Страницы

07.10.2011

İlin toyu, ilin vayı, ilin yayı…

ЗАБЫЛИ??? : мы не дремлем!Ancaq bizdə oxuyun!


Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazır


Arzumun qızışmaqlığı

İctimai Televziya deyilən bir qurumu dövlət büdcəsindən ona görə maliyyələşdirirlər ki, bu kanal xalqın problemləri ilə məşğul olsun. Yəni ictimaiyyətin olsun, hər kəs rahatlıqla çıxıb bu kanalda ürək sözünü deyə bilsin.
Amma bu belə olmadı. Dövlət büdcəsini çapıb–talayan telekanala baxanda hansı ölkədən söz getdiyini bilmək olmur. Çünki bu kanalda bütün günü çal-çağırdır, vur-çatlasındır.
Sanki bu kanal azərbaycanlılardan daha çox şouxanım Arzuma,  şairlərdən daha çox Zəlimxan Yaquba xidmət edir.
Arzum dedim, bu günlərdə mənasız saytlardan birinin yaydığı çox önəmli xəbər düşdü yadıma. Xəbərdə şouxanım Arzumun möhkəm əsəbləşdiyi haqda xəbər verilirdi. İnanın ki çox üzüldüm, çox pis oldum. Əsəbləşmənin insan orqaniziminə nə qədər ziyanlı olduğunu bilirəm axı. Dedim iraq olsun Arzum səbləşər səsi batar və ya rəngi saralar solar. Bundan sonra kimdir Arzumu kanallara çıxara, Arzum bundan sonra halla zəhmətiylə 250 minlik evi necə alar? Çox fikir elədim. Amma sonra eşitdim ki, hər şey qaydasındadır, xeyli sevindim. O ki qaldı Arzumun əsəbləşməsinə, bu bir o qədər də vacib məsələ deyilmiş, bu sadəcə sərçələr şıllaq atdı, dəvənin budu sındı kimi xəbərlərdən imiş ki, bu da xəbər üçün verilmiş yerin doldurulmasına və millətin normal düşünmə qabliyyətini əlindən almağa xidmət edir. Sadəcə Arzum həmkarlarının bəzi cəhətlərindən əsəbləşirmiş. O, müğənnilərin maşınlarından, evlərindən, toylarından, paltarlarından danışmasına qıcıqlanır: “Sanki danışmağa başqa heç bir mövzu yoxdur!” Bax ha, adama deməyə söz tapmıram. Arzum özü ötənlərdə evinin içini açmışdı qoymuşdu xəbər saytlarına. Mətbəxini, qarderobunu, yataq otağını hamısını reklam edirdi. İndi öz gözündə tiri görmür, başqasının gözündə tük axtaran Arzumun bu “əsəbləşməsinin” arxasında əslində sözü qurtarandan sonra “neynim, neynim” deməsi dayanır. Hələ baxın, görün, Arzum bu açıqlamasının arxasınca nə deyib: “Mən avtomobil idarə etmirəm, mənim sürücüm var”. 

Ay aman, Nigar İstanbuldadır...

Yadımadır, bir dəfə gözəllik yarışmalarında münsiflik edən birisi televziyada çıxış edib dedi ki, elə yarışmanın şirin yerində boynuyoğun, stolu yoğun, maşını yekə, burnu balaca birisi zəng edib deyir ki, filankəsə verilməlidir tac, vəssalam. Gəl indi şəffaf seçim elə görüm necə edirsən?
“Miss Azerbaijan” və “Best Model Of Azerbaijan” yarışmalarının ikincisi Nigar Əliyevanın seçimi də izləyiciləri xeyli çaşdırdı. Sən demə, Validə Abbasova Nigarı birinci etmək istəyirmiş. Amma Aygün Kazımovanın dəstə tifaqı seçimdə çox güclü olduğundan modelyer, qalındodaq, incəbel Validəni itələyib kənara çıxara bildilər və Günay Musayevanı birinci etdilər.
Bu günlərdə Nigarın İstanbulda, otellərin birində doğum gününü qeyd etdiyini eşidəndə onun layiq olmadığı bir yerə nədən seçilməsinin səbəbini anladım. İlin günün bu vaxtında hər oğulun işi deyil e, gedib İstanbulda otel tuta və ad gününü qeyd edə.
Nigar deyib ki, “bu mənım həyatımda ən gözəl və yaddaqalan doğum günüm oldu. Bunun üçün ad günümdə iştirak edən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm”. Uşağın ürəyi atlanıb lap ağzından çıxıb e. Hələ onu demirəm ki, Nigarın ad günündə musiqiçilər canlı ifa edirdilər. Bax ha, canlı ifa eşidib qızın qulaqları.

İlin toyu, ilin vayı, ilin yayı…

Ötən gün paytaxt restoranlarının birində xörək bişirən aparıcı və manıs mahnılar müəllifi Murad Arifin toyu olub.
Beş ildir dəlicəsinə sevdiyi Cəmilə adlı xanımla ailə həyatı quran Muradın toy mərasimi şou-proqrama bənzəyirmiş.
Şouxanamızın bütün ulduzları televziyada yemək bişirib yeməkdən şişib dağ boyda olmuş Murad Arifin başına yığılıb kef edirmişlər. Gecənin aparıcısı Murad Dadaşov, müğənnisi isə Xəyyam Nisanov olub.
Şou-biznesin vur-çatlasın etdiyi mərasim “İlin toyu” seçilib. Seçimin münsiflər heyəti elə toy iştirakçıları olub.
Amma məncə ilin toyu Elza Seyidcahanın təşkilatçılığı ilə baş tutmalı idi. Burada çoxdandır pişiyinə və özünə ər axtaran Günelin bütün istəkləri yerinə yetirilməli idi. Bax, bu olardı qeyri-adi toy və ilin toyu. Murad Arifin toyu isə digər toylardan ancaq şouxanımların bolluğu ilə seçilib. Təsəvvür edirsiz, şouxanımın özü ilə itinin toyu bir gündə, bir arada baş tutsaydı nə olardı. Amma çifayda bu hələ də baş tutmayıb.
O ki qaldı ilin vayına, bu bölgələrdən birində baş verib. Yəni 82 yaşlı qarı Əzrayılın ona tərəf gəlmədiyini görəndə qeyri-adi, Ginnesin rekordlar kitabına düşəsi bir addım atıb və özü Əzrayılın üstünə gedib. Qarı yaddaşını və başını itirdiyinə görə elə bilib ki, Əzrayılın canını alıb amma belə olmayıb, Əzrayıl qarının canını alıb, həmişə olduğu kimi. Bax bu isə olub ilin vayı.
İlin yayına gəlincə, bu müğənni Nuraya qismət oldu. Bəli, məhz yay fəslində Nuranın Dubayda bir iranlı iş adamına badalaq atdığını, sonra siçanın qazana düşdüyünü, eşşəyin coşub öz axurundan at axuruna qaçmasının xəbərini eşitdik. Xülasə, yayımız da əla keçdi.

Evrovison Samirin suçu nə?

Bizi “Eurovision-2008” təmsil edən ala gözlü, sarı saçlı, Röyanın keçmiş dəcəli, Samirinin başına gələnlərdən də yəqin ki xəbəriniz var. Olmayanlara deyim bilsinlər k, Samir Cavadzadənin sentyabrın 20-də bir otaqda yaşadığı Elvin Hüseynovu bıçaqlaması xəbəri yayıldı. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, ekspert Samir Cavadzadənin 27 yaşlı Elvin Hüseynova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması ilə bağlı rəy verib. Müğənninin yetirdiyi xəsarətlər ağır olduğundan toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Samir isə günahsız olduğunu, ona tor qurulduğunu deyir. Bax bu yerdə deyiblər ha Samirin suçu nə?

Dəlinə şükür ilahi!

Ağıllı olduğu vaxtlarda adını evindəkilərdən başqa heç kəsin çəkmədiyi müğənni Əli Mirəliyevin psixi durumunda problem yaranan kimi ulduza çevirdilər. Axı bizim telekanallara yaxşı olan heç nə gərək deyil. O günlərdə telekanalların sevimli dəlisi Əli Mirəliyev açıb ağzını-yumub gözünü. Bu dəfə onun hədəfi özünü göyün yeddinci qatında görən Seva Ələkbərzadə olub. O, həmkarı Sevda Ələkbərzadənin yalnız 100 min dollar qarşılığında bek-vokal oxumağa razılaşacağı ilə bağlı açıqlamasından dəli olub: “Bu ulduzlar dəli olublar, deyəsən. Nə 100 min?! Belə ifaya 100 qəpik də vermək heyifdir! Qoy əvvəlcə oxumağı öyrənsinlər”. Amma Əlinin fikri ilə mən də razılaşdım. Dəlidən doğru xəbər belə yerdə deyiblər e.
Ə.Mirəliyev S.Ələkbərzadənin “nə estrada, nə də xalq müğənnisi olmadığını” deyib.

Cavanşirin özündən baha maşını var

Manıs Cavanşir Məmmədov “Rolls Royce Phantom 6,7 AT” markalı avtomobil alıb. O, maşını 5 ay öncə 960 000 avroya aldığını bildirdi. Onun sözlərinə görə, bununla da maşın kolleksiyasında olan avtomobillərinin sayını 50-yə çatdırıb.
Manıs deyib ki, aldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd “Bentley” almaq olar. Bəzi müğənnilər maşınları, telefonları ilə özlərini reklam edirlər. Amma mənim belə işlərlə aram yoxdur. Mənim fikrimcə, yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən, lap “Zaporojets” sür.
Maşınını reklam edənləri söyən Cavanşir sonra görün maşınlarının tarixçəsi haqqında necə izahat verib: “1988-ci ildə Almaniyadan “Mercedes” gətirmişdim. O vaxt “Mercedes” Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman “Mercedes”i sürməyə utandım, sonra isə satdım. Bunu deməklə onu göstərmək istəyirəm ki, maşınla özümü reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var”.

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий