Страницы

26.07.2020

Avropalı blogger Qabil Məmmədov: “Bizə qalmayan Azərbaycan kiməsə qalmamalıdı. Bizə qalmayan vətən kiməsə qalmamalıdı. Daş üstündə daş, baş üstündə baş qalmamalıdı. Ya biz hakimiyyətə gəlməliyik, ya da Azərbaycan tamam yanmalıdı, dağılmalıdı”.

25.07.2020

ƏLİ HƏSƏNOVUN VƏZİFƏDƏ OLAN QOHUMLARI – Onları indiyə qədər “toxunulmaz” edən nədir?

Ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, ölkə başçısının keçmiş köməkçisi Əli Həsənov ötən il noyabr ayının 29-da vəzifədən uzaqlaşdırılsa da, onun adı hələ də mətbuatdan düşmür. Əlbəttə, vəzifədə olduğu müddətdə barəsində deyilənlərdən və yazılanlardan fərqli olaraq haqqında müsbət fikirlər səslənsə, adı yaxşı işlərdə hallansa bəlkə də normal qarşılamaq olardı. Düşünmək olardı ki, adam keçmiş səhvlərindən nəticə çıxararaq haqq yoluna qayıdıb. Amma təəssüf ki, onun barəsində yayılan son informasiyalar Əli Həsənovun öz prinsiplərinə sadiq qaldığını və yenə də sıralarından yer aldığı “5-ci kolon”un “əsgəri” olaraq dövlət və millətə qarşı işlədiyini ortaya qoyur. Halbuki o vəzifədən çıxarıldığı gün mətbuata açıqlamsında bundan sonra sadəcə yaradıcılqla məşğul olacağını bildirmişdi: “Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var… Bundan sonra həyatımı dəyişmək keçmişdə gördüyüm bütün işlərin əleyhinə çıxış etmək deməkdir. Mən nə həyatımı, nə mövqeyimi, nə də fəaliyyətimi dəyişəcəm. Sadəcə, bundan sonra prezident köməkçisi, şöbə müdiri kimi deyil, prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm”.
Digər tərəfdən, o, 3 ildir xəstə olduğunu bildirərək guya özünün xahişi ilə vəzifədən azad olunduğunun və bundan sonra səhhətinə diqqət ayıracağının mesajını da vermişdi: “Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infarkt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır. Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, – onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, – məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”.
Amma təəssüflə qeyd etməliyik ki, son aylar ərzində Əli Həsənovun nə yaradıcılıqla, nə də sağlıq durumunun bərpası ilə məşğul olduğu haqda heç bir informasiya yoxdur. Bunun əksinə, onun “5-ci kolon”un ən parlaq simaları ilə bir yerdə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qarşı fəaliyyət göstərdiyi iddia olunur. Belə ki Ə.Həsənovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq daxili işlər naziri Ramil Usubov və sabiq baş prokuror Eldar Həsənovun hakimiyyətə qarşı qurduğu təhlükəli planın içərisində yer aldığı və bu planın icraçılarından biri olduğu haqda informasiyalar var. Hansı ki, bu haqda “Hürriyyət”də dərc olunan silsilə məqalələrdə də məlumat vermilib.
Bütün bunlar bir daha onu göstərir ki, Ə.Həsənovun vəzifədən çıxarıldığı gün səsləndirdiyi “Prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm”, – açıqlaması boğazdan yuxarı deyilmiş sözdən başqa bir şey deyil...
Vəzifədən çıxarılan şəxslərin geniş çevrəsinin olduğu, qohum-əqrəbasının hələ də yüksək postlarda çalışdığı faktdır. Məsələn, Ə.Həsənov aylar öncə vəzifədən azad edilsə və bundan sonra onun bütün qaranlıq əməlləri, çoxsaylı yeyinti faktları üzə çıxarılsa da, keçmiş köməkçiyə yaxın şəxslərin böyük əksəriyyəti hələ də vəzifələrdə qalırlar. Tutaq ki, onun qardaşı hələ də Sabunçu Rayon İcra Hakimiyyətində təsərrüfat müdiri vəzifəsində çalışır. Hansı ki, Sabunçu icra başçısının “qara kassası” kimi təqdim olunan İsa Həsənovun adı zaman-zaman mətbuatda çoxsaylı qanunsuz əməllərdə hallanıb. Bir faktı təqdim edək. Mətbuat yazır ki, İ.Həsənov rüşvət vermədiyi üçün Qarabağ əlilinin ev tikmək istəyinin qarşısını alıb, qoçu dəstəsini tökərək fəhlələri döydürüb, gətirilən betonu yararsız hala salıb: “İş o yerə çatıb ki, 1-ci dərəcəli Qarabağ əlili PA-nın qarşısında intihara cəhd edib. Ancaq prezidentin keçmiş köməkçisinin göstərişi ilə əlilin xəstəxanaya yerləşdirilməsinə belə qadağa qoyulub! (?). Yalnız DİN işə qarışandan sonra müharibə əlili 2 gün gec olsa da DİN qospitalında həyata qaytarılıb. Hələ də prokurorluq bu vandalizm aktına hüquqi qiymət verilməsini təmin etməyib”.
AFN saytı isə yazır ki, Polis Akademiyasının keçmiş rəisi, general Ramiz Nağıyev prezidentin sabiq köməkçisi vəzifədən azad olunduqdan bir müddət sonra onun “iş başında” olan qohumları haqda açıqlama yayıb: “…Baldızı təhsil nazirinin müavini olaraq təhsil sistemini çökdürmək missiyasını davam etdirir. Şəriki Ağamalı Qafarov Səbail rayon Məhkəməsinin sədri olsa da, susub ki, məsələlər yatışsın. Kürəkəni Xəzər rayon Polis İdarəsinin başındadır, qaynı isə Salyan rayon Polis Şöbəsinə rəhbərlik etməklə respublikada gündəmi zəbt eləmiş gənc qızın polis zabiti tərəfindən zorlanması mühitini yaratmış şəxsdir. Yəqin ki, aidiyyəti qurumların rəhbərləri yuxarıdan göstəriş gözləyirlər ki, hərəkətə keçsinlər”.
Yeri gəlmişkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin beşinci çağırış deputatı Səttar Mehbalıyevin də Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovla quda olduğu kimsəyə sirr deyil. Belə ki, Əli Həsənovun qızının əri Səttar Mehbalıyevin ogludur, kürəkəni polis polkovniki İsfəndiyar Mehbalıyev hazırda Xəzər Rayon Polis İdarəsinin rəisidir.
Bütün bunlarla yanaşı, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin də Əli Həsənovla yaxın qohum olduğu bildirilir. Təsadüfi deyil ki, indiyə qədər mətbuatda N.Mustafayev barəsində çoxsaylı şikayətlər dərc olunsa da, Ə.Həsənovun prezident köməkçisi işlədiyi dönəmdə, kimsə ona “gözünün üstündə qaşın var” deyə bilməyib. Nəticədə isə yenə də vətəndaşlar zərər çəkib.
Əlbəttə, bizim məqsədimiz heç də Əli Həsənovun vəzifədə olan qohumlarının siyahısını dərc etmək deyil. Sadəcə onu qeyd etmək istəyirik ki, bu adamın dövlətə qarşı fəaliyyəti göz önündə olduğu halda, vaxtilə onun yüksək vəzifələrə təyin etdirdiyi və illərlə himayə etdiyi şəxslər heç də milli maraqlara xidmət edə bilməz. Odur ki, ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…

