Страницы

10.09.2011

Camaat aşağısəviyyəli manısların əlindən lap təngə gəlib

Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı qarnı sallaq Azərbaycan manıslarından yazdı!

Oriyental Fatimə və Anqela Merkel

Deyirəm e, arsız olmaqdan gözəl heç nə yoxdu ki. Arsızlıqdan adam hər şey edər, hələ durub burdan Amsterdama sünnət toyuna da gedər. Sonra bu sünnət toyuna getməkliyini hələ bir reklam da edər. Rəqqasə Fatimə kimi. Amma Fatimə sünnətə getməmişdən öncə Antaliyada doyunca dincəlib.
Guya kişinin qızı gərgin iş qrafikindən bir qədər uzaq olub, yayın keyfini çıxarır. Deyirəm indi Anqela Merkel də deyir ki, gərgin iş qrafikində çalışıram, göbək atan Fatimə də. Belə yerdə deyiblər e, dağıl a dünya.
Eyni zamanda ağlıma gəlir ki, görəsən, Fatimə o gərgin dediyi iş qrafikinə nələri daxil edib? Birini və birincisini bilirəm, bu göbək fırlatmaqdır, bəs qalanları?

Nailənin göstərməsi və fiziki göstəricisi

Söz ki oriyental, yəni göbək rəqsindən düşdü, deyim ki, bizdə bu sahə də kifayət qədər zibilin içindədir. Adətən göbək atanlar, yəni oriyental rəqqasələr bədənlərinin aşağı hissəi daha çox diqqət çəkdiyindən daim zərif qalmağa çalırlar. Oriyental rəqqasələrdə qarın düz olmalıdır ki, rəqs edəndə tamaşaçının zövqünü korlamasın. Bizdə isə tam əksinədir. Məsələn, oriyental rəqqasə Nailə əməli-başlı manıs kişilərə oxşayır. El arasında bu halı belə belə bir cümlə ilə ifadə edirlər “filankəs qarın buraxıb”. Təsəvvür edirsiz, indi rəqqasə Nailə Dadaşova göbək atır, göbək əvəzinə sallaq qarını yırğalanır nəyi var.
Bax budur, bizdə sənət və canını sənəti yolunda fəda edən sənətkarlar çox azdır. Bizim manıslarımız da bəzən Hollivud ulduzu Ancelina Coli kimi poza verib, özlərini ona oxşatmağa çalışırlar. Amma sonda nə alınır? Çox gülünc, Nailə Dadaşova isə nə sənətçi deyil, nə də fədakar. O, sadəcə qarnı sallaq manısdır, manıs.

Nura ərinə 250 min manat pul atıb

Müğənni Nura Surinin məşhurlaşmasının arxasında sən demə, başqa nəsnlər dayanıbmış. Sən demə, Nura illər öncə Dubayda bir iranlı qaz tapıb və düşüb üstünə yol ki yola biləsən. İndi bu Qazbala durub İrandan bura, bizim məmləkətə məktub yollayıb. Məktubda Əlirza Suri adlı bu Qazbala sabiq həyat yoldaşı Kazımova Aynurə Qəzənfər qızının (Nura Suri) onun soyadının daşımasını istəmədiyini bildirib. Əlirza Suri məktubunda yazıb ki, şərəf və ləyaqətinin müdafiəsilə bağlı, həyat yoldaşı olan Aynurə Kazımovanın, onun soyadını (Suri) daşımasını istəmir:
“Son illər Aynurə internet saytlarında Nura Suri adı altında yarıçılpaq fotoşəkillərini yerləşdirir, üstəlik Facebookdakı profilində mənim razılığım olmadan fotoşəkillərimi nümayiş etdirir. Onun bu hərəkətləri mənim ailəmi, İslamın namuslu və qeyrətli bəndələri olan valideynlərimi tanıyan hər bir kəsin qarşısında şərəf və ləyaqətimə toxunur. Aynurənin evində bu gün damarlarında mənim qanımın axdığı bir oğlan böyüyür. Mən əminəm ki, o oğlan yetkinlik yaşına çatandan, özünü və məni bir kişi kimi tanıyandan sonra anasının Suri soyadını daşımasına qəti etiraz edəcək”.

Elza ancaq qadınlara oxuyacaq

Adamın ağlı olmayanda nə atdığını bilir, nə tutduğunu. Bunu da nənəmdən eşitmişəm. Xarici ulduzlar ya heyvansevər olurlar, ya da heyvan yeyən. Konkret bilinir ki, Cennifer Lopezin xəz geyimlərə çox böyük marağı var. Amma təkcə aktrisalığı ilə deyil, silikonlu döşləri ilə daha çox tanınan Pamela Anderson heyvan hüquqlarının müdafiəsi təşkilatı olan PETA-nın aksiyalarında daim iştirak edir. Bilirsiz yəqin, PETA heyvanların ovlanmasına, dəri və xəzlərindən geyim hazırlanmasına etiraz edərək müxtəlif aksiyalar keçirir.
Bizdə isə bir Elza Seyidcahan adlı Palatka müğənnisi var. Gah başqalarından fərqlənmək, özünü gözə soxmaq üçün heyvansevər olduğunu deyib itə-pişiyə konsert verir, gah da Femina dəri-xəz qaleriyasının açılışında iştirak edib xəz geyimlərdə poza verir. Adamın nə istədiyi bəlli deyil. İndi də ancaq xanımlar üçün oxuyacağını deyir. Guya öz aləmində maraqlı, qeyri-adi nəsə edir. O günlərdə isə Elza deyib ki, hamı müğənni Üzeyir Mehdizadəni tənqid edir: “Mən isə onun oxuduqlarına qulaq asmasım da, onu tənqid etmirəm. Üzeyir Mehtizadənin disklərini də nə zamansa alacağımı deyə bilmərəm. Sadəcə, Üzeyirlə işləmək gərəkdir. Öz üzərlərində çalışmayan gənc ifaçılar var. Üzeyir Mehtizadə ilk əvvəl təhsil almalıdır. Ona baxıram və görürəm ki, özünü müəyyən mənada ulduz hesab edir yaradır, buna görə də Üzeyiri anlamır. Amma tamaşaçılar dəqiq anlayır ki, elə Üzeyir də Elzanın tayıdır, Elza da Üzeyirin tayıdır. Camaat bu aşağısəviyyəli manısların əlindən lap təngə gəlib.  

Bizim Tarkana bax hələ…

O gün Türkiyə telekanllarından birində gülməli və ağlamalı bir söz eşitdim: “Azərbaycanın Tarkanı Elnur”. Dağıl a dünya. Tarkana-zada bax hələ. İndi puldan-zaddan verib Türkiyədə biknisini sərgiləyən Günay Musayeva ilə şəkil çəkdirmək nə vaxtdan Tarkanlıq olub görəsən? Bu türklər də nəyə “ağ”, nəyə “qara” dediklərini heç bilmirlər də.
Tovuzun Düz Cırdaxan kəndində, musavatçı ailəsində dünyaya göz açan Günay Musayevanın türkiyəli aktyor Tolqa ilə evliliyi əməlli-başlı Elnura düşdü. Türkiyənin maqazin verilişlərindən birində toy haqqında gedən süjetdə Elnurun “tarkanlığı” üzə çıxdı. Deyirəm e, düz deyiblər, biri ölməsə biri dirilməz. Tolaq biknisini aləm görən xanımla evlənib zatən öldü, ara yerdə qazanan, dirilən gözüqıyıq manıs Elnur oldu.

Qaramollanın nəvəsi tumanını çıxarmağa hazırlaşır

“Gənc Azərbaycan müğənnisi alt paltarlarının reklamına çəkilmək istəyir”. Dünən bunu xəbər saytınan oxudum.
Gənc manıslarımızdan olan Kəmalə Qaramollayeva toyları əksər yerli müğənnilərin əsas gəlir mənbəyi sayır. Odur ki, gənc qız soyunmağa, biknisini, nənəmin dili ilə desək darbalaığını göstərməyə hazırlaşdığını deyir.
O, manısları toy biznesinə can atmaqda qınamağın düzgün olmadığı qənaətindədir: “Onların başqa gəlir mənbəyi yoxdur. Disklər satılmır, telekanallara çıxmaq üçün pul ödəməlisən, konsert biletləri satılmır”.
Toylara yalnız yarım və ya bir saat ifa üçün getdiyini deyən K.Qaramollayeva bunun üçün aldığı qonorarın məbləğini də açıqlayıb. “Bir çoxlarından fərqli olaraq, qiyməti şişirtməyəcəm. Yarım saat üçün minimal məbləğ 700 manatdır. Amma bu, sabit qiymət deyil o, dəyişə bilər”. Yəni adamına baxır da.
ШОК! Диетологи могут остаться без работы! ПО ДИЕТЕ Бородиной ХУДЕЮТ ВСЕ!Vaxtilə model kimi bir sıra jurnallar üçün fotosessiyalar çəkdirmiş Kəmalə alt paltarları kolleksiyasının nümayişinin də əleyhinə deyil. O, bunun Azərbaycanda normal qarşılanmadığından yana-yana qalıb: “Bu üzdən belə təklif alsam da, onu rədd edərəm. Amma başqa ölkədə yaşasaydım, belə çəkilişlərə razılaşardım”.

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий