По оценкам американских аналитиков, от 100 000 до 500 000 детей — девочек и мальчиков — продаются и покупаются для секса в США каждый год, и до 300 000 детей ежегодно подвергаются опасности стать жертвами торговли людьми. Одних из этих детей насильно похищают, другие сбегают, третьи продаются системе родственниками и знакомыми. Изнасилование детей стало в Америке большим бизнесом. Согласно исследовательскому отчету USA Today, «мальчики составляют около 36% детей, вовлеченных в секс-индустрию США (около 60% — девочки и менее 5% — трансгендерные мужчины и женщины)». С каждым годом возраст покупаемых и продаваемых девочек и мальчиков становится все моложе и моложе. Средний возраст жертв торговли людьми — 13 лет. Однако, как отметил руководитель группы по борьбе с торговлей людьми, «давайте подумаем, что означает средний возраст. Это значит, что есть дети младше 13 лет. Значит, 8-, 9-, 10-летние».
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Страницы
▼
30.01.2023
28.01.2023
ABŞ-IN QURDUĞU ŞƏBƏKƏ İMPERİYASI BİZİ TƏKLƏYİB ƏSİR EDİR
Valeri Korovin
Amerikanın məhz “imperiya” qurmasını italiyalı jurnalist Toni Neqri və amerikalı politoloq Maykl Xardt özlərinin “Empire” əsərlərində əminliklə və tammənalı şəkildə sübuta yetirirlər. İdeologiyaların sonu epoxasında müəyyən qədər dəyərsizləşmiş sol mövqelərdən çıxış etsələr də, onlar ciddi sübutedici baza ortalığa qoyurlar ki, dünyada amerikan imperiyaçılığı hökm sürür. Sol terminologiyadan istifadə etməklə onlar bildirirlər ki, postmodern dövründə Əməyin daşıyıcısı artıq fəhlə sinfi deyil, “çoxluqdur” (multitude). Fransız filosofu Alen de Benua da bu mövqedən çıxış edərək göstərir ki, amerikan imperiya quruculuğununun bazasını təşkil edən qlobalizasiya ilk əvvəl özündə atomizasiya prosesini, yəni insanın öz köklərindən ayrılmasını, təbii əlaqələrindən qopmasını nəzərdə tutur — Neqri və Xardtın təbirincə bu köklər insanı amerikan sistemi və ya imperiyaçılığı üçün əlçatmaz və toxunulmaz edirdi. İnsanlar bu yolla zəiflədildikdən və təkləndikdən sonra massifikasiya prosesi işə salınır ki, bu proses həmin yazıq, zavallı və dağınıq individuumları sifətsiz kütləyə çevirir. Belə kütləni isə amerikan sistemi rahat iderə edə bilir. Beləliklə amerikan imperiyası məhz idarəolunan individuumlara güvənir, Alen de Benuanın “istehsal və istehlak mənbəyi” adalndırdıığı sosial atomlara söykənir.
Sol müqayisələr zəncirini davam etdirməklə Neqri və Xardt göstərirlər ki, qələbə çalmış kapital marksist “dissiplinanın” yerinə “nəzarətdən” istifadə edir. Avropa “yeni sağlar” hərəkatının yaradıcısı Alen de Benua da Neqri və Xardtın fikirlərini təsdiqləyir: “Planetar masştabda nəzarət cəmiyyəti yaradılır, yəni bütöv silsilə metod və texnologiyalar qurulur ki, insanların hərəkətini izləməyə, onların normadan kənara çıxıb-çıxmadıqlarını yoxlamağa imkan olsun”. Nəzarət dedikdə Benua ünsiyyətə nəzarəti — telefonlara qulaq asılmasından, poçta baxılmasından tutmuş hər yerə videomüşahidə quraşdırılmasına, dronlarla izləməyə, insanların harda olmasını, nə ilə məşğulluğunu, zövq və baxışlarını müəyyənləşdirən elektron metodlardan istifadəyə kimi nəzərdə tutur. Benua hətta müəyyən paradoksa diqqət yetirir: “Məhz texnoloji nöqteyi-nəzərdən az-çox inkişaf etmiş cəmiyyətlər bu gün öz vətəndaşlarını güdməyə imkan verən alətlərin bütöv arsenalına malikdirlər. Belə alətlər əvvəllər keçmişin heç bir totalitar rejiminin əlində olmayıb”.
Neqri və Xardt göstərirlər ki, bizimçün adi olan “dövlətçiliyin” yerinə planetar şəbəkələr qurulmaqdadır. Məhz “şəbəkələr” Amerikanın qurduğu planetar imperiyada baza rolunu oynayır. İmperiya şəbəkə olan yerə kimi uzanır: “İmperiya nizam-intizamı təkcə qlobal sistem səviyyəsinə qədər birləşmə və genişlənmə imkanları sayəsində deyil, həm də dünya ictimaiyyətinin biopolitik şəbəkə strukturları vasitəsilə daha dərinə genişlənmə, dirçəliş və öz-özünə yayılma qabiliyyəti yolu ilə formalaşdırılır”.
Neqri və Xardt haqlı olaraq göstərirlər ki, amerikan imperiyası klassik imperiya anlayışından çox-çox uzaqdır. Klassik imperializm mitropoliya və koloniya, mərkəz və periferiyası ilə birgə quru imperiyaçılığını özündə ehtiva edir. Həm koloniya, həm periferiya odur ki, mitropoliya və yaxud mərkəz tərəfindən fiziki cəhətdən mənimsənilmişdir, yəni imperiya nümayəndələrinin ayağı dəyərək götürdükləri yerlərdir. Yeni imperiyanın isə postmodernik mənada strukturu belədir ki, imperiyanın nəzarətinə düşən istənilən zonanı özünə birləşdirir, yəni hökmən deyil ki imperiya nümayəndəsinin ora ayağı dəysin. Bu zonada işlək şəbəkənin olması kifayətdir. Hətta bəzən təkcə medianın olması da kifayətdir.
Belə imperiyanın mərkəzinin olması vacib deyil, vahid mitropoliyaya və ya mərkəzə malik deyil. Bu faktor postmodernik imperiyanın əsasını təşkil edən şəbəkənin strukturundan irəli gəlir. Harda ki imperiya şəbəkəsi var, orda da şəbəkə qovşağı — imperiyanın lokal mərkəzi var. Eyni dünyagörüşlü şablon əsasında yaradılmış, amma strukturuna görə fərqlənən çoxsaylı mərkəzlər öz növbəsində belə imperiyanın planetar və universal olmasını müəyyənləşdirirlər və şərtləndirlər.
Valeri Korovin, “Şəbəkə müharibəsi”
24.01.2023
İDEOLOGİYALAR SÜQUT ETDİ: GEOPOLİTİKA ERASI GƏLDİ
Valeri Korovin
Sovet sisteminin çökməsi ideoloji yanaşmanın yararsızlığını göstərdi. 20-ci əsrin üç vacib ideologiyası — liberalizm, kommunizm və faşizm modern erasının bitməsi ilə öz varlıqlarını başa vurdu. Ümumdünya postmodern erası başlandı. Əgər birinci siyasi nəzəriyyə — liberalizm postmoderndə bir cür bir təhər (postliberalizmə çevrilməklə) baş girləyə bilirdisə, kommunizm əsrin sonunda yarımcan olaraq başını yerə qoydu, faşizm isə hələ uçuş ərəfəsində vuruldu, heç öz yeniyetməlik çağına çata da bilmədi. Ümumdünya proseslərinin başqa ideoloji izahı yoxdur. Yaranmış ideoloji vakuumu geopolitika özünün dəniz və quru sivilizasiyalarının amansız, durdurulmaz və qaçılmaz qarşıdurması ilə tutdu.
Sovet bloku elə belə çökmədi. O kontinentlərin böyük müharibəsində əvvəl-axır uduzdu. Dəniz quruya üstün gəldi. Marksizm bəzəyi ilə örtülmüş quru sivilizasiyası kapitalizm ilə örtülmüş dəniz sivilizasiyası ilə döyüşdə uduzdu. Postliberal Qərb modelinin zəfər dövrü başlandı ki, mahiyyətcə amerikan dəniz imperiyasını təmsil etməklə dünya ağalığına iddialı idi. Kommunizm artıq yox idi, liberalizm sinfi düşmən olmadığı üçün hətta özü özü üçün maraqlı deyildi — belə şəraitdə sırf geopolitika, dənizin quruya qarşıdurması qalırdı. Bu qarşıdırma Rusiya yox edilməyincə dayanmayacaqdı — vahid dünyəvi Amerika İmperiyası məhz onda zəfər çalacaqdı. Bu qarşıdırmada ya Rusiya, ya da Amerika imperiyaçılığı məhv olmalı idi.
“İmperiya” anlayışına hələ görkəmli alman filosofu və hüquqşünası Karl Şmitt tərəfindən böyük məkanların klasssik nəzəriyyəsində geniş izah verilmişdir. Şmitt imperiyaların geopolitik modelə əsaslanan iki tipi olduğunu göstərirdi: 1) mitropoliyalardan və koloniyalardan ibarət olan dəniz, kolonial tipli imperiya; 2) mərkəz və periferiyalardan ibarət quru imperiyası. Fərq ondadır ki, mitropoliya öz koloniyalarına yem, varlanmaq vasitəsi, qazanc mənbəyi kimi baxır, quru imperiyasının mərkəzi isə periferiyanı öz davamı kimi görür, çalışır ki, inkişaf etdirsin, xeyir versin, ora əmək sərf etsin, vəsait buraxsın və yaşaması üçün özü ilə bərabər imkanlar yaratsın.
Təkqütblü dünya — amerikan vahid imperiyası deməkdir. Bu gün Qərb politoloqları utanmadan açıq şəkildə bildirirlər ki, Amerika qlobal imperiya yaratmaq istəyir. Bunu həm amerikan imperiyasının düşməni olan Toni Neqri və Maykl Xardt kimilər, həm də amerikan imperiyasının apologetləri olan Robert Keyqan və Uilyam Kristol kimi neokonservatorlar deyirlər. Çoxqütblü dünya — dünyanın taleyinin böyük məkanları bir neçə imperiyada təmsil edən bir neçə güc mərkəzinin konsensusu əsasında müəyyənləşdirilməsi təzadıdır. Belə dünya aydındır ki, daha balanslıdır, daha ədalətlidir. Hər halda Amerika geopolitik düşərgəsinə aid olmayan bizlərçün — Avrasiya geopolitik düşərgəsi nümayəndələri üçün belədir. Geopolitika sırf o mövqedən yanaşır ki, quru sivilizasiyası ilə dəniz sivilizasiyasının qarşıdurması qaçılmazdır, şəbəkə müharibəsi də onun təzahürü və nəticəsidir. Pentaqonun öz rəsmi hərbi strategiyası kimi götürdüyü şəbəkə müharibəsi öz qarşısında tam hərbi məqsəd qoymuşdur: ərazilərin qoparılması və bunlarda amerikan nəzarətinin qurulması, yəni dəniz sivilizasiyasının quru üzərində nəzarətinin bərqərar edilməsi. Bu elə açıq-aydın müharibədir, deməli ona qarşı tədbirlər də ciddiliklə, müharibə dövrünün qayda-qanunları ilə həyata keçirilməlidir.
Valeri Korovin, “Şəbəkə müharibəsi”
23.01.2023
ABŞ DÜNYA ÖLKƏLƏRİNƏ QARŞI ŞƏBƏKƏ MÜHARİBƏSİ APARIR
Valeri Korovin
21-ci əsrdə düşmənlərimiz yeni silah yaratdılar. Rusiyanı fəth etmək yolunda çoxsaylı uğursuz cəhdlərdən sonra Qərb bizə qarşı şəbəkə müharibəsinə başladı. Bu müharibə hətta internet şəbəkəsində xakerlər, viruslar, parolların dağıdılması vasitəsilə aparılan müharibə də deyil, hansı ki bəzən internet də şəbəkə müharibəsinin instrumentinə çevrilir. Şəbəkə müharibəsi adı almış bu müharibə Pentaqonun yeni icadıdır ki, adi silahlanmalar olmadan da düşmən üzərində qələbə çalmağa və ərazisini tutmağa imkan verir. Şəbəkə müharibəsinin aparıldığı mühit müasir informasiya cəmiyyətidir ki, postmodern informasiya məkanından təşkil olunmuşdur. Şəbəkə müharibəsinin nəticəsi — “döyüş” başlanmamış düşmən üzərində tam qələbə çalmaqdır. Hətta adi qaydada anladığımız mənada döyüş də baş vermir. Döyüş “alaqaranlıqda” aparılır, adi adamların, hadisələrdən məlumatlı olmayanların, sıravi insanların diqqətindən kənar qalır.
Beləliklə, şəbəkə müharibəsinin əsas məqsədi — adi, klassik silahlarlardan istifadə etmədən, imkan dairəsində birbaşa hərbi aqressiyaya əl atmadan əraziləri zəbt etmək, nəzarət altına salmaqdır. Şəbəkə müharibəsində birbaşa hərbi iştirak yalnız yekun mərhələsində mümkündür: o məqsədlə ki son nöqtə qoyulsun — burda artıq şəbəkəmərkəzli müharibədən söhbət gedir ki, ABŞ silahlı qüvvələrinin informasiya texnologiyalarının dominantlığı kontekstində apardıqları müasir döyüş üsullarını özündə ehtiva edir. Lakin şəbəkə müharibəsinin əsas mənası — sosial şəbəkələrdən istifadə olunmasıdır; internet şəbəkələrindən də deyil, məhz real cəmiyyətlərdən — real adamların sosial kommunitlərindən, real kollektivlərdən, qruplardan, hərəkatlardan, təşkilatlardan ilkin şərtlərin, şəraitin, lazım olan kontekstin yaradılması üçün istifadədir. Yəni bu və ya digər ərazini, dövləti və xalqı fakt qarşısında qoymaq üçün ki bundan sonra o tam fərqli strateji modelə tabe olacaq. Bununçün elə bir kontekst yaratmaq lazım gəlir ki, cəmiyyət baş verən radikal sosial və siyasi transformasiyaları normal, hətta pozitiv qarşılasın. Cəmiyyət belə hala gətiriləndə yeni mənalara tabe olmağa, özgə məntiqləri qəbul etməyə hazır olur və deməli artıq fəth olunmuş sayılır.
Şəbəkə müharibəsinin mərhələlərindən biri – ictimai fikrin elə formada yaradılması, ictimai proseslərin lazım olan məcrada elə yönləndirilməsidir ki, cəmiyyət baş verən transformasiyalara müqavimət göstərməsin, hətta bu transformasiyalarda, ictimai-siyasi həyatın əsas parametrlərinin dəyişdirilməsində yaxından iştirak edərək baş verən proseslərin aktiv iştirakçısına çevrilsin.
Belə sosial transformasiyaların sifarişçisi əksər hallarda Amerika Birləşmiş Ştatları olur. Yerlərdəki real sosial kommunitiləri, real mühiti özlərinin texnoloji modellərinə birləşdirməklə amerikan strateqləri özlərinə lazım olan konteksti formalaşdırırlar və əvvəlcədən planlaşdırdıqları nəticələrə yiyələnirlər. Bu yolla ərazilər, dövlətlər, xalqlar, bütöv geopolitoloji landşaftlar və regionlar üzərində birbaşa strateji nəzarət qururlar. Həmin məkanların əhalisindən ABŞ maraqları çərçivəsində istifadə edirlər ki, əhali baş verən sosial və ideoloji transformasiya proseslərinə qatılır və bir çox hallarda bu proseslərin aktiv iştirakçısına çevrilir — ən aşağısı baş verən dəyişikliklərə qarşı heç bir müqavimət göstərmir. Şəbəkə müharibəsinin əsas mənası və baş mexanizmi də bundadır: cəmiyyətin daxili enerjisindən dövlətin dağıdılması və ərazinin işğal edilməsi üçün istifadə etmək.
“Altıncı nəsil müharibəsi” da adlandırılan şəbəkə müharibəsi düşmənin təcavüzün qarşısını almaq üçün öz silahından, o cümlədən atom arsenalından istifadə etmək halında olmadığı şəraitdə işə salınan qələbə texnologiyasıdır. Müharibə o dərəcədə hissolunmaz aparılır, qələbə isə o dərəcədə ciddi-cəhdli və açıq-aydın olur ki, heç bir, hətta ən müasir silah-sursat və hərbi texnika belə istifadə olunmaq üçün yer tapmır. İqtidarda olan rejimlərin devrilməsi, “rəngli inqilablar”, məkan üzərində nəzarət, hərbi bazaların yerləşdirilməsi, kütlələrin ictimai şüurunun dəyişdirilməsi – şəbəkə əməliyyatlarının bəzi nəticələri bunlardır. Bu nəticələr şəbəkə əməliyyatlarının hadisələr başlayana kimi, vaxtında, “iş işdən keçənə” kimi aparılması yolu ilə əldə olunur. Şəbəkə müharibələri düşmənlərə qarşı aparıldığı kimi dostlara və neytral qüvvələrə qarşı da aparılır və onların hamısının fəaliyyətini lazım olan məcraya salır. Bu, hələ döyüş başlamamış uduşun əldə olunmasıdır.
Bu gün şəbəkə strategiyalarının işlənib hazırlanması mərkəzi Pentaqon, əsas sifarişçi isə ABŞ hökumətidir. Bu strategiyaların tətbiqi obyekti bütün dünya ölkələri, ilk növbədə ABŞ-ın geopolitik düşməni sayılan Rusiyadır. Belə ki dünya ağalığı uğrunda döyüş gedir, oyuna qoyulanlar isə həddən artıq yüksəkdir. Tanınmış amerikan geopolitiki Zbiqnev Bjezinski açıq-aşkar ABŞ-ın hədəfinin “öz ağalıq vəziyyətinin möhkəmləndirilməsinin vacibliyi” olduğunu göstərir. O deyir: “Bizim dünya ağalığımız yeni yaradılmış beynəlxalq əlaqələr şəbəkəsinin öz maraqlarımız yolunda istifadəsinin verəcəyi əlavə tarixi üstünlük hesabına qazanılacaq ki, bu şəbəkə milli dövlətlərin ənənəvi sistemlərindən kənar formada genişlənəcək. Bu şəbəkə beynəlmiləl korporasiyalardan, qeyri-hökumət təşkilatlarından (mahiyyətcə transmillidirlər), elmi cəmiyyətlərdən hörülmüşdür ki, internet şəbəkəsi hesabına get-gedə inkişaf edərək genişlənməkdədir. Bu şəbəkə artıq qeyri-rəsmi dünya sistemi yaratmaqdadır ki, özündə qlobal masştabda əməkdaşlığın daha nizamlı və fəthedici zəminini ehtiva edir. Bütün bunlar son nəticədə Amerikanın ilk, yeganə və axırıncı dünya ağası rolunu əsaslı şəkildə qanuniləşdirəcək”.
Hal-hazırda dünyada şəbəkə müharibəsi gedir. Şəbəkəyə qatılmış hər bir şəxs onun iştirakçısına çevrilir. Son məqsəd isə dünya ölkələrinin zəiflədilməsi, parçalanması, suverenlikdən mərhum edilməsi, ABŞ-ın dünya ağalığının qurulmasıdır. Hal-hazırda dünyada bizimlə sizə qarşı şəbəkə müharibəsi aparılır. Bu texnologiyanın mahiyyətini anlamaq lazımdır ki, düşmənin əlində özümüzü məhv edən alətə çevrilməyək.
Valeri Korovin, “Şəbəkə müharibəsi”
22.01.2023
Vasif Talıbovun adamları fəallaşdı və jurnalistə hücum etdi
“Naxçıvan “leşyeyənləri”nin troll dəstəsi statuslarımın altında məni və rəy yazanları ağır söyüş yağmuruna tutur”.
Globalinfo az xəbər verir ki, bu sözləri jurnalist Heydər Oğuz özünün feysbuk hesabında yazıb. Jurnalist bildirib ki, məqsəd onu öz fəaliyyətindən uzaqlaşdırmaq və izləyicilərini ondan usandırmaqdır: “Təbii ki, belə əxlaqdankənar metodlarla haqqın təcəllisinin qarşısını ala biləcəklərini düşünənlər yanılırlar və mən öz mövqeyimdən geri çəkilməyəcəyəm... Siz də qəbul edin ki, söyüş zəiflərin silahıdır və saxta profillərin arxasında gizlənib bizi söyürlərsə, deməli zəifliklərini etiraf edirlər. Və onu da unutmayın ki, bar verən ağaca daş atarlar”.
Vasif Talıbovla bağlı proseslər başlayandan onun tərəfdarları sosial şəbəkələrdə sakit dayanmışdılar. Onlar heç kimi hədələmir, söymürdülər. Maraqlıdır ki, Rza Talıbovun Şəhidlər Xiyabanında görünməsi ilə jurnalistə hücumun başlaması eyni gündə olub.
globalinfo.az
18.01.2023
Tərtər soyqırımını FETO törədib
2017-ci il “Tərtər terroru” hadisəsi haqqında bir çox içtimai müzakirələr keçirilib və proses hal-hazırda da davam edir.
İçtimai müzakirələrdən sonra gəlinən nəticələrdən biri və ən əsası bundan ibarətdir ki, şərti adı “Tərtər işi” adlandırılan soyqırım hadisəsi Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə həyata keçirilib. Bəzi hallarda isə PKK terror təşkilatınında adı hallandırılır. Hər iki versiyanın olması ehtimalı təbii ki, mümkündür. Ən azı ona görə ki, dəfələrlə mətbuatda xüsusi xidmət orqanlarında Rusiyaya və PKK-ya bağlı olan qüvvələrin olması haqqında kifayət qədər məlumatlar yer alıb.
Amma və lakin hadisələri incələdikcə daha vahiməli və vəhşət doğurucu mənzərələr yaranır. Əvvəl ondan başlayaq ki orduda bu miqyasda bütün cəbhəboyu əməliyyatın keçirilməsi prezidentdən xəbərsiz baş tuta bilməzdi. Demək hər kəs razilaşar ki, əməliyyatın keçirilməsi prezidentdən xəbərsiz baş tuta bilməzdi və hər kəs də razılaşar ki, əməliyyatın keçirilməsi üçün prezidentin razılığı alınıb.
Prezident Əliyev isə razılıq verməzdən əvvəl bu miqyasda xəyanətin ola biləcəyinə inandırılmalıydı. Prezidenti belə bir miqyasda olan xəyanətə kim inandıra bilərdi?
Başlayaq Müdafiə naziri general-polkovnik Zakir Həsənovdan. Təbii ki Zakir Həsənovun məruzəsi nəticəsində prezident Əliyev belə bir nəhəng əməliyyatın başlanmasına əmr verməz, ən azından ona görə ki, Zakir Həsənov bir dəfə aprel döyüşləri zamanında bütün içtimaiyyətin gözü qarşısında yalan məruzə edib və prezidenti aldadıb.
Əgər kimsə iddia etsə ki, kimlərsə də Zakir Həsənovu aldadıb bu sadəlövlükdən başqa bir şey olmaz. Çünki ən azından aprel döyüşlərindən Tərtər işi arasındakı 1 il müddətinə heç bir yüksək rütbəli zabit cəzalandırılmayıb.
İkinci versiya isə DTX-nın sədri general polkovnik Mədət Quliyev ola bilərdi. Lakin Quliyevində belə bir məruzə etməsi real görsənmir.
Bəyənata imza atan digər 2 qurum haqqında isə belə bir iddiada olmaq sadəcə gülüş doğura bilər. Dövrün baş prokuroru general-polkovnik Zakir Qaralov və Daxili işlər naziri general polkovnik Ramil Usubovun da belə bir məruzə ilə çıxış etməsi mümkün deyil.
Yaxşı o zaman belə bir sual yarana bilər ki bəs kim?
Ramiz Mehdiyevin belə bir məruzə etməsi təbii ki prezidentdə haqlı suallar yarada bilərdi. Məsələn sən hardan bilirsən? Bu sualın cavabının isə nə olacağını yəqin çoxunuz təsəvvür edirsiniz.
Yəni faktiki olaraq bu məsələni prezidentə məruzə edəcək adama prezidentin inanması və güvənməsi lazımdır ki, müharibə şəraitində olan bir ordunun cəbhə xəttində belə bir əməliyyatın keçirilməsinə razılıq vermiş olsun.
Qalır əməkdaşlıq etdiyimiz xarici ölkələrin xüsusi xidmət orqanlarından daxil olan informasiyalar nəticəsində inandırılmaq və əməliyyatların keçirilməsinə razılıq verilməsi. Prezidentin isə inanacağı və güvənəcəyi xarici ölkələrin siyahısına nəzər saldıqda şübhəsiz ki ilk sırada bizə dost və qardaş ölkə olan Türkiyənin adını çəkmək heç kimdə təəccüb doğurmaz.
Bəli düz eşitdiniz Türkiyə.
Xüsusi xidmət orqanlarımızın Türkiyə ilə sıx iş birliyində olduğunu nəzərə alsaq Türkiyədən göndərilən məlumatlarla prezidenti bu işə inandırmaq olardı.
Yuxarıda qeyd etdiyimiz kimi Müdafiə Naziri general-polkovnik Zakir Həsənov artıq 2016-cı ilin aprel döyüşləri zamanı prezidentə yalan məlumat verərək xəyanətin işartıları üçün zəmin hazırlamışdı.
Zakir Həsənovun müdafiə naziri təyin olunan il sosial şəbəkələrdə FETO ilə bağlılığına dair səs yazılarının çıxmasınıda yaddan çıxartmaq olmaz. Həmən səs yazısında isə hocaya bizim adamımızın Azərbaycanda savunma bakanı olması ilə bağlı məlumatın çatdırılması işıqlandırılırdı.
Bəli düz eşitdiniz: FETO.
2016-cı il Türkiyədə dövlət çevrilişinin baş tutmamasının və həmin ilin aprel döyüşlərinin də təxminən eyni vaxta düşməsi (2 ay fərqlə) bölgədə yeni geosiyasi reallıqların yaranacağının anonsu idi.
Türkiyədəki uğursuz dövlət çevrilişinə cəhddən sonra bir sıra güc strukturlarında və xüsusi xidmət orqanlarında FETO-ya qarşı kütləvi həbslər keçirildi və kifayət qədər yüksək rütbəli zabitlər cəzalandırıldı. Bundan əlavə dezinformasiyalar yaydığına görə bir sıra mətbuat orqanları da cəzalananlar siyahısına düşdü. Dövlətin bütün strukturlarında təmizləmə prosesləri həyata keçirildi.
2016-cı ilin dekabr ayında Rusiya səfirinin də Türkiyədə qətlə yetirilməsi FETO-nun hansı miqyasda dövlətin içinə sızdığının baris nümunəsi idi. Türkiyə kimi dövlətçilik ənənələrinə malik olan bir ölkə üçün bu SOS siqnalı olmaya bilməzdi. Bundan qabaq isə Türkiyədə "Ergenekon" hadisəsi kimi tarixə düşən bir əməliyyat həyata keçirilmişdi.
Bunları xatırlatmaqda isə məqsədim yaddaşımızı təzələmək üçündür.
İndi isə qayıdaq Tərtərə.
Türkiyədəki uğursuzluqlardan və FETO-nun ifşa olunmasından sonra Azərbaycanda da FETO-ya qarşı bir sıra əməliyyatlar keçirildi. Üniversitetlər və məktəblər bağlandı, həmçinin ANS telekanalı da FETO əməliyyatının qurbanı oldu, bundan əlavə bir sıra məmurlar işlərindən azad olundu və hətta həbslərdə həyata keçirildi.
Amma çox maraqlıdır ki, FETO-ya qarşı əməliyyatlar ordu və xüsusi xidmət orqanlarında həyata keçirilmədi.
Hansısa sehirli bir əl prosesin tam olaraq yekunlaşmasına imkan vermədi.
Ehtimal olunan versiyalardan biri olaraq bunu qeyd edə bilərəm ki, Türkiyə xüsusi xidmət orqanlarına sızmış FETO terror qruplaşması vasitəsilə Azərbaycan hakimiyyətinə, daha dəqiq desək prezident Əliyevə məlumatlar ötürülür və Əliyevin göstərişi ilə cəbhə boyu vətən xainlərinin axtarışına çıxılır.
Bu işdə böyük canfəşanlıq göstərmiş şəxslər isə əllərindən gələndən də artığını edirlər ki, özlərini prezidentə xoş göstərsinlər və prezidentə daxil olan məlumatların səhihliyinə heç bir şübhə yeri qoymasınlar. Aralarından bir nəfərin də olsa cəsarəti çatıb prezidentə məlumatların saxta olduğu barədə raport təqdim etmir.
Ona görədə bütün qurumlar əl-ələ verərək belə bir miqyaslı soyqırım aktını həyata keçirirlər.
Orduya bu səviyyədə zərər vurmaq FETO-nun nəyinə lazım idi?
İlk əvvəl ondan başlayaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun gücünü hər kəsin gördüyü kimi uğursuzluqlarımızı da görməmiş deyildilər. Çünki kiçik bir ərazi uğrunda xeyli şəhid verməyimiz uğurlu hesab oluna bilməzdi. Bəs onda FETO-ya Azərbaycan ordusunda soyqırım aktı keçirmək nəyə lazım idi ?
İlk öncə Qarabağ bölgəsinin strateji məntəqə olması, dəhlizlərin ordan keçməsi, Rusiyanın cənuba quru yol əldə etməsi, Türkiyənin isə Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya açıla bilməsi üçün istər Şimal-Cənub dəhlizinin, istərsə də Zəngəzur dəhlizinin açılması çox önəmli idi. Buna görə də Ərdoğan və Putin əməkdaşlığı nəticəsində Qarabağ problemini həll etdik desək yəqin ki yanılmış olmarıq.
Müharibədən sonra da Rusiya və Türkiyə əməkdaşlığı davam etdi və Ağdamda monitorinq mərkəzi yaradıldı. Ərdoğanın açıqlamalarında da Putin ilə əməkdaşlıq nəticəsində Qarabağ probleminin həll olması bir neçə dəfə qeyd olunub.
Bəs Qarabağ probleminin həll olmaması kimə və yaxud kimlərə lazım idi? Təbii ki Minsk qurupunun digər üzvləri olan Fransa və Amerikaya.
Çünki dəhlizlərin açılması istər Rusiya, istərsə də Türkiyəyə həm strateji, həm də iqtisadi dividentlər qazandıracaqdı.
Bu gün də Ermənistan vasitəsilə dəhlizlərin açılmasının qarşısı alınır və bölgədə gərginlik yaradılır. Təbii ki Paşinyan özbaşına bu qərarları verə bilməz. Prezident Əliyevin Paşinyanı Sorosun uşağı adlandırması və Amerikanın 2-ci ən böyük səfirliyinin Ermənistanda yerləşməsi də təsadüfi deyil.
Zəngəzur dəhlizinin açılmaması üçün Paşinyan əlindən gələni edir.
Demək bizə aydın olur ki, Qarabağ probleminin həll olması Türkiyə və Rusiyaya lazım idi. Amerika və Fransaya isə yox.
Rusiyanın hərbi vertolyotunun məhz Naxçıvan ərazisindən vurulması da təsadüfi deyildi.
Tərtər hadisələrində xüsusi fəallığı ilə seçilən, əsasən zərərçəkmişlərlə əlaqə yaradan, onların susması müqabilində pullar təklif edən və bir çox hallarda buna nail olmuş şəxsin polkovnik Babək Səmidli olması da təəccüblü deyil. Çünki Babək Səmidlinin nurçu olması haqqında bir çox zərərçəkmişlər də məlumat verib və yaşadığı Göyçay rayonunda da Babək Səmidli nurçu kimi tanınıb. Hadisələrdə yeganə yüksək rütbəli şəxsin polkovnik Babək Səmidlinin Türkiyə təhsilli olması sizcə təsadüfdürmi?
Hadisədə adı çəkilən yüksək rütbəli zabitlərin adlarını və təhsilləri haqqında qısa məlumat verdikdən sonra məqaləmiz davam edəcək.
1)Müdafi Naziri general polkovnik Zakir Həsənov: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Ali Ümümqoşun Komandirləri məktəbi, Cəmşid Naxcivanski adına hərbi lisey.
2)Müdafiə Naziri Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov: Bakı Ali Ümumqoşun komandirlər məktəbi, Frunze adına hərbi Akademiya, B.M.Şapoşnikov adına Vistrel ali zabit hazırlığı kursu.
3)Korpus komandiri general-mayor Hikmət Həsənov: Silahlı qüvvələrin hərbi akademiyası, Çin Xalq Azadlıq ordusunun Nanjinq Quru qoşunları ali hərbi akademiyası.
4)Korpus komandiri general-leytenant Mais Bərxudarov: Cəmşid Naxçivanski adına hərbi lisey.
5)Hərbi prokuror general-leytenant Xanlar Vəliyev: Bakı Dövlət Universiteti.
6)Hərbi prokurorun müavini general-mayor Şəfaət İmranov: Bakı Dövlət universiteti.
7)Baş Prokuror Zakir Qaralov: Bakı Dövlət Universiteti.
8)Baş prokurorun müavini Rüstəm Üsubov: Tomsk Dövlət Universiteti.
9)Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev: Azərbaycan Tibb Universiteti və Azərbaycan Kooperasiya Universiteti.
Gördüyünüz kimi adları ən çox çəkilən yüksək rütbəli generallar arasında bir nəfər də olsun Türkiyə təhsilli general yoxdur. Yeganə yüksək rütbəli şəxs Babək Səmidli olub.
Deməli partiya sədrlərindən birinin dediyi kimi içtimai müzakirələr zamanı hədəf heç də Türkiyədə təhsil alan generallar olmayıb.
Türkiyədə dövlətin içinə sızmalar və içtimai rəyin yalnış yönləndirilməsi prosesi eynilə Tərtər hadisələrində də təkrar olunub. Burda təkcə güc strukturları yox, eləcə də icra hakimiyyətləri və bələdiyyələrin də xüsusi rolu olub. Bundan əlavə partiya sədrləri, baş redaktorlar və içtimai fəallar vasitəsilə prosesə yardım edilib. Eynilə Türkiyədə olanlar bizdə də təkrar olunub.
Sanki 2 qardaş ölkənin taleyi eynilə yazılıb.
Türkiyədəki proseslərdən də ən çox əziyyət çəkən ordu olduğu kimi bizdəki əməliyyatlardanda ən çox zərər çəkən ordumuz olub.
Sual yarana bilər ki Azərbaycanda müxalifət partiyaları, saytları niyə görə bu hadisələrə biganə yanaşıb və lazım olan qədər münasibət bildirməyiblər?
Axı Qərbə meyilli liberal düşüncəli təşkilatlar üçün bundan gözəl fürsət ola bilməzdi. Həm hakimiyyət gözdən salınardı, həm də Rusiya ifşa olunardı.
Tutaq ki hesab edək ölkə daxilində olanlar hadisələrin üzərlərinə getməyə qorxublar, bəs kənarda fəaliyyət göstərənlər niyə prosesə qoşulmayıblar?
Çünki qrant pulları ilə qidalananlara belə bir göstəriş gəlmədiyinə görə hadisələrin üzərindən ən yaxşı halda ötəri keçiblər.
Bu gün hər hansısa şəxsə qarşı baş vermiş ədalətsizliyə görə Qərbə bağlı olan beynəlxalq təşkilatlar bir ağızdan bəyanatlar səsləndirir, Azərbaycan hakimiyyətinə hədə-qorxu gəlirlər, amma Tərtərdə baş vermiş əsrin cinayətinə qarşı biz o reaksiyaları görə bilmirik!
Ən azından işgəncələrdə adları hallandırılan adamlar haqqında tədbir görülməsi barəsində heç bir bəyənat yoxdur.
Azerfreedomda Qurban Məmmədlinin rəhbərliyi ilə aparılan içtimai müzakirələrdən sonra AŞPA həmməruzəçi təyin edib. 5 il ərzində AŞPA Tərtərdə hansı hadisələrin baş verdiyini bilmirdi? Necə olur uzaq Naxçıvanın Bənəniyar kəndində baş verənlər haqqında məlumatlar ala biliblər, amma yaxın Tərtərdə baş verənlər haqqında yox?!
Soyqırım hadisələri təkcə hərbi hissələrdə törədilməyib axı. Kəndlərdə mülki vətəndaşlar da təcavüzlərə və işgəncələrə məruz qalıblar.
Suallar maraqlıdır, eləmi?
Ölkədə at oynadan FETO və PKK terror təşkilatlarının təşkilatçılığı və icraçılığı ilə baş tutan Tərtər soyqırımı Azərbaycan tarixinə qara ləkə kimi düşüb. Bu ləkə isə dərhal və qeyri-şərtsiz təmizlənməlidir.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu çıxışlarında dəfələrlə cinayətkarların hərbi çevriliş edə biləcəkləri barədə anonslar verib. Terrorçu quruplaşmanın fəal üzvlərindən biri olan general-mayor Hikmət Həsənovun zərərçəkmiş Müşfiq Əhmədliyə verdiyi sualda təsadüf hesab edilə bilməz. Əhaliyə atəş açılması ilə bağlı verdiyi sualı nəzərdə tuturam.
Yazıda hadisələrin mərkəzində FETO terror quruplaşmasının olduğunu qeyd etmişəm.
İşgəncələrin seksual xarakterli olması da diqqətçəkən məqamlardandır. Son dövrlərin ən səs-küylü seksual xarakterli cinayət hadisələrin İraqın Əbu Qureyb həbsxanasında və Kubada yerləşən Amerikanın Quantanamo həbsxanasında həyata keçirildiyinin şahidi olmuşuq. Həmin həbsxanalarda da kütləvi cinsi zorakılıqlar baş verib, dustaqların şərəf və ləyaqətləri alçaldılıb. Hadisələrin üstü açılandan sonra isə Amerika dövləti üzr istəyərək həbsxanaları bağlayıb və zərərçəkmişlərə yüksək məbləğli kompensasiyalar ödəyib.
Daha bir diqqət çəkən məqamlardan biri də istintaq materiallarında “vətən xainlərinin” Rusiyada verbovka olması ilə bağlı iddialardır.
FETO-çular həmən bu iddiaları istintaq materiallarına daxil etməklə iz azdırmağa çalışıblar.
Azərbaycan ictimai rəyinin Rusiyaya qarşı münasibətinidə nəzərə alsaq iz azdırmaq üçün ən gözəl variant Rusiya və İran dövlətlərinin adının hadisələrdə hallandırılmasıdır.
Nardaran, Gəncə və Bənəniyar kimi dövlət adına həyata keçirilən terror hadisələrində də eynilə İran adı hallandırılıb və eyni metodlardan istifadə edilib.
Eynilə Tərtərdə olduğu kimi adamları erməniyə işləməkdə ittiham edərək rahat öldürüblər və heç bir müqavimətlə də üzləşməyiblər.
Bu gün faktiki olaraq Azərbaycan dövləti uğrunda xarici dövlətlər arasında savaş gedir. Bu savaşda isə itirən yalnız siravi xalqdır.
Biz isə sakitcə baxaraq olanları seyr edirik.
Bizim ən birinci vəzifəmiz ölkəmizdə hansı hadisələrin getdiyini öyrənmək və onlara adekvat olaraq addımlar atmaqdan ibarət olmalıdır.
Həmin bu terror qruplaşmaları hal-hazırda da ciddi fəaliyyətdədirlər, ölkə prezidentini və milləti sabotajla məşğuldurlar.
Siyasi həbslərin labüdlüyünə prezidenti inandıranlar və ölkədə gərginliyin artmasında maraqlı olan qruplar terror təşkilatlarının ölkəmizdəki dövlətin içinə sızmış cəsuslarıdır.
Heç kim iddia etməsin ki, daha bu qədər də olmaz. Türkiyə kimi güclü bir dövlətin içinə sızanların 32 yaşı bu il tamam olacaq dövlətin içində meydan sulamaları normal olmasa da acı bir reallıqdır.
Fikrimcə biz xalq olaraq Əliyevi inandırmalıyıq ki, terror qruplarına qarşı mübarizəyə başlamağın vaxtı çatıb...
Hüseyn Hüseynli
gundemxeber az
İbrahim Sel: Avrasiyaya doğru irəli!
Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Seldən sitatlar
“Bizlər olmasaq postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz”.
“Biz 5-ci kolon deyilik, 6-cı flotuq, ay bədbəxtlər. Biz ölməz polkun sıravi əsgərləriyik. Bizlər olmasa postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz”.
“Qərb diskursu Azərbaycanda məhz bizlərin sayəsində oturuşa bilmədi”.
“ABŞ bizim regionu öz halal dədə yurdu kimi öz strateji maraqları zonası elan edərək burda at oynadır. Qanımızı içərək təbii resurslarımızı oğurlayıb aparmaqda davam edirlər. Rusiya buna radikal reaksiya verməlidir”.
“Hətta qatı liberallar da bilirlər ki, sosial vəziyyət yalnız Rusiya gələndən sonra düzələcək, nə qədər ki burda rus nəzarəti yoxdur, soyğunçuluq və çapqınçılıq daha da çoxalacaq, get-gedə daha masştablı şəkil alacaq”.
“Yəni doğrudanmı düşünürsüz ki, bu ortalıqda olan liberallardan kimsə hakimiyyətə gəlsə xalqın qayğısına qalacaq? Axı demokratik şüarlarla bəzənmiş bu allı-güllü “vətənpərvərlər” okeanın o üzündən işarə almasalar heç asqıra da bilmirlər”.
“Xalq dəfələrlə tələb edib ki, Rusiya ilə aramızdakı soyğunçu gömrük götürülsün!”.
“30 ildə Azərbaycan gömrüyü xalqımızın başına hansı oyunlar açmadı? Bu gün xalqımızın ac-yalavac qalmasının, qiymətlərin bu qədər baha olmasının əsas səbəblərindən biri məhz soyğunçu gömrük sistemidir”.
“Bu gün Azərbaycan xalqı seçim qarşısındadır. Ya müstəqillik adı altında amerikan qlobal imperiyasının nökər kolonizasiyası olaraq qalacayıq, ya da Rusiya ilə birgə yeni yaradılacaq Avrasiya Birliyinin əsas və möhtəşəm özəklərindən birinə çevriləcəyik”.
“Biz Qərbə və atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik”.
“Bilmək vacibdir ki, Rusiya ilə Amerikanın müharibəsi Xeyirlə Şərin müharibəsidir: bu müharibədə Rusiya Xeyiri, Amerika, Qərb isə Şəri təmsil edir”.
“Söydüyünüz ruslar pulsuz təhsil verirdilər, ardınca da heç bir süründürməçilik olmadan işə düzəldirdilər. Qapını döyüb, krediti ödəməsən evin əlindən alınacaq deyən bank quldurları yox idi, onların qulağını kəsərdilər. Sovet işləyən adama evi havayı verirdi, indiki kimi qanı qiymətinə 25 illiyə ipotekaya vermirdi. Müəllim və həkim cəmiyyətin ən hörmətli və yaxşı yaşayan təbəqəsi sayılırdı. Söydüyünüz ruslar ildə bir dəfə, iki dəfə sizi Yaltaya, Soçiyə sanantoriyaya göndərirdi ki, gedib kef çəkəsiz, hələ üstəlik 13-cü maaş da verirdi ki, ürəyiniz istədiyi şeyi ala biləsiz. Söydüyünüz rusun vaxtında saxta qida söhbəti yox idi, indi saxta qida yeməkdən xalqın yarısı rak tutub. Söydüyünüz rusun vaxtında valideyni dərd götürmürdü ali məktəbdə oxuyan uşağımın ödənişini necə verim”.
“Kim nə deyir desin, Putin mənimçün müqəddəsdir. Putin mənim nəzərimdə sakral hökmdar, müqəddər çar, dünya padşahıdır. Putin mənim tədqimatlarımda hətta kosmik moderatordur. Bəli, mənim təqdimatımda bu moderatorda yerlə göy kəsişir, atman brahmanla çuğlaşır”.
“Dünyanın bütün təfəkkürlü insanları Putinə və onun rəhbərliyi altında günü gündən irəliləyən, hər dəfə yeni üfüqlər fəth edən Rusiyaya heyran qalıblar. Amma bu gün öz ailəsini idarə eləyə bilməyən adam Putini müzakirəyə çıxardır, öz aləmində onda aşibkalar tapır, fikirləşmir ki, Putin planetin yarısını idarə eləyir, o biri yarısının da haqq-hesabını aparır”.
“Bu gün problemlər içində üzən ortastatistik azərbaycanlının rusa kəm baxmasını qətiyyən anlaya bilmirəm. İnsan batır, boğulur, amma başa düşmür ki, dünyanı məhz rus gözəlliyi xilas edəcək. Rus gözəlliyinə tapınmaq lazımdır. Slavyan qəlbi böyükdür və genişdir. Məhz bu qüdrətləri ilə ruslar qlobusun yarısını fəth ediblər, dünyanın hər guşəsində hörmət-izzətləri var. Bu adamlar öz vətənlərini dərin məhəbbətlə sevirlər, torpaqlarının mətin müdafiəçiləridir, dostluq etməyi və sevməyi bacarırlar. Onların xarakterində elə müsbət notlar var ki, dünyanın bir çox xalqlarında yoxdur. İlk növbədə şərəf, ləyaqət və sağlam ruhları var. Ulularından onlara qızıl əllər, yaradıcılığa hədsiz həvəs, müsbət ideyalar vermək bacarığı, gözəlliyə meyl, hamıya xeyir gətirəcək işlə məşğul olmaq istəyi miras qalıb. Onların gücü də bundadır. Allah rusları yaradıcılıq eşqi və qələbələr üçün yaradıb”.
“Nə qədər ki türk regionda hakimdir, nə qədər ki türk regionda söz sahibidir, regionun əsas semantik ieroqlifi slavyanlıq olacaq, arianlıq yox. Biz Avropaya, Qərbə, atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik və əvvəl-axır rus administrativliyini bərqərar edəcəyik. Tarixi qanunauyğunluq belədir”.
“Hacıleylək gələcək. Liberast camiədə bəziləri şirin yuxularda, xam xəyallardadırlar, hər halda buna özlərini kökləməyə çalışırlar, amma böyük dəyişikliklərin astanasındayıq, özlərini gözləsinlər”.
“Biz işlək konsepsiyaların rasional analizini apararaq, geopolitik reallıqdan çıxış edərək yekun nəticəyə gəlmişik ki, nəinki regionu, qitəni, hətta bəşəriyyəti məhv olmaqdan yalnız avrasiyaçılıq xilas edə bilər”.
“Bizi yetişdirən Rus sadəliyinə sevgi, Sovet əsgərinə hörmət olub”.
“Ölkəmiz Rusiya ilə dostluq və qardaşlıq birliyinə qədəm qoyub. Sevindiricidir ki, bu birliyin ilk pionerləri biz olmuşuq”.
“Biz avrasiyaçılar xüsusi məktəb yaratmışıq. Bu məktəbin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.
“Aleksandr Duqinin dediyi kimi, rus mədəniyyəti, rus sivilizasiyası, rus identikliyi, rus missiyası fundamental və dərin oyanış, gur işıq, hədsiz səadət və sevinc mənbəyidir. Rusiya bizə ruh verir, onun möhtəşəmliyi, sarsılmaz və hüdudsuz qüdrəti bizi yeni-yeni zəfərlərə səsləyir. Bizim effektiv fəaliyyətimizə enerji verən də Rusiyanın əzəmətidir”.
“İndi çətin və təhlükəli anlar arxadadır. İndi rusiyaçı olmağa nə var ki? Biz bu yolun ilk pionerləri olmuşuq”.
“Bir rus məsəlində deyildiyi kimi, geri çəkilməyə yer yox idi, arxamızda böyük Rusiya vardı, ona görə də hərdən birbaşa tarana gedirdik. Biz bu çətin missiyanın öhdəsindən bacarıqla gəldik, böyük bir məktəb keçdik, nəticələr çıxardıq, konsepsiyalar işləyib hazırladıq”.
“Rusiyanın nəzərləri daim üstümüzdədir və tutduğumuz yolun haqq yolu olduğuna insanlarımızda böyük inam var”.
“Liberallar istəsə də, istəməsə də Rusiya qələbə çalacaq. Bəli, bizim naxışımız belədir ki, hökmən qələbə çalacayıq. Bu təkcə mənim inamım deyil, tarixin verdiyi siqnaldır”.
“Rusiya qələbə çalacaq – bizim buna böyük inamımız var. Hətta çətin vaxtlarda da, təhlükələrlə üzləşdiyimiz vaxtlarda da biz bu inamda olmuşuq. Çünki Rusiya – həmişə qalibdir”.
“Rusiya – həmişə qalibdir: bizim təşkilatın şüarlarından biri də elə budur. Zoya Kosmodemyanskayanın boynuna faşistlər kəndir keçirəndə də o buna inanırdı. Qafur Məmmədov özünü alman dzotundakı pulemyotun üstünə atanda da buna inanırdı. Panfilovçular Moskva uğrunda son patronlarına kimi vuruşanda da buna inanırdılar. Vaqnerçilər sonuncu qranatlarını sinələrində sıxanda da inanırlar ki, Rusiya onsuz da qalib gələcək. Biz də inanırıq”.
“Rusiya – həmişə qalibdir! Bizim təşkilat üzvlərində buna tam əminlik var. Sıralarımızın get-gedə genişlənməsinin səbəbi də budur. Siz də gec-tez buna inanacaqsınız”.
“Bizim işimiz haqq işidir”.
17.01.2023
İbrahim Sel: Biz Qərbə və atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik
İbrahim Sel: Müasir dünyanın qaydası belədir ki, informasiyalısansa demək silahlısan
Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə
—Sizi Rusiyanın Azərbaycandakı əsas təbliğatçısı sayırlar...
—Bəli, mən Rusiyanın Azərbaycandakı 1 nömrəli təbliğatçısıyam. Mən Rusiyanın Azərbaycandakı informasiya speçnazıyam. Hal-hazırda facebook və youtube kanallarımın çoxu blok olunub silinsə də, artıq 15 ilə yaxındır ki belədir. Fəaliyyətimizdə əsaslı dinamika var. Mən uzun illərdir həm qonşu Qafqaz respublikalarında, həm də digər keçmiş Sovet respublikalarında bu sahədə gedən fəaliyyəti araşdırıram, açıq-aydın görürəm ki, bizim fəaliyyətimiz daha məhsuldardır, daha effektivdir, daha çoxşaxəlidir. Biz həm təbliğat aparırırıq, həm maarifləndirici iş görürük, həm də insanları qruplaşdırırıq. NATO-nun təbliğat maşınına qarşı əlimizdən gələn qədər mübarizə aparırıq, xalqımızı planlaşdırdıqları kimi zombi sürüsünə çevirmələrinə imkan vermirik. Əlbəttə müəyyən əngəllər vardır, amma bu bizdən asılı deyil. Bilmək vacibdir ki, Rusiya ilə Amerikanın müharibəsi Xeyirlə Şərin müharibəsidir. Bu müharibədə Rusiya Xeyiri, Amerika, Qərb isə Şəri təmsil edir. Rusiyanın mübarizə üsulları Qərbinkindən tam fərqlidir. Bu fərqlilik biz Rusiya təbliğatçıları üçün də problemlər yaradır. Rusiya uzun illərdir informasiya cəbhəsində Qərbə niyə uduzur? Bu müharibənin spesifikası belədir ki, Xeyir müharibəni adi qaydalarla, yəni qəbul olunmuş normativlərə uyğun aparır, Şər isə hər cür şərəfsizliyə və hiyləyə əl atır. Şər hansı yolla olur olsun qələbə çalmağa çalışır. Hansı ki Xeyir ədalət qanunlarına riayət edir, mübarizəsini təmiz, kişi kimi edir, şərəfsizlik etməyi özünə sığışdırmır. Rusiya hətta uduzmaqla üz-üzə qalanda belə alçaq üsullara əl atmır. Çətin məsələdir. Problem bundadır ki, əgər Rusiya rəzil üsullara əl atsa onda Rusiya olmayacaq. Axı necə ola bilər, əgər Xeyir də Şərin apardığı üsullarla mübarizə aparsa onda Xeyir olmaqdan çıxacaq, o da olacaq Şərin bir tayı. Ona görə də Xeyirin əli-qolu bağlanıb. Xeyirin mübarizə üsulları məhduddur, Şər isə hər cür alçaqlığa əl ata bilər, buna görə ona nəsə deyən olmayacaq, Şər – elə Şərdir. Şərin hər bir hoqqasına qarşı Xeyir adektat və haqq-ədalət ruhuna uyğun cavab verməlidir. O buna məhkumdur. Xeyir ad onun üstündədir və bu adı o sonadək ləyaqətlə daşımalıdır. Ona görə də Xeyir geriləyir, bir çox mövqelərdə Şərə uduzur. Müasir dünyamızda ziyankarlıq, hiylə, yalan və alçaqlıq yolu ilə mübarizə aparan daha çox irəli gedə bilir, haqq-ədaləti əldə rəhbər tutaraq meydana atılan yox. Xeyir abrına sığınan qüvvə kimi bəzən mövqelərini verib geri çəkilməli olur. İşıq müharibəsinin mahiyyəti də bundan ibarətdir: qələbə çalmaq üçün elə hər üsula əl atmaq olmaz. Şərin səviyyəsinə enmək olmaz. İşıq ordusu təmiz fikir, təmiz düşüncə, təmiz ruh, təmiz ideya, təmiz əməl ordusu olmalıdır. Ona görə də biz avrasiyaçı təbliğatçıların işlərində müəyyyən paradokslar yaşanır. İşıq ordusu hər yerə nur saça bilmir, çox yerlərə Qaranlıq ordusu öz zülmətini hakim edir. Qaranlıq ordusu hiylə strategiyası, yalan, aldatma üsullarından gen-bol istifadə edir, nəticədə İşıq ordusu çıxılmaz vəziyyətə düşür. Şiəlikdə şəhidlik və mərhumiyyət məktəbi də məhz bu təmizliklə bağlıdır. Biz uduzmağa məhkum olsaq belə İşığın tərəfində olmalıyıq, udmaq və irəli düşmək şansı əldə etmək naminə də olsa Şərin yolunu getməməliyik. Çüni bizim tarixi naxışımız belədi. Allahın bizə qoyduğu nişan belədi ki, biz heç bir vəchlə Şərin tərəfində olmamalıyıq, yoxsa ağır fəsadlar olacaq. Ulularımızın bizə mirası, vəsiyyəti belədir ki, daim İşığın ordusunda olmalıyıq. Rusiyanın Amerikadan fərqli olaraq qanunlara uyğun şəkildə mübarizə aparmaq strategiyası bizim təbliğat işində ümumən götürəndə uduzmağımıza gətirib çıxarır. Düşmən tərəf təbliğat işini udmaq üçün bütün mümkün vasitələrə əl atır. Biz isə qaydalara uyğun oynamalıyıq. Əslində İşıq müharibəsinin, Xeyir və Şər mübarizəsinin əsas qaydası belədir: vacib olan sonda ortalıqda hasil olan nəticə deyil, haqq-ədalət əzmi və onun prinsiplərinə möhkəm şəkildə riayət edərək aparılan mübarizədir. Fikir verin, NATO-nun ölkəmizdəki təbliğat maşını, bu maşını işlədən gülənçi jurnalistlər Rusiya və İran haqda gündə bir yalan xəbər quraşdırıb saytlara və kanallara doldururlar. 30 ildir KİV bu cür xəbərlərlə aşıb daşır. Sizə deyim, mən 10-a yaxın sayt işlətmişəm, xəbərin hazırlanması və dövriyyəsi metodunu gözəl bilirəm. Professional admin kimi, baş redaktor kimi Qərbin öz diskursuna qarşı bu cür yalan xəbərlərdən yüzlərlə, minlərlə quraşdırıb yaya bilərəm, çoxu da bunu qəbul edər, inanar. Bizim də onların dezinformasiya hücumuna qarşı əla cavabımız belə olardı. Amma Rusiyaya bu lazım deyil. Rusiya belə şeyi qəbul etmir. Rusiya öz düşmənləri ilə məkr və hiylə ilə yox, açıq oynamağı xoşlayır. NATO-nun təbliğat maşınından fərqli olaraq Rusiyanın təbliğat maşını deyir ki, yalana yalanla cavab vermək olmaz. Qaranlığın hökmranlıq etdiyi yerlərə sadəcə bol, gur işıq salmaq lazımdır ki, zülmət çəkilsin və aydınlıq yaransın. Bax bəzi sahələrdə geriləməyimizin əsas səbəblərindən biri də budur. Bizim üstümüzə on minlərlə dezinformasiya ilə düşdükləri halda biz onların qabağına quru həqiqətlə çıxırıq.
