Страницы

15.09.2011

Fransada küçədə ibadət qadağan edilir


Fransada bu gündən etibarən müsəlmanların küçədə ibadəti qadağan edilib. Bu haqda Fransanın “Le Figaro” qəzetinə məlumat verən daxili işlər naziri Claude Guyant qadağanın əsasən iri şəhərlər - Paris, Marsel və Nitsada tətbiq olunacağını deyib. Onun süzlərinə gürə, cümə namazları zamanı müsəlmanların bir yerə toplaşması, küçədə namaz qılması digər vətəndaşlara problem yaradır.
Məmur küçədə ibadət etməyin dinə qarşı hörmətsizlik olduğunu da bildirib. Guyantən dediyinə görə, artıq ölkədəki İslam din xadimləri ilə bu qadağa ilə bağlg danışıqlar aparılıb
Nazir qadağanın tətbiqindən sona küçədə namaz qılmaq istəyənlərə qarşı güc tətbiq edilə biləcəyini də istisna etməyib. Amma işlərin bu həddə gəlib çatmayacağına inandığını da söyləyib.
Yeni qaydaya görə, küçədə namaz qılan müsəlmanlar bundan sonra məxsusi olaraq onlar üçün ayrılan daha geniş və məqbul bir məkanda ibadətlərini gerçəkləşdirə biləcəklər.

modern.az

Комментариев нет:

Отправить комментарий