Страницы

20.01.2011

Masallının keçmiş polis rəisinin başı qalda

Ötən həftə Nizami Sadıqovun ailəsi ilə bağlı qalmaqal müxalifət və müstəqil mətbuatın səhifələrindən düşmür. Zərərçəkən Nizami Sdıqovun qızının əri, hazırda Bakıda, 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində ağır xəstə yatan Elnur Məmmədovun dediyinə görə, bir müddət əvvəl onunla qayınatası arasında soyuqluq yaranıb. Səbəb də o imiş ki, onun həyat yoldaşı, Nizami Sadıqovun qızı ondan icazəsiz tez-tez atası evinə gedirmiş. Sonuncu mübahisədən sonra Elnurun qaynı, Nizami Sadıqovun oğlu ona zəng edərək söhbətə çağırır. Zərərçəkənin danışıdığına görə, görüş yerində qaynı və bacanağı onun maşınına əyləşirlər. Onlar maşına əyləşən kimi bacanağı bıçağı onun boynuna, qaynı isə tapançanı başına dirəyir. Elnur bir neçə dəfə qaçmağa cəhd etsə də, mümkün olmayıb. Qohumları onu “Delfin” otelinin yanına gətiriblər. Burada 2 maşınla daha 4 idmançı “razborka” yerinə gəlib. Onun dediyinə görə, bu 6 nəfər Elnuru ölümcül döyüb. Elnur: “Keyləşmişdim, ancaq danışıqları eşidirdim. Rəşadın əlini ürəyimə qoyub, “hə, öldü, deyəsən, indi gedə bilərik” sözü yadımdadır",-- deyə xatırlayır.
Məlumat üçün bildirək ki, Nizami Sadıqovun oğlu da, döyülən kürəkəni də və onu döyən digər kürəkıni də polis işçiləridi. Daha dəqiq desək, Elnurun bacanığı Ramin, Suraxanı rayonunun sabiq polis rəisi Toğrul Rəhimovun oğludur.
Hazırda Nizami Sadıqovun oğlunun qaçıb gizləndiyi bildirilir. Nizami Sadıqov isə oğlunun bu hadisədə iştirak etmədiyini, yalnız 2 bacanaq arasında dava olduğunu söyləyib.
Qanına qəltan edilən Elnur Məmmədovun atası isə deyib ki, hazırda oğlunun vəziyyəti ağırdır, beynində şiş var. Həmçinin, bildirib ki, icra başçısı yalan danışır: “Qoy ”Azərsell"dən çıxarışı çıxartsınlar, görək kim-kimə zəng edib, hara çağırıb? Yalan deyir. Hadisədən bir gün qabaq onun oğlu Rəşad Elnura mesaj yazıb: “Sən Allaha yalvar ki, səhərə qədər yaşayasan”..
Mənim oğlumun başına tapançanın arxası ilə zərbəni Rəşad vurub. Ramin də oğlumun döyülməsində iştirakçı olub. Onun boğazına bıçaq dirəyib. Bu işi “zakaz” verən və başının dəstəsi ilə icra edən Rəşad Sadıqovdur.. O, həmçinin, bildirib ki, oğlunu döyənlər arxalı olduqları üçün bu böyüklükdə hadisə ilə bağlı cinayət işi açılmır və onların həyatı üçün daima təhlükə var. Elnurun atası, Nizami Sadıqovu qumarbazlıq etməkdə də suçlayıb.

Onu da bildirək ki, döyülən Elnur Məmmədov Füzuli rayonundandır. Atası Vidadi Məmmədov tanınmış biznesmen və Füzuli rayonunun icra başçısı Nəbi Muxtarovun bacısının həyat yoldaşıdır. Hadisə Bakının Binəqədi rayonunda baş verib.

Комментариев нет:

Отправить комментарий