Страницы

15.09.2011

Xilas edin məni...!

Jalə Sadıqova


İçimdə bir ağrı acı,
Eşidirsiz harayımı..?
Ay qardaş,ay bacı
Xilas edin məni...!

Od allanıb alışır ki,
Alov közə qarışır ki,
Canım yanıb alışır ki,
Xilas edin məni...!

Qəm birləşib qoşa-qoşa
Gəlir qonaq coşa-coşa
Qoymayın qalım onla,baş-başa
Xilas edin məni...!

Ürək şişib bu dərddən,
Xəstəlik bir tərəfdən...
Əzrail gəlir əcəlnən..
Xilas edin məni...!

Gedirəm uzaqlara
İnsan olmayan yerə
Yollarda itəcəyəm...
Xilas edin məni...!

Dərd başımı girrəyir,
Ayaqlarım büdrəyir,
Solmuş vicudum deyir;
Xilas edin məni...!

Xəstəyəm dərmanim yox
Həkim deyir çarə yox!
Ümidim ALLAHadır
Xilas edər məni...!

Комментариев нет:

Отправить комментарий