2011-cilin yeni daxil olmasına baxmayaraq, ölkədə həbs olunaraq qurbana çevrilən ictimai şəxslərin sayı həddindən artıq çoxdur
FaktXeber.com-un verdiyi məlumata görə, 2011-cil Azərbaycanın siyasi, ictimai və dini sahəsində kifayət qədər fəallaşma, dinamiklik, represiya, qadağalar, aksiyalar və həbslərlə müşahidə olunur. Əvvəlcə hicab qadağası ilə başlayan, sonra Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və dindarların saxalanılması ilə davam edən proseslərə, daha sonra Nemət Pənahlının həbsi əlavə olundu. Gəncləri mitinqə cəlb etdiyinə və Facebook-da aktiv olduğuna görə Bəxtiyar Hacıyev və İctimai Palatanın təşkil etdiyi aksiyalarda iştirak edən müxtəlif partiyaların üzvləri barəsində həbs qəti-imkan tədbiri seçilib. 2011-cilin yeni daxil olmasına baxmayaraq, ölkədə həbs olunaraq qurbana çevrilən ictimai şəxslərin sayı həddindən artıq çoxdur. Qeyd edək ki, fevralın 5-dən həbsdə olunan Cabbar Savalanlı, bu gün keçirilən məkkmədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib. Hakim İlqar Məmmədov Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2011-ci ildə cinayət məsuliyyətinə alınan digər ictimai-siyasi fəalların siyahısı: Həbsdə olanlar: Mövsüm Səmədov - Azərbaycan İslam Partiyasının (AİP) lideri Vaqif Abdullayev - AİP sədrinin müavini Rufulla Axundzadə - AİP Astara rayon təşkilatının sədri Firdovsi Məmmədrzayev - Mövsüm Səmədovun qayını Dəyanət Səmədov - Mövsüm Səmədovun əmisi oğlu Azər Cəbiyev - Gəncə ruhanisi Fəxri İlyasov - Gəncə ruhanisi Nemət Pənahlı - Xalq hərəkatının liderlərindən biri Ceyhun Fərzullayev - Nemət Pənahlının yaxın dostu Bəxtiyar Hacıyev - bitərəf fəal, deputatlığa namizəd Cabbar Savalan - AXCP fəalı Şahin Həsənli - AXCP təşkilat şöbəsinin müdiri Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının sədri Əhəd Məmmədli - Müsavat Gənclər Təşkilatının sədr müavini Elşən Həsənov - Müsavat fəalı Məhəmməd Məcidli - AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sahib Kərimov - AXCP sədrinin müşaviri Ülvi Quliyev - bitərəf, YAP üzvü olduğu da deyilir Babək Həsənov - AXCP fəalı Zülfüqar Eyvazov - AXCP Nizami rayon şöbəsinin sədri Arif Alışlı - AXCP fəalı Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Elnur İsrəfilov - bitərəf Vidadi İsgəndərli - Hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Polisin nəzarətində olan Fuad Qəhrəmanlı - AXCP sədrinin müavini Ev dustağı: Hacı Zülfüqar Mikayılzadə - ilahiyyatçı alim Axtarışda olanlar: Yusif Ələkbərov - AİP Gəncə təşkilatının sədri Elnur Məcidli - bloqçu. |
Комментариев нет:
Отправить комментарий