Страницы

06.09.2011

DOĞUŞ (7)

                                                                             Məhəmməd Ərğəvan

körpə bir quş düşünür, göz ücü hər gün, dən üçün.
bir savaşdır bu gediş, doğrusu çin-çin çən üçün.

necə bilsin birisi, quş səsi gün doğdu səhər?
ürünüş elçisidir, bulğuru bol xərmən üçün.

acılar basqısına qarşı yürü, durma kəsin,
bu sınaqdır törənir hər kimə, sən, kimsən üçün...

ey üzün görmədiyim, sevgili gəl məndən eşit!
yol boyu min tuzağın ağzı açıqdır, sən üçün.

biz görüşdük gecə roya evini, seyir edərək,
ayrılıqlar sona varsında günü, birdən üçün.

Ərğəvan gözləyişi, bir sonucun, son nədən ,
çün yeni can doğacaq, ünlü səadət mən üçün.



DIVAN-I ƏRĞƏVAN, DOĞUŞ (7) - M. Ərğəvan 

Комментариев нет:

Отправить комментарий