Страницы

05.08.2011

TİMES NEW ROMAN

Mir Bağır. Hekayə

 Mən  onu  ilk  dəfə  hələ  15  yaşıma  çatmamış  görmüşdüm. Ona  qarşı  içimdə  dəhşətli  bir  arzu  yaranmışdı.  Nə  o  vaxt,  nə  də  indi  bu  arzunun   izahını  verə  bilmərəm. Füsunkar  və  cazibədar,  nəfis  idi.  Gözləri  masmavi,  dodaqlari  ehtirasdan  yanırdı.Ona  baxarkən  nəfəsim  kəsilir, boğazım  quruyurdu.  Heç  bir  söz  tapa  bilmirdim  deməyə. Bütün  sözlərdən  mükəmməl  idi.  O  da  mənə  baxırdı.  Daxilində   utancaq  bir  çağırışın  olduğunu  duyurdum.  Bəlkə  də  mənə  sadəcə  “ayalla  nə  şirin  uşaqdı”  deyə  bu  qədər  maraqla  baxırdı, bunu  deyə  bilmərəm.  Həqiqətdə   gözlərini  məndən  çəkmirdi.  Necə  də  gözəl  bir  mənzərə  yaranmışdı  qarşımda. Mən  biraz  həm  utanır, həm  də  qorxurdum,  mənə  kənardan  fikir  verən  olar  deyə  narahat  idim.  İçimdə  cəsarətlə  tərəddüd  ölüm-dirim  savaşında  idi. Mən  özümə  nəzarəti  itirirdim.  Özümü   tamamilə onun  ağuşunda  hiss  eləyirdim.  Sanki,  mən,  öz  hislərimlə  parçalanmış  dəmir  qırıntılarını  xatırladırdım,  o, isə  məni  özünə  dartıb  aparan  böyük  maqnitə bənzəyirdi. Üzünün  xətlərində  və  cizgilərində   bir  fövqəladilik  var   idi. Onun   bütün  vücudundan  ehtiras  saçılırdı   və  mənə  elə  gəlirdi  ki, o,  ehtirasdan  daha  qüvvətlidi.  Bəlkə  də  mən  yanılırdım, axı,  15  yaşına  çat(ma)mış  bir  uşağın  ehtiras  barəsində  fikirləri  nə  dərəcədə  həqiqətə  uyğun  ola  bilərdi.  Lakin  fikirlərimdə  daxili  bir  həqiqətin  olduğuna  da  şübhəm  yox  idi.  Bu  ecazkar  bədən  qurluşu  məni  o  qədər  valeh  etmişdi  ki,  həyatın yalnız  ondan  ibarət  olduğunu  düşünürdüm.
     Və  nəhayət  titrəyə - titrəyə  onun  dodaqlarina   toxundum. Bədənim, güclü  tufandan tir–tir əsən, hardasa, uzaqlarda gözdən – könüldən  iraq, sıx  meşəyə  özünün  ən  yoğun  budağını  göstərən, tək  ağacın  yarpaqları  kimi  əsirdi. Gözlərimi  yumub  onu  o qədər  dəlicəsinə  öpürdüm  ki, bu  o  qədər  güclü  və  dəhşətli  hiss  idi  ki, artıq, bütün    ehtiras  sərhədlərini  aşmışdı. Bu  zaman  əlimdə  tutduğum  jurnalın  üz  qabığı  o  qədər  sulanmışdı  ki,  dənizə  atılan  kağız  parçalarını  xatırladırdı. Mən  cəld  hərəkətlə  jurnalı  yerə  atıb oradan  uzaqlaşdım. İndi  də  o   günü  xatırlayanda  qeyri – ixtiyari bir  gülüş  qonur  dodaqlarıma. Cəsarətim   məni  kişi  etmişdi. 
   Və  kim  nə  deyir  desin,  mənə  elə  gəlir hər kəsin  həyatında  buna  bənzər  hadisələr   çox  olub. Mən  heç  vaxt  o  jurnalın  üz  qabığında  olan  həmin  maniken  qızı  unutmayacam.

Комментариев нет:

Отправить комментарий