—Özünüzü informasiya speçnazı adlandırırsız. Müasir cəmiyyətdə informasiya hansı rolu oynayır?
—Müasir dünyanın qaydası belədir ki, informasiyalısansa demək silahlısan. Xalqımız düzgün informasiya almalıdır. Yoxsa satanistlər, qlobal yırtıcılar onu məhv edər. Çox təəssüflər olsun ki, bizdə ictimai fikrin liderləri hələ də gülənçi jurnalistlər və politoloqlardır. Xalqa informasiya vermirlər, informasiyanın surroqatı ilə yedizdirirlər. Əsas xəbər saytlarımız heç bir əhəmiyyəti olmayan dördüncü sort informasiyalarla aşıb daşır. İntellektcə zəif olan kəsim informasaiya zibilinin içində itib batır, nəticədə nurçu juranalistlər kütlənin böyük hissəsini öz yedəklərinə qoşub apara bilirlər. Kütlənin zombiləşdirilməsi əməliyyatı o dərəcədə nəzarətli və diqqətli aparılır ki, hətta öz statuslarının altında əks rəy yazılmasına belə imkan vermirlər. Bizim kütləvi oxucu seqmentinin isə əsasən öz rəyi yoxdur, girir rəyləri oxuyur, çoxlu rəylər eyni şeyi təsdiqləyirsə, o da həmin xüsusda rəy yazaraq statusla razılaşır. Çünki insan təbiəti belədir ki, eyni fikri təsdiq edən rəylərin bolluğu oxucunun həmin fikrə simpatiyasını yaradır. Bizdə bu sarıdan lap faciəlidir, 5-10 saxta profildən qatıq qaradır yazan kimi ictimai fikir də ümumən həmin tərəfə meyllənir. Pensilvaniyadakı imamın kontorundan idarə olunan nurçu jurnalistlər də fəaliyyətlərində məhz bu prinsipə əsaslanırlar.
—Ermənilərlə bizim aramızda 3-cü Qarabağ müharibəsi başlanmasının ehtimalı nə qədərdir?
—2-ci Qarabağ müharibəsinin nəticələrinə rəğmən biz deyirik ki, ədalət qələbə çaldı, amma bunu erməniyə necə başa salmaq olar? Erməni tərəfi uduzan tərəfdi, onun öz anladığı formada ədaləti var və bu müharibədə ədalətin zəfər çaldığını düşünmürlər. Bir tərəfdən də bizi inandırmağa çalışırlar ki, xeyr, əslində ədalət qələbə çalmadı, ədalət onda qələbə çalacaqdı ki, Yerevana kimi gedək, buna isə guya Rusiya imkan verməyib. Erməni tərəfini inandırırlar ki, Rusiya olmasaydı Xəzər dənizinə kimi biçə-biçə gedəcəkdiz, biz tərəfi inandırırlar ki, Rusiya olmasaydı Qara dənizə kimi şumlaya-şumlaya gedəcəkdiz. Hər iki tərəfdə yaratdıqları bu süni natarazlıqdan amerikan səflirlikləri bacarıqla istifadə edirlər və jurnalistikadakı öz agenturaları vasitəsilə müharibəni yenidən qaynatmağa çalışırlar. Tez-tez mətbuatımızda, eləcə də mətbuatın təsiri ilə cəmiyyətimizdə belə fikirlər səsləndirilir ki, Qarabağ müharibəsində Rusiya Ermənistanın tərəfində oldu. Müharibənin gedişatında Rusiya əlindən gələni elədi ki, işlər nizama düşsün və əslində bizim də yox, haqqın tərəfində oldu. Haqq tərəf isə biz idik. İnsanlarımız ilk növbədə onu fikirləşməlidirlər ki, niyə Ermənistanda müharibədən dərhal sonra gecə-gündüz antirus mitinqləri keçirildi? Müharibədən sonra uzun müddət Yerevanda çoxsaylı antirus mitinqlər oldu, amma bizim xalq bu barədə geniş məlumatlanmadı ki, bu etirazların səbəbi nədir. Ermənilər Rusiyaya qarşıdırlar, aydın şəkildə bəyan edirlər ki, Rusiya Azərbaycana kömək elədi. Youtubedəki videolara baxsaz görərsiz ki, onların mitinqlərində “Gömrük İttifaqı – Sibirə havayı putyovkadır”, “Biz ermənilələr – avropalılarıq”, “Rusiya İmperiyasına yox deyirik”, “Bizə Gömrük İttifaqı yox, müstəqil Ermənistan lazımdır” kimi şüarlar olur. Mitinqlərin aparıcıları bildirirlər ki, Rusiyanın məqsədi Ermənistanı ermənilərdən təmizləməkdir. Ermənistan siyasi sferası rusa qarşı nifrətlə aşıb-daşır. Eyni nifrəti içimizdəki öz daşnaklarımız da xalqımıza sırımaq istəyirlər. Professor Qaqik Oqancanyan deyir Ermənistan iqtidarı ilə Azərbaycan müxalifətinin xaricdəki ağaları eyni adamlardır. Hətta bir müddət əvvəl xüsusi saytlar, kanallar yaradılmışdı, hər gün xəbər verirdilər ki, Qarabağda guya artıq müharibə başlayıb, döyüşlər gedir. Məqsədləri budur ki, Qarabağda yenidən müharibə olsun, rus sülhməramlıları burdan qovulsun və yerinə amerikan-fransız qoşunları gəlsin. Fikir verin, hətta bir müddət əvvəl bildirirdilər ki, Qarabağa rus sülhməramlılarındansa BMT-nin Pakistan sühməramlıları gəlməlidir. Hətta Pakistanın vahhabi ordusunun da gəlməsinə razıdırlar, təki rus burdan çıxıb getsin! Əlbəttə ki bu məsələdə Fətulla Gülən sektoruna mənsub Azərbaycan jurnalistikasının katalizatorluğunun böyük rolu vardır ki, biz bunu dəfələrlə qeyd etmişik. Niyə? Bunların azarı nədir ki belə əl-ayağa düşüblər? Haraları ağrıyır? Aha! Çünki Pakistan hərbi komendantlığının bunlarla işi olmayacaq, amma Rus hərbi komandantlığı nə vaxtsa NATO agentlərinin hamısını qol-qıç eləyib, kukuruznik yük təyyarələrinə doldurub sürgünə göndərəcək. Əvvəl-axır bu baş verəcək. Dərd bu dərddi! Azərbaycanda bəzi saytlar Ermənistandakı saytlarla paralel olaraq eyni təbliğatı aparırlar ki, rus burdan getməlidir. Bu xüsusda hər iki tərəfdə eyni formatlı youtube kanalları da yaranıb ki, müharibəni qızışdırmağa, yenidən xoda salmağa hesablanıblar. Bütün bu işlər hər iki ölkədəki ABŞ səfirlikləri tərəfindən idarə olunur. Ermənistan hakimiyyəti və Azərbaycan müxalifəti bir-birlərinin əlinə oynayıb konflikti qızışdırırlar. Bu rəngli inqilablar üzrə ixtisaslaşmış amerikan strateqlərinin köhnə metodudur. Buna “sock puppet” - corab kuklalar metodu deyirlər. Yəqin görmüsüz, ələ keçirilmiş corablardan ibarət teatr var. Bir nəfər hər iki əlinə corab kuklalar keçirir, pərdənin arxasında gizlənib oturur, bu kuklaları danışdırır, güldürür, ağladır, sən də baxırsan, bilmirsən ki hər iki kuklanı eyni adam idarə edir. Kuklalar mübahisə edir, bir-birinə qışqırır, bağırır, hətta arada yumruqlaşırlar da, bir-birini gəmirirlər də. Zalda oturan uşaq-muşaq isə bu kuklaların eyni adamın əlləri tərəfindən idarə olunduğunu anlamır.
—Demək belə çıxır ki, dezinformasiyanın yayılmasında xalqın intellektual səviyyəsinin aşağı olması da mühüm rol oynayır...
—Təəssüf ki, belədi. Tək bizdə deyil, artıq keçmiş Sovet respublikalarının hamısında insanlar baş verənləri məntiq ardıcıllığı əsasında başa düşməyi yadırğamışlar. Sovet vaxtı insanlara elə riyaziyyat və ədəbiyyat keçirilirdi ki, bu fənlər analitik baxış bucağı formalaşdırırdı, xüsusən həmin dövrdə keçirilən riyaziyyat insanın təfəkkür tərzinin formalaşmasında və həyata atılmasında mühüm rol oynayırdı. İndiki yetişən nəslə daha nə o riyaziyyat keçilmir, nə o məntiq verilmir, nə də o təfəkkür qabiliyyətinin formalaşmasına imkan yaradılmır. Şəkli sayta qoyub başlığa yazırlar ki, küçəyə on min adam çıxdı. Şəklə diqqətlə baxanda hiss olunur ki, heç 200 adam da çıxmayıb. Amma indiki insan şəklə ötəri diqqət yetirib başlığa inanır. Və yaxud heç xəbərin içində nə yazıldığına diqqət yetirmədən başlığı oxuyaraq özü üçün nəticələr çıxarır. Ya da şəklin həmin aksiyaya aid olub-olmadığı barədə düşünmür də. Mətbuatımıza indilərdə ton verən amerikan strateqləri, hegemonluq edən nurçu jurnalistlər də belə fokuslanmadan bacarıqla bəhrələnirlər. Zolaq-zolaq fiqur dayanıbsa, demək pələngdir, yaşıldırsa xiyardır, bənövşəyidirsə demək badımcandır. Müasir insanın predikativ təfəkkürü onların əlinə oynayır. İnsanlarımız mətbuatda böyük oyun qurulduğunun fərqinə varmalıdırlar. Biz sizinlə insanlarımızı məhz bu sahədə ayıltmalıyıq. Xalqımızın potensial düşmənlərdən müdafiə immunitetini ancaq bu yolla yarada bilərik. Təəssüf ki insanın elə bir orqanı yoxdur düzü yalandan ayırd edə bilsin. İnsan evolyusiyasının tarixi bazası ondan ibarətdir ki, kim kimi harda aldadaraq yıxdı, kim kimi necə yalan yolu ilə yoldan çıxararaq yedi. İnsanlıq da daim həmin fəlakətli yalanlardan nəticə çıxararaq öz həyat yolunu qura bilib, öz inkişafını müəyyən təhlükəsiz relsə salmağa çalışıb. Biz avrasiyaçı təbliğatçılar xalqımıza bu boşluğu doldurmaqda kömək edirik, qlobal prosesləri düzgün anlatmağa çalışırıq. Bizim xalqın öz pyakinləri, zaznobinləri, duqinləri yoxdur ki, dünyada gedən proseslərin alt qatını aça. Bizim politoloqların əksəriyyəti, yüngül desək yerpənəylərdir. Əslində onlar öz səviyyələrini, mülahizələrini, dəyərlərini çox şişirdirlər. Elə görüntü yaradırlar ki, ideoloji baxışları guya hamı tərəfindən qəbul olunur. Onların fikirlərini statuslarının altında komment yazan özü kimi əbləhlər təsdiqləyirsə, o demək deyil ki başqaları da bu fikirdədir. Abırlı adamların çoxu onlarla ünsiyyətə belə girmir. Hakimiyyətdə də köhnədənqalma çoxlu tutarlı və pullu dayaqları var. Zyomalardı da, bir-birlərinə dəstək verirlər, bir-birlərinin əlinə oynayırlar, bir-birlərini qaldırırlar. Azərbaycan üçün adi haldı bu. Ona görə də hələ ki meydanda at oynadırlar. Bəzilərinin iç üzü artıq açılıb, bəziləri də var özlərini həqiqət və azadlıq mücəssiməsi kimi xalqa soxuşdura biliblər. Hər şey göründüyü kimi deyil. Kişinin oğlu ABŞ səfirliyinin qulabında yatır, NATO kəşfiyyatının pulu ilə arvad-uşaq saxlayır, çıxıb youtubeda Rus-İran agentlərindən danışır. Amma bütün bunlar hamısı müvəqqətidir. Özləri də bilirlər, az qalıb, hacıleylək gələcək. Liberast camiədə bəziləri şirin yuxularda, xam xəyallardadırlar, hər halda buna özlərini kökləməyə çalışırlar, amma böyük dəyişikliklərin astanasındayıq, özlərini gözləsinlər.
