Страницы

23.05.2011

Mistik Muğan şəhəri: belə bir şəhər olubmu?

Emil Quliyev        Azərbaycan Müəllimlər İnstitutu

 Bizim ərazilər indiyə qədər çox az öyrənilmişdir. Aparılan tədqiqatlar nəticəsində Muğan ərazisində üç şəhərin yeri  müəyyənləşmişdir. Bu şəhərlər Bəcirəvan, Həməşərə və  Xıllıda, dənizin içərisində olan Mahmudabad şəhərləridir. Bu şəhərlərin qədim Azərbaycanın ən böyük və inkişaf  etmiş şəhərləri olduğu elmi-tarixi dəlillərlə sübuta yetirilmişdir.
 Bu illər ərzində qədim Muğan şəhərinin yeri də tədqiq  edilmişdir. Qədim mənbələr xəbər verir ki, “Tövrat”ın  onuncu fəsilinin ikinci  hissəsində Yafəsin oğlanları  arasında Maqoq, Madayın adları çəkilir. Sonralar maqların  adı Ksanflı Lidiyanın və sair yunan tarixçilərinin  əsərlərində çəkilir.
PurimSchpiel 350x277 Пурим в 5771 (2011) году   о событиях праздника дважды
 Muqlar, muğanlılar, Zərdüştlüyün arealı barədə müxtəlif  fikir ayrılığı olsa da, muqların yaşadığı ərazi  haqqında,onların atəşpərəstliyin kahinləri olmaları  barəsində ən düzgün məlumatları Heredot vermişdir. Bu  ərazilər Azərbaycanın indiki Muğan əraziləridir.
Böyük alim Birunu demişdir ki, Zərdüşt hər il Muğanda  yığıncaqlar keçirmiş, orada müxtəlif məsələlərdən  danışılmışdı. Bu ərazilərdən muqlar və atəşpərəstliyə dair  zəngin maddi mədəniyyət abidələri aşkar edilmişdir.
purim22222 295x350 Пурим в 5771 (2011) году   о событиях праздника дваждыBu ərazidə yerləşən Quru dərədə tunc dövrünə aid bir çox əşyalar tapılmışdır. Şərqin heç bir yerində rast  gəlinməyən  çay daşı üzərindəki üç ocaq, altı atəş möhürü də Quru dərə ərazisində tapılmışdır. Azərbaycan  nağıllarının, miflərinin  əsasında duran 7 qardaş qəbirlər də bu ərazidədir və indi  də  qalır. Nəhayət, üstündə Bakı Qız qalasının və Atropat şahının təsviri olan boyunbağıdakı sikkə də bu ərazidən tapılmışdır.
 Muğan şəhəri iki çay arasında yerləşmişdir. İndi də həmin  ərazilər Mişar çay və Göytəpə çay ərazisindədir. Tarixçilərin  bildirdiklərinə görə, Muğan şəhəri Ərdəbil–Dərbənd yolunun  üstündə yerləşmişdir. Quru dərə də elə həmin  yolun üstündədir.

Комментариев нет:

Отправить комментарий