Страницы

08.10.2011

Misir baharından qışa doğru


Ülvi Məmmədli      
Professional Oxucu Liqası

      Sən mavrsan, öz işini görmüsən, çıxıb gedə bilərsən
  
 Agentliklər maraqlı xəbər yaymışdılar: "İsveçrə hökuməti operativ olaraq Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və onun ailə üzvlərinin bütün bank hesablarını dondurdu. Məlum olub ki, adı çəkilən qərar vitse-prezident Ömər Süleymanın prezidentin istefa verməsi və hakimiyyəti hərbçilərə verməsini elan edəndən bir az sonra qüvvəyə minib".
 Nə vaxtsa belə operativlik görmüşdünüz? Təsəvvür eləyin: Gecə Süleyman prezidentin İstefa verdiyini elan eləyir. Ancaq istefa verdiyini! Və İsveçrə hökuməti gecənin yarısı hökumət üzvlərini yuxudan ayıldıb bir yerə yığır ki, onlar hesabları dondurmaq üçün hamı bir səslə səs versin! Sən bundan danış.
 Bəlkə "dövlətlilər"in bu qərarı artıq hazır idi? Yoxsa "demokrat" Obama və digər "pul başçıları-demokratlar" elə bu anı gözləyirdilər? İndi Amerika da, bütün Avropa da Mübarəkin hesablarına həbs qoyub. Bəs sonra bu pullar necə olacaq? Odey, başqa bir prezidentin, Tunis prezidenti Ben Əlinin hesablarına həbs qoydular, nə oldu? Bu pulları Tunis xalqına qaytardılar? Ay-hay, ölmüşdü xankişi! Burada ərəblərin bir məsəli yada düşür: Çox pul oğurlayan oğru onların sahibinin itməsi üçün hər şeyi edər.
 Doğrudan Qərb öz maliyyələrini ərəblərin hesabına düzəltmək istəyir? Söhbəti milyardlarla dollardan gedən bu pullar "Qərbə" işləməkdə davam edir ki. Necə bilirsiniz, Avropa elə bu pullardan bir neçə milyon çapılıb talanmış ərəb ölkələrində "demokratiya və azadlıq" qurmaq üçün ayırmayıb ki?
 Mübarək getdi, çox mübarək, bəs sonra?... Səhər yuxudan oyanan ərəb nə gördü. Boylandı, baxdı, Mübarəkin vaxtında da iş yerləri yox idi, indi də yoxdu. Kim deyə bilər ki, bir ildən sonra olacaq? İndi hər şeyin günahını üstünə atmağa adam da yoxdur. Amma işsizlik
, ac-susuz uşaqlar ordusu qalmaqdadır. Neft də bizdə olduğu kimi pulsuz İsrailə axır.
 Təhrir meydanına gətirilən "xalq" istəyinə çatdı, indi məntiqlə neynəməlidir? Düzdür - öz daxmalarına qayıtmalı və ac-yalavaclığını davam etdirməlidir. Aclıq necə var-elə də qalıb. Təbliğat böyük qüvvədir. Millətin öz əli ilə özünü məhv edirlər.
 Budur, ərəb bu gün oyandı, özünün elədiklərinin hamısını gördü, qarnını qaşıdı və dua etdi ki, kimsə ona bu gün çörək versin. Amma heç kim vermir. Sən mavrsan, öz işini görmüsən, çıxıb gedə bilərsən. Azərbaycanda da bu ssenari 90-cı illərdə oynanıldı. İndi acından öləcəksən, yoxsa yox, heç kimin vecinə deyil. Pulsuz qonaqlıq qurtardı, ya da tezliklə qurtaracaq. Səndən sonra gələn bu qədər tökdüklərini təmizləməli olacaq. Sən buna layiq deyilsən. Qadir olsaydın buna qədər öz evini yığışdırardın. Kim sənə mane olurdu? Mübarək? Mübarək getdi, indi bas bayıra və öz azadlığına sevin.
Hürriyyət- yəni, hür nə qədər hürürsən.
..

Комментариев нет:

Отправить комментарий