Hacı Çələbixan Qurban oğlu
Şəki xanlığının banisidir. Dərviş Məhəmməd xanın nəslindəndir. İran hakimiyyətinə qarşı 1743- cü idə Şəki üsyanına başçılıq etmiş və hakimiyyəti ələ keçirmişdir. Hacı Çələbi xan Azərbaycan torpaqlarını Şəki xanlığının ətrafında birləşdirmək siyasəti aparırdı. O, Qəbələ, Ərəş, İlisu sultanlıqlarını və Car- Balakən camaatlığını Şəki xanlığına tabe etmiş, Gəncə, Qazax, Şəmkir və Borçalı uğrunda mübarizədə Kartli çarı Teymurazı və Kaxetiya çarı II İraklini bir neçə dəfə məğlubiyyətə uğratmışdır.1752- ci ildə Şəki xanlığına qarşı birlikdə mübarizə aparmaq məqsədilə Teymuraz və II İrakli bəzi Azərbaycan xanlarını Gəncə yaxınlığında görüşə dəvət etmiş və burada Qarabağ xanı Pənahəli xan, İrəvan xanı Hüseynəli xan , Naxçıvan xanı Heydərqulu xan, Gəncə xanı Şahverdi xan onlar tərəfindən xaincəsinə əsir alınmışdır. Bunu eşidən Hacı Çələbi xan Teymurazı və II İraklini məğlubiyyətə uğradaraq keçmış rəqiblərini azad etmişdir. Hacı Çələbi xan Şəki xanlığının iqtisadi qüdrətini möhkəmləndirmək məqsədilə vergi sistemini nizama salmış, çoxlu ictimai binalar tikdirmiş, bir sıra abadlıq işləri aparmışdır.

Məhəmməd Hüseyn Xan Müştaq
Şəkinin görkəmli dövlət adamlarından biri də Şəki xanları nəslindən olan Məhəmməd Hüseyn xandır. 20 ilə yaxın Şəki xanlığını idarə edən və ağıllı, tədbirli şəxs kimi tanınan Məhəmməd Hüseyn xan XVIII əsrdə Şəkidə məscid, mədrəsə, ictimai binalar tikdirmiş, vergi sistemini qaydaya salmış, xanlığın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın, eləcə də Şərq memarlığının nadir abidələrindən sayılan Xan sarayını məhz Məhəmməd Hüseyn xan tikdirmişdir. Elmə, sənətə yüksək qiymət verən Şəki xanı həm də “Müştaq” təxəllüsü ilə şerlər yazırdı.

Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə
1817- ci ildə Şəkidə anadan olmuşdur.XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O. türkdilli , ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı.Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur.

Axundov Mirzə Fətəli
Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, materialist filosofu, ictimai xadimdir. Realist Azərbaycan ədəbiyyatının banisidir. 1812-ci ildə Şəkidə anadan olmuşdur. 1814- cü ildə atası Mirzə Məmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köşmüş ,13 yaşınadək İran Azərbaycanının müxtəlif yerlərində yaşamış, 1825–ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Anasının əmisi Axund Hacı Ələsgər Fətəlini oğulluğa götürərək, təlim- tərbiyəsi ilə məşğul olmuş , ona ərəb və fars dillərini öyrətmişdir. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələcgər 1832- ci ildə onu Gəncəyə aparmışdır. Fətəli burada məntiq və fiqh elmlərini , habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənmişdir.M.Ş. Vazeh M.Fətəlinin zəka və istedadını hiss etmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Müasir elmlərlə maraqlanan M.Fətəli 1833-cü ildə Nuxada açılmış rus-tatar məktəbinə daxil olmuş, bir il burada oxumuşdur. 1834- cü ildə Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxansında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik rütbəsi verilmişdi. O zaman Qafqazın inzibati- mədəni mərkəzi sayılan Tiflis M.F.Axundovun fikri inkişafına mühüm təsir göstərmişdir. rus və Qərbi Avropa ədəbiyyatını, ictimai- fəlsəfi fikrini öyrənmişdir.
M.F.Axundov bədii yaradıclığa şerlə başlamışdır. 1850-1855- ci illərdə yazdığı 6 komediya ilə azərbaycan və bütün Yaxın Şərq ədəbiyyatında realist dramaturciyanın təməlini qoymuşdur.

Sədrəddinbəyov İsmayıl bəy Hacı məhəmməd oğlu (Nakam)
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1841- ci ildə Şəkidə anadan olmuşdur. Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir.
Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir.
Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, “Leyli və Məcnun”, “Fərhad və Şirin” poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır.

