etmişdi. “Müqəddəs Ermin” hotelində keçirilən yığıncaqda iştirak edənlərin nəsillərinin davamçılarını biz indi Komitet 300-də tapa bilərik. Məhz bu üzdəniraq liderlərin ətraf mühitdə doğurduqları dəyişikliklər narkotiklərin yayılmasını elə bir həddə çatdırmışdır ki, hüquq-mühafizə və güc orqanlarının adi metodlarının köməyi ilə bu gün bunun qarşısını almaq artıq mümkün deyil. Bu hal xüsusilə də böyük şəhərlərin gerçəkliyidir, çünki böyük əhali sıxlığının hökm sürdüyü iri şəhərlərdə nəyin baş verdiyini gizlətmək daha asandır.
Kral dairələrində bir çox insan mütəmadi qaydada tiryək çəkirdi. Favoritlərdən biri yazıçı Kudenxouv-Kalergi idi. O, 1932-ci ildə, özündə dünyanın orta əsrlər dövrünə qaytarılması proqramını ehtiva edən “TEXNOLOGİYA VASİTƏSİLƏ İNQİLAB” kitabını yazmışdı. Bu kitab faktiki olaraq Komitet 300-ün ABŞ-dan başlamaqla ümumdünya deindustrializasiyası üzrə planları üçün işçi material oldu. Əhali artımının ciddi problem olduğunu bəyan edən Kalergi “açıq məkanlar” adlandırdığı həyata qayıtmağı məsləhət görür. Məgər bu, “Qırmızı kxmerlərin” və Pol-Potun irəli sürdüklərinə bənzəmir? Budur, həmin kitabdan bir neçə hissə:
“Gələcəyin şəhəri öz infrastrukturu ilə Orta Əsrlərin şəhərini xatırladacaq,.. və öz peşəsinə görə şəhərdə yaşamaq qismət olmayan adamlar köçüb kənd yerlərində yaşayacaq. Bizim sivilizasiya– bu, böyük şəhərin mədəniyyətidir; buna görə də sivilizasiya özü ilə, öz iradəsi və ya özündən asılı olmayan səbəbdən həyatın bu dalanına düşən degenerativ, xəstəhal və səviyyəsiz adamlar tərəfindən yaradılmış “bataqlığı” təcəssüm etdirir”.
Bu, “Ankarvat”ın verdiyi, “onun” Pnom Pen əhalisini ixtisar etmək üçün irəli sürdüyü əsaslandırma ilə eyni səslənmir.
İlk tiryək partiyaları İngiltərəyə 1683-cü ildə Benqaliyadan “Britaniya Ost-Hind Kompaniyası”nın “çay kliperlərində” gətirilmişdi. İngiltərəyə tiryəki sınaq üçün, eksperiment qismində, sadə xalqı– kəndliləri və aşağı sinifləri bu narkotikə öyrəşdirməyin mümkün olub-olmadığını yoxlamaq üçün gətirmişdilər. Bizim dövrümüzdə bunu yeni məhsulun “sınaq marketinqi” adlandırırlar. Lakin ingilis kəndlisinin və “aşağı siniflərinin” möhkəm qoz olduğu aydın oldu və sınaq marketinqi ilə bağlı eksperiment tam iflasa uğradı. Britaniya cəmiyyətinin “aşağı sinifləri” tiryək çəkməyi qətiyyətlə inkar etdi.
Londonun yüksək cəmiyyətinin plutokratları və oliqarxları daha üzüyumşaq və həssas satış bazarı axtarmağa başladılar. Belə bir bazarı onlar Çində tapdılar. “Hindistan Ofisində” “Digər qədim qeydlər” şöbəsindəki sənədlərdə Çində tiryək ticarətinin “Britaniya Ost-Hind Kompaniyası” tərəfindən maliyyələşdirilən “Çində Daxili Missiya”nın yaradılmasından başlandığını təsdiq edən bütün sübutlar var. Bu Missiya özü ilə zahirən xristian missionerlərin cəmiyyətini təcəssüm etdirirdi, lakin gerçək işdə onlar bazarda yeni məhsulu, yəni TİRYƏKİ yaymaqla məşğul olan “reklam agentləri” idi. “Çində Daxili Missiya”nın missionerləri sınaq paketlərini paylamağa və kulilərə tiryəki necə çəkmək lazım olduğunu başa salmağa başlayandan bir qədər sonra bu narkotikin böyük partiyaları Çinə yayılmağa başladı. Heç “Bitlz” da bu məsələnin öhdəsindən bundan yaxşı gələ bilməzdi (Hər iki halda narkoticarət, “Bitlz”ı açıq dəstəkləyən Britaniya Kral ailəsinin sanksiyası ilə həyata keçirilirdi!). “Britaniya Ost-Hind Kompaniyası”nın İngiltərə ilə bağlı planları iflasa uğrasa da, milyonlarla yoxsulun özünün aciz və çıxılmaz vəziyyətindən müvəqqəti də olsa qaçmaq üçün tiryək çəkməkdə bir vasitə tapdığı Çində bu planlar tam uğur qazandı.
Tiryək pritonları Çinin hər yerində göbələk kimi artmağa başladı. Şanxay və ya Kanton kimi böyük şəhərlərdə yüz minlərlə yoxsul çinliyə tiryək çəkəndən sonra belə gəlirdi ki, həyat o qədər də dözülməz deyil. Çin höküməti baş verənləri özü üçün aydınlaşdırana qədər “Britaniya Ost-Hind Kompaniyası” 100 il ərzində tam fəaliyyət azadlığına malik olub. Tiryək çəkməyi qadağan edən ilk qanunlar Çində yalnız 1729-cu ildə qəbul olunmağa başladı. BOHK-in İdarə Heyətinin üç yüz üzvü bundan xoşhal olmamışdı və Kompaniya tezliklə Çin höküməti ilə açıq qarşıdurmaya başladı.
Bütünlüklə britaniyalıların nəzarəti altında olan Hindistanın Qanq çayı hövzəsindəki Benares və Bixarenin lalə plantasiyalarında “Britaniya Ost-Hind Kompaniyası” yüksək keyfiyyətli tiryək verən lalə növlərini yetişdirdi. Hindistanın digər vilayətlərində yetişdirilən aşağı keyfiyyətli tiryək ucuz olduğu halda, bu tiryək ən yüksək qiymətə satılırdı. Bu, çox yüksək gəlirli bazarı əldə saxlamaq üçün Britaniya taxt-tacı Çin ordusuna qarşı hərbi əməliyyatlara başladı və onları məğlub etdi. Analoji olaraq Amerika höküməti də fasiləsiz olaraq narkobaronlara qarşı müharibə aparır və çinlilər kimi, daim məğlubiyyətə uğrayır. Lakin burada əhəmiyyətli bir fərq var: Çin höküməti qələbə qazanmaq məqsədilə mübarizə aparırdısa, ABŞ höküməti qələbəni qətiyyən istəmir. “Narkotiklərlə Mübarizə Agentliyində” kadr axınının niyə belə yüksək olduğu aydın olur.
Sonralar yüksək təmizlənmə dərəcəsi olan tiryək ölkənin kimsəsiz sahillərinə Makradan keçməklə Pakistandan gəlməyə başladı, buradan isə gəmilər yükü Dubaya daşıyır və qızıla dəyişdirirdilər. Bu, hazırda heroinin kokainə nisbətən daha populyar olması faktını qismən izah edir. Heroin ticarəti– bu, daha mötəbər biznesdir, burada, Kolumbiyada demək olar adi hala çevrildiyi kimi, dövlət xadimlərini öldürmürlər. Pakistan tiryəki “Qızıl üçbucaq” və ya “Qızıl aypara” (İran) tiryəkinə nisbətən kifayət qədər ucuz satılır. Nəticədə heroinin istehsalı və satışı kəskin artdı və bunun hesabına kokain lider mövqelərdən sıxışdırılmağa başladı.
Britaniya cəmiyyətinin yüksək dairələrində çirkli tiryək ticarəti haqqında uzun illər ərzində “imperiyanın rüsvayçılığı” kimi danışırdılar. Genişmiqyaslı tiryək ticarəti əsgərlərin Hayber aşırımında şücaəti haqqında nağılları arxa plana sıxışdırırdı. Britaniya ordusunun hissələri Hayber aşırımında tiryək xammalını daşıyan karvanları yerli dağ tayfalarının hücumlarından müdafiə etmək üçün yerləşdirilmişdi. Britaniyanın Kral ailəsi bunu bilirdimi? Yəqin bilirdi, əks təqdirdə taxt-tacı bu regionda ordu saxlamağa nə vadar edə bilərdi? Axı bu region çox yüksək gəlirli tiryək ticarətindən başqa heç nə verə biiməzdi. Ordunu uzaq ölkədə saxlamaq çox baha idi. Əlahəzrət Kraliça ordunun ora nə üçün göndərildiyi ilə yəqin ki, maraqlanmışdı. Əlbəttə, ordu orada polo və ya bilyard oynamaq üçün göndərilməmişdi.
XXIV yazı: Rəhbər dairələrə o qədər tiryək verilməlidir ki, hökümətin ayrı-ayrı üzvləri ticarətin genişlənməsində şəxsən maraqlı olsunlar; sonra tiryək təchizatı dayandırılmalı, hökümət diz çökəndən sonra isə təchizat bərpa olunmalı idi, lakin artıq əhəmiyyətli dərəcədə yüksək qiymətə!
"Britaniya Ost-Hind Kompaniyası" tiryək inhisarını çox qısqanclıqla qoruyurdu. Potensial rəqiblər ilə haqq-hesab qısa olurdu. 1791-ci ildə baş verən əlamətdar məhkəmə proseslərindən birində Uorren Hastinqs adlı bir kimsəyə qarşı belə bir ittiham irəli sürülmüşdü ki, o, Kompaniyaya ziyan vuraraq, dostuna tiryək ticarəti ilə məşğul olmağa kömək etmişdir.
Bu işin “Hindistan Ofisində” saxlanılan materiallarındakı məhkəmə qərarının mətninin əsli tiryək ticarətinin nəhəng miqyasları haqqında müəyyən təsəvvürlər yaradır: “İttiham ondan ibarətdir ki, Hastinqs Stiven Sullivanı tiryəklə təchiz etmək haqqında onunla dörd illik kontrakt bağlamış və bunu açıq elan etməmişdi. Açıq-aşkar və səbəbsiz olaraq səxavətli şərtlərlə bağlanan kontrakt göstərilən Stiven Sullivanın DƏRHAL VƏ QISA ZAMANDA VARLANMASI məqsədini güdmüşdür” (seçmə müəllifindir).
“Britaniya Ost-Hind Kompaniyası” Britaniya höküməti ilə birlikdə tiryək ticarəti üzərində inhisara malik olduqlarından, bir göz qırpımında varlanmaq yalnız “əyanlara”, “aristokratlara”– İngiltərənin plutokratik və oliqarxik ailələrinə icazə verilirdi. Bu həmin ailələrdir ki, onların əcdadları “Britaniya Ost-Hind Kompaniyası”nı idarə edən “Üçyüzlər Şurasında” əyləşdikləri kimi, bir çox sonrakı nəsilləri də Komitet 300-ün üzvləri olub. Cənab Sullivan kimi təsadüfi adamlar milyardlarla funt sterlinq gətirən tiryək biznesinə girməyə cəsarət edərdilərsə, onlar tezliklə taxt-tacın maraqları ilə konfliktə girmiş olurdular.
“Britaniya Ost-Hind Kompaniyası”nın Şurasından olan 300 nəfər hörmətli cənab Londonun məşhur centlmen klublarının hamısının üzvü idi, eləcə də onların əksəriyyəti parlamentin üzvü, digərləri isə həm Hindistanda, həm də İngiltərədə hakim və ya magistr vəzifəsini tuturdu. Çinə gəlmək üçün “Britaniya Ost-Hind Kompaniyası”nın pasportları tələb olunurdu. Bir neçə inadkar xarici cənab Britaniya taxt-tacının yüksək gəlirli ticarətdə iştirakını araşdırmaq üçün Çinə gələndə “Britaniya Ost-Hind Kompaniyası”nın nəzarəti altında olan magistratlar dərhal onların pasportlarını ləğv etdilər və beləcə, onlar Çinə heç ayaq da basa bilmədilər.
Çin höküməti ilə xırda anlaşılmamazlıqlar adi iş idi. Çinlilər 1729-cu ildə tiryək idxalını qadağan edən “Yunq Çin Fərmanı” qanununu qəbul etdilər, lakin buna baxmayaraq, “Britaniya Ost-Hind Kompaniyası” 1753-cü ilə qədər kömrük reyesterlərində tiryək maddəsini saxlamağa müyəssər olurdu, özü də kömrük rüsumu tiryək yüklənmiş standart yeşik üçün (adətən 108 funt çəkidə) üç tael təşkil edirdi. Britaniyanın xüsusi gizlin xidməti (o dövrün “agent 007-ləri”) nəzarət edirdilər ki, əlverməyən çinli məmurlar satın alınmış olsun, bunu etmək alınmayanda isə onları sadəcə olaraq öldürürdülər.
1729-cu ildən etibarən Britaniyanın hər bir monarxı narkoticarətdən çox böyük fayda götürüb və bu taxt-tacın indiki sahibəsinə münasibətdə də eyni cür ədalətlidir. Onların nazirləri göz qoyurdular ki, sərvətlər kral ailəsinə məxsus olan xəzinələrə çay kimi axsın. Kraliça Viktoriyanın belə nazirlərindən biri lord Palmerston idi. O, Çində tiryək ticarətinin qarşısının alınmasına azacıq da olsa imkan verilməməsi fikrinin sərt tərəfdarı idi. Palmerstonun planı bundan ibarət idi: Çinin rəhbər dairələrinə o qədər tiryək verilməlidir ki, Çin hökümətinin ayrı-ayrı üzvləri ticarətin genişlənməsində şəxsən maraqlı olsunlar. Sonra tiryək təchizatı dayandırılmalı, Çin höküməti diz çökəndən sonra isə təchizat bərpa olunmalı idi, lakin artıq əhəmiyyətli dərəcədə yüksək qiymətə. Və beləliklə, elə hökümətin özünün köməkliyi ilə inhisar əldə saxlanmalı idi. Lakin bu plan iflasa uğradı.
Çin höküməti cavab olaraq Kompaniyanın anbarlarındakı iri tiryək partiyalarını məhv etdi, ingilis tacirlərindən isə Kantona (Honkonq) tiryək gətirilməsinin dayandırılması haqqında FƏRDİ müqavilə imzalamağı tələb etdi. “Britaniya Ost-Hind Kompaniyası” buna cavab kimi ağızbaağız tiryək doldurulmuş gəmilərin bütöv bir donanmasını Makaoda reyddə qoydu. Bundan sonra həmin tiryəki fərdi tacirlər yox, “Britaniya Ost-Hind Kompaniyası”nın nəzarəti altında olan kompaniyalar satmağa başladı. Çinin səlahiyyətli komissarı Lin bununla bağlı belə demişdi: “Makaoda reyddə saxlanan ingilis gəmilərinin zirzəmilərində çox böyük tiryək yükü yığılıb qalmışdır və bu tiryək gəldiyi yerə artıq qaytarılmayacaq. Əgər həmin tiryəkin Çinə Amerika bayrağı altında qaçaqmalçılığı başlansa, mən buna təəccüblənmərəm”. Linin peyğəmbərliyi heyrətamiz şəkildə dəqiq oldu.
“Tiryək Müharibələrinin” məqsədi, Lord Palmerston ifadə etdiyi kimi, “çinliləri yerinə oturtmaq idi” və Britaniya ordusu bunu etdi. Britaniyalı oliqarxik feodal lordlara misli olmayan milyardlarin gəldiyi, Çində isə tiryək narkomanlarının artdığı bir şəraitdə çox yüksək gəlirli və genişmiqyaslı ticarətin qarşısını almaq qətiyyən mümkün deyildi. Çin sonrakı illərdə özünün nəhəng problemlərinin həllində kömək üçün Britaniyaya müraciət edir və bu köməyi alırdı da. Bundan sonra Çin hökümətləri Britaniya ilə mübarizə etmək əvəzinə, onunla əməkdaşlıq etməyin faydasını anladı və bu tendensiya Mao Tse Dunun qanlı hakimiyyəti dövründə də öz qüvvəsində qalırdı. Odur ki bu gün, artıq dediyim kimi, onların arasında əgər hər hansı bir fikir ayrılığı baş verirsə də, bu tiryək ticarətində hər bir tərəfin payının ölçüləri ilə bağlı meydana çıxır.
Müasir mərhələdə Çin-Böyük Britaniya partnyorluğu tiryək ticarətində bərabər tərəfdaşlığı müəyyən edən Honkonq razılaşması ilə möhkəmləndirildi. Əhəmiyyətsiz insidentlər nəzərə alınmazsa, bu razılaşmanın həyata keçirilməsi rahat baş verdiyi halda, Kolumbiya kokain ticarəti zorakılıq və ölüm, qarət və qətllərlə müşayiət olunur; artıq qeyd etdiyim kimi, 1991-ci ildə çox geniş miqyas alan heroin ticarətində bu cür səviyyəsiz hərəkətlərə yol verilmirdi.
Son 60 ildə Çin-Böyük Britaniya münasibətlərində əsas problem Çinin tiryək-heroin kökəsindən özünə daha böyük pay tələb etməsindən ibarətdir. Böyük Britaniya Honkonqu Çinin tam nəzarəti altına verməyə -bu, 1997-ci ildə baş verməliydi -razılaşandan sonra məsələ nizamlanmış oldu. Qalan məsələlərdə Partnyorlar mərkəzi Honkonqda olan gəlirli tiryək ticarətində bərabər paylarını saxlayırdılar.
Tiryək ticarətinin çiçəkləndiyə dövrdə vaxtilə Kantonda öz yerlərini möhkəmləndirən Komitet 300-ün britaniyalı oliqarxik ailələri öz mövqelərini varislərinə ötürdülər. Kantonda yaşayan məşhur britaniyalı vətəndaşların siyahısına baxın və siz onların arasında Komitet 300-ün üzvlərinin adlarını görəcəksiniz. Eyni şeylər Honkonqa da aiddir. Feodal epoxasının bu plutokratları –onlar bütün dünyanı da həmin epoxaya qaytarmaq istəyirlər– MƏRKƏZİ Honkonq olan qızıl və tiryək ticarətinə nəzarət edirlər. Tiryək laləsinin birmalı və çinli istehsalçıları haqqlarını qızılla alır; onlar ABŞ-ın 100 dollarlıq kağızlarına inanmırlar. Bu, Honkonq birjasında çox böyük həcmlərdə aparılan qızıl ticarətini izah edir.
“Qızıl üçbucaq” artıq ən iri tiryək istehsalçısı deyil. 1987-ci ildən etibarən bu şübhəli titulu onunla “Qızıl aypara” (İran), Pakistan və Livan bölüşür. Bunlar əsas tiryək istehsalçılarıdır, hərçənd nisbətən xırda tiryək partiyaları bəzən Əfqanıstan və Türkiyədən də meydana çıxır. Narkotika ticarəti, xüsusilə də tiryək ticarəti bankların köməyi olmadan mövcud ola bilməzdi və biz bunu söhbətimizin davamında nümayiş etdirəcəyik.
Sanballı reputasiyası olan banklar narkotika ticarətinə və deməli, onu müşayiət edən çirkaba axı necə cəlb edilmiş olur? Bunun çox uzun və mürəkkəb tarixi var və bu ayrıca bir kitabın mövzusu ola bilərdi. Bankların iştirakının bir üsulu, tiryəkin emal edilib heroin hazırlanması üçün tələb olunan kimyəvi maddələri ixrac edən kompaniyaların maliyyələşdirilməsidir. “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” və onun Londondakı filialı elə bu ticarətin mərkəzindədir. Onlar bunu, bankın müştəriləri olan TEJAPAIBUL adlandırılan kompaniyalar vasitəsilə edirlər. Bu kompaniya nə ilə məşğul olur? Heroinin təmizlənməsi prosesi üçün vacib olan kimyəvi preparatların böyük hissəsini Honkonqa məhz bu kompaniya göndərir.
Bu kompaniya “Qızıl ayparanı” və “Qızıl üçbucağı”, Pakistanı, Türkiyəni və Livanı angidrid sirkəsi ilə təmin edən əsas təchizatçıdır. Bu ticarətin faktiki maliyyələşdirilməsi “Bangkok Metropolitan Banka” tapşırılmışdır. Beləliklə, tiryək istehsalı ilə bilavasitə bağlı olmayan dolayı fəaliyyət də banklara əhəmiyyətli gəlir gətirir. Lakin “The Hong Kong and Shanghai Banking Corporation” kompaniyasının, eləcə də qalan bankların əsas gəliri bilavasitə tiryək ticarətini maliyyələşdirməkdən əldə olunur.
Qızılın qiymətləri ilə tiryəkin qiymətləri arasında mövcud olan əlaqəni müəyyən etmək üçün geniş tədqiqat aparmaq lazımdır. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, polkovnik Con Kolman deyir: “Əgər siz qızılın qiymətini bilmək istəyirsinizsə, Honkonqda bir funt və ya bir kiloqram tyiryəkin qiymətini öyrənin”. Tənqidçilərimə cavab verirdim: “Baxın, görün 1977-ci ildə - qızılın qiymətləri üçün kritik ildə nə baş verirdi”. “Çin Bankı” xəbərdarlıq etmədən bazara dempinq qiymətləri ilə 80 ton qızıl atmaqla qızıl bazarının “panditlərini” (pandit– sanskritdən alim, müdrik) və Amerikada saya-hesaba gəlməyən müdrik proqnozçuları şok vəziyyətə saldı.
Bunun nəticəsində qızılın qiyməti kəskin düşdü. Ekspertlər yalnız bunu deyə bildi: “Biz Çinin bu qədər qızıl ehtiyatı olduğunu bilmirdik; bu qədər qızıl haradan peyda ola bilərdi?”. Çinə bu qızıl Honkonq qızıl bazarında iri tiryək partiyaları müqabilində ödənmişdi. Bu gün Çin hökümətinin İngiltərəyə münasibətdə siyasəti XVIII və XIX əsrlərdə olduğu kimi qalmaqdadır. Əgər Çinin Honkonqla bağlı olan iqtisadiyyatının əsasını –mən televizorları, tekstili, radiomalları, saatları, pirat üsulla hazırlanan audio və video kassetləri yox, tiryək və heroini nəzərdə tuturam– Çinin Böyük Britaniya ilə bölüşdüyü tiryək ticarəti təşkil etməsəydi, onda o amansız zərbələrə məruz qalmış olardı. “Britaniya Ost-Hind Kompaniyası” öz varlığına son qoyub, lakin “300-lər Şurası”nda əyləşənlər bu gün Komitet 300-ün üzvləridir.
Son 200 ildə tiryək ticarətində lider olan Böyük Britaniyanın çox qədim ailələri bu gün də bu ticarətdə qalırlar. Məsələn, götürün Metisonları. Bu “əsil-nəcabətli” ailə- tiryək ticarətinin dayaqlarından biridir. Bir neçə il əvvəl Çinin vəziyyəti laxlayanda Metisonlar müdaxilə etdilər və daşınmaz əmlaka investisiya etmək üçün Çinə 300 milyon dollar dəyərində zayom verdilər. Bu, faktiki olaraq “Çin Xalq Respublikası və “Matheson Bank”ın müştərək müəssisəsi” kimi rəsmiləşdirilmişdi. “Hindistan Ofisinin” 1700-cü ilə aid sənədlərində Metison adı tez-tez hallanır. Bu ad hər yerdə– London, Pekin, Dubay, Honkonq– tiryək ticarəti gedən hər yerdə üzə çıxır.
XXV yazı: Narkotika etik, dini və siyasi həyatımızı, bizim tarixi, iqtisadi və respublikaçı dəyərlərimizi aşındırmaqla insan təbiətinin özünün dəyişməsini meydana çıxarır
Narkoticarətin problemi ondan ibarətdir ki, o milli suverenlik üçün təhlükəyə çevrilir. Venesuelanın BMT-də səfiri bu təhlükə haqqında bunları demişdi: "Narkotiklər probleminin sadəcə cəmiyyətin sağlamlığı və ya sosial problem olduğu dövr artıq geridə qalıb. Bu problem bizim milli suverenliyimizi hədələyən qat-qat ciddi, uzaqmənzilli nəticələri olan bir fenomenə çevrilmişdir. O milli təhlükəsizlik probleminə çevrilmişdir, çünki o millətin müstəqilliyini dağıdır. Narkotika özünün bütün təzahürlərində - istər bu onun istehsalı, satışı və ya istifadəsi olsun- etik, dini və siyasi həyatımızı, bizim tarixi, iqtisadi və respublikaçı dəyərlərimizi aşındırmaqla insan təbiətinin özünün dəyişməsini meydana çıxarır".
“Beynəlxalq Əməliyyat Bankı” (BƏB) və BVF məhz bu yöndə fəaliyyət göstərirlər. Hamınız bilməlisiniz ki, bu idarələrin hər ikisi– narkotika ticarətinə xidmət edən klirinq palatalarından başqa bir şey deyillər! “Beynəlxalq Əməliyyat Bankı” BVF-nin göstərişi ilə “uçan” kapitalların hər hansı bir ölkəni sürətlə tərk etməsi üçün süni surətdə şərait və vasitələr yaratmaqla istənilən ölkənin iqtisadiyyatını sarsıda bilər. “Beynəlxalq Əməliyyat Bankı” “uçan” kapitallar və artıq yuyulmuş narkopullar arasında nə heç bir fərq qoymur, nə də hər hansı bir fərqi tanımır.
“Beynəlxalq Əməliyyat Bankı” qanqstersayağı fəaliyyət göstərir. Əgər hər hansı isə bir ölkə BVF-nin talançı siyasətinə tabe olmursa, bank faktiki olaraq belə deyir: “Yaxşı, onda biz sərəncamımızda olan nəhəng həcmdə narkopullarla sizi sındırarıq”. Qızılın nə üçün sikkə qismində dövriyyədə olmadığının və onun dünya ehtiyat valyutası qismində kağız “dollarla” əvəzlənməsinin səbəbini başa düşmək asandır. Ehtiyatlarını nəğdsiz və ya kağız dollarlarda saxlayan ölkəni şantaj etmək, ehtiyatlarını qızılda saxlayan ölkəni şantaj etməkdən qat-qat asandır.
BVF agentləri özləri də etiraf edirlər ki, onlar narkodollarları istifadə etməklə istənilən ölkənin valyutasına sözün əsl mənasında ağlasığmaz tələbat doğura, bu isə, öz növbəsində, kapitalın həmin ölkədən kəskin surətdə qaçmasını təhrik edə bilər. “Credit Suisse” bankının nümayəndəsi və Komitet 300-ün üzvü Rayner-Qutun sözlərinə görə, o, əsrin sonu üçün milli kreditin və milli maliyyələşdirmənin bir təşkilatın nəzarəti altında olacağını ehtimal edir. Honqkonqdakı həmin görüşdə Rayner-Qut təfərruatları izah etməsə də, seminar iştirakçılarının hamısı söhbətin nədən getdiyini dəqiq bilirdi.
Kolumbiyadan Mayamiyə qədər, “Qızıl üçbucaqdan “Qızıl ayparaya” qədər, Boqotadan Frankfurta qədər narkoticarət, xüsusilə də heroin ticarəti– BÖYÜK BİZNESDİR və bu biznes yuxarısından aşağısınadək dünyanın ən “toxunulmaz” bir neçə ailəsinin nəzarəti altındadır. Belə ailələrin hər birinin Komitet 300-də ən azı bir təmsilçisi var. Bu, tində aparılan xırda alver deyil, onun rahat və maneəsiz getməsi üçün bu biznes böyük pullar və ekspertlərlə təmin olunub. Komitet 300-ün nəzarəti altında olan mexanizm bunu tam həcmdə təmin edir.
Bu cür istedadlı tacirləri tinlərdə və Nyu-Yorkun yeraltı keçidlərində tapmaq mümkün deyil. Əlbəttə, küçə alverçiləri bu biznesin ayrılmaz tərkib hissəsidir, lakin yalnız müvəqqəti satıcı qismində. Onlar buna görə müvəqqətidirlər ki, bəzən polis küçə alverçilərini yaxalayır, bəzilərini isə rəqibləri öldürür. Lakin bundan məgər nə isə dəyişir? Bu işdə əvəzləyici həmişə tapılar.
Bu, “Kiçik Biznes İşləri üzrə Administrasiyanın” maraq obyekti deyildir. Həmin bu çirkli narkobiznes BÖYÜK BİZNESDİR, nəhəng imperiyadır. Zərurət yarandıqca hər bir ölkədə onu hakimiyyətin ən yüksək eşelonlarından idarə edirlər. Hazırda bu, dünyada faktiki olaraq ən iri, qalan bütün hamısını üstələyən müəssisədir. Beynəlxalq terrorizm kimi, narkobiznesin də kökündən qoparılmasının qeyri-mümkünlüyü onun yuxarıdan aşağıya qədər müdafiə olunduğu faktını təsdiq edir. Ağlı başında olan istənilən adama aydın olur ki, bu iş vasitəçilərlə həyata keçirilirsə də, həmin müəssisəni kral dairələrinin sırasından, oliqarxlar və plutokratlar arasından olan ən nüfuzlu simalar idarə edir.
Tiryək laləsini və koka yarpaqlarını yetşdirən əsas ölkələr bunlardır– Birma, Cənubi Çin, Əfqanıstan, İran, Pakistan, Tailand, Livan, Türkiyə, Peru, Ekvador, Boliviya. Kolumbiya koka yarpaqları yetişdirmir, onun böyründə yerləşən Boliviyada kokainin təmizlənməsi üzrə əsas müəssisə və kokain ticarəti üzrə əsas maliyyə mərkəzi yerləşir. Prezident Buş general Noryeqanı oğurlatdırandan və türməyə saldırandan sonra Panama pullarin yuyulması və kokain ticarətinin maliyyələşdirilməsi işində həmin mərkəzlə rəqabət aparır.
Heron ticarəti Honkonq bankları, London bankları və Yaxın Şərqdə “British Bank of the Middle East” (“Britaniya Yaxın Şərq Bankı”) kimi bəzi banklar tərəfindən maliyyələşdirilir. Livan sürətlə “Yaxın Şərqin İsveçrəsinə” çevrilməkdədir. Heroinin yayılması və çatdırılması işinə cəlb olunan ölkələr bunlardır– Honkonq, Türkiyə, Bolqarıstan, İtaliya, Monako, Fransa (Korsika və Marsel), Livan, Pakistan. Birləşmiş Ştatlar– narkotiklərin ən çox istifadə olunduğu ölkədir, burada birinci yerdə kokaindir və heroin onunla rəqabət aparır. Qərbi Avropa və Cənubi-Şərqi Asiya ölkələri– iri heroin istehlakçılarıdır. İranda narkomanların sayı çoxdur– 1991-ci ildə 2 milyon nəfərdən artıq.
Bir dənə də olsun hökümət yoxdur ki, narkotika ticarəti ilə bağlı nə baş verdiyindən dəqiq xəbərdar olmasın, lakin Komitet 300 öz nəzarəti altında olan ümumdünya kompaniyaları şəbəkəsi vasitəsilə hökümətlərdə mühüm postlar tutan ayrı-ayrı üzvləri satın alıb. Hökümətin hər hansı bir üzvü “narahatlıq” yaradarsa, kişi və ya qadın olmasından asılı olmayaraq, o, Pakistanda Əli Bxutto və İtaliyada Aldo Moro kimi aradan qaldırılır. Heç kəs bu, hər şeyə qadir Komitetin təsiri altından çıxa bilmir, hərçənd Malayziya hələ özünü saxlaya bilir. Malayziya narkotikalara münasibətdə dünyada ən ciddi qanunları olan ölkədir. Hətta kiçicik doza tapılsa belə, ölümlə cəzalandırılır.
Bolqarıstanın “Kintex” kompaniyasının nümunəsi timsalında deyə bilərik ki, xırda ölkələrin əksəriyyəti bu cinayətkar işlərdə bilavasitə iştirak edir. “Kintex” kompaniyası özünə məxsus olan yük maşınlarında Qərbi Avropaya mütamadi olaraq heroin daşıyır. Həmin yük maşınlara Avropa İqtisadi Birliyinin (AİB) nişanı– TİR (“Triangle Internationale Routier” - “Üçbucaqlı Beynəlxalq Marşrut”)– vurulmuşdur. Üzərində bu nişan və Avropa İqtisadi Birliyinin qeydiyyat nömrələri olan furqonlar sərhəd-kömrük postlarında saxlanmamalıdır. TİR furqonlarına yalnız tez xarab olan mallar daşımağa icazə verilir. Ehtimal olunur ki, onlar yükü götürdükləri ölkədə baxışdan keçirilir və bu haqda şəhadətnamə, ehtimal olunduğu kimi, hər bir furqonun sürücüsündə olur.
Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər sayəsində belə alınmışdır ki, “Kintex” kompaniyasının furqonlarına heroin yükləmək, onu “təzə meyvə və tərəvəz” kimi sertifikatlaşdırmaq, sonra isə Avropanın bütün ərazisinə daşımaq, hətta NATO-nun Şimali İtaliyadakı tamamilə məxfi bazalarına da girmək olar. Beləliklə, Bolqarıstan heroin daşınmasının əsas tranzit kanallarından birinə çevrilmişdir.
Avropaya iri həcmlərdə heroin və kokain daşınmasının qarşısını almağın yeganə üsulu– bu üsul TİR sistemini ləğv etməkdir. Lakin bu heç vaxt baş verməyəcək. Komitet 300, özünün heyrətamiz idarəetmə şəbəkəsi və mexanizmlərindən istifadə etməklə, indicə xatırlatdığım beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri ona görə təyin etmişdir ki, Qərbi Avropaya hər cür narkotiklərın çıxışı asanlaşdırılsın. Tez xarab olan məhsulları unudun! İtaliyanın “Narkotiklərlə Mübarizə Agentliyi”nin keçmiş rezidentləri də deyirlər: “TİR– BU, NARKOTİKLƏRDİR”.
Bunları siz, Kennedi aeroportunda ikidibli çemodanda böyük həcmdə heroin tapıldığı və hansı isə bəxtsiz “mulun” (“mul”– qatır kimi nəsil artırmaq qabiliyyəti olmayan yük heyvanı, narkotikanın daşınması üşün istifadə olunan adamlara münasibətdə jarqon ifadə kimi istifadə olunur) öz cinayətkar əməlinə görə cəza aldığı barədə növbəti dəfə qəzetlərdə oxuyanda xatırlayın. Bu, vur-tut “zərrədir”, publikanın gözünə atılan küldür və belə tamaşalarda məqsəd hökümətimizin narkotika təhlükəsinə qarşı nə isə etdiyinə bizi inanmağa məcbur etməkdır. Məsələn, Niksonun Komitet 300-dən xəbərsiz və onunla razılaşdırmadan başladığı “Fransız izi” proqramını götürün.
Bu proqram çərçivəsində həyata keçirilən nəhəng səylər nəticəsində tutulan tiryək/heroinin ümumi həcmi, cəmi bir TİR furqonunun daşıdığının dörddə birindən də azdır. Komitet 300 nisbətən kiçik partiya heroinin müsadirə olunmasının Niksona baha başa gəlməsinin qayğısına qaldı. Məsələ heç heroinin çəkisində də deyildi. Məsələ Ağ Evin yiyəsi olmağa kömək etdikləri adamın onların köməyi və dəstəyi olmadan da hərəkət edə, hətta birbaşa yuxarıdan verilən əmrləri saya almayacağını düşünməyə başlamasında idi.
Heroin ticarətinin mexanizmi belədir: Tailand və Birmada vəhşi dağ tayfaları tiryək laləsini yetişdirirlər. Məhsul yığımı vaxtında toxum qozaları ülgüc və ya iti bıçaqla kəsilir. Xoş ətirli maddə kəsikdən axır və qatılaşmağa başlayır. Bu, xam tiryəkdir. Yığılan xam tiryək yapışqanlı dəyirmi kürəciklər kimi olur. Vəhşi qəbilələrin nümayəndələri öz haqlarını 1 kiloqramlıq qızıl külçələr şəklində alırlar. İsveçrənin “Credit Suisse” bankının hazırladığı həmin qızıl külçələr 4/10 kimi məlumdur. O qədər də böyük olmayan belə külçələr YEGANƏ məqsədlə hazırlanır– vəhşi qəbilələrə tiryəkə görə ödəniş vasitəsi olmaq üçün. Standart qızıl külçələrini Honkonq bazarında iri xam tiryək və ya qismən emal edilmiş heroinin iri alıcıları satır. Hələ Moqollar dövründən bu işlə məşğul olan baluçilərlə -Hindistanın dağ qəbilələri- haqq-hesab aparılması üçün də eynilə bu cür metoddan istifadə olunur. “Narkotikaların mövsümü”, onu belə adlandırırlar, Honkonqda qızıl ticarətinin kəskin fəallaşması ilə üst-üstə düşür.
Meksika nisbətən kiçik həcmlərdə heroin istehsal etməyə başlamışdır. Hollivud tusovkasında böyük tələbata malik olan bu heroini “Meksikadan qəhvəyi” adlandırırlar. Meksikada da heroin ticarəti hərbiçilərin dəstəyi ilə yüksək dövlət məmurları tərəfindən aparılır. “Meksikadan qəhvəyinin” bəzi istehsalçıları ABŞ-da öz müştərilərini təchiz etməklə ayda milyonlarla dollar qazanır. Belə də olur ki, Meksika federal polisi heroin istehsalçılarına qarşı hərkət etməyə cəhd edir. Onları, sanki yerin altından peyda olan hərbi dəstələr “zərərsizləşdirir”.
Belə bir insident 1991-ci ilin noyabrında Meksikanın tiryək yetişdirilən regionlarından birinin aerodromunda baş vermişdi. “Narkotiklərlə Mübarizə Agentliyi”nin federal agentləri aerodromu mühasirəyə alaraq təyyarəyə heroin yükləyən adamları həbs etmək istəyəndə hərbi dəstə peyda oldu. Əsgərlər “Narkotiklərlə Mübarizə Agentliyi”nin federal polis agentlərini mühasirəyə aldılar və onların hamısını sonuncusuna qədər metodik qaydada güllələdilər. Bu aksiya Meksikanın prezidenti Qoltarin üçün ciddi təhlükəyə çevrildi, çünki ictimaiyyət ondan qətlin tam araşdırılmasını inadkarlıqla tələb edirdi. Qoltarin çıxılmaz vəziyyətə düşdü. Bir tərəfdən, o, təhqiqat aparılması ilə bağlı tələbləri saya almaya bilməzdi, digər tərəfdən, öz üzərinə hərbiçilərin ittiham olunması səlahiyyətini götürə bilməzdi. Bu, Meksikanın idarə olunmasının möhkəm zəncirində baş verən və Komitet 300-ə tərəf uzanan ilk boşluq idi.
XXVI yazı: Müsadirə edilən partiyalar çox vaxt bu biznesə zorla girmək istəyən təzə təşkilatlara məxsus olur; bu cür rəqabət yükün hara gətiriləcəyi və onun yiyəsinin kim olduğu barədə hakimiyyət orqanlarına verilən dəqiq informasiya vasitəsilə neytrallaşdırılır
Xam tiryək "Qızıl üçbucaqdan" Siciliya mafiyasına və Fransada son emalçılara ötürülür. Onlar da Marseldən düz Monte-Karloya qədər dəniz sahilinə səpələnən laboratoriyalarda heroinin təmizlənməsini sona çatdırırlar. Livan və Türkiyə hazırda təmizlənmiş heroin istehsalını artırır və son dörd il ərzində bu iki ölkədə çoxlu sayda heroin laboratoriyası meydana çıxmışdır. Pakistan da bir sıra laboratoriyaya malikdir, lakin onlar keyfiyyətinə görə, məsələn, Fransa laboratoriyalarından daha aşağı kateqiroyaya daxildirlər.
Xam tiryəkin “Qızıl aypara” regionundan daşınma marşrutu İran, Türkiyə və Livandan keçir. İRAN ŞAHIN NƏZARƏTİ ALTINDA OLDUĞU DÖVRDƏ O, HERON TİCARƏTİNİ DAVAM ETDİRMƏYİ QADAĞAN ETMİŞDİ VƏ KOMİTET 300 MƏSƏLƏNİ NİZAMLAYANA QƏDƏR TİCARƏTİ DAYANDIRMAĞA MƏCBUR OLMUŞDU. Türkiyə və Livandan xam tiryək Korsikaya, oradan isə gəmilərlə Qrimaldi ailəsinin susqun razılığı ilə Monte-Karloya daşınır. Pakistan laboratoriyaları “Hərbi-Müdafiə Laboratoriyaları” ad-pərdəsi altında heroini qat-qat yüksək təmizlik səviyyəsinə çatdırırlar. Lakin ən yüksək təmizlik səviyyəsi hələlik Fransanın Aralıq dənizi sahilləri və Türkiyədəki laboratoriyalarda əldə olunur. Burada banklar da həmin əməliyyatların maliyyələşdirilməsində həlledici rol oynayır.
Gəlin burada bir anlıq dayanaq. İnanmaq olarmı ki, bu ölkələrin sərəncamında əhəmiyyətli surətdə təkmilləşdirilmiş müasir müşahidə və izləmə vasitələri, o cümlədən də peyk kəşfiyyatının olduğu bir vaxtda bu rəzil ticarətin üstünü açmaq və onu dayandırmaq mümkün olmasın? Hüquq-mühafizə və güc idarələri nə üçün müdaxilə edə və aşkar edən kimi həmin laboratoriyaları məhv edə bilmir? Əgər məsələ məhz belədirsə və onlar hələ də heroin ticarətini dayandırmağa qadir deyillərsə, onda anti-narkotika xidmətlərini narkotiklərlə mübarizə üzrə şöbələri yox, “heriatrik” şöbələr adlandırmaq lazımdır.
Hətta uşaq da, necə deyərlər, “narkotiklərlə döyüşçülərinə” nə etmək lazım olduğunu deyə bilərdi. Sadəcə, angidrid sirkəsini istehsal edən bütün zavodlar üzərində müşahidə qurmaq və onları izləmək lazımdır, angidrid sirkəsi isə xam tiryəkdən heroin alınması istehsalında ən vacib kimyəvi komponentdir. Sonra isə izi tutub gedin! Hər şey çox sadədir.
Dövlət orqanları qanun qəbul edə və bu qanunla angidrid sirkəsi istehsalçılarının üzərinə onların məhsulunu kimin aldığının və hansı məqsədlə istifadə etdiyinin dəqiq uçotunu aparmaq öhdəliyini qoya bilərdi. Lakin yadda saxlayın: narkotiklər– bu, BÖYÜK BİZNESDİR və bu biznes Avropanın oliqarxik və ABŞ-ın “şərqli liberal isteblişmentinin” ailələri tərəfindən aparılır. Narkobiznes– bu, mafioz əməliyyatlar deyil, bu biznes yalnız Kolumbiyanın kokain kartelləri tərəfindən aparılmır. Böyük Britaniya və Amerikanın yüksək cəmiyyətlərinin əsl-nəcabətli ailələri bu işdə öz rollarını hər tində reklam etməyə hazırlaşmır, bu adamlar həmişə çirkli işi yerinə yetirərək, onları gizlədən adamlar təbəqəsindən istifadə edirlər. Xatırlayın: britaniyalı və amerikalı “aristokratiya” öz əlini heç vaxt Çində tiryək ticarətinə bulaşdırmayıb. Lordlar və ledilər bunun üçün kifayət qədər ağıllıdırlar, elə amerikalı elita da: Dilonlar, Forbslar, Eppletonlar, Beykonlar, Boylestounlar, Perkinslər, Rassellər, Kanninqhemlər, Şou, Kuliclər, Parkmanlar, Panneuellər, Kebotlar və Kodmanlar– bu, Çində tiryək ticarəti sayəsində dəhşətli şəkildə varlanan Amerika ailələrinin heç uzaqdan uzağa da tam siyahısı deyil.
Yadda saxlayın: Amerika 60 yox, 300 ailə tərəfindən, İngiltərə isə 100 ailə tərəfindən idarə olunur və aşağıda görəcəyik ki, bu ailələr bir-birinə nigahlar, kompaniyalar, banklar vasitəsilə -onların “Qara Aristokratiya”, frankmasonçuluq, “Müqəddəs İoann İerusalimski Ordeni” və s. xəttlər üzrə əlaqələri barədə hələ heç danışmırıq -qarşılıqlı surətdə bağlıdırlar. Onlar öz vasitəçi adamlarından istifadə etməklə çox böyük həcmlərdə heroinin minimal izafi xərclər müqabilində Honkonqdan, Türkiyədən, İran və Pakistandan daşınmasını müdafiə və ABŞ, eləcə də Qərbi Avropa bazarlarını heroinlə təmin etmək üçün üsullar tapırlar.
Kokain partiyaları bəzən həbs və ya müsadirə edilir. Bunlar adi tamaşadır. MÜSADİRƏ EDİLƏN PARTİYALAR ÇOX VAXT BU BİZNESƏ ZORLA GİRMƏK İSTƏYƏN TƏZƏ TƏŞKİLATLARA MƏXSUS OLUR. Bu cür rəqabət yükün hara gətiriləcəyi və onun yiyəsinin kim olduğu barədə hakimiyyət orqanlarına verilən dəqiq informasiya vasitəsilə neytrallaşdırılır. Böyük iş toxunulmaz qalır; heroin həddən artıq bahadır. Qeyd etməyinə dəyərdi ki, ABŞ-ın “Narkotiklərlə Mübarizə Agentliyi”nin (NMA) əməliyyat işçilərinə Honkonqa getmək qadağan edilib. Gəmilər limanı tərk etməyənə qədər onlar gəmilərin yük deklarasiyasını yoxlaya bilməz. Belə güclü inkişaf edən “beynəlxalq əməkdaşlıq” şəraitində kütləvi informasiya vasitələrinin daim “narkoticarətin alt-üst edilməsi” zərurəti barədə danışdığına yalnız heyrətlənmək qalır. Aydındır ki heroinin ticarət marşrutları “yüksək hakimiyyət” tərəfindən müdafiə olunur.
Meksikadan başqa Cənubu Amerikanın hər yerində kokain hökmranlıq edir. Heroindən fərqli olaraq kokain istehsalı çox sadədir və “yüksək bonzlara” işləyən və onların adından öz üzərinə risq götürmək istəyən kəs böyük sərvətə yiyələnir. Heroin ticarətində olduğu kimi, burada da kənar adamları xoş qəbul etmirlər və onlar tez-tez bədbəxt hadisələrin, ya da ailə “haqq-hesablarının” qurbanı olur. Kolumbiyada narkomafiya sıx bağlı olan bir ailə kimidir. Lakin Mİ-9 döyüşçülərinin (kokain baronlarının şəxsi ordusu) Boqotoda Ədliyyə Nazirliyinin binasına hücum etməsi və məşhur prokuror və hakim Rodriqo Lara Bonillanı qətlə yetirməsi elə güclü neqativ rezonans doğurdu ki, “yüksək hakimiyyət” Kolumbiyada əməliyyatların strukturunu dəyişdirmək məcburiyyətində qaldı.
Nəticədə Medelin kartelindən Oçoa qardaşları əmlaklarının toxunulmaz qalacağı, şəxsən özlərinə heç bir xətər yetirilməyəcəyi və ABŞ-a təhvil verilməyəcəkləri barədə vəd alaraq könüllü surətdə hakimiyyətə təslim oldular. Öz narkodollarlarını Kolumbiya banklarına repatriasiya edəcəkləri halda onlara qarşı heç bir cəza hərəkəti edilməyəcəyi barədə qardaşlarla sövdələşmə bağlandı. Xorxe və Fabio Oçoa qardaşları, onların başçıları Pablo Eskobar özəl türmələrdə saxlanmalı idilər ki, bunlar daha çox yüksək səviyyəli mehmanxanalara bənzəyir. Onlara elə həmin lüks səviyyəli türmələrdə olmaq şərti ilə iki ildən çox olmayan iş kəsilməli idi. Bu sövdələşmə indiyədək də davam edir. Bundan başqa, Oçoa qardaşlarına öz türmə-hotellərindən “bizneslərini” idarə etməyi davam etrdirmək hüququ verildi.
Lakin bu o demək deyildi ki, kokain ticarətinin sonu çatmışdır. Əksinə, sadəcə bu ticarət dublyor Kali kartelinə keçdi və bundan “biznesin” mahiyyəti dəyişmədi. “Narkotiklərlə Mübarizə Agentliyi” (NMA) hansı isə qəribə bir səbəbdən Kali kartelini, hər halda lap son vaxtlara qədər, sadəcə olaraq saya almırdı, halbuki bu kartel öz ölçülərinə görə Medelin kartelinə barabərdir. Kali karteli Medelin kartelindən onunla fərqlənir ki, onu zorakılığın istənilən növündən qaçan və razılaşmaları heç vaxt pozmayan BİZNESMENLƏR idarə edir.
Daha vacib olanı isə budur ki, Kali Floridada iş aparmır. Mənbə xəbər verir ki, Kali karteli kokain biznesinin digər avtoritetlərinə oxşamayan prakrik biznesmenlər tərəfindən idarə olunur. O, hesab edir ki, bu adamlar “məqsədli surətdə təyin olunublar”, lakin bunu kimin etdiyini bilmir. Qeyd olunur ki, “onlar heç vaxt özlərinə diqqət cəlb etmirlər, onlar Xorxe Oçoa kimi dərhal diqqəti özünə cəlb etmək üçün qırmızı “Ferrari”də gəzmirlər, çünki bu cür avtomobillərin Kolumbiyaya idxalı qadağan olunub”. Kali kartelinin bazarları– Los-Anceles, Nyu-York və Hyustondur, bu şəhərlər paralel olaraq həm də heroin bazarıdır. NMA-nın keçmiş əməkdaşlarından biri bu yaxınlarda demişdi: “Kalidən olan bu oğlanlar çox ağıllıdırlar. Oçoa qardaşları ilə müqayisədə onlar başqa cinsdəndir. Onlar professional biznesmenlər kimi hərəkət edirlər. Onlar indi Medelin kartelindən iridir və biz ABŞ-a indiyə qədər olduğundan çox kokain gətiriləcəyinin şahidi olacağıq. Manuel Noryeqanın oğurlanması kokain selinin və pulların çoxsaylı bankları olan Panamadan keçməsini asanlaşdırdı. Corc Buşun “Haqq işi” əməliyyatının yekunu bax budur! Bu əməliyyatın mahiyyəti bundan ibarətdir ki, əvvəllər Oçoa qardaşlarının nəzarəti altında olan Nikolas Ardiqo Barlettin həyatı yüngülləşdi və o, indi Kali kartelinin əməliyyatlarını təmin etməklə məşğul olur”.
Mütəxəssislər qeyd edirlər ki, Komitet 300 işə müdaxilə edib və Cənubi Amerikada kokain ticarətində bütün nəzarəti öz üzərinə götürüb. Kali kartelinin nüfuzunun artmasının və general Noryeqanın oğurlanmasının başqa izahı sadəcə, yoxdur. Buş Noryeqa ilə bağlı Londondan əmr almışdımı? Belə demək üçün bütün əlamətlər mövcuddur ki, onu Panamaya girməyə və Panamada “ticarətə”, xüsusilə də bank işinə ciddi maneəyə çevrilən Noryeqanı oğurlamağa sözün əsl mənasında MƏCBUR etdilər. Panama əməliyyatının ardınca Fars körfəzində başlanan müharibədə olduğu kimi, yalnız Böyük Britaniyanın Vaşinqtondakı səfirinin bir neçə təkidli telefon zəngindən sonra Buş, nəhayət, general Noryeqaya qarşı tamamilə qanunsuz əməliyyatın həyata keçirilməsi üçün cəsarətini toplaya bildi. Buşun Böyük Britaniya mətbuatı, eləcə də Böyük Britaniya kəşfiyyatının rəhbərlik etdiyi “Nyu-York Tayms” qəzeti tərəfindən dəstəklənməsi faktı özü-özlüyündə hər şeyi bəlli edir.
Noryeqa bir vaxtlar Vaşinqton isteblişmentinin sevimlisi idi. O, Uilyam Keysi və Oliver Nortla dostluq edir və hətta prezident Corc Buşla da azı iki dəfə görüşmüşdü. Noryeqanı tez-tez Pentaqonda görürdülər və burada ona hansısa bir ərəb hökmdarına olan münasibət göstərilirdi. “Mərkəzi Kəşfiyyat İdarəsi”nin Virciniya ştatı, Lenqlidəki mənzil-qərargahında isə onun ayaqları altına həmişə qırmızı xalça sərərdilər. ABŞ-ın ordu kəşfiyyatının və MKİ-nin ona 320.000 dollar ödədiyinə dəlalət edən sənədli sübutlar vardır.
Üfüqdə buludlar təqribən, əsas kokain ticarətinin Oçoa qardaşları və Pablo Eskobardan Kali kartelinə keçdiyi vaxt toplaşmağa başladı. Tamamilə gözlənilmədən Noryeqaya qarşı təbliğat kampaniyası başlandı. Bu kampaniyanın başında 1985-ci ildə özünü Ariel Şarona və İsrailin “Histradut” partiyasına satan senator Cessi Helms dururdu. Cessi Helms və onun tərəfdarlarına dəstək “Nyu-York Tayms” qəzetində işləyən Böyük Britaniya kəşfiyyatının cəsusu Saymon Herşdən gəlirdi. “Nyu-York Tayms” qəzeti isə, Mİ-6-nın bossu Uilyam Stefenson RCA kompaniyasının Nyu-Yorkdakı binasını tutduğu dövrdən etibarən, Böyük Britaniya kəşfiyyatının ABŞ-da ruporu olub.
XXVII yazı: Noryeqanı yox, məhz elə ABŞ-ın Ədliyyə Nazirliyini indiyə qədər on dəfə məhkəməyə vermək lazım idi; onun işi göstərdi ki, bu ölkədə “ədliyyə” əvəzinə cinayətkar və günahkarlardan ibarət sistem fəaliyyət göstərir
Noryeqaya qarşı aparılan kampaniyanın məhz Helmsə tapşırılması çox əlamətdar idi. Helms- Şaron fraksiyasının Vaşinqtonda sevimlisidir, Şaron isə Cənubi Amerika və Kolumbiyada əsas silah taciri idi. Üstəlik də, inancları “İsrail - mənim ölkəmdir, həqiqət onun tərəfində olsa da, olmasa da!” prinsipi olan xristian fundamentalistləri Helmsə hörmət edir. Beləliklə, cəmiyyətdə “Noryeqanı aradan qaldırmaq” üçün çox güclü əhvali-ruhiyyə yaradıldı. Yəqin ki Noryeqa beynəlxalq Komitet 300-ün narkotika tacirlərinə və bankirlərinə ciddi maneçilik törədə bilərmiş və buna görə də işə ciddi xələl vurmamış onu aradan götürmək zərurəti yaranmışdı.
Britaniyalı xozeyinlərin Buşu məcbur etdikləri və onun Panamada keçirdiyi qeyri-qanunu hərbi əməliyyat nəticəsində mənasız olaraq azı 7 000 panamalı öldürüldü və çoxlu əmlak məhv edildi. Noryeqanın “narkotacir” olduğunu və buna görə oğurlanıb ABŞ-a gətirildiyini təsdiq edən heç bir sübut yox idi. Bu, tarixdə beynalxalq zorakılığın ən bariz nümunələrindən biridir. Bu qeyri-qanuni aksiya Buşun fəlsəfəsinə ola bilsin ki, ən çox uyğun gələnidir: “Amerika (oxu: Böyük Britaniyanın kral ailəsinin və Komitet 300-ün) siyasətinin mənəvi tərəfi elə bir dünyanın mənəvi kursu ilə hərəkət etməyimizi tələb edir ki, həmin dünyada seçim şər arasından nisbətən az şər olanı seçməkdən ibarətdir. Qara və ağa bölünməyən real dünya da məhz elə budur. Mənəvi dəyərlər burada çox azdır”.
“Az şər olanı” seçib Noryeqanı oğurlamaq, Komitet 300-ə işləyən Panama banklarına qarşı sərt tədbirlər görməsi üçün Noryeqaya izn verməkdən daha yaxşı idi. Noryeqa ilə bağlı hadisə- dəhşətli Vahid Dünya Hökümətinin gələcək fəaliyyətinin prototipidir. Cəsarətini toplayan Buş açıq-açığına, qorxusuz-hürküsüz çıxış etdi, çünki xalq, YALANI şirnikləndirən və HƏQİQƏTİN kiçicik zərrəsini də inkar edən mənəviyyat mantiyasına bürünmüşdü. Amerika xalqının qəbul etdiyi, onunla razılaşdığı dünya bax budur. Əgər bu belə olmasaydı, onda Panamaya soxulmağa görə ölkədə hiddət fırtınası qopar və Buş öz postundan kənara atılmayana qədər davam edərdi. Niksonun Uotorqeyt cənayətləri Prezident Buşun general Noryeqanı oğurlamaq üçün Panamaya soxulmaq əmrini verərkən etdiyi impiçmentə layiq qanunsuzluqlarının yanında uşaq dəcəlliyi kimi görünür.
Hökümətin Noryeqaya qarşı qaldırdığı iş, əksəriyyəti artıq ittiham olunan və öz cəzalarını yüngülləşdirmək üçün yalan ifadə verən bir qrup adamın yalançı sübutlarına əsaslanıb. Gilbert və Sallivan indi sağ olsaydılar, bu tamaşadan ləzzət alardılar. Bu artist-juliklərin ABŞ-ın Ədliyyə Nazirliyi üçün etdikləri həqiqi qroteks pis tamaşa təsəvvürü yaradır.
Qaldırılmış cinayət işində həlledici tarixlər öz aralarında qətiyyən üst-üstə düşmür, həlledici təfərrüatlar ümumiyyətlə yoxdur, eləcə də bir sıra mühüm detallarla bağlı yaddaşın itirilməsi halları vardır. Bütün bunlar hökümətin əlində Noryeqaya qarşı heç nə olmaması faktını aşkar nümayiş etdirir, lakin bu heç kəsi narahat etmir. Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu “o, istənilən halda ittiham olunmalıdır”,- deyir və yazıq Noryeqa yalnız bunu gözləyə bilər. İş üzrə əsas şahidlərdən biri Floyd Karlton Kaseres adlı bir kimsədir, o Oçoa qardaşlarının keçmiş pilotudur. 1986-cı ildə həbs olunandan sonra Karlton öz vəziyyətini Noryeqanın hesabına yüngülləşdirməyə çalışırdı.
O, NMA-nın müstəntiqlərinə belə bir hadisə nəql etdi ki, Oçoa qardaşları kokainlə yüklənmiş üç təyyarənin Panamada yerə enməsi və onlara yanacaq doldurulmasına icazə verilməsi müqabilində Noryeqaya 600 000 dollar veriblər. Lakin Mayamidə məhkəmədə tezliklə aydın oldu ki, “həlledici şahidlik ifadələri” ən yaxşı halda baş tutmayan zarafat imiş. Çarpaz sorğu həqiqəti ortaya çıxardı: uçuşlar üçün heç kim icazə almağa hazırlaşmırdı, Oçoa qardaşları Noryeqaya heç müraciət də etməmişdilər. Üstəlik də, 1983-cü ilin dekabrında Noryeqa Medelindən Panamaya uçan bütün təyyarə reyslərini qadağan etmişdi. Karlton bu işdə diskreditasiya olunmuş yeganə şahid deyildi.
İspaniyada tutulana və ABŞ-a təhvil verilinə qədər Medelin kartelinin həlledici fiqurlarından olan Karlos Leder Karltondan da idbar şahid imiş. Lederin Madriddə olduğu barədə informasiyanı NMA-ya kim vermişdi? Narkotiklərlə Mübarizə Agentliyi çox könülsüz olsa da, etraf etmək məcburiyyətində qaldı ki, bu mühüm əməliyyatın uğuru üçün agentlik Noryeqaya minnətdardır. Lakin ABŞ-ın Ədliyyə Nazirliyi indi Lederi Noryeqaya qarşı şahid qismində istifadə edir. Elə yalnız bircə bu şahid ABŞ hökümətinin Noryeqaya qarşı işinin bədniyyətli olduğuna nümayiş etdirir.
Göstərdiyi xidmətin müqabilində Lederə çıxarılan hökm yüngülləşdirildi və türmədə ən yaxşı şəraitlə -pəncərəsindən yaxşı mənzərə açılan otaq, televizor- təmin olundu, onun ailəsinə isə ABŞ-da daimi qaydada yaşamaq hüququ verildi. 1988-ci ildə Lederin ittihamçısı olan prokuror Robert Merkel “Vaşinqton Post” qəzetinə bunları bildirmişdi: “Düşünmürəm ki, hökümət Karlos Lederlə sövdələşməyə getməlidir... Bu oğlan- anadangəlmə yalançıdır”.
Ədliyyə Nazirliyi -bu ad onun reallıqda nəyin naminə çıxış etdiyinə qətiyyən uyğun deyildir- Noryeqaya qarşı özünün bütün çirkin fəndlərini istifadə etdi: onun öz vəkili ilə telefon danışıqlarının qeyri-qanuni dinlənməsi; dövlət tərəfindən Noryeqanı müdafiə etdiyi görüntüsünü yaradan və işin ən qızğın çağında onun müdafiəsini sadəcə dayandıran vəkilin təyin edilməsi; Noryeqanı yüksək ixtisaslı vəkillər tutmaq imkanından məhrum etmək üçün onun bank hesablarının bağlanması; qaçırılmaq, qeyri-qanuni hərbi əməliyyat və s. Hökümət təkcə bu halda o qədər qanun pozuntusuna yol verib ki, Noryeqa bütün ömrü boyu o qədər qanun pozmamışdı, əgər ümumiyyətlə o, nə vaxtsa qanun pozubsa.
Noryeqanı yox, məhz elə ABŞ-ın Ədliyyə Nazirliyini indiyə qədər on dəfə məhkəməyə vermək lazım idi. Onun işi göstərdi ki, bu ölkədə “ədliyyə” əvəzinə cinayətkar və günahkarlardan ibarət sistem fəaliyyət göstərir. ABŞ-da aparılan “narkotiklərlə müharibənin” özü, həmçinin də Buş administrasiyasının, necə deyərlər, narkotiklərə münasibətdə siyasəti məhkəmə qarşısına çıxarılmalıdır. Noryeqanın məhkəmə prosesi ədalətin kobud və nümayişkəranə zorlanması ilə başa çatsa da, kor, kar və lal olmayanlara hər halda müəyyən kompensasiya verir. Bu proses əvvəlindən sonuna qədər Böyük Britaniyanın ABŞ höküməti üzərində komandanlıq etdiyini sübut etdi və “İstənilən halda məqsəd vasitələri doğruldur. Çox az sayda mənəvi dəyər mövcuddur”- şüarı ilə silahlanan Buş administrasiyası ideologiyasının tam müflis olduğunu göstərdi. Buş, eləcə də siyasətçilərin əksəriyyəti üçün MƏNƏVİ DƏYƏRLƏRDƏN çıxış etmək İNTİHAR demək olardı. Yalnız belə bir mühitdə İraqla müharibəni başlayarkən Buşun ABŞ-ın ən azı altı qanununu və onlarla beynəlxalq müqaviləni pozmasına Amerika xalqı göz yuma bilərdi.
Dünya ictimaiyyəti hazırda Kolumbiyada və ABŞ-da kokain ticarətinin idarəetmə mexanizmində köklü dəyişikliklərin necə baş verdiyinin şahidi olur: zorakılıqsız və gülləbaransız. Kali kartelindən olan kostyumlu centlmenlər qoy öz bizneslərini centlemen kimi aparsınlar. Bir sözlə, Komitet 300 kokain ticarətini birbaşa idarə etməyə girişmişdir və bu ticarət innən belə heron ticarəti kimi rahat gedəcək. Kolumbiyanın yeni hökümətinə taktikasını və fəaliyyət istiqamətlərini dəyişdirmək tövsiyə olunub. Yeni hökümət Komitetin oyun qaydalarına tabe olmalıdır.
ABŞ-ın Çinlə, hələ Vətəndaş Müharibəsinə qədər Birləşmiş Ştatların cənubunda başlayan tiryək ticarətində iştirakı barədə xatırlamaq lazımdır. Tiryək ticarəti ilə Cənubda nəhəng pambıq plantasiyaları arasında nə əlaqə ola bilər? Bunu müəyyən etmək üçün biz ən yüksək keyfiyyətli (əgər bu cür idbar maddəni “keyfiyyətli” adlandırmaq olarsa) və həmişə böyük tələbat olan tiryəkin istehsal olunduğu Hindistana, o vaxt onun ərazisi olan Benqaliyaya üz tutmalıyıq. Pambıq İngiltərədə tiryəkdən sonra “Britaniya Ost-Hind Kompaniyası”nın alver etdiyi ən mühüm mal idi.
Amerikanın Cənub plantasiyalarında yetişdirilən pambığın böyük hissəsi qadınların və uşaqların 16 saatlıq iş günü müqabilində bir qarınlıq yemək qazandıqları Şimali İngiltərədəki qul fabriklərində emal olunurdu. Tekstil fabrikləri Londonun yüksək cəmiyyətinə aid olan varlı ailələrə- Palmerstonlara, Berinqsamlara, Kesuiklərə və əsas etibarilə, “Mavi ulduz” gəmi nəqliyyatı kompaniyasının mülkiyyətçisi, gəmiləri Hindistana hazır pambıq parça daşıyan Cardin Matesona məxsus idi. Əlahəzrət kraliçanın təbəələrinin yaşadığı dəhşətli dərəcədə pis həyat şəraiti onları qayğılandırmaya bilərdi. Son nəticədə təbəələr məhz bunun hesabına öz mövcudluqlarını təmin edir, onların ərləri və oğlanları isə Kraliçanın əhatəsiz imperiyasını qorumaq üçün müharibə meydanlarında məhsuldar iş görürdülər- onlar bunu əsrlər boyu, eləcə də qanlı Bur Müharibəsində də ediblər. Bu, Britaniyanın ənənəsi idi, elə deyilmi?
Hindistana ixrac edilən pambıq tekstili hindistanlı pambıq parça istehsalçılarını müflis edirdi. Britaniyanın daha ucuz məhsullarının hind bazarlarını tutması nəticəsində işdən bayıra atılan minlərlə hindistanlı dəhşətli ehtiyac girdabına düşürdü. Hindistan Britaniyadan son dərəcə asılı vəziyyətə düşdü, çünki özünün dəmir yolları və İngiltərədən gətirilən hazır pambıq tekstilinə görə ödənişləri etmək üçün ona valyuta tələb olunurdu. Hindistanın iqtisadi problemlərinin yeganə həlli var idi. Daha çox tiryək istehsal etmək və onu dəyər-dəyməzinə “Britaniya Ost-Hind Kompaniyası”na satmaq. Britaniya ticarətinin boy atdığı və çiçəkləndiyi bünövrə bu cür idi. Tiryək ticarəti olmasaydı, Britaniya müflis olardı.
Cənub plantatorları pambığın tiryəkə dəyişdirilməsi ilə bağlı bu idbar sirri bilirdilərmi? Onlardan bəzilərinin nə baş verdiyindən xəbərsiz olması ehtimalı azdır. Məsələn, Cənubda çox geniş pambıq plantasiyalarının sahibi olan Sazerlend ailəsini götürün. Sazerlendlər Cardin Mateson ailəsi ilə yaxın qohumluq münasibətlərində idi, Matesonlar isə öz növbəsində, Britaniyanın gəmi nəqliyyatı kompaniyaları arasında ən iri Penisular and Orient Navigation Line kimi məşhur kompaniyanın əsasını qoyan “Berinq Qardaşları” bankının işgüzar partnyorları idi.
“Berinq qardaşları” Cənub plantasiyalarına, eləcə də gəmiləri Çin limanları ilə ABŞ sahillərinin bütün mühüm limanları arasında okean sularını şumlayan və ABŞ-ın gəmi nəqliyyatına iri məbləğlər yatıran investor idi. “Berinq qardaşları” bu gün ABŞ-da bir sıra maliyyə kompaniylarını və bankları idarə edir. Bu ailələrin bütün nümayəndələri Komitet 300-ün üzvü olub və indi də üzvü olmaqdadırlar.
XXVIII yazı: Onların nökəri olan prezident Buş da istisnasız qəddar müharibə və İraq millətinə qarşı genosidin gedişində Haaqa Konvensiyasını və beynəlxalq müqavilələri pozmaqla beynəlxalq hüquq normalarını həyasızcasına tapdalamışdır
Necə deyərlər, “şərqli liberal isteblişmenti” təşkil edən ailələrin əksəriyyəti ABŞ-ın ən varlı sülalələrinə daxildirlər və öz varidatlarını ya pambıq ticarəti, ya da tiryək ticarəti, bəzi hallarda isə bunların hər ikisinin sayəsində əldə ediblər. Lemanlar ailəsi özü ilə çox görkəmli nümunə təcəssüm etdirir. İstisnasız olaraq Çinlə tiryək ticarəti vasitəsilə toplanan varidatlardan söhbət düşəndə yada ilk növbədə Astorlar və Delanoların adı düşür. Prezident Franklin Delano Ruzveltin həyat yoldaşı Delanolar ailəsindən idi.
Con Cekob Astor Çinlə tiryək ticarətində çox iri varidat yaratdı və bundan sonra öz çirkli pulları ilə Manxettendə iri torpaq sahələri alaraq kübar həyat tərzi sürməyə başladı. Komitet 300-ün planlarının hazırlanmasında Astor bütün həyatı boyu böyük rol oynayıb. Əfsanəvi gəlirli iş olan Çinlə tiryək ticarətində kimin iştirak edəcəyini faktiki olaraq məhz Komitet 300 özünün “Britaniya Ost-Hind Kompaniyası”nın inhisarı vasitəsilə müəyyən edir, bu cür səxavətə tuş gələnlər isə Komitet 300-ə həmişəlik sadiq qalırdı.
Bax məhz bu səbəbə görə Manxettendə daşınmaz əmlakın böyük hissəsi, Astor onu almağa başladığı dövrdə olduğu kimi, Komitet 300-ün müxtəlif üzvlərinə- biz irəlidə bunu hələ görəcəyik- məxsusdur. Araşdırmaçı Con Kelman Astorun uzun müddət Böyük Britaniya kəşfiyyatının ABŞ-da mühüm cəsusu olduğunu aşkar edib. Astorun Aleksandr Hamiltonun qatili Aaron Berri maliyyələşdirməsi faktı buna şübhə etməyə heç bir əsas qoymur. Con D. Astorun oğlu Uoldorf Astor “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) üzvü olmaq şərəfinə layiq görülmüşdür. ABŞ-da bizim həyatımızın praktiki olaraq bütün aspektlərini Komitet 300 məhz “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” vasitəsilə idarə edir. Hesab edirlər ki, Astorlar ailəsi Ouen Lattimoru özünün tiryək ticarəti ilə əlaqələrini davam etdirmək üçün seçmişdi və Lattimor bunu Laura Spelmanın maliyyələşdirdiyi “Sakit okean Münasibətləri İnstitutu” (SOMİ) vasitəsilə həyata keçirirdi. Çinin tiryək ticarətinə sadəcə təchizatçı yox, bərabər partnyor qismində daxil olması üzərində nəzarəti məhz “Sakit okean Münasibətləri İnstitutu” həyata keçirirdi. Yaponların Perl Xarbora hücumu üçün yolu da məhz SOMİ çəkmişdi. Yaponları tiryək narkomanlarına çevirmək səyləri tam iflasa uğradı.
Britaniyalı oliqarxik plutokratlar yüzilliyin sonları üçün, qnu antilopalarının illik miqrasiyası dövründə Serengeti düzənliyində leş yeyən piylənmiş quşlar kimi idilər. Onların Çinlə tiryək ticarətində əldə etdikləri gəlir Devid Rokfellerin gəlirini HƏR İL BİR NEÇƏ MİLYARD DOLLAR üstələyirdi. Ələ düşən mühüm tarixi qeydlər bunları tamamilə sübut edir.
Ölkədə tiryək çəkənlərin sayının artmasından dərin narahatlıq keçirən Çin höküməti 1905-ci il üçün beynəlxalq birlikdən yardım almağa cəhd edirdi. Böyük Britaniya özünü elə göstərdi ki, guya kömək etmək istəyir, lakin 1905-ci ildə imzaladığı protokollara riayət etmək üçün heç nə etmədi. Bir müddət sonra isə Kraliça höküməti açıq-açığına əks mövqe tutdu və bununla Çinə göstərdi ki, ona tiryək biznesinə qoşulmaq, bu ticarətin qarşısını almağa cəhd etməkdən yaxşı olardı.
Böyük Britaniya hətta Haaqa konvensiyasına da tüpürürdü. Konvensiyanın deleqatları Böyük Britaniyanın imzaladığı protokollara qəti şəkildə əməl edəcəyi barədə razılığa gəlmişdilər. Bu halda Çində və digər yerlərdə satılan tiryəkin miqdarı əhəmiyyətli dərəcədə azalmış olardı. Sözdə bunun lehinə olan britaniyalılar insan dərdləri ilə maraqlanmırdılar; onlar ticarətlərlərini dayandırmaq fikrində deyildilər.
Onların nökəri olan prezident Buş da İSTİSNASIZ olaraq Böyük Britaniyanın maraqları naminə aparılan qəddar müharibə və İraq millətinə qarşı genosidin gedişində “Hava Bombardmanları üzrə Haaqa Konvensiyasını” və ABŞ-ın imzaladığı bir çox beynəlxalq müqavilələri, o cümlədən də Cenevrə konvensiyalarının HAMISINI pozmaqla beynəlxalq hüququn normalarını həyasızcasına tapdalamışdır.
Yaponiyaya britaniyalıların tiryək qaçaqmalçılığından çox narahat olan yaponlar tiryək ticarətinin nəinki azaldığı, əksinə daha da artdığı barədə sübutlarla çıxış edəndə, Kraliçanın Beşinci Haaqa Konvensiyasında deleqatı yaponların məlumatlarına əks olan statistika təqdim etdi. Britaniyalı deleqat hər şeyi baş-ayaq çevirərək bildirdi ki, tiryək satışını leqallaşdırmağın əsl vaxtı yetişmişdir və bu, onun “qara bazar” adlandırdığı ilə birdəfəlik qurtarmağa imkan verərdi.
O, İngiltərə höküməti adından bildirirdi ki, bu halda yapon höküməti inhisara malik olar və ticarəti öz nəzarəti altında saxlaya bilərdi. EYNİ İLƏ BELƏ BİR ARQUMENT BRONFMAN VƏ DİGƏR İRİ NARKOİŞBAZLARIN VASİTƏÇİLƏRİ TƏRƏFİNDƏN DƏ İRƏLİ SÜRÜLMÜŞDÜ- KOKAİN, MARİXUANA VƏ HEROİNİ LEQALLLAŞDIRMAQ LAZIMDIR: ABŞ HÖKÜMƏTİ QOY İNHİSARA MALİK OLSUN VƏ BU VERGİ ÖDƏYİCİLƏRİN NARKOTİKLƏRƏ QARŞI SAXTA MÜHARİBƏYƏ GEDƏN MİLYARDLARLA DOLLARINA QƏNAƏT ETMƏYƏ İMKAN VERƏCƏK (?).
Şanxayda 1791-ci ildən 1894-cü ilə qədər lisenziyalaşmış tiryəkxanaların sayi 87-dən 663-ə qədər artdı. Birləşmiş Ştatlara da tiryək axını gücləndi. Çində dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə biləcək mümkün problemləri əvvəlcədən hiss edən “Müqəddəs İoann Ordeninin Cəngavərləri” və “Sarğı Ordeni”ndən olan plutokratlar öz əməliyyatlarının bir hissəsini Persiyaya (İrana) keçirdilər. XIX əsrin ən iri gəmi (buxarla işləyən) kompaniyasının- əfsanəvi “Peninsula and Orient Steam Navigation Company”nin əsasını qoyan Lord İnçkeyp “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (NSBC) bankının yaradılmasının təşəbbüskarı olub ki, bu bank hazırda da tiryək ticarətində ən iri və ən az nəzarət edilən hesablaşma bankı olaraq qalmaqdadır. Bundan başqa, bu bank Birləşmiş Ştatlarla “donuz ticarətini” də (“pig trade”) maliyyələşdirirdi.
Britaniyalıların qurduğu bir kombinasiya nəticəsində çinli “kulilər” müqavilə üzrə işçi kimi ABŞ-a göndərilirdi. Gözü doymayan Harrimanlar ailəsinə məxsus olan dəmir yollarının “kulilərə” ehtiyacı var idi, belə ki Harrimanlar dəmir yol əlaqəsini Qərbə, Kaliforniya sahillərinə qədər uzatmağı planlaşdırırdı. Kifayət qədər qəribədir ki, zəncilərin ağır əl əməyinə adət etdiklərinə və Çindən gələn, tiryək çəkməkdən əldən düşmüş narkomanlara nisbətən bu işi daha yaxşı yerinə yetirə biləcəklərinə baxmayaraq, o vaxt zəncilər bu işlərə çox az cəlb olunmuşdu.
Problem ondan ibarət idi ki, zəncilər arasında tiryək bazarı yox idi, üstəlik də, “Peninsula and Orient” kompaniyasının əsasını qoyanın oğlu olan Lord İnçkeypə “kulilər” minlərlə funt xam turyəkin qaçaqmalçı yolla Şimali Amerikaya gətirilməsi üçün lazım idi və əlbəttə, zəncilər bu işə yaramazdı. Bu, 1923-cü ildə Benqaliyada tiryək laləsi istehsalının azaldılmasının əleyhinə çaxış edən həmin Lord İnçkeyp idi. O, guya Hindistanda tiryək istehsalını öyrənən komissiyaya bunu demişdi: “Bu ən vacib gəlir mənbəyini cidd-cəhdlə saxlamaq lazımdır”.
Harrimanın Qərb istiqamətində tikilən dəmir yollarında işləmək üçün 1846-cı ildə 120 000 “kuli” artıq ABŞ-a gətirilmişdi. “Donuz ticarəti” çiçəklənirdi, çünki ABŞ hökümətinin hesablamasına görə, gələnlərdən 115 000-i tiryək çəkənlər idi. Dəmir yolu tikilib qurtarandan sonra çinlilər öz vətənlərinə qayıtmadı və San-Fransiskoda, Los-Ancelesdə, Vankuverdə və Portlenddə məskunlaşdılar. Onlar böyük mədəni problem yaratdılar ki, həmin problem indiyədək də həll olunmayıb.
Qeyd etmək maraqlı olardı ki, Komitet 300-ün üzvü, Rotşildlərin Cənubi Afrikada maraqlarını təmsil edən Sesil Con Rods Hindistandan yüz minlərlə hindli “kulini” Natal əyalətində qənd qamışının yetişdirildiyi plantasiyalarda işləmək üçün gətirdərək İnçkeypin nümunəsini təkrar etdi. Kommunist təşviqatçı və araqarışdıran Mxatma Qandi onların arasında idi. Çinli “kulilər” kimi, induslar da iş üzrə müddət bitəndən sonra vətənə qayıtmadılar. Onlar da çox böyük sosial problemlər yaratdılar, onların sonrakı nəsilləri isə vəkil oldular və Afrika Milli Konqresindən hakimiyyətə sızanların irəlidə gedən dəstəsini təşkil etdilər.
1875-ci il üçün çinli “kulilər” San-Fransiskodan tiryək təchizatı kanalı yaratdılar ki, bunun nəticəsində 129 000 amerikalı tiryəkə aludə oldu. Bu vaxta qədər mövcud olan 115 000 narkomanla birlikdə onlar elə bir satış bazarı təşkil edirdi ki, həmin bazar Lord İnçkeypə yalnız bu mənbədən hər il yüz minlərlə dollar -indiki qiymətlərlə bu, ildə ən azı 100 milyon dollar təşkil edərdı- qamarlamağa imkan verirdi.
Tiryək ticarətinə şərait yaratmaq üçün Hindistanın tekstil sənayesinin iflasa uğramasını təşkil edən və Afrika qullarını ABŞ-a gətirən britaniyalı və amerikalı ailələr belə qurub-qoşdular ki, “donuz ticarəti” qiymətli gəlir mənbəyinə çevrildi. Bir qədər sonralar onlar “Ştatlar Arasında Müharibənin” -bu həm də Amerika Vətəndaş Müharibəsi kimi tanınır- baş qaldırmasına gətirən siyasi kombinasiyalar qurmağa başladılar.
Təpədən-dırnağa qədər korrupsiyalaşmış və çirkli var-dövlət içində üzən, bir-biri ilə iblisanə partnyorluqla bağlı olan çürük amerikalı ailələr hazırda “şərqli liberal isteblişment” adlanan bir şeyə çevrildilər. Onun üzvləri Böyük Britaniya taxt-tacının, sonralar isə “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun -taxt-tacın xarici siyasət üzrə icraedici orqanının- həssas rəhbərliyi və idarəçiliyi altında bu ölkəni yuxarıdan aşağıya qədər idarə etməkdə davam edir və bunu TAMAMİLƏ gizlin cəmiyyət, Komitet 300-lə çox sıx bağlı olan yüksək səviyyəli paralel hökümət vasitəsilə həyata keçirirlər.
1923-cü ildə isə indiyə qədər tamamilə azad şəkildə ABŞ-a daxil olan bu təhlükəyə qarşı getdikcə daha çox səs yüksəlməyə başladı. Birləşmiş Ştatların azad və suveren ölkə olduğunu düşünən Nümayəndələr Palatasının Xarıcı İşlər üzrə Komitəsinin sədri konqressmen Stiven Porter Böyük Britaniyanın özünün hər ölkə üzrə tiryək biznesinin idxal-ixracı barədə hesabat verməsi öhdəliyini nəzərdə tutan qətnaməni müzakirəyə çıxardı. Qətnamə hər ölkə üçün kvotalar müəyyən edirdi ki, bu da istehsal edilən tiryəkin həcmini 10 % azaltmalı idi. Bu qətnamə qanunverici akt kimi keçirdi və ABŞ Konqresi bu qanun layihəsini təsdiq etdi.
XXIX yazı: Narkotika ticarətinin prezident Kennedinin öldürülməsi ilə əlaqəsi vardır; bu mənfur iş Amerika millətinin ləyaqətini rüsvay edir və nə qədər ki, haqq-ədalət cinayətkarların əlindədir, bu belə də davam edəcək
Lakin “Xarici İşlər üzrə Kral İnstitutu”nun (XİKİ) ideyaları tamam başqa idi. Əsası 1919-cu ildə, Versalda keçirilən Paris Sülh Konfransı ərəfəsində qoyulan “Xarici İşlər üzrə Kral İnstitutu” Komitet 300-ün iradəsinin xarici siyasət sahəsində ən erkən icraçılarından biri idi. “Sui-qəsdçilərin ierarxiyası: Komitet 300-ün tarixi” kitabının müəllifi Con Kelman ABŞ Konqresinin Nümayəndələr Palatasının protokolları ilə bağlı apardığı tədqiqatlarında göstərir ki, Porter qarşı çıxdığı çox qüdrətli qüvvələr barədə tamamilə xəbərsiz idi. Porter heç “Xarici İşlər üzrə Kral İnstitutu”nin mövcud olduğunu belə bilmirdi və deməli, o, bu institutun qarşısına qoyulan spesifik vəzifə- Birləşmiş Ştatların həyatının hər bir tərəfini nəzarət altında saxlamaq vəzifəsi barədə ümumiyyətlə xəbərdar ola bilməzdi.
Hər şeydən göründüyü kimi, Porter bütün bu işi rahat buraxmaq barədə işarəni Uoll Stritdə yerləşən “Bank Morqan”dan almışdı. Lakin qeyzlənən Porter bunun əvəzində öz mübarizəsini Millətlər Liqasının “Tiryək Komitəsinə” keçirdi. Ona qarşı kimin durduğundan Porterin tamamilə məlumatsız olduğunu, Böyük Britaniyanın onun təkliflərinə açıq müxalifliyi ilə bağlı Porterin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsindəki həmkarlarına yazdığı məktublarda da görmək mümkündür.
Kraliçanın nümayəndəsi, atanın yolunu azmış oğula münasibətdə hərəkət etdiyi kimi, Porteri məzəmmət etdi və sonra britaniyalı deleqat -XİKİ-nin təlimatı əsasında- tiryəkin tibbi məqsədlərlə istehlakının artdığını nəzərə alaraq hər ölkə üzrə tiryək kvotalarının ARTIRILMASI ilə bağlı Əlahəzrətin təkliflərini təqdim etdi. Haaqada tapılan sənədlərə görə, Porter əvvəl çaş-baş qalıb, sonra heyrətlənib, daha sonra isə hiddətlənib. Və bundan sonra Porter çinli deleqatla birlikdə Komitənin səlahiyyətli iclasını nümayişkəranə surətdə tərk etməklə döyüş meydanını Böyük Britaniyaya təhvil verib!
Porter iclası tərk edəndən sonra britaniyalı deleqat Millətlər Liqasını “əhilləşdirilmiş pələngin”- Narkotiklər üzrə Mərkəzi Şuranın yaradılması üzrə Əlahəzrət hökümətinin təkliflərini təsdiq etməyə inandıra bildi. Bu mərkəzin əsas funksiyası- məzmunu məqsədyönlü surətdə dumanlı və üstüörtülü olan informasiyanın toplanmasından ibarət idi. Heç kəs bu “informasiya” ilə nə etmək lazım olduğunu bilmirdi. Porter ABŞ-a sarsılmış və daha müdrik insan kimi qayıtdı.
Əfsanəvi dərəcədə varlı olan Uilyam Binqxem -Berinq qardaşlarından biri bu ailənin nümayəndələrindən biri ilə evlənmişdi- Böyük Britaniya kəşfiyyatının daha bir incisi idi. Sənədlərdə Berinq qardaşlarının “Filadelfiyalı kvakerlər” kompaniyasını idarə etdikləri və bu şəhərin daşınmaz əmlakının yarısının mülkiyyətçisi olduqları bildirilir. Bu Berinq qardaşlarının Çində tiryək ticarəti sayəsində yığdıqları sərvətin sayəsində mümkün olmuşdu. Komitet 300-ün səxavətinə tuş gələn başqa bir adam Stefan Jirar idi ki, onun nəslinin davamçıları “Girard Bank and Trust” bankını miras aldılar.
Tarixçəsi Bostonun tarixi ilə bağlı olan və xalqla, adi insanlarla heç vaxt ünsiyyət saxlamayacaq ailələr Komitet 300 və onun Çindəki yüksək gəlirli tiryək ticarəti ilə möhkəm bağlı idilər. Görkəmli ailələrin bir çoxu pis ad çıxaran “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankı ilə birbaşa assosiasiya yaradır. Bu bank isə Çində tiryək ticarətindən daxil olmaqda davam edən milyardlarla dollar üçün klirinq palatası olaraq qalmaqda davam edir.
“Britaniya Ost-Hind Kompaniyası”nın sənədlərində Forbslar, Perkinslər və Xataueylər ailələri kimi adlar vardır. Onlar, Amerikanın həqiqətən də “mavi qanlılar” təbəqəsinin əsl nümayəndələri əsas fəaliyyəti tiryək ticarətindən ibarət olan “Rassel və Co” kompaniyasını yaratmışdılar. Bundan başqa, onlar Çindən Cənubi Afrikaya qədər, eləcə də bu məkanda bütün aralıq məntəqələrdə narkotiklərin daşınmasının digər kanallarına da nəzarət edirdilər. Böyük Britaniya taxt-tacına və “Britaniya Ost-Hind Kompaniyası”na göstərdikləri xidmətin müqabilində Komitet 300 mükafat qismində onlara 1833-cü ildə qul ticarətində inhisar bəxş etdi.
Boston özünün əzəmətli tarixinə görə Komitet 300-ün ona bəxş etdiyi pambıq, tiryək və qul ticarətinə minnətdardır. Con Kelmanın öyrəndiyi və cəmiyyətə açıqladığı sənədlərdən belə çıxır ki, Böyük Britaniya taxt-tacının ABŞ-da əsas dayaqları Bostonun tacir ailələri olub. “Hindistan Ofisinin” sənədlərində və Honkonqda bank kitablarında Con Merrey Forbs “Bostonun mavi qanlılarının” (“Boston Blue Bloods”) başçısı kimi qeyd olunur. Forbsun oğlu Komitet 300-ün, bu gün də dünyanın ən nüfuzlu narkobankı olan “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC) bankının Direktorlar Şurasında təmsil olunmağa icazə verdiyi ilk amerikalı olmuşdu.
Çox görkəmli olduğu üçün adı hələ indi də ehtiramlı pıçıltı ilə çəkilən Perkinsonlar ailəsi Çində aparılan alçaq çirkli tiryək ticarətinə çox dərin cəlb olunmuşdu. Perkins-ata faktiki olaraq Komitet 300-ə seçilən ilk amerikalılar arasında birincilərdən olub. Onun oğlu Tomas Nelson Bostonda Morqanın adamı və həm də mahiyyət etibarilə Böyük Britaniya kəşfiyyatının cəsusu olub. O, Harvard Universitetinə səxavətlə bəxşiş verəndə onun heç də cəlbedici olmayan, deyərdik ki, hətta nifrətəlayiq keçmişi heç kəsi maraqlandırmırdı. Əvvəl-axır, Kanton və Syansin Bostondan uzaqda idi, bir də orada nə baş verdiyi ilə kim maraqlanacaqdı ki?
Morqanın Komitet 300-ün çox qüdrətli üzvü olması Perkinslərə çox kömək etdi və bu Tomas N.Perkinsona Çində tiryək ticarətində gur karyera qurmağa imkan verdi. Morqanların və Perkinslərin hamısı frankmason olub ki, bu onları bir-birinə bağlayan daha bir bağ idi. Belə ki Komitet 300-ə yalnız yüksək dərəcəli masonun seçilməyə ümidi ola bilərdi. Demək olar otuz il ərzində “İmper Çininin Kömrük Xidmətinin” şefi olan (oxu: Çində tiryək ticarətində Böyük Britaniya taxt-tacının bir nömrəli cəsusu) Ser Robert Hart sonralar “Morgan Guarantee Bank”ın Uzaq Şərq şöbəsinin Direktorlar Şurasına təyin olundu.
Morqanın Birləşmiş Ştatlardakı kompaniyaları ilə Ser Robert yaxın münasibətlər qura bilmişdi. Qeyd etmək vacibdir ki, Morqanın tiryək və heroin ticarətində maraqları dəyişməz olaraq qalmaqdadır; buna o fakt da dəlalət edir ki, David Nyubigginq Morqan və Cardin Metisonun Honkonqda müştərək müəssisələri olan kompaniyanın Konsultativ Şurasına daxildir.
Honkonqu tanıyanlar üçün Nyubigginq adı Honkonqda ən nüfuzlu ad kimi məlumdur. Morqanın elitar bankının Direktorlar Şurasının üzvü olmaqdan başqa, Nyubigginq həm də Çin hökümətinin müşaviridir. Raket texnologiyası müqabilində tiryək, qızıl müqabilində tiryək, müasir kompüterlər müqabilində tiryək- Nyubigginq üçün heç nəyin fərqi yoxdur. Bankların, maliyyə və ticarət kompaniyalarının və onları idarə edən ailələrin əlaqələri elə sıx çarpaz toxunmuşdur ki, Şerlok Holms da onda dolaşıb qalardı. Lakin bundan asılı olmayaraq, əgər onların narkotika ticarəti və onların Komitet 300-də üzvlükləri arasındakı əlaqəni başa düşmək istəyiriksə, onda bu kələfi açmaq və izləyib axırına çatmaq vacibdir.
Alkoqol və narkotiklərin Birləşmiş Ştatlara gətirilməsi elə həmin “təmiz qanlı cins ayğırların” saxlandığı həmin “tövlənin” fəaliyyətinin nəticəsi idi. İlk növbədə ABŞ-da spirtli içkiləri qadağan etmək lazım idi. “Britaniya Ost-Hind Kompaniyası”nın varisləri bunu, “Çində Daxili Missiya”nın çox dəqiq aparılan və hazırda “Hindistan Ofisində” saxlanan sənədlərdən topladıqları təcrübə əsasında etdilər. Onlar Amerikada alkoqolun istehlakına maneçilik yaratmalı olan “Əyyaşlıq Əleyhinə Qadın Xristian İttifaqı”nı təsis etdilər.
Biz deyirik ki, tarix təkrar olur və müəyyən mənada bu doğrudur, lakin tarix yüksələn spiral üzrə təkrar olur. Bu gün biz xəbər tuturuq ki, torpağı “çirkləndirdiyi” hesab olunan elə həmin ən iri kompaniyalar, demə ekoloji hərəkatın ən iri sponsorlarıdır. “Böyük adlar” öz müraciətlərini göndərirlər. Şahzadə Filipp- onların qəhrəmanlarından biridir. Lakin onun oğlu şahzadə Çarlz Uellsdə yüzlərlə akr meşənin mülkiyyətçisidir və ağaclar burada mütəmadi olaraq sənaye üsulu ilə kəsilir. Bundan başqa, şahzadə Çarlz Londonda ən çirkli yaşayış kvartallarının ən iri mülkiyyətçilərindən biridir və burada ətraf mühüti çirkələndirmə səviyyəsi dəhşətli dərəcədədir.
“Əyyaşlıq vərdişinə” qarşı çıxış edənlərlə bağlı halda isə biz xəbər tuturuq ki, demə, onlar spirt ticarətində iri paya malik olan Astorlar, Rokfellerlər, Vanderbiltlər, Spelmanlar və Varburqlar tərəfindən maliyyələşdirilirmiş. ABŞ-ın bu varlı ailələrinə, onların “Əyyaşlıq Əleyhinə Qadın Xristian İttifaqı”na pul yatırmalı olduqlarını demək üçün Böyük Britaniya taxt-tacının göstərişi ilə Lord Biverbuk İngiltərədən Birləşmiş Ştatlara gəldi. Bu həmin Biverbuk idi ki, 1940-cı ildə Vaşinqtona gəlib, mahiyyət etbarilə Böyük Britaniyanın müharibəsi olan müharibəyə girməyi Ruzveltə ƏMR ETMİŞDİ.
Ruzvelt ABŞ donanmasını Qrenlandiyada yerləşdirərməklə əmri yerinə yetirdi və məhz elə həmin donanma Perl Xarbordan 9 ay əvvəl alman sualtı gəmilərini izləməyə və onlara hücum etməyə başladı. Öz davamçısı Corc Buş kimi, Ruzvelt Konqresə zəhlətökən milçəyə olan kimi münasibəti göstərərək kral tək hərəkət edirdi- bu hiss onda çox güclü idi, axı o, kral ailəsi ilə qohumluq əlaqələrində idi. Franklin Delano Ruzvelt özünün qeyri-qanuni hərəkətləri üçün heç vaxt Konqresdən icazə istəmirdi. Özünün “Amerika ilə xüsusi münasibətləri” haqqında danışanda Böyük Britaniya məhz elə bunu nəzərdə tutur.
***
Narkotika ticarətinin prezident Con F. Kennedinin öldürülməsi ilə əlaqəsi vardır; bu mənfur iş Amerika millətinin ləyaqətini rüsvay edir və nə qədər ki, haqq-ədalət cinayətkarların əlindədir, bu belə də davam edəcək. Mafiyanın MKİ vasitəsilə bu işdə iştirakı olduğuna dəlalət edən sübutlar var və bu sübutlar bütün bu işin Meyer Lanskinin köhnə şəbəkəsindən başlandığını xatırlamağa vadar edir. Eləcə də, bu şəbəkənin sonralar “İrqun” terrorçu təşkilatına cevrildiyini, Lanskinin özünün isə Qərbə qarşı mədəniyyət müharibəsinin aparılması üzrə ən yaxşı cəsuslardan biri kimi ortaya cıxdığını xatırlamaq da yerinə düşərdi.
XXX yazı: Onlar hesablamışlar ki, beş və beş ildən çox işsiz qalan adamlar xristianlıqla qane olmadıqları üçün və işsizliyin geniş yayıldığına görə dindən üz döndərəcək və təskinliyi narkotikdə axtarmağa başlayacaqlar
Lanski və Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin müştərək müəssisəsi olan “The Mary Carter Paint Company” kompaniyasının pərdəsi altında Cənnət adasında (Baham adaları) narkotikanın yayılması və qumar oyunlarının inkişaf etdirilməsi işində Lanski daha sanballı vasitəçilərin xətti ilə Böyük Britaniyanın yüksək təbəqələri ilə bağlı idi. Lord Sesson bir müddət sonra öldürüldü, çünki o, gəlirlərin qaymağını götürür və onu cəzalandıracaqları təqdirdə hamını ələ verəcəyi ilə hədələyirdi. Kanadalı Bronfmanları təmsil edən Rey Volf nisbətən daha sanballı idi. Bronfmanlar Çörçillin “Nova Scotia Project” genişmiqyaslı müəssisəsində iştirak etməsələr də, onlar narkotika ticarətində Böyük Britaniya kral ailəsinin mühüm agentləri olublar və bu indi də belədir.
Meyer Lanskinin yaxın məsləkdaşı Sem Rotberg həm də Tibor Rozenbaum və Pinças Sapirlə birgə işləyirdi- onların üçü də Lanskinin narkobiznesində həlledici fiqurlar idilər. Rozenbaum İsveçrədə pulların yuyulması əməliyyatlarını, xüsusilə bu iş üçün təsis etdiyi “Banque du Credite International” bankı vasitəsilə həyata keçirirdi. Bu bank öz fəaliyyətini çox tez genişləndirdi və Lanski ilə onun köməkçi-qanqsterlərinin fahişəlikdən, narkotiklərdən və mafiyanın digər reket fəaliyyətindən əldə etdikləri pulların yuyulması üçün istifadə etdikləri əsas bank oldu.
Qeyd etmək lazımdır ki, Tibor Rozenbaumun bankı Böyük Britaniya kəşfiyyatının kölgə altında olan şefi Ser Uilyam Stefenson tərəfindən istifadə olunurdu. Bu da maraqlı olmalıdır ki, İkinci Dünya Müharibəsi dövründə Federal Təhqiqatlar Bürosunun (FTB) Beşinci Şöbəsinə rəhbərlik edən Kanada vətəndaşı mayor Con Mortimer Blumfild Ser Uilyam Stefensonun sağ əli olub. Stefenson XX əsrdə Komitet 300-ün üzvü olanlardan birincisi idi, halbuki Blumfild buna nail ola bilməmişdi. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, polkovnik Con Kelman Kennedinin öldürülməsi barədə yazdığı monoqrafiyalar seriyasında göstərdiyi kimi, Blumfildin başçılığı altında hazırlanan əməliyyata gizlin rəhbərliyi məhz Stefenson həyata keçirirdi. Kennedinin öldürülməsi üçün pərdə rolunu narkotiklərlə bağlı olan başqa bir təşkilat- 1957-ci ildə yaradılan və Nyu-Orleanın mərkəzində yerləşən “World Trade Mart” (“Ümumdünya Ticarət Bazarı”) kompaniyasının binasında fəaliyyət göstərən “Permanent Industrial Expositions” (PERMINDEX)- “Daimi Sənaye Sərgisi”) kompaniyası oynayırdı.
Blumfild həm də Bronfmanlar ailəsinin vəkili idi. “World Trade Mart” kompaniyası polkovnik Kley Şou və Federal Təhqiqatlar Bürosunun Nyu-Orleanda Beşinci Bölməsinin şefi Gi Bannister tərəfindən yaradılmışdı. Şou və Bannister Kennedinin öldürülməsində ittiham olunan və Kennediyə güllə atmadığını sübuta yetirməzdən əvvəl MKİ-nin muzdlu agenti Cek Rubi tərəfindən qətlə yetirilən Li Harvi Osvaldla yaxından tanış idilər. Uorren Komissiyasının və çoxsaylı rəsmi məruzələrin əksinə olaraq, nə “Manlixer” tüfənginin -qətlin bu silahla həyata keçirildiyi ehtimal olunurdu, bu, həqiqətə uyğun deyildi- Osvalda məxsus olması, nə də onun bu tüfəngdən atəş açması BELƏCƏ MÜƏYYƏN OLUNMAMIŞ QALDI. Narkotika ticarəti, Şou, Bannister və Blumfild arasında əlaqə öz təsdiqini dəfələrlə tapmışdır və bu suala burada yenidən toxunmağa ehtiyac yoxdur.
“Resorts International” kompaniyasının və narkotika ticarəti ilə əlaqəli olan digər kompaniyaların İkinci Dünya Müharibəsindən bilavasitə sonra pulların yuyulması üçün istifadə etdikləri ən geniş yayılan metodlardan biri, çirkli pulların yuyulması üzrə ixtisaslaşan banka nəğd pulun kuryer xidməti vasitəsilə göndərilməsi idi. İndi hər şey dəyişmişdir. İndi bu risqli metoddan yalnız “xırda balıqlar” hələ də istifadə edirlər. “İri balıq” öz pulunu Nyu-Yorkda yerləşən “Berrouz” kompüter sisteminin bazasında yaradılan CHIPS sistemi -“Clearing House International Payment System” (“Beynəlxalq Ödəmələr Sisteminin Hesablaşma Palatası”) üçün qısaldılmış ad- vasitəsilə köçürür. Bu sistemi on iki ən iri bank istifadə edir. Bunlardan biri “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC) bankı, digəri isə “Credit Suisse” (“İsveçrə Krediti”) bankıdır ki, əgər onun əməliyyatlarının mahiyyətinə dərindən varmasan, bu bank ilk baxışdan bank işində xoşməramlılıq nümunəsi təsəvvürünü yarada bilər. Bazası Virciniya ştatında yerləşən SWIFT sistemi- “Ümumdünya Beynəlxalq Maliyyə Köçürmələri Cəmiyyəti” ilə birlikdə çirkli pullar gözəgörünməz olur. Yalnız aşkar səhlənkarlıq Federal Təhlükəsizlik Bürosuna (FTB) vaxtaşırı uğur payı qismət edir, o da bu şərtlə ki FTB-yə buna barmaqarası baxmaq əmr edilməmiş olsun. Nəğd pul yalnız aşağı eşelonların narkodilerlərinin əllərində tutula bilər. Elita isə -“Dreksel Bernxam”, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC)- ifşa olunmaqdan qaça bilir. Lakin “Bank of Credit and Commerce International” (BCCI) bankının süqutu ilə ola bilsin ki, bu vəziyyət də dəyişsin, çünki bankın süquta uğraması nəticəsində narkoticarətlə bağlı çox fakt üzə çıxa bilər. Əlbəttə, əgər əməlli-başlı təhqiqat aparılarsa.
Komitet 300-ün portfelində ən qiymətli aktivlərdən biri “American Express” (AMEX) kompaniyasıdır. Onun prezidentləri mütəmadi olaraq Komitet 300-də yer tuturlar. Con Kelman onu da aşkar etmişdir ki, “qızıl-tiryək” tipli ticarət əməliyyatlarında həlledici adam olan Edmund Safranın o vaxt başçılıq etdiyi “Trade Development Bank” Honkonq bazarına tonlarla qızıl çıxarır.
“Trade Development Bank” sonralar “American Express”ə satıldı. “American Express” kompaniyası ABŞ-ın Baş Prokuroru Edvin Miz tərəfindən səthi yoxlamaya məruz edildi. Baş prokuror bundan sonra tezliklə vəzifəsindən çıxarıldı və “korrupsioner” elan edildi. Müəyyən edilib ki, “American Express” həmişə narkopulların yuyulması üçün kanal olub və üstəlik də özəl kompaniyanın nəyə görə dollar çap etmək hüququna malik olduğunu heç kəs izah edə bilmir! “American Express”in yol qəbzləri məgər dollar deyil? Edmund Safra ilə “American Express” arasında mövcud olan əlaqə və onların narkotika ticarətinə aidiyyatı artıq ifşa olunmuşdur. Komitet 300-ün üzvü Japhet “Charterhouse Japhet” kompaniyasını idarə edir, bu kompaniya isə öz növbəsində, Honkonqun tiryək ticarətinə birbaşa çıxış imkanı qismində “Jardine Matheson” kompaniyasına nəzarət edir. Japhetlər, deyilənə görə, ingilis kvakerləridir. (Kvakerlər rahiblər institutunu və kilsə sirrlərini rədd edir, pasifizmi təbliğ edirdilər; Anqlikan kilsəsi tərəfindən təqib olunduqları üçün bir çoxu XVII əsrin 60-cı illərində Şimali Amerikaya emiqrasiya etmişlər).
Komitet 300-ün üzvü olan Matesonlar ailəsi də Çində tiryək ticarətində, hər halda düz 1943-cü ilə qədər əsas fiqur olub. XIX əsrin əvvəllərindən etibarən Matesonların adı daim İngiltərə Kraliçasının Fəxri siyahısında olmuşdur.
Narkotika ticarətinin Komitet 300-dəki yüksək sərəncamçıları hər il milyonlarla insanın həyatını dağıtdıqları üçün vicdan əzabı çəkmirlər. Onlar Qnostiklər, Katarlar, Dionis, Ozaris və ya bunlardan da pis kultların üzvləridir. Onlar üçün “adi” insanlar yalnız şəxsi məqsədlərinə çatmaq üçün bir vasitə kimi mövcuddurlar. Onların ilk müqəddəs rahibləri Bulver-Litton və Oldos Haksli narkotiklərin incili barədə faydalı maddələr kimi danışırlar. Hakslidən iqtibas gətirək: “Gündəlik istifadə üçün isə həmişə kimyəvi intoksikantlar mövcud olub. Bütün təbii sedativlərin (sakitləşdirici vasitələr) və yuxu gətirənlərin (ağrıkəsici), ağaclarda yetişən eyforiklərin, meyvələrdə toplanan qallüsiogenlərin hamısını insanlar hələ özlərini tanımazdan da əvvəl istifadə etmişlər. Və elm şüuru dəyişdirən bu vastələrə özünün sintetik maddələr qammasını da əlavə etmişdir. Qeyri-məhdud istifadə etmək üçün Qərb yalnız alkoqola və tütünə icazə vermişdir. Divardakı qalan bütün kimyəvi Qapılar isə NARKOTİKA elan olunmuşdur”.
Narkotiklər Komitet 300-ün oliqarxları və plutokratları üçün iki məsələni həll edir: birincisi, nəhəng məbləğlərdə pul gətirir, ikincisi isə, xalqı geriyə yolu olmayan düşüncəsiz narkotika zombisinə çevirir ki, onları narkotiklərə ehtiyacı olmayan insanlara nisbətən daha asan idarə etmək mümkün olacaq- axı qiyama görə cəza heroin, kokain, marixuana və sairənin təchizatının dayandırılması olacaq. Bunun üçün narkotikləri leqallaşdırmaq lazımdır. Odur ki 1991-ci il depressiyasının müjdəçisi olduğu mürəkkəb iqtisadi şərait narkotiklərə tələbatın kəskin artımını meydana çaxaranda,- bu ona görə baş verəcək ki, minlərlə işsiz təskinliyin yeganə vasitəsi kimi narkotiklərə müraciət etməyə başlayacaq,- tətbiq olunmaq üçün artıq hazır olan İNHİSAR SİSTEMİNİ işə salmağa artıq heç nə mane olmayacaq.
Diqqət yetirin, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun tamamilə məxfi məqalələrindən birində bu ssenari aşağıdakı kimi qələmə alınmışdır: “Beş və beş ildən çox işsiz qalan adamlar xristianlıqla qane olmadıqları üçün və işsizliyin geniş yayıldığına görə kilsədən üz döndərəcək və təskinliyi narkotikdə axtarmağa başlayacaqlar. Məhz həmin vaxt narkotiklərin ticarəti üzərində tam nəzarət qurulmalıdır ki, bizim yurisdiksiyamız altında olan bütün ölkələrin hökümətləri təchizat vasitəsilə idarə edəcəyimiz İNHİSARA malik olsun... Narkotika barları tabe olmayanlar və bununla razılaşmayanların qayğısına qalacaq, POTENSİAL İNQİLABÇILAR FƏRDİ İRADƏSİ OLMAYAN ZİYANSIZ NARKOMANLARA ÇEVRİLƏCƏK”.
Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniya kəşfiyyatının, xüsusilə də Mİ-6-nın artıq, ən azı on ildir ki bu məqsədə nail olmaq üzərində işlədiklərinə dəlalət edən sübutlar çoxdur.
XXXI yazı: “Narkotiklərə qarşı müharibə” adı altında narkotiklərin leqallaşdırılması prosesi gedir; bu sadəcə sosial xəstəlik yox, bizim planetin insanlarının şüurunu ələ almaq üçün edilən tammiqyaslı cəhddir
Yeni Dünya Nizamı və sürətlə yaxınlaşan Yeni Qaranlıq Əsr şəraitində insanlar artıq şəxsi iradəyə malik olmayacaqlar- Oldos Haksli və Bulver-Littonun bütün həyatlarının əməyini “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” bəşəriyyətin bax belə bir vəziyyətə gətirilməsinin proqramı kimi istifadə etmişdir. Gəlin “ilk müqəddəs” Oldos Hakslinin bu haqda nə dediyinə baxaq:
“Sivilizasiyanın bir çox səviyyələrindəki bir çox cəmiyyətlərdə narkotika dəmini İlahi dəmlə uyğunlaşdırmaq üçün cəhdlər edilmişdir. Məsələn, qədim Yunanıstanda rəsmi dində etil spirtinin öz yeri olub. Dionis, biz onu tez-tez Baxus da adlandırırıq, əsl ilahi olub. Kimyəvi dəyişikliklər (şüurda) qanunvericiliklə qadağan oluna bilər, lakin məcburi qaydada sırına bilməz”.
“İndi də gəlin hələ kəşf edilməyən, lakin ola bilsin ki kəşf edilmə astanasında olan başqa tip narkotikanı, insanın özünü adətən bədbəxt hesab etdiyi vəziyyətlərdə onu xoşbəxt edən narkotikləri nəzərdən keçirək. (İş axtaran və tapa bilməyən insandan da bədbəxt kimsə ola bilərmi?) Bu cür narkotika xeyir-dualı, lakin ciddi sosial və siyasi təhlükələr yarada bilən xeyir-dualı narkotika olardı. Ziyansız eyforik maddələri azad əldə etmək imkanı verməklə hər hansı bir diktator (oxu: Komitet 300) bütün əhalinin mövcud vəziyyətlə barışmasına nail ola bilərdi ki, özünə hörmət edən insan belə vəziyyətlə barışmalı deyil”.
Tamamilə dialektik şedevrdir. Hakslinin müdafiə etdiyi və Komitet 300, o cümlədən də onun surroqatı olan “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun rəsmi siyasəti nədir- bunu sadəcə, kütləvi şüurun nəzarət altına alınması və idarə edilməsi kimi müəyyən etmək olar. Tez-tez qeyd edildiyi kimi, bütün müharibələr insanın ruhu uğrunda aparılır. Bizə çatmır ki, narkotiklərlə ticarət- bütün bəşəriyyətə qarşı qeyri-adi metodlarla aparılan aşağı intensivli müharibədir. Bu cür qeyri-adi müharibə- müharibənin ən təhlükəli formasıdır və o bir dəfə başlayıbsa, daha heç vaxt qurtarmayacaq.
Britaniya monarxiyasının və aristokratiyasının Çində tiryək ticarətinə dərin cəlb olunmasına qarşı mübarizə 1874-cü il üçün qızışmağa başladı. “Tiryək Ticarətinin Dayandırılması Uğrunda İngiltərə-Şərq Cəmiyyəti” o vaxtkı aristokratiyaya çəkinmədən inadla hücum edir və öz hücumlarını qorxu-hürküsüz. Cəmiyyət hesab edirdi ki, Çini çox böyük həcmlərdə tiryək idxal etməyə razı olmağa vadar edən “Syansin Müqaviləsi” Çin xalğına qarşı edilən nifrətəlayiq cünayət idi.
Güclü döyüşçü meydana çıxdmışdı- peşəsi vəkil olan Cozef Qrandi Aleksander. O, 1866-cı ildə Britaniya taxt-tacının Çində tiryək siyasətinə qarşı güclü hücumun rəhbərliyini öz üzərinə götürdü. O, bu hücumun gedişində kral ailəsinin və aristokratiyanın bu ticarətdə iştirakını açıq-açığına vurğulayırdı. Aleksander Hindistanın, “taxt-tacın ziynətinin” bütün bu işdə əsl rolunu o vaxt ilk dəfə hamı qarşısında açdı. O, bunun günahını kimin üzərinə qoymaq lazım idisə, məhz onun da üzərinə- yəni, birbaşa monarxiyanın, üzdəniraq aristokratiyanın və onun Britaniya hökümətindəki nökərlərinin üzərinə qoydu.
“Tiryək Ticarətinin Dayandırılması Uğrunda İngiltərə-Şərq Cəmiyyəti” Aleksanderin təsiri altında öz üzərinə Hindistanın Benqaliya əyalətində tiryək laləsinin yetişdirilməsini tamamilə dayandırmaq öhdəliyini götürdü. Aleksander özünü cəsarətli və nöqsansız döyüşçü kimi göstərdi. Mübarizədə onun lider olması sayəsində narkoaristokratiya Aleksanderin kral ailəsini və onun müftəxorlarını açıq ifşa etməsi qarşısında çəkinərək, qətiyyətsiz hərəkət etməyə başladı; parlamentin mühafizəkarlardan, yunionistlərdən və leyboristlərdən olan bir neçə üzvü onu dəstəkləməyə başladı.
Kral ailəsinin üzvü və şəxsən özü də güclü oliqarx olan Lord Kimberli hədələyici çıxış edərək bildirdi ki, onun “milli ticarət” adlandırdığı işə qarışmaq üçün edilən istənilən cəhd kabinetin ciddi əks hərəkətləri ilə üzləşəcək. Aleksander və onun cəmiyyəti saysız təhdidlər qarşısında öz fəaliyyətini davam etdirirdi. Nəhayət, parlament Hindistan İşləri üzrə nazir Lord Kimberlinin başçılığı altında “Tiryək Ticarətinin Təhqiqatı üzrə Kral Komissiyası”nı təyin etməyə razılıq verdi. Lord Kimberli ilk çıxışında mövqeyini belə nümayiş etdirdi ki, “Hindistan tiryəkindən gələn gəlirdən” imtina etmək barədə qətnaməyə razılıq verməkdənsə, o yüksək vəzifəsindən istefaya gedər. Qeyd etmək lazımdır ki, “Hindistan tiryəkindən gələn gəlir” deyəndə, guya bütün ingilis xalqının rifahı üçün istifadə edilən pullar nəzərdə tutulurdu. Bu yalan, ölkənin nəhəng həcmdə qızıl və almaz ehtiyatlarının satışından gələn gəlirlərdə Cənubi Afrika xalğının payı olduğu kimi bir yalandır. Hindistan tiryəkindən gələn gəlir birbaşa aristokratların, oliqarxların və plutokratların seyflərinə girir və onları milyarder edirdi.
Rountinin “NARKOTİKLƏRLƏ İMPER TİCARƏTİ” kitabı monarxiyanın tiryək ticarətində ilişib-qaldığını ictimaiyyətdən gizlətmək üçün baş nazir Qladston və onunla əlbir olan plutokratların yalanları, firildaqları, hər şeyi baş-ayaq qoymaları və təmizə çaxarmaları haqqında oxunaqlı hesabatdır. Rountinin kitabı- kral ailəsinin və ingilis aristokratiyasının tiryək ticarətinə çox dərin girişməsi, eləcə də çinli tiryək çəkənlərin dərdləri üzərində toplanan nəhəng varidatlar barədə informasiya dəfinəsidir.
“Tiryək Ticarətinin Təhqiqatı üzrə Kral Komissiyası”nın katibi Lord Kimberli özü tiryək ticarətinə dərin cəlb olunmuşdu, buna görə də o həqiqəti axtaranların qarşısında yolları bağlamaq üçün əlindən gələn hər şeyi edirdi. Nəhayət, Kral Komissiyası ictimaiyyətin güclü təzyiqi altında belə bir təhqiqat üçün qapıları bir qədər açmağa məcbur oldu və beləliklə də ölkənin ən yüksək vəzifəli simalarının tiryək ticarəti ilə məşğul olduğu və bundan çox böyük qazanc götürürdükləri məlum oldu. Lakin bu qapını çox tez çırpıb bağladılar və Kral Komissiyası şahid qismində bir nəfər də olsun ekspert dəvət etmədi. Komissiya bundan sonra absurd dərəcədə qısa bir müddət də işlədi, sonra isə öz fəaliyyətini ümumiyyətlə dayandırdı.
Bu dünyada hələ də qalan azadfikirli insanlar təkbaşına və ya kiçik qruplarla narkotiklərin ticarətinə mane ola biləcəklərini düşünürlərsə, onlar amansız səhvə edirlər. Onlar kokain və ya heroin ticarətinin hansı isə qolunu kəsə bilərlər, lakin başını heç cürə kəsə bilməzlər. Avropanın taclı kobraları və “şərqli liberal isteblişmentə” məxsus ailələr buna yol verməzlər. Buş administrasiyasının guya apardığı “Narkotiklərə qarşı müharibə” narkotiklərin BÜTÜN növlərinin və formalarının LEQALLAŞDIRILMASINA xidmət edir. Bu narkotiklər- sadəcə sosial xəstəlik yox, bizim planetin insanlarının şüuru üzərində nəzarəti ələ almaq və ya “Dolça Sui-qəsdinin” müəlliflərinin bu barədə dediyi kimi, “Birləşmiş Ştatlarda radikal dəyişikliklər meydana çıxarmaq” üçün edilən tammiqyaslı cəhddir. BU, TAMAMİLƏ GİZLİN TƏŞKİLAT OLAN KOMİTET 300-ün PRİNSİPİAL VƏZİFƏSİDİR.
Tiryək-heroin-kokain ticarətində heç nə dəyişməmişdir. Bu ticarət yenə də əvvəlki kimi Böyük Britaniya və ABŞ-ın “ali sinfinə” mənsub olan elə həmin ailələr tərəfindən aparılır. Bu, hələ də əfsanəvi gəlirli ticarətdir. Burada narkotiklərin hakimiyyətlər tərəfindən müsadirə edilməsi ilə vurulan sanki çox böyük ziyan, Nyu-Yorkda, Honkonqda və Londonda iclas zallarında portveyn və siqara masası arxasında “sadəcə izafi xərclər” kimi silinir.
Böyük Britaniyanın müstəmləkəçi kapitalizmi həmişə İngiltərədə oliqarxik feodal imtiyazlar sisteminin dayağı olmuşdur və bu günə qədər də belə qalmaqdadır. Cənubi Afrikanın kasıb, sadəlövh və Allahdan qorxan, Burlar kimi tanınan xalqı 1899-cu ildə Böyük Britaniya aristokratiyasının qana bulaşmış əllərinə düşəndə heç təssəvürünə də gətirə bilməzdi ki, Kraliça Viktoriyanın başladığı amansız müharibə, “Britaniya Ost-Hind Kompaniyası”nın Çində tiryək ticarətindən “bir göz qırpımında qamarladıqları varidatlarından” gələn ağlasığmaz nəhəng məbləğlərlə maliyyələşdirilir.
Komitet 300-ün üzvləri Sesil Con Rods, Barney Barnato və Alfred Beyt müharibəni təhrik və təşkil etdilər. Rods Rotşildlərin əsas agenti idi, Rotşildlər özləri isə pulu ilk növbədə tiryək ticarətindən qamarlayırdılar. Bu talançı, fırıldaqçı və yalançı adamlar- Rods, Barnato, Oppengeymer, Coel və Beyt- yerli sakinləri tarixən onlara məxsus olan, onların doğma torpağının təkində yatan qızıl və almazdan məhrum etdilər. Cənubi Afrikalı burlara ONLARIN qızılının satışından əldə olunan MİLYARDLAR VƏ MİLYARDLARLA dollardan heç nə çatmadı!
Komitet 300 bu nəhəng xəzinə üzərində nəzarəti çox tez öz əlinə keçirdi və öz üzvlərindən biri, Ser Harrı Oppengeymer vasitəsilə bu nəzarəti indi də saxlamaqdadır. Cənubi Afrikanın orta statistik sakini qızıl və almaz hasilatından adambaşına ildə 100 dollar alır. MİLYARDLAR isə Komitet 300-ün bankirlərinə axır. Bu, tarixin annallarında hərisliyin, talanın və millətin məhv edilməsinin ən iyrənc və rəzil hadisələrindən biridir.
Böyük Britaniya taxt-tacı bu ağlasığmaz yalanı belə nəhəng miqyaslarda necə həyata keçirə bilmişdi? Herkulesə layiq olan belə bir məsələnin öhdəsindən gəlmək üçün, yerlərdə sui-qəsdçilər ierarxiyasından gələn gündəlik təlimatları yerinə yetirən sadiq agentlərin yüksək peşəkar təşkilatı tələb olunur. Burları qeyri-sivil, insanabənzər barbar kimi qələmə verən və Böyük Britaniya vətəndaşlarını Burlar Respublikasında səsvermə hüququndan məhrum edən təbliğat kampaniyası ilk addım idi. Sonra Transvaal Respublikasının lideri Pol Kryugerə yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüldü. Bundan sonra isə quraşdırılmış insidentlər seriyası gəlirdi və bunlar burları qisas almağa təhrik etməli idi. Lakin bu iş alınmadı. Sonra Ceymsonun utanc gətirən reydi baş verdi. Reyd zamanı hansı isə Ceymson bir neçə yüz silahlıdan ibarət bandanı Transvaalın üzərinə yeritdi. Bundan sonra dərhal müharibə başlandı.
Kraliça Viktoriya o dövrün (1898-ci il) ən böyük və yaxşı təchiz olunmuş ordusunu silahlandırdı. Viktoriya düşünürdü ki, müharibə iki həftə ərzində qurtaracaq, çünki burların nizami ordusu və təlim görmüş milisi yox idi, buna görə də onlar Britaniyada aşağı siniflərdən toplanan 400 000 əsgərə qarşı duruş gətirə bulməzdilər. Burların çağırış yaşlı əhalisinin sayı, fermerlər və onların oğlanları da hesablanmaq şərti ilə, 80 000 nəfərdən çox deyildi, hətta onların bəzilərinin on dörd yaşı var idi. Redyard Kiplinq də müharibənin bir həftədən də az müddətə qurtaracağını düşünürdü.
XXXII yazı: Onların məqsədi Böyük Britaniya taxt-tacına loyal işgüzar liderlər hazırlamaqdır ki, həmin liderlər Britaniya taxt-tacına həmin ölkələrin təbii sərvətlərinin axınını təmin etsinlər
Lakin gözlənilənlərdən fərqli olaraq, bir əllərində tüfəng, o birində isə İncil olan burlar üç il tab gətirdilər. Kiplinq deyirdi: “Cənubi Afrikaya yola düşəndə biz düşünürdük ki, müharibə bir həftə ərzində qurtaracaq. Burlar isə bizə çox dərs verdilər”. Əgər xalq Konstitusiyanın ona verdiyi hər şeyi məhv etmək istəyən nəhəng bədheybətə qarşı mübarizəyə qaldırmaq üçün 10 000 nəfər lideri, yaxşı və sadiq insanı irəli çıxara bilsəydi, onda belə bir dərsi Komitet 300-ə bu gün də vermək olardı.
1902-ci ildə, müharibə qurtarandan sonra Böyük Britaniya taxt-tacı burların Transvaal və Narıncı respublikalarının qeyri-məhsuldar düzənliklərinin təkində yatan qızıl və almazdan ibarət ağlasığmaz sərvət üzərində öz nəzarətini möhkəmləndirməli idi. Bu, Kral Artur və onun cangavərləri haqqında əfsanədəki “Dəyirmi Masa”nın köməyi ilə həyata keçirildi. “Dəyirmi Masa”- bu, tam ciddiliyi ilə desək, Komitet 300-ün işləyib-hazırladığı və Böyük Britaniya kəşfiyyatının Mİ-6 bölməsinin həyata keçirdiyi əməliyyatdır ki, Rods təqaüdü proqramı ilə birlikdə Amerikanın ürəyinə sancılan xəncərdir.
“Dəyirmi Masa” Cənubi Afrikada Sesil Rods tərəfindən təsis edilmişdi və onu ingiltərəli Rotşildlər ailəsi maliyyələşdirirdi. Onun məqsədi Böyük Britaniya taxt-tacına loyal işgüzar liderlər hazırlamaq idi ki, həmin liderlər Britaniya taxt-tacına qızıl və almazlardan ibarət sərvətin axınını təmin etməli idilər. Cənubi afrikalılar burada doğulmaqları ilə hüquqları çatdığı hər şeydən elə tez və effektiv surətdə məhrum edildilər ki, aşağıdakı tamamilə aydın oldu: belə işin öhdəsindən yalnız mərkəzləşdirilmiş qaydada idarə olunan komanda gələ bilərdi. Həmin mərkəzləşdirilmiş komanda Komitet 300 idi.
Bu işin həyata keçirildiyi faktı heç bir şübhə doğurmamalıdır. 1930-cu illərin əvvəlləri üçün Britaniya taxt-tacı dünyanın ən iri qızıl və almaz ehtiyatlarını öz əllərində artıq bərk-bərk saxlamışdı. KOMİTET 300 NARKOTİKLƏRLƏ TİCARƏTDƏN GƏLƏN NƏHƏNG SƏRVƏTİ, ELƏCƏ DƏ CƏNUBİ AFRİKANIN METAL VƏ MİNERALLLARINDAN İBARƏT OLAN EYNİ NƏHƏNGLİKDƏ SƏRVƏTİ ÖZ SƏRƏNCAMINA KEÇİRDİ. Bütün dünya üzərində tam maliyyə nəzarəti quruldu.
“Dəyirmi Masa” bu işdə həlledici rol oynayırdı. Cənubi Afrika həzmi-rabedən keçiriləndən sonra, “Dəyirmi Masa”nın aşkar ifadə olunan vəzifəsi Birləşmiş Ştatların müstəqillik uğrunda apardığı Amerika müharibəsindən sonra əldə etdiyi üstünlüyü heçə endirmək və ABŞ-ı yenidən Böyük Britaniyanın nəzarəti altına salmaq idi. Londonlu Rotşildlərin himayə etdikləri lord Alfred Milnerin təşkilatçılıq qabiliyyətləri bu məqsəd üçün böyük əhəmiyyət kəsb edirdi. “Dəyirmi Masa”nın üzvlərinin Şotland rituallı masonluq prinsipləri üzrə seçilməsi prosedurundan sonra, seçilmişlərin seçilmişləri Kembric və Oksford Universitetlərində, özünün etiraf etdiyi kimi, “köhnə məktəbin kommunisti” Con Raskinin və Mİ-6-nın operativ əməkdaşı T.X.Qrinin ciddi nəzarəti altında intensiv hazırlıq keçirdilər.
Rodsu, Milneri, Con Uiler Benneti, A.D.Linsdeyi, Corc Bernard Şounu və Hitlerin maliyyə naziri Yalmar Şahtı məhz o, xristian yevangelist rahibin oğlu Grin yetişdirib ərsəyə gətirmişdir. Qeyd edək ki, “Dəyirmi Masa”- nəhəng və hər şeyi əhatə edən Komitet 300-ün yalnız BİR SEKTORUDUR. Hətta “Dəyirmi Masa”nın özü kompaniyaların, idarələrin, bankların və təhsil müəssisələrinin elə mürəkkəb qarşılıqlı çarpaz əlaqələrindən ibarətdir ki, sığorta şirkətinin təcrübəli aktuarisinə onu açmağa azı bir il vaxt lazım gələrdi.
“Dəyirmi Masa”nın üzvləri, fəaliyyət göstərdikləri bütün ölkələrdə maliyyə siyasəti və siyasi liderlər üzərində nəzarəti öz əllərinə almaq üçün, bütün dünyaya yayıldılar. Bur Müharibəsində britaniyalılara qarşı döyüşən general Smats “dəyişdirildi” və o Böyük Britaniya taxt-tacının Cənubi Afrikada maraqlarını dəstəkləyən aparıcı kəşfiyyat, hərbi və siyasi agentinə çevrildi. Amerikanın oyundan çıxarılması işi ABŞ-da son illərdə Uilyam Yandell Elliotun üzərinə düşmüşdür. Henri Kissinceri o tərbiyə etmiş və Komitet 300-ün ABŞ üzrə əsas müşaviri qismində Kissincerin ildırım sürətilə hakimiyyətə yüksəlişini məhz o təşkil etmişdi.
Uilyam Yandell Elliot “Oksforddadkı amerikalı” idi və o Komitet 300-ə artıq yaxşı xidmət göstərmişdi ki, bu da Komitet 300-ə xidmətdə daha yüksək vəzifələr üçün münbit zəmindir.
Elliot 1917-ci ildə Vanderbilt Universitetini qurtarandan sonra Rotşildlər-Varburqlar bank şəbəkəsində işləmək üçün seçildi. O, “San-Fransisko Federal Ehtiyat Bankında” işləyirdi və direktor vəzifəsinə qədər çatmışdı. Burada o Varburq-Rotşildlərin kəşfiyyat zabiti kimi fəaliyyət göstərir və onlara Birləşmiş Ştatlarda izlədiyi mühüm sahələr barədə xəbər verirdi. Elliotun istedadı “mason” müşahidəçilərin nəzərinə çarpdı və o Rods təqaüdünə məsləhət görüldü. O, 1923-cü ildə Balliol Kollecə, Oksford Universitetinin “yuxulayan qüllələri” altındakı intriqalar şəbəkəsinin və Qərbin gələcək xainlərinin gizləndikləri müəssisəyə yollandı.
Balliol Kollec bu gün də “Dəyirmi Masa” üçün namizədlərin ələ alınması mərkəzidir. Balliol Kollecin rektoru T.X.Qrini bu vəzifədə əvəz edən, “Tavistok İnsan Münasibətləri İnstitutunun” nümayəndəsi A.D.Lndsey tərəfindən əsaslı beyin yuyulmasına məruz qalandan sonra, Elliot “Dəyirmi Masa”ya qəbul edildi və bundan sonra “Beynəlxalq İşlər üzrə Kral İnstitutuna” (BİKİ) göndərildi. Burada o mahiyyəti ABŞ-a qayıtmaq və akademik dairələrdə lider olmaqdan ibarət olan təyinat aldı.
“Dəyirmi Masa”nın fəlsəfəsinin əsasını, öz üzvlərini, Raskinin “kütlələr” adlandırdığı ilə manipulyasiya etməyə imkan verən, sosial institutlarda vəzifələrə çəkməklə, sosial siyasəti formalaşdırmaq və həyata keçirmək imkanı əldə etmək təşkil edirdi. “Dəyirmi Masa”nın üzvləri “Tavistok İnsan Münasibətləri İnstitutu”nda kurs keçəndən sonra, bank işində ən yüksək vəzifələrə sızırdılar. Böyük Britaniya kral ailəsinə yaxın adam olan lord Lekonsfild tərəfindən tərtib olunan bu kursları Robert Brand aparırdı və bir müddət sonra o özü Fransanın iri “Lazard Freres” bankının başçısı oldu. “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” Böyük Britaniya monarxiyası ilə ən sıx bağlarla əlaqəli olan idarə olub və indi də bu cürdür.
“Dəyirmi Masa” bir sıra törəmə filiallara malikdir, o cümlədən də bunlara: mərhum Unston Çörçillin kürəkəni və görkəmli siyasi xadim Dunkan Sendis tərəfindən əsası qoyulan və özünün də rəhbərlik etdiyi “Bilderberq Klubu”; bankirlərin gizlin klubu, Con Kelmanın 1983-cü ildə yazdığı “Bankirlərin Beynəlxalq sui-qəsdi” adlı işində ifşa etdiyi “Ditçli Fondu”; “Üçtərəfli Komissiya”, “Birləşmiş Ştatların Atlantik Şurası” və “Aspen Humanitar Tədqiqatlar İnstitutu”- bu təşkilatların pərdəarxası gizlin yaradıcısı, “Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” üzvü lord Ballok idi və Robert Andersonun fəaliyyətinə məhz o rəhbərlik edirdi.
“Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” ABŞ-da əsas agenti olan Henri Kissincerin hakimiyyətə yolu- bu, Böyük Britaniya monarxiyasının Amerika Birləşmiş Ştatları Respublikası üzərində zəfər çalması hadisəsidir. Bu dəhşətli, burada danışmaq üçün həddən artıq uzun hekayədir. Lakin bununla belə, Kissincerin şöhrətə, var-dövlətə və hakimiyyətə yüksəlişinin bəzi əsas faktlarını xatırlatmaq yerinə düşərdi.
ABŞ ordusunda məcburi xidmətdən, Fris Kremerin sürücüsü kimi müharibənin dağıtdığı bütün Almaniyanı eninə-uzununa dolaşdıqdan sonra, Kissincer Oppengeymerlər ailəsinin sayəsində Uilton Parkda hazırlıq keçmək üçün seçildi. Kissincerin həmin vaxt rütbəsi sıravi idi. 1952-ci ildə Kissincer “Tavistok İnsan Münasibətləri İnstitutuna” göndərildi. Burada onunla R.V.Diks məşğul olurdu və o Kissincerin, sözün əsl mənasında astarını üzə çevirdi. Bundan sonra Kissinceri artıq heç nə saxlaya bilməzdi. Onu “Beynəlxalq Münasibətlər üzrə Şuranın”, Corc Franklin və Hamilton Fişin rəhbərlik etdikləri Nyu-York şöbəsində xidmət etməyə göndərdilər.
Hesab edilir ki, Kissincerə ABŞ-ın rəsmi nüvə siyasəti Tavistokda olduğu dövrdə təqdim olunmuşdu. “Dəyirmi Masa”nın təşkil etdiyi “Nüvə Silahı və Xarici Siyasət” seminarının gedişində Kissincer həmin layihənin rəsmiləşdirilməsində bilavasitə iştirak etdi və burada “Çevik cavab” kimi tanınan doktrina irəli sürüldü- qısaldılmış şəkildə MAD (“ağılsız”deməkdir) adı ilə bəlli olan tam irrasionallıq.
Uilyam Yandell Elliotun sayəsində, “Dəyirmi Masa”nın kəşfiyyat xidmətləri tərəfindən baş direktoru və Mİ-6-nın ABŞ-da səhra əməliyyatlarının şefi Con Uiler Bennetin himayəsi ilə Kissincer Elliotun “ən sevimli oğlu” oldu- Elliot bunu “Siyasətdə praqmatik çevriliş” adlı kitabında göstərmişdir. Kissincer “Beynəlxalq Harvard Seminarlarında” öyrəndiyi monetar siyasəti irəli çəkmək üçün “Dəyirmi Masa”ya kooptasiya edildi.
Elliotun öyrətdiklərini Kissincer hərisliklə özünə çəkirdi; o general Kremerin bir vaxtlar “mənim balaca sürücü- yəhudiciyim” kimi qələmə aldığı adama artıq qətiyyən bənzəmirdi. Magistr Balliolun ruhundan Kissincerə vəhy gəlmişdi və o çürümüş Britaniya aristokratiyasının fəal şagirdi oldu. Mİ-6-da kəşfiyyat üzrə baş direktor Toynbinin fəlsəfəsini “Beynəlxalq İşlər üzrə Kral İnstitutunda” mənimsəyən Kissincer, onun müddəalarını özünün diplom işinin müdafiəsində istifadə etmişdi.
Altmışıncı illərin ortaları üçün Kissincer özünün “Dəyirmi Masa” və “Beynəlxalq İşlər üzrə Kral İnstitutuna”, yəni Britaniya monarxiyasına faydalı olduğunu sübut etdi. Mükafat olaraq və eyni zamanda da sınaq qismində o, Ceyms Şlezingerin, Aleksandr Heyqin və Daniel Elsberqin daxil olduqları kiçik qrupun sərəncamına verildi. “Dəyirmi Masa”, adətən, eksperimentlər seriyası keçirirdi. “Siyasi Tədqiqatlar İnstitutu”nun baş nəzəriyyəçisi olan Noam Çomski bu qrupla əməkdaşlıq edirdi.
Kissincer kimi Heyq də, sürücüsü qismində olmasa da, general Kremer üçün işləyib və general Kremer Müdafiə Nazirliyində öz protojesi üçün bir sıra vakansiyalar tapa bilmişdi. Belə ki Kissincer Milli Təhlükəsizlik üzrə müşavir təyin olunan kimi, Kremer general Heyqin onun müavini təyin olunmasına nail oldu. Ellsberq, Heyq və Kissincer bir müddət sonra Niksonu qovmaq üçün -o Komitet 300-ün birbaşa göstərişlərinə tabe olmadığına görə- “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) hazırladığı Uoterqeyt planını hərəkətə gətirdilər. Prezident Niksona psixoloji təzyiq və təsir göstərilməsi məsələsində əsas rolu Heyq oynayırdı. Prezidentin “iradəsinin yumşaldılması” üzrə bu fəaliyyətin nəticəsində Ağ Ev üzərində nəzarət faktiki olaraq Kissincerin əlinə keçdi. Yuxarıda dediyimiz kimi, 1984-cü ildə “Vaşinqton Post” qəzetində Vudvard və Bernşteyn komandasına məlumatları ötürən Ağ Evdəki vasitəçi, “dərin boğaz” təxəllüslü ilə tanınan, məhz Heyq idi.
XXXIII yazı: Amerikanın oğul və qızları feodal lordların xeyrinə “vətənpərvərlik” şüarı ilə aldadılaraq bir əsr ərzində beş dəfə müharibəyə- faktiki olaraq rəzil qırğına göndərildi
Niksonun Uoterqeyt qalmaqalına görə təqib olunması- bu, BİKİ-nun agentliyi və aləti olan “Dəyirmi Masa”nın o vaxt həyata keçirdiyi ən böyük çevriliş idi. Bu işin dolaşığa salınmış bütün ipləri “Dəyirmi Masa”ya, buradan isə BİKİ-yə və bilavasitə İngiltərənin Kraliçasına tərəf aparırdı. Niksonun alçaldılması Birləşmiş Ştatların gələcək prezidentləri üçün nümunəvi dərs və xəbərdarlıq idi ki, onlar Komitet 300-ə qarşı gedə və qalib gələ biləcəkləri fikrini ağıllarına belə gətirməsinlər. Kennedi bütün Amerika xalqının gözü qarşısında elə həmin səbəbə görə amansızcasına öldürüldü; Niksonun siyasi fiquru isə o qədər də əhəmiyyətli hesab olunmurdu ki, ona Con F.Kennedinin aqibəti layıq görülsün.
Lakin hansı metodun seçilməsindən asılı olmayaraq, Komitet 300 tədbirlər görür ki, Ağ Evin sahibi olmağa iddialı olanın şüuruna bu xəbərdarlıq çatsın: “Bizim əlimizin çatmaya biləcəyi bir adam belə yoxdur”. Kennedinin öldürüldüyü və Niksonun qovulduğu vaxt olduğu kimi, bu xəbərdarlığın indi də qüvvədə olmasına dəlalət edən fakt prezident Corc Buşun davranışıdır: onun öz xozeyinlərinə yarınmaq səyləri ABŞ-ın gələcəyi üçün narahat olan amerikalıları ciddi qayğılandıran səbəb olmalıdır.
Bu tədbirin məqsədi, “Pentaqonun sənədləri” ilə bağlı hadisədən və Şlezingerin müdafiə strukturlarının işini tormozlamaq və atom energetikasının inkişafını əngəlləmək üçün Nikson administrasiyasına təyin edilməsi faktından sonra aydın oldu. Şlezinger bu rolunu, “Roma Klubunun” planlaşdırdığı postindustrial sıfır artımı strategiyası çərçivəsində Birləşmiş Ştatların deindustrializasiyasında həlledici pollardan birini oynayan “Atom Energetikası üzrə Komissiyada” tutduğu məsul vəzifədə olaraq yerinə yetirirdi. Bu andan başlayaraq dünya ictimaiyyəti 30 milyon amerikalıya işini itirməsi bahasına başa gələn 1991-ci il iqtisadi depressiyasının köklərini izləyə bilərlər.
Komitet 300-ə və onu təşkil edən oliqarxik ailələrə sızmaq praktiki olaraq mümkün deyil. Onların üzərindən komuflyajı qoparmaq çox çətindir. Azadlıqsevər hər bir amerikalı aşağıdakını bilməlidir: Komitet 300 artıq 200 ildən çox bir müddətdir ki, Birləşmiş Ştatların xarici və daxili siyasətini diqtə edir. Bunun ən bariz təzahürü “Trumen Doktrinası” adlandırılan proqramla bağlı hadisə idi ki, Çörçill bu proqramı “Missuri ştatının İndependens şəhərciyindən olan bu balaca adamın” başına, sözün əsl mənasında yeritmişdi.
Yerləri varisləri tərəfindən tutulan, eləcə də Komitet 300-ün hazırkı üzvlərinin yalnız bəzilərinin siyahısı budur: Ser Mark Terner, Cerald Villiers, Samuel Monteqyu, İnçkeyplər, Kesviklər, Pizlər, Şröderlər, Airlilər, Çörçillər, Frezerlər, Lazarlar və Cardin Matesonlar. Komitet 300-dən olan bu adamlar prezident Vilsona Almaniyaya qarşı Birinci Dünya Müharibəsinə girməyi ƏMR ETMİŞDİLƏR; bu Komitet Ruzveltə əmr etdi ki, Birləşmiş Ştatların İkinci Dünya Müharibəsinə girməsi məqsədilə yaponların Perl Harbora hücumlarını təhrik etsin.
Bu adamlar, bu Komitet Amerika xalqına Koreyada, Vyetnamda və Fars körfəzində müharibə aparmağı əmr etdi. Əsl həqiqət bundadır ki, Birləşmiş Ştatlar bu əsrdəki beş müharibədə bu rəzil Komitet 300-ün naminə döyüşmüşdür. Çox az adam istisna olmaqla, sanki demək olar heç kəs dayanıb və soruşmaq istəmir: “BİZ BU MÜHARİBƏLƏRDƏ NƏ ÜÇÜN DÖYÜŞMÜŞÜK?”. “Vətənpərvərliyin” böyük təbili, döyüşə çağıran musiqi sədaları, yellənən bayraqlar və sarı lentlər qüdrətli millətin sanki zəkasını əlindən almışdır.
Perl Harborun əlli illiyində yenidən “Yaponiyaya qarşı nifrət” kampaniyası aparılır, özü də bunu ən utanmaz və birbaşa şəkildə aparan “Sakit okean Münasibətləri İnstitutu” yox, Prezident administrasiyası və Konqresdir. Bunda güdülən məqsəd, eynilə Ruzveltin Perl Harbora hücumu təhrik edərkən güddüyü məqsəddir: yaponları təcavüzkar qismində qələmə vermək və iqtisadi müharibəyə təhrik etmək, sonra isə Amerikadakı qüvvələri növbəti, Yaponiyaya qarşı hərbi təcavüz fazasına hazırlamaq.
Bu plan artıq hərəkətə gətirilib; Amerika oğulları və qızlarının Komitet 300-ün feodal lordlarının xeyrinə yenidən qırğına göndərilməsi yalnız vaxt məsələsidir. Ameriklılar ayılmalı və hamının eşidə biləcəyi səslə deməlidirlər: “Bizi azadlıq və vətənə məhəbbət naminə yox, tez bir zamanda bütün dünyada bərqərar ediləcək tiraniya sistemi uğrunda qurban verirlər”.
Bu təşkilat nədən isə yapışıbsa, həmişə möhkəm yapışıb. 1700-cü ildən etibarən Böyük Britaniya vətəndaşlarının 95 %-i öz payı şəklində bu ölkənin milli sərvətlərinin 20 %-dən azını almağa məcburdur. İngiltərənin oliqarxik feodal lordları məhz bunu “demokratiya” adlandırmağı xoşlayırlar. Bu nəzakətli, əsl ingilis centlmenləri faktiki olaraq son dərəcə amansızdırlar. Onların Hindistanda, Sudanda, Misirdə, İraqda, İranda və Türkiyədə etdikləri Yeni Dünya Nizamı, Vahid Dünya Höküməti dövründə hər bir ölkədə təkrar olunacaq. Onlar istənilən milləti və onun sərvətlərini öz imtiyazlı həyat tərzlərini təmin etmək üçün istifadə edirlər. Böyük Britaniya aristokratiyasının məhz bu sinfinin varidatı narkotika ticarəti, qızıl, almaz və silah alveri, kommersiya və sənaye, neft, kütləvi informasiya vasitələri və əyləncə industriyası ilə mürəkkəb çarpaz əlaqələrlə bağlıdır.
Sıravi leyboristlərdən başqa (lakin onların liderləri yox), Böyük Britaniyanın siyasi xadimlərinin əksəriyyəti titullu ailələrdəndir, onların titullları nəsilliklə keçir və atadan böyük oğula ötürülür. Bu sistem “yadların” İngiltərədə siyasi hakimiyyət haqqında heç arzulamağı da ağlına gətirməməsinə zəmanət verir. Bununla belə, bəzi yadlar elitanın cərgəsinə girməyə müvəffəq olur.
Məsələn, Lord Qalifaksı- Böyük Britaniyanın Vaşinqtonda keçmiş səfiri, İkinci Dünya Müharibəsi dövründə Komitet 300-ün əmrlərini ABŞ hökümətinə ötürən adamı götürün. Qalifaksın oğlu Çarlz Vud lord Rotşildin qan qohumu miss Primrozla ailə qurdu. Lord Sueyttlinq kimi adların arxasında “İngiltərə Bankı”nın direktoru, “Şell” neft kompaniyasının aksiyalarının nəzarət paketini əlində saxlayan Kraliça II Yelizavetanın səlahiyyətli şəxsi və müşaviri Monteqyunun adı gizlənir. Onların hamısı- Komitet 300-ün üzvləridir. Köhnə maneələrin bəzisi bu gün artıq dağıdılmışdır. Titul bu gün “Roma Klubu”na düşmək üçün yeganə meyar deyil.
Komitet 300-ün nəhəng, genişmiqyaslı və qarşılıqlı çarpaz surətdə bir-biri ilə bağlı olan banklarını, sığorta şirkətlərini, korporasiyalarını və s. qələmə almamışdan əvvəl, onun nəyə nail olmaq istədiyini, onun məqsəd və vəzifələrinin nədən ibarət olduğuna nəzər yetirmək yerinə düşərdi. Aşağıda verilən informasiyanın hazırlanmasına təhqiqat və axtarışlardan ibarət illərlə vaxt sərf olunmuşdur. Təhqiqat və axtarışların gedişində yüzlərlə sənədlərdəki məlumatlar, eləcə də şəxsi kontaktlarım vasitəsilə öyrənmək imkanı əldə olunmuş və özündə mühüm təfərrüatları əks etdirən kağızlardakı məlumatlar tutuşdurulmuş, müqayisə edilmişdir.
Komitet 300 müəyyən şəxslərdən, mütəxəssislərdən, o cümlədən də İblis kultu, şüurun dəyişdirilməsi üçün kimyəvi vasitələr, zəhərlərlə öldürmək, kəşfiyyat fəaliyyəti və s. üzrə yüksək səviyyəli mütəxəssis, bank sahəsi və kommersiya fəaliyyətinin bütün sahələri üzrə ekspertlərdən ibarətdir. Keçmişdə oynadıqları mühüm rolu, eləcə də bu şərəfə layiq olduqlarını sübuta yetirmiş ailə üzvlərinin onların yerini tutması faktını nəzərə alaraq, Komitet 300-ün keçmiş üzvlərini xatırlatmaq lazımdır. Komitetin üzvləri arasında Avropa “Qara Aristokratiyası”na məxsus olan qədim ailələr, Amerikanın “Şərqli liberal isteblişmenti”nə aid olub frankmasonluq və “Kəllə və Sümük Ordeni”nə daxil olan ailələr, İllüminatlar və yaxud, Komitet üzrə adlandırıldıqları kimi, “KÜLƏYİ RAM EDƏN MORİA”, “Mumma Qrupu”, “Kilsələrin Milli Şurası”, “Ümumdünya Kilsələr Şurası”, “Doqquz Naməlum”, “Lukus Trast”, “Azad Olunmanın İezuit Teoloqları”, “Sion Ağsaqqalları Ordeni”, “Nazi Knyazları”, “Beynəlxalq Valyuta Fondu” (BVF), “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB), “Birləşmiş Millətlər Təşkilatı” (BMT), “Sentral”, Britaniya “Kvator Koronati” mason lojası, İtaliyanın “P-2” (xüsusilə də onların Vatikan ierarxiyasına daxil olan üzvləri) mason lojası, “Mərkəzi Kəşfiyyat İdarəsi”, “Tavistok İnsan Münasibətləri İnstitutu”nun seçilmiş personalı, aparıcı fondların və sığorta kompaniyalarının aşağıda verilən siyahıda adları çəkilən müxtəlif üzvləri, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn”, “Milner Qupu”- “Dəyirmi Masa”, “Çini Fondu”, “Almaniya Marşall Fondu”, “Ditçli Fondu”, NATO, “Roma Klubu”, Yaşıllar hərəkatları, “İerusəlimli Müqəddəs İoann Ordeni”, “Vahid Dünya Hökümətinin Kilsəsi”, “Sosialist İnternasionalı”, “Qara Orden”, “Tule Cəmiyyəti”, “Anenerbe-Rozenkreyserlər”, “Qüdrətli Alilər” və demək olar də YÜZLƏRLƏ digər təşkilat daxildir.
Biz axı nə görürük? Qəribə ideyalı insanların möhkəm olmayan birliyini? Əlbəttə yox. 150 illik tarixi olan Komitet 300-ün tərkibinə daxil olanların bəzilərinin adı dünyanın ən parlaq intellektlərinin sırasında çəkilir; onları tam totalitar və tamamilə idarə olunan “yeni” cəmiyyət yaratmaq üçün bir yerə toplayıblar. Lakin əslində bu cəmiyyət heç də yeni deyildir, onun bütün ideyaları iblis kultlarından götürülür. Komitə Vahid Dünya Hökümətinə doğru can atır ki, Komitənin mərhum üzvlərindən biri Herbert Uells Komitənin sifarişi ilə yazdığı və cəsarətlə “AÇIQ SUİ-QƏSD – DÜNYA İNQİLABI PLANLARI” adlandırdığı kitabında bunu kifayət qədər yaxşı qələmə almışdır.
Bu, niyyətin cəsarətlə bəyan olunması idi, lakin faktiki olaraq o qədər də cəsarətli deyildi. Çünki “Böyük Alilər”in, “Anenerbe”nin üzvlərindən və bu gün “insayder” (təşkilatın sirrlərini bilən üzv) adlandırdığımız kəslərdən başqa Uellsə heç kim inanmadı. Budur, H.Uellsin təklif etdiklərinin bir hissəsi:
“Düşünürəm ki, açıq sui-qəsd başlanğıcında ziyalı və bəzi hallarda varlı insanların şüurlu təşkilatı kimi meydana çıxacaq; dəqiq müəyyən edilmiş sosial və siyasi məqsədləri olan, ümumi razılıq əsasında mövcud siyasi aparatın əksər hissəsini saya almayan və ya ayrı-ayrı mərhələlərdə onu təsadüfi alət kimi istifadə edən hərəkat kimi- sadəcə müəyyən istiqamətdə hərəkət edən müəyyən sayda insanın hərəkatı və onlar tezliklə, müəyyən qədər təəccüblə olsa da, hamısının irəlilədikləri istiqamətdə ümumi məqsədlərini görəcəklər. Onlar bütün mümkün vasitələrlə hökumətlərə təsir göstərəcək və onları idarə edəcəklər”.
XXXIV yazı: Orta sinif olmayacaq- yalnız hökmdarlar və nökərlər qalacaq; elitadan çıxarılan kütlələr asanlıqla idarə olunan əhilləşdirilmiş heyvan səviyyəsinə gətiriləcək
Corc Oruellin “1984” adlı kitabı kimi, Uellsin əsəri də kütlələri Vahid Dünya Hökuməti lehinə təbliğ etməkdir. Əgər Komitet 300-ün niyyət və məqsədlərini cəmləsək, bu məxrəcə gələrik: Orta Əsrlərdə olduğu kimi, daimi və seçilmədən, nəsilliklə oliqarx olanların öz aralarından lideri feodal sistem formasında seçdikləri dövrdə Vahid Dünya Hökuməti və vahid pul sistemi.
Belə bir Vahid Dünyanın əhalisi bir ailəyə düşən övladların sayının xəstəliklər, müharibələr və aclıq vasitəsilə ixtisar edilməklə məhdudlaşdırılacaq və bu o vaxta qədər davam edəcək ki, ciddi və dəqiq şəkildə müəyyən edilmiş fəaliyyət sahələrində rəhbər sinfə fayda gətirə biləcək 1 milyard əhali qalmış olsun.
Orta sinif olmayacaq- yalnız hökmdarlar və nökərlər. Eyni qanunlar kodeksindən istifadə edən Dünya Məhkəmələrinin hüquqi sistemi çərçivəsində bütün qanunlar eyniləşdiriləcək, Vahid Dünya Hökumətinin polisi onların icra olunmasına nəzarət edəcək, Vahid Dünyanın birləşmiş silahlı qüvvələri isə qanunları artıq sərhədlərlə bölünməyən keçmiş ölkələrin hamısında zorla qüvvəyə mindirəcəkdir. Sistem firavan dövlət bazasına əsaslanacaq; Vahid Dünya Hökumətinə itaət edən və xidmət edənlər həyat üçün vacib olan vasitələrlə mükafatlandırılacaq; qiyam edən sadəcə acından öldürüləcək, ya da qanundan kənar elan olunacaq və onu öldürmək istəyən hər bir adam üçün hədəfə çevriləcəkdir. Şəxsi odlu və ya soyuq silaha malik olmaq qadağan olunacaq.
Din yalnız Vahid Dünya Hökumətinin Kilsəsi formasında icazə veriləcək ki. Satanizm, lüsiferianlıq və qara magiya təhsilin qanuni fənləri elan olunacaq, özəl və ya dini məktəblər qadağan ediləcək. Dini ocaqların hamısı yerlə yeksan ediləcək, din özü isə Vahid Dünya Hökuməti dövründə keçmişdə qalacaq.
Elə bir vəziyyət yaradılacaq ki, bu vaxt heç bir şəxsi azadlıq və azadlıq konsepsiyaları qalmayacaq, respublikaçı idarəçilik forması və xalqların ayrılmaz suverenlik hüquqları kimi məsələlər olmayacaq. Milli qürur və irqi məxsusluq ləğv ediləcək, keçid mərhələsində isə hətta irqi mənsubiyyətin bildirilməsi belə ən ciddi cəzanın predmeti olacaq.
Hər bir adama təlqin olunacaq ki, o Vahid Dünya Hökumətinə məxsus olan varlıqdır. Bütün insanların bədəninə asan yoxlanıla bilən identifikasiya nömrəsi vurulacaq. Həmin identifikasiya nömrələri NATO-nun Belçikada, Brüsseldəki kompüterinin ümumi faylına yüklənəcək və Vahid Dünya Hökumətinin bütün idarələri üçün həmin fayla istənilən vaxt ani giriş imkanı yaradılacaq. Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun, yerli polisin, ABŞ-ın Vergi İdarəsinin, Fövqəladə Hallar üzrə Agentliyin, Sosial Sığorta Agentliyinin ümumi faylları əhəmiyyətli surətdə genişləndiriləcək və bu fayllar ABŞ-ın hər bir sakini üçün yaradılan personal dosyenin məlumat bazasının əsasını təşkil edəcək.
Nigah qanundan kənar elan ediləcək və bizim indi başa düşdüyümüz ailə həyatı artıq olmayacaq. Övladlar körpə yaşlarından valideynlərdən alınacaq və onlar nəzarətçilər tərəfindən dövlətin mülkiyyəti kimi tərbiyə olunacaq. Belə bir eksperiment Erix Honikerin rəhbərliyi dövründə Şərqi Almaniyada keçirilmişdi və o vaxt qeyri-loyal vətəndaş hesab edilən valideynlərin övladları onların əlindən alınırdı. Zərif cins daimi “qadın emansipasiyası” prosesi ilə əxlaqsızlığa vadar ediləcəklər. Azad seks məcburi olacaq.
İyirmi yaşından yuxarı yaşı olan qadınların qəbul edilmiş qaydaları pozması ciddi surətdə cəzalandırılacaq. İki uşaq doğulandan sonra qadınlara müstəqil abort etmək öyrədiləcək; müvafiq məlumatlar Dünya Hökumətinin regional kompüterlərində hər bir qadın üçün yaradılan personal dosyedə saxlanacaq. Əgər qadın iki uşaq doğandan sonra yenə hamilə qalarsa, onda onu məcburi qaydada xəstəxanaya abort etməyə göndərəcəklər və bu vaxt həmin qadın sterilizasiya olunacaq.
Pornoqrafiya geniş yayılmış olacaq və hər bir kinoteatrda homoseksual və lesbiyan pornofilmlər daxil olmaqla mütləq qaydada pornofilm göstəriləcək. “Qüvvəni bərpa edən” narkotiklərin istifadə olunması məcburi olacaq- hər bir adama narkotik kvotası ayrılacaq və onu dünyanın bütün hər yerində Dünya Hökumətinin dükanlarından almaq olacaq. Şüuru dəyişdirən narkotiklər geniş yayılacaq və onların qəbul edilməsi məcburi olacaq. Şüuru dəyişdirən belə narkotiklər qidaya və ya içməli suya insanlardan xəbərsiz və ya razılığı ilə qatışdırılacaq. Dünya Hökumətinin agentlərinin idarə etdikləri narkotika barları hər yerdə yaradılacaq və qul-insanlar bekar vaxtlarını burada keçirəcəklər. Beləliklə, elitadan çıxarılan kütlələr şəxsi iradəsi olmayan, asanlıqla tabe edilən və idarə olunan əhilləşdirilmiş heyvan səviyyəsinə və davranışına məcbur ediləcək.
İqtisadi sistem oliqarxik sinfin rəhbərliyi altında qurulacaq və onlar yalnız kütləvi qul əməyi düşərgələrinin öz funksiyasını yerinə yetirmək üçün tələb olunan kəmiyyətdə qida və xidmət istehsal etməyə icazə verəcəklər. Bütün sərvətlər Komitet 300-ün elit üzvlərinin əlində cəmlənəcək. Kişi və ya qadın olmasından asılı olmayaraq hər bir kəsin şüuruna yeridiləcək ki, o sağ qalması məsələsində tamamilə dövlətdən asılıdır. Dünya Komitet 300-ün dekretləri əsasında idarə olunacaq və onlar dərhal qanun qüvvəsinə minəcək. Vaxtilə Boris Yeltsin Komitet 300-ün dekretlərini, Komitetin iradəsini Rusiyaya sırımaq üçün eksperiment qismində istifadə edirdi.
Sənaye, onunla da birlikdə atom energetika sistemləri tamamilə məhv edilməlidir. Yer üzündəki resurslar üzərində sərəncam hüququ yalnız Komitet 300-ün üzvləri və onların seçdikləri şəxslərdə olacaq. Kənd təsərrüfatı istisnasız olaraq Komitet 300-ün əlində cəmlənəcək, ərzaq məhsullarının istehsalına isə çox ciddi nəzarət ediləcək. Bu tədbirlər öz bəhrəsini verməyə başlayanda böyük şəhərlərin əhalisi məcburi qaydada uzaq rayonlara köçürüləcək, köçüb getmək istəməyənlər isə Dünya Hökümətinin Pol-Potun Kambocada həyata keçirdiyi eksperimental metod üzrə məhv ediləcək.
Ölümcül xəstə və ahıl insanların evtanaziyası (ağrısız öldürülmə) məcburi olacaq. Şəhərlərin əhalisi, Kalerqinin işində göstərildiyi kimi, əvvəlcədən hesablanmış müəyyən səviyyədən çox olmayacaq. Yüksək ixtisaslı fəhlələr, əgər onların yaşadıqları şəhərdə əhalinin sayı çox olarsa, başqa şəhərlərə köçürüləcək. İxtisası olmayan digər fəhlələr isə ixtiyari qaydada seçilərək əhalisi az olan başqa şəhərlərə göndəriləcək ki, həmin şəhərlərin də “kvotası” doldurulsun.
2050-ci ilə qədər ən azı 4 milyard “faydasız yeyən” məhdud müharibələr, sürətlə inkişaf edən ölümcül xəstəliklərin təşkil olunmuş epidemiyaları və aclıq vasitəsilə məhv ediləcək. Elektrik enerjisinin, ərzağın və suyun istehsal həcmi ilk növbədə Qərbi Avropa və Şimali Amerikanın ağdərili qeyri-elitasının və yalnız bundan sonra digər irqlərin qeyri-elitasının həyatını təmin edə biləcək səviyyədə saxlanacaqdır. Dünya əhalisinin sayı idarə oluna biləcək 1 milyard nəfər səviyyəsinə çatana qədər Kanada, Qərbi Avropa və ABŞ-ın əhalisi digər kontinentlərə nisbətən daha tez ixtisar olunacaq. Qalmalı olan 1 milyardın 500 milyonunu çinlilər və yaponlar təşkil edəcək. Onlar da buna görə seçiliblər ki, artıq uzun əsrlər ərzində ciddi reqlamentasiyaya məruz qalıblar və hakimiyyətə sözsüz itaət etməyə adət ediblər!
Kütlələrə onların varlıqlarının tam şəkildə Komitet 300-ün xoş iradəsindən asılı olduğunu xatırlatmaq üçün süni surətdə vaxtaşırı ərzaq, su və tibbi yardım qıtlığı yaradılacaq.
Sənayenin tikinti, avtomobil, metallurgiya, ağır maşınqayırma kimi sahələri məhv ediləndən sonra ev tikintisi məhdudlaşdırılacaq, sənayenin saxlanan sahələri isə natoçu “Roma Klubu”nun nəzarəti altında olacaq. Eləcə də bütün elmi və kosmik tədqiqatlar məhdudlaşdırılacaq və tam şəkildə Komitet 300-ə tabe etdiriləcək. Keçmiş ölkələrin kosmik silahları nüvə silahları ilə birlikdə məhv ediləcək.
Bütün əsas və köməkçi farmaseptik məhsullar, həkimlər, diş həkimləri və digər tibb işçiləri mərkəzi kompüter bankının məlumatlarında qeydiyyata alınacaq və hər bir şəhər, qəsəbə və kənd üzrə məsul olan regional nəzarətçilərin xüsusi icazəsi olmadan nə dərman veriləcək, nə də tibbi yardım göstəriləcək.
Birləşmiş Ştatları yad mədəniyyətə aid olan adamlar dolduracaq və onlar Ağ Amerikanı tam şəkildə diz çökdürəcəklər. Bu adamların ABŞ Konstitusiyasının nəyi müdafiə etdiyi barədə heç bir anlayışı olmayacaq, onların azadlıq və ədalət barədə anlayışları çox zəif olduğundan buna heç bir əhəmiyyət verməyəcəklər. Əsas qayğıları QİDA və qalmaq üçün yer olacaq.
“Beynəlxalq Hesablaşmalar Bankı” və Dünya Bankından başqa qalan Mərkəzi Bankların hamısının fəaliyyəti qadağan ediləcək. Özəl banklar qanundankənar elan olunacaq. Yerinə yetirilən işə görə haqq Dünya Hökumətinin əvvəlcədən müəyyən etdiyi eyniləşdirilmiş şkala üzrə ödəniləcək. Əmək haqqının yüksəldilməsi ilə bağlı istənilən tələb, eləcə də Dünya Hökumətinin müəyyən etdiyi eyniləşdirilmiş standart əməkhaqqı şkalasından yayınmalar qadağan ediləcək.
Qeyri-elitanın əlində hər hansı məbləğdə nəğd pul, hətta xırda (metal pul) olmayacaq. Hesablaşmaların hamısı debit kartların köməyi ilə həyata keçiriləcək və bu kartda onun yiyəsinin tanınma nömrəsi yazılacaq. Komitet 300-ün müəyyən etdiyi norma və qaydaları pozan istənilən şəxs, qadın və ya kişi olmasından asılı olmayaraq, həmin kartın fəaliyyətinin dayandırılması ilə cəzalandırılacaq ki, bu cəzanın müddəti nöqsanın xarakterindən və ağırlığından asılı olacaq.
Belə adamlar nə isə almaq istəyəndə birdən görəcəklər ki, onların kartı qara siyahıya salınıb və onlar hər hansı ərzaq və ya xidmət ala bilməyəcək. “Köhnə” xırda (metal) pulları, yəni qədim və ya itib-batmış xalqların gümüş pullarını satmaq cəhdi ölümlə cəzalandırılan ağır cinayət kimi nəzərdən keçiriləcək. Köhnə pulların (söhbət metal pullardan gedir) hamısını, eləcə də tapança, tüfəng, partlayıcı maddə və avtomobilləri müəyyən olunmuş vaxtda təhvil vermək tələb olunacaq. Yalnız elitaya və Dünya Hökumətinin yüksək vəzifəli funksionerlərinə şəxsi silaha, pula və avtomobilə malik olmağa icazə veriləcək.
Əgər kimsə ciddi cinayət edərsə, onda həmin adamın kartı təqdim etdiyi ilk nəzarət məntəqəsində əlindən alınacaq. Bundan sonra həmin adam ərzaq, su, ev və ixtisaslaşmış tibbi yardım ala bilməyəcək və rəsmi olaraq qanundan kənar (qovulmuş) hesab ediləcək. Beləliklə, qovulmuşlardan ibarət olan böyük bandalar yaradılacaq ki, onlar yaşamaq üçün vəsaitlərin ən asan tapıldığı yerlərdə məskunlaşacaq. Onları ovlamağa başlayacaq və ilk imkan düşən kimi dərhal məhv edəcəklər. Qovulmuşlara hər hansı şəkildə yardım edən şəxslər də öldürüləcək. Müəyyən vaxt ərzində polisə və ya hərbçilərə təslim olmayan cinayətkarların əvəzində türmə cəzasını onların ixtiyari qaydada seçilən qohumları çəkəcək.
XXXV yazı: Mənəvi dəyərlər üzərinə misli görünməyən hücum öz pik həddinə çatacaq
Ərəblər və yəhudilər, Afrika tayfaları kimi fraksiya və qruplar arasında qarşıdurmalar yaradılacaq, onlara NATO və BMT-nin nəzarəti altında bir-birini qırmağa izin veriləcək. Eyni taktika Mərkəzi və Cənubi Amerikada da tətbiq ediləcək. Bu cür qırğın müharibələri Dünya Hökuməti özünü təsdiq EDƏN VAXTA QƏDƏR davam edəcək və bu müharibələr sinqxlər, pakistanlı müsəlmanlar və hind indusları kimi etnik və dini fərqləri olan böyük insan qruplarının cəmləşdikləri bütün kontinentlərdə təhrik olunacaq. Etnik və dini qarşıdurmalar gücləndiriləcək və kəskinləşdiriləcək. Belə qarşıdurmaların “nizamlanması” vasitəsi qismində isə amansız münaqişələr qızışdırılacaq və şirnikləndiriləcəkdir.
İnformasiya xidmətləri və mətbuat vasitələrinin hamısı Dünya Hökumətinin nəzarəti altında olacaq. “Əyləncələr” qismində beyinlərin mütəmadi yuyulması baş verəcək ki, bu, ABŞ-da artıq həyata keçirilir və incəsənətə çevrilmişdir. “Qeyri-loyal” valideynlərin əllərindən alınan övladlar onları amansızlaşdırmalı olan xüsusi tərbiyə alacaqlar. Hər iki cinsə məxsus cavanlar Dünya Hökumətinin əmək düşərgələri sistemində həbs olunanlar üzərində keşik çəkmək üçün təlim keçəcəklər.
Yuxarıda deyilənlərdən aydın olur ki, Yeni Dünya Nizamının vaxtı gəlib çatana qədər hələ çox iş görülməlidir. Komitet 300 bizim tanıdığımız sivilizasiyanı məhv etmək planlarını bundan çox-çox qabaq təkminləşdirib. Bu cür planlardan bəziləri Zbiqnev Bzejinskinin “TEXNOTRON ERA” kitabından və “Roma Klubu”nun əsasını qoyan Aurelio Peççeinin işlərindən, xüsusilə də onun “UÇURUM QARŞISINDA” kitabından məlum olub.
İnsanı “DÜŞMƏN” adlandıran Peççei öz kitabında Komitet 300-ün insanı fəth etmək planlarını göstərmişdir. Peççei milyonlarla rusun öldürüldüyü Qırmızı Terrorun ən qızğın çağında Dzerjinskinin Sidney Reyliyə dediklərini sitat gətirmişdir: “Nə qədər adamın öldüyü məni nə üçün narahat etməlidir? Hətta xristian İncili də deyir ki, insanın qayğısına İlahi qalacaq. Mənim üçün insan- bir tərəfdə beyin və digərində peyin fabrikindən başqa bir şey deyildir”.
Emmanuil Xristos dünyanı insana məhz bu cür vəhşi münasibətdən xilas etməyə gəlmişdi. Sidney Reyli Mİ-6-nın əməliyyat işçisi idi və Dzerjinskinin fəaliyyətinə nəzarət etmək üçün göndərilmişdi. Ehtimal edirlər ki, Reyli Rusiyadan qaçmağa cəhd edərkən dostu Feliks tərəfindən güllələnmişdir. Böyük Britaniya parlamentinin üzvləri hay-küy salaraq Reylinin Rusiyada fəaliyyəti barədə hesabat tələb edəndə -həmin vaxt Sidney Reyli Komitet 300-ün Bakıda neft yataqları üzərində nəzarəti ələ keçirmək planlarını və bolşevik inqilabı zamanı Komitet 300-ün Lenin və Trotskiyə kömək göstərməsində həlledici rolunu ifşa edəcəyi ilə hədələyirdi- dəqiq işlənib-hazırlanmış ssenari ixtira olundu. Parlamentin Reylidən həqiqəti dartıb çıxarmaması üçün Mİ-6-da onun guya öldürüldüyü saxta hadisənin ortaya atılması daha məqsədəuyğun hesab edildi. Reyli Rusiyada yaşadığı vaxt, adətən bolşevik elitası üçün nəzərdə tutulan təmtəraqlı bağ mülkündə yaşayırdı.
Postindustrial Amerikanın “Atlantik Alyansı”-bu, Komitet 300 üçün bir addır- tərəfindən idarə olunmayacağı halda xaos olacağını sübuta yetirən Peççei qlobal miqyasda əhalinin maltussayağı növlərə bölünməsini təklif edirdi. O, Sovet İttifaqının elmi-texniki hərbi aparatı ilə Qərb dünyası arasında toqquşmanı əvvəlcədən görürdü. Və nəticə etibarilə, dünyanın işləri böhranlar və qlobal planlaşdırma əsasında idarə olunsun deyə, Varşava Müqaviləsi ölkələrinə Dünya Hökuməti çərçivəsində konvergensiya təklif olundu.
Keçmiş SSRİ-nin yerində baş verən hadisələr və Rusiyada azad federasiya formasında bir neçə müstəqil dövlətin meydana çıxması Peççei və “Roma Klubu”nun məsləhətlərinə dəqiqliklə uyğundur və yuxarıda xatırlatdığım kitabların hər ikisində bu aydın göstərilmişdir. Bu şəkildə parçalanan SSRİ-nin öhdəsindən gəlmək, güclü vahid sovet xalqı ilə müqayisədə daha asandır. Komitet 300-ün Dünya Hökuməti üçün hazırladığı, özündə Rusiyanın parçalanmasını ehtiva edən planlar indi sürətlə həyata keçməyə başlayıb. Əgər 1991-ci ilin sonlarında Rusiyada baş verən hadisələrə Komitet 300-ün 1960-cı illərdə həyata keçirdiyi uzunmüddətli planlaşdırma nöqteyi-nəzərindən baxılarsa, onda onlar daha dramatik təsir bağışlayar.
Qərbi Avropada xalqlar vahid valyutası olan bir hökumətin çərçivəsində dövlətlərin federasiyasına doğru itələnirlər. Avropa İqtisadi Sistemi buradan addım-addım Birləşmiş Ştatlara və Kanadaya köçürüləcəkdir. BMT yavaş-yavaş, lakin dönməz qaydada Dünya Hökumətinin icraedici orqanına çevriləcək. Fars körfəzində müharibə ilə əlaqədar artıq gördüyümüz kimi, BMT-nin siyasətini ABŞ diktə edəcəkdir.
Eyni ilə belə bir hadisə Böyük Britaniya parlamentində baş vermişdi. Böyük Britaniyanın Fars körfəzində müharibədə iştirakı məsələsinin müzakirəsi gülünc dərəcədə qısa müddətdə keçdi- buna sərf olunan vaxt, palatanın iclasları arasında fasilə etmək təklifinin müzakirəsinə sərf olunan vaxt qədər idi. Parlamentin uzun tarixi dövründə ilk dəfə idi ki, bu cür mühüm məsələnin müzakirəsinə belə az vaxt ayrılmışdı. Parlament tarixində ən əlamətdar hadisələrdən biri faktiki olaraq nəzərə çarpmadan keçdi.
Biz artıq Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxarılan istənilən mübahisənin nizamlaması üçün Birləşmiş Ştatların öz hərbi qüvvələrini göndərəcəyi vəziyyətə çox yaxınıq. Baş Katib postundan gedən, çoxsaylı rüşvət toplayan Peres de Kuelyar BMT-nin tarixində ən sözəbaxan lider idi- o, Birləşmiş Ştatların bütün tələblərini müzakirəsiz yerinə yetirirdi. Onun varisi ABŞ hökumətinin məsləhətlərini daha böyük hazırlıqla yerinə yetirəcək. Bu, Dünya Hökumətinə doğru yolda mühüm addımdır.
Bundan sonrakı illər ərzində hər cür mübahisələrin nizamlanması üçün daha çox Haaqa Beynəlxalq Məhkəməsi istifadə olunacaq. Bu, əlbəttə özü ilə Dünya Hökumətinin hüquq sisteminin prototipini təcəssüm etdirir ki, gələcəkdə bu sistem qalan hamısını sıxışdırıb çıxaracaqdır. Yeni Dünya Nizamında əhəmiyyətli rol oynayan Mərkəzi Banklara gəlincə, bu problem artıq demək olar həll olunmuşdur. 1991-ci ilin sonundan dünya maliyyə sistemində dominant rolu “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB) oynayır. BHB və BVF-nun rəhbərliyi altında bütün dünyada bank işinə nəzarət edəcək “Böyük Onluq” banklarının yaradılması prosesində özəl banklar sürətlə yox olur.
Avropada dotasiya alan dövlət çoxdur, ABŞ isə sürətlə dünyada dotasiya ilə dolanan ən böyük dövlətə çevrilir. İnsanlar həyatın təminatı planında dövlətdən asılı vəziyyətə düşən kimi, onlara bunu tərgitmək çətin olur. Bunu biz ABŞ-da keçirilən son seçkilərin nəticələrinə əsasən də müşahidə edə bilərik. Belə ki, seçkili dövlət vəzifələrini tutan şəxslərin 98 %-i yaxşı həyatdan zövq almaqda davam etmək üçün Vaşinqtona qaytarıldı, halbuki onların reputasiyası son dərəcə nöqsanlı idi.
Yer kürəsi ərazisinin dörddə üçündə şəxsi odlu silaha yiyələnmək artıq qadağan olunub. Yalnız ABŞ-da əhali hər cür silaha yiyələnmək hüququna malikdir, lakin bu hüquq yerli qanunlar və ştatların qanunvericiliyi əsasında sürətli templərlə ixtisar olunur ki, bu da bütün vətəndaşların silah gəzdirməklə bağlı konstitusion hüququnu pozur. 2010-cu il üçün ABŞ-da şəxsi silaha malik olmaq artıq keçmişin işi olacaq.
EYNİ TƏRZDƏ TƏHSİL DƏ HƏYƏCAN DOĞURACAQ SÜRƏTLƏ DAĞIDILIR. MÜXTƏLİF HÜQUQİ İLİŞMƏLƏRİN KÖMƏYİ VƏ MALİYYƏLƏŞMƏNİN ÇATIŞMAZLIĞI SƏBƏBİNDƏN ÖZƏL MƏKTƏBLƏR BAĞLANMAQ MƏÇBURİYYƏTİNDƏ QALIR. ABŞ-da təhsilin standartları elə aşağı səviyyəyə düşmüşdür ki, onu çətinliklə təhsil adlandırmaq olar. Bu, yuxarıda təsvir etdiyim plana uyğundur. Dünya Hökuməti uşaqların yaxşı təhsil almasını istəmir.
Milli özünüdərkin sürətlə dağılması baş verir. Dünya Hökumətinin planlaşdırdığı İraq və Liviya xalqlarına qarşı aparılan müharibələr kimi genosid müharibələri ilə bağlı hallardan başqa, vətənpərvərlik artıq mədh olunmur. İrqi qürur indi artıq ittiham olunur və dünyanın bir çox ölkələrində, O CÜMLƏDƏN DƏ BİRLƏŞMİŞ ŞTATLARDA, BÖYÜK BRİTANİYADA, QƏRBİ AVROPADA VƏ KANADADA- BAŞQA SÖZLƏ, AĞ İRQİN YÜKSƏK KONSENTRASİYASINA MALİK OLAN BÜTÜN ÖLKƏLƏRDƏ qeyri-qanuni hərəkət hesab edilir.
İkinci Dünya Müharibəsi qurtarandan sonra respublika formalı dövlət üsul-idarəsinin gizlin cəmiyyətlərin rəhbərliyi altında yüksək templərlə dağıdılması baş verir. ABŞ-ın iştirakı ilə devrilən hökumətlərin siyahısı uzundur və məlumatsız insana respublika formalı üsul-idarəyə üstünlük verən (belə hesab edilir) unikal konstitusiyası olan bir ölkənin hökumətinin bu cür fəaliyyətlə məşğul olduğu ilə razılaşmaq çətindir, lakin faktlar hər şeyi öz yerinə qoyur.
Bu məqsəd Komitet 300 tərəfindən yüz il əvvəl qoyulmuşdu. ABŞ bu cür hökumətlərə həmlələr edib və hətta Birləşmiş Ştatların respublikaçı bazasının özünün inadla sarsıdılmasına baxmayaraq, indi də bunu davam etdirir. Ceyms Karterin hüquq üzrə məsləhətçisi Lloyd Katlerdən başlayaraq bütöv bir sıra konstitusiya hüquqşünası fəaliyyət göstərir ki, onların məqsədi ABŞ Konqresini, xalq təmsilçiliyini təmin etməyən parlament sistemi ilə əvəzləməkdir. Bu iş belə bir dəyişiklik proqramına uyğun olaraq, 1979-cu ildən aparılır. Bu işə sadiqliyi sayəsində Katler Komitet 300-ə üzv qəbul edilmişdir. Parlament formasının tamamlanmış layihəsi Komitet 300-ə 1993-cü ilin sonlarında təqdim olunmuşdur.
Yeni parlament sistemində parlamentin üzvləri öz seçiciləri qarşısında məsuliyyət daşımayacaq, lakin parlament rəhbərlərindən asılı olacaq və onlara verilən əmrə uyğun səs verəcəklər. Beləliklə, xəyanətkar bürokratik və hüquqi fəaliyyət sayəsində konstitusiya şəxsiyyətin azadlığı ilə birlikdə ləğv olunacaq. İnsanın əvvəlcədən nəzərdə tutulan deqradasiyası məhdudiyyətsiz seks praktikasının köməyi ilə sürətləndiriləcək. Xüsusi Aviasiya Xidməti və Mİ-6 kəşfiyyat idarələri vasitəsilə fəaliyyət göstərən ingilis taxt-tacı seksual degenerasiyanın yeni kultlarını artıq hazırlamaqdadır. Artıq bildiyimiz kimi, bu gün fəaliyyət göstərən kultların hamısı, oliqarxik hökmdarlara işləyən Böyük Britaniya kəşfiyyatı tərəfindən yaradılmışdır.
Biz düşünə bilərik ki, tamamilə yeni seksual degenerativ kultların yaradılması hələ uzaq gələcəyin işidir. Lakin informasiya vardır ki, bu iş 1992-ci il üçün başa çatdırılıb. “Canlı şoular” ən adlı-sanlı əyləncə klublarında adi tamaşaya çevrilib. Hazırda bu “əyləncə” forması üçün tam samballı imicin yaradılması prosesi gedir.
Hollivudun və əyləncələr dünyasının görkəmli simaları tezliklə belə deməyə başlayacaqlar ki, bu və ya digər klubda “canlı seks-şoular” təşkil etmək sadəcə zəruridir. Lesbiyançılıq və homoseksualizm nümayiş etdirilməyəcək. Cəmiyyət üçün məqbul olan yeni “əyləncəyə” geteroseksual cinsi aktların açıq nümayişi daxil olacaq ki, Brodvey şouları və ya kinofilmlərin son premyeraları haqqında edildiyi kimi, mətbuatda bunlar haqqında da şərhlər dərc olunacaq.
Mənəvi dəyərlər üzərinə misli görünməyən hücum öz pik həddinə çatacaq. Pornoqrafiya artıq “pornoqrafiya” yox, yaşlılar üçün seksual əyləncə adlandırılacaq. Bu tipdə şüarlar geniş yayılacaq: “Əgər hamı bununla məşğul olursa, onu gizlətmək nəyə lazımdır. Seksin nümayişinin eybəcər və iyrənc olması haqqında köhnə fikirləri kənara ataq”. Seksual ehtirasın bu məhdudiyyətsiz növünü sevən insanların zirzəmilərdə və dalanlarda yerləşən miskin pornosalonlara getməsinə artıq ehtiyac olmayacaq. Bunun əvəzində varlı və görkəmli adamların gəldikləri, ali sinif üçün olan feşenebelli klublar ictimailəşdirilmiş seksual tamaşaları “bədii” əyləncə növünə çevirəcəklər. Daha pisi budur ki, bəzi dini “liderlər” bunu məsləhət görəcək.
XXXVI yazı: Fərdi azadlığa və bəşəriyyətin azadlığına bu ən qorxulu təhlükə barədə xəbərdar etməyə cəhd edənləri diskreditasiya etmək üçün kütləvi əyləncə vasitələri, xüsusilə də kinodan istifadə olunur
“Tavistok İnsan Münasibətləri İnstitutu” tərəfindən yaradılan nəhəng, hər yerə sirayət edən dəhşətli sosial psixiatriya aparatı və onun geniş filiallar şəbəkəsi yalnız bir orqanın idarəsi altındadır və 1992-ci ilin astanasında da həmin orqan öz nəzarətini həyata keçirməkdə davam edir. Bu, sui-qəsdçilər ierarxiyası olan vahid orqan KOMİTET 300 adlanır. Bu, hakimiyyəti olan struktur və hakimiyyət mərkəzidir. Onun hakimiyyəti ayrıca götürülmüş istənilən dünya liderinin və ya hökümətinin, o cümlədən də ABŞ hökümətinin və onun prezidentlərinin hakimiyyətindən üstündür- mərhum Con F. Kennedi buna əmin oldu. Kennedinin öldürülməsi də Komitet 300-ün aksiyası idi və biz buna hələ qayıdacağıq.
Komitet 300- bu sıralarına İngiltərə Kraliçasının, Niderland Kraliçasının, Danimarka kraliçasının və Avropanın kral ailələrinin daxil olduqları, toxunulmaz rəhbər sinfin nümayəndələrindən ibarət olan tamamilə gizlin cəmiyyətdir. Venesiya Qara Qvelflərin matriarxı Kraliça Viktoriyanın vəfatından sonra bu aristokratlar, bütün dünya üzərində hakimiyyət əldə etmək üçün “aristokratiyanın nümayəndələri qeyri-aristokrat, lakin korporativ biznesin çox güclü liderləri ilə bütün dünya miqyasında “paya” girməli” olduqlarını qərara aldılar. Buna görə də tam hakimiyyətin qapıları İngiltərə kraliçasının “sadə təbəə” adlandırmağa üstünlük verdiyi kəslər üçün açılmış oldu.
Xarici dövlətlərin başçıları bu hər şeyə qadir qrupu “Maqlar” adlandırır. Stalin onlar üçün özünə münasib ad fikirləşmişdi: “Qara Qüvvələr”. “Sarayayaxın yəhudi” (“hofjuden”- court Jew) dərəcəsindən yüksəyə heç vaxt qalxa bilməyən prezident Eyzenxauer isə bu qüvvələri tamamilə saya almırdı və onları “Hərbi-sənaye kompleksi” adlandırırdı. Stalin SSRİ-də adi və nüvə silahlarının çox yüksək səviyyədə olmasına çalışırdı, çünki “Ailə” adlandırdığı qüvvəyə etibar etmirdi. Onda olan anadangəlmə şübhəlilik və Komitet 300-dən qorxusu, demə, yaxşı əsaslandırılmışdı.
Fərdi azadlığa və bəşəriyyətin azadlığına bu ən qorxulu təhlükə barədə xəbərdar etməyə cəhd edənləri diskreditasiya etmək üçün kütləvi əyləncə vasitələri, xüsusilə də kinodan istifadə olunur. Azadlıq- insan İlahi tərəfindən verilən bu qanunu daim pozmağa və ya ləğv etməyə çalışır. Lakin hər kəs azadlıq əldə etməyə elə can atır ki, indiyə qədər heç bir sistem bu hissi insanın ürəyindən qopara bilməmişdir. İnsanın azadlığa can atma hissini kütləşdirmək və zəiflətmək üçün SSRİ-də, Böyük Britaniyada və ABŞ-da keçirilən eksperimentlər öz məqsədinə nail olmadı ki olmadı.
Lakin Dünya Hökümətinin və Yeni Dünya Nizamının gəlişi ilə Allah tərəfindən verilən azadlığa can atma hissini insanın şüurundan, cismindən və ruhundan qovub çıxarmaq üçün genişmiqyaslı eksperimentlərə başlanacaqdır. Bizim artıq indi hiss etdiklərimiz bizi hələ qarşıda gözləyənlərlə müqayisədə boş şeydir. Ruha hücumlar- hazırlanan saysız-hesabsız eksperimentlərin qayəsi budur və bilməliyik ki, ABŞ-ın müxtəlif təşkilatları dəhşətli eksperimentlərdə aparıcı rol oynayacaqlar. Bu cür eksperimentlər Betesdəki Hərbi-Dəniz hospitalı və Kaliforniyadakı Vakavil türməsi kimi yerlərdə kiçikmiqyaslı səviyyədə artıq keçirilmişdir.
Geniş prokatda Ceyms Bond haqqında “Qətllər bürosu”, “Matareze dairəsi” və s. kimi filmlər göstərilmişdir. Bu filmlər fantastikadır və onların xüsusi təyinatı bu cür təşkilatların mövcud olduğu haqqında həqiqəti gizlətməkdən ibarətdir. Gerçəklikdə isə həmin təşkilatların fəaliyyətinin miqyasları elə genişdir ki, bu, Hollivudun məhsuldar yazarlarının ən cəsarətli fantaziyalarını da üstələyir.
“Qətllər bürosu“ tamamilə realdır. Büro Avropa və ABŞ-da yeganə məqsəd üçün fəaliyyət göstərir- bu, yüksək vəzifəli personalara digər bütün təsir vasitələri özünü doğrultmayanda, onların öldürülməsi barədə Komitet 300-ün göstərişlərini yerinə yetirməkdir. Kennedinin qətlini məhz PERMINDEX həyata keçirmiş və bunu “ziyanvericilərlə mübarizədə” ingilis kraliçasının uzun illər əsas agenti olmuş Ser Uilyam Stefensonun rəhbərliyi altında etmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu agenti olan Kley Şou PERMINDEX kompaniyasını Yeni Orleandakı “Ticarət mərkəzindən” idarə edirdi. Yeni Orleanın keçmiş prokuroru Cim Harrison Kennedinin öldürülməsi məqsədi ilə hazırlanan sui-qəsdin təhqiqatında Kley Harrisona lap yaxınlaşdı. Lakin bundan sonra Harrisonla “ciddi söhbət aparıldı” və Kley Şounun Kennedinin öldürülməsi məqsədini güdən sui-qəsddə iştirakı olmadığı etiraf olundu. Kley Şounun MKİ-nin digər muzdlu agenti Cek Rubinin aradan qaldırıldığı üsulla zərərsizləşdirilməsi faktı -onların hər ikisi xərçəng xəstəliyinin sürətlə inkişaf edən formasına yoluxma nəticəsində ölmüşdülər- Harrisonun düzgün yolda olduğunu kifayət qədər inamla təsdiq edir.
İkinci “qətllər bürosu” İsveçrədə yerləşir və yaxın vaxtlaradək bir qaranlıq fiqur tərəfindən idarə olunurdu, özü də bu adamın 1941-ci ildən sonra çəkilən fotoşəkli mövcud deyildir. Bu büronun əməliyyatları İsveçrənin “Qara Aristokratları”, Komitet 300-ün çevik əməliyyat təşkilatı olan “Lombard Odier Cenevrə Bankının” mülkiyyətçisi olan Oltramaire ailəsi tərəfindən maliyyələşdirilirdi və bu, görünür hazırda da davam edir. ABŞ ordusunun “G-2” kəşfiyyat xidmətinin dosyesinə görə, büroda kontakt saxlanılan əsas şəxs Jak Sustel idi.
Bu qrup həm də Allen Dalles və Komitet 300-ün mühüm üzvü, eləcə də Texasın iri neft hasilatçısı Jan Menil ilə sıx bağlı idi. “G-2” kəşfiyyatının məlumatları göstərir ki, bu qrup Yaxın Şərqdə silah alveri ilə fəal məşğul olub. Bundan başqa, bu “qətllər bürosu” General de Qollun öldürülməsi üçün ən azı 30 cəhd edib ki, Jak Sustelin bunlara bilavasitə aidiyyatı olub. Peruda Komitet 300 üçün kokain istehsalçılarını müdafiə edən “Sendero Luminoso” (ispanca “İşıqlı yol”) qiyamçı qrupunun əlaqə saxladığı şəxs də elə həmin Sustel idi.
“Qətllər bürosunun” bütün əsas planları DGSE-nin (Fransa kəşfiyyatı- keçmiş SDECE) əla işi sayəsində alt-üst olandan sonra, iş “Şakal” kod adı altında eləcə də “Məxfi Kəşfiyyat Xidməti” adı ilə tanınan Mİ-6-ya (Military Intelligence Department Six- Hərbi Kəşfiyyatın 6-cı bölməsinə) tapşırıldı. SDECE ali təhsil müəssisələrindən çoxlu ağıllı gənci işə qəbul etmişdi və buna görə də Mİ-6 və KQB-nin agentləri bura girə bilməmişdi. Bu idarənin xarici agentlərin ifşa edilməsi ilə bağlı fəaliyyəti bütün ölkələrin məxfi xidmətlərinin qısqanclıq predmeti idi. Məhz bu qrup “Şakal”ı müəyyən edib son məqsədinə qədər izlədi və o, General de Qollun avtomobil kortejinə atəş açmazdan əvvəl məhv edildi.
De Qoll hökümətində fəaliyyət göstərən sovet “köstəbəyini” məhz SDECE ifşa etmişdi. Yeri gəlmişkən, bu agentin həm də Lenqlidə Mərkəzi Kəşfiyyat İdarəsinin əlaqələndiricisi olduğu məlum olmuşdu. De Qolla nifrət edən Allen Dalles SDECE-ni diskreditasiya etmək üçün onun agentlərindən biri olan Roje De Lueti 12 milyon dollar dəyərində heroin yükü ilə tutdurdu. Ciddi və bacarıqlı “sorğu-sualdan” sonra De Luet “etiraf” etdi, lakin ABŞ-da narkotika qaçaqmalçılığı ilə nə üçün məşğul olduğunu izah edə bilmədi. Bunun kobud şəkildə saxtalaşdırılmış iş olduğu dərhal nəzərə çarpırdı.
Federal Təhlükəsizlik Bürosu, “Məxfi Kəşfiyyat Xidməti” və MKİ De Qllun müdafiəsi, xüsusilə də onun avtomobil kortejlərinin qorunması üzrə SDECE-in metodlarının tədqiqinə əsaslanaraq, Prezident Kennedinin keşikçilərini necə zərərsizləşdirmək və 1963-cü ilin noyabrında Dili Plazada PERMINDEX-in üç atıcısı üçün qətli necə asanlaşdırmaq lazım olduğunu dəqiq bilirdi.
Cəsus belletristikası altında ört-basdır edilən faktın daha bir nümunəsi ilə Leon Urisin “Topaz” romanında rastlaşırıq. Burada SDECE-nin aşkar etdiyi və KQB-nin MKİ ilə əlaqələndiricisi kimi ifşa edilən həmin KQB agenti - Tiro de Vosjolinin fəaliyyəti haqqında hesabat verilir. MOSSAD-ın (İsrailin kəşfiyyat idarəsi) fəaliyyəti haqqında belletristika formasında mövcud olan hesabat çoxdur, özü də onların demək olar hamısı faktlara əsaslanır.
MOSSADı həm də “İnstitut” adlandırırlar. Özündən müştəbeh olan bir çox yazıçı, xüsusilə də sağçı-xristian dairələrində çox hörmətli olan bir yazıçı bu idarə haqqında absurd çıxışlar edir və bunlar da həqiqət kimi qəbul olunur. Hər şeyi onun təcrübəsizliyinin ayağına yazmaq olar, çünki o xüsusi kəşfiyyat hazırlığı keçməmişdir. Ancaq bu ona bütün mətn boyunca “mossadçıların adlarını” səpələməyə mane olmur.
Dezinformasiyanın bu şəkildə ortaya atılması adətən Amerikanın sağçı vətənpərvər qruplarına qarşı istifadə olunur. MOSSAD başlanğıcda üç qrupdan ibarət olub: Hərbi Kəşfiyyat Bürosu, Xarici İşlər Nazirliyinin Siyasi Departamenti və Təhlükəsizlik İdarəsi (Şerut Xabitaxon). Komitet 300-ün üzvü olan David Ben Qurion onları birləşdirmək üçün Mİ-6-dan əhəmiyyətli yardım almışdı.
Lakin müvəffəqiyyət əldə olunmadı və Mİ-6-dan olan Ser Uilyam Stefenson 1951-ci ildə Mossadı vahid xidmətə çevirdi ki, onun tərkibində İsrailin Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin şöbəsi, eləcə də cəsusluq və “çirkli işlər” üçün xüsusi qrup var idi. Böyük Britaniya kəşfiyyatı sonrakı dövrlərdə “Sapayet Maktal” adlanan xidmətə təlim keçdi və texnika ilə təmin etdi. “Britaniyanın Xüsusi Aviasiya Xidmətinin” nümunəsi əsasında yaradılan “Sapayet Maktal” həm də İsrailin Baş Qərargahının kəşfiyyat bölməsi kimi tanınır. MOSSAD-ın bu bölməsi heç vaxt öz adı ilə adlandırılmır, sadəcə, “bu oğlanlar” kimi tanınır.
“Bu oğlanlar” sadəcə olaraq Böyük Britaniyanın “Xüsusi Aviasiya Xidməti” kəşfiyyat idarəsinin filialıdır, XAX daim onlara məşqlər, yeni fəaliyyət formaları ilə bağlı təlimlər keçir. Birləşmiş Fələstin Təşkilatının (BFT) liderlərini öldürən və Adolf Eyhmanı oğurlayan məhz “oğlanlar” idi. “Oğlanlar” və faktiki olaraq MOSSAD-ın bütün agentləri hər an döyüş hazırlığı vəziyyətində fəaliyyət göstərirlər. Dünyanın hər bir ölkəsində yəhudi icmasının olması MOSSAD-a digər kəşfiyyat xidmətləri qarşısında çox böyük üstünlük verir.
MOSSAD sosial və kriminal dosyeləri əldə etməklə adına kompromat olan yerli yəhudiləri ələ almağa və ONLARI HAVAYI ÖZÜNƏ İŞLƏTMƏYƏ qadirdir. MOSSAD ABŞ-ın hüquq-mühafizə orqanlarının və kəşfiyyat idarələrinin arxivlərindən istifadə etmək imkanı cəhətdən də üstünlüyə malikdir. ABŞ-ın “Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi” MOSSAD-ın istəklərini yerinə yetirir, özü də İsrail buna görə heç bir xərc çəkmir. Əgər MOSSAD-ın milyonlarla amerikalının, hətta siyasətlə heç cür əlaqəsi olmayan amerikalıların da həyatının bütün tərəfləri barədə necə çox bildiyi nə vaxtsa aşkarlanarsa, Birləşmiş Ştatların vətəndaşları şoka düşər, hiddətlənər və qorxardılar.
XXXVII yazı: Kütləvi informasiya vasitələrindən heç biri bu sui-qəsdçi ierarxiyasını heç vaxt hətta xatırlatmayıb və buna görə tamamilə təbiidir ki, insanlar onun varlığına şübhə edirlər
MOSSAD-ın ilk başçısı olan Royben Şiloah Komitet 300-ün üzvlüyünə daxil edilmişdi, lakin onun davamçısının da bu imtiyazdan istifadə etdiyi bəlli deyildir. Bu fikrin xeyrinə şans çoxdur ki, o bu imtiyazdan istifadə edir. MOSSAD yüksək ixtisaslı dezinformasiya xidmətinə malikdir. Onun dünya “bazarına” çıxardığı dezinformasiyanın həcmi narahatlıq yaradır, lakin cəmiyyətin bu dezinformasiyanı bütövlüklə və tamamilə həzm etməsi daha böyük narahatlıq yaratmalıdır.
“Olimpiyaçılar”ın dünya miqyasında kəşfiyyat xidmətləri, əyləncə industriyası, nəşriyyat fəaliyyəti, ictimai rəyin yaradılması və televiziya “xəbərləri” üzərində həyata keçirdikləri nəzarətin əhatə dairəsini biz, MOSSAD-ın “mikrokosmu”nun nümunəsində əyani surətdə görürük. Ted Törner bu yaxınlarda Komitet 300-də yer almışdır. Bunu o, CNN “xəbərlər” (daha dəqiq olsaq, saxta xəbərlərin quraşdırılması) proqramını yaratdığı üçün mükafat qismində almışdır. Komitet bütün dünyada insanlara ÖZÜNƏ SƏRF EDƏN NƏ İSTƏSƏ DEMƏK üçün hakimiyyətə, imkanlara və vasitələrə malikdir; böyük əksəriyyət isə deyilənə inanacaq.
***
Hər hansı bir tədqiqatçının qarşısına bu insanın təxəyyülünü heyrətə gətirən mərkəzi idarə qrupu çıxanda o hər dəfə ya müvəffəqiyyətlə satın alınır, ya da Tavistok İnsan Münasibətləri İnstitutunda “xüsusi təsirə” məruz qalır; bundan sonra həmin yazıçı Ceyms Bond haqqında hadisələr tipində hər cür fantastika yazmağa başlayır. Başqa sözlə, bu adamın enerjisinin istiqaməti dəyişdirilərak tələb olunan məcraya yönəldilir, özü isə səxavətli mükafat alır. Lakin əgər Con F.Kennedi kimi insan dünyadakı hadisələri kimin istiqamətləndirdiyi ilə rastlaşırsa və onu satın almaq mümkün olmursa, bu halda onu öldürürlər.
Kennedi ilə bağlı hadisədə qətl çoxsaylı insanın toplaşdığı yerdə hamının gözü qarşısında və son dərəcə qəddarcasına həyata keşirilmişdi. Bu, dünyanın bütün liderlərinə itaətdən çıxacaqları təqdirdə baş verə biləcək hadisə ilə bağlı verilən aydın xəbərdarlıq idi. Papa I İoann səssiz-küysüz öldürülmüşdü, çünki o Vatikan ierarxiyasındakı masonlar vasitəsilə Komitet 300-ə yaxın adam idi. Onun yolunun davamçısı olan Papa II İoann arzuolunmaz fəaliyyətə son qoyması üçün ictimaiyyət qarşısında təhqirə məruz qalmışdı və o, ondan tələb olunanı yerinə yetirirdi. Vatikanın bəzi liderlərinin Komitet 300-ün iclaslarında iştirak etdikləri barədə də məlumatlar vardır.
Ciddi tədqiqatçını Komitet 300-ün izindən azdırmaq asandır. Çünki Böyük Britaniyanın Mİ-6 kəşfiyyatı “Yeni Era” (New Age), yoqa, Dzen-buddizm, magiya, “Apallonun Delfiya Müqəddəs Kilsəsi” (Aristotel onun üzvü idi) kimi “ruh üçün oyunların” geniş spektrinin, hər cür növlü yüzlərlə kiçik “kultların” yayılmasına şərait yaradır və buna yardım edir. Böyük Britaniya kəşfiyyatının “istefaya çıxan”, lakin işin içində qalan agentlərinin bir qrupu sui-qəsdçilər ierarxiyasını “İks Gücü” (“Force X”) termini ilə işarələndiriblər və elan ediblər ki, o KQB-yə, Vatikanın kəşfiyyatına, MKİ-yə, ONI, DGSE, ABŞ-ın Hərbi Kəşfiyyatına, Dövlət Departamentinin Kəşfiyyat Xidmətinə və hətta ABŞ-ın bütün kəşfiyyat xidmətləri arasında ən yüksək məxfilik dərəcəsi olan “Milli Kəşfiyyat Ofisi”nə kimi təşkilatlara sıza bilən supergüclü kəşfiyyat xidmətinə malikdir.
Prezident Trumen “Milli Kəşfiyyat Ofisi” ilə təsadüfən toqquşana qədər, MKO-nun varlığı Komitet 300-ün üzvlərindən başqa bir ovuc adama bəlli idi. Çörçillin MKO-nun əsasının qoyulmasında əli olmuşdur və Trumen onun varlığını aşkar edəndə o bərk hiddətlənmişdi. Çörçill Trumeni Komitet 300-ün istənilən başqa nökəri ilə müqayisədə daha çox “İndependens (müstəqillik) şəhərciyindən olan “öz balaca adamı” hesab edirdi. Bu onunla əlaqədardır ki, Trumenin hər bir addımına masonlar tərəfindəın nəzarət edilirdi. Hətta bu gün belə MKO-nun illik büdcəsi Konqresə məlum deyil və o yalnız Konqresin seçilmiş üzvləri qarşısında hesabat verir. Lakin “Milli Kəşfiyyat Ofisi” Komitet 300-ə sözsüz tabe olan orqandır və onun məlumatları hər bir neçə saatdan bir mütəmadi olaraq Komitet 300-ə ötürülür.
Beləliklə, Komitet 300-ün müxtəlif orqanlarında və bölmələrində mövcud olan bütün saxta mistifikasiyalar Komitetin özünün varlığı ilə bağlı şübhələri aradan qaldırmaq üçündür, lakin heç bir vəchlə şübhələnməməliyik ki, o hər halda mövcuddur. Baxın, məğzə daha bir misal- əsasında çox populyar film çəkilən “ŞAKAL GÜNÜ” kitabı.
Kitab gerçək hadisələrdən bəhs edir. Hadisələrin gerçək iştirakçılarının və hadisələrin cərəyan etdiyi yerlərin adı aşkar səbəblərdən dəyişdirilsə də, Mİ-6-nın bir agentinə General De Qollun öldürülməsi tapşırığının verilməsi haqqında hadisə tamamilə həqiqidir. Komitet 300-lə əməkdaşlıq etməkdən imtina edən General De Qollu -o Komitetin varlığı barədə gözəl bilirdi, çünki onun üzvü olmağa dəvət olunmuşdu- idarə etmək mümkün deyildi. De Qoll Fransanın NATO-dan çıxdığını elan etdikdən və dərhal, Fransanın özünə məxsus “zərbə qüvvəsi” adlandırılan, nüvə qüvvələrini yaratmağa başlayanda konflikt kulminasiya həddinə çatdı.
Bu, Komitet 300-ü özündən elə çıxardı ki, General De Qollu öldürmək tapşırığı verildi. Lakin Fransanın məxfi kəşfiyyat xidməti “Şakal” planının üstünü aça və De Qollun təhlükəsizliyini təmin edə bildi. Mİ-6-nın (Komitet 300-ün əsas məxfi xidmət orqanıdır) gizlin əməliyyatlar haqqında söhbət gedən hesabatlarının işığında Fransa kəşfiyyatının işi möcüzə təsəvvürünü yaradır.
“Hərbi Kəşfiyyatın Altıncı Bölməsi”nin (Mİ-6) yaradılması Kraliça I Yelizavetanın hər cür çirkli əməliyyatlar üzrə əlaltısı olan Ser Frensis Uolsinqhemin adı ilə bağlıdır. Yüz illərlə mövcud olduğu vaxt ərzində Mİ-6 elə böyük təcrübə toplamışdir ki, dünyanın heç bir kəşfiyyat xidmətində bununla heç uzaqdan-uzağa belə müqayisa edilə biləcək heç nə yoxdur. Mİ-6-nın agentləri informasiyanı planetin bütün künc-bucaqlarında toplayır və gizlin əməliyyatlar yerinə yetirirdilər. Əgər bu əməliyyatlar üzərindən məxfilik pərdəsi götürülsə və bunlar aşkar edilsəydi, hətta ən məlumatlı adamı da heyrətə gətirərdi. Bax məhz buna görə Mİ-6 Komitet 300-ün həlledici xidməti hesab olunur.
Mİ-6 rəsmi olaraq mövcud deyil, onun büdcəsi kraliçanın şəxsi fondlarından və “fərdi fondlardan” doldurulur, deyilənlərə görə, ildə 300-350 milyon dollar təşkil edir. Lakin onun dəqiq məbləğini heç kəs bilmir. Mİ-6 özünün indiki formasında 1991-ci ildə, Ser Mensfild Kamminq ona rəhbərlik etdiyi vaxtdan mövcuddur. Kral donanmasının kapitanı olan Kamminqin adı həmişə “K” hərfi ilə işarə olunurdu. Ceyms Bond “M”-nın şöhrəti də bax bundan başlanmışdır.
Mİ-6-nın fəaliyyətinin hər hansı bir rəsmi tarixi yoxdur- bu, ciddi sirrdir, hərçənd Burgessin, Maklinin, Bleykin, Blantın ifşa olunması Mİ-6 zabitlərinin mənəvi ruhuna böyük xələl gətirmişdi. Başqa xidmətlərdən fərqli olaraq, Mİ-6-nın gələcək işçilərini universitetlərdən və digər təhsil müəssisələrindən yüksək ixtisaslı “talant ovçuları” seçir ki, seçimin səviyyəsini Rods təqaüdçülərinin timsalında -onları “Dəyirmi Masanın” üzvü etdilər- qiymətləndirmək olar. Namizədlərə edilən tələblərdən biri xarici dilləri bilməkdir. Namizədlər sərt “qan təmizliyi” yoxlamasına məruz qalırlar.
Belə bir qorxunc qüvvə tərəfindən dəstəklənən Komitet 300 ifşa olunmaqdan qorxmaya bilər və bu, hələ onilliklər ərzində davam edəcək. Komitetin varlığı ehtimalına inanmağa onun ətrafında hökm sürən ağlasığmaz məxfilik mane olur. Kütləvi informasiya vasitələrindən heç biri bu sui-qəsdçi ierarxiyasını heç vaxt hətta xatırlatmayıb və buna görə tamamilə təbiidir ki, insanlar onun varlığına şübhə edirlər.
Komitet 300 daha çox Böyük Britaniya monarxının, hazırda Kraliça II Yelizavetanın nəzarəti altındadır. Hesab edirlər ki, Kraliça Viktoriya Komitetin idarə olunması sirrinin saxlanması ilə bağlı əsl paranoyadan əzab çəkirdi. O, “qəssab Cekin” törətdiyi qanlı cinayətlərin yerində qoyduğu MASON yazılarının tapılması faktını gizlətmək üçün səylərini əsirgəmirdi. Çünki həmin yazılar Komitet 300-ün Şotland rituallı Masonluğun yüksək dərəcəli üzvü olan bir nəfər tərəfindən həyata keçirilən “eksperimentlərlə” əlaqəsinə işarə edirdi. Komitet 300 dünyanın hər bir ölkəsində, o cümlədən də SSRİ-də korporativ maraqları olan britaniyalı aristokratiya üzvləri ilə doludur.
Komitet 300 aşağıdakı struktura malikdir: Susseks Universitetinin nəzdində olan Tavistok İnsan Münasibətləri İnstitutu, onun London filialı Beynəlxalq İşlər üzrə Kral İnstitutu. Beynəlxalq İşlər üzrə Kral İnstitutunun Amerikada “saraya yaxın yəhudisi” Henri Kissincerdir. İkinci Dünya Müharibəsindən sonra adını dəyişərək “ULDUZLAR QRUPU” qoyan “QARTAL VƏ ULDUZ QRUPUNA” bir-biri ilə kəsişən və yaxın sahələr üzrə- (1) sığorta, (2) bank işi, (3) daşınmaz əmlak, (4) əyləncələr, (5) kibernetika, elektron əlaqə vasitələri və s. də daxil olmaqla yüksək texnologiyalar- fəaliyyət göstərən iri beynəlxalq kompaniyalar daxildir.
Bank biznesi fəaliyyətin əsas istiqaməti olmasa da, xüsusilə də bankların klirinq palataları rolunu oynadığı və narkopulların yuyulması üçün vasitə olduğu rayonlarda həyati dərəcədə vacib işdir. Bank sahəsində adı ən “bərk səslənənlər” İngiltərə Bankı, Federal Ehtiyat Sistemi, Beynəlxalq Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (NSBC) banklarıdır. Amerikan Ekspress Bank- bu, narkopulların yuyulması vasitəsidir. Bu bankların hər birinin filialları var, bütün dünyada yüzlərlə və minlərlə irili-xırdalı bank onların nəzarəti altındadır.
XXXVIII yazı: Vaxtı çatanda Komitet 300 başqa xalqlar üçün də hərbi genosid planı hazırlayıb və həmin vaxt artıq çox da uzaqda deyil
Komitet 300-ün şəbəkəsinə minlərlə böyük və xırda bank daxildir ki, onların arasında Banca Commerciale İtaliana, Banka Privata, Banko Ambrosiano, The Netherlands Bank, Barclays Bank, Banko del Colombia, Banco de İbero-Amerika kimi bankları göstərmək olar. Banka del la Svizzeria İtaliana (BSİ) xüsusi maraq doğurur, çünki bu bank “uçan kapitalların” ABŞ-a investisiyası ilə məşğul olur- işlər əsas etibarilə dollar və ABŞ obliqasiyaları ilə aparılır. Bu bank Venesiya “Qara Aristokratiyasının” “uçan kapitallarının” mərkəzi olan “neytral” Luqanoda izolyasiyada yerləşir. Luqano nə İtaliyanın, nə də İsveçrənin ərazisinə daxil deyil və kölgəli “uçan kapitalla” əməliyyatlar üçün kölgəli zonadır. Banka del la Svizzeria İtaliana bankında böyük aksiya paketinə malik olan Corc Boll bankın nüfuzli “insayderi” (insayder- təşkilatın sirrləri barədə məlumatlı olan şəxs) və ABŞ-da bankın təmsilçisidir.
Bank of Credit and Commerce International, Banca Nationale Del Lavoro, Banco Mercantil de Mexico, Banco Nacional de Panama, Bangkok Metropolitan Bank, Bank Leumi (İsrail), Bank Hapoalim (İsrail), Standard Bank, Bank of Geneva, Bank of Ireland, Bank of Scotland, Bank of Montreal, Bank of Nova Scotia, Banque Paris et Pays Bas, British Bank of the Middle East, The Royal Bank of Canada- bunlar “ixtisaslaşmış” bankların böyük siyahısında olanların yalnız bəziləridir.
Cənubi Afrikadan olan Oppengeymerlər Rokfellerlərlə müqayisədə qat-qat “ağır çəki kateqoriyasında” çıxış edir. Məsələn, bütün dünyada qızıl və almaz hasilatı və satışı ilə məşğul olan nəhəng Anglo American Corporation korporasiyasının sədri olan Harri Oppengeymer 1981-ci ildə Şimali Amerikanın bank bazarına çıxmaq niyyətində olduğunu bəyan etmişdi. Oppengeymer ABŞ-da iri bankların -bunların arasında “Citiqrup” bankı da var idi- səhm paketlərinin alınması məqsədilə xüsusi olaraq yaradılan kompaniyaya tezliklə 10 milyard dollar investisiya yatırdı. Oppengeymerin “Minoqrup” adlandırılan investisiya kompaniyası Bermudda -Böyük Britaniya Kral nəslinin qoruğunda- öz filialını yaratdı. “Minoqrup”un Direktorlar Şurasına “Citiqrup” bankından Uolter Vriston və onun baş hüquq məsləhətçisi Robert Kler daxil oldu.
Qiymətli metal və minerallar sahəsində Oppengeymerlə yarışan yeganə kompaniya “Consolidated Gold Fields of South Africa” idi. Lakin Oppengeymer 28 % payla ən iri səhmdar kimi ona nəzarəti ələ keçirdi. Beləliklə, qızıl, almaz, platin, titan, mis, dəmir filizi və eləcə də əksəriyyəti ABŞ üçün mühüm strateji əhəmiyyət kəsb edən 52 adda metal və mineral Komitet 300-ün əlinə keçmiş oldu.
Komitet 300-ün Cənubi Afrikadan olan erkən üzvlərindən biri, Sesil Con Rodsun planı bax belə idi və bu plan artıq həyata keçirilmişdir. Onun həyata keçirilməsi Cənubi Afrikada, “burlar” adlandırılan minlərlə və minlərlə ağ fermerin və onların ailələrinin qanının axıdılması ilə başlandı. Bütün dünya əli qoynunda durub seyr etdiyi vaxt, bu kiçik xalq tarixdə ən qəddar hərbi genosidə məruz qaldı. Vaxtı çatanda Komitet 300 başqa xalqlar üçün də belə bir tale hazırlayıb və həmin vaxt artıq çox da uzaqda deyil.
Sığorta kompaniyaları Komitet 300-ün biznesində həlledici rol oynayır. Bunların arasında Venesiyada “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” kimi əsas sığorta kompaniyaları da vardır. Bu kompaniyalar dünyada müvafiq olaraq birinci və ikinci yeri tuturlar, onlar öz bank hesablarını Beynəlxalq Hesablaşmalar Bankında İsveçrə qızıl franklarında saxlayırlar. Onların hər ikisi çoxsaylı investisiya bankına nəzarət edir ki, həmin bankların Uoll Stritdə səhmlərdə dövriyyəsinin həcmi ABŞ investorlarının dövriyyəsindən iki dəfə çoxdur. Sığorta biznesinin bu iki nəhənginin Direktorlar Şurasında həlledici rolu oynayan Komitet 300-ün üzvləri bunlardır: Roma və Venesiya “Qara Aristokratiyasından” olan, öz şəcərəsini imperator Yustiniandan davam edən Custiniani ailəsi, “Hambros (Merchant) Bank”dan olan Ser Coselin Hamro, şəcərəsi altı əsr hesablanan və Venesiya “Qara Aristokratiyasının” ən qədim Luzattilərinə gedib çıxan Pyerpaolo Luzatti Fegiz və “Qara Aristokratiyanın” qədim ailələrindən olan Ortolani ailəsindən Umberto Ortolani.
Komitet 300-ün Venesiya “Qara Aristokratiyasının” qədim ailələrindən olan digər üzvləri və “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” sığorta şırkətlərində İdarə Heyətinin üzvləri bunlardır: Doria ailəsi- İspaniya Qabsburqlarının maliyyəçiləri; Eli de Rotşild; Baron Avqust fon Fink- Almaniyanın ikinci ən varlı adamı, dünyasını dəyişib; öz şəcərəsini qədim Romanın eyni familiyalı senatorundan gətirən “Qara Aristokratiyanın” qədim Orsini ailəsindən Franko Orsini Bonakassi; şəcərəsi qüdrətli Hersoq de Albaya gedib çıxan Alba ailəsi və Belçikalı Rotşildlər ailəsinin kuzeni (kuzen- dayı, xala, əmi və ya bibi uşağı) Baron Pyer Lambert.
Böyük Britaniya Kraliçasının nəzarət etdiyi ingilis kompaniyalarından “Eagle Star” (İql Star- Qartal Ulduzu), Amerikanın sığorta şirkətlərinin əksəriyyətinin, o cümlədən də “Allstate Insurance” kompaniyasının mülkiyyətçisi olan və onlara nəzarət edən Prudential Insurance Company kompaniyalarını göstərmək lazımdır. Bu siyahının başında, çox guman, Mİ-6-nın ən qüdrətli örtük-pərdəsi olan “Eagle Star” durur. “Eagle Star” böyüklüyünə görə “Assicurazioni Generali” ilə çəkişə bilməsə də, görünür bu şirkət heç də ondan az vacib deyil, çünki onun mülkiyyətçisi kral ailəsidir və “Eagle Star”a Komitet 300-ün nominal başçısı olaraq çox böyük təsir göstərir.
“Eagle Star” yalnız Mİ-6 üçün deyil, həm də “Hill-Samuels”, “N.M.Rotşild və oğulları” (qızıla qiymətlərin “fiksatorlarından” biri, buna Londonda hər gün rast gəlmək olar) və “Barclays Bank” (Afrika Milli Konqresinin maliyyə mənbələrindən biri) da daxil olmaqla, ən iri Britaniya bankları üçün də örtük-pərdə qismində çıxış edir. Kifayət qədər böyük dəqiqliklə demək olar ki, ən nüfuzlu britaniyalı oliqarxik ailələr “Eagle Star” kompaniyasını Komitet 300-ün siyasətinə müqavimət göstərənlərə qarşı “qara əməliyyatları” həyata keçirmək üçün vasitə kimi yaratmışlar.
Mərkəzi Kəşfiyyat İdarəsindən fərqli olaraq, Mİ-6-nın yüksək rəhbərlərinin adlarının açıqlanması Böyük Britaniya qanunları ilə ciddi cinayət hesab olunur. Buna görə də aşağıda Mİ-6-nın rəhbər zirvəsinin siyahısının yalnız bir hissəsi verilir- onlar həm də Komitet 300-ün indiki (və ya keçmiş) üzvləridir: Lord Hartli Şoukross, Ser Brayan Edvard Mauntin, Ser Kennet Keys, Ser Kennet Stronq, Ser Uilyam Stefenson, Ser Uilyam Vaysman.
Adı çəkilən şəxslərin hamısı Komitet 300-ün həlledici kompaniyalarının işinə çox dərin cəlb olunublar (ya da əvvəllər cəlb olunmuşdilar) və həmin kompaniyalar bütün fəaliyyət sahələrində məşğul olan minlərlə şirkətlə qarşılıqlı surətdə bağlıdırlar. Bu kompaniyalardan bəzilərinin siyahısı budur: “Rank Organization”, “Xerox Corporation”, “ITT”, “IBM”, “RCA”, “CBS”, “NBC”, “BBC and CBC” telekommunikasiyalar sahəsində, “Raytheon”, “Textron”, “Bendix”, “Atlantic Richfield”, “British Petroleum”, “Royal Dutch Shell”, “Marine Midland Bank”, “Lehman Brothers”, “Kuhn Loeb”, “General Electric”, “Westinghouse Corporation”, “United Fruit Company” və bir çox başqaları.
Mİ-6 bu kompaniyaların böyük hissəsinə Böyük Britaniya kəşfiyyatının Nyu-Yorkda, RCA kompaniyasının binasında -bura Mİ-6-nın rəhbəri Ser Uilyam Stefensonun mənzil-qərargahı olmuşdur- yerləşdirilən rezidentləri vasitəsilə rəhbərlik edir. “Radio Corporation of America” (RCA) – bu, “General Electric”, “Westinghouse”, Böyük Britaniya taxt-tacının maraqları naminə fəaliyyət göstərən “Morgan Guarantee and Trust” və “United Fruit” kompaniyaları tərəfindən hələ 1919-cu ildə Böyük Britaniya kəşfiyyatının mərkəzi kimi təşkil olunmuş müəssisədir. RCA-nın ilk prezidenti- Ouen Yanq C.P.Morqanın adamı idi və “Yanq Planı” onun adı ilə adlandırılmışdı. 1929-cu ildə RCA-ya David Sarnoff rəhbər təyin olundu- o 1919-cu ildə keçirilən Paris Konfransında (bu konfransda qalib gələn “müttəfiqlər” məğlub edilən Almaniyanın kürəyinə xəyanətkarcasına xəncər sapmışdı) Ouen Yanqın köməkçisi olmuşdu.
Uoll-Stritdə bank və makler kontorlarından ibarət bütöv bir şəbəkə fond bazarında Komitet 300-ün maraqları naminə əməliyyatlarla məşğul olur. Bunlardan ən mühümləri “Blyth”, “Eastman Dillon”, “The Morgan Groups”, “Lazard Freres” və “Kuhn Loeb Rhodes” şirkətləridir. Uoll-Stritdə ümumiyyətlə hər şey “İngiltərə Bankı”nın nəzarəti altında baş verir, onun üçün təlimatlar isə Morqanın qrupları vasitəsilə instansiyalar üzrə ötürülür və bundan sonra əsas broker evləri tərəfindən həyata keçirilir ki, onların yüksək icraçı rəhbərləri bu direktivlərin yerinə yetirilməsinə tam cavabdehdirlər. “Drexel Burnham Lambert” kompaniyası “Morgan Guarantee” kompaniyası tərəfindən müəyyən edilən limitləri ötüb keçənə qədər Komitet 300-ün favoritləri sırasında idi. Əsas broker evlərinin hamısı 1981-ci ildə Komitetə satıldı, “Phibro” isə “Salomon Brothers” ilə birləşdi. “Phibro”- bu Oppengeymerin “Anglo American Corporation” şirkətinin işgüzar rıçaqıdır. Bu idarəetmə mexanizmi sayəsində Komitet 300-ün öz üzvləri və geniş yayılan korporasiyalar şəbəkəsi üçün Uoll-Stritdə təmin etdiyi investisiyaların dövriyyə sürəti “insayder” olmayan xarici investorların dövriyyə sürətini iki dəfə üstələyir.
Xatırlayaq ki, dünyanın ən varlı ailələrinin bəziləri Avropada yaşayır, buna görə də onların Komitet üzvləri arasında üstünlüyə malik olması təbiidir. Bir vaxtlar Almaniyanın bütün poçt sisteminin mülkiyyətçisi olan Fon Turn və Taksis ailəsi ilə müqayisədə Devid Rokfeller kasıb qohum kimi görünür. Fon Turn və Taksis sülaləsinin 300 il yaşı var, bir-birinin ardınca onun bütün nəsillərinin Komitet 300-də yeri olub və bu yeri onlar indi də tuturlar. Komitet 300-ün Venesiya “Qara Aristokratiyasına” məxsus ən varlı ailələrinin bir çoxunun adını artıq çəklmişik, indi biz Komitet 300-ün amerikalı üzvlərinin adlarını çəkəcəyik və onların Böyük Britaniya Taxt-tacı ilə əlaqələrini izləməyə çalışacağıq.
XXXIX yazı: Artıq 45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı Birləşmiş Ştatlar xalqının heç ağlına da gəlmir
İsveçrədə olduğu kimi, Kanadanın da çirkli tərəfi vardır. Lakin Komitet 300 bunu kənar nəzərlərdən, 1913-cü ildə Böyük Bitaniyada qəbul olunmuş qanundan sözbəsöz köçürülən, “Rəsmi sirrlər haqqında Akt” maneəsi ilə yaxşıca gizlətmişdir. Narkotiklər, çirkli pulların yuyulması, cinayətlər və reket- bütün bunların üstü bu biabırçı aktla örtülmüşdür. Çoxlarına məlum deyil ki, Taxt-tacın agentləri tərəfindən ürəkləri istəyən şəkildə interpretasiya oluna bilən “Rəsmi sirrlər haqqında Akt” üzrə ittiham olunanlara hətta ölüm hökmü də kəsilə bilər.
Kanada Cənubi Afrika və ya Hollandiya, və yaxud da Belçikaya bənzər millət deyil; Kanada həmişə İngiltərə kraliçasının önlüyünün bağlarına bağlı vəziyyətdə olub və indi də bu vəziyyətdə qalmaqdadır. Kraliça Yelizavetanın arzularının yerinə yetirilməsi işində Kanada həmişə hamıdan irəlidə gedir. Kanadanın qoşunları, Bur müharibəsi də (1899-1902-cü illər) daxil olmaqla, Əlahəzrət Kraliçanın apardığı bütün müharibələrdə iştirak etmişdir.
Amerikadakı analoqu kimi, Kanada Beynəlxalq İşlər İnstitutu da Beynəlxalq İşlər üzrə Kral İnstitutunun kreaturasıdır və Kanadanın siyasətini idarə edir. 1925-ci ildə bu institutun əsası qoyulan vaxtdan etibarən Kanadanın Dövlət Katibi postunu onun üzvləri tutur. Perl Harbora hücuma şərait yaratmış idarə olan “Sakit okean Münasibətləri İnstitutu” Kanadada razılıqla qəbul edildi. Bu hadisə Ouen Lattimor və onun əməkdaşlarına qarşı 1947-ci ildə dövlətə xəyanət ittihamı irəli sürüləndən, onlar məhkəmə qarşısına gətirilmələrini gözləməyərək Birləşmiş Ştatları tərk edəndən sonra baş vermişdi.
Kanada Beynəlxalq İşlər İnstitutu İkinci Dünya Müharibəsinin sonundan Mİ-6-da ikinci adam olan Ser Kennet Stronq vasitəsilə “Rank Organization” ilə bağlıdır. “Müqəddəs İonn İerusalimski Ordeni”nin üzvü olaraq, Ser Kennet Stronq Kanadada “Rank Organization” və Böyük Britaniya taxt-tacının kommersiya maraqlarına nəzərən ikinci adamdır. O, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankından sonra ən inkişaf etmiş narkobanklardan biri olan “Bank of Nova Scotia” (“Yeni Şotlandiyanın Bankı”) bankının Direktorlar Şurasının üzvüdür. Kanadada heroin ticarətindən gələn pullar bu bank vasitəsilə yuyulur.
Kanadada bir nömrəli adam isə “Müqəddəs İonn İerusalimski Ordeni”nin yüksək dərəcəli üzvü Ser Brayan Edvard Mauntindir. Burada xatırlatmaq yerinə düşərdi ki, Böyük Britaniya İkinci Dünya Müharibəsinə Birləşmiş Ştatların qoşulmasını istəyəndə, müvafiq əmri çatdırmaq üşün Prezident Ruzveltlə görüşə Lord Biverbruk və Ser Brayan Mauntin göndərilmişdi. Ruzvelt tabe oldu və ABŞ Hərbi-Dəniz Qüvvələrinə hərbi əməliyyatları Qrenlandiyadakı hərbi bazadan başlamaq əmrini verdi- Perl Harbordan doqquz ay əvvəl Almaniyanın sualtı gəmilərinə hücumlar məhz buradan həyata keçirilirdi. Bu, Konqresi xəbərdar etmədən və onun razılığı olmadan edilmişdi.
Kanada ilə “Rank Orqanization” arasında qarşılıqlı münasibətlərdə daha bir əhəmiyyətli ad, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankının Kanadada ekvivalenti, narkopulların yuyulması çirkabına batmış “Bank of Nova Scotia” bankının Direktorlar Şurasının üzvü Ser Kennet Keyt idi. Başqaları kimi o, da Londonun qocaman qəzetləri olan “Tayms” və “Sandi Tayms” qəzetlərinin Direktorlar Şurasına daxil idi. “Tayms” artıq 100 ildən çoxdur ki, xarici siyasətdə, maliyyə işlərində və İngiltərənin siyasi həyatında kral ruporudur.
Ser Kennet nominal olaraq üzvü olduğu “Kanada Beynəlxalq İşlər İnstitutunun” adından çıxış edərək, Komitet 300-ün bir çox üzvləri kimi, Mİ-6 ilə Honkonq və Çindən tiryək göndərilməsinin idarə ierarxiyası arasında fırlanırdı. Üstəlik də, o “Hill Samuel” bank evinin Direktorlar Şurasının üzvü olduğu üçün, ona tez-tez Honkonq və Çində olmağını izah etmək problem deyildi. Onun Mİ-6 dairəsindən kənarda ən yaxın əməkdaşlarından biri, Böyük Britaniyanın istər mühafizəkar, istərsə də leyboristlərdən olan bütün baş nazirləri üzərində Komitet 300 tərəfdən bilavasitə nəzarətçi olan Ser Filipp de Zuleta idi. Ser Kennet Stronqun narkotiklərlə əlaqəli olan bütün hər şeyə, o cümlədən də terrorizmə, tiryək istehsalına, qızıl bazarlarına, çirkli pulların yuyulmasına və bütün narkobiznesin mərkəzi- Böyük Britaniya taxt-tacının bank əməliyyatlarına aidiyyatı vardır.
Böyük Britaniya taxt-tacının Kanada üzərində nəzarəti Ser Uolter Qordonun rəhbərliyi altında həyata keçirilir. Kraliçanın şəxsi nəzarət kontorunun -bu, həm də “Məxfi Şura” kimi tanınır- keçmiş üzvü olan Qordon “Sakit okean Münasibətləri İnstitutunu” “Kanada Beynəlxalq İşlər İnstitutu” vasitəsilə dəstəkləyirdi. Keçmiş maliyyə naziri olan Qordon Komitet 300-ün seçdiyi mühasibatçıları və vəkilləri ölkənin əsas üç bankına -“Bank of Nova Scotia”, “Canadian Imperial Bank” və “Toronto Dominion Bank”- işə qəbul etdirə bilmişdi.
Çirkli narkopulların yuyulması üzrə, birbaşa Çinə giriş kanalı olan, əməliyyatlar arasında həcminə görə ikinci yeri tutan əməliyyatı Komitet 300-ün Qordona tabe olan cəsuslar şəbəkəsi bu üç “taxt-tac bankı” vasitəsilə koordinasiya edirdi. Qordon ölən gününə qədər Ceyms Endikotta, Çester və Pol Linnə nəzarət edib. Mİ-6 bu adamları Kanadada “Çin üzrə ən yaxşı mütəxəssis” kimi müəyyən etmişdi. Onların hər üçü Çjou En Layla sıx işləyirdilər. Necə olmuşdusa, Çjou En Lay Kamal Əbdul Nəsirə demişdi ki, o Böyük Britaniya və ABŞ-ın başına, onların Çinlə etdiyini gətirərdi, yəni onları heroin narkomanı millətinə çevirərdi. Vyetnamda amerikalı əsgərlərdən başlayan Çjou En Lay öz vədini demək olar yerinə yetirdi.
Kanadanın heroin-narkotika halqasında başqa bir fəal əməkdaş Con V.Gilmer və Con Robert Nikolson idi. Onların hər ikisi “Müqəddəs İonn İerusalimski Ordeninin” üzvüdür. Lord Hartli Şoukross -“Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” Direktorlar Şurasının üzvü və Susseks Universitetinin (yaxşı ad çıxarmayan “Tavistok İnsan Münasibətləri İnstitutu” burada yerləşir) fəxri rektoru olub və Kanada ilə sıx bağlı idi. Ehtimal edirlər ki, o bilavasitə Kraliça II Yelizavetaya tabe olurdu.
“Rank Organization” korporasiyasının ABŞ-da keçirdiyi əməliyyatlara gəlincə, bunlardan ən müvəffəqiyyətlisini “Metropolitan Life Insurance Company” və “New York Life Insurance Company” sığorta şirkətlərinin mülkiyyətçisi olan “Corning Group” kompaniyasının fəaliyyətini hesab etmək olar. Komitet 300-ün üzvləri olan Amori Houton və onun qardaşı Ceyms Houton, adları çəkilən sığorta şirkətləri, eləcə də “Corning Glass”, “Dow Corning” və “Corning International” vasitəsilə artıq çox uzun müddətdir ki Böyük Britaniya taxt-tacına xidmət edirlər. Onların hər ikisi “İBM” və “Citiqrupun” Direktorlar Şurasının üzvüdür. Ceyms Houton “Priston Ən Yeni Tədqiqatlar İnstitutunun”, eləcə də “Kral Beynəlxalq İşlər İnstitutu” və “Beynəlxalq Münasibətlər üzrə Şuranın” dayağı hesab eilən “C.Pyerpont Morqan Kitabxanasının” Direktorlar Şurasının üzvü, həmçinin də CBS telekompaniyasının direktorlarından biridir.
Merilend ştatında “Uayi Plantasiyası” kimi tanınan yüzlərlə akr sahəni Böyük Britaniya taxt-tacının “Aspen Humanitar Tədqiqatlar İnstitutuna” məhz Houton qardaşlarından biri hədiyyə etmişdi. “Corning Glass” kompaniyasının İdarə Heyətində həmçinin də Bostonun Anqlikan (yepiskopal) Kilsəsinin yepiskopu da əyləşmişdir. Bütün sadaladıqlarımız bu qrupa, sığorta şirkətlərinin icraçı məmurlarına xas olan təkəbbürlü görkəm verir. Aşağıda biz görəcəyik ki Ceyms Houtonla yanaşı, Keyt Fanston və Con Harper də -onların hər ikisi “Corning Glass” kompaniyasının İdarə Heyətində təmsil olunub- “Metropolitan Life Insurance Company” sığorta şirkətini idarə edənlərin arasındadırlar.
Komitet 300-ün təkcə bu strukturunun bir-birinə sıx nüfuz etməsi və bir-biri ilə sıx qarşılıqlı əməkdaşlığı sui-qəsdçilər ierarxiyasının sərəncamında olan və hamının, o cümlədən də Birləşmiş Ştatlar prezidentinin qarşısında diz çökdüyü hakimiyyətin nəhəngliyi barədə təsəvvür yaradır. Yüzlərlə kompaniyadan biri olan bu Amerika şirkətinin -Birləşmiş Ştatların biznes və siyasətinin bütün aspektlərinə daxil olmağa can atan kompaniyaların funksionerləri və rəhbərlərnin bütöv şəbəkəsi haqqında hələ heç danışmırıq- Böyük Britaniya kəşfiyyatı ilə qarşılıqlı sıx əlaqə şəraitində Kanadada, Uzaq Şərqdə və Cənubi Afrikada işləri necə həyata keçirdiyini qeyd etmək vacibdir.
“Metropolitan Life Insurance Company” kompaniyası Komitet 300-ün nəhəngi -“Assicurazioni Generale” ilə müqayisə oluna bilməz. Lakin, bununla belə bu kompaniya, Houtonun hakimiyyətinin ABŞ və Kanadanın bütün işgüzar spektrinə nə dərəcədə bərqərar olduğunu parlaq surətdə nümayiş etdirir. Houtonun təsir dairəsi “R. H. Masy” (sıravi işçiləri kompaniyanın kommunizm təəssübkeşi olduğunu göstərən qırmızı bant artıq gəzdirmirlər), “the Royal Bank of Canada”, “National and Westminster Bank”, “Intertel” (kinli və alçaq özəl kəşfiyyat agentliyi), “Canadian Pacific”, “The Reader's Digest” (sovet jurnalı), “RCA”, “AT&T”, “the Harvard Business School”, “W.R.Grace Shipping Company”, “Ralston Purina Company”, “U.S.Steel”, “Irving Trust”, “Consolidated Edison of New York and ABC” və davam edərək, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankına qədər sirayət edir.
“Rank Organization”nun ABŞ-da uğurlu kompaniyalarından biri də “Reliance Insurance Group” sığorta şirkətidir. “Strateji Bombardmanların Planlaşdirilması İdarəsi”nin tərkib hissəsi olaraq, “Reliance Insurance Group” “Tavistok İnsan Münasibətləri İnstitutunun” ABŞ-da tətbiq etdiyi beyinlərin yuyulması, ictimai rəyin formalaşdırılması, müşahidə, seçkilərin təşkili və sistemli təhlili üçün ilkin struktur bazanı təşkil edir. Mənzil-qərargahı Filadelfiya ştatında olan “Reliance Insurance Company” “Strateji Bombardmanların Planlaşdirilması İdarəsinə” Birləşmiş Ştatlarda xəyanətkar fəaliyyəti başlamağa imkan verən korporativ struktur yaratdı. Artıq 45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı isə Birləşmiş Ştatlar xalqının heç ağlına da gəlmir. ABŞ-a qarşı aparılan bu müharibənin həlledici simalarından biri Komitet 300-ün “Wilkie, Farr and Gallagher” hüquq firmasından olan David Byalkin idi. Byalkin uzun illər ərzində “Antidiffamasion Liqa”-ya rəhbərlik edib. “Antidiffamasion Liqa” Böyük Britaniya kəşfiyyatının strukturudur. Onu ABŞ-da Mİ-6 təsis edib və burada “Antidiffamasion Liqaya” “Tavistokdan” olan Saul Steynberq və Erik Trist rəhbərlik edib. Saul Steynberq- London ailəsi olan Cekob Rotşildin nümayəndəsi və işgüzar tərəfdaşıdır.
XL yazı: Bu, indiyə qədər Səddam Hüseyn barədə heç nə eşitməyən və İraqın harada yerləşdiyini belə bilməyən amerikalıları gözünü qan tutmuş və İraqın bir millət kimi məhv edilməsini tələb edən adamlara çevirmiş elə həmin o nəhəng aparatdır
“Reliance Corporation” - Eli Blek Nyu-Yorkdakı göydələnin 44-cü mərtəbəsindən “yıxılandan” sonra onun yerini tutan Karl Lindnerin doğma evi olmuşdu. “Reliance Corporation” Maks Fisberin rəhbərlik etdiyi Boston və Nyu Orleanda yerləşən çox güclü “United Fruit Company” kompaniyası ilə qarşılıqlı fəaliyyətdədir. Maks Fisberin özünü isə, sözün əsl mənasında çirkabdan yumaq lazım gəlmişdi, çünki o Detroytun cinayətkar dünyasının görkəmli fiquru idi. “United Fruit Company” artıq uzun müddətdir ki, ABŞ-a heroin və kokain gətirilməsi üçün kanal rolunu oynayır və bu, Kanadadan narkotiklərin ABŞ-a gətirilməsinə başçılıq edən “Rapid American Corporation” kompaniyasından olan Misbulam Riklisin təcrübəli rəhbərliyi altında həyata keçirilir. Xatırlatmaq lazımdır ki, bütün bunlar yalnız bircə, nisbətən xırda kompaniya və təşkilatlarla sıx bağlı olan kompaniyanın bayrağı altında baş verir ki, hamısı birlikdə Komitet 300-ün nəzarəti altında olan dəqiq toxunmuş vahid şəbəkəni təşkil edir.
“Reliance Group” baş kompaniyanın şöbəsidir və onun əsas vəzifəsi, birbaşa “Tavistok İnsan Münasibətləri İnstitutu” ilə bağlı olan “ictimai rəyin manipulyatorları” vasitəsilə Amerika xalqının beynini yumaqdan ibarətdir. “Leasco” assosiasiyalaşmış daha bir kompaniyadır və o “AT&T” (American Telephone & Telegraph), “Disclosure Incorporated”, “Western Union International”, “Imbucon Ltd.” və “Yankelovich, Skelly and White” kompaniyaları ilə sıx əməkdaşlıq edir.
Daniel Yankeloviç - ictimai rəyin yaradılması və seçkilərin keçirilməsi üzrə korporativ strukturun, Edvard Bernaysdən iqtbas gətirsək, “sosial, iqtisadi və siyasi həyatın problemləri üzrə rəy yaradan” nəhəng aparatın imperatorudur. Bu, indiyə qədər Səddam Hüseyn barədə heç nə eşitməyən və İraqın haradasa Yaxın Şərqdə yerləşdiyi barədə dumanlı təsəvvürləri olan amerikalıların əksəriyyətini gözünü qan tutmuş və İraqın bir millət kimi məhv edilməsini tələb edən adamlara çevirmiş elə həmin o nəhəng aparatdır.
Yankeloviç İkinci Dünya Müharibəsi dövründə topladığı biliklərin hamısını tam həcmdə istifadə etdi. Öz sahəsində Yankeloviçin tayı-bərabəri yoxdur və buna görədir ki onlar ABC kompaniyasının keçirdiyi rəy sorğularının nəticələrində həmişə “ictimai rəyin” avanqardında gedirlər. Birləşmiş Ştatların əhalisi də, alman yaşayış kvartalları kimi, hədəfə çevrilmişdir, yalnız hücuma məruz qalan sağlam düşüncə və reallıq hissidir. Bu metodika, əlbəttə müəyyən kəşfiyyat təşkilatlarının, o cümlədən də Mərkəzi Kəşfiyyat İdarəsinin standart hazırlıq proqramının bir hissəsini təşkil edir.
Yankeloviçin vəzifəsi Amerikanın milli dəyərlərini dağıtmaq və onları “Yeni eranın” - “Dolça Erasının” dəyərləri ilə əvəz etmək idi. Yankeloviç Komitet 300-ün ən əsas ictimai rəy yaradıcısı olduğu üçün o şübhəsiz, öz işini parlaq surətdə yerinə yetirir.
Con Neysbitin “Tendensiyalar haqqında Məruzə” işindən verəcəyimiz sitat, bu fəaliyyətdə hansı metodlardan istifadə olunduğu və hansı nəticələr gözləndiyini aydın göstərir. Neysbit prezident Lindon Consonun, “Eastman Kodak”, “IBM”, “Amercian Express”, “Siyasi Tədqiqatlar Mərkəzi”, “Chase Manhattan bank”, “General Motors”, “Louis Harris Polls” kompaniyalarının, Ağ Evin, “Həyatın Sığortalanması İnstitutu”-nun, “Amerika Qırmızı Xaçı”-nın, “Mobil Oil”, “British Petroleum” və Komitet 300-ün bir çox digər kompaniya və təşkilatlatrının müşaviri idi. Onun Mİ-6-nın “Tavistok İnsan Münasibətləri İnstitutu”-nun prosedurlarından götürülən metodologiyası unikal deyildi: “Mən bizim metodologiyanı qısaca təsvir edim. Müştərilərimiz üçün “Tendensiyalar haqqında Məruzə” işlənib-hazırlanarkən biz əsas etibarilə lokal hadisə və davranışların monitorinqi sisteminə əsaslanırdıq. Bu cəmiyyətin nə dərəcədə “baş-ayaq” qurulduğu bizi bərk heyrətləndirdi, ona görə də biz Vaşinqtonda və ya Nyu-Yorkda baş verənləri yox, yerlərdə baş verənləri izləyirdik. Hadisələr Los-Ancelesdə, Tampda, Hartfordda, Viçitada, Portlenddə, San-Diyeqoda və Denverdə başlanır. “Baş-ayaq” çevrilmiş cəmiyyət nöqteyi-nəzərindən bu, çox vacibdir.
Həmin tendensiyaların müəyyən edilməsində istifadə olunan izləmə konsepsiyası öz başlanğıcını İkinci Dünya Müharibəsi dövründən götürür. O vaxt kəşfiyyatlardakı ekspertlər düşmən ölkələr haqqında elə informasiyanın əldə edilməsi metodunu tapmaq istəyirdilər ki, adətən bu cür informasiyanı ictimai rəy sorğularında alırlar. Paul Lazarfeldin və Harold Lasvellin rəhbərliyi altında bu cəmiyyətlərdə baş verənlərin monitorinqi metodu işlənib-hazırlandı ki bura həm də gündəlik mətbuatın məzmununun təhlili də daxil idi.
“İctimai şüurin vəziyyətinin monitorinqi üzrə bu metod kəşfiyyat xidmətlərinin ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına ölkə hər il milyonlarla dollar xərcləyir. Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, qəzetlərdəki “xəbərlər bloku”- bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə qəzetlərdə xəbərlər bloku daimi dəyişməz ölçülərə malik olur. Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim prinsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemləri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.
Aşkar olan budur ki, bütövlükdə cəmiyyətlər insan fərdləri kimidir. Mən dəqiq sayını bilmirəm, lakin insan eyni vaxtda şüurunda yalnız müəyyən sayda problem və qayğı saxlaya bilər. Əgər yeni problem və qayğılar əlavə olunursa, onda bu vaxt köhnələr sadəcə olaraq sıxışdırılıb şüurdan çıxarılır. Biz amerikalılar üçün indiki anda nəyin aktual olduğunu və onların nədən imtina etdiklərini izləyirik.
Birləşmiş Ştatlar industrial cəmiyyətdən sürətlə informasiya cəmiyyətinə keçir və bunun nəticələri 19-cu əsrdə kənd təsərrüfatı cəmiyyətindən sənaye cəmiyyətinə keçidlə müqayisədə daha dərin olacaqdır. 1979-cu ildən başlayaraq ABŞ-da əsas peşə fəhlə və ya fermeri əvəz edən klerk işi oldu. Bu sonuncu təsbit özündə Birləşmiş Ştatların qısa tarixini ehtiva edir”.
Təsadüfi deyildir ki Neysbit “Roma Klubu”-nun üzvü və Komitet 300-ün “ən yüksək funksionerlərindən” biridir. Həmçinin də o “Yankelovich, Skelly and White” kompaniyasının baş vitse-prezidentləri siyahısına daxildir. Neysbitin məşğul olduğu iş tendensiyaların qabaqcadan göstərilməsi yox, onların YARADILMASIDIR. Birləşmiş Ştatların maşınqayırma sahəsindən başlayaraq ölkənin industrial bazasının necə dağıdıldığını biz artıq görmüşük. 1982-ci ildə Con Kelman “Polad industriyasının ölümü” adlı iş yazmışdı və orada bilirmişdi ki, 1990-cı illərin ortalarında ABŞ-da polad istehsalı geriyə artıq yol olmayan nöqtəyə qədər aşağı düşəcək, avtomobil və evtikmə industriyası da onun yolu ilə gedəcəklər. Bütün bunlar artıq baş vermişdir və bu gün şahidi olduğumuz heç də qeyri-kompetent iqtisadi siyasətin meydana çıxardığı müvəqqəti iqtisadi zəifləmə deyildir. Amerika industrial bazasının şüurlu surətdə dağıdılması və ölkənin onurğa sütununu təşkil edən Amerikanın unikal orta sinfinin məhv edilməsidir ki, sonuncunun varlığı industrial inkişaf və sabit məşğulluqdan asılıdır. Bu, ciddi surətdə 1991-ci ilin yanvarında başlanan iqtisadi tənəzzülün depressiyaya çevrilməsinin səbəblərindən biridir ki, bunun nəticəsində biz altmışıncı və yetmişinci illərdə dünyanın tanıdığı Birləşmiş Ştatları, ola bilsin, artıq heç vaxt görməyəcəyik. İqtisadiyyat hər-halda Birləşmiş Ştatlar tamamilə fərqli bir cəmiyyətə çevrilənə qədər depressiyadan çıxmayacaqdır.
İctimai rəyi yaradanlar Birləşmiş Ştatlara qarşı aparılan bu müharibədə heç də az rol oynamırlar; amerikanlar uzağagedən bu dəyişikliklərin həyata keçirilməsində Komitet 300-ün rolunu, eləcə də ictimai rəyin həmişə yalnız gözəgörünməz hökümətin siyasətini ifadə etməsi üçün sosial mühəndislərin sistemli analizi necə istifadə etdiklərini tədqiq etməlidirlər. Bütün bunlar necə və harada başlanmışdır?
Birinci Dünya Müharibəsinə aid olan sənədlərdən belə çıxır ki, Komitet 300 “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”-na hərbi informasiya ilə manipulyasiya etmək barədə tapşırıq vermişdi. Bu məsələ Lord Nortklifə, Lord Rotmerə və Mİ-6-nın “Beynəlxalq İşlər üzrə Kral İnstitutunda” agenti olan Arnold Toynbiyə tapşırılmışdı. Lord Rotmerin ailəsi hökümətin müxtəlif niyyətlərinə dəstək verilməsi üçün istifadə olunan bir qəzetin sahibi idi və hesab edilirdi ki, bu qəzet ictimai rəyi, xüsusilə də müharibə əleyhdarlarının artmaqda olan sıralarında mövcud olan rəyi dəyişdirə biləcəkdir.
Layihə Vellinqton Hausda -bura Hersoq Uellskinin şərəfinə belə adlandırılmışdır- yerləşirdi. Rotmer və Nortklifə köməyə amerikalı mütəxəssislər, o cümlədən də Edvard Berneys və Uolter Lipmman verildi. Bu qrup müharibəyə kütləvi ictimai dəstəyin, xüsusilə də oğulları kütləvi şəkildə Flandriyada qırılmalı olan fəhlə sinfi arasında dəstəyin səfərbər edilməsi metodlarını işləyib-hazırlamaq üçün “beyin həmlələri” keçirirdi. Lord Rotmerin qəzetini istifadə edərək ictimai şüurun manipulyasiyası üçün yeni metodlar sınaqdan çıxarılmışdı və təqribən 6 aydan sonra aydın oldu ki, bu metodlar kifayət qədər effektivdir. Tədqiqatçılar aydınlaşdırdılar ki, problem haqqında sadəcə rəy söyləməkdən fərqli olaraq, problemlə bağlı mülahizələri qəbul və problemi dərk etmək üçün qabiliyyətə əhalinin yalnız kiçik bir hissəsi malikdir. Lord Rotmerin sözlərinə görə, Böyük Britaniya əhalisinin 87 %-nin müharibəyə münasibəti məhz belə idi və bu prinsip yalnız müharibəyə münasibətdə deyil, ümumiyyətlə cəmiyyətdə mövcud ola bilən istənilən problemə münasibətdə də özünü tamamilə doğruldur.
Beləliklə, irrasionallıq ictimai şüurun ən yüksək səviyyəsinə qaldırılmış oldu. Manipulyatorlar bunun üzərində oynamağa başladılar və bunda məqsəd istənilən vəziyyətdə insanın hərəkətlərini müəyyən edən reallıq hissini zəiflətmək və onu başqa istiqamətə yönəltməkdən ibarət idi. Müasir industrial cəmiyyətin problemləri nə qədər mürəkkəbləşirdisə, insanların şüurunu yayındırmaq və başqa istiqamətə yönəltmək getdikcə daha asan olurdu. Bunun nəticəsində biz elə bir vəziyyətə düşdük ki, fəndgir manipulyatorların insan kütlələrində yaratdıqları tamamilə motivsiz rəylər obyektiv elmi faktlar kimi qəbul olunmağa başladı.