Страницы

07.10.2011

Ədəbi körpü


Sayman AruzSayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu


Güney Azərbaycan şöbəsinin fəaliyyəti barədə

 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun bütöv can kimi bütün sahələrdə eləcə də, maddi-mənəvi dəyərlər sırasında ədəbiyyatının da geniş  surətdə inkişafi müşahidə olunmaqdadır. Ədəbiyyat xalqın ictimai-mədəni, sosial-siyasi və tarixi mərhələlərini özündə əks etdirir. Bu mərhələlərdə hadisələrə poetik-estetik can verib müəyyən zaman içrə onu qələmə almaq və gələcək nəsillərə çatdirmaq isə Yazıçılar Birliyinin, onun ayrı-ayrı bölmələrinin üzərinə düşən milli-mənəvi borcla yanaşi, həm də vətəndaşliq vəzifəsidir. Düz deyiblər “Vətənin o başı, bu başı olmaz, Vətən Vətəndir”. Bu baxımdan AYB-nin uzun illərdən bəri fəaliyyət göstərən Cənub Azərbaycan şöbəsi Arazın o tayında yaşayan xalqımızın həyat salnaməsi, pisixologiyasi, ədəbi prosesləri və dünya duyumu haqqında zəngin məlumatların verilməsində, eləcədə orada yaşayıb yaradan ədiblərin yaradıcılığının layiqincə tədqiq və təbliğ olunmasında mühüm yer tutur. Xalqimiz Səməd Vurğunu necə əzbərdən bilirsə, eynisi kimi Ustad Şəhriyarı da eləcə tanıyır, həmçinin Rəsul Rzanı bildikləri kimi Səhəndi, Həbib Sahiri və başqalarını lazımincə tanıyırlar. Bu bağlar, zəncirlər heç vaxt qırıla bilməz, çünki bu tellər bir mənbədən, bir candan qida alırlar. Son illər ədəbi-mədəni əlaqələrin daha müntəzəm forma alması isə xüsusilə diqqəti çəkir. Ədəbiyyatımızın Cənubi Azərbaycan qolunun daha geniş formada öyrənilməsi, təbliği və nəşr olunmasi günümüzün mənəvi tələbinə çevrilməkdədir. Bu baxımdan dövrü mətbuatda çoxlu sayda yeni nəşr olunan Cənubi Azərbaycan ədibləri haqqında danışmaq, onların yaradıcılıqlarından nümunələri qeyd etmək yerinə düşərdi. Cənublu yazar soydaşlarımızdan Sayman Aruzun “Bahar gəlmədi”, Məlihə Əzizpurun “Su pıçıltısı” və Nigar Xiyavinin “Əlimdə əlli barmaq” şeir kitablarının burada oxuculara təqdim olunması yeni yaradıcı nəslin bir-birilə tanışlığı üçün olduqca vacibdir. Artıq kürəsəlləşən dünyamizda elm və texnikanın inkişafi dünya düzənində çəkilmiş olan tikanli sərhəd məftillərini qırmaqdadır. Bir səmanın havasını, bir torpağın suyunu içən xalqın düşüncə tərzini, həyat fəlsəfəsini heç bir qüvvə  və tikanlı məftil ilə ayırmaq olmaz, bu artıq tarixin oxunmuş və köhnəlmiş səhifəsidir. Bu gün biz M.Əzizpurun, N.Xiyavinin yaradıcılıq nümunələri ilə taniş olanda görürük ki, bu şerlərin əsas qayəsində şablon və adi həyat tərzindən uzaq, daha çox siyasi sıxıntılara, vətənsizliyə olan etiraz dolu üsyankar bir ruh vardıq. Yaxın zamanlarda oxucularımıza təqdim olunacaq digər bir güneyli şairəmiz Ziba Kərbası isə deyir:

Da gəlmə!
Ceyran, naqqışlı gedən yollar
Cızıx-cızıxdır o taydan bu taya
Ayaqımın izini tutub gəlsəydin,
Tutuşardıq.
Tox zəmanənin qoynunda qucaqlaşardıq...

 Güneyli yazarların ayaq izləri, onları Vətənin Quzeyinə, parçalanmış Vətənimizin hər bir guşəsinə aparıb-çıxarır. Ziba Kərbası deyir ki əgər mənimlə, yəni Güneylə bir yolda olsanız və ayaqlarının izi ilə yerisəniz, bütün sonradan yaranan süni fərqlərə baxmayaraq biz tutuşarıq. Bax bu ayaq izləridir, bu çığırlardır illərin soyuğunda, boranında, qışında pozulmur, itmir. Zaman keçir, nəsil dəyişir amma ruhi birlik bu yollarla qırılmadan, sınmadan əl-ələ verərək öz yolunu davam edir.
 Cənubi Azərbaycan ədəbi prosesinin təhlili və tənqidi sahəsində çalışan, bu tayda dövrü mətbuatda məqalələri ilə bizə tanış olan bir neçə güneyli çağdaş tənqıdçılərimizdən, Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazı, Nadır Əzhərinin adlarıni çəkmək yerinə düşərdi. Qeyd etmək lazimdır ki onlar təkcə Cənub ədəbi proseslərini deyil, həmçinin buradakı ədəbi prosesləri də yaxından izləməklə öz münasibətlərini məqalələri ilə bildirirlər. İnanırıq ki, bu cür əlaqələrin müntəzəm forma alması xalqın bütöv ədəbi prosesinin formalaşması və zəngiləşməsinə səbəb olacaqdır. Bu işdə AYB-nin, xüsusilə Cənubi Azərbaycan şöbəsinin fəaliyyəti daha aktiv forma daşımaqdadır. Belə ki şöbənin təkcə bu ilin əvvələrindən oxucularımıza təqdim etdiyi çağdaş Güney Azərbaycan  ədəbiyyatının üç nümunəsi: İsmayıl Ülkərin “Sevda Yoldaymış”,  Rəsul Yunanın “Mən, Çin məhəllələrində itmişəm” və Sayman Aruzun “Paltarlarım adamsızdır” adlı kitabları dövru mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Bu isə günümüzün maraq və təlabatının doğurdugu mənəvi ehtiyacın olmasını göstərir. Bu gün istər o tayda, istərsə də elə burada yaşayan yaradıcı insanlarımızın eyni dərd yükünü daşımasının şahidi oluruq. Qarabag dərdi, Vətəndə olub da Vətənsizlik dərdi, bu xalqın sızlayan yarasıdır. Bu ağrını İsmayıl Ülkər belə ifadə edir :

Toprağıma göz dikənlərə,
Üstündə də olmasa,
Altında yer verərik.
Biz Türkük axı,
Biz qonaq sevərik!


 Bu milli ruhu daşıyan sözlər və ancaq qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsus ola bilər. Topraq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmağın, əsrlər boyu müharıbə və müqavimət şəraitində olan insanın dilinə gəlməsi təbiidir.
 Bax elə bu səpgidə Güney Azərbaycan şöbəsinin nəşr etdiyi daha iki gənc şair Elvar Qulivəndin “Zibil dolusunda ziyafət” və Ramin Cahangirzadənin “Daşlar” adlı şer kitabları da olduqca maraqlıdır. Geniş oxucu kütləsi tərəfindən oxunması və müzakirə olunması da onu göstərir ki, cəmiyyətin istər qlobal, istərsə də milli düşüncə tərzində olan hadisələrə poetik formaya çəkərək ifadə etməsi, gəncliyimizin yaradıcılığında yeni ədəbi prosesin başlanmasıdır. Belə bir prosesin daha düzgun, mükəmməl və dolğun olması üçün əlaqələrin daha sıx qurulması vacibdir. Yaradıclıq nümunələrinin geniş oxucu kütləsinə tanıdılması, təbligi və tədqiqi Cənub ədədbi prosesinin inkişafına təbii ki öz töhvəsini vermiş olacaqdır. Eyni zamanda klassiklərimizlə yanaşı müasir Azərbaycan poeziya və ədəbi mühüt nümunələrinin o tayda əski əlifa ilə nəşr olunması və yayılması da olduqca əhəmiyyətli məsələlərdəndir. Oranın da buna ehtiyacı var və deyərdim ki həm də çox. Baxmayaq ki, tanınmnış xalq şairləri Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Bəhmən Vətənoglu, Zəlimxan Yaqub, Musa Yaqub, Qəşəm Nəcəfzadənin əsərləri Cənubi Azərbaycan ədəbi mühitinə çoxdan tanışdır, amma yollarımız uzanır, həyat isə öz gözəlliyi və çətinliyi ilə davam edir. Zaman və nəsillər dəyişir. Sürətlə axan zaman kəsiyində biz geri qalmamalıyıq, yeni ədəbi mühitə yeni əsərlər, yaradıcılıq nümunələri təqdim etməliyik. 
Məhz buna görə də son vaxtlar Cənub Azərbaycan ədəbi mühüitinə təqdim olmağa hazırlanan:



1-     Dantenin Yubleyi (Anar Rza)
2-     Seçmə şeirlər (Fikrət Qoca)
3-     Cəmilə (Çingiz Aytmatov)
4-     Axirət Sevdası (Sabir Əhmədli)
5-     Bura mənə tanış gəlir (Quzey Azərbaycan şeir antologiyası)
6-     Biraz uzaqlarda axtarın məni (Səlib Babulla Oğlu)
7-     Cəza (Hüsynbala Mirələmov)
8-     Ədəbi Düşüncələr (Elçin Əfəndiyev)
9-     Gəl günaha bataq (Nuridə Atəşi)
10-   Şeir toplusu (Dayandur Sevgin)
11-   Şeirlər toplusu (Nuranə Nur)

əsəsrlərini nümunə olaraq diqqətinizə catdırmaqla hər iki tərəf üçün marqlı və sevinclı olacagına əminliyəm.

Комментариев нет:

Отправить комментарий