Molla Cümə
Molla Cümə 1854- cü ildə anadan olmuşdur. Savadlı olduğu üçün “molla” təxəllüsü verilmişdir. Şəkinin Baş Göynük mahalının Layısqı kəndində dünyaya göz açan aşığın yaradıcılğında klassik aşıq şerini şöhrətləndirən, ona əbədilik hüququ qazandıran əsas cəhət məzmun və forma zənginliyi ilə yanaşı, onların bir vəhdət, bütövlük təşkil etməsidir. O,əsasən, qoşma, gərayli və müxəmməslər yazmışdır.
Aşığın şerlərinin çoxu məhəbbət mövzusundadır və “İsmi- pünhan” adlı gözələ müraciət formasında yazılmışdır. ”İsmi-pünhan“ın real bir surət olması şübhəsizdir.Aşığın “Neylədin dünya”, “Hayıf oldu”, “Axtarın”, ”Alar bəzənir”, “ Ey dost”rədifli qoşmalarında “ İsmi-pünhan”ın dünyasını dəyişməsi və ona bununla bağlı kədərinin sonsuz olduğunu ifadə etmişdir.
Aşığın “Oldum” rədifli qoşmasında ehtiyacla bağlı daxili hissləri üstünlük təşkil edir.Onun şeirlərinə musiqi yazılmış və bir çox nümunələr yaradılmışdır.

Abdullayev Ələsgər Baba oğlu
Ələsgər Abdullayev 1866- cı ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın musiqi tarixində Şəkili Ələsgər adı ilə tanınmışdır. O, uşaqlıqdan xalq musiqisini sevmiş, 20 yaşından xanəndəlik etməyə başlamışdır. 1902- ci ildə Bakıda Şərq konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. Məlahətli və zil səsi ona Zaqafqaziya və İranda şöhrət qazandırmışdır. 1914-cü ildə “ Ekstrafon” səhmdar şirkəti Kiyevdə onun səsini vala yazmışdır. Şəkili Ələsgər Azərbaycan musiqi tarixində “ Rahab” muğamının gözəl ifaçısı sayılır. Hal- hazırda Şəkidə fəaliyyət göstərən Musiqi Texnikumu onun adını daşıyır.

Əsgərov Salman Məmmədemin oğlu (Salman Mümtaz)
Salman Mümtaz 1884 –cü ildə Şəkidə anadan olmuşdur. Görkəmli Azərbaycan ədəbiyyatşünası və şairidir. Klassik ədəbi irsin toplanması , nəşri və tədqiqi sahəsində Azərbaycanın bir sıra şair və aşıqlarının naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır. Repressiya qurbanı olmuş , 1941- ci ildə vəfat etmişdir.

Sadıqov Əlövsət Şirəli oğlu
Əlövsət Sadıqov 1906- cı ildə Şəkidə anadan olmuşdur. Lirik, tenor səsə malik Azərbaycan müğənnisi idi. 1956- cı ildən Azərbaycan Dövlət Konservatoriyasında oxumuş, Azərbaycan Opera və Balet teatrının 1963- cü ilə qədər solisti olmuşdur. O, güclü zil səsə , gözəl zəngulələrə malik sənətkar idi.
Ə.Sadıqov Qərib (“Aşıq Qərib”, Z, Hacıbəyov), Məcnun (“ Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm, ), və b. rolların əvəzsiz ifaçısı kimi tanınmışdır.
Azərbaycan xalq mahnılarının, muğamlarının ifaçısı kimi də məşhur olmuşdur. Dəfələrlə SSRİ-nin bir çox şəhərlərində, həmçinin 2 dəfə İranda qastrol səfərində olmuşdur. “Şərəf Nişanı” ordeni və medallarla təltif edilmişdir.

Dəmirəizadə Əbdələzəl Məmməd oğlu
XX əsr Azərbaycan dilçiliyinin ən böyük nümayəndələrindən biridir.Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru (1944), professor(1945), Azərbaycan SSR Əməkdar elm xadimi (1973), Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.(1974)
1909- cu ildə Şəkidə anadan olmuşdur. O ibtidai və orta təhsilini 1917-1927 –ci illərdə Şəki məktəblərində almışdır, əvvəlcə “Həqiqətül- maarif” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrında 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
Professor Ə. Dəmirçizadə zəngin və çoxcəhətli yaradıcılığa malik alim idi. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi–metodik məqaləsi çap olunmuşdur.Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrinı araşdırmışdır.
http://www.sheki-mks.az/i

Комментариев нет:
Отправить комментарий