Страницы

08.09.2011

Çingiz Abdullayev: ”Əgər Şamo Arif xalq şairidirsə, mən onda balerinayam”

                            Müsahibimiz təqdimatsız Çingiz Abdullayevdir                  

"Hesab edirəm ki, məni Azərbaycandan da çox başqa xalqlar oxuyur. Ukraynada mən milli qəhrəmanam. Latviyaya gedəndə oranın camaatı məni qatarda qarşılayırdı. Son dövrlər ölkədə 70-dən çox kitabım nəşr olunsa da, burdakı oxucularımın sayı hələ də azdır.Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu".
“Əsərin qəhrəmanı yazardan ağıllı, daha çox müsbət keyfiyyətlərə malik olur. Yazdığım əlyazma itsə, mən onu ikinci dəfə yaza bilmərəm. Ona görə ki, mən bu həyatı yaşamışam, ikinci dəfə maraqsızdır. Mən əsərin içərisində yaşayıram, hər şeyi görürəm”.        
-Siz dünyada ən çox oxunan yazıçılardansınız. Əsərlərinizin dünyanı gəzməsi ədəbiyyatımızın dünyaya ayaq açmasıdır. Sizcə Azərbaycan ədəbiyyatı kənardan necə görünür?
-Çox gözəl görünür. Ona görə ki, ədəbiyyatımızda Nizami Gəncəvi, Füzuli, Nəsimi, Səməd Vurğun kimi şairlərimiz olub.
-Əvvəllər hüquq-mühafizə idarələrindən birində çalışmısınız. Qəhrəmanınız Dronqo həm də siz özünüz deyilsiniz ki?
- Yox özüm deyiləm. Ancaq yazıçı yazarkən öz şəxsi keyfiyyətlərini yazır, qəhrəmanı daha yaxşı qələmə alır. Tolstoy, Dostoyevski kimi yazarların əsərlərindəki baş qəhrəmanların çoxu həmin yazarların özüdür. Qəhrəman təbii ki, yazardan ağıllı, yaxşı, daha müsbət keyfiyyətlərə malik olur.
-Romanlarınızı yazarkən hər hansı bir plan cızırsınız, yoxsa mövzu sizi arxasıca çəkib aparır?
-Mövzu məni arxasıca aparır. Əsərin sonluğunun nə ilə bitəcəyini isə mən heç vaxt bilmirəm. Əgər bilsəydim kitab yazmazdım. Sonluq mənim özümə də maraqlı olur. Yazdığım əlyazma itsə, mən ikinci dəfə həmin əsəri yaza bilmərəm. Ona görə ki, mən bu həyatı yaşamışam, ikinci dəfə maraqsızdır. Yazacağım əsər hər şeydən öncə mənə maraqlı olmalıdır. Mən əsərin içərisində yaşayıram, hər şeyi görürəm və sonun nə ilə bitəcəyi özümə də çox maraqlıdır.
-Necə fikirləşirsiniz,əsərlərinizi tək öz dilimizdə yazsaydınız, bu qədər şöhrət qazana bilərdinizmi?
- Hansı dildə yazmaqdan asılı deyil. Çexovun fikirləri ilə razıyam, milli riyaziyyat, milli biologiya olmadığı kimi milli fikir də ola bilməz. Ədəbiyyatın milli xüsusiyyətləri olur. Əgər sən yaxşı kitab yazırsansa, səni bütün dünyada qəbul edəcəklər. Öz dilimizdə yazdığım çoxlu sayda əsər varki, çin, eston, ukrayna, rus dillərinə tərcümə olunub. Əsərin hansı dildə yazılmasının fərqi yoxdur. Lakin dünyada bugün 5 dil varki, yazıçı bu dillərdə özünü təsdiq edə bilərsə, onda dünyanı qazana bilər.Yox əgər bu dillərdə kitabı çıxmırsa, onda yazarın uğur qazanması çətin olur. Bu dillər rus, ingilis, fransız, alman və ispan dilidir. Baxmayaraq ki, çin dilində 1 milyarda yaxın insan danışır, o dildə yazan yazıçının əsəri çox da uğur qazana bilməz. Orxan Pamuk türk dilində yazdığı əsərləri ilə tanına bilmədi, amma fransız dilinə tərcümə olunduqdan sonra bütün dünyada tanınmağa başladı. Onun əsərləri bizdə daha çox rus dilində oxunur.Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu.
-Azərbaycan Yazıçılar Birliyinin katibi kimi birliyə qarşı olan hücumlarda yazıçı həmkarlarınızın bu istiqamətdəki narazılıqları sizi narahat edirmi?
- Yaradıcı təşkilatda istedadsızlar istedadlılardan çox olur. Bu təbii haldır. Təkcə ədəbiyyatda deyil, bütün yaradıcılıq sahələrində bu hallara rast gəlmək mümkündür. Şöhrətli yazarlar istedadsız yazarlarda həmişə qısqanclıq yaradır.
-Siz gənc yaşlarınızdan məşhurlaşmısınız. Necə düşünürsünüz? Bugün gənc yazarlarımızın şöhrətinin bu pilləsinə qalxmamasına səbəb nədir: zəif yazmaları, yoxsa zəif təbliğat?
- Hər şey yazmaqdan asılıdır, təbliğatdan yox. Bəzi jurnalistlər gəlib deyirlər ki, siz Yazıçılar Birliyinin katibi olduğunuza görə başqa ölkələrdə əsərləriniz çap olunur.(GÜLÜR) Kitabı çap edirlər ki, oxunsun, müəllifin katib və ya nazir olmasının nə dəxli var. Müəllif kitabı yazarkən orada qoyulan fikirə ,məzmuna diqqət yetirməlidir.
-Bir həmkar kimi xalq şairi Şamo Arif və Anarın yaradıcılığını necə qiymətləndirirsiniz?
-Bugünə qədər Şamo Arif nə yazıb ki, onun yaradıcılığına da münasibətim olsun. Bugün Azərbaycanda 6 xalq şairi var. Nəinki xalq şairi, Şamo Arif heç əməkdar şair deyil. Əgər, “Şamo Arif xalq şairi, xalq yazıçısıdırsa, onda mən balerinayam”. Münasibətim bir cürdür: Ədəbiyyat haqqında heç bir məlumatı olmayan adam Anarın yaradıcılığını başa düşə bilmədiyi üçün onu təhqir edir.
- 60-70-ci illərin gənc yazarları ilə 2000-ci illərin gənc yazarları arasında hansı fərqlər var?
-Təbii ki, o dövrdə yazıb-yaratmaq daha çətin idi. Senzura çox şeyi yazmağa icazə vermirdi. Amma indiki yazarlar istədikləri şəkildə yazıb, istədiklərini tənqid və təhqir edə bilərlər. Bugünün gənc yazarına hər cür sərbəstlik verilib, əsas nəyi necə yazmaqdır. İnternetdə milyonlarla kitab var. Sən necə səviyyədə yazmalısanki, insanlar seçib internetdə sənin kitabını oxusunlar.Ona görə də mənə qarşı olan yazarlara heç vaxt cavab vermirəm.Məgər ağcaqanad məni sancanda mən ondan inciyə bilərəm? 26 milyon kitabım var, 10 milyonu yazıb başa çıxaran olsa, onda cavab verərəm.
-Gənc yazarlardan kimləri oxuyursunuz?
-İlqar Fəhmi, Elçin Hüseynbəyli, Cahangir Əsəd, Ramiz Qasımov, Həsən Seyidbəyli, Səlim Babullaoğlu kimi yazarların əsərlərini daha çox oxuyuram.
-Mirzə İbrahimovun xatirə gecəsində Azərbaycanda kitab oxucularının əhalinin 3%-ni təşkil etdiyini qeyd etmisiniz.
-Hətta mən deyərdim ki, bu göstərici 3%-dən də aşağıdır.
- “AYB” ilə gənc yazarlar arasında gedən mübahisələrin başlıca səbəbi nədir?
-Cənab Prezidentimizin qərarı ilə yazıçılar birliyinin gənc yazarlara ayırdığı təqaüd mübahisənin də elə başlıca səbəbi budur.
Sizi Azərbaycan xalqı daha çox oxuyur yoxsa dünyanın başqa xalqları?
- Hesab edirəm ki, məni Azərbaycandan da çox başqa xalqlar oxuyur. Ukraynada mən milli qəhrəmanam.Latviyaya gedəndə oranın camatı məni qatarda qarşılayırdı.Son dövrlər ölkədə 70-dən çox kitabım nəşr olunsa da, burdakı oxucularımın sayı hələ də azdır.
Tural Türk, Mirvari Nəcəf                             merkez.az

Комментариев нет:

Отправить комментарий