—Bilirik ki, məhsuldar mütaliə ilə məşğul olursunuz. Mütaliə sizə nə verir?
—Son bir il ərzində oxuduqlarım Duqinin noomaxiyaları, Korovinin şəbəkə müharibələri, Platonun qədim yunan sistemi, Şellinqin yeni Avropa fəlsəfəsi, qədim alman folkloru, slavyan folkloru, Upanişad təlimi, Puştunvalay etikası haqqında kitablardır ki, bunlar ilk növbədə tədqiqatlarım üçün vacibdir. Əvvəlki vaxtlarımdan fərqli olaraq kortəbii yox, sistemli şəkildə və sırf tədqiqatlarım üçün lazım olan əsərləri oxuyuram. Belə mütaliə həm həzz, həm də rahatlıq verir.
—Nəyə görə daim SSRİ-ni mədh edirsiniz, Sovet dövrünə belə böyük önəm verirsiniz?
—Sovet vaxtı işləyən adam pulsuz olmurdu, cibi pulla oynayırdı. İstədiyin yerdə işləyə bilərdin. Söydüyünüz ruslar pulsuz təhsil verirdilər, ardınca da heç bir süründürməçilik olmadan işə düzəldirdilər. Qapını döyüb, krediti ödəməsən evin əlindən alınacaq deyən bank quldurları yox idi, onların qulağını kəsərdilər. Sovet işləyən adama evi havayı verirdi, indiki kimi qanı qiymətinə 25 illiyə ipotekaya vermirdi. Müəllim və həkim cəmiyyətin ən hörmətli və yaxşı yaşayan təbəqəsi sayılırdı. Söydüyünüz ruslar ildə bir dəfə, iki dəfə sizi Yaltaya, Soçiyə sanantoriyaya göndərirdi ki, gedib kef çəkəsiz, hələ üstəlik 13-cü maaş da verirdi ki, ürəyiniz istədiyi şeyi ala biləsiz. Söydüyünüz rusun vaxtında saxta qida söhbəti yox idi, indi saxta qida yeməkdən xalqın yarısı rak tutub. Söydüyünüz rusun vaxtında valideyni dərd götürmürdü ali məktəbdə oxuyan uşağımın ödənişini necə verim. Kim nə deyir desin, SSRİ doğrudan da fəhlə və kəndlilərin azad və xoşbəxt dövləti idi. SSRİ-nin dağılması onun digər xalqları kimi bizə də ağır iztirablar, alçalmalar hesabına başa gəldi, Qərb kolonizatorları xalqlarımızı əzdilər və təbii sərvətlərimizi talayıb apardılar. Bir məsələni hökmən qeyd etmək lazımdır. Axı SSRİ dağılanda Qərb rəhbərləri rusiyalı idarəçiləri inandırırdılar ki, narahat olmayın, əsas SSRİ idi, bu ki dağıldı, düşmənçiliyimiz aradan götürüləcək, sizinlə dost-qardaş olacayıq. Amma NATO tədricən əvvəl Şərqi Avropadakı sosialist ölkərinə hərbi bazalar yerləşdirdi, sonra keçmiş Sovet respublikalarına dürtülüb Rusiyaya qarşı düşmən mövqelər qurdu. Hətta Gürcüstan vasitəsilə Dağıstan və Çeçenistan ərazisində vahhabilərin əli ilə böyük qırğınlar törətdilər. 11 sentyabr 2001-ci ildən sonra NATO hətta Orta Asiyada da bazalar qurmağa cəhd etdi ki, burdan Rusiyaya zərbələr endirə bilsin. Burda yerlərdə sizlər nə qədər gəlişigözəl sözlərlə bəzəsəz də, Rusiyadakılar özlərinin, eləcə də MDB ölkələrinin, o cümlədən bütün Avrasiya məkanının təhlükəsizlik məsələsini geopolitik metodla həll etmək əzmindədirlər. Başqa yolu yoxdur və bu metod qaçılmazdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyi bu gün açıq şəkildə bəyan edir ki, ABŞ-ın qeyri-adekvat şəkildə irəliləməsinə və müasir təhdidlərinə qarşı cavab verəcək geopolitik metod məhz Avrasiya təhlükəsizliyinin ümumi konsepsiyasına əsaslanan cavab strategiyasının həyata keçirilməsidir. Avrasiya qitəsinin əsas güc dövlətləri olan Çin və İran da bu strategiya ilə tam razıdırlar.
—Sosial şəbəkələrdə sizi Putini həddən artıq bütləşdirməkdə qınayanlar tapılır...
—Kim nə deyir desin, Putin mənimçün müqəddəsdir. Putin mənim nəzərimdə sakral hökmdar, müqəddər çar, dünya padşahıdır. Putin mənim tədqimatlarımda hətta kosmik moderatordur. Bəli, mənim təqdimatımda bu moderatorda yerlə göy kəsişir, atman brahmanla çuğlaşır. Dünyanın bütün təfəkkürlü insanları Putinə və onun rəhbərliyi altında günü gündən irəliləyən, hər dəfə yeni üfüqlər fəth edən Rusiyaya heyran qalıblar. Amma bu gün öz ailəsini idarə eləyə bilməyən adam Putini müzakirəyə çıxardır, öz aləmində onda aşibkalar tapır, fikirləşmir ki, Putin planetin yarısını idarə eləyir, o biri yarısının da haqq-hesabını aparır. Allah rusları yaradıcılıq eşqi və qələbələr üçün yaradıb. Bəli, mən Rusiya heyranıyam. Bu da bizdə genetikdir, babam Stalini ideallaşdırmışdı, mən də Putini. Babam “Vstavay, strana oqromnaya” mahnısını eşidəndə gözündən yaş süzülürdü. O vaxt əlamətdar günlərdə bu mahnını televizorda tez-tez verirdilər və “Katyuşa” kimi bu da Böyük Vətən Müharibəsi veteranlarını duyğulandıran mahnılardan idi. Biz rus sevgisinə uşaqlıqdan oturuşmuşuq və bizi bundan ayırmaq mümkün deyil. Mən rus xarakterini, rus danışığını, rus yanaşmasını, rus təfəkkürünü, rus analiz tərzini, hətta rus üzünün gözəlliyini, rus adətlərini, rus folklorunu, rus tarixini sevirəm. İndi nə edim, öz baxışlarımı kimlərəsə görə format eləməliyəm? Bu gün problemlər içində üzən ortastatistik azərbaycanlının rusa kəm baxmasını qətiyyən anlaya bilmirəm. İnsan batır, boğulur, amma başa düşmür ki, dünyanı məhz rus gözəlliyi xilas edəcək. Rus gözəlliyinə tapınmaq lazımdır. Slavyan qəlbi böyükdür və genişdir. Məhz bu qüdrətləri ilə ruslar qlobusun yarısını fəth ediblər, dünyanın hər guşəsində hörmət-izzətləri var. Bu adamlar öz vətənlərini dərin məhəbbətlə sevirlər, torpaqlarının mətin müdafiəçiləridir, dostluq etməyi və sevməyi bacarırlar. Onların xarakterində elə müsbət notlar var ki, dünyanın bir çox xalqlarında yoxdur. İlk növbədə şərəf, ləyaqət və sağlam ruhları var. Ulularından onlara qızıl əllər, yaradıcılığa hədsiz həvəs, müsbət ideyalar vermək bacarığı, gözəlliyə meyl, hamıya xeyir gətirəcək işlə məşğul olmaq istəyi miras qalıb. Onların gücü də bundadır. Onlar müasir keşməkeşlərdə də dəyişkən dünyanın ritminə əyilmədilər, ənənələrə sadiqliyi saxladılar, SSRİ yenidən bərpa etmək istəyi əsasında ortalığa qoyduqları avrasiyaçılıq platforması ilə bir daha sübut etdilər ki, bəşəriyyətin xilası missiyası daim onların çiynində olacaq. Qədim müştərək Azərbaycan və İran dili saya biləcəyimiz persiya dilində raohsna, rosn, yəni rusnya, rus cəmiyyəti işıq demək idi. Mən işığı orda görürəm – Rusiyada. Göylərə, yükəsəkliyə nə qədər çox yaxınlaşırsansa, rus dilini bilmək lazım olur. Hətta beynəlxalq kosmik stansiyada da danışıq rus dilindədir. Hətta amerikalı da kosmosa uçanda yerlə rus dilində danışır, çünki başqa dildə siqnal yoxdur.
—Bildirirsiniz ki, Qərb diskursu Azərbaycanda oturuşa bilmədi. Sizcə bunun əsas səbəbi nədir?
—Tarixən türk öz kortəbii anladığı inancını slavyan semantikası üzərində qurub. Türk rusa inanır. Türk rusa tapınır. Tarixən belə olub, belə də olacaq. Türkün yaşam fəlsəfəsi və metafizikası rusun orijinal nooloji paradiqması üzərində bərqərar olub. Türk tarixən dövlətçiliyi slavyan imperiyasının sakralizasiyası hüdudlarında, rusun işıq çarlığı metafizikası prinsipi əsasında başa düşüb. Türkün dərin dünyagörüşü də məhz rusun tarixi məişəti ilə ünsiyyətindən aldığı informasiya bazasında formalaşıb. Azərbaycan və Orta Asiya tarixini dəqiq araşdırsaz görərsiz ki, türk tarixən Rusiya İmperiyasının təbəəsi olub, daim bu təbəəliyi almağa can atıb, bu imperiyada rahat yaşayıb, öz əbədi xoşbəxtliyini bu imperiyada tapıb, komplekslərini də məhz bu imperiyada tullayıb. Ona görə də nə qədər ki türk regionda hakimdir, nə qədər ki türk regionda söz sahibidir, regionun əsas semantik ieroqlifi slavyanlıq olacaq, arianlıq yox. Biz Avropaya, Qərbə, atlantizmə regionumuzda oturuşmağa imkan verməyəcəyik və əvvəl-axır rus administrativliyini bərqərar edəcəyik. Tarixi qanunauyğunluq belədir.
Vidadi Novruzov, “Qaynar Xəbər”
16.01.2023
Bu xəritəyə baxın... Faşistləsmis qaragüruh Azərbaycanın tarixi torpaqlarıni geri qaytarmaq xülyasına düşərək bütün qonşu dövlətlərə - Rusiyaya, İrana, Ermənistana, Gürcüstana, hətta Əfqanıstana belə ərazi iddiaları ilə çıxış edirlər. Yalnız bircə qonşudan başqa. Onlar indiki Türkiyə sərhədləri içərisində qalmış və azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi qədim tarixi torpaqlarını - İqdır, Qars, Ərzurum, Ağrı, Diyarbəkir vilayətlərini geri almağı unudurlar. Belə olan halda bu "qədim tarixi torpaqlar" cəfəngiyyatının hardan qidalandığı və körukləndiyi məlum olur...
İbrahim Sel: Bizim işimiz haqq işidir
İbrahim Sel: Bizlər olmasaq postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz
Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə
—Nəyə görə avrasiyaçıları Rusiyanın Azərbaycandakı 5-ci kolonu adlandırırlar?
—Liberastlar hər yerdə Kremlin əlini görürlər, zəlzələdən tutmuş sunamiyə kimi dünyada baş verən bütün fəlakətlərdə də Rusiyanı günahkar çıxarırlar. Zəngilanda körpünün altından mina tapılmışdı, tumanlarını başlarına atmışdılar, vay-şüvən qoparmışdılar ki, o minanı Putin qoyub, ordan keçən Azərbaycan maşınlarını partlatmaq istəyirdi. Kremlin əlini hər yerdə axtarırlar. Kremlin əli də o qədər uzundur ki, belə getsə bizim politoloqların hesabına Ginnesin rekordlar kitabına düşəcək. Biz 5-ci kolon deyilik, 6-cı flotuq, ay bədbəxtlər. Mən ölməz polkun sıravi əsgəriyəm. Mənim kimi oğlanlar olmasa postsovet ölkələrində narıncı, çəhrayı, bənövşəyi, qərənfilli, laləli inqilabların ardı-arası kəsilməz. Qərb diskursu Azərbaycanda məhz bizlərin sayəsində oturuşa bilmədi. Biz avrasiyaçılar, bizim analitik qrup narıncı inqilablar olan ölkələrin hamısını araşdırırıq ki, bizdə belə fəsadlar olmasın, təhlükənin qarşısı vaxtında alınsın. Biz hər yerdə dövlətçiliyə dəstək veririk, ənənəçiliyi qoruyuruq, daha yüksək amallar uğrunda həmrəyliyə səsləyirik. Bir çox postsovet respublikaları kimi bizim ölkədə də Qərbyönümlü QHT-lər dövlət içində dövlət yaradıblar. Onların hakimiyyətdə də güclü dayaqları var. Soros Azərbaycana da dürtülüb öz tulaları vasitəsilə altdan-altdan iş aparmalıydı, amma İlham Əliyev vaxtında onları əzdi və süpürüb atdı. Yoxsa indi Ermənistanın gününə biz qalacaqdıq. Baxın, İlham Əliyev deyir: “Putinlə çox yaxın əlaqələrim var, bir-birimizə inanırıq”. Biz səni elə buna görə sevirik, böyük insan! Sükanı belə saxla!
—Sizi Rusiyaya yarınmaqda, Rusiyanın xeyrinə radikal şüarlar səsləndirməkdə günahlandırırlar.
—Mən birbaşa bəyan edirəm, konkret fikirlərlə və lakonik sözlərlə deklamasiyalar verirəm. Sadə xalq kütlələri məni elə buna görə sevir. Məndə falş yoxdur. Missiyam məni məcbur edir ki, xalqımla səmimi olum. MDB məkanı ölkərini birləşdirən qüvvə məhz Rusiyanın iradəsidir. Bizi strateji birliyə də məhz bu iradə aparacaq. Xalqlar Rusiyadan məhz bunu gözləyirlər ki, o açıq şəkildə SSRİ-nin yaranacağını bəyan etsin, ötkəm səslə onun yenidən bərpa olunacağını bildirsin. Rusiya xalqın pullarını tıxaraq şişmiş postsovet elitalarının necə reaksiya verəcəklərinə fikir vermədən bu prosesləri həyata keçirməlidir, gedişatda xalq yerlərdə özü Rusiyaya dəstək verəcək, proses sürətlənəcək və öz axarına düşəcək. Xalqlar cana yığılıb. 30 ildi ABŞ bizim regionu öz halal dədə yurdu kimi öz strateji maraqları zonası elan edərək burda at oynadır. Qanımızı içərək təbii resurslarımızı oğurlayıb aparmaqda davam edirlər. Rusiya buna radikal reaksiya verməlidir. Rusiya çoxdan postsovet məkanında öz hədəflərini açıq bəyan etməliydi və xüsusən də bizim regionu öz strateji maraqları zonası elan etməliydi. İndi artıq bu işlərə start verilib, inteqrasiya gedir, ayrı-ayrı sahələr üzrə unifikasiyalar həyata keçirilir. Sadə xalq kütlələri bunu çoxdan gözləyirdi. Məsələn, xalq dəfələrlə tələb etmişdi ki, Rusiya ilə bizim aramızda olan gömrük götürülsün, bu soyğunçuluğa son qoyulsun. Qərb kəşfiyyatı Rusiyaya qarşı çoxlu məkrli planlar qururdu və zərərli layihələr həyata keçirirdi. Rusiyanın açıq və sərt bəyanatlar verməməsi regionda amerikanların və onların təsir agentlərinin əl-qolunu açır. Bizə Rusiya hava və su kimi lazımdır. Burda həyat ölüb, yalnız Rusiya qayıdandan sonra əsl canlanma, çiçəklənmə və inkişaf baş verəcək. Rusiya öz niyyətlərini daha geniş masştabda bəyan etməlidir və daha əhatəli iş aparmalıdır, onda xalq kütlələrinin Rusiyaya marağı daha da artacaq. Tarix boyu Rusiyanı həmişə o güclənib irəli gedəndə, meydana ton verəndə seviblər, rusların naxışı belədir. Çünki güclü olmaq, irəlidə olmaq Rusiyaya yaraşır. Başbilənlərimiz Rusiyanı tarixən bizim böyük qardaşımız adlandırıblar, ona görə biz özümüz də Rusiyanın güclənməsində maraqlı olmalıyıq. Keçmiş Sovet xalqları Rusiyadan daha çox əzm, daha çox qətiyyət, şərə qarşı daha kəskin bəyanatlar və sərt addımlar gözləyir. Bizim öz iqtisadiyyatımız çöküb, öz pulumuz dəyərini itirib. Bizdə Rusiya iqtisadiyyatı və rus rublu işləməlidir. Biz bunu deyəndə bəzilərinin xoşuna gəlmir. Ac-yalavac kütlə nə vaxta kimi sürünə-sürünə yaşamalıdır? Hətta qatı liberallar da bilirlər ki, sosial vəziyyət yalnız Rusiya gələndən sonra düzələcək, nə qədər ki burda rus nəzarəti yoxdur, soyğunçuluq və çapqınçılıq daha da çoxalacaq, get-gedə daha masştablı şəkil alacaq. Yəni doğrudanmı düşünürsüz ki, bu ortalıqda olan liberallardan kimsə hakimiyyətə gəlsə xalqın qayğısına qalacaq? Axı demokratik şüarlarla bəzənmiş bu allı-güllü dırnaqarası vətənpərvərlər okeanın o üzündən işarə almasalar heç asqıra da bilmirlər. Düşünürəm ki, bu istiqamətdə keçmiş Sovet xalqlarını birləşdirən əsas ideologiya məhz avrasiyaçılıq olmalıdır. Aydındır ki, millətçi ab-havada bu dövlətcikləri çox da saxlamaq mümkün olmayacaq. Əvvəl-axır birləşmə getməlidir və bu labüddür. Millətçiliyi də hər yerdə ona görə yayıb maliyyələşdirirlər ki, bu xalqlar Rusiyadan distansiya götürsünlər. Amma bu mümkün olmayacaq. Çünki xalq hər yerdə öz gəlirini-çıxarını gözəl bilir. Sadə xalqa bu 30 ildə boş-boş lozunqlardan başqa heç nə verilmədi, əksinə əlində olanları da tutub almağa çalışdılar. Odur ki nə qədər cəhd göstərsələr də birləşmənin qarşısını ala bilməyəcəklər.
—Rusiyanı imperiya ambisiyalarında qınayırlar və avrasiyaçılığın da məhz buna xidmət etdiyini bildirirlər...
—Baxın, amerikan strateqləri daim deyinirlər ki, əhalisi dünya əhalisinin cəmi 2 faizini təşkil etdiyi halda dünyanın faydalı qazıntılarının 40 faizi Rusiyada yerləşir. Onlar bunu ədalətsiz sayırlar və Rusiyanın bölüşməsini istəyirlər. Rusiyaya açıq şəkildə deyirdilər ki, Sibiri bizə ver, ordakı təbii sərvətlərdən yararlanaq. Okeanın o üzündən durub gəlib Bakı neftinə yiyələniblər, öz benzinimizi özümüzə baha qiymətə satırlar. Bu bəyəm imperiyaçılıq deyil? Rusiyanı imperiya ambisiyalarında suçlayanlar bundan niyə danışmırlar? Rusiya bəyəm bu təhlükələrə sinə gərməli, bu təhdidlərə qarşı addımlar atmalı deyil? Qafqaz aşırımı Rusiyanı İranla birbaşa strateji əlaqədən ayırır, İrana çıxış isə Rusiyanın Hind okeanına, isti dənizlərə çıxışı deməkdir. Qlobal satanist güclər bu yolun üstündə Azərbaycan gömrüyü formalaşdırıb bura öz adamlarını otuzdurmuşdular. Soyğunçu iudey mafiyasının idarə etdiyi Azərbaycan gömrüyü əslində Rusiyanın Hind okeanına çıxışını bağlayıb, Avrasiya genişlənməsini bloklamışdı. Azərbaycan gömrüyü Amerikanın Rusiyanı mühasirəyə almaqla bağlı məlum Anakonda planında vacib həlqədir. Bu gömrük Rusiyanı vacib kommunikasiya xətlərindən ayırır, Rusiyanın izolyasıya salınmasında mühüm rol oynayır. Buna geopolitikada sanitar kordon da deyirlər. İudey mafiyasının idarə etdiyi Azərbaycan gömrüyü burda bir növ Rusiyaya qarşı sanitar qovşaq yaratmışdı. Azərbaycan gömrüyü tarixən planetin əsas qan damarı sayılan Böyük İpək Yolunu tıxayaraq bu yolu bağlamışdı. Əslində 1990-cı illərdə müstəqillik oyunları da elə ona görə ortalığa atılmışdı ki, Rusiyanın kənarlarını ondan kəsib ayırsınlar, Rusiya ilə tarixən əlaqədə olduğu ölkələr arasında filtr yaratsınlar, Rimləndin sahil zonası deyilən ərazini genişləndirsinlər. 14 respublikanın ayrılaraq müstəqil olması amerikan geopolitik planının tərkib hissəsi idi ki, Anakonda strategiyası əsasında Rusiyanın boğulub məhv edilməsinə gətirib çıxarmalıydı. Həmin həlqənin qapanmasından ilk növbədə Azərbaycan xalqı da əziyyət çəkir. 30 ildə Azərbaycan gömrüyü xalqımızın başına hansı oyunlar açmadı? Bu gün xalqımızın ac-yalavac qalmasının, qiymətlərin bu qədər baha olmasının əsas səbəblərindən biri də məhz soyğunçu gömrük sistemidir. Biz bir anlaşıqlı xalq olaraq Anakonda həlqəsinin qapanmasına imkan verməməliyik. Rusiyanı imperiya maraqlarında suçlayan məlum zümrənin oyununda qurbanlıq qoyun olmamalıyıq. Bu gün Azərbaycan xalqı seçim qarşısındadır. Ya müstəqillik adı altında amerikan qlobal imperiyasının quru kolonizasiya məkanı kimi qalacayıq, ya da yeni yaradılacaq Avrasiya Birliyinin əsas və möhtəşəm özəklərindən birinə çevriləcəyik. Özünüz bilirsiz ki, Amerikanı burda nə xalqın acından ölməsi, nə də iqtisadiyyatın inkişafı qətiyyən maraqlandırmır, ənənəvi dəyərlərlə Amerikanın hansı məsafədə olmasını da gözəl bilirsiz. Amerika sadəcə burda özünün çoxsaylı fahişə jurnalist və politoloqlarına pul buraxır ki, onun satanist ideallarını bəzəkli-düzəkli formada xalqa soxuşdursunlar və Rusiyanı da bax bu cür imperiyaçı, işğalçı qismində göstərsinlər. Biz Vaşinqtonun dünyanın qoy xalqlarına qarşı apardığı geopolitik müharibəsində alətə və peşkaya çevrilməməliyik, Qərbin təsir agentlərinin təbliğatına uymamalıyıq, məsələlərə daha ayıq gözlə baxmağı bacarmalıyıq.
—Bu yaxınlarda təşkilatınızda böyük təlatümlər yaşandı, bir necə vacib üzvünüz səs-küylü şəkildə sıralarınızı tərk etdi. Bu barədə nə deyə bilərsiniz?
—Bizim köhnə manera ilə desək, reptiloidlərin ortalığa tökdüyü alienlər bizə qarşı yenə öz alienasiyalarını həyata keçirmək istədilər, amma onlar bizi kiminləsə qarışdırıblar, biz onların sahiblərinə xəbər göndərdik ki, indi Yeltsinin vaxtı deyil, özlərinə də çatdırdıq ki, loşadyu xodu – atla gediş edin, bu cür alınmayacaq, soldan götürün, bu yolla girə bilməyəcəksiz. Əsas odur ki, belə cəhdlər onlardan da çox bizçün vacibdir, biz öz düşərgəmizin və düşmən cəbhənin koordinatlarını müəyyənləşdiririk, gələcək üçün vacib olan siyahılar var ki ora əlavələr təklif edirik. Üzlərinə də elə vacib görkəm verirlər ki, elə bil qızıl xırdalayırlar. İudey akademik sisteminin yeritdiyi 5-10 trafareti əzbərləyib düşüblər ortalığa ki iş bilmişəm, xalqa ağıl öyrədirlər. Qardaş, başıboşsan da, kim də bilməsə biz bilirik ki, lomsan, get işinlə məşğul ol. Deyir alternativ avrasiyaçılıq yaradacayıq. Hə, ingilislər Hindistanı tutanda da həmin alternativ avrasiyaçılıqdan yaratmışdılar. Hitler Antarktidanı tutmaq istəyəndə də, ABŞ Avrasiya qitəsinə yiyələnmək istəyəndə də bunu avrasiyaçılıq adı altında təqdim etməyə çalışırdı. Deyir milli avrasiyaçılıq yaratmaq lazımdır. Avrasiyaçılığın da millisi olur, ay qaqa? Başıboşluq öz yerində, amma axı avrasiyaçılığa böyük trend yaranıb, ona görə də fikirləşir görəsən bu sahədən nə qazana bilərəm, nə cür fırladıb bir qədər irəli düşə bilərəm? Hitler Antarktidada avrasiya yaratdığı kimi sən də üstüaçıq kənddə avrasiya yaradacaqsan. Dərd burasındadır ki, bunları Troya başçısı nəzərində görənlər də var. Əslində heç qoz da deyillər. Biz uzun zaman işlək konsepsiyaların rasional analizini apararaq, geopolitik reallıqdan çıxış edərək yekun nəticəyə gəlmişik ki, nəinki regionu, qitəni, hətta bəşəriyyəti məhv olmaqdan yalnız avrasiyaçılıq xilas edə bilər. Bunlar isə qaz vurub qazan doldurmaq eşqilə meydana atılanlardır. İohann Herder deyir ki, beyin üçün ən gözəl təlim işıqlı zəka sahiblərinin fikirlərinin öyrənilməsidir. Mənim fikirlərimi öyrənsinlər, elmi teoriyalarımla tanış olsunlar, bəlkə o boş başlarına nəsə girər, qablarına nəsə götürərlər. Yoxsa bu yolla Biləcərinin kruqundan o tərəfə fırlada bilməyəcəklər. Hay-küy düşən vaxt hər gün statusda bir gop quraşdırıb paylaşırdılar. Bu yolla özlərini vacib adamlar kimi cəmiyyətə, xüsusən də bəzi dairələrə sırımaq istəyirdilər. Tarixi qanunauyğunluq budur ki, əfsanəvi qəhrəmanların düşmənləri də mifik olur. Onlar bizdən özlərinə düşmən düzəltmək istəyirdilər, sonra üzvlərimiz gördülər ki, onlar özləri şişirdilmiş şar qismindədirlər, pafosları balaca iynə batırana kimidi. Nə bilim, biri deyir guya mən onu daim aşağılamışam. Məndə təkəbbür yoxdur, yoldaş, böyük adamlar təkəbbür mərəzinə tutulmurlar. Həmişə hamı ilə sadə olmuşam. Əgər onlar səhv ediblərsə, biz onları dinləməyə hazırıq, onların səhvini bağışlamamaqla biz özümüz səhv edirik. Bilirsiniz, bu əslində psixologiya materialıdı. Bu xüsusda facebookda populyar olan Cevat Gökün bir sitatını paylaşıblar ki, biri daim sənin əleyhinə danışırsa, bil ki sənin kimi olmaq istəyib, amma ola bilməyəndir. Bir opponentimiz bizdən genetik cəhətdən üstün olduğunu qabartmışdı. Əlbəttə, sənin genetikan xürrəmiləri, qüreyşiləri qıran elə həmin xüsusi genetikadı, bizim sənə çatmağımıza çox var. Mən dərin hərbi-patriotik köklərlə Rusiyanın imperiya diskursuna bağlı olan bir ailədə doğulmuşam. Rusiyaya sevgi və hörməti mənə atam və babam aşılayıb. Rus kəndində, rusların içində böyüməyim mənim şəxsiyyət kimi formalaşmağımda mühüm rol oynayıb, rus məktəbində ilkin təhsil almağım həyat yolumu müəyyənləşdirib. Mənim qürur duyduğum babam rus əsgərləri ilə çiyin-çiyinə 1936-cı ildən Fin cəbhəsində xidmət edərək döyüşüb, 1941-ci ildən 1945-ci ilə kimi isə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib. O düz 10 il – 1936-cı ildən 1946-cı ilə kimi rus ordusunda artilleriya komandiri kimi xidmət edib. Stalinin pərəstişkarı olub. Bizi yetişdirən Rus sadəliyinə sevgi, Sovet əsgərinə hörmət olub. Sən isə o tərifli genetikanla hələ də bazar dəllalığından o tərəfə adlaya bilməmisən. Bilirsinizmi əsas məğz nədədi? Azərbaycanda təşkilatlanma həddən artıq çətin məsələdi. Əlbəttə burda mentallığımızdan doğan bəzi məqamlar var. Bir-birimizi gözümüz götürmür. Bir yerə yığışanda adi danışığımızdakı istənilən söz kəsici-deşici olur, söhbət etmək əvəzinə atmacalar atırıq, sözlə sağalmaz yaralar qoymağa çalışırıq. Adi ünsiyyət qura bilmirik, hökmən münasibətləri mürəkkəbləşdirib burulğana salırıq. Bizim davranışımız bir növ Duqinin öz noomaxiyasında təsvir etdiyi həmin titanomaxiyaya bənzəyir: istənilən fikir, söz və təzahür özündə döyüş məğzi, hərbi məna daşıyır. Spor başlayan kimi də, - bizimkilərin təşkilatlanmasında isə bildiyiniz kimi spor hökmən olur və olacaq - bir-birimizin bildiyimiz zəif cəhətlərini afişa eləməyə çalışırıq ki, onu aşağılayaq. Danışanda da mədəniyyətdən danışırıq, normal cəmiyyət qurmaqdan dəm vururuq. Mən şiəyəm, ayrı-seçkilik də salmıram, sünniyə də canımız qurban, o da bizimdi. Amma biz şiələrin İmam Hüseyni buyururdu ki, bizim şiələrimız o insanlardır qəlbləri hər cür ikiüzlülükdən, eləcə də kin və hiylədən pak olsun. Mən onların hamısını təmiz olmağa çağırıram. Onsuz da Vodoley erasında fəsad və hiylə ilə çox da uzağa gedə bilməyəcəksiz. Nə bilim, hətta marşal Jukov qoca yaşında gileylənirdi ki, bu yaşına gəldim, hələ də insanlardan baş aça bilmədim. Yoldaşlardan biri ilə mənim şəxsi münasibətlərim alınmadı, amma mən onun yaradıcılıq qabiliyyətini çox yüksək qiymətləndirirəm. Digərinin isə bizim işlərdən qandığı heç nə yoxdur, o ümumiyyətlə bazar dəllallığından başqa heç nə anlamır. Bildirmişdi ki, milli avrasiyaçılıq yaratmaq fikrindədir. Tarixən elə bir işıqlı və təmiz ideya olmayıb ki, bizim insanlar onu eybəcər formaya salmasınlar. Avrasiyaçılığın da millisi olur? Üzə çıxdı ki, biz eyni təşkilatda olsaq da onların provayderləri başqa imiş. Ümumiyyətlə, sən adi insanlarla yola getmirsən, bu ideologiya ilə necə yola gedəcəksən?
—Onların sizə əsas iradları təşkilat bacarığınızın olmaması və məsələlərə milli maraqlardan kənar yanaşmalarınız idi...
—Axı onlar bilmirlər biz hardaydıq, hardan harda gəlmişik, bu yol hardan qaynaqlanır, nədən nəşət götürür, bu yola biz necə atılmışıq, nələrdən keçmişik. 5-6 trafareti əzbərləyib düşüblər ortaya. Bu işlər standart normativlərlə idarə oluna bilməz. Qərbin ölkəmizdəki liberal agenturası Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmağa çalışarkən mən yalan təbliğata qarşı mübarizəyə başladım, potensiallı aktivist və bloggerləri ətrafıma topladım, Azərbaycanda Rusiya həqiqətlərini çatdıran sosial şəbəkə sistemi qurmağa çalışdım. Mən rus insanının xoşniyyətli adını daim yüksək tutdum, ürəyimin səsi ilə bildiyim fəaliyyəti yerinə yetirdim. Və mənim fəaliyyətim Rusiya tərəfdən də aydın görüldü və bəyənildi. Əlbəttə ilk əvvəl çətin idi, mən bir çox dostlarımı itirdim, rusbaş, Rusiya agenti deyirdilər, satqın, xalq düşməni ad qoyurdular, bir çox açıq və gizli təzyiqlər və təhdidlər vardı, çoxları dözmürdü. Mənə qarşı bir çox provokasiyalar həyata keçirilirdi, şükürlər olsun ki, sonda hamısı çat verdi. Mənim fəaliyyətimi diskreditasiya etmək, antidövlət yöndə təqdim etmək istəyirdilər. Amma zaman öz sözünü dedi. Həmin təzyiq və təhdidlər mənə ciddi təsir göstərmədi, əksinə öz əməyimizi professionalcasına mobilizasiya etməyi və fəaliyyətimizi effektiv koordinasiyanı öyrəndim. Mən ətrafıma özüm kimi düşünən çoxlu sayda adamlar toplaya bildim. Biz ölkədə baş alıb gedən rusofobiyaya sinə gərdik, NATO propaqandist maşınına əsaslı zərbələr endirdik, öz missiyamızı uğurla yerinə yetirdik. Hal-hazırda Rusiyaya qarşı düşmən siyasətə hökumət səviyyəsində son qoyulmuşdur, belə anormal siyasət bircə liberal düşərgədə qalmışdır. Ölkənin vacib simaları, siyasi meydanın ağsaqqalları bizim fəaliyyətimizi bəyənirlər və dəstəkləyirlər. Biz düzgün yoldayıq. Ölkəmiz Rusiya ilə dostluq və qardaşlıq birliyinə qədəm qoyur. Sevindiricidir ki, bu birliyin ilk pionerləri biz olmuşuq. Bizim maraqlı inteqrasiya layihələrimiz var ki, tezliklə işə düşəcək. Nailiyyətlərimiz yetərincədir. Bu uzun illərdə internet şəbəkəsində olduqca effektiv işləmişik, Qərbin dezinformasiya sistemi ilə çoxşaxəli mübarizə aparmışıq. Hər halda bizim təbliğatımız İran təbliğatından qat-qat yüksək, keyfiyyətli və ünvanına çatan olub. Ən aşağısı, biz Qərbə sübut etdik ki, regionun ağası sən deyilsən, Rusiyadır. Hal-hazırda antiqlobalist dəst-xətt götürən və ortalıqda olan aktivistlər bizdən çox şeylər öyrəniblər. Biz xüsusi məktəb yaratmışıq. Bu məktəbin adı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda rusiyaçı hərəkat postsovet respublikalarının, o cümlədən keçmiş sosialist bloku ölkələrinin 80 faizindən güclüdür və masştablıdır. Azərbaycanın demək olar ki bütün rayonlarında bizim dəstəkçilərimiz var. MDB ölkələri mətbuatında bizdən yazmağa başlayıblar. Rusiya-Azərbaycan dostluğunun böyüməsində və güclənməsində bizim töhfəmiz böyükdür. Biz vaxtilə çoxlarının qorxduğu addımları atmaqla lideralların yeritdikləri tabuları qırmışıq, cəmiyyətimizə sırımaq istədikləri satanist bütləri ortalıqdan çıxartmışıq. Artıq yol açıqdır. Daim Rusiyanın xoş adını ucaltmağa çalışacayıq. Mənim bütün həyat kredom Rusiya ilə bağlıdır. Mən bu yola öz qəlbimin səsi, əcdadlarımın çağırışı ilə gəlmişəm. Rusiya bizə ruh verir, onun möhtəşəmliyi, sarsılmaz və hüdudsuz qüdrəti bizi yeni-yeni zəfərlərə səsləyir. Bizim effektiv fəaliyyətimizə enerji verən də Rusiyanın əzəmətidir. Aleksandr Duqinin dediyi kimi, rus mədəniyyəti, rus sivilizasiyası, rus identikliyi, rus missiyası fundamental və dərin oyanış, gur işıq, hədsiz səadət və sevinc mənbəyidir. Biz ortaya effektiv fəaliyyət qoymuşuq. Bizə inanan çoxlu sayda böyük insanlar var. Bundan qabaq dövlət idarəçiliyində ABŞ-ın qabağında əyilən, onun ayağından öpən məmurlar vardı. Onlar ölkədə hökumət səviyyəsində geniş rusofobiya sistemi formalaşdırmışdılar. Hal-hazırda onlar postlarından uzaqlaşdırılıblar. Bu korrupsiya dağarcıqlarına rusofobiya həm də öz soyğunçu və yırtıcı hegemonluqlarını saxlamaq üçün lazım idi. Biz isə onların formalaşdırdığı həmin rusofobiya maşınına qarşı bütün mümkün üsullarla, bəzən də taran yolu ilə mübarizə aparırdıq. İndi çətin və təhlükəli anlar arxadadır. İndi rusiyaçı olmağa nə var ki? Haqqında danışdığınız şəxslər bu periodlardan keçməyiblər, bu çətinlikləri görməyiblər, real təzyiqlərlə və təhdidlərlə üzləşməyiblər, bir neçə ildi ortalıqda peyda olublar, amma hazırının naziri olmaq istəyirdilər. Mənim bu dediklərim hələ olanların cüzi bir hissəsidir, o qədər keşməkeşli, ağlasığmaz və inanılmaz gedişatlar baş verib ki, bu əbləhlərin heç yuxusuna da girə bilməz. Bir rus məsəlində deyildiyi kimi, geri çəkilməyə yer yox idi, arxamızda böyük Rusiya vardı, ona görə də hərdən birbaşa tarana gedirdik. Biz bu çətin missiyanın öhdəsindən bacarıqla gəldik, böyük bir məktəb keçdik, nəticələr çıxardıq, konsepsiyalar işləyib hazırladıq. Elə indi də içimizdə belə neqativlərin peyda olması məhz Qərbin zərərli təsiri ilə bağlı olan nüanslardır. Mən çox şey yaza bilərəm, sizə də maraqlı olar və dərin təəssürat yaradar, amma ehtiyac yoxdur. Əsas odur ki, Rusiyanın nəzərləri daim üstümüzdədir və tutduğumuz yolun haqq yolu olduğuna insanlarımızda böyük inam var. Vaxt olacaq neqativlər ortalığa çıxartmaq istəyənlər də bəzi məsələləri anlayacaqlar. Amma indidən, vaxtkən nəticə çıxarmalıdırlar. Onların orientasiya olunduqları istiqamətin bir ucunun hara bağlı olduğu aydındır. Bu Şərq yolu deyil, Qərb yoludur. Bütün Rusiyaçı təşkilatlardan mənə bildirdilər ki, bu adamlar destruktiv fəaliyyət məqsədilə ortalığa atılmışlar. O boş başlarına vursunlar nə etmək istədilər və hansı adla siyahıya alındılar. Bacarmayacaqlar. Onlar istəsə də, istəməsə də Rusiya qələbə çalacaq. Bəli, bizim naxışımız belədir ki, hökmən qələbə çalacayıq. Bu təkcə mənim inamım deyil, tarixin verdiyi siqnaldır. Ən əsası odur ki, bizim buna böyük inamımız var. Hətta çətin vaxtlarda da, təhlükələrlə üzləşdiyimiz vaxtlarda da biz bu inamda olmuşuq. Çünki Rusiya – həmişə qalibdir. Bizim təşkilatın şüarlarından biri də elə budur. Zoya Kosmodemyanskayanın boynuna faşistlər kəndir keçirəndə də o buna inanırdı. Qafur Məmmədov özünü alman dzotundakı pulemyotun üstünə atanda da buna inanırdı. Panfilovçular Moskva uğrunda son patronlarına kimi vuruşanda da buna inanırdılar. Vaqnerçilər sonuncu qranatlarını sinələrində sıxanda da inanırlar ki, Rusiya onsuz da qalib gələcək. Biz də inanırıq. Bizim təşkilat üzvlərində buna tam əminlik var. Sıralarımızın get-gedə genişlənməsinin səbəbi də budur. Siz də gec-tez buna inanacaqsınız. Bizim işimiz haqq işidir.
Aqil Adiloğlu, “Xəbər saatı”