Son günlər yazıçı Əli Əkbərin “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğluna qarşı başladığı savaş ədalətsizdir.
Əli Əkbərin haqlı, Şahbaz Xuduoğlunun isə haqsız olduğunu və ya əksini düşünə bilərsiniz.
Məncə, bu savaşda hər 2 tərəfin öz səbəbləri olsa da, bu tip mübahisə ədəbiyyatımıza, xüsusilə yeni ədəbiyyatımıza ziyan gətirir.
Əli Əkbərin əsas 2 iddiası var:

1. “Qanun” nəşriyyatı “Ən Yeni Ədəbiyyat” seriyasından çap olunan 2 müəllifi və onu aldadıb;
2. «Qanun» nəşriyyatı “93-Tanrıların qürubu” əsərinin ilk nəşrini bazara çıxarmaqla onun yeni nəşrinin satışına mane olub.

Əli Əkbər və Seymur Baycan bildiyim və eşitdiyim qədər Şahbaz Xuduoğlundan vaxtilə fayda görən, onunla dost olan yazıçılarımızdandır.
Bəs indi nə baş verir?
Əsas səbəbkar Milli Kitab Müsabiqəsidir.
Şahbaz Xuduoğlu keçən il keçirilən MKM-ə qatılmağın əleyhinə olsa da, bu il AYO-nun MKM-ə qatılmağını arzu etmiş, AYO isə bu istəyi geri çevirmişdi.
AYO-nun yalnız 2 üzvü – Qan Turalı ekspert kimi və Mirmehdi Ağaoğlu iştirakçı kimi müsabiqədə iştirak edib.
Qan Turalı ədalətli ekspert, Mirmehdi Ağaoğlu onluğa qədər yüksələn gənc yazıçı kimi yadda qalıb.
Qalmaqalın nəticəsi olaraq Şahbaz Xuduoğlu ona qarşı kompaniyaya başlayan Seymur Baycanın son romanının çapından imtina edib.
Seymur Baycan isə “Quqark”ı çap etdirib, klassik üsullarla, yəni şəxsən özünün nəzarətində kitabın satışı ilə məşğul olub, bunun daha faydalı olmasını dəfələrlə vurğulayıb.
Əli Əkbər görünür bundan ruhlanaraq, “Amneziya”nın satışının 1000 tirajdan artıq olduğunu düşünür.
Haqsız hesab etdiyi Şahbaz Xuduoğluna qarşı hücüma başlayıb, “93-Tanrıların qürubu”nu növbəti dəfə çap etdirərək oxuculara təqdim edib.
Əli Əkbərin başladığı savaşda Şahbaz Xuduoğlunun haqlı olması, Azərbaycan reallığında Əli Əkbər kimi bir yazıçının qısa müddətə 1000 tiraj satılmasının qeyri-mümkünlüyü yəqin ki, hər kəsə məlumdur.
Elə isə Əli Əkbər nə istəyir?
Kifayət qədər populyarlığı olan yazıçının, populyar bir naşirə savaş açması kimlərə xidmət edir?
Azad düşüncəli yazarlar konkret olaraq bu savaşdan narahatdır.
Heç bir imtiyazı və maddi imkanı olmayan azad yazarlar kitabını çap etdirmək üçün “Qanun” nəşriyyatına üz tutur.
Əli Əkbərin antitəbliğatı bəzi gənclərimizi ruhdan salır, açıqfikirli gəncləri tərəddüd içində saxlayır.
Azərbaycanda yenicə kitab oxumağa başlayan gənclər, cəmiyyətin aktiv təbəqəsi arasında fikir ayrılığı yaranır.
Əli Əkbər şou-biznes qaydaları ilə, intellektdən uzaq bir formada dəyirmanlara su tökür. Kitab bazarını canlandırmağa çalışan və təbii ki, bu işdə biznes maraqları olan peşəkar bir naşirin nüfuzuna xələl gəlir.
Məncə, bu qalmaqal ədəbiyyatın inkişafına xor baxanları həvəsləndirir.
Halbuki, Əli Əkbər Şahbaz Xuduoğlunu günahlandırmaqdansa, “Ən yeni ədəbiyyat” seriyasından çap olunmuş kitabının təbliğatı ilə məşğul olmalıdır.
Əli Əkbər bu cür davranmaqdansa, kiçicik narahatlığını Şahbaz Xuduoğlu ilə həll etməli, azad yazarların nüfuzuna xələl gətirməməlidir.
Əli Əkbər şantajını və hücumlarını dayandırmalı, ədəbiyyat adamı kimi üzərinə düşən məsuliyyəti hiss etməlidir.
Nədənsə mənə elə gəlir ki, Şahbaz Xuduoğluna savaş elan etməklə Əli Əkbər populyarlığını qorumağa çalışır.
Hər halda, baş verənlər mənim üçün xoş deyil.
Qədim bir türk məsəli var: “Eski dost düşman olmaz!”

merkez.az
Комментариев нет:
Отправить комментарий