Страницы

11.10.2011

Sıradakılardan biri


Gənc yazar Mir Bağır “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Mir Bağır.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Sadəcə özüm kimi.
- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Sıradakılardan biri.
- Dost…
- O sarıdan işlər pis deyil.
- İlk sevginiz?
- Güldürmə sən canın.
- Əsas ixtisasınız?
- Arxeoloq-goreşən.
- İstifadə etdiyiniz nəqliyyat növü?
- Çox vaxt ayaqlarım, lazım olanda marşrut.
- Sevdiyiniz maşın markası?
- Porşe.
- Sevdiyiniz brend?
- Çoxdu.
- Sevdiyiniz saç düzümü?
- Basməmmədi.
- Sevdiyiniz rəng?
- Göy. Tanrının rəngidi. Bəs sən nə fikirləşdin?
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə, İstanbul.
- Sevdiyiniz yemək?
- Yarpaq dolması. Üzüm ha!
- Ən çox istifadə etdiyiniz söz?
- Olmadı.
- Leksikologiyanıza yad olan söz?
- Məcəllə.
- Sizi nə həyacanlandıra bilər?
- Sükut.
- Ən çox sevdiyiniz kitab?
- “Qorio Ata”.
- Ən çox sevdiyiniz yazar?
- Yazıçı, yoxsa yazar? Yazardısa İbrahim Fərhadoğlu.
- Ən çox bəyəndiyiniz ifaçı?
- Sezen Aksu.
- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Baxır əhval-ruhiyyəyə.
- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Fit çala bilirəm.
- Mənfi xüsusiyyətiniz?
- Əsəbləşirəm.
- İdeal insan necə olmalıdır?
- Zərdüşt kimi.
- Özünüzü ideal insan hesab edirsizmi?
- Mənfi xüsusiyyətlərim mane olur.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Hansısa gicdırnağa verdiyim salamı almaması.
- Həyat fəlsəfənizi ifadə edin.
- Veni, vidi, viki. (Gəlmək, görmək, qələbə çalmaq).
- Siz xoşbəxtsinizmi?
- Xeyr. Alınmayıb.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Aşiq olmaq.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Son qanunauyğunluqdur, necə olursa olsun.
- Ölüm niyə ölmür?
- Söz ölmür heç zaman.
- Dinlərə münasibətiniz?
- Dindar deyiləm, amma islam ən mükəmməlidir.
- Kimdən və nədən xilas olmaq istərdiniz?
- İçimdəki şeytandan və güzgüdən.
- Falçıya inanırsızmı?
- Azərbaycanda hər üç nəfərdən biri falçılığa qurşanıb. 
- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç biri, amma çox heyf ki get-gedə ikisindən də oluruq.
- Sevinciniz nə qədərdir?
- Lap az, iynənin ucu qədər.
- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Düzlüyünə və kişi kimi düşmənçiliyinə.
- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- N qədər. 
- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Əvvəllər çayı keçmək idi. Çayımız qurudu.
- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Deyəsən heç birini bacarmıram.
- Mənə sualınız.
- Yormadım səni?
- ...

Tural Türk               merkez.az

Комментариев нет:

Отправить комментарий