Страницы

02.10.2011

DUSTAQ QADININ FƏRYADI


Dünyanın bir çox yerlərində ABŞ-ın gizli həbsxanalarında nələr baş verir

FaktXeber.com-un İraqın “ Ən-Nəhrəyn” saytına istinadən verdiyi məlumata görə, Amerikanın İraqdakı “Əbu-Qurəyb” həbsxanasında insanlığa qarşı ən qəddar üsullardan istifadə olunurmuş. Bu zindanda Amerika hərbçiləri tərəfindən işkəncə və təcavüzə məruz qalaraq həyatını itirmiş bir qadının məktubunun tapılması, Amerikalıların necə “sülhsevər” olduğunu ortaya qoyur. Biz burada Fatimə adlı işkəncəyə məruz qalmış qadının yazdıqlarından bir qismini diqqətinizə çatdırırıq.
Məktubda deyilir: “Sizə nədən yazım, nədən deyim. Sizə Amerika hərbçiləri tərəfindən zorlanaraq qarınları şişən qadınlardan yazım, yoxsa işkəncə edilərək döyülüb, bilərəkdən üz və bədən nahiyələrində dərin yaralar alan qızlardan deyim?! Əbu-Qurəybdə elə bir gecə yoxdur ki, səhərə kimi İraq qadınları Ameika hərbçiləri tərəfindən işkəncə və təcavüzə məruz qalmasın. Onlar şənlənmək məqsədilə bizim bədənlərimizin ətini tikə-tikə kəsir və bizim fəryadlarımızdan həzz alırlar. Bir qadına gün ərzində 9 dəfə təcavüz olunmağı təsəvvür edə bilərsinizmi?
Burada sizə mənimlə bir kamerada yatan xanımın intiharından yazmaq istəyirəm. Mənim kamera yoldaşıma dəfələrlə təcavüz edilib işkəncə verildikdən sonra o öz huşunu itirdi. Oyandıqdan sonra o bu şərəfsizliyə dözə bilməyib başını o qədər divara vurdu ki, axırda həyatını itirdi.”
Fatimənin özünün isə uzun sürən işkəncə və təcavüzlərdən öldüyü bildirilir. Amerikalılar onu, qardaşının müqavimət dəstəlirinin birində üzv olduğuna görə həbs edibmiş.

Комментариев нет:

Отправить комментарий