Страницы

22.06.2011

Güləmail Muradın 60 illik yubileyi qeyd olundu

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Güləmail Muradan 60 illik yubiley mərasimi keçirilib. Tədbiri giriş sözü  ilə xalq şairi Fikrət Qoca açıb. “ Güləmail xanım özündən iki addım qabaqda yol gedir. Eynilə kəndirbazlar kimi. Duyumunu, hissiyyatının zamanın üzərindən kəndir kimi çəkib onun üstü ilə gedir gələcəyə. Amandır ayağını özündən kənara qoyma. Hər iki tərəfdə uçurum var...”
Sonra tədbirin aparicisı tanınmış qələm sahibi  filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli Güləmail Muradın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.” Mən Güləmail xanımı illər öncə tanıyırdım. Ona bir insan kimi bələd idim. Ancaq onun şeirlərini oxuyanda ona daha dərindən bələd oldum. Hər bir insanın daxilində öz dərdi, öz sevinci olduğu kimi Güləmail xanımın da öz pünhan saxladığı sirləri var. O, sirlərini gizli saxlasa da, şeirlərində bunu gizlədə bilmir, oxucu onun qəlbində nələr tüğyan etdiyindən xəbər tutur. Güləmail xanım sevimli nəvəsi Muradın adını özünə təxəllüs götürüb. Murad bala balacadır, safdır, uşaq qəlbi çox çox incədir, kövrəkdir. Nənə - şair də Muradın bu xüsusiyyətlərini öz şeirlərində qələmə alıb”
Xalq yazıçısı Çingiz Abdullayev, akademik Teymur Bünyadaov, Oqtay Rza, Qəşəm Nəcəfzadə, Narıngül, Fərqanə, Cığatel və başqaları çıxış edək şairin yaradıcılıq xüsusiyyətlərindən danışdılar. Oxuculara şairin haqqında dərc edilmiş “Güləmail Murad-60” xüsusi buraxılışı hədiyyə verildi. Buraxılışda şairin qələm dostlarının ürək sözləri  toplanıb Buraxılışda professor Məhərrəm Qasımlının  fikirləri diqqət çəkir “Güləmail Muradın “bir”ləri, yəni bir-iki misradan  ibarət olan şeirləri  çox mükəmməldir. İnsanın gözü önündə maraqlı bir səhnə yaradır. Adi əşyalar, görüntülər şair qələminin qüdrəti ilə gözəl poeziya materialına çevrilir”. Görüşün sonunda Güləmail Murad Azərbaycan Yazıçılar Birliyinə və tədbir iştirakçılarına minnətdarlığını  bildirdi və yeni şeirlərini oxudu.

Комментариев нет:

Отправить комментарий