KƏNAN      hurriyyet.org

Pandemiya yox, Qlobal Genosid

Rəşad Ramazanlı

Şər qüvvələrin qlobal "koronavirus" oyununu təbii faktorlardan qaynaqlanan bir pandemiya kimi sırıma və inandırma siyasəti yeni mərhələyə keçir. Artıq "koronavirusun" ikinci dalğasını hazırlayırlar. Bu nanomanqurtlaşdırma psixopolitikası təxmin edirəm ki, 10 ilə yaxın sürəcək (bu müddətin sonunda guya vaksini bulacaqlar!) və 19 mərhələdən ibarət olacaq. Əlbəttə arada fasilələr verəcəklər.
İnsanlarda qorxu yaratmaq üçün bütün nanodronları, ictimai-siyasi sektorun hər sahəsindəki bütün kölələrini hərəkətə keçiriblər. Əlbəttə, bu iki ayaqlı viruslar keçən əsrin ikinci yarısından etibarən bu günkü "pandemiya" oynuna mükəmməl hazırlaşıblar. Siyasi terrorçular, ekonomik, xüsusilə qida terrorçuları, həmçinin psixi-mənəvi terrorçular və media terorçuları bəşəriyyəti zombi sistemə çevirmək üçün birləşiblər. Bu saxta pandemiya oyununu gerçək təbii həqiqət kimi göstərmək üçün hər şeyə əl atırlar. Bunun üçün gərəkərsə nəinki Şərqi, hətta inandırıcı görsənsin deyə öz yaxınlarını da genosid etməyə hazırdırlar! On minlərlə aktivist (jurnalist, blogger, yazar, alim və s.) çip, masqa və xüsusən koronavirus trolluğu etməklə insanların aldadılaraq qandırılması və manqurtlaşdırılması geopolitikasında birbaşa və dolayı iştirak edirlər.
Bu "pandemiya"nın orjinal koronavirusla yalnız terminoloji oxşarlığından başqa heç bir şeyi oxşar deyil. And olsun heç vaxt aldanmayan və aldatmayan uca YARADANA ki, "karonavirus" propaqandasına təbii pandemiya demək anamız TƏBİƏTƏ, həmçinin XALİQİN özünə iftira atmaqdan başqa bir şey deyil!
Təbiətdə spontan olaraq həm bakteriya, həm də virus funksiyasının daşıyıcısı olan belə bir mutasion "koronavirus" mövcud deyil. Orjinal və ya təbii koronaviris deyilən canlı mikroorqanizm üçün zaman, məkan və xüsusilə temperatur limiti var. Temperatur balansı pozulan ərazilərdə, xüsusilə çox soyuq və çox isti olan yerlərdə bu tip viruslar passivləşir, ən azı minimal fəaliyyətdə olurlar. Lakin mutasiya edilərək formalaşdırılan "koronavirus" isə belə deyil!
Bu supervirus üçün temperatur, məkan və zaman faktoru ciddi rol oynamır. Harda canlı maddə yaşaya bilirsə nanohibrid supervirus da orda yaşayır və təsir edib məhv edə bilir.
Nanolabaratoriyada hazırladıqları bir-neçə virus, mikrob və bakteriyaların sintezindən formalaşdırılmış nanohibrid "koronavirusun" təbii pandemiya olmasına bəşəriyyəti inandırmağa çalışırlar ki, yaxın və ya uzaq gələcəkdəki cinayət ittihamlarından qurtulsunlar!
Əfsuslar olsun ki, illimunati-mason-sionist triadasına çoxu dolayı, bir qismi də birbaşa qulluq edənlər xalqımıza, insanımıza qorxu təlqin və təbliğ etməklə nə dərəcədə və nə formada böyük bir zərbə vurduqlarının fərqində deyillər!
Birbaşa qulluq edənlər (əfsus ki, müxalifət liderlərinin də çoxu belədir) zatən də, felən də köpəklik etdikləri üçün onlara hər hansı bir nəsihətin faydası olmaz. Çünki onların vəziyyəti "qaloş pirinin" ilahiliyinə inananların vəziyyətindən daha betərdir. Çünki "qaloş piri"nə sıravi cahil insanlar iman gətirir, amma "koronapandemiya" PİRİNƏ isə özlərini alim, həkim, aktivist, jurnalist, şeyxulislam, partiya sədri, hüquq müdafiəçisi, blogger, vəkil, general, nazir, prezident və başqa cür ictimai avtoritet kimi bəşəriyyətə və ya xalqımıza sırıyan "akademik" cahillər nəinki iman gətirir, hətta onlar kimi iman gətirməyənləri, düşünməyənləri nə yolla olur olsun ya özləri kimi olmağa, ya da təfsiyyə olunmağa məcbur və məhkum edirlər.
Sabah hamımızı labaratoriya siçanı kimi çip taxıb ÇİPPİLDƏDƏNDƏ bu temada yazdıqlarımı, dediklərimi bir daha oxuyub, özünüzə və ətrafınıza quru da olsa təsəlli verməyə çalışarsınız. 
Hələ ki bizi maska taxmağa məcbur etdirməklə məşq etdirirlər.
Yaxın gələcəkdə maskalar çiplə əvəzlənəcək!

Eşşək özünüzsüz!

"ANT Azərbaycan" adlı sionist telekanalına məxsus olan Feysbuk səhifəsinin milləti neçə lox yerinə qoyduğunun şahidi olun
Şəkilləri, guya İranda Qarabağa dair yürüşlər və bu yürüşlərin qarşısının İran dövləti tərəfindən alındığını iddia edir. 508 nəfər paylaşır, amma bircə nəfəri belə eşşək yerinə qoyulduğunu hiss etmir.
1-ci şəkildə guya Tehranda ermənilərin Türkiyə əleyhinə etiraz aksiyası kimi təqdim edilir. Hazırda İranda orta hesabla hər gün 2500 nəfər koronaya yoluxur və hər gün 150-200 nəfər koronadan dünyasını dəyişir. Bu səbəbdən hazırda İranda küçələrdə hər iki nəfərdən biri maska ilə gəzir. Tehranda isə virus tüğyan etdiyindən əhalinin 70%-i küçəyə maska ilə çıxır. Amma bu şərəfsiz sionist itlərinin təqdim etdiyi şəkildə bircə nəfər də olsun maksa taxmayıb.
Deməli şəkil köhnə şəkildir və xalqa guya İranda Qarabağ uğrunda yürüş kimi təqdim edilir! Bir sözlə - eşşək özünüzsüz!
2-ci şəkil isə, guya Təbrizdə Qarabağ yürüşünün İran polisi tərəfindən boğulması kimi təqdim edilib.
Halbuki hazırda İranda (loxlar üçün əlavə olaraq qeyd edək ki, həmçinin də Təbrizdə) yayın cırhacırıdır və bütün ağaclar yarpaqlıdır. Amma şəkil dekabr ayında çəkilib və orda payızın sonlarıdır: ağacların bir hissəsinin yarpaqları saralıb, bir hissəsininki isə tökülüb!
Deməli şəkil köhnə şəkildir və xalqa guya İranda Qarabağa uğrunda yürüş kimi təqdim edilir!
Bir sözlə - eşşək özünüzsüz!!!

Baba Pünhan

Почему русские называют поляков — ляхами?

Справедливости ради, нужно сказать, что не только русские называют поляков ляхами. И другие родственные славянские народы тоже. Весь вопрос в том, почему именно ляхами и почему это название не официальное, а носит характер прозвища?
Для того, чтобы ответить на вопрос, вынесенный в заголовке статьи, нужно обратиться к истории. Когда вообще впервые русские начали употреблять это слово? Выясняется, что одно из таких первых документальных упоминаний мы находим в «Повести временных лет» летописца Нестора. Древнерусским по-белому он так и пишет, цитируем:
«Словѣне же ѡви пришедше и сѣдоша на пислѣ и прозвашасѧ лѧховѣ а ѿ тѣхъ лѧховъ прозвашасѧ полѧне лѧховѣ друзии лютицѣ инии мазовшане а нии поморѧне».
Что можно перевести на современный русский язык примерно так: часть славян отделилась от остальных, пришла на реку Вислу, осела в этом районе и со временем стала назваться ляхами. А чуть позже у ляхов выделились несколько крупных племён: поляне, лютичи, мазовшане, поморяне.
Причём, Нестор уточняет, что поляне — это именно ляшские поляне, а не те восточные, от которых произошли русичи! Это важный момент. Именно это ляшское племя полян в конце концов дало современное название народу — полякам.
Лютичей в настоящее время не существует. Мазовшане (мазуры) живы, но являются субэтнической группой в составе поляков. Что касается поморян, живших на побережье Балтийского моря, то их прямыми потомками являются кашубы — тоже этническая группа поляков (впрочем, есть мнение, что они являются самостоятельным народом).
***
Но что означает слово «лях»?
Обычно по этому поводу вспоминают знаменитую Далимилову хронику, написанную на чешском языке в 14 веке. Она рассказывает легенду про трёх братьев: Леха, Чеха и Руса. Якобы они являются родоначальниками поляков, чехов и русских. История эта довольно типична для тех времён, когда нужно было создавать историю своего народа.
Но тут нужно сделать ремарку: никакой историчности в этой легенде нет. А вот легендарности и выдумок много. Подобных историй по всей Европе и Азии полно. Только имена разные. Когда читаешь эту историю, то возникает логичный вопрос: а кто ж является предков словаков, например? Допустим, это тоже Чех. Был бы я словаков, мне бы было обидно.
А сербов? А хорватов? А лужичан? И так далее.
***
Мне больше нравится лингвистическая теория. Дело в том, что в большинстве славянских языков есть слово «леха'» или «ляха'» - варианты произношения, в зависимости от конкретного языка. Оно означает некую полосу, гряду, на которой что-то посеяно. Обычно поле делилось на эти лехи, чтобы было удобнее обрабатывать его. Между лехами были тропинки или канавы с водой. Да стоит заехать в любую деревню на Урале и в Сибири, там это слово ещё используют бабульки. То есть как диалектное оно употребляется и сейчас в русском языке (среднерусский и севернорусский наречия).
В настоящее время есть такой термин - «лехиты». Его употребляют по отношению к родственным полякам народам. То есть не только к самим полякам, но также к кашубам, словинцам, полабам и т. д.
Слово «лях» также сохранилась в некоторых славянских фамилиях: Лях. Ляхов, Ляхович (в том числе, есть варианты с буквой «е» вместо «я»). Кроме того, в России, Беларуси, на Украине есть сёла и деревни с названием Ляхи. Особенно много их в Беларуси, что логично, ведь её территория была долгое время частью Речи Посполитой и княжества Литовского. /zen.yandex.ru/

