Страницы

06.08.2011

Sevgi oyunu

Elmar  Şahmar



Sevgi  oyunu

Gəl  bir  oyun  oynayaq,
Sevgi  adlı  bir  oyun.
Sən    mən,
Yəni  biz...
Bir    bizim  sevgimiz.
Oynamaqdan  doymayaq,
Səhər-axşam  oynayaq.
Hey  titrəsin  səsimiz,
Alovlansın  hissimiz.

Olmasın  bu  oyunun
  məğlubu, qalibi,
Uduzanı, udanı,
    tərəf  tutanı.
Olmasın  bu  oyunun
  qanunu, qaydası,
  qayğıkeş  həkimi,
    satqın  hakimi.

Özümüz  olaq  hakim,
Başqa  kim  anlar  bizi?!
Hər  gün  min  qanun  yazaq,
Hər  an  min  qayda  pozaq.
Nəyə  lazımdır  həkim?!
Qalaq  öz  qeydimizə.
Sevgimizlə  yarışaq,
Tez-tez  küsək, barışaq.

Bax  beləcə, mehriban
Ömür  sürək  anbaan.
Bu  oyun  heç  bitməsin,
Yaddaşlardan  itməsin.
Sən    mən,
Yəni  biz...
Bir    bizim  sevgimiz...

  üçün?

Sevirsənmi? – soruşdum,
Danışmırsan, nə  üçün?
Bəlkə  mən    sevmirəm,
Soruşmursan, nə  üçün?

Bu  sevgini  saymayıb,
Hisslərimlə  oynayıb,
Varlığımla  qaynayıb –
Qarışmırsan, nə  üçün?

Əlin  qalıb  qoynunda: -
“Oynayaram  toyunda”,
Mənimlə  bu  oyunda
Yarışmırsan    üçün?

Sevmirsənsə, de, bilim,
Sevirsənsə, sev, gülüm,
Küsmüsənsə, sevgilim,
Barışmırsan, nə  üçün?

Gəldik  yolun  sonuna,
Girdik  hicran  donuna,
Öz  əsərin  Məcnuna
Qovuşmursan    üçün?

Belə    olmalıydı...

Hər  şey  bitdi, ayrıldıq,
                        belə    olmalıydı...
Vaxtsız  açan  bir  çiçək
                        vaxtsız  da  solmalıydı...
                                       Belə    olmalıydı...

Öyrəşmişdik  Günəşin 
                        işığına, nuruna,
Biz  bixəbər  qalmışdıq
                        yağış, tufan, küləkdən,
Haçansa  sevgimizdə 
                        qopmalıydı  fırtına,
İşıqlı  səmamızda
                        buludlar  dolmalıydı...
                                       Belə    olmalıydı...

Özümüzü  tulladıq 
                        zamanın  pəncəsinə,
Dost  bildiyimiz  zaman 
                        bizə  düşmən  kəsildi,
Heç  nəyə  baxmayaraq
                        sevdik  dəlicəsinə,
  olsun  ki  sevirdik,
                        yollar  ayrılmalıydı...
                                       Belə    olmalıydı...

Heç  üzümüz  gülmədi,
                        elə  çəkdik  nalə, ah,
Görünür  ta  əzəldən
                        qismətimiz  beləymiş.
Bizi  eşqin  oduna
                        birlikdə  salan  Allah,
  vaxtsa  səni  mənim
                        əlimdən  almalıydı...
                                       Belə    olmalıydı...

Heç  üzülmə, əzizim,
                        yanımda  olmasan  da,
Ürəyimdə  yerin  var,
                        həmişə  mənimləsən,
Xoşbəxt  ola  bilmədik
                        biz  bu  fani  cahanda,
Hökmdür, fələk  bizi
                        dərd-qəmə  salmalıydı...
                                       Belə    olmalıydı...

Allah, məni  daşa  döndər…

Allah, məni
sevgilimin  gözlərində
yaşa  döndər...
Ağlayanda
al  çəhrayı  yanağından,
al  qırmızı  dodağından
süzülərək  axım  mən...

Allah, məni
göy  səmada  qanad  çalan
quşa  döndər...
Dağ  başından,
dumanlardan
dünyadakı  əzəlliyə,
gözəlliyə
doya – doya  baxım  mən...

Allah, məni
mənzərəli  bir  payıza,
qışa  döndər...
Qığılcımla
sevgi  adlı  od  salaraq  ürəklərə,
bənzəyərək  şimşəklərə
gurultuyla  çaxım  mən...

Allah, məni
Vətənimdə 
parçalanmaz,
yenilməz  bir  daşa  döndər...
Bu  torpağa
neşə – neçə  göz  dikəni,
düşmənləri
sərtliyimlə,
mərdliyimlə
özlərinin  qəzəbinin  atəşində
yandırım  mən,
yaxım  mən...

Tənha  bulud

Tənha  bulud, ağla, yağsın
Gözlərindən  qəm  yağışı.
Heyranlıqla  sənə  baxsın
Sevənlərin  lal  baxışı.

Tənha  bulud, qara  bulud,
Niyə  səni  qoydular  tək?
Unuduldun, sən    unut,
Hər şey  yalan, budur gerçək.

Tənha  bulud, hönkür, ağla,
Qəlb  yaranı  möhkəm  bağla,
Sevmək  çətin, susmaq  asan,
Susma, ağla, yarat  leysan...

Tənha  bulud, tənha  bulud,
Unuduldun, sən    unut...
         

Комментариев нет:

Отправить комментарий