Vitvatersrand Universitetinin alimləri Uilyam Şekspirin qəbrini açmaq istəyir.
Araşdırmalara başçılıq edən alim Frensis Tekkerey bunu məşhur şairin əsl ölüm səbəbini tapmaq və marixuana çəkib-çəkmədiyini öyrənmək üçün etdiyini deyib. Alimin sözlərinə görə o dramlarını marixuananın təsiri ilə yazdığı barədə iddialar var
Alim Tekkerey 1616-cı ildə Stratford yaxınlığındakı kilsədə basdırılmış şairin qəbrini araşdırmaq üçün İngiltərə rəsmilərinə müraciət edib.
Alim Şekspirin yanında basdırılan 24 qəlyandan səkkizində marixuana aşkarlayıb. Tekkerey şairin marixuana çəkib-çəkmədiyini isə dişlərinin sıxlığından bilmək mümkün olacağını deyib.
Araşdırmaçı qrup kilsənin və dövlət rəsmilərinin cavabını gözləyirlər.
Günel Əsgərzadə
Комментариев нет:
Отправить комментарий