Страницы

08.10.2011

Amerika yoxsulluq orbitində

فقر در آمریکا
Amerikadakı yoxsulluğun miqdarı 3-cü il ardıcıl olaraq artıbdır
Amerikada yoxsulluğun miqdarı haqda yayımlanan son statistikalarda bildirilibdir ki, hazırda bu ölkədə 42 milyon 200 min nəfər yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır. Başqa sözlə hər 7 amerikalıdan bir nəfəri yoxsuldur ki, bu rəqəm keçən 50 ildə misilsizdir. Həmçinin yoxsulluq içərisində yaşayan 18 yaşından aşağı olan yeniyetmələrin sayı hazırda 1960-cı ildən bəri ən yüksək həddədir. Hazırda özünü dünyanın yeganə super qüdrəti və dünya iqtisadiyyatının hərəkətverici mühərriki hesab edən bir ölkə üçün böyük təhlükə hesab edilir.
Neçə 10 illik öncəyə qədər Amerika dünyanın ən varlı ölkələrindən biri idi və illik olaraq dünyanın hər yerindən milyonlarla nəfər Amerika röyasına çatmaq üçün bu ölkəyə mühacirətin əzab əziyyətlərinə dözür və əksər hallarda uğurlar əldə edə bilərdilər. Amma keçən illərdən bəri bu cazibədar perspektiv sarsılıb və tədricən Amerika xalqının vəziyyəti inkişaf halında olan bəzi ölkələrin xalqlarının səviyyəsinə yaxınlaşıb.
Amerikada dünyanın hər yerindən daha çox milyarderlərin yaşamasına rəğmən bu ölkə xalqının illik gəlir səviyyəsi dünyadakı 9-cu yerdədir. Buna rəğmən Amerikadakı yoxsulların sayı yüksək rəqəmləri göstərməkdədir . Amerika xalqının təqribən 15 faizi dövlət tərəfindən verilən ərzaq məhsulları yardımları ilə güzəran keçirir və əksəriyyəti sığınacaq məkanına , müalicə sığortalarına , münasib yemək-içməyə və ən məhdud təhsil imkanlarından məhrumdurlar.
Statistikalara əsasən yeniyetmələr və rəngli dərililər daha artıq yoxsulluqdan əziyyət çəkirlər. Misal üçün 2008-ci ildə qara dərililərin 24 faizi , İspan mənşəli olanların 23 faizi yoxsulların vəziyyətindədirlər, halbuki bu rəqəm Amerika ictimaiyyəti üçün 13 faizdir . Öncəki ildə 18 yaşından aşağı olan gənclərin 18 faizi yoxsullar qrupu içərisində idilər. Bu rəqəm göstərir ki, Amerikadakı yoxsulluq irqi ayrı-seçkiliklə bilavasitə əlaqəyə malikdir. Hər halda 14 trilyon dollar milli borca malik olan və adam başına düşən borcun 44 min dollardan çox olduğu bir ölkədə yoxsulluğun daim artması təəccübləndirici deyil. Amma təəccübləndirici məsələ budur ki, ABŞ hər il dünyanın bütün ölkələri qədər hərbi məsələlər və müharibə üçün pul xərcləyir. Halbuki, əgər bu pulun yalnız bir hissəsi Amerika xalqının həyat vəziyyətinin yaxşılaşdırılması üçün xərclənsə idi milyonlarla amerikan sürətlə yoxsulluq səviyyəsindən aşağı vəziyyətdən çıxa bilərdi.

Комментариев нет:

Отправить комментарий