Əli Rzazadə. 90 yaşlı babamın nənəmə yazdığı şeir

Gənclərə örnək ola biləcəyini düşünürəm.

Qayıt gəl

Yoxluğundan qəmi qüssəm çoxalıb,
Təklik odu məkanıma köz salıb,
Gedən gündən bu sevgilin tək qalıb,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Ömür sürrəm bu dünyada bir təhər,
Gecə-gündüz məni boğur qəm-qəhər,
Dözəmməzdik ayrılığa bu qədər,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Bəxtim budur, tənha qalım dolanım,
Dərd qəmimi yoxdur bircə ananım,
Bu miskinə yoxdur sənsiz yananım,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Getdin, gülüm, sənsizliyim çox çətin,
Gedən yola baxmaq olub adətim,
Məhəbbətim əbədidir, qismətim,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Köz odudur, mən də ondan istiyəm,
Ahu qəmim yanır, mən də tüstüyəm,
Yanan odun, sönən közün üstüyəm,
Ömrüm-günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Əlisa ağlar, kimsə onu ovutmaz,
Nə etsələr göz yaşını qurutmaz,
Yanan közü ürəyində soyutmaz,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Eldar Mahmudov və dəstəsinin 100 milyonluq biznesi

5 il əvvəl vəzifəsindən azad edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov və komandasının əksər üzvləri bu gün azadlıqdadır. 2015-ci ilin oktyabrında MTN-də həyata keçirilən ildırım sürətli əməliyyat zamanı ümumilikdə 20-yə yaxın "mahmudovçu” tutulmuş, keçmiş nazirin özü və komandasının rəhbər üzvləri ciddi nəzarət altına alınmışdı. 
O günlərdə belə düşünmək olardı ki, ədalət nəhayət ki, zəfər çaldı. Azərbaycanda 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudov və komanda üzvlərinin tiranlığı axır ki, tar-mar oldu. İndi isə həmin günlərin hadisələrinin yaratdığı düşüncələrin, gəlinən nəticələrin illüziyadan başqa bir şey olmadığı aydın görünür.
Həmin günlərdə əksəriyyət düşünürdü ki, Eldar Mahmudovun üzə çıxan bir-birindən ağır qanunsuz əməlləri onun da yolunu həbsxanadan salmasına səbəb olacaq. Günlər keçdi, aylar ötdü, illər dolandı, Eldar Mahmudova toxunan olmadı. 1-2 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıb dindirdilər. Məhkəmədə barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad belə çıxarıldı, iş materialları prokurorluğa göndərildi. Amma faydasız oldu. Eldar Mahmudova toxunmadılar. Ətrafından istintaqa cəlb edilən, həbsə alınan əlaltılarının barəsində də ittihamlar üzrə ən yüngül cəzalar verildi.
Məsələn, həmin günlərdə evində bir kişi qadını ilə mübahisə zəminində ona ağır xəsarət yetirərdisə, barəsində Cinayət Məcəlləsinin 126-cı - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanardı. İş ən humanist hakimin icraatına verildiyi halda kişini 6 il 6 aylıq həbsə məhkum edərdilər. Praktika göstərir ki, belə hallarda qoluna güc verən güclü cins nümayəndəsi "kalendar" oturmasa, Azərbaycan femidası onun yaxasından əl çəkməzdi.
Mahmudovçularla bağlı isə belə olmadı. Eldar Mahmudovun ən yaxın silahdaşı, "vuran əli”, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov Cinayət Məcəlləsinin 10-dan artıq - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub. A.Çovdarov 2015-ci ilin dekabrın 14-də həbs edilib, 30 oktyabr 2017-ci ildə 12 il müddətinə azadlıqdan məhrum olunub. 6 aprel 2020-ci ildə isə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb. Cəmi 5 ilini həbsdə keçirib. "İçəridə" olduğu günlərdə ümumilikdə Azərbaycanda cəzaçəkmə yerlərində olan məhkumların 99,9 faizindən yaxşı şərtlərdə "oturub".
Çıxandan sonra isə vəkili Kamandar Nəsibov "Yeni Müsavat”a açıqlamasında müvəkkilinin 8-ci kilometr bazarını sahibliyinə qaytarmaq üçün məhkəmə davası apardığını açıqlayıb. Yəni Akif Çovdarovun biznesi yerində qalıb və o əlindən çıxan ayrı-ayrı obyektlərini də bu gün özünə qaytarılması üçün hərəkətdədir.
A.Çovdarovun kölgəsində qalan, onunla eyni gündə həbsdə çıxan digər "mahmudovçu" general Sübahir Qurbanovdur. O işlədiyi müddətdə ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onlarla MTN-də haqq-hesab məsələlərinə baxırdı. Sabiq MTN rəsmisi Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib. Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur. Sübahir Qurbanova qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü. Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi. O deyib ki 2003-cü ildə "Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb. Digər zərərçəkmiş Ağaisa Mahmudov isə "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur, bir müddət həbs olundu, 2019-cu ilin martında azdlığa çıxıb) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.
S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi. Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə də keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi. Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı. MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb. General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etmişdi...
Eldar Mahmudovun özünün də bu baxımdan kefi kökdür. Mahmudov ailəsinin üzvləri Avropada təxminən 100 milyon avroluq biznes imperiyasını idarə edir. Bu ilin aprelində üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Mahmudovların Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə daşınmaz əmlak biznesləri var. Əmlak və şirkətlər Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovanın sahibliyindədir. Mahmudovlar əmlakların əcdadlarından miras qaldığını deyirlər.
Eldar Mahmudovun övladları Londonda məşhur "Harrods” dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə - 40 milyon manata alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə ediblər. Həmin mülkün - idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində, Knightsbrige-də yerləşir. Mahmudovların daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 milyon funt sterlinq - 30 milyon manat təşkil edib. Bundan başa Mahmudovların Maxorka (İspaniya), Lüksemburq və Litvada da əmlak və biznesləri var.
Bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP 2019-cu ilin noyabr ayında Man adasındakı "Cayman" Milli Bankının Ltd. (CNBIOM) ələ keçirilmiş və internetdə yayımlanmış müştəri sənədlərinə əsasən araşdırmasında Mahmudovlaırn biznesi ilə bağlı maraqlı detallar yer almışdı. Həmin bank sənədlərində bir şirkət vasitəsilə böyük məbləğdə pul köçürməsinin narahatlıq yaratdığı və buna görə araşdırma aparıldığı qeyd olunub.
Sənədlərdə deyilir ki, Cahangir Hacıyevin həbsi və Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra "Cayman" Milli Bankında Mahmudovla bağlı hesablar bağlanıb. Amma bu, onun durumuna o qədər də təsir etməyib. Mahmudov və "mahmudovçuların" cənginə düşmüş hər kəs isə hələ də onlar tərəfindən atıldığı "quyu"nun dibindən çıxmağa cəhdlər göstərir... /musavat.com/

Rusiya telekanalının erməni direktoru Paşinyanı rüsvay etdi

Tanınmış rusiyalı jurnalist və "Russia Today" telekanalının direktoru Marqarita Simonyan Ermənistan hakimiyyətinə qarşı kəskin tənqidlərlə gündəmə gəlib.
virtualaz.org-a istinadən bildirir ki, M. Simonyan qəzəbli postunu "Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

"Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər-bildirirəm. Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz?
Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir.
Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı həbs etdiniz. Məqsədli, nümayişkarəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir.
Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir.
İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi?
Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?